Məhkəmə qərarları › İş №1(003)-149/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-149/2024

13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-149/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) iştirakları ilə, 02 fevral 1982-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-381/2024 saylı 03 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 28 dekabr 2023cü il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2024 saylı 01 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və hazırda həmin cəzanı çəkən, hazırkı cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-759/2023 saylı 16 noyabr 2023-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) 03 avqust 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 20 manat müqabilində bir ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,268 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə daşımış, 03 avqust 2023-cü il tarixdə saat 22:00 radələrində Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində fəaliyyət göstərən “Bakı” adlı kafenin yaxınlığında saxlanılıb, Xəzər RPİ-nin 2-ci Polis şöbəsinə gətirilmiş və 03 avqust 2023-cü il tarixdə, saat 23:10 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan ağ rəngli qısa cins şalvarın sol yan cibindən həmin bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,268 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, psixotrop maddə metamfetamindən və heroindən uzun müddətdir ki çəkmək yolu ilə istifadə edir. Axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində adını “kakos” kimi bildiyi narkotik vasitə heroini 03 avqust 2023-cü il tarixdə, gündüz saatlarında Maştağa qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadə məqsədi ilə alıb üzərində gəzdirmişdir. Həmin gün axşam saatlarında Çiləgər qəsəbəsindəki “Bakı” kafesinin yaxınlığında piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini tələb etmişlər. O da polis əməkdaşlarına özünü təqdim etdikdən sonra onlar onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu deyib onu 2-ci PŞ-nə dəvət etmişlər. Orada olan zaman polis əməkdaşları ona üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı zərurəti olduğunu demiş, hüquqlarının müdafəsi üçün vəkil dəvət etmişlər. Əvvəlcə ona hüquq və vəzifələri izah edilmiş, sonra isə polis əməkdaşları üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra o, əynindəki ağ rəngli qısa cins şalvarın sol yan cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan qara rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni 03 avqust 2023-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək üçün alıb üstündə gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi narkotik vasitə heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş və müvafiq sənədləşdirilmə aparılmış, tərtib edilmiş sənədlər o və iştirakçılar tərəfindən imzalanmışdır. Törətdiyi əməli etiraf edir və peşman olduğunu bildirir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) məhkəməyə şifahi vəsatətlə müraciət edərək özünü təqsirli bildiyini göstərmiş və digər şahid ifadələrinin elan olunaraq məhkəmə istintaqının tamamlanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) bu vəsatəti təmin olunaraq şahid ifadələri məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, 03 avqust 2023-cü il tarixdə saat 21:30 radələrində Buzovna qəsəbəsi Çiləgər yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə alınmış əməliyyat məlumatı ilə əlaqədar 2-ci PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 ilə birlikdə Buzovna qəsəbəsi Çiləgər yaşayış massivinə getmişlər. Həmin gün saat 22:00 radələrində Çiləgər yaşayış massivində fəaliyyət göstərən “Bakı” kafesinin yaxınlığında Təqsirləndirilən şəxs (Ramazanov Tabrizi) gördükdən sonra ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyini tələb etmişlər. Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) da onlara özünü təqdim etdikdən sonra onlar onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğunu deyib onu 2-ci PŞ-nə dəvət etmişlər. Orada olan zaman onlar Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) üzərinə şəxsi axtarış, baxış və götürmə aparılacağı zərurəti olduğunu demiş, hüquqlarının müdafəsi üçün vəkil dəvət etmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) hüquq və vəzifələri izah edilmiş, sonra isə üzərində qanuna zidd əşya və ya predmet varsa çıxarıb könüllü təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) əynindəki ağ rəngli qısa cins şalvarın sol yan cibindən 01 ədəd içərisində narkotik vasitə heroin olan qara rəngli kağıza bükülmüş bükümü təqdim etmiş, sorğu-sual zamanı həmin narkotik vasitəni 03 avqust 2023-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata özü istifadə etmək üçün alıb üstündə gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) təqdim etdiyi narkotik vasitə götürülərək onun iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin polis sahə rəisi, polis mayoru Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etməsi müəyyən edildi. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının 04 avqust 2023cü il tarixli, 3-16-16/2-6/4163 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 193” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,268qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,268 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,218 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 110,00 (yüz on) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 5844 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizdə) opioidlərin və psixostimuliyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizdən) götürülmüş 0,268 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalan - 0,218 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) üzərinə Xəzər RPİ-nin 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 22 sentyabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) barəsində Sabunçu RPİ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi 12 dekabr 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2024 saylı 01 fevral 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-381/2024 saylı 03 aprel 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzaçəkməsinin əvvəli 28 dekabr 2023-cü il tarixdən hesablanmaqla və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2024 saylı 01 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla ona 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşıması faktı məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-381/2024 saylı 03 aprel 2024-cü il tarixli hökmü ilə CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-51/2024 saylı 01 fevral 2024-cü il tarixli hökmündən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-381/2024 saylı 03 aprel 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək 2 (iki) gün, 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək 2 (iki) gün və 03 avqust 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək 2 (iki) gün, cəmi 6 (altı) gün müddət saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) şübhəli şəxs qismində 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək 2 (iki) gün, 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək 2 (iki) gün və 03 avqust 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək 2 (iki) gün, cəmi 6 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-759/2023 saylı 16 noyabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) 02 oktyabr 2023-cü il, 16 oktyabr 2023-cü il, 30 oktyabr 2023-cü il və16 noyabr 2023-cü il tarixlərə təyin edilmiş məhkəmə iclaslarının vaxtı barədə rəsmi qaydada çağırış vərəqəsi göndərilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-149/2024 saylı 04 aprel 2024-cü il tarixli Qərarından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-381/2024 saylı 03 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 53.6-cı maddəsinə əsasən icraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxdığı üçün Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı 28 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,218 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) üzərinə Xəzər RPİ 2-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 110,00 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs (Ramazanov Tabrizdən) tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 15 (on beş) iş saatına görə 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs (Ramazanov Tabriz) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-381/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) təyin edilmiş 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) şübhəli şəxs qismində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmış 1(008)-51/2024 nömrəli cinayət işi üzrə 20 oktyabr 2022-ci il tarixdən 22 oktyabr 2022-ci il tarixədək tutulduğu 2 (iki) gün, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış 1(003)-381/2024 nömrəli cinayət işi üzrə 23 sentyabr 2023-cü il tarixdən 25 sentyabr 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün və hazırkı iş üzrə şübhəli şəxs qismində 03 avqust 2023-cü il tarixdən 05 avqust 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 6 (altı) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 28 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) Azərbaycan Respublikası CM-nin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,218 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) üzərinə Xəzər RPİ 2-ci PŞdə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd “disk” hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizdən) 110,00 (yüz on) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs (Ramazanov Tabrizin) hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90,00 (doxsan) manat olmaqla ümumilikdə 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx"ASCXəzərfilialı, kod 200178, VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesabAZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs (Ramazanov Tabrizə) isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar