Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-15/2024 30.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda ƏN PX 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,325 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində daşıyaraq üzərində saxlamış, 17 avqust 2022-ci il tarixdə saat 15:40-da dəqiqədə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsində saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında xidməti otaqların birində üzərində video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümündə qeyd olunan çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, evdən çıxan zaman Balaca, Gülağa və Nicat adlı üç polis əməkdaşları onu saxlayaraq maşına əyləşdirmişlər və onu bölməyə aparmışlar. Orada ona ya külli miqdarı və ya bunu boynuna götürməyi məcbur etmişlər. Onun üzərində heçnə olmamışdır. Həmin gün işdə gəlmiş və cibində 200 manat pul olmuşdur. Həmin gün telefonuna da zəng gəlməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə edir, bir müddətdir ki, “kakos” istifadə edir, videoçəkilişlə və müdafiəçinin iştirakı ilə keçirilib, xeyr, onu döyməyiblər, onu qapısının ağzında tutmuşlar, onu tutanlar Balaca, Gülağa və Nicat adlı polis əməkdaşları olmuşdur, o, əvvəllər onları tanımamışdır, tutulduqdan sonra onu sahə müvəkkilinin yanına, daha sonra isə bölməyə aparmışlar, onun üzərinə axtarış keçirtmişlər, lakin üzərindən heçnə çıxmamışdır, həmin vaxt onunla birlikdə 4-5 nəfər şəxs də tutulmuşdur, çəkiliş zamanı yanında vəkil olmuşdur, o, vəkilə bunun boynuna qoyulduğunu deməmişdir, onu Balaca, Gülağa və Nicat saxlamış, onlardan Nicatı kəndin sahə müvəkkili kimi tanımış, digərlərini tanımamışdır, ona qarşı fiziki təzyiq olmamışdır, Ağır Cinayətlər Məhkəməsində gedən iş üzrə onu Xəzər rayonun əməliyyatçıları Həsən, Orxan tutmuşlar, vəkil ondan heçnə soruşmamış, o da, imkanı olduğu təqdirdə vəkilə heçnə deməmişdir, çəkiliş zamanı orada Gülağa və Balaca olmuşdur. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini nəzərə alınmasını bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 1-ci PŞ sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, təxminən avqust ayının ortalarında əməliyyat məlumatı almışlar. Türkan qəsəbəsində Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitəsinin istifadə etməsi ilə bağlı məlumat daxil olmuşdur. Bununla bağlı Türkan qəsəbəsində kəndin içində olan zaman Təqsirləndirilən şəxs bənzər bir nəfər şəxsə yaxınlamışlar, özlərini təqdim etmişlər, həmin şəxsə özünü təqdim etməsini demişlər, həmin şəxs də özünü Orxan kimi təqdim etmişdir. Onlar onu 1-ci PŞ-nə dəvət etmişlər. Orada təhqiqatçı onun üzərinə baxış keçirən zaman Orxan özü üzərində olan narkotik vasitəni təqdim etmişdir. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, təqsirləndirilən şəxsin hazırda etiraf etməməsi özü müdafiə xarakteri daşıyır, bununla bağ səhv etmirsə videoçəkiliş də var, tutulan zaman orada o, Gülağa və səhv etmirsə Balaca olmuşdur, onu Türkanda kəndin içində tutmuşlar, vəkil iştirak etmişdir, ona qarşı heç bir təzyiq olmamışdır, təqsirləndirilən şəxsin tutulmasında iştirak etmişdir, dəqiq xatırlamır, lakin tutulduğundan sonra onu 1-ci Bölməyə aparmışlar, avqust ayının ortalarında tutmuşlar, tutulan zaman onun üzərinə baxış keçirtməmişlər, tutandan sonra onu bölməyə aparmışlar, avqust ayının ortalarında həmin vaxtlarda təxminən 30-35 nəfər adam tutulmuşdur, ona narkotik vasitəsini üzərinə götürməsi ilə bağlı qəti təsir göstərilməyib, orada Gülağa və ola bilsin ki, Balaca olmuş, ama onu dəqiq xatırlamır, əməliyyata Gülağa və o getmişdir, Balaca və Nicat isə həmin vaxt həmin ərazidə xidmət aparmışlar, ola bilsin ki, həmin vaxt yanlarında olsunlar, lakin bunu xatırlamır, o, əvvəllər Orxanı tanımamış, ilk dəfə Orxanı portal şəklindən görmüşdür. Əməliyyat qrupunun üzvləri Gülağa və o olmuşdur, Şahid1 əməliyyat müvəkkilidir, dəqiq xatırlamır, lakin səhv etmirsə həmin əməliyyatda Emin də olmuşdur, həmin o, 1-2 ayda onlar narkotik vasitəsinin istifadəsi ilə 30-35 nəfər adam tutmuşlar, ona görə də dəqiq xatırlamır, Emin onlarla bir neçə tədbirdə olmuş, lakin bu epizod üzrə xatırlamır, ibtidai istintaqda verdiyi ifadəsində varsa, dəmək ki, Emin də olmuş, lakin o, dəqiq xatırlamır, onu Türkanda kəndin içində saxlamışlar, küçənin adını dəqiq xatırlamır, lakin Firdovsi küçəsi olmalıdır. Məhkəmə iclasında hakimin çarpaz sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, şahid Anarı tanımır, onu birinci dəfədir görür, həmin şəxs əməliyyatda iştirak etməmişdir, o, Firdovsi küçəsi ev 25 ünavnında qapısının qarşısında saxlanılmışdır. 30 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyatda iştirak etmişdir, əməliyyat tədbirində iştirak edən zaman üzərində telefonu olmamış, xatırlamır, yəgin ki, yox..,dəqiq xatırlamır, onların şöbələri Şüvəlan qəsbəsi, A.İldırım küçəsində yerləşir, ola bilər ki, məlumat daxil olan zaman tələsərək çıxmışlar və telefon bölmədə qalmışdır, axtarış və baxışda iştirak etmiş, əvvəlki verdiyi ifadəni təsdiq etmişdir, hər halda həmin gün telefondan istifadə etmişdir, belə xatırlıyır ki, əməliyyat məlumatı daxil olduqdan sonra tələsərək bölmədən çıxmış, 1-2 saat sonra qayıtmışdır. Ola bilsin ki, telefonu növbətçi hissədə şarjda və ya otaqda qalmışdır. O, sahə inspektoru olduğuna görə həmin şəxsin təxminən kim olduğunu bilmişdir, portalı çıxartmışlar, onun telefonu növbətçi hissəsində qalmış və 99% və hətda 100% gələn zənglərə növbətçi hissədən kimsə cavab vermişdir, ehtimal etmişdir ki, ona həmin vaxt daxil olan zəng vacib olduğuna görə daxil olan zənglərə cavab vermişlər. O, belə ehtimal etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 1-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 1-ci PŞ-nin cinayət axtarış şöbəsinə məlumat daxil olmuş, Türkan qəbəsində narkotik vasitənin istifadəçisi ilə bağlı əməliyyat qrupu yaradılmışdır. Onlar Türkan qəsəbəsi Fizuli küçəsinə yollanmışlar, orada həmin şəxsi götürüb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun üzərində narkotik vasitənin olduğu aşkarlanmış, şəxsin özü də istifadəçisi olduğunu bildirmiş, daha sonra ona CM-nin 234.1-ci maddəsi ilə iş açılmışdır. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, orada küçələr çox olduğuna görə səhv etmirsə onu Fizuli küçəsində saxlamışlar (daha sonra şahid dövlət ittihamçısının “Firdovsi küçəsi ola bilər?” sualını “Bəli, Firdovsi küçəsi” cavablandırır). Xeyr, onlar onu evindən yox yol kənarından aparmışlar, həmin vaxt orada o və Şahid2 olub, onu saxlayaraq 1-ci PŞ-nə gətirmişlər, Balaca və Gülağa orada olmamışlar, onların tərəfindən heç kimə təzyiq və ya təhsir göstərilməyib, narkomanın narkoman olduğu görünüşündən görsənir, bundan başqa özü də etiraf etmiş, etiraf etməsə də Respublikanın tibbi ekspertiza mərkəzi var və oradan da məlumat eldə etmək olar, şəxs müdafiəçi ilə təmin olunmuşdur, onlara məlumat məxfi daxil olur, əməliyyat qrupuna, idarəyə, şöbəyə məlumat daxil olmuşdur, 1-ci PŞ-nin CAŞ-nə məxfi məlumat daxil olmuş, həmin məlumat rəsmiləşdirilmiş, o, şəxsin evində olmamış, onu yol kənarından götürmüş, evlərinə girməmiş, axtarış aparmamışdır, həmin vaxt orada o və Şahid2 olub, başqa heç kim olmamışdır. Onlar onu şöbəyə gətirmişlər, ona qarşı təzyiq göstərilməmiş, onu əvvəllər tanımamışdır, o, 2022-ci ildən 1-ci PŞ-də işləyir, günorta saatlarında saxlanılmış, xeyr, şəxsin barəsində digər cinayət işinin olduğunu bilməmişdir, belə ki, narkotiklərin dövriyyəsi ilə bağlı məsələləyə dərhal reaksiya göstərilir, narkotiki tanımadığı şəxsdən aldığını bildirmişdir, yol qırağı dedikdə- küçə kənarında, məhlədə, avtomobillərin intensiv hərəkət yeri deyildi. Məhkəmə iclasında hakimin çarpaz sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, saat bir iki arası saxlanılmış, Firdovsi küçəsi evinin qarşısında saxlanılmışdır, həmin küçədə kamera var, onu Balaca, Gülağa və Nicat saxlamışlar, daha sonra ona qarşı təzyiq olmamışdır. Saat 17-18 aralığında onu şöbəyə aparmışlar, həmin vaxt oun üzərində telefon olmuşdur, ***-***-**-**..., telefonu ondan polis şöbəsində almışlar. Məhkəmə iclasında müdafiəçinin çarpaz sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Balaca və Gülağa onun üstünü yoxlamışlar, lakin onun üstündən heç nə çıxmamışdır. 30 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında təkrar olaraq verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, o, əməliyyat tədbirlərində iştirak etmiş, onu Türkan qəsəbəsində saxlamışlar. A.İldırım küçəsində onların polis şöbəsi yerləşir. Əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat məlumatı daxil olduqdan sonra onun tərəfindən dərhal əməliyyat tədbiri qurulmuş, onun qarşısına Anar çıxmış, Anar Türkanı yaxşı tanıdığına görə onunla getmiş, onun telefonu şöbədə olmuş, telefon üzərində olmamış, telefonuna zənglər gələ də bilər və cavab da verilə bilər, otaqda olan şəxslərrəhbərlik tərəfindən zəng gələrsə şöbədə olan şəxlər həmin zənglərə cavab verə bilərlər, o da əməliyyatçı yoldaşına rəis və müavin tərəfindən edilən zəngə cavab verə bilər, onun telefonunda yığa da bilərlər, telefonu kodda deyil. Telefonu özü istifadə edir, telefonu şöbəyə qoymur, onlar əməliyyatçıdırlar və ani çıxan zaman, tələsən zaman telefon hər yerdə qala bilər, onun telefonuna daxil olan zəngə cavab verilə bilərlər və o da kiminsə telefonuna cavab verə bilər. Maşında ratsiya da var. 15:40 radələrində özü Türkanda olsa da telefonunu A.İldırımda unutmuşdur, telefon şöbədə qalmışdır, daxil olan məlumatı gedib yerində yoxlayır, daxil olan məlumat inandıqları şəxs tərəfindən daxil olur. Əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat sənədləri hazırlandı və 10-15 dəqiqəyə təxirə salınmadan çıxmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 16:25-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxt xx.xx.2022-ci il saat 15:40 hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4384 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №157” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə ir ədəd bükümdə təmiz çəkisi 0,325 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Təmiz çəkisi 0,325 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı 0,05 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,275 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan olunaraq araşdırılmış təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə həmin cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6195 saylı rəyindən görünür ki, X8 OPİOİDLƏRİN və Kannabinoidlərin birgə qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli AZF/LGL-9002/23 saylı məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 50 308 05 05 saylı nömrə xx.xx.2018-ci il tarixindən etibarən nömrə daşınma xidməti vasitəsilə Bakcell operatorunun abunəçisidir. Qeyd olunmuş digər nömrə Azercell şəbəkəsinə məxsus olmadığı üçü təqdim edilməsi mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli AZF/LGL-6492/23 saylı məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə sorğulanan tarixdə Azerfon şəbəkəsində istifadə edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli AZF/LGL-8973/23 saylı məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrə xx.xx.2016-cı il tarixdə Azerfon şəbəkəsindən Bakcell şəbəkəsinə danışmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli BKC/LGL-10151/23 saylı məktubdan görünür ki, ********** saylı nömrə xx.xx.2016-cı il (saat 10:39) tarixindən “Azerfon” mobil operatorundan “Bakcell” mobil operatora daşınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində gösətrmişdir ki, o, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, özü və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra Şahid2la birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə yollanmış, 17 avqust 2022-ci il tarixdə saat 15:40-da Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi ilə piyada hərəkət edən, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, Şahid2 ilə birlikdə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi xahiş etmiş, həmin şəxs özünü xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmiş, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamış, Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmiş, o da buna etiraz etməmiş, sonra onu Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati binasına apararaq barəsində araşdırma aparılması üçün Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyevə təhvil vermişdir. Elvin Hacıyev Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra özü, Şahid2 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış aparılmazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, onu 17 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs şalvarın cibindən çıxardaraq təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd narkotik vasitəyə bənzər maddə kütlə içərisi boş olan zərfə qoyularaq qabalaşdırılmış, istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanaraq möhürlənmişdir. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən öncə və şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və psixi təzyiq göstərilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösətrmişdir ki, o, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, o və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra Şahid1 birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə yollanmışlar, 17 avqust 2022-ci il tarixdə saat 15:40-da Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi ilə piyada hərəkət edən, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmışlar, Şahid1 ilə birlikdə özlərini təqdim edib polis işçiləri olduqlarını bildirib xidməti vəsiqələrini göstərmişlər. Bundan sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər, həmin şəxs özünü xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etdi. Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamışlar, Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər, o buna etiraz etməmişdir. Sonra onu Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati binasına apararaq barəsində araşdırma aparılması üçün Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyevə təhvil vermişlər. Elvin Hacıyev Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır, şəxsi axtarış aparılmazdan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli siqaret kağızı bükümünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdə olan kütlənin narkotik vasitə heroin olduğunu, onu 17 avqust 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı rayonu ərazisində əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs şalvarın cibindən çıxardaraq təqdim etdiyi bir ədəd büküm açıldıqda içərisində narkotik vasitəyə bənzər maddə olması müəyyən edilmşdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs uzərindən aşkar edilərək götürülmüş bir ədəd narkotik vasitəyə bənzər maddə kütlə içərisi boş olan zərfə qoyularaq qabalaşdırıldı, istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanaraq möhürləndi. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olundu, protokolla tanış olmuşlar, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli X1 barədə məlumatdan görünür ki, xx/xx/2022 12:00:00 xx/xx/2022 19:00:00 – dək Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 istifadəsində olan ********* saylı nömrə ilə istifadə edilmiş mobil qurğunun geolokasiyası 13:57:59-dan 17:06:25-dək LABS4632O2/LABS4632 BAZAAR Shuvelan/"Bakı şəhəri, Şuvelan qəsəbəsi, A. İldirim küçəsi 106"/Khazar/ (40.48xx/xx.1701) göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış xx.xx.2023-cü il tarixli X1 barədə məlumatdan görünür ki, xx/xx/2022 12:00:00 xx/xx/2022 19:00:00 – dək Xəzər RPİ 1-ci PŞ sahə inspektoru Şahid2 istifadəsində olan ********* saylı nömrə ilə istifadə edilmiş mobil qurğunun geolokasiyası 15:52:31-dən 16:01:03-dək LABS4632O2/LABS4632 BAZAAR Shuvelan/"Bakı şəhəri, Şuvelan qəsəbəsi, A. İldirim küçəsi 106"/Khazar/ (40.48xx/xx.1701) göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-177/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il 06 (allı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdən 05 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 14 (on dörd) gün hissəsindən 10 iyun 2021-ci il tarixdə vaxtından əvvəl şərti azad edilməsi Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 oktyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilmiş və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış Bakı Apellyasiya Məhkəməsinin 1(103)-475/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1463/2022 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs barəsində düzgün hüquqi qiymət verilməmiş, onun barəsində qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İstintaq orqanı tərəfindən qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, müdafiə tərəfinin irəli sürdüyü, Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün əlavə sübutlar toplanmamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu şahid ifadələrinə əsaslandığından və şahid ifadələri digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ittiham əsaslı hesab edilə bilməz. İlk olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əməli etiraf etsə də, məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı əməli etiraf etmiş, 17 avqust 2022-ci il tarixdə saat 13-14 radələrində saxlanılmış, saat 17-18 radələrində şöbəyə aparılmış, saxlanılan zaman üzərində narkotik vasitə olmamış, o, polis əməkdaşları Gülağa, Balaca və Nicat tərəfindən saxlanılmış, hazırki iş üzrə şahidləri tanımamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 11881 nömrəli əmrdən görünür ki, əməliyyat tədbirləri keçirilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Xəzər RPİ-nin 1-ci PŞ CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Əmin Əliyev qrupun rəhbəri, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 isə prupun üzvü təyin edilmişlər. Məhkəmədə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahidlər Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinə uyğun ifadələr verməmişlər. Belə ki, Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində o və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradıldığını, əməliyyat qrupu yaradıldıqdan sonra Şahid1 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə yollandığını, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşdıqlarını, Şahid1 ilə birlikdə özlərini təqdim edib polis işçiləri olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdiklərini, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxladıqlarını bildirsə də, məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsinə ziddiyyətli ifadə verərək Təqsirləndirilən şəxs tutulduğu zaman orada o, Gülağa və səhv etmirsə Balaca olduğunu, əməliyata Gülağa və onun getdiyini, Balaca və Nicatın isə həmin vaxt həmin ərazidə xidmət apardıqlarını, əməliyyat qrupunun üzvlərinin Gülağa və onun olduğunu, Şahid1 əməliyyat müvəkkili olduğunu, dəqiq xatırlamadığını, lakin səhv etmirsə həmin əməliyyatda Eminin də olduğunu bildirmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli 11881 nömrəli əmrdən görünüdüyü kimi Təqsirləndirilən şəxs narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması faktının yoxlanılması üçün əməliyyat tədbirinin həyata keçirilməsi məqsədi ilə Xəzər RPİ-nin 1-ci PŞ CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Əmin Əliyev qrupun rəhbəri, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid2 isə prupun üzvü təyin edilmişlər. Bundan başqa, 30 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şahid2 verilən sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxsla bağlı əməliyyatda iştirak etmişdir. Əməliyyat tədbirində iştirak edən zaman üzərində telefonunun olub-olmadığını dəqiq xatırlamamış, şöbənin Şüvəlan qəsəbəsi, A.İldırım küçəsində yerləşdiyinin və məlumat daxil olan zaman tələsərək çıxdığını və telefonunu bölmədə qoyduğunu, həmin müddətdə mobil telefonuna gələn zənglərə növbətçi hissədən kiminsə tərəfindən cavab verildiyini ehtimal etmişdir. Halbuki, xx/xx/2022 12:00:00 - xx/xx/2022 19:00:00 – dək ********* saylı nömrə ilə istifadə edilmiş mobil qurğunun geolokasiyası saat 15:52:31-dan 16:01:03-dək LABS4632O2/LABS4632 BAZAAR Shuvelan/"Bakı şəhəri, Şuvelan qəsəbəsi, A. İldirim küçəsi 106"/Khazar/ (40.48xx/xx.1701) göstərmişdir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində o və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradıldığını, əməliyyat qrupu yaradıldıqdan sonra Şahid2la birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsinə yollandıqlarını, 17 avqust 2022-ci il tarixdə saat 15:40-da Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi ilə piyada hərəkət edən, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşdığını, Şahid2 ilə birlikdə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdiklərini, şəxsin özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati binasına apardıqlarını... bildirsə də, məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsinə ziddiyyətli ifadə verərək onların Türkan qəsəbəsi Fizuli küçəsinə yollandıqlarını, orada küçələr çox olduğuna görə səhv etmirsə onu Fizuli küçəsində saxladıqlarını bildirmiş, daha sonra isə şahid dövlət ittihamçısının “Firdovsi küçəsi ola bilər?” sualını “Bəli, Firdovsi küçəsi” cavablandırmışdır. Bundan başqa, o, qeyd etmişdir ki, həmin vaxt orada o və Şahid2 olmuş, Balaca və Gülağa orada olmamışlar. Bundan başqa, 30 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şahid1 xx/xx/2022 12:00:00 - xx/xx/2022 19:00:00 – dək ********* saylı nömrə ilə istifadə edilmiş mobil qurğunun geolokasiyası Şüvəlan qəsəbəsi A.ildırım küçəsinin ərazisində göstərilməsini onunla izah etmişdir ki, əməliyyat tədbirlərində iştirak etmiş, Orxanın Türkan qəsəbəsində saxlamışlar, İldırım küçəsində polis şöbəsi yerləşir, əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat məlumatı daxil olduqdan sonra onun tərəfindən dərhal əməliyyat tədbiri qurulmuş, onun qarşısına Anar çıxmış, Anar Türkanı yaxşı tanıdığına görə onunla getmiş, həmin vaxt onun telefonu üzərində olmamış, 15:40 radələrində özü Türkanda olsa da telefonunu A.İldırım küçəsində şöbədə unutmuşdur. Məhkəməyə aydın olmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində narkotik vasitə olmamış, onun ittiham olunduğu əməl istintaqında sübuta yetirilməmiş və öz təsdiqini tapmamış, müstəntiq bir sıra prosessual tələblərin pozulması hallarına yol vermiş, ibtidai istintaq düzgün aparılmamışdır. Yuxarıda sadalanan hallar nəzərə alınmaqla, habelə narkotik vasitənin Təqsirləndirilən şəxs üzərindən aşkar edilməsi sübut edilməməklə, buna görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma ittihamı əsasız və qanunsuz olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi narkotik maddənin satış məqsədi olmadan yalnız qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli birbaşa qəsdlə törədilməlidir. Hazırki halda isə Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin əldə edilməsinə, saxlanılmasına və daşımasına dair hər hansı bir qəsdən söhbət gedə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.17-ci maddəsinə əsasən təqsirli olmadığını bildirmək təqsirləndirilən şəxsin hüququ kimi nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bundan əlavə, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan-təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz. Eyni zamanda, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübutayetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Oxşar vəziyyətdə X6 Rusiya Federasiyasına qarşı verdiyi şikayət üzrə 15 dekabr 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vanyanın təqsirli bilinməsi haqqında məhkəmə hökmünün əsasən polisin müdaxiləsi ilə yaradılmış sübutlar vasitəsi ilə əsaslandırılmasını, xüsusilə də məhkəmələrin, o cümlədən işə nəzarət qaydasında baxan Moskva Şəhər Məhkəməsinin Prezidiumunun işdə olan milis provakasiyası kimi məsələyə əhəmiyyət verməmələrini və bu provakasiyanın ədalətli məhkəmə araşdırmasına təsirini, həmin təsirin nə dərəcədə olmasını araşdırmamalarını Rusiya məhkəmələrinin yol verdikləri ciddi nöqsan kimi qeyd etmişdir (qərarın 40-cı bəndi). Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Q.A.Vanyanın işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Ümumiyyətlə, cinayət işinin materiallarında olan bütün şahidlərin ifadələrinin məzmunundan görünür ki, həmin ifadələrin hamısı polis əməliyyatında iştirak etmiş Təqsirləndirilən şəxs təhrikindən (polisin müdaxiləsindən) sonra Təqsirləndirilən şəxs törətdiyi hərəkətlərə aid olmaqla onun polis əməliyyatınadək törətmiş olduğu hər hansı kriminal hərəkəti barədə məlumat yükü daşımırlar, beləliklə də, həmin təhrikin nəticəsində əldə olunmuş sübutlar kimi çıxış edirlər. Ən əsası məhkəmə qeyd edir ki, ittihamın əsası olan baxış keçirilməsi, şəxsi axtarış və götürmə haqqında protokol cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiyindən və protokolda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiyindən, həmin protokol əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi olmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs istinad edilən ittiham üzrə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1463/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmül ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 81,00 (səksən bir) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilməlidir. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elvin Ağayevin barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 90 (doxsan) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X9 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyindən görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1463/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmül ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və 0,325 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra həmin heroinin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 0,275 qram heroin araşdırma sona çatanadək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Ülvi Novruzovun barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılsın. Həmin tədbirlərin görülməsi üçün xüsusi qərar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 108 (bir yüz səkkiz) manat məbləğində vəsait məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-15/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-15/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver