Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-148/2022 04.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Lerik rayonu, Perzora kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Lerik rayonu, Mistan ərazi dairəsi, Mistan kəndində qeydiyyatla olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 noyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə taxta qapısının asma qıfılını sındırıb qapını açaraq qanunsuz daxil olmaqla oradan hər metrinin dəyəri 0,40 manat olan 40 manat dəyərində 01 bağlama, yəni 100 metr uzunluğunda boz rəngli 5 mm diametrli elektrik naqilini, dəyəri 120 manat olan «Bosch» markalı laqondanı, dəyəri 130 manat olan 01 ədəd «Bosch» markalı prefaratoru, dəyəri 60 manat olan plastik boru yapışdırmaq üçün 01 ədəd ütünü, ümumi dəyəri 50 manat olan müxtəlif alçıpan aksesuarlarını, hər birinin dəyəri 0,3 manat olan 7,5 manat dəyərində 25 ədəd elektrik qutusunu, hər birinin dəyəri 3,5 manat olan 21 manat dəyərində 6 ədəd dövrə kəsicini (rubilniki), evin divarlarına çəkilmiş vəziyyətdə olan hər metrinin dəyəri 0,35 manat olan 140 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda «Eser kablo 1x2.5 mm2» yazısı olan qırmızı rəngli elektrik naqillərini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş X2 ümumilikdə 568,5 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 noyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə yan tərəfində yerləşən plastik pəncərəni açaraq qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 60 manat olan 120 manat dəyərində 02 ədəd dreli, dəyəri 160 manat olan 01 ədəd prefaratoru, dəyəri 210 manat olan 01 ədəd laqondanı, hər metrinin dəyəri 0,40 manat olan 80 manat dəyərində 02 bağlama, yəni 200 metr uzunluğunda qara rəngli 5 mm diametrli elektrik naqilini, hər birinin dəyəri 4 manat olan 120 manat dəyərində 30 ədəd elektrik yuvasını (razetka), hər birinin dəyəri 4 manat olan 120 manat dəyərində 30 ədəd elektrik açarını (kluçatr), hər birinin dəyəri 50 manat olan 600 manat dəyərində 12 ədəd qapı üçün açar dəstini (açar, dəstək), hər birinin dəyəri 25 manat olan 50 manat dəyərində 02 ədəd plastik elektrik şiti qapağını, hər birinin dəyəri 50 manat olan 100 manat dəyərində 02 ədəd 25 metr uzunluğunda elektrik uzadıcını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1560 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə sol yan tərəfindəki plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəni açmaqla qanunsuz daxil olmaqla evin divarlarına çəkilmiş hər metrinin dəyəri 0,35 manat olan 105 manat dəyərində 03 bağlama, yəni 300 metr uzunluğunda «Eser kablo 1x2.5 mm2» yazısı olan qırmızı rəngli elektrik naqilini, hər metrinin dəyəri 0,35 manat olan 140 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda ağ zolaqları olan göy rəngli 5 mm diametrli elektrik naqilini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 04 dekabr 2021-ci il tarixdə, saat 23:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə birinci mərtəbəsində sağ tərəfdə yerləşən plastik pəncərəni açmaqla qanunsuz daxil olmaqla evin divarlarına çəkilmiş vəziyyətdə olan hər metrinin dəyəri 0,35 manat olan 140 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda «Eser kablo 1x2.5 mm2» yazısı olan qırmızı rəngli elektrik naqilini yerindən dartıb çıxarmaqla, eləcə də evin ikinci mərtəbəsində olan istifadə olunmamış hər metrinin dəyəri 0,35 manat olan 105 manat dəyərində 03 bağlama, yəni 300 metr uzunluğunda «Eser kablo 1x2.5 mm2» yazısı olan qırmızı rəngli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə zirzəmisinin dəmir qapısının asma qıfılını sındıraraq həmin qapını açıb zirzəmidən qanunsuz daxil olmaqla oradan evin divarlarına çəkilmiş hər metrinin dəyəri 0,30 manat olan 210 manat dəyərində 07 bağlama, yəni 700 metr uzunluğunda yaşıl-sarı rəngli 5 mm diametrli elektrik naqilini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 08 dekabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə sağ yan tərəfindəki plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəni açmaqla qanunsuz daxil olmaqla evin divarlarına çəkilmiş hər metrinin dəyəri 0,35 manat olan 105 manat dəyərində 03 bağlama, yəni 300 metr uzunluğunda «Eser kablo 1x2.5 mm2» yazısı olan qırmızı rəngli elektrik naqilini, hər metrinin dəyəri 0,35 manat olan 140 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda ağ zolaqları olan göy rəngli 5 mm diametrli elektrik naqilini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 245 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 dekabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi, Neftçi MTK-nın ərazisində yerləşən yaşayış sahəsi olan evə giriş qapısından sağ tərəfindəki plastik pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəni açaraq qanunsuz daxil olmaqla evin divarlarına çəkilmiş, eləcə də istifadə olunmamış hər metrinin dəyəri 0,35 manat olan 245 manat dəyərində 07 bağlama, yəni 700 metr uzunluğunda «Eser kablo 1x2.5 mm2» yazısı olan qırmızı rəngli elektrik naqilini, hər metrinin dəyəri 0,40 manat olan 160 manat dəyərində 04 bağlama, yəni 400 metr uzunluğunda mavi rəngli 5 mm diametrli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 405 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evə giriş qapısından sol tərəfdə yerləşən pəncərə yerinə düzülmüş daşları uçurdaraq həmin yerdən qanunsuz daxil olmaqla oradan evin divarlarına çəkilmiş hər metrinin dəyəri 0,35 manat olan 105 manat dəyərində 03 bağlama, yəni 300 metr uzunluğunda «Eser kablo 1x2.5 mm2» yazısı olan göy rəngli elektrik naqilini, hər metrinin dəyəri 0,35 manat olan 10,5 manat dəyərində 30 metr uzunluğunda ağ zolaqları olan açıq narıncı rəngli elektrik naqilini yerindən dartıb çıxarmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 115,5 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və 2020-ci ilin avqust ayının 12-si azadlığa buraxılmışdır. Rəsmi olaraq heç bir yerdə işləməsədə, fərdi işlə məşğul olub pul qazanaraq dolanışığını təmin edirmiş. Lakin son zamanlar maddi imkanı olmadığından bir neçə ünvandan oğurluq etmişdir. Onu da qeyd etmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir və oğurladığı əşyaların satılmasından əldə etdiyi pulların çox hissəsini narkotik vasitə almağa sərf etmişdir. Belə ki, müxtəlif vaxtlarda müxtəlif yerlərdən tanımadığı şəxslərdən öz istifadəsi üçün narkotik vasitə əldə edib istifadə etmişdir. İlk dəfə 10 noyabr 2021-ci il tarixdə, saat 01:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin vaxt bir həyət evi diqqətini cəlb etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra açıq darvaza yerindən evin həyətinə daxil olmuşdur. Daha sonra həyətdə olan evə yaxınlaşıb taxta qapısının qıfılını yerdən tapdığı dəmir parçası ilə sındıraraq qapını açıb evə daxil olmuşdur. Oradan 01 top elektrik naqilini, 01 ədəd laqondanı, 01 ədəd prefaratoru, 01 ədəd plastik boru yapışdırmaq üçün ütünü, alçıpan aksesuarlarını, 20-25 ədəd elektrik qutusu (karobka), 5-6 ədəd rubilnik, daha sonra isə evin divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüş və həmin əşyaları özü ilə gətirdiyi kisəyə yığaraq gəldiyi kimi oradan uzaqlaşmışdır. Evin divarlarından sökdüyü elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 30 manata satmışdır. Digər əşyaları isə «8-ci kilometr» bazarına aparıb orada tanımadığı şəxslərə sataraq ümumilikdə 150 manat pul əldə etmiş və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 17 noyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin vaxt ikimərtəbəli həyət evi diqqətini cəlb etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə hasardan keçməklə daxil olub həyətdə olan evə yaxınlaşaraq yan tərəfində olan plastik pəncərəsini dəmir parçası ilə sıxıb açmaqla daxil olmuşdur. Həmin evdə təmir işləri gedirmiş. Oradan 2 ədəd drel, 1 ədəd prefarator, 1 ədəd laqonda, 2 top elektrik naqili, təxminən 30 ədəd elektrik yuvası (razetka), 30 ədəd elektrik açarı (kluçatr), qapı üçün 10- 12 ədəd açar dəstini, 2 ədəd elektrik şiti qutusunu və 2 ədəd elektrik uzadıcını götürüb özü ilə gətirdiyi kisəyə yığaraq gəldiyi kimi oradan çıxaraq uzaqlaşmışdır. Evin divarlarından sökdüyü elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 20 manata satmışdır. Digər əşyaları isə səhərisi gün «8-ci kilometr» bazarına aparıb orada tanımadığı şəxslərə ümumilikdə 170 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 04 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən başqa bir 2 mərtəbəli evə birinci mərtəbəsində sol tərəfdə yerləşən plastik pəncərəsinin dəmir barmaqlığını yerindən qoparıb plastik pəncərəni isə dəmir parçası ilə qırıb açmaqla daxil olmuşdur. Həmin evin birinci mərtəbəsində divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüş və gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 30 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 08 dekabr 2021-ci il tarixdə, saat 01:30 radələrində yenidən həmin evə yəni 04 dekabr 2021-ci il tarixdə, saat 02:00 radələrində oğurluq etdiyi evə birinci mərtəbəsində sağ tərəfdə yerləşən plastik pəncərəsinin dəmir barmaqlığını yerindən qoparıb plastik pəncərəni isə dəmir parçası ilə qarıb açmaqla daxil olmuşdur. Həmin evin ikinci mərtəbəsində divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüş və gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 40 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 04 dekabr 2021-ci il tarixdə, saat 23:30 radələrində yenə də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evlərin arası ilə piyada gəzərək oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin vaxt ikimərtəbəli həyət evi diqqətini cəlb etmiş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinə hasardan keçməklə daxil olub həyətdə olan evə yaxınlaşaraq birinci mərtəbədə sağ tərəfdə yerləşən plastik pəncərəsini vintaçanla açmaqla daxil olmuşdur. Evin döşəməsi vurulmamış və evdə təmir işləri aparılırmış. Həmin evin divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüş və gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 25 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 06 dekabr 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən bir mərtəbəli başqa bir evə zirzəmisinin qıfılını sındırıb həmin qapını açmaqla döşəməsi vurulmamış hissədən daxil olmuşdur. Həmin evin divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüş və gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 45 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 09 dekabr 2021-ci il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən evə birinci mərtəbəsində yerləşən plastik pəncərəsini qarşısındakı dəmir barmaqlığı yerindən çıxarıb plastik pəncərəni isə vintaçanla açmaqla daxil olub evin divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürmüşdür. Eləcə də 4 top yeni elektrik naqillərini götürüb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 45 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 11 dekabr 2021-ci il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 2 mərtəbəli evə birinci mərtəbəsində giriş qapısının sol tərəfində yerləşən pəncərə yerinə düzlümüş daşları uçuraraq daxil olmuşdur. Həmin evin divarlarına çəkilmiş elektrik naqillərini divardan sökərək kəsib götürüb gəldiyi kimi oradan çıxıb uzaqlaşmışdır. Həmin elektrik naqillərini yandıraraq mis halına salıb səyyar metal qəbul edən şəxslərə 30 manata satmış və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X5 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş bir mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 09 noyabr 2021-ci il tarixdə, saat 18:00 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 10 noyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində yenidən həmin ünvana gəlib evin taxtadan olan qapısının asma qıfılını açmaq istəyərkən qıfılın sınmış vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evin taxtadan olan qapısının asma qıfılını sındıraraq həmin qapıdan evə daxil olan naməlum şəxs və ya şəxslər oradan dəyəri 65 manat olan 01 bağlama elektrik naqilini, dəyəri 120 manat olan «Bosch» markalı laqondanı, dəyəri 130 manat olan 01 ədəd «Bosch» markalı prefaratoru, dəyəri 60 manat olan plastik boru yapışdırmaq üçün 01 ədəd ütünü, ümumi dəyəri 50 manat olan müxtəlif alçıpan aksesuarlarını, hər birinin dəyəri 0,3 manat olan 7,5 manat dəyərində 25 ədəd elektrik qutusunu, hər birinin dəyəri 3,5 manat olan 21 manat dəyərində 6 ədəd dövrə kəsicini (rubilniki), evin divarlarına çəkilmiş vəziyyətdə olan hər bağlamasının dəyəri 65 manat olan 260 manat dəyərində 04 bağlama elektrik naqillərini yerindən dartıb çıxarmaqla oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 713,5 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. O mütəmadi olaraq həmin evə baş çəkir. 03 dekabr 2021-ci il tarixdə, saat 18:00 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 04 dekabr 2021-ci il tarixdə, saat 17:00 radələrində yenidən həmin ünvana gəlib evin darvazasını açıb həyətə daxil olarkən evin sol tərəfində yerləşən plastik pəncərənin önündəki dəmir barmaqlığın yerindən sökülərək yerə qoyulduğunu plastik pəncərənin isə açıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə daxil olarkən ona məlum olmuşdur ki, evə daxil olan naməlum şəxs və ya şəxslər evin birinci mərtəbəsinin içərisinə çəkilmiş elektrik naqillərini yerindən dartıb sökməklə oğurlamışdır. Həmin elektrik naqilləri ümumilikdə 7 bağlama olmuşdur. Beləki həmin elektrik naqillərinin 3 bağlaması 2,5 mm-lik, 4 bağlaması isə 4 mm-lik olmuşdur. 2,5 mmlik elektrik naqilinin hər bağlamasını 45 manata olmaqla ümumilikdə 135 manata, 4 mm-lik elektrik naqilinin hər bağlamasını 50 manata olmaqla 200 manata almışdım. Həmin oğurluq nəticəsində ona 335 manat məbləğində maddi ziyan dəymişdir. Bundan bir müddət sonra yəni 07 dekabr 2021-ci il tarixdə, saat 15:00-dan 11 dekabr 2021-ci il tarixdə, saat 15:00 radələrinədək olan müddət ərzində yenidən həmin evə sağ tərəfində yerləşən plastik pəncərənin önündəki dəmir barmaqlığı yerindən söküb plastik pəncərəni açaraq daxil olan naməlum şəxs evin ikinci mərtəbəsinin içərisinə çəkilmiş elektrik naqillərini yerindən dartıb sökməklə oğurlamışdır. Həmin elektrik naqilləri ümumilikdə 7 bağlama olmuşdur. Beləki həmin elektrik naqillərinin 3 bağlaması 2,5 mm-lik, 4 bağlaması isə 4 mm-lik olmuşdur. 2,5 mm-lik elektrik naqilinin hər bağlamasını 45 manata olmaqla ümumilikdə 135 manata, 4 mm-lik elektrik naqilinin hər bağlamasını 50 manata olmaqla 200 manata almışdır. Həmin oğurluq nəticəsində də ona 335 manat məbləğində maddi ziyan dəymişdir. Hər iki oğurluq nəticəsində ona ümumilikdə 670 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. O mütəmadi olaraq həmin evə baş çəkir. 04 dekabr 2021-ci il tarixdə, saat 21:00 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 05 dekabr 2021-ci il tarixdə, saat 09:00 radələrində yenidən həmin ünvana gəlib evin qapısını açaraq evə daxil olmuş və evin divarlarına çəkilmiş, eləcə də evin 2-ci mərtəbəsində olan istifadə olunmamış yeni 3 bağlama elektrik naqilinin yerində olmadığını oğurlandığını aşkar etmişdir. Belə ki, evə birinci mərtəbədə evin sağ tərəfində yerləşən plastik pəncərəni açmaqla daxil olan naməlum şəxs və ya şəxslər həmin elektrik naqillərini oğurlamışdır. Oğurlanmış elektrik naqilləri ümumilikdə 7 bağlama olmuşdur. Belə ki, hər bağlama 65 manatdan olmaqla ümumilikdə 455 manat dəyərində 7 bağlama elektrik naqili almışdır. Həmin elektrik naqillərindən 4 bağlaması divarlara çəkilmiş, 3 bağlaması isə istifadə olunmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 455 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş bir mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. O mütəmadi olaraq həmin evə baş çəkir. 05 dekabr 2021-ci il tarixdə, saat 16:00 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 07 dekabr 2021-ci il tarixdə, saat 09:00 radələrində yenidən həmin ünvana gəlib evin qapısını açıb içəri daxil olmuş və evdə olan elektrik naqillərinin yerində olmadığını görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə zirzəmisinin dəmir qapısının asma qıfılını sındıraraq həmin qapını açıb oradan zirzəmiyə, zirzəmidən isə evə daxil olan naməlum şəxs və ya şəxslər evin içərisinə çəkilmiş elektrik naqillərini yerindən dartıb sökməklə oğurlayıb çıxıb getmişdir. Həmin elektrik naqilləri ümumilikdə 7 bağlama olmuşdur. Belə ki, naməlum şəxs və ya şəxslər hər bir bağlamasının dəyəri 80 manat olan 560 manat dəyərində 4 mm-lik 7 bağlama elektrik naqilini oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 560 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkirmiş. 10 dekabr 2021-ci il tarixdə, saat 11:00 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 11 dekabr 2021-ci il tarixdə, saat 10:00 radələrində yenidən həmin ünvana gəlib evin qapısını açıb içəri daxil olmaq istəyərkən giriş qapısının sağ tərəfində yerləşən pəncərə yerinə düzülmüş daşların uçurulduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə daxil olan naməlum şəxs və ya şəxslər evin içərisinə çəkilmiş elektrik naqillərini yerindən dartıb sökməklə oğurlayıb giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərəni içəridən açmaqla oradan çıxıb getmişdir. Oğurlanmış 330 metr uzunluğunda elektrik naqillərinin ümumi dəyəri 850 manat təşkil edirmiş. Oğurluq nəticəsində ona ümumilikdə 850 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi, Neftçi MTK-nın ərazisində yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. Mütəmadi olaraq həmin evə baş çəkir. 08 dekabr 2021-ci il tarixdə, saat 22:30 radələrində həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 09 dekabr 2021-ci il tarixdə, saat 12:00 radələrində yenidən həmin ünvana gələrkən evin giriş qapısından sağ tərəfdə yerləşən plastik pəncərənin önündəki dəmir barmaqlığın sökülmüş vəziyyətdə yerdə olduğunu, plastik pəncərənin isə açıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə daxil olan naməlum şəxs və ya şəxslər evin içərisinə çəkilmiş elektrik naqillərini yerindən dartıb sökməklə və evdə olan istifadə olunmamış 4 bağlama elektrik naqilini oğurlamışdır. Oğurlanmış həmin elektrik naqilləri ümumilikdə 11 bağlama olmuşdur. Həmin elektrik naqillərindən 4 bağlaması 4 mm-lik, 7 bağlaması isə 2,5 mm-lik imiş. 4 mm-lik elektrik naqilinin hər bağlamasını 65 manata, 2,5 mm-lik elektrik naqilinin hər bağlamasını isə 45 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 575 manat məbləğində maddi ziyan dəymişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxsin onun evindən oğurluq etməsinə dair şübhələri olması səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olmadığını qeyd etmiş və bu halın məhkəmə istintaqı zamanı nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən yeni tikilmiş iki mərtəbəli evi var. Həmin ev tam təmirli olmadığından evdə hələki yaşayış yoxdur. O mütəmadi olaraq həmin evə baş çəkirmiş. 15 noyabr 2021-ci il tarixdə həmin evdə olarkən hər bir şeyin qaydasında olduğunu görüb çıxıb getmişdir. 30 noyabr 2021-ci il tarixdə, saat 12:00 radələrində yenidən həmin ünvana gəlib evin qapısını açıb içəri daxil olmaq istəyərkən giriş qapısının sağ tərəfində yerləşən pəncərə yerinə düzülmüş daşların uçurulduğunu görüb evdən oğurluq olduğundan şübhələnmişdir. Daha sonra evə baxarkən ona məlum olmuşdur ki, evə sol yan tərəfində yerləşən plastik pəncərəni açmaqla daxil olan naməlum şəxs və ya şəxslər evdən hər birinin dəyəri 60 manat olan 120 manat dəyərində 02 ədəd dreli, dəyəri 160 manat olan 01 ədəd prefaratoru, dəyəri 210 manat olan 01 ədəd laqondanı, hər bağlamasının dəyəri 70 manat olan 140 manat dəyərində 2 bağlama elektrik naqilini, hər birinin dəyəri 4 manat olan 120 manat dəyərində 30 ədəd elektrik yuvasını, hər birinin dəyəri 4 manat olan 120 manat dəyərində 30 ədəd elektrik açarını, hər birinin dəyəri 50 manat olan 600 manat dəyərində 12 ədəd qapı üçün açar dəstini, hər birinin dəyəri 25 manat olan 50 manat dəyərində 02 ədəd plastik elektrik şiti qapağını, hər birinin dəyəri 50 manat olan 100 manat dəyərində 02 ədəd 25 metr uzunluğunda elektrik uzadıcını oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1620 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs suallarına təqsirləndirilən şəxsin vermiş olduğu cavablarından sonra Təqsirləndirilən şəxs şikayətinin olmadığını, çünki onun evinə bu şəxsin girmədiyini, onun evinə daxil olan şəxsin tapılmasını istədiyini və bu səbəbdən də onun evindən olan oğurluq hadisəsinin araşdırılması üçün istintaq orqanına göndəriməsini xahiş etdiyini bildirmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 yanvar 2022-ci il tarixli, 9/9222 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 8 adda üzəri izolyasıyalı, mis əsaslı ərintidən hazırlanmış naqillərin istifadədə olması nəzərə alınmaqla 1 metrinin 2021ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur:
1. Göy rəngli 20 sm uzunluğunda üzərində «Eser kablo 1x2.5 mm2» yazıları olan naqilin 1 metri - 0,35 manat,
2. Qırmızı rəngli 30 sm uzunluğunda üzərində «Eser kablo 1x2.5 mm2» yazıları olan naqilin 1 metri - 0,35 manat,
3. Göy rəngli ağ zolaqları olan 20 sm uzunluğunda üzərində markalanma yazısı olmayan 4 mm diametrli naqilin 1 metri - 0,35 manat,
4. Açıq narıncı rəngli ağ zolaqları olan 20 sm uzunluğunda üzərində markalanma yazısı olmayan 4 mm diametrli naqilin 1 metri - 0,35 manat,
5. Yaşıl-sarı rəngli 20 sm uzunluğunda üzərində markalanma yazısı olmayan 3,6 mm diametrli naqilin 1 metri - 0,30 manat,
6. Boz rəngli 28 sm uzunluğunda üzərində markalanma yazısı olmayan 5 mm diametrli naqilin 1 metri - 0,40 manat,
7. Mavi rəngli 42 sm uzunluğunda üzərində markalanma yazısı olmayan 5 mm diametrli naqilin 1 metri - 0,40 manat,
8. Qara rəngli 29 sm uzunluğunda üzərində markalanma yazısı olmayan 5 mm diametrli naqilin 1 metri - 0,40 manat. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 27.12.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 12.08.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 24 gün gün müddətinə azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. 05.11.2020-ci il tarixdə cəzasının çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan 13.12.2021-ci il tarixli protokoldan görünür ki, 13 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı Neman Şirinov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 15.12.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13.12.2021-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan 16.12.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq hadisəsi yerlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan 13.12.2021-ci il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd göy rəngli üzərində «Eser» yazısı olan 20-25 sm uzunluğunda elektrik naqili; 01 ədəd qırmızı rəngli üzərində «Eser» yazısı olan 25-30 sm uzunluğunda elektrik naqili; 01 ədəd ağ zolaqları olan göy rəngli 20-25 sm uzunluğunda elektrik naqili; 01 ədəd ağ zolaqları olan açıq narıncı rəngli 20-25 sm uzunluğunda elektrik naqili; 01 ədəd yaşıl-sarı rəngli 20-25 sm uzunluğunda uzunluğunda elektrik naqili; 01 ədəd boz rəngli 25-30 sm uzunluğunda elektrik naqili; 01 ədəd mavi rəngli 45-50 sm uzunluğunda elektrik naqili; 01 ədəd qara rəngli 25-30 sm uzunluğunda elektrik naqili götürülmüşdür. İş materiallarında olan 29.01.2022-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə zərər çəkmiş şəxslər cinayət işi üzrə əldə olunmuş 01 ədəd göy rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 20 sm uzunluğunda elektrik naqilinə; 01 ədəd qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 30 sm uzunluğunda elektrik naqilinə; 01 ədəd ağ zolaqları olan göy rəngli 20 sm uzunluğunda 4 mm diamertli elektrik naqilinə; 01 ədəd ağ zolaqları olan açıq narıncı rəngli 20 sm uzunluğunda 4 mm diamertli elektrik naqilinə; 01 ədəd yaşıl-sarı rəngli 20 sm uzunluğunda 3,6 mm diamertli elektrik naqilinə; 01 ədəd boz rəngli 28 sm uzunluğunda 5 mm diamertli elektrik naqilinə; 01 ədəd mavi rəngli 42 sm uzunluğunda 5 mm diamertli elektrik naqilinə; 01 ədəd qara rəngli 29 sm uzunluğunda 4 mm diamertli elektrik naqilinə baxış keçirtmişlər və zərər çəkmiş şəxs X5 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 30 sm uzunluğunda elektrik naqilinin və 01 ədəd boz rəngli 28 sm uzunluğunda 5 mm diametrli elektrik naqilinin ona məxsus oğurlanmış naqillərdən olduğunu bildirmişdir. Belə ki, 4 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 400 metr uzunluğunda qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan elektrik naqilinin və 1 bağlama, yəni 100 metr uzunluğunda boz rəngli 5 mm diametrli elektrik naqilinin oğurlanmasını; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd qara rəngli 29 sm uzunluğunda 5 mm diametrli elektrik naqilinin ona məxsus oğurlanmış naqillərdən olduğunu bildirmişdir. Belə ki, 2 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 200 metr uzunluğunda qara rəngli 5 mm diametrli elektrik naqilinin oğurlanmasını; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 30 sm uzunluğunda elektrik naqilinin və 01 ədəd ağ zolaqları olan göy rəngli 20 sm uzunluğunda 5 mm diametrli elektrik naqilinin ona məxsus oğurlanmış naqillərdən olduğunu bildirmişdir. Belə ki, 3 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 300 metr uzunluğunda qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan elektrik naqilinin və 4 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 400 metr uzunluğunda ağ zolaqları olan göy rəngli 5 mm diametrli elektrik naqilinin oğurlanmasını; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd göy rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 20 sm uzunluğunda elektrik naqilinin ona məxsus oğurlanmış naqillərdən olduğunu bildirmişdir. Belə ki, 7 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 700 metr uzunluğunda qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan elektrik naqilinin oğurlanmasını; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd yaşıl-sarı rəngli 20 sm uzunluğunda 3,6 mm diametrli elektrik naqilinin ona məxsus oğurlanmış naqillərdən olduğunu bildirmişdir. Belə ki, 7 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 700 metr uzunluğunda yaşıl-sarı rəngli 5 mm diametrli elektrik naqilinin oğurlanmasını; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd göy rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 20 sm uzunluğunda elektrik naqili və 01 ədəd ağ zolaqları olan açıq narıncı rəngli 20 sm uzunluğunda 4 mm diametrli elektrik naqilinin ona məxsus oğurlanmış naqillərdən olduğunu bildirmişdir. Belə ki, 300 metr uzunluğunda göy rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan elektrik naqilinin və 30 metr uzunluğunda ağ zolaqları olan açıq narıncı rəngli 4 mm diametrli elektrik naqilinin oğurlanmasını; zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 həmin elektrik naqillərinə baxış keçirib 01 ədəd qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 30 sm uzunluğunda elektrik naqilinin və 01 ədəd mavi rəngli 42 sm uzunluğunda 5 mm diametrli elektrik naqilinin ona məxsus oğurlanmış naqillərdən olduğunu bildirmişdir. Belə ki, 7 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 700 metr uzunluğunda qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan elektrik naqilinin və 4 bağlama, hər bağlamasının uzunluğu 100 metr olmaqla 400 metr uzunluğunda mavi rəngli 5 mm diametrli elektrik naqilinin oğurlanmasını bildirmişdir. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı 29.03.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin onun evindən oğurluq etməsinə dair şübhələri vardır və bu səbəbdən təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 15.01.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. 12.08.2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 24 gün gün müddətinə azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd göy rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 20 sm uzunluğunda elektrik naqili; 01 ədəd qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 30 sm uzunluğunda elektrik naqili; 01 ədəd ağ zolaqları olan göy rəngli 20 sm uzunluğunda 4 mm diamertli elektrik naqili; 01 ədəd ağ zolaqları olan açıq narıncı rəngli 20 sm uzunluğunda 4 mm diamertli elektrik naqili; 01 ədəd yaşıl-sarı rəngli 20 sm uzunluğunda 3,6 mm diamertli elektrik naqili; 01 ədəd boz rəngli 28 sm uzunluğunda 5 mm diamertli elektrik naqili; 01 ədəd mavi rəngli 42 sm uzunluğunda 5 mm diamertli elektrik naqili; 01 ədəd qara rəngli 29 sm uzunluğunda 4 mm diamertli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslərə qaytarılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 13 dekabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd göy rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 20 sm uzunluğunda elektrik naqili; 01 ədəd qırmızı rəngli üzərində «Eser kablo 1x2.5 mm2» yazısı olan 30 sm uzunluğunda elektrik naqili; 01 ədəd ağ zolaqları olan göy rəngli 20 sm uzunluğunda 4 mm diamertli elektrik naqili; 01 ədəd ağ zolaqları olan açıq narıncı rəngli 20 sm uzunluğunda 4 mm diamertli elektrik naqili; 01 ədəd yaşıl-sarı rəngli 20 sm uzunluğunda 3,6 mm diamertli elektrik naqili; 01 ədəd boz rəngli 28 sm uzunluğunda 5 mm diamertli elektrik naqili; 01 ədəd mavi rəngli 42 sm uzunluğunda 5 mm diamertli elektrik naqili; 01 ədəd qara rəngli 29 sm uzunluğunda 4 mm diamertli elektrik naqili hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxslərə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli