Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-154/2021 06.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1989-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1, və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 9 saylı binanın qarşısında uca səslə danışmalarına irad bildirən, ictimai qaydanın qorunmasını qarşısını almağa çalışan vətəndaş Zərərçəkmiş şəxs2 ilə əvvəlcə sözlə mübahisə etmiş, daha sonra dostu Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək açıq aşkar heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib heç bir səbəb olmadan nalayiq söyüşlər söyməklə ictmai qaydanın pozulmasına öz iradını bildirib ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 ucadan nalayiq söyüşlərlə söyüb təhqir edərək yumruq və təpik zərbələri ilə döyərkən bu zaman hadisəni kənardan görən Zərərçəkmiş şəxs1 onların arasına girib Zərərçəkmiş şəxs2 müdafiə edərkən Təqsirləndirilən şəxs1la birlikdə ona qarşı müqavimət göstərməklə xuliqanlıq niyyəti ilə qəsdən yumruqla bir dəfə sol göz nahiyəsindən vurmaqla Zərərçəkmiş şəxs1 sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırlarından ibarət sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və sol göz almasının ağlı qişasının qansızması ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, daha sonra qrup üzvü Təqsirləndirilən şəxs1 xuliqanlıq hərəkətlərini davam etdirərək yerdən götürərək silah qismində istifadə etdiyi mişar daşının uc hissəsi ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən baş nahiyəsindən vurmaqla ona baş-beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması alması ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, sonuncunun yerə yıxılmasından istifadə edərək onu yerdə sürüməklə sonuncuya sol dizin sıyrığı, alının, burunun, sol dirsəyin, sol və sağ kürəyin qançırlarından ibarət sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2020-ci il tarixdə, saat 20 radələrində sərxoş vəziyyətdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 9 saylı binanın qarşısında uca səslə danışmalarına irad bildirən, ictimai qaydanın qorunmasını qarşısını almağa çalışan vətəndaş Zərərçəkmiş şəxs2 ilə əvvəlcə sözlə mübahisə etmiş, daha sonra dostu Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək açıq aşkar heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq edərək, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarına əməl etməyib heç bir səbəb olmadan nalayiq söyüşlər söyməklə ictmai qaydanın pozulmasına öz iradını bildirib ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 ucadan nalayiq söyüşlərlə söyüb təhqir edərək yumruq və təpik zərbələri ilə döyərkən bu zaman hadisəni kənardan görən Zərərçəkmiş şəxs1 onların arasına girib Zərərçəkmiş şəxs2 müdafiə edərkən Təqsirləndirilən şəxs2la birlikdə ona qarşı müqavimət göstərməklə əvvəlcə qrup üzvü Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən yumruqla bir dəfə sol göz nahiyəsindən vurmaqla Zərərçəkmiş şəxs1 sol üst göz qapağının, sol gözaltı nahiyənin qançırlarından ibarət sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən və sol göz almasının ağlı qişasının qansızması ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, daha sonra xuliqanlıq hərəkətlərini davam etdirərək yerdən götürərək silah qismində istifadə etdiyi mişar daşının uc hissəsi ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən baş nahiyəsindən vurmaqla ona baş-beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması alması ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, sonuncunun yerə yıxılmasından istifadə edərək onu yerdə sürüməklə sonuncuya sol dizin sıyrığı, alının, burunun, sol dirsəyin, sol və sağ kürəyin qançırlarından ibarət sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, habelə xuliqanlıq hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan mənbədən əldə etdiyi balta ilə qəsdən sonuncuya məxsus “Toyota Prius (Hibrid)” minik markalı, ** VO *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa alın şüşəsini sındırmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən 16 radələrindən başlayaraq dostu Təqsirləndirilən şəxs1la birlikdə Mərdəkanda yeyib-içmişlər, spirtli içki də qəbul etmişlər. Təxminən saat 20 radələrində Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 9 saylı binanın qarşısına gəlmişlər və orada ikisi də çox içkili olduqlarına görə yüksək səslə danışmışlar. Həmin vaxt qonşuluqda yaşayan Rauf adlı qonşu onlara yaxınlaşaraq iradını bildirmişdir ki, ucadan danışıb səs-küy salmasınlar. Bu vaxt Nicat siqaret almaq üçün mağazaya girmiş, Raufla onun aralarında isə mübahisə yaranmış və həmin mübahisə zamanı o, içkili olduğundan Raufun ünvanına ucadan nalayiq sözlərlə söyüşlər söymüş və yumruq-şillə ilə onu bir neçə dəfə sifətindən və bədənindən vurmuşdur. Nicat mağazadan çıxanda onların dalaşdıqlarını görüb tez onlara yaxınlaşmış və ona kömək edərək Zauru bir neçə dəfə yumruq və şillə ilə vurub döymüşdür. Onlar ikisi də Raufla dalaşanda bir də görmüşlər ki, digər qonşuları olan Rəşad onlara yaxınlaşmış və aralarına girib Raufu müdafiə etməyə başlamışdır. Buna görə də Rəşadla aralarında mübahisə yaranmış və həmin mübahisə artıq dava-dalaşa çevrilmişdir. Davadalaş zamanı o və Nicat yumruq və təpik zərbələri ilə Rəşadı döymüşlər, o, yumruqla Rəşadın sifətindən zərbə ilə vurmuş və Rəşad əlləri ilə sifətini tutub zərbədən yerə yıxılmışdır. Buna baxmayaraq Nicat yerdə olan mişar daşını götürüb Rəşadı vurmuşdur. Yerə yıxılandan sonra da onlar Rəşadı yerdə təpikləmişlər. İkisi də, yəni həm o özü, həm də Nicat Rəşadı yumruq və təpiklə vurmuşlar. Nicat Rəşadın paltarından tutub onu asfaltın üzərində sürümüş və onun ünvanına həmin vaxtı Nicatla birlikdə ucadan nalayiq söyüşlər söymüşlər. Sonra polis maşınının səsini eşidib başa düşmüşlər ki, kimsə hadisəyə görə polis çağırıb və buna görə də Rəşaddan əl çəkib Nicatla birgə oradan qaçıb getmişlər. O, öz evinə getmiş, Nicatın isə hara getdiyini bilməmişdir. Onlar ikisi də hadisə vaxtı çox içkili olmuşlar və polisin də gəlməsini anidən başa düşüb qaçanda ikisi də yıxılmışlar. Sonradan ona məlum olmuşdur ki, polis həyətdən Rəşadı götürüb aparandan sonra Nicat yenidən həyətə gəlmiş və orada yenə də ucadan nalayiq söyüşlər söyərək haradansa götürdüyü balta ilə Rəşadın həyətdə olan Toyota markalı maşınına yaxınlaşıb əlindəki balta ilə maşının arxa şüşəsinə bir dəfə vurub sındırmışdır. Ancaq o, həmin vaxt orada olmamış, Nicat bunu özü tək etmişdir. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 16 radələrindən başlayaraq dostu Təqsirləndirilən şəxs2la birgə Mərdəkanda yeyib-içmişlər, spirtli içki də içmişlər. Təxminən saat 20 radələrində yaşadıqları Mərdəkan qəsəbəsi, S.Yesenin küçəsində yerləşən 9 saylı binanın qarşısına gəlmişlər və orada ikisi də çox içkili olduqları üçün bir qədər yüksək səslə danışmışlar. Həmin vaxt qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq onlara irad bildirmişdir ki, ucadan danışıb səs-küy salmasınlar. Bu vaxt o, siqaret almaq üçün tez mağazaya girib çıxmış və çıxanda görmüşdür ki, Zaurla Rauf artıq mübahisə edirlər və yaxınlaşıb Zaurla birlikdə Raufla mübahisəyə başlamışlar və bir-birinə əl-qol atmağa başlamışlar. Raufla aralarındakı mübahisə artıq dava-dalaşa çevrilmiş və bu zaman Zaurla o, Raufun ünvanına ucadan nalayiq söyüşlərlə söymüşlər. Həmin mübahisə vaxtı o da, Zaur da Raufun yumruq və şillə ilə bir neçə dəfə vurmuşlar. Raufla aralarındakı dava-dalaş zamanı bir də görmüşdür ki, digər qonşuları olan Rəşad onlara yaxınlaşmış və aralarına girib Raufu müdafiə etməyə başlamışdır. Buna görə də Zaurla birlikdə Rəşadla aralarında mübahisə yaranmış və həmin mübahisə artıq dava-dalaşa çevrilmişdir. Dava-dalaş zamanı o və Zaur yumruq və təpik zərbələri ilə Rəşadı döymüşlər. Zaur yumruqla Rəşadın sifətindən zərbə ilə vurmuş və Rəşad əlləri ilə sifətini tutub zərbədən yerə çökmüşdür. Buna baxmayaraq o, yerdə olan mişar daşını götürüb vuranda daşın tini Rəşadın başına dəymişdir. Yerə yıxılandan sonra da Rəşadı yerdə təpikləmişlər, ikisi də, yəni həm o özü, həm də Zaur Rəşadı yumruq və təpiklə vurmuşlar. O, Rəşadın paltarından tutub onu asfaltın üzərində sürümüş və onun ünvanına həmin vaxtı Zaurla birlikdə ucadan nalayiq söyüşlər söymüşlər. Sonra polis maşınının səsini eşidib başa düşmüşdür ki, kimsə hadisəyə görə polis çağırıb və buna görə də Rəşaddan əl çəkib Zaurla birlikdə oradan qaçıb getmişlər. Zaur öz evinə, o da öz evinə getmişdir. Aradan təxminən 5 dəqiqə keçmiş yenidən əsəbləşərək evdən çıxmış və həyətdə yerdə gözünə dəyən baltanı da götürərək və söyə-söyə binanın qarşısına gəlib Rəşadın Toyota markalı maşınına yaxınlaşıb əlindəki balta ilə maşının arxa şüşəsinə bir dəfə vurub sındırmış və yenə də Rəşadın ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Sonra hadisə yerindən çıxıb getmiş və əlindəki baltanı yolda tullamış, tulladığı yer artıq yadından çıxmışdır. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödədiyini, onunla barışıq əldə etdiyini, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində işdən yaşadığı ünvan 3 ünvanında yerləşən evinə gələn zaman avtomobilini saxlayaraq ərzaq məhsulları almaq üçün binanın arxasındakı marketə getmişdir. Marketə gedərkən əvvəllər tanıdığı və qonşuları olan Nicatın və Zaurun nalayiq ifadələr işlədə-işlədə binanın qarşısına keçdiklərini görmüş, mübahisə baş verməsin deyə Nicata və Zaura heç bir söz demədən marketə girmişdir. Marketdən çıxıb yaşadığı binanın qarşısına gəlmişdir. Binanın qarşısına çatarkən Nicat və Zaurun digər qonşu Raufla mübahisə edib ona əl-qol ataraq onu döydüklərini görmüşdür. Buna görə də davadalaşın və ictimai qaydanı qorumaq üçün və eləcə də Raufu Nicat və Zaurun əlindən almaq üçün dava-dalaşa müdaxilə etmişdir. Həmin vaxt Zaur yumruqla sol gözünə zərbə vurmuş, o özünü itirib əlləri ilə üzünü tutub diz üstə yerə çökmüşdür. Bundan sonra Nicat yerdən mişar daşını götürüb üstünə atmış, həmin vaxt əlləri ilə baş nahiyəsini qorumaq istəyərkən, həmin daşın tini başından dəymişdir. Bundan sonra Nicat və Zaur yenidən üstünə gələrək yumruqla və təpiklə bədəninin müxtəlif yerlərinə zərbələr vurmağa davam etmişlər. Bundan sonra isə Nicat paltarlarından tutaraq onu yerlə sürüməyə başlamış, həmin vaxt yer asfalt olduğu üçün Nicatın onu sürüməsi nəticəsində sol və sağ ayaq nahiyələrindən xəsarət almışdır. Bundan sonra isə bir qədər yerdə halsız vəziyyətdə qaldıqdan sonra özünə gəlmiş və polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra polislər hadisə yerinə gəlmişlər. Polislərin maşınının səsini eşidən Nicat və Zaur hadisə yerindən qaçmışlar və o, görmüşdür ki, onlar hər ikisi qaçanda sərxoş olduqları üçün yerə yıxılmışlar, lakin tez də durub qaçıb getmişlər. Polis əməkdaşları ilə birlikdə hadisə barədə ərizə və izahat yazmaq üçün Xəzər rayon polis idarəsinin 1-ci polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olanda 102 xidmətindən məlumat daxil olmuşdur ki, ona məxsus avtomobilə Nicat tərəfindən balta ilə zərər yetirilmişdir. Polis əməkdaşları yenidən yaşadığı ünvana getmişlər və bir neçə dəqiqə sonra ona məxsus avtomobili polis şöbəsinə gətirmişlər. Orada o, maşınının arxa alın şüşəsinin sındırıldığını görmüşdür. Bundan sonra polis şöbəsində ərizə və izahat yazmışdır. Daha sonra isə aldığı xəsarətlərlə bağlı 3 saylı şəhər kilinik xəstəxanasına müraciət etmişdir. Təqsirləndirilən şəxs1 yetirdiyi xəsarətlərlə bağlı xəstəxanada müalicə olunduğu zaman müalicəsinə 1600 manat xərc çəkmişdir. Həm də qeyd etmişdir ki, sonradan ona məlum olmuşdur ki, hadisə vaxtı üstündə, yəni cibində olan 230 manat məbləğində pulunu da itirmişdir. Fikirləşmişdir ki, Nicat onun paltarından tutub asfaltın üstündə sürüyəndə cibindən düşüb itmişdir. Pulunu hadisə vaxtı kiminsə götürməsini və ya cibindən qəsdən oğurladığını görməmişdir. Dava-dalaş zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müalicə xərcləri və avtomobilinə dəymiş ziyanla bağlı ona ümumilikdə 2500 manat maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs2la barışıq əldə etmiş, Təqsirləndirilən şəxs2la bağlı şikayət və tələbi yoxdur. Lakin, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ünvan 4 ünvanında yaşasa da, atası Rüfət Əliyev isə ünvan 5 ünvanında yaşayır. Bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə atasının səhhətində problem olduğu üçün yanına getmişdir. Bir qədər evdə olduqdan sonra atasının vəziyyətinin ağırlaşdığını görmüş və buna görə də, atası üçün həkim çağırmış, təcili yardımı qarşılamaq üçün təxminən saat 20:30 radələrində həyətə düşəndə görmüşdür ki, tanıdığı və qonşuları olmuş Nicat və Zaur nalayiq sözlərdən istifadə etməklə uca səslə danışırlar. Buna görə də Nicata və Zaura yaxınlaşaraq xahiş edib demişdir ki, bura həyətdir, qonşular var, belə hərəkətlərələ yol vermək və insanları narahat etmək olmaz. Onlara bu sözləri deməkdə məqsədi o idi ki, ictimai qayda pozulmasın, heç kim narahat olmasın. Nicatla Zaura bu sözləri deyəndə görmüşdür ki, onların hər ikisi sərxoş vəziyyətdədirlər. O, onlara bu barədə xəbərdarlıq edib onlardan ayrılmaq istəyəndə hər ikisi ona qarşı nalayiq ifadələr işlətmişlər. Bundan sonra isə Zaur və Nicatla aralarında mübahisə yaranmış və həmin mübahisə dava-dalaşa çevrilmişdir. Dava-dalaş zamanı Zaurla Nicat hər ikisi ona əl-qol atmağa və onu yumruq-şillə ilə vurmağa başlamışlar. O isə həmin vaxt özünü onlardan müdafiə etməyə çalışmışdır ki, ona hər-hansı bir xəsarət yetirməsinlər. Aralarında yaranmış dava-dalaş davam edən zaman qonşu Rəşad onlara yaxınlaşmış və araya girərək onu müdafiə etməyə başlamışdır ki, Nicatla Zaur onu döyməsinlər. Rəşad onu müdafiə etməklə yanaşı həm də onlardan tələb etmişdir ki, öz hərəkətlərinə son qoysunlar və bununla da dava-dalaş qurtarsın. Lakin Nicat və Zaur Rəşadın da sözlərinə və əsaslı tələblərinə heç bir məhəl qoymayaraq onların ünvanına ucadan nalayiq söyüşlərlə söyməyə davam etmişlər. Bu zaman görmüşdür ki, Nicat yumruq zərbəsi ilə Rəşadın sifətindən vurmuş və Nicat aldığı zərbədən əlləri ilə üzünü tütüb yerə çökərək özünü itirmişdir. Lakin buna baxmayaraq Nicatla Zaur yenə də ondan əl çəkməmişlər və yerə yıxılmış vəziyyətdə olan Nicatı yerdə də yumruq və təpiklə vurmağa davam etmişlər. Nicat yerdən götürdüyü mişar daşını Rəşadın başına atanda daşın tini Rəşadın başına dəymişdir. Zaur da Rəşadı yumruqla vurub birlikdə ona nalayiq söyüşlərlə söyməyə davam etmişlər. Nicat yerdə uzanılı vəziyyətdə olan Rəşadın paltarından tutub onu asfaltın üzərində sürümüşdür. Elə bu zaman polis maşınının səsini eşitmişlər, başa düşmüşlər ki, kənardan hadisəni görən kim isə polisə məlumat vermiş və buna görə də Nicatla Zaur onlardan ələ çəkib ikisi də qaçmışlar və onlar qaçanda görmüşlər ki, hər ikisi sərxoş olduqlarına görə yerə yıxılmışlar və durub qaçıb getmişlər. O da Rəşada kömək edib onu yerdən ayağa qaldırmış və sonra təcili yardım artıq gəldiyi üçün evinə getmişdir. Sonradan eşitmişdir ki, polislər həyətə gəlib Rəşadı araşdırma üçün özləri ilə aparmışlar. Həm də qonşulardan eşitmişdir ki, hadisə yerindən getdikdən sonra Nicat bir qədər sonra əlində balta ilə həyətə gələrək Rəşadın Toyota markalı maşınına yaxınlaşaraq maşının şüşəsini vurub sındırmışdır. Lakin o, bunu görməmişdir. Təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslərlə barışıq əldə etmiş, onlardan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid qızı bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvan 6 ünvanında olan zaman yaşadığı binanın qarşısından qışqırıq səslərinin gəldiyini eşitmişdir. Küçədə baş vermiş hadisə onda maraq yaratdığı üçün evin pəncərəsindən binanın qarşısına baxmışdır. Həmin vaxt qonşu Nicatın dostu Zaurla birlikdə digər qonşu Rəşadı döydüklərini görmüşdür. Belə ki, həmin vaxt Zaur nalayiq ifadələr işlədə-işlədə yumruqla bir dəfə Rəşadın sol göz nahiyəsindən vurmuş, bundan sonra Rəşad aldığı zərbədən əlləri ilə üzünü və başını tutaraq yerə çökmüş, daha sonra isə Nicat yerdən daş parçası götürərək Rəşadın baş nahiyyəsindən vurmuşdur. Bundan sonra Nicat yenə də yerə yıxılmış vəziyyətdə olan Rəşadın bədənin müxtəlif nahiyələrinə yumruqla və təpiklə vurmuşdur. Bir qədər sonra isə həmin yerə polis əməkdaşları gəlmiş, Nicat və Zaur həmin yerə gələn polis əməkdaşlarının xidməti avtomobillərinin səsini eşidərək həmin yerdən qaçmışlar. Daha sonra polis əməkdaşları Rəşadı da götürərək hadisə yerindən kənarlaşmışlar. Bundan sonra isə o, binanın qarşısına düşmüş, binanın qarşısına çatan zaman Nicatın əlində baltanı oynada-oynada “görün sizə neynirəm” sözünü və söyüşlər işlədə-işlədə binanın tinindən keçərək qarşısına gəldiyini görmüşdür. Nicat həmin vaxt dəhşətli dərəcədə sərxoş vəziyyətdə olmuş və özünü idarə edə bilməmişdir. Nicatın ona da xəsarət yetirməsindən qorxduğu üçün yenidən yaşadığı evə qalxmışdır. Nicatın nə edəcəyi ona maraqlı gəldiyi üçün dərhal evin pəncərəsindən həyətə baxmış və həmin vaxt Nicatın əlindəki balta ilə qonşu Rəşada məxsus «Toyota Prius» minik markalı, ** VO *** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa alın şüşəsini balta ilə vurduğunu görmüşdür. Bundan sonra Nicatın etdiyi hərəkətlər barədə məlumat vermək üçün polisin 102 xidməti-zəng mərkəzinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşlarının xidməti avtomobillərinin səsini eşidən Nicat qaçaraq həmin yeri tərk etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin xx xxxxxxx 2020-ci il tarixli, 1190 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - baş beyinin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, alının, sol üst göz qapağının, sol gözaltı nahiyyənin, burunun, sol dirsəyin, sol və sağ kürəyin qançırları, sol göz almasının ağlı qişasının qansızması, sol dizin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, sol göz almasının ağlı qişasının qansızması və ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ-aşıq baldır oynağının yumşaq toxumalarının əzilməsi sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; alının, sol üst göz qapağının, sol gözaltı nahiyyənin, burunun, sol dirsəyin, sol və sağ kürəyin qançırları, sol dizin sıyrığı isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş X4 Servis tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Toyota Prius (Hibrid) minik markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat məbləğində maddi ziyan vurulması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, zərəçəkmiş şəxslə təqsirləndirilən şəxslər arasında barışıq əldə edilmiş, onlar tərəfindən zərəçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmiş və zərəçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 Oktay oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, zərəçəkmiş şəxslə Təqsirləndirilən şəxs2 arasında barışıq əldə edilmiş, onun tərəfindən zərəçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilmiş və zərəçəkmiş şəxsin Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslər ilə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2 ilə barışmasını, Zərərçəkmiş şəxs2 ondan şikayət və tələbinin olmamasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin ifadələrinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2ci maddələri, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin nəzərdə tutulduğu maddələrin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 1 ədəd mişar daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1, və 221.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 1 ədəd mişar daşı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti, Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-154/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-154/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver