Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-15/2025 10.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1989-cu ildə Yevlax rayonunda anadan olmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1,177.2.3-cü və 177.2.3-2 -ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1997-ci ildə Qəbələ rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Qəbələ rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 2 saylı yataqxanada yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1,177.2.3-cü və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində « başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1,177.2.3-cü və 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 ittiham elan edilməsi üçün əsas verən kifayət qədər sübutlar məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "xxxx" ASC-nin həyətinə hasardan qanunsuz daxil olaraq "xxxx" ASC-nin "xxxx" ASC-nin damında quraşdırılmış "xxxx" MMC-ə məxsus dəyəri 450 manat olan 115 metr uzunluğunda 2x4 mm-lik elektrik naqili, dəyəri 510 manat olan 100 metr uzunluğunda 7/8 ölçülü elektrik naqili, dəyəri 286 manat olan 100 metr uzunluğunda optik kabel, dəyəri 180 manat olan 100 metr uzunluğunda 1x16 mm-lik torpaqlama kabelini kəsərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan edilməsi üçün əsas verən kifayət qədər sübutlar məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "xxxx" ASC-nin həyətinə hasardan qanunsuz daxil olaraq "xxxx" ASC-nin "xxxx" ASC-nin damında quraşdırılmış "xxxx" MMC-ə məxsus dəyəri 450 manat olan 115 metr uzunluğunda 2x4 mm-lik elektrik naqili, dəyəri 510 manat olan 100 metr uzunluğunda 7/8 ölçülü elektrik naqili, dəyəri 286 manat olan 100 metr uzunluğunda optik kabel, dəyəri 180 manat olan 100 metr uzunluğunda 1x16 mm-lik torpaqlama kabelini kəsərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ittiham elan edilməsi üçün əsas verən kifayət qədər sübutlar məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs2 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "xxxx" ASC-nin həyətinə hasardan qanunsuz daxil olaraq "xxxx" ASC-nin "xxxx" ASC-nin damında quraşdırılmış "xxxx" MMC-ə məxsus dəyəri 450 manat olan 115 metr uzunluğunda 2x4 mm-lik elektrik naqili, dəyəri 510 manat olan 100 metr uzunluğunda 7/8 ölçülü elektrik naqili, dəyəri 286 manat olan 100 metr uzunluğunda optik kabel, dəyəri 180 manat olan 100 metr uzunluğunda 1x16 mm-lik torpaqlama kabelini kəsərək gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-ə ümumilikdə 1426 (min dörd yüz iyirmi altı) manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, elan edilmiş ittihamı etiraf edir. Belə ki, həmin günü dərman qəbul etdiyindən oğurluq etdiyini xatırlamır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək, törətdiyi əməldən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, maddi sıxıntıları olduğu üçün əməli törətmişdir, 2-ci Qarabağ Müharibəsində aldığı travmaya görə yaddaş problemi olduğu üçün epizodu xatırlamır. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-nin hüquq məsləhətçisi vəzifəsində işləyir. Həmin MMC-nin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "xxxx" ASCnin inzibati binasının balansında olan qazanxananın damında quraşdırılmış stansıyası fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında MMC-nin xidmətçiləri tərəfindən müəyyən edilmişdir ki, stansiyada şəbəkə fəaliyyətini dayandırmışdır. Dərhal xidmətçilər həmin stansiyaya yaxınlaşmış və müəyyən etmişlər ki, stansiyanın elektrik naqılləri və rabitə xətləri kəsilərək oğurlanmışdır. Bundan sonra MMC-nin rəhbərliyinə məlumat verilmiş, dərhal oğurlanmış naqillər yenisi ilə əvəz olunmuş və stansiyanın fəaliyyəti bərpa olunmuşdur. Sonradan MMC-nin mütəxəssiləri tərəfindən oğurluq nəticəsində MMC-ə dəymiş maddi ziyan müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC-ə məxsus dəyəri 450 manat olan 115 metr uzunluğunda 2x4 mm-lik elektrik naqili, dəyəri 510 manat olan 100 metr uzunluğunda 7/8 ölçülü elektrik naqili, dəyəri 286 manat olan 100 metr uzunluğunda optik kabel, dəyəri 180 manat olan 100 metr uzunluğunda 1x16 mm-lik torpaqlama kabeli və kəsilərək oğurlanmışdır. Ümumilikdə hesablanaraq "xxxx" MMC-ə 1426 (min dörd yüz iyirmi altı) manat maddi ziyan dəydiyi müyyən olunmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 1, mənzil 7-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində dəmir yol stansiyasının yaxınlığında metal qəbulu məntəqəsini işlədir. Təxminən bir həftə bundan əvvəl Binə qəsəbəsindən tanıdığı Həsən və Pünhan adlı şəxslər səhər saatlarında qabığı soyulmuş naqilin içərisindən çıxarılmış və hissələr bölünmüş mis gətirib satmışlar. Həmin misi tərəzidə çəkmiş və ümumilikdə 25 kq olmuşdur, bunun müqabilində onlara 300 manat pul vermişdir. Sadiq onlardan mis metallarını alarkən Təqsirləndirilən şəxs3 şəxsiyyət vəsiqəsinin surətini almışdır. Bir neçə gün ərzində həmin mis metallarından təxminən 20 kq-dan çox hissəsini satmışdır, 2-3 kq-lıq mis qalmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları gəlib ondan həmin mis metallarının həqiqətən ona satılıb-satılmamasını soruşmuşlar və o, da onlara bildirmişdir ki, təxminən bir həftə bundan əvvəl Həsən və Pünhan adlı şəxslər ona 25 kq mis metalını satmışlar. Polis əməkdaşları da ona bildirmişlər ki, həmin mis metalları oğurluq yolu ilə əldə olunmuşdur. Bundan sonra o, Həsən və Pünhanın ona satdığı mis metalından təxminən 2-3 kq qalıq qalmış hissəsini onlara təhvil vermişdir. Həmin mis metallarını onlardan alarkən oğurluq yolu ilə əldə olunduğunu bilmədiyini, onlar misi ona satanda bildirmişlər ki, bir yerə işləyiblər və işlədikləri yerdə qısa hissələrə bölünmüş və lazımsız olduğuna görə sahibindən icazə alıb götürüblər ki, satıb pul əldə etsinlər. Sadiq də onlara inanıb almışdır. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-2-ci maddəsinə tövsif edilmiş və ibtidai istintaq davam etdirilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qimsində cəlb etmə barədə qərardan görünür ki, 09 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qimsində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-80/2023 saylı 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-79/2023 saylı 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-81/2023 saylı 09 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.4 və 69.4-cü maddələri ilə 1.000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri ilə 04 (dörd) in müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2018-ci il tarix qərarı ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 185.1-ci maddələri həmin Məcəllənin 177.2.3 və 185.1-ci maddələrinə tövsif edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən 03 (üç) il 09 (doqquz) ay müddətə cəza təyin edilərək Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi hökmdən xaric edilmişdir. Bakı Apellyasiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixli qərar dəyişdirilib Azərbaycan Respublikasının CM-nin 177.2.3, 185.1 və 66.2-ci maddələri ilə qəti olaraq 03 (üç) il 0 (altı) ay müddətə cəza təyin edilmişdir. Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/1540 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasından daxil olmuş rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ağ rəngli, 12 mm diametrli izolyasiyanın üzərində markalanma göstəriciləri və ölçüləri öz əksini tapmadığından, həmin kabelin texniki göstəricilərini, yəni içərisindən keçən mis naqillərin sayını (2x2,5, 3x2,5 və ya 4x25 müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də təqdim edilmiş, ayrılmış vəziyyətdə olan (izolyasiyasından ayrılmış müxtəlif ölçülərdə mis əsaslı ərintidən hazırlanmış naqill naqilin orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Ağ rəngli, 12 mm diametrli naqil üçün nəzərdə tutulmuş izoliasiya və müxte ölçülərdə mis əsaslı ərintidən hazırlanmış çoxsimli (izolyasiyasından ayrılmış) naqilla nümunəsi tamlığı pozulmadığı vəziyyətdə təqdim edildikdə orta bazar qiymətini müəyyən etmək mümkündür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işinin tövsif edilməsi haqqında qərardan görünür ki,
1. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 ve 177.2.3-2-ci maddələrindən hemin Məcəllənin 177.2.1, 177.2.3 ve 177.2.3-2-ci maddələrinə tövsif edilsin, barəsində 09 fevral 2023-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 ve 177.2.3-2-ci maddələri ilə yeni məzmunda ittham elan edilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınsın.
2. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrindən hemin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələrinə tövsif edilsin, barəsində 09 fevral 2023-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 ve 177.2.3-2-ci maddələri ilə yeni məzmunda ittham elan edilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınsın.
3. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs3 eməli Azərbaycan Respublikası CM-nin 177.2.1 ve 177.2.3-2-ci maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3 ve 177.2.3-2-ci maddələrinə tövsif edilsin, barəsində 09 fevral 2023-cü il tarixdə elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə yeni məzmunda ittham elan edilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nezere alınsın.
4. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olmaması nəzərə alınsın.
5. İş üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Zərərçəkmiş şəxs ərizə esasında "xxxx" MMC-ə oğurluq hadisəsi nəticəsində dəymiş maddi ziyanın ilkin müraciətdə qeyd olunan məbləğdə, yəni 1426 manat olması nəzərə alınaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəl elan olunmuş ittihamda dəymiş maddi ziyan dəyişdirlmədən qüvvəsində saxlanılsın.
6. İş üzrə X1 əməlində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 194.1-ci maddələrinin tərkib əlaməti olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunsun.
7. İş üzrə istintaqa təqdim edilmiş "Azərconnect” MMC-ə məxsus oğurlanmış naqillərin üz qabığının və X1 işlədiyi metal qəbulu məntəqəsindən aşkar olunaraq götürülmüş mis metallarının bir qismi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilməsi nəzərə alınsın.
8. İş üzrə oğurluq hadisəsinin 29 yanvar 2023-cü il tarixdə saat 22 radələrində olması nəzərə alınsın.
9. İş üzrə ilkin təhqiqat materialları, zərərçəkmiş və şahid ifadələri, təqsirləndirilən şəxsin etirafedici ifadələri iş materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilsin.
10. Qərarın surəti ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. İş materiallarına əlavə edilmiş 19703 saylı xx.xx.2023-cü il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən Respublika Psixiatriya xəstəxanasına müalicəyə qəbul olunmuş, hal-hazırda müalicəsi davam edir. Diaqnozu ”Şəxsiyyətin emosional – davamsız tip pozuntusu, dekompensasiya dövrü və özünü kəsmələrlə. Primitiv şəxs. Anamnezində PAM qəbulu. İş materiallarına əlavə edilmiş Respublika Psixiatriya xəstəxanasının 2882 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Respublika Psixiatriya xəstəxanasının nəzdnində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, dissosiativ əlamətlər, qıcolma tutmaları, intihar cəhdləri ilə F62.0 . İş materiallarına əlavə edilmiş Ambulator Məhkəmə Psxiatrik Ekspertizasının xx.xx.2024cü il tarixli 1874 saylı rəyindən görünür ki, Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Cinayət işinin materiallarında mövcud olan sənədlərə əsasən hal- hazırda Təqsirləndirilən şəxs2 öz hərəkətlərini dərk etmək qabiliyyətinə malikdirmi? Cavab: Təqsirləndirilən şəxs2 hal-hazırkı psixi vəziyyətini cinayət işi materiallarında təqdim olunmuş sənədlərə əsasən təqdim etmək mümkün deyil. Belə ki, şəxsin hazırkı vəziyyəti onun bilavasitə müayinəsi zamanı müəyyən edilir. Hazırkı müayinənin nəticəsinə əsasən Təqsirləndirilən şəxs2 "emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində” qeyd edilir. Təqsirləndirilən şəxs2 müəyyən edilən "emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində” onu hal- hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. 2-ci sual: Halhazırda Təqsirləndirilən şəxs2 Siyavu, oğlu hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kǝmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Təqsirləndirilən şəxs2 hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində aşkar olunur. 3-cü sual: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşürmü? Cavab: Təqsirləndirilən şəxs2 aşkar edilən "emosional davamsız şəxsiyyət pozuntusu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. 4-cü sual: Təqsirləndirilən şəxs2 əgər psixi xəstəlikdən əziyyət çəkirsə ona tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac varmı? Cavab: Təqsirləndirilən şəxs2 hal-hazırda "emosional davamsız şəxsiyyət pozuntusunun”kompensasiya (yaxşılaşma) vəziyyətində olduğundan onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İş materiallarına əlavə edilmiş Ambulator Məhkəmə Psxiatrik Ekspertizasının xx.xx.2024cü il tarixli 3041 saylı rəyindən görünür ki, materialdan və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: Təqsirləndirilən şəxs3 psixi xəstəlik vardırmı, əgər vardırsa o, yuxarıda göstərilən cinayət faktına görə əməli törədən zaman öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdurmu? Cavab: Təqsirləndirilən şəxs3 hal-hazırda Fəlakət (İl Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan şəxsiyyət dəyişikliyi, anamnezində qıcolma tutmaları müəyyən edilir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs3 müəyyən edilən pozuntu o dərəcədə ifadə olunmayıb ki, o, qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs3 qərarda qeyd edilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 2-ci sual: Təqsirləndirilən şəxs3 ictimai təhlükəli əməli törədərkən anlaqsız vəziyyətdə olmuşdumu və o, Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşürmü? T Cavab: Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM- nin 21 maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs3 aşkar edilən Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan şəxsiyyət dəyişikliyi, anamnezində qıcolma tutmaları diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. 3-cü sual: Təqsirləndirilən şəxs3 hazırda psixi vəziyyətinə görə sağlamdırmı və hal-hazırda istintaq hərəkətlərində iştirak edə bilərmi? Cavab: X7 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, yəni prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsinmiş və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Onun xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə 10 ay 17 gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə 01 günə 2 gün hesablanmaqla ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq və üzərində qəti olaraq 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırlması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsinmiş və ona 1(bir) il 6 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinirək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 barəsində Xəzər Rayon Məhkəməsinin 1(003)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə icraata qəbul edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq binaya daxil olub ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayaraq oğurluq etməsi məhkəmə baxışı zamanı onların özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin hüquqi nümayəndəsinin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.3-2-ci maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, 2-ci Qarabağ Müharibəsi iştirakçısı olması, Təqsirləndirilən şəxs3 aşkar edilən Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra yaranan şəxsiyyət dəyişikliyi, anamnezində qıcolma tutmaları diaqnozlu psixi xəstəliklə əlaqədar öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə 2(iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət, digər hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 10 ay 17 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə 01(bir) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-839/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsini hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət, digər hökm üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq və üzərində qəti olaraq 1 il il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən 09.02. 2023-cü il tarixə qədər saxlanıldığı 02 iki gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3da çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslərdən müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə istintaqa təqdim edilmiş və saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmiş "xxxx" MMC-ə məxsus oğurlanmış naqillərin üz qabığı hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" MMC-ə qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (180 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 300 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (180 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 300 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 120 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 96 manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 84 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
h ö k m e t d i:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-cü və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-144/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə müddətinə azadlıqdan məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət, digər hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər həbsdə saxlanıldığı 10 ay 17 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-cü və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 2 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (gün) gün hesablanmaqla ona təyin edilmiş 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 3 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2un üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.3-cü və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-839/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 il 6 ay müddətinə azadlıqdan məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət, digər hökm üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq və üzərində qəti olaraq 1 il il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 2 ünvanı axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3un üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə istintaqa təqdim edilmiş və saxlanılmasından ötrü Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmiş "xxxx" MMC-ə məxsus oğurlanmış naqillərin üz qabığı hökm qanuni qüvvəsini aldıqdan sonra "xxxx" MMC-ə qaytarılsın. Təqsirləndirilən şəxslərdən müştərək qaydada 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (180 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 300 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs3 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 120 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 96 manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 84 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (180 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 300 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev