Məhkəmə qərarları › İş №1(003)-147/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-147/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-147/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmu, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 12-13 radələrində ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsində yerləşən nömrəsiz bağ evinin pəncərəsini dəmir barmaqlığını sındırıb pəncərəni sıxıb açmaqla qanunsuz daxil olub evin 2-ci mərtəbəsindən bir topunun qiyməti 30 manat olan ümumi dəyəri 450 manat təşkil edən 15 top elektrik naqillərini və hər birinin qiyməti 70 manat olan ümümi dəyəri 350 manat təkil edən 5 ədəd mis boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 800 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, о, xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fəaliyyəti dayandırılmış restoranın həyətinə hasardan aşmaqla qanunsuz daxil olub restoranın həyətində olan tikilinin üzərindən hər birinin qiyməti 200 manat olan ümumi dəyəri 1600 manat təşkil edən 8 ədəd alminium materialdan olan qapsını və hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 750 manat təşkil edən 5 ədəd alminium pəncərəsini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2350 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək ilk olaraq zərərçəkmiş şəxslərin evini tanımadığını, heç kimin həyətinə daxil olmadığını, həyətin çevrəsindən dəmir yığdığını, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona qarşı sözlə təziq göstərildiyini, lakin işgəncə verilmədiyini bildirmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs1 məxsus evə daxil olduğunu, həmin evdən 2-3 qapı götürdüyünü, lakin pəncərə götürmədiyini, Zərərçəkmiş şəxs2 evindən 8 ədəd qapı və 5 ədəd pəncərə götürdüyünü, Zərərçəkmiş şəxs2 dəymiş 2150 manat ziyandan 1000 manatı ödədiyini bildirmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərmişdi ki, o, aliləsi ilə birlikdə kirayədə yaşayır, 3 övladı, 5 nəvəsi var. Bakı şəhərində müxtəlif yerlərdə dəmir yığaraq metal qəbulu məntəqlərinə satmaqla ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə təxminən saat 12-13 radələrində dəmir tolamaq üçün günü 15 manata icarə əsasında götürdüyü Qaz-24 markalı, 01 BC-623 dövlət qeydiyyat nişanlı avtomobil ilə Buzovna qəsəbəsində məhlələrin arası ilə gəzərkən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 məxsus evdə yaşayış olmadığını, heç kimin olmadığını görüb həyətdən dəmir, metal götürmək üçün həyətə hasardan aşaraq düşmüş, həyətdə heç bir metal və sair tapa bilmədiyi üçün evin yan tərəfdə yerləşən pəncərəsinin dəmir barmaqlığını çəkərək sındırmış, plastik pəncərəni sıxıb açmaqla evə daxil olmuş, evin tikinitsi başa çatmamış 2-ci mərtəbəsindən bir neçə top elektrik naqillərini və bir neçə mis boruları götürüb başqa heç bir şey oğurlamadan çıxmışdır. Həmin naqilləri və boruları da Buzovna-Maştağa yolunda yerləşən metal qəbulu məntəqəsinə çəkilərinə görə satmışdır. Bundan başqa, 30 avqust 2022-ci il tarixdə təxminən saat 11-12 radələrində yenə də dəmir tolamaq üçün icarə əsasında götürdüyü Qaz-24 markalı avtomobil ilə Buzovna qəsəbəsində məhlələrin arası ilə gəzərkən bir ədəd restoranın fəaliyyət göstərmədiyini görüb maşını saxlamış, həmin restoranın həyətinə hasarı aşaraq düşmüş, oradan hər hansı metal tapa bilmədiyi üçün restoranın alminium materialdan olan qapılarını və pəncərələrini əli ilə çıxarıb hasardan küçəyə atmışdır. Daha sonra həmin qapı və pəncərələri maşının yük yerinə yığaraq başqa dəmir-metallarla birlikdə Buzovna-Maştağa Qarşılığında həmin metalların və alminiumların çəkisinə görə pul almışdır. Lakin neçə manat aldığını xatırlamır. xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin işçiləri gəlib oğurluq etməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis şöbəsinə getməsini bildirmişlər. Artıq polislərə hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmdən onlarla birlikdə polis şöbəsinə getmiş, şöbədə sorğu-sual zamanı sözügedən restorandan alminium Qapı və pəncərə oğurlayıb satdığını səmimi etiraf etmişdir. Bundan başqa, Buzovna qəsəbəsində yaşayış olmayan başqa bir evdən də elektrik naqili və mis boruları da oğurlamışdır. Bundan başqa heç bir oğlurulq və başqa cinayət hadisəsini törətməmişdir. O, oğurladığı əşyaları Buzovna-Maştağa yolunun sağ tərəfində yerləşən metal qəbulu məntəqəsinə tanımadığı şəxsə satmış, həmin şəxsin haqqında heç bir məlumatı yoxdur, oğurlayaraq satdığı əşyaları oğurluq yolla əldə etməsi barədə alan şəxsə əşyaların özünə məxsus olduğunu demiş, oğurluq edərkən yanında heç kim olmamış, tək olmuş, Zərərçəkmiş şəxs2 məxsus restorandan oğurladığı qapı və pəncərələrin sayını dəqiq bilməmiş, onları çıxararkən hissələrə ayırdığı üçün saymamış, oğuluq etməsi - barədə heç kimə deməmiş, onu heç kim görməmiş, oğluruq edərkən ailə üzvlərinin xəbəri olmamış, həmin gün pula ehtiyacı olduğu üçün məcbur olub oğurluq etmişdir. Tutduğu əməlin cinayət məsuliyəti yaradacağını dərk etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsində fərdi yaşayış evi var. Ev 2 mərtəbədən ibarət olmaqla 2-ci mərtəbəsinin təmiri başa çatmamış, ona görə də həmin evdə yaşamırlar. Buna baxmayaraq mütəmadi olaraq tez-tez həmin evə gedib nəzarət etmişdir. Evə sonuncu dəfə xx.xx.2022-ci 11 tarixdə baş çəkmiş, rayona getdiyi üçün 2 həftə evə nəzarət etməmişdir. xx.xx.2022-ci 1l tarixdə təxminən saat 12 radələrində evə baş çəkmək üçün getdikdə naməlum şəxs və ya şəxslərin evin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığını sındırmaqla pəncərədən evə daxil olduqlarını, evin 2-ci mərtəbəsində olan aldığı 15 top elektrik naqillərini və 5 top mis boruları oğurladıqlarını aşkar etmişdir. 15 top elektrik naqilinin 1 topunu 30 manata, mis borunun 1 topunun isə 70 manata almış, baş vermiş oğurluq nətiəcsində ona ümumilikdə 800 manat dəyərində maddi ziyan dəymişdir. Yaşadığı evdən oğurluq etmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir mübahisə və ədavətim olmamış, əvvəllər də görməmişdir. Oğurluq hadisəsi baş vermiş evin həyətində, evin içində yerləşdiyi küçədə heç bir müşahidə kamerası quraşdırmamış, ətrafda yerləşən evlərin də müşahidə kamerası olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən əvvəllər restoran kimi fəaliyyət göstərmiş ona məxsus əmlak təxminən 15 ilə yaxındır ki, istifadəsiz vəziyyətdədir. Buna baxmayaraq mütəmadi olaraq tez-tez həmin yerə gedib nəzarət edir. Sözügedən yerə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə baş çəkmiş, həmin vaxt oradan heç bir oğurluq hadisəsi baş verməmişdir. Əvvəllər restoran kimi fəaliyət göstərmiş ərazinin ümumi həyətində 3 ayrı tikili mövcuddur və həmin ərazi Xəzər Rayon Mühafizə Polisi tərəfindən mühafizəyə qoşulmuşdur. 02.09.202-ci il tarixdə təxminən saat 21:30 radələrində mühafizə polisindən ona zəng vurub restoranın həyətindən oğurluğa cəhd olunması barədə məlumat verilmişdir. Ona görə də dərhal həmin yerə gedib restoranın həyətinə və həyətdə olan tikililərə baxış keçirdikdə naməlum şəxs və ya şəxslərin həyətdə olan 2 ayrı tikilinin üzərindən ümumilikdə 8 ədəd alminium qapıları və 5 ədəd alminium pəncərələri sökərək oğurladıqlarını aşkar etmişdir. Həmin alminium qapıların hər birinin qiyməti 200 manat, pəncərələrin hər birinin qiyməti isə 150 manat olmaqla ümumilikdə ona 2350 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyandan 900 manatı ödənilmişdir. Ona məxsus restorandan oğurluq etmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir mübahisə və ədavəti olmamış, əvvəllər də görməmişdir. Oğurluq hadisəsi baş vermiş ünvanın həyətində, yerləşdiyi küçədə və ya ətrafda hər hansı müşahidə kamerası olmamışdır. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, o, uzun müddətdir ki, metal qəbulu işi ilə məşğul olur. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsbəsi Buzovna-Maştağa yolunun sağ kənarında yerləşən metal qəbulu məntəqəsini icarə əsasında işlədir. Təxminən 2002-ci ilin iyul ayının ortalarında işdə olarkən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi yük hissəsi kəsilərək düzəldilmiş və nömrəsini xatırlamadığı ağ rəngli “Qaz 24” markalı maşınla iş yerinə gələrək bir neçə izolyasiya qatı soyulmuş elektrik naqillərini, dəmirləri, plasmasları, mis boruları və enerji içkilərinin qablarını verib satmaq istədiyini demiş, həmin metalları növlərinə və çəkilərinə görə ayırıb ona müəyyən miqdarda pul vermişdir. Lakin neçə manat verdiyini xatırlamır. Bundan təxminən 15-20 gün sonra Təqsirləndirilən şəxs yenə də həmin maşınla gəlib ona müəyyən miqdarda yararsız vəziyyətdə olan bir neçə alminium və dəmir hissələri vermiş, onları da eyni qaydada götürüb çəkilərinə görə Mirməmmədə xatırlamadığı miqdarda pul vermişdir. Bundan təxminən 15-20 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin işçiləri gəlib Mirməmmədin şəklini ona göstərərək ondan metal alıb-almadığını soruşduqda həmin şəxsi tanımış, lakin adını bilmədiyini, yük hissəsi kəsilərək düzəldilmiş, ağ rəngli “QAZ-24”markalı maşınla gəlib müxtəlif metallar gətirdiyini və metal yığmaq işi ilə məşğul olduğunu polislərə demişdir. Polislər Mirməmmədin ona satığı alminium metal hissələrinin oğurluq olduğunu bildirib həmin alminium hissələri onlara verməsini demişlər. Həmin alminium və digər aldığı metalları 3-5 gün sonra polad əritmə zavodlarına və ya metal qəbulu məntəqələrinə təhvil verdiyi üçün onları polislərə təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ona satdığı alminium hissələrin və digər mis və elektrik naqillərinin oğurluq yolla əldə olunmasından xəbəri olmamışdır. Belə ki, Mirməmməd metal yığımı ilə məşğul olduğunu onların özünə məxsus olduğunu dediyi üçün onların oğurluq olmasından məlumatı olmamış, Təqsirləndirilən şəxs həmin əşyaları satarkən tək olmuş, yanında heç kim olmamış, onu əvvəllər tanımamışam, sadəcə polis şöbəsində onun Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, o, Bakı şəhəri Xəzər rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqidir. İcraatında olan oğurluq cinayəti üzrə icraat zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə təxminən saat 12-13 radələrində ilə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Namazov küçəsində yerləşən nömrəsiz bağ evinin pəncərəsini dəmir barmaqlığını sındırıb pəncərəni sıxıb açmaqla qanunsuz daxil olub evin 2-ci mərtəbəsindən bir topunun qiyməti 30 manat olan ümumi dəyəri 450 manat təşkil edən 15 top elektrik naqillərini və hər birinin qiyməti 70 manat olan ümümi dəyəri 350 manat təkil edən 5 ədəd mis boruları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 800 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, о, xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus fəaliyyəti dayandırılmış restoranın həyətinə hasardan aşmaqla qanunsuz daxil olub restoranın həyətində olan tikilinin üzərindən hər birinin qiyməti 200 manat olan ümumi dəyəri 1600 manat təşkil edən 8 ədəd alminium materialdan olan qapsını və hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 750 manat təşkil edən 5 ədəd alminium pəncərəsini gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2350 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əl izləri götürülmüş, lakin onun nəticəsi ilə bağlı onda məlumatı yoxdur. Belə ki, aparılmış ekspertizanın nəticəsi barədə məlumat təhqiqatçıya daxil olur. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(003)-416/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Salayev X1 (indiki Xəzər) Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 180.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 06 ay müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilməklə 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(003)-579/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün olmaqla, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarından görünür ki, X2 oğlu Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-də barəsində istintaqı aparılan cinatə işi üzrə Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyandan 1000 manatın ödəniıməsi barədə qəbz təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla təkrar oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 09 ay 04 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1, Babək küçəsi, 22 evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi 3150 manat maddi ziyandan 1000 manat ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 09 ay 04 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 1, Babək küçəsi, 22 evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi ziyanın 3150 manatdan 1000 manat ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 108 manat məbləğində vəsait və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 108 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar