Məhkəmə qərarları › İş №1(003)-150/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-150/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-150/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 nömrəli inzibati binada qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 82 nömrəli yataqxanada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq döyüş sursatı əldə etmiş, özündə saxlamış və daşıyıb gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalişnikov» konstruksiyalı «AK-74», «AKS-74», «AKS-74U» modeli avtomatlarda, «RPK-74» əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən və istifadəyə (atəşə) yararlı 01 ədəd patronu əldə edib özündə saxlamışdır. 12 oktyabr 2021-ci il tarixdə həmin patronu yük çantasındakı kiçik kosmetika çantasında qanunsuz olaraq daşıyıb gəzdirməklə 9923 saylı Bakı-Tbilisi aviareysilə uçmaq üçün X3 Aeroportuna gələrkən özü ilə gətirmişdir. Həmin gün saat 07:55 radələrində T-1 X1 Baş İdarəsinin postundakı X-Ray monitorunda yoxlamadan keçən zaman ona məxsus qırmızı rəngli yük çantasındakı kiçik kosmetika çantasından Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən həmin döyüş sursatı hesab edilən 01 ədəd patron aşkar olunub götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gürcüstanda yaşayan xəstə nənəsinin yanına getmək üçün 12 oktyabr 2021-ci il tarixə Bakı-Tbilisi aviareysinə bilet almışdır. Həmin günü səhər saat 08 radələrində X3 Aeroportuna gəlmiş, çantalarını və metal əşyalarını yoxlama monitoruna qoymuşdur. Monitordan keçdikdən sonra çantalarını götürmək istəyərkən, orada olan əməkdaş onun qırmızı rəngli çantasını monitordan götürüb yerə qoymuş və kimin çantası olduğunu soruşmuşdur. O, çantanın ona məxsus olduğunu dedikdən sonra həmin şəxs çantasını yenidən monitora qoymuş və çantada şübhəli əşya olub-olmamasını soruşmuşdur. O, çantada selikon qaynağı üçün tapança olduğunu demişdir. Həmin əməkdaş çantada patron olduğunu bildirdikdən sonra çantada olan kiçik kosmetika çantasında bir ədəd patron olduğu yadına düşmüş və bu barədə ona demişdir. Sonra orada olan əməkdaşlar onun iştirakı ilə çantanı açaraq kosmetika çantasını çıxartmış və onun içrəisində olan patroun götürmüşlər. O, patronu 8 km bazarının yanında taparaq çantasına qoyduğunu və yadından çıxdığı üçün orada qaldığını demişdir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Şahid1 Müşfiq oğlu ifadəsində göstərdi ki, Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Aviasiya Təhlükəsizliyi xidmətinin mütəxəssisi vəzifəsində işləyir. 12 oktyyabr 2021-ci il tarixdə Tl Terminalında xidmətdə olmuşdur. Saat 08 radələrində 9923 saylı Bakı-Tbilisi aviareysinin sərnişinlərini yoxlamadan keçirərkən sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs əşyalarının arasında patrona oxşar predmet görüntüsünü müəyyən etmişdir. Həmin çantanın kimə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs ona məxsus olduğunu demişdir. Əmin olmaq üçün çantanı təkrar olaraq monitordan keçirmişdir. Həmin şəxsdən çantasında hər hansı şübhəli əşya olduğunu soruşduqda o, çantasında selekon qaynağı üçün tapanca olduğunu demişdir. O, çantada patrona oxşar predmet göründüyü dedikdə həmin şəxs kosmetika çantasında 01 ədəd patron olduğunu demişdir. O, bu barədə qrup rəhbəri Şahid2 məlumat vermişdir. Qrup rəhbəri həmin posta gələrək qadının kosmetika çantasındakı əşyalara baxdıqda orada 01 ədəd patron aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin patronu 8 km bazarının yanında taparaq çantasına qoyduğunu və yadından çıxdığı üçün orada qaldığını demişdir. Sonra bu barədə polisə məlumat vermiş, həmin şəxsi akt və maddi sübutla birlikdə polis əməkdaşlarına təhvil vermişdir. Məhkəmədə şahid Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Aviasiya Təhlükəsizliyi xidmətinin mütəxəssisi, qrup rəhbəri vəzifəsində X2 Şahid1 Müşfiq oğlunun ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 12 noyabr 2021-ci il tarixli, 3/1801 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalişnikov» konstruksiyalı «AK-74», «AKS-74», «AKS-74U» modeli avtomatlarda, «RPK-74» əl pulemyotlarında və sair uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilir və istifadəyə (atəşə) yararlıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 16 dekabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddələrin sanksiyasında müəyyən edilmiş islah işləri cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş X4 İdarəsinin İB-nin baş müstəntiqi Ə.Ələkbərovun 17 yanvar 2022-ci il tarixli Maddi sübut kimi tanınmaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 (bir) ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli patron maddi sübut kimi tanınmış və saxlanılması üçün X4 idarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut X4 idarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 (bir) ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat olmaqla ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. İş üzrə maddi sübut X4 idarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 1 (bir) ədəd döyüş sursatı hesab edilən 5,45 mm kalibrli patron hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar