Məhkəmə qərarları › İş №1(003)-148/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-148/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-148/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə X1 xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X3 zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, X3 01 avqust 2022-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsidə yerləşən yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs əli ilə vuraraq burnun, döş qəfəsinin, sol yarısının və sol qurşaq nahiyəsinin yumuşaq toxumalrının əziyi, hər iki said nahiyəsinin qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs X3 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 12 il olar ki, ailə qurmuş və birgə nigahdan 3 qızı vardır. Əvvəllər münasibətləri normal olsa da, son zamanlar münasibətləri pozulmuşdur. 01 avqust 2022-ci il tarixdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində olarkən Aygül ilə aralarında yaranmış mübahisə zamanı əsəbləşdiyindən əli ilə Aygülün başına bir neçə zərbə vurmuş, sonra yerə yıxaraq bədən nahiyyəsinə bir neçə təpik vurmuşdur. Sonar etdiyi hərəkətə görə peşmançılıq keçirib Aygüla üzürxahlıq etmişdir. Ərizə təqdim edərək törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. X1 təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə birgə nigahdan 3 qızları vardır. Elgün uzun müddətdir onu Siyəzən şəhərinə atası evinə getməyə qoymadığı üçün aralarında mübahisə olmuşdur. 01 avqust 2022-ci il tarixdə, saat 14:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən nömrəsiz evdə olarkən Elgün ilə aralarında baş vermiş mübahisə zamanı Elgün bir neçə dəfə əli ilə onun başına zərbə vurmuş, sonra yerə yıxaraq bədən nahiyyəsinə bir neçə təpik vuraraq xəsarət yetirmişdir. Hətta bundan bir neçə gün sonra, onu atasıgilə qovmuş və onu xəyanətlə şərləmişdir. Bu səbəbdən Elgünlə yaşaya bilmədiyindən ondan başanma üçün Xəzər rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən X3 ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. X1 barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 10 avqust 2022-ci il tarixli, 176 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – döş qəfəsinin, sol yarısının və sol qurşaq nahiyəsinin yumuşaq toxumalrının əziyi, hər iki said nahiyəsinin qançırları aşkar edilmişdir. Törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 8-12 gün əvvəl olmaqla, qərarda göstərilən 01 avqust 2022-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa qəsdən YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 05 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş X1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxs X2 qarşı heç bir şikayəti və tələbi yoxdur, X3 ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş əməli törətmiş şəxs X1 06 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Bu Məcəllənin 73.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər». Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin mənasına görə məhkəmə baxışının gedişində, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda, zərər çəkmiş şəxsin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X2 istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt olmaqla ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X2 istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar