Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-154/2025 16.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1962-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 10 ay 06 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə cəzasını çəkən, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə, xx.xx.1982-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Goranboy rayonu Borsunlu kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində 7.000 manat pul qarşılığında qeyri-rəsmi olaraq Zərərçəkmiş şəxs1 satılmış 0,6 hektar torpaq sahəsinə dair rəsmi sənəd almağın qeyri mümkün olduğunu deyib pulunu geri qaytarmasını tələb edən Zərərçəkmiş şəxs1 ona pulu geri qaytarmadan əvəzində tanışının başqa torpaq sahəsi verəcəyini və onunla haqq-hesab edəcəyini bildirdikdə onunla qarşılıqlı razılaşdıqdan sonra Təqsirləndirilən şəxs1 2023-cü ilin mart ayında istintaqda şəxsiyyəti müəyyən edilməmiş cinayətdən xəbərsiz adı İlqar kimi məlum olan şəxsin vasitəsilə Bakı şəhəri ərazisindəki «Qədim Bakı» restoranında görüşüb tanış olduğu Zərərçəkmiş şəxs1 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özünü işgüzar şəxs kimi göstərib Zərərçəkmiş şəxs1 əlavə 8.000 manat manat məbləğində pul verdiyi halda ona Sabunçu rayonu Ramanı qəsəbəsi ərazisində bahalı yer adı ilə 0,8 ha torpaq sahəsi satacağına dair yalan vəd verib inandırmaqla, eyni zamanda həmin torpaq sahəsinin Suraxanı rayon İcra Hakimiyyətinin 06 avqust 1997-ci il tarixli 1125 №-li Sərəncamı ilə X12 adına Bülbülə qəsəbəsi ərazisindən ayrılmasına dair ksereosurət sənəd verib torpağın rəsmi qeydiyyat sənədinin olmasını deyib aldadaraq razılaşdıqdan sonra, 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs1la birlikdə getməklə ona əvvəlcə Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində 0,8 ha torpaq sahəsini, sonradan isə Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində yerləşməklə başqalarına məxsus 0,10 ha torpaq sahəsini də göstərib satacağını və adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla həmin tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs1 ona məxsus olmaqla tanışı İlqar adlı şəxsdən aldığı 7.000 manat məbləğində puldan əlavə 8.000 manat məbləğində pul almış, bundan sonra eyni niyyətlə 2023-cü ilin mart ayının ortalarına kimi olan müddət ərzində hissə-hissə olmaqla cəmi 7.950 manat məbləğində pulu istintaqla müəyyənləşdirilməsi mümkün olmayan müxtəlif ünvanlarda alaraq, sonuncu dəfə isə 2023cü ilin mart ayının axırlarında Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində yerləşən «Al» marketin qarşısında 200 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunmuş qəsdlə almaqla verdiyi vədlərə əməl etməyib aldığı cəmi 23.350 manat məbləğində pulu şəxsi ehtiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 23.350 ( iyirmi üç min üç yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin may ayında “Tap.az” sosial şəbəkəsində yerləşdirdiyi əlaqə nömrəsi olan ***-***-**-** mobil nömrəsi vasitəsilə danışaraq görüşüb tanış olduğu Zərərçəkmiş şəxs4 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özünü ona işgüzar şəxs kimi göstərib 15.000 manat məbləğində pul verdiyi halda Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində 4 sot torpaq sahəsi satacağına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs4 ilə birlikdə getməklə həmin torpaq sahəsini göstərib Zərərçəkmiş şəxs4 satacağını və onun adına sənədləşdirtdirəcəyini, eyni zamanda həmin torpaq sahəsinin Suraxanı rayon İcra Hakimiyyətinin 27 avqust 1997-ci il tarixli 4156 №-li Sərəncamı ilə X3 adına Bülbülə qəsəbəsi ərazisindən 1800 kv.metr olmaqla ayrılmasına dair ksereosurət sənəd verib torpağın rəsmi qeydiyyat sənədinin olmasını deyib, həmçinin Bakı şəhəri ərazisində yerləşən 18 saylı Notariat Ofisində həmin tarixdə Zərərçəkmiş şəxs4 11 aprel 2023-cü il tarixli AR-İİİ 971519 №-li mülki Etibarnamə verdirərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla 2023-cü ilin may ayının axırlarında Suraxanı rayonu Bülbülə qəsəbəsi Təqsirləndirilən şəxs2 küçəsində yerləşən torpaq sahəsində ilkin olaraq beh adı ilə Zərərçəkmiş şəxs4 200 manat məbləğində, bundan bir neçə gün sonra isə yenə həmin ünvanda görüşüb 13.000 manat məbləğində olmaqla cəmi 13.200 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə almaqla verdiyi vədə əməl etməyib aldığı pulları şəxsi ehtiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 13.200 (on üç min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin noyabr ayında “Tap.az” sosial şəbəkəsində yerləşdirdiyi ***-***-**-** mobil nömrəsi vasitəsilə danışaraq görüşüb tanış olduğu Zərərçəkmiş şəxs3 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özlərini işgüzar şəxs kimi göstərib 5.000 manat məbləğində pul verdiyi halda ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 yerləşən 3 sot torpaq sahəsi satacaqlarına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs3 ilə birlikdə getməklə həmin torpaq sahəsini göstərib satacaqlarını və adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla bu məqsədlə həmçinin düzəlişlər və əlavələr etməklə istintaqa məlum olmayan vaxtda və yerdə öz adına Abşeron rayon İcra hakimiyyətindən xx.xx.1999ci il taixli 096 nömrəli Sərəncamı ilə 0,10 hektar torpaq sahəsinin öz adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs2 ayrılması barədə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X5 21 may 2003-cü il tarixli 28 №-li Əmri ilə mənzil tikintisi üçün 0,10 hektar torpaq sahəsinin öz adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs2 ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırmış, saxtalaşdırdığı həmin Sərəncamı və Əmri ksereosurət çıxardaraq xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yerləşən 15 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs3 verib bilə-bilə saxta sənəddən istifadə edərək həmin torpaq sahəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnu Zərərçəkmiş şəxs3 verdiyini deyib aldatmaqla, Zərərçəkmiş şəxs3 19 noyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanında 15 saylı Notariat Ofisində 5.000 manat, 22 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Xəzər rayonu Binə qəsəbəsi X13 yerləşən torpaq sahəsinin yaxınlığında həmin torpağa dair sxem çəkdirilməsi zərurəti yaranması adı ilə əlavə 200 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə almaqla, eyni zamanda ünvan 5 ünvanda yerləşən 15 saylı Notariat Ofisində həmin tarixdə Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 adından 27 noyabr 2023-cü il tarixli AR-İİİ 220093 №-li mülki Etibarnamə verərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla verdikləri vədə əməl etməyib aldıqları pulları Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb şəxsi ehtiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 5.200 (beş min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Tap.az» saytında yerləşdirdiyi elan vasitəsilə mobil telefon əlaqəsi saxlamaqla danışaraq görüşüb tanış olduğu Zərərçəkmiş şəxs7 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özlərini onlara işgüzar şəxs kimi göstərib 5.000 manat məbləğində pul verdiyi halda ona Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən 3 sot torpaq sahəsi satacağına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs7lə birlikdə getməklə ona həmin torpaq sahəsini göstərib ona satacağını və onun adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla bu məqsədlə Zərərçəkmiş şəxs7 07 dekabr 2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 39 saylı Notariat Ofisində Zərərçəkmiş şəxs7 torpaq sahəsinin qeydiyyatda olmasına dair Sabunçu rayon İcra hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin 12 mart 1997-ci il tarixli 05 №-li qərarından Çıxarışın ksereosurətini və əmlak üzərində istifadə sahiblik və sərəncam vermək hüququnun olmasına dair X12 adından Zərərçəkmiş şəxs7 adına 07 dekabr 2023-cü il tarixli AR-İİİ 224707 №-li Notarial mülki Etibarnamə verməklə inandırıb etibarını qazanmaqla orada Zərərçəkmiş şəxs7 5.000 manat məbləğində pulu almaqla verdiyi vədə əməl etməyib aldığı pulları şəxsi ehştiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs7 5.000 (beş min) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X20 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs8 «İnstagram» sosial şəbəkəsindən ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib 4.000 manat məbləğində pul müqabilində ona Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində özünə məxsus torpaq sahəsi satacağına dair yalan vəd verməklə, eyni zamanda Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Qala Bələdiyyəsinin xx.xx.2005-ci il taixli 592 nömrəli Sərəncamı ilə X8 ev tikmək üçün ayrılmış 600 kv.metr, eləcə də Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Qala Bələdiyyəsinin xx.xx.2005-ci il taixli 392 nömrəli Sərəncamı ilə sonuncunun oğlu X14 ev tikmək üçün ayrılmış 600 kv.metr torpaq sahəsinin 0,03 ha olan hissəsini Zərərçəkmiş şəxs8 göstərib, həmin torpaq sahəsinin özününkü olmasını bildirib ona satacağına dair təkrar yalan vəd verərək inandırmaqla aldadaraq, həmçinin düzəlişlər və əlavələr etməklə istintaqa məlum olmayan vaxtda və yerdə öz adına Əzizbəyov rayonu (indiki Xəzər rayonu) Qala Bələdiyyəsinin xx.xx.2005-ci il taixli 47 nömrəli Sərəncamı ilə 1.200 kv.metr torpaq sahəsi ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin ona, yəni X15 ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırmış, saxtalaşdırdığı həmin Sərəncamı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs8 verib bilə-bilə saxta sənəddən istifadə edərək həmin torpaq sahəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnu ona verdiyini deyib aldatmaqla, eyni zamanda Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən 25 saylı Notariat Ofisində həmin tarixdə Zərərçəkmiş şəxs8 23 yanvar 2024-cü il tarixli AR-İİİ 257613 №-li mülki Etibarnamə verərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla həmin tarixdə 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs8 3.600 manat, bundan başqa həmin torpaq sahəsinə komunal xətlər çəkdirəcəyi adı ilə əlavə 150 manat lazım olduğunu deyib həmin ünvanda 150 manat pulu da əlavə alaraq Zərərçəkmiş şəxs8 cəmi 3.750 manat məbləğində pul alıb aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına sərf eddərək verdikləri vədə əməl etməyib X20 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs8 ümumilikdə 3.750 (üç min yeddi yüz əlli) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Tap.az» elan saytı vasitəsilə mobil telefonla əlaqə saxlayıb görüşərək 2024-cü ilin fevral ayında tanış olduğu Zərərçəkmiş şəxs5 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özünü ona işgüzar şəxs olaraq torpaqların alqı-satqısı ilə məşğul olan şəxs kimi göstərib 5.000 manat məbləğində pul verdiyi halda ona Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində yerləşən 3 sot torpaq sahəsinin özünə məxsus olduğunu bildirib ona satacaqlarına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs5la birlikdə getməklə ona həmin torpaq sahəsini göstərib ona satacağını və onun adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla bu məqsədlə Zərərçəkmiş şəxs5 09 fevral 2024-cü il tarixdə saat 17 radələrində ünvan 6 ünvanda yerləşçən 15 saylı Notariat Ofisində həmin tarixdə A.X1 adından 09 fevral 2024-cü il tarixli AR-İİİ 234171 №-li mülki Etibarnamə, eyni zamanda Sabunçu rayon İcra hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının 1200 kv.metr torpaq sahəsinin Habil Quliyevin adına ayrılmasına dair 17 iyul 1998-ci il tarixli 08 №-li Qərarından Çıxarışın ksereosurətini verərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla həmin gün həmin Notariat Ofisində Zərərçəkmiş şəxs5 razılığa gəldiyi puldan 4500 manat məbləğində pulu nağd olaraq, 10 fevral 2024-cü il tarixdə isə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində əlavə olaraq 50 manat məbləğində pulu onlayn qaydada özünün «Kapital Bank» kartının hesab nömrəsinə köçürtdürməklə Zərərçəkmiş şəxs5 cəmi 4550 manat məbləgində pul alaraq verdiyi vədə əməl etməyib aldığı pulları şəxsi ehtiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 4.550 (dörd min beş yüz əlli) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında «Tap.az» saytında yerləşdirdikləri elan vasitəsilə 2024-cü ilin fevral ayında görüşüb tanış olduğu Zərərçəkmiş şəxs6 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özlərini onlara işgüzar şəxs kimi göstərib 3.000 manat məbləğində pul verdiyi halda ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X13 yerləşən yerləşən 2 sot torpaq sahəsi satacaqlarına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs6 ilə birlikdə getməklə ona həmin torpaq sahəsini göstərib qohumu Təqsirləndirilən şəxs2 adına olduğunu deyib satacaqlarını və adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla bu məqsədlə Zərərçəkmiş şəxs6 18 fevral 2024-cü il tarixdə saat 16 radələrində ünvan 4 ünvanında yerləşən 15 saylı Notariat Ofisində 3.000 manat məbləğində pulu almaqla verdikləri vədə əməl etməyib aldıqları pulları Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb şəxsi ehştiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə Zərərçəkmiş şəxs6 3.000 (üç min) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında «Tap.az» saytında yerləşdirdikləri elan vasitəsilə göstərilən mobil telefonla əlaqə yaradıb görüşüb tanış olduğu Zərərçəkmiş şəxs2 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özlərini onlara işgüzar şəxs kimi göstərib 4.800 manat məbləğində pul verdiyi halda ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi satacaqlarına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə getməklə ona həmin torpaq sahəsini göstərib ona satacaqlarını və onun adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla bu məqsədlə həmçinin düzəlişlər və əlavələr etməklə istintaqa məlum olmayan vaxtda və yerdə öz adına Abşeron rayon İcra hakimiyyətindən xx.xx.1999ci il taixli 096 nömrəli Sərəncamı ilə 0,04 hektar torpaq sahəsinin öz adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs2 ayrılması barədə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X5 21 may 2003-cü il tarixli 28 №-li Əmri ilə mənzil tikintisi üçün 0,04 hektar torpaq sahəsinin öz adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs2 ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırmış, saxtalaşdırdığı həmin Sərəncamı və Əmri ksereosurət çıxardaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs2 verib bilə-bilə saxta sənəddən istifadə edərək həmin torpaq sahəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnu ona verdiyini deyib aldatmaqla, eyni zamanda ünvan 5 ünvanda yerləşçən 15 saylı Notariat Ofisində həmin tarixdə Zərərçəkmiş şəxs2 27 aprel 2024-cü il tarixli AR-İİİ 286880 №-li mülki Etibarnamə və həmin tarixli «İlkin alqı-satqı müqaviləsi» verərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən 15 saylı Notariat Ofisində 4.000 manat, daha sora onun istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş “4169-7388-7587- 1901” nömrəli kart hesabına köçürtdürməklə Zərərçəkmiş şəxs2 özünün yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Xəqani küçəsindəki “Laçın” marketindən eyni əqsədlə xx.xx.2024-cü il tarixdə saat 17:17-də göndərtdirdiyi 300 manat, həmin gün eyni ünvanda yerləşən “Aydın” marketdən eyni bank kart hesabına köçürtdürməkdə göndərtdiyi 400 manat, 01 may 2024-cü il tarixdə saat 11:44-də eyni yerdən, yəni özünün yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsindəki “Aydın” marketdən eyni bank kart hesabına köçürtdürməkdə göndərtdiyi 100 manat manat məbləğində pulları almaqla verdikləri vədə əməl etməyib aldıqları cəmi 4.800 manat məbləğində pulları Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb şəxsi ehştiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 4.800 ( dörd min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 2023-cü ilin noyabr ayında “Tap.az” sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 yerləşdirdiyi ***-***-**-** mobil nömrəsi vasitəsilə danışaraq görüşüb tanış olduğu Zərərçəkmiş şəxs3 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özlərini işgüzar şəxs kimi göstərib 5.000 manat məbləğində pul verdiyi halda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X13 yerləşən 3 sot torpaq sahəsi satacaqlarına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs3 ilə birlikdə getməklə sonuncuya həmin torpaq sahəsini göstərib satacaqlarını və adına sənədləşdirdirəcəyini deyib bir daha inandırmaqla bu məqsədlə həmçinin düzəlişlər və əlavələr etməklə istintaqa məlum olmayan vaxtda və yerdə öz adına Abşeron rayon İcra hakimiyyətindən xx.xx.1999ci il taixli 096 nömrəli Sərəncamı ilə 0,10 hektar torpaq sahəsinin öz adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin öz adına ayrılması barədə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X5 21 may 2003-cü il tarixli 28 №-li Əmri ilə mənzil tikintisi üçün 0,10 hektar torpaq sahəsinin Təqsirləndirilən şəxs1 adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin Təqsirləndirilən şəxs2 ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırmış, saxtalaşdırdığı həmin Sərəncamı və Əmri ksereosurət çıxardaraq xx.xx.2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən 15 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs3 verib bilə-bilə saxta sənəddən istifadə edərək həmin torpaq sahəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnu Zərərçəkmiş şəxs3 verdiyini deyib aldatmaqla, Zərərçəkmiş şəxs3 19 noyabr 2023-cü il tarixdə saat 16 radələrində ünvan 7 ünvanında 15 saylı Notariat Ofisində 5.000 manat, 22 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Xəzər rayonu Binə qəsəbəsi X13 yerləşən torpaq sahəsinin yaxınlığında həmin torpağa dair sxem çəkdirilməsi zərurəti yaranması adı ilə əlavə 200 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə almaqla, eyni zamanda ünvan 7 ünvanında yerləşən 15 saylı Notariat Ofisində həmin tarixdə Zərərçəkmiş şəxs3 öz adından 27 noyabr 2023-cü il tarixli AR-İİİ 220093 №-li mülki Etibarnamə verərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla verdikləri vədə əməl etməyib aldıqları pulları Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb şəxsi ehtiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 5.200 ( beş min iki yüz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında «Tap.az» saytında yerləşdirdikləri elan vasitəsilə 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs1 görüşüb tanış olduğu Zərərçəkmiş şəxs6 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özlərini onlara işgüzar şəxs kimi göstərib 3.000 manat məbləğində pul verdiyi halda ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsin X13 yerləşən yerləşən 2 sot torpaq sahəsi satacaqlarına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs6 ilə birlikdə getməklə sonuncuya həmin torpaq sahəsini göstərib öz adına olduğunu deyib Zərərçəkmiş şəxs6 satacaqlarını və adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla bu məqsədlə Zərərçəkmiş şəxs6 18 fevral 2024-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanında yerləşən 15 saylı Notariat Ofisində 3.000 manat məbləğində pulu almaqla verdikləri vədə əməl etməyib aldıqları pulları Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb şəxsi ehtiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirməklə Zərərçəkmiş şəxs6 3.000 (üç min) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında «Tap.az» saytında yerləşdirdikləri elan vasitəsilə göstərilən mobil telefonla əlaqə yaradıb görüşüb tanış olduğu Zərərçəkmiş şəxs2 ev tikmək üçün torpaq sahəsi almaq istədiyini bilib özlərini onlara işgüzar şəxs kimi göstərib 4.800 manat məbləğində pul verdiyi halda ona Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi satacaqlarına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs2 ilə birlikdə getməklə sonuncuya həmin torpaq sahəsini göstərib satacaqlarını və adına sənədləşdirtdirəcəyini deyib bir daha inandırmaqla, bu məqsədlə həmçinin düzəlişlər və əlavələr etməklə istintaqa məlum olmayan vaxtda və yerdə öz adına Abşeron rayon İcra hakimiyyətindən xx.xx.1999-ci il taixli 096 nömrəli Sərəncamı ilə 0,04 hektar torpaq sahəsinin öz adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin öz adına ayrılması barədə, eyni zamanda Azərbaycan Respublikası Prezidenti İşlər idarəsinin X5 21 may 2003-cü il tarixli 28 №-li Əmri ilə mənzil tikintisi üçün 0,04 hektar torpaq sahəsinin öz adına ayrılmasına dair məlumatlar yazıb həmin torpaq sahəsinin ona ayrılması barədə hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlatmaqla saxtalaşdırmış, saxtalaşdırdığı həmin Sərəncamı və Əmri ksereosurət çıxardaraq xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən 25 saylı Notariat Ofisinin qarşısında Zərərçəkmiş şəxs2 verib bilə-bilə saxta sənəddən istifadə edərək həmin torpaq sahəsinin üzərində istifadə, sahiblik və sərəncam hüququnu ona verdiyini deyib aldatmaqla, eyni zamanda ünvan 8 ünvanında yerləşən 15 saylı Notariat Ofisində həmin tarixdə Zərərçəkmiş şəxs2 27 aprel 2024-cü il tarixli AR-İİİ 286880 №-li mülki Etibarnamə və həmin tarixli «İlkin alqı-satqı müqaviləsi» verərək torpaq sahəsini ona satdığına bir daha inandıraraq etibarını qazanmaqla Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən 15 saylı Notariat Ofisində 4.000 manat, daha sora onun istifadəsində olan "xxxx" ASC tərəfindən verilmiş “4169-7388-7587-1901” nömrəli kart hesabına köçürtdürməklə Zərərçəkmiş şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Xəqani küçəsindəki “Laçın” marketindən eyni məqsədlə xx.xx.2024-cü il tarixdə saat 17:17-də göndərtdirdiyi 300 manat, həmin gün eyni ünvanda yerləşən “Aydın” marketdən eyni bank kart hesabına köçürtdürməkdə göndərtdiyi 400 manat, 01 may 2024-cü il tarixdə saat 11:44-də eyni yerdən, yəni özünün yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsindəki “Aydın” marketdən eyni bank kart hesabına köçürtdürməklə göndərtdiyi 100 manat manat məbləğində pulları almaqla verdikləri vədə əməl etməyib aldıqları cəmi 4.800 manat məbləğində pulları Təqsirləndirilən şəxs1 ilə aralarında bölüşdürüb şəxsi ehştiyacına sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəsinin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 4.800 (dörd min səkkiz yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər torpaq sahələrinin alqı-satqısı ilə məşğul olmuşdur. 2023-2024-ü illər ərzində bir neçə adama torpaq sahəsi satacağına dair vəd versə də, vədinə əməl edə bilməmiş, həmçinin aldığı pulları qaytarmamışdır. Səməndər onun xahişi ilə tibarnamə vermişdir. Zərərçəkmiş şəxslərdən yalnız Elmana və Qəribə qismən ödəniş etmişdir. Təqsirləndirilən şəxs1 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxsləri görməmişdir. Mübariz ona dediyi üçün etibarnamə vermişdir. Əlavə olaraq bildirmişdir ki, onun savadı yoxdur və adını belə yaza bilmir. Mübariz hər etibarnamə verilən zaman ona 150-200 manat pul vermişdir. Bütün sənədləri Emir adında şəxs düzəltmişdir. Elmana 200 manat pul qaytarmış, həmçinin Bəhlula ayda 200 manat ödəməyə razılaşmışdır. Təqsirləndirilən şəxs2 son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, İlqar adlı maklerdən 7.000 manat pul qarşılığında Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində 0.6 hektar torpaq sahəsini etibarnamə əsasında (çıxarışı olmadan) almış, bir müddət sonra həmin torpaq sahəsinə hasar çəkdiyi zaman İcra hakimiyyətinin nümayəndələri oraya gəlib hasar çəkməyinə icazə verməyərək bildirmişlər ki, həmin torpaq sahəsi Kənd təsərrüfat torpağıdır və orada tikintiyə icazə yoxdur. Bundan sonra İlqarın istifadəsində olan telefon nömrəsi ilə əlaqə saxlayıb İlqardan pulunu geri istədikdə İlqar onu Qədim Bakı restoranına çağımış, orada olarkən yanında Mübariz adlı şəxs də olmuşdur. İlqar ona pulu qaytara bilməyəcəyini, Mübarizin ona torpaq verəcəyini və Mübarizlə haqq hesab edəcəyini bildirdikdə o şifahi olaraq razılaşmışdır. Daha sonra Mübariz Ramana qəsəbəsi ərazisində ona 0.8 hektar torpaq sahəsi göstərmiş və oranın baha olmasına görə üzərində əlavə olaraq 8.000 manat ödəniş etməli olduğunu bildirmişdir. Həmin vaxt o Mübariz ilə şifahi olaraq razılaşmış və 8.000 manat pulu Mübarizə vermişdir. Torpaq sahəsini aldıqdan sonra Mübariz ona etibarnamə vermişdir ki, həmin torpaq sahəsi ona məxsusdur. Daha sonra həmin torpaq sahəsinin özlərinə aid olmasını iddia edən şəxslər ortaya çıxmış və o, Mübarizə zəng edərək bu barədə məlumat vermişdir. Mübariz ilə telefon danışığından sonra Mübariz telefonu söndürmüş və əlaqə saxlaya bilməmişdir. Sonra Mübarizə bildirmişdir ki, gətirib pulunu geri qaytarsın. Həmin vaxt Mübariz ona Bülbülə qəsəbəsində 0.10 hektar sərəncamlı torpaq sahəsinin olmasını və oranı ona verəcəyini bildirmiş, o Mübarizlə şifahi olaraq razılaşmış və onu aparıb torpaq sahəsi ilə tanış etmişdir. Bəzi sənədlərində problem olduğu üçün sənədləri düzəltməyə ümumilikdə 8.350 manat pul lazım olduğunu bildirmiş və torpaq sahəsi yaxşı yerdə olduğu üçün həmin pulu onun verəcəyini bildirmişdir. O, şifahi olaraq yenə də Mübariz ilə razılaşmış və ümumilikdə 8.150 manat pulu hissə-hissə Mübarizə vermişdir. Sonuncu dəfə Notariat da ilkin alqı-satqı sənədini yazdırmaq üçün ondan 200 manat pul istəmiş, Mübariz ilə Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi ərazisində “Al” marketin qarşısında görüşüb Mübarizə 200 manat pul vermişdir. Bir müddət sonra anlamışdır ki, İlqar və Mübariz etibarından sui-istifadə edərək ümumilikdə 23.350 manat pulunu ələ keçirmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, özünə ev tikmək üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsindən 0,04 ha torpaq sahəsi axtarırmış. Bu məqsədlə də o müxtəlif internet saytlarına baxırmış. “Tap.az” internet saytında elana rast gəlmiş, həmin elanda 0,04 ha torpaq sahəsinin satılması, ümumi dəyəri 12.000 manat qeyd edilmişdir. Həmin elanda olan telefon nömrəsi ilə əlaqə saxladıqda Elşad adı makler onunla danışmış və ona votsap nömrəsinə torpaq sahəsinin GPS məkan göstəricilərini, fotoşəkillərini göndərmiş, torpaq sahəsinə baxmağını demişdir. O da buna görə atası ilə həmin torpaq sahəsinə gedib baxmışdır. Elşada imkanlarının 7500 manata çatdığını bildirmişdir. Daha sonra Elşad ona zəng etmiş və torpaq sahəsini onun istədiyi qiymətə satacağını demişdir. Həmin vaxt Elşad ona torpaq sahəsinin sahibi olan Mübarizin nömrəsini vermişdir. O, Mübarizlə zəngləşmiş, danışıq zamanı Mübariz torpaq sahəsinin 7.500 manata satılmasını bacısı oğlu Təqsirləndirilən şəxs2lə razılşadırmalı olduğunu demişdir. Həmin gün Mübariz ona zəng etmiş və Səməndərin torpaq sahəsini 7500 manata satmağa razılığını verdiyini bildirmişdir. Növbəti gün onlar razılşamaya əsasən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, 2538-ci məhəllədə yerləşən 15 saylı notariusda görüşmüşlər. Orada Səməndər onun adına 0,04 ha torpaq sahəsinə dair etibarnamə və ilkin alqı-satqı müqaviləsini yazdırmış, həmin etibarnamənin əslini və torpaq sahəsinə aid sərəncamdan çıxarış, əmrdən çıxarış, arayış təqdim etmişdir. Orada Mübarizə və Səməndərə 4.000 manat pul vermiş, Mübarizə demişdir ki, qalan 3500 manat pulu özü adına çıxarışı alandan sonra ödəyəcəkdir. Bundan sonra həmin gün, Mübariz ona zəng vurmuş, təcili 400 pul lazım olduğunu demiş və onun votsapına "xxxx" kartın şəkilini göndərmişdir. Həmin vaxt o Mübarizə razılıq vermiş və 300 manat göndərmişdir. Bir neçə saat sonra Mübariz bir daha ona zəng vurmuş və 400 manat da göndərməyini xahiş etmişdir. O da Mübarizə razılıq vermiş və Mübarizə həmin gün 400 manat göndərmişdir. Növbəti gündən başalayaraq o torpaq sahəsinə aid “Çıxarışı” əldə etmək üçün Asan xidmətinə atası ilə birlikdə müraciət etmiş, orada onlardan torpaq sahəsinin sxemini və arxivdən Mübarizin ona verdiyi sənədlərin həqiqi olmasını təsdiq edən arayışı tələb etmişlər. Onlar bu barədə Mübarizə zəng edib bildirmiş, o isə təşkil edəcəyini demişdir. Lakin Mübariz zəruri sənədləri verməmişdir. O, artıq Mübarizin onu aldatdığını anlamış və ondan pulunu geri tələb etməyə başlamışdır. Daha sonra həmin torpaq sahəsinin başqa şəxsə məxsus olmasını öyrənmişdir. Onlar bunu biləndən sonra Mübarizə zəng etmiş, o isə müxtəlif bəhalərə gətirmiş, pulu qaytaracağını demiş, lakin bu günədək qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, “tap.az” saytında torpaq alqı- satıqısı elanından götürdüyü mobil nömrəsinə əri Bayram zəng etmişdir. Telefonda Bayramla danışan şəxs özünü makler kimi tanıtdırmış, Bayram elanda olan həmin torpaq sahəsini almaq istədiyini və torpaq sahəsinə baxmaq istədiyini bildirmişdir. Özünü makler kimi təqdim edən şəxs torpaq sahəsinin yerləşdiyi məkana getmək üçün ona konum və həmin ərazinin fotoşəkillərini göndərmiş, onlar da Bayramla sözügedən əraziyə getmişlər. Onlar torpağa baxdıqdan sonra makelərə həmin boş sahədən 2 sot torpaq sahəsini almaq istədiklərini bildirmişlər və maklredən torpağın sahibi ilə onları əlaqələndirməsini xahiş etmişlər. Makler də həmin torpaq sahəsinin Mübariz adlı şəxsin olduğunu deyib mobil nömrəsini onlara vermişdir. Bayram da Mübariz adlı şəxslə telefonla danışmışdır. Mübariz həmin torpaq sahəsinin bacısına məxsus olduğunu və bacısının xəstə olduğunu, bacısının oğlunun yanında olduğunu və görüşüb söhbət etmək üçün 15 saylı notariat kontorunun qarşısına dəvət etmişdir. Həyat yoldaşı Bayram ilə birlikdə 15 saylı notariat kontorunun qarşısına getmişlər və oradan Mübarizlə görüşmüşlər. Görüş zamanı Mübarizin yanında olan şəxsin bacısı oğlu Səməndər olduğunu bildirmişdir. Mübariz həmin torpaq sahəsinin Səməndərə məxsus olduğunu demiş və Səməndər də bunu təsdiq etmişdir. Sonra o, Bayram, Mübariz və Səməndər notariusa daxil olmuşlar və 2 sot torpağın alqı-satqısı ilə bağlı Təqsirləndirilən şəxs2 ona etibarnamə vermişdir. Daha sonra həmin notariat kontorunda Mübarizə 3000 manat pul vermişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Tap,az” elan saytında qarşısına çıxan elanda 3 sot torpaq sahəsinin 7500 manata, 1 sotunun isə 3500 manata satılması barədə elan çıxmışdır. Elanda olan mobil nömrəsi ilə əlaqə saxlamışdır. Torpaq sahəsinə baxan zaman Təqsirləndirilən şəxs1 adlı şəxs ona yaxınlaşaraq torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Mübarizlə 3 sot torpağı 5000 manata almağı razılaşmışlar. Mübariz ona torpaq sahəsinin xalası oğlu X15 məxsus olduğunu, ona etibarnamə verəcəyini bildirmişdir. Həmin günBakı şəhəri 15 saylı notariusa getmişlər. Orada özünü ona makler kimi təqdim edən Habil onlara yaxınlaşmış, orada ona torpaq sahəsi üçün etibarnamə vermişdir. 15 saylı notariusun içində 4500 manat pulu sayıb Mübarizə vermiş, pulu verməyini notariusun içərisində olarkən Mübarizin icazəsi ilə telefonun kamerası ilə qeydə almış, ona qalıq borcun 500 manatı isə sentyabr ayınadək verəcəyini bildirmişdir. Daha sonra Mübarizin xahişi ilə olan ona 50 manat pul göndərmişdir. Sonra həmin torpaq sahəsinə getmiş, orada təmizlik işləri aparan zaman, yaxınlıqda yaşayan tanımadığı şəxs ona yaxınlaşmış, torpaq sahəsinin başqasına aid olduğunu bildirmişdir. O, yaxınlıqda olan ev alqı-satqı ofisinə yaxınlaşmış, Mübarizin ona verdiyi çıxarış və yerləşmə sxemini təqdim etmişdir. Orada ona həmin sənədlərin təmizlədiyi yerə aid olmadığını, həmçinin etibarnamədə adı göstərilən şəxsə dair bu ərazidə torpaq sahəsinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, “tap.az” elan saytından bir şəxslə əlaqə saxlamış, həmin şəxs onun nömrəsini Mübariz adlı şəxsə vermiş, Mübarizlə danışıb Sabunçu rayonu, Bakıxanov qəsəbəsində görüşmüşlər. Ümumilikdə 10.000 manata torpaq almağı razılaşmışlar. 07 dekabr 2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 39 saylı notariusa getmişlər. X6 ona 50 illik etibarnamə vermişdir. Daha sonra, o, Mübariz və Habil həmin torpaq sahəsinin yanına gəlmişlər. Orada o, əlbəəl 5000 manatı Mübarizə vermiş, razılaşmaya əsasən qalıq 5000 manatı isə 2024-cü ilin may ayında verəcəkmiş. Bir neçə gün sonra həmin torpaq sahəsində təmizlik işləri apararkən bir nəfər tanımadığı şəxs yaxınlaşaraq torpaq sahəsinin başqa şəxsə aid olduğunu, özü Rusiya Fedrasiyasında yaşadığını bildirmişdir. Bir neçə dəfə Mübarizlə əlaqə saxlasa da Mübariz onunla görüşməmiş, müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 bildirdi ki, 2024-cü ilin yanvar ayında oğlu X18 özünə ev tikmək üçün torpaq sahəsi almaq məqsədi ilə “İnstagram” sosial şəbəkəsində Mübariz adlı şəxsin elan yerləşdirdiyini görmüşdür. Oğlu Mübarizin elanda yerləşdirdiyi mobil nömrəsini ona vermişdir ki, o, özü həmin şəxslə danışıb maraqlansın. O, da həmin mobil nömrə ilə əlaqə saxlamış və Mübarizə bildirmişdir ki, 0,03 ha torpaq sahəsi almaq istəyir, həmin şəxs ona bildirmişdir ki, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində 0,03 ha torpaq sahəsini 4.000 manata satır. O Mübarizə demişdir ki, evdə məsləhətləşib lazım olarsa yenidən əlaqə saxlayacaqlar. Beləliklə, 2-3 gündən sonra yenidən Mübarizlə əlaqə saxlamış, başqa bir oğlu X21 ilə birlikdə Qala yolunda yerləşən “Rahat” marketin yaxınlığında Mübarizlə görüşüb Xaşaxuna bağ massivində yerləşən və satışda olan torpaq sahəsinə getmişlər. Orada Mübariz torpaq sahəsini onlara göstərmişlər,onlar torpaq sahəsini bəyənmişlər, elə orada 0,03 ha torpaq sahəsini 3.600 manata razılaşmışlar. Mübariz ona bildirmişdir ki, həmin torpaq sahəsi Mübarizin qohumu X12 adınadır, gərək Habil gəlsin ki, gedib birlikdə notarial qaydada etibarnamə verilsin. Beləliklə, həmin gündən 2-3 gün sonra Mübariz və Habil Quliyevlə birlikdə Buzovna qəsəbəsində yerləşən 25 saylı notariat ofisinin qarşısında görüşmüşlər. X22 Qala Bələdiyyəsinin 17 iyul 2005-ci il tarixli 47 saylı sərəncamını göstərərək bildirmişdir ki, həmin sərəncamda qeyd olunan 0,12 ha torpaq sahəsindən 0,03 ha torpaq sahəsini ona etibarnamə ilə veriləcəkdir. Arxayın olsun, sənəddən narahat olmasın, sənəddə heç bir problem yoxdur. Bundan sonra o və Habil notariat ofisinə daxil olmuşlar və Habil onun adına etibarnamə vermişdir. Ofisdən çıxdıqdan sonra 25 saylı notariat ofisinin qarşısında Mübarizə 3.600 manat pulu vermişdir. Sonra Mübariz ona demişdir ki, torpaq sahəsinin komunal xətləri çəkilməmişdir, əgər istəsə 150 manat da versin özü həmin xətləri çəkdirəcəkdir. O da razılaşmış və əlavə olaraq Mübarizə 150 manat da vermiş və görüşüb sağollaşaraq ayrılmışdır. O gündən sonra həmin torpaq sahəsində heç bir tikinti işləri aparılmamış, sadəcə olaraq orada olan mişar daşlarını səliqəli formada 0,03 torpaq sahəsinin ətrafına düzdürmüşdür. Sonradan ona məlum olmuşdur ki, guya o həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Elə həmin gün o ərizə ilə Xəzər RPİ-nə müraciət edərək Mübariz və Habil adlı şəxslər tərəfindən aldadıldığına görə barələrində tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2023-cü ilin noyabr ortalarında “Tap.az” sosial şəbəkəsində Xəzər rayonu, Binə qəsəbəsində yeni yaşayış massivində 3 sot torpaq sahəsini görmüş və qardaşı Elşada bu barədə məlumat verdikdən sonra elanda görülən ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Həmin mobil nömrəni istifadə edən, özünü Marif kimi təqdim edən şəxs torpaq barədə məlumat verdikdən sonra Mübariz adlı şəxsə məxsus olmasını deyərək Mübarizlə görüşüb razılaşmaq lazım olmasını bildirmişdir. Sonradan adını bildikləri Təqsirləndirilən şəxs1 ilə torpaq sahəsinin yaxınlığında görüşdükdən sonra Mübariz torpağın özünə məxsus olmasını bildirərək 3 sot qarşılığında 6000 manat pul tələb etmişdir. O, bankdan 5000 manat pul götürmüş və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat kontorunun qarşısında Mübariz adlı şəxslə görüşmüşlər, ardınca 1 nəfər şəxs gəlmiş, Mübariz həmin şəxsi təqdim edərək qardaşı oğlu Səməndər olmasını və torpağın onun adına olmasını bildirmişdir. Daha sonra o, 5.000 manat pulu Mübarizə vermişdir. Ardınca Səməndərin adından etibarnamə tərtib edilmiş, bununla bağlı notariat kontorunda 150 manat rüsum ödəmişlər, 1 gün sonra qardaşı Elşad Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq qəsəbəsində yerləşən torpağın üzərində Mübarizə torpağın layihələndirilməsi üçün 200 manat pul vermiş, bundan sonra Mübarizin vasitəçisi Orxan adlı şəxs qardaşı Elşadla əlaqə saxlayaraq torpağa çıxarış əldə edilməsi üçün 650 manat pul lazım olmasını bildirmiş, Elşad bunu ona dedikdən sora o verməsini bildirmiş və 650 manatı Elşada verdikdən sonra o xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Araz” marketin içərisində olan milliön vasitəsilə 650 manat pul göndərmişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan qismən ödənilmişdir. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 2023-cü ilin may ayında Tap.az sosial şəbəkəsində yerləşdirilmiş əmlak alqısatqısı elanına baxdıqda orada Suraxanı rayonu, Bülbülə qəsəbəsində 4 sot torpaq sahəsinin satıldığını görmüş, o elanda yerləşdirilmiş ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş və telefonda özünü ona Vüsal kimi təqdim edən şəxs ona demişdir ki, torpaq sahəsinə baxa bilər və onun istifadəsində olan mobil nömrəyə həmin torpaq sahəsinin yerləşdiyi ərazini konum ilə göndərmişdir. O, Suraxanı rayonu Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs2 küçəsində yerləşən torpaq sahəsinə getmişdir. Ora çatanda həmin torpaq sahəsində iki nəfər şəxsin oldğunu görmüş, o həmin şəxslər ilə salamlaşmış, həmin şəxslər ona özlərini Vüsal və Mübariz kimi təqdim etmişlər. Həmin torpaq sahəsi 4 sot ərazidən ibarət imiş. O torpaq sahəsinin sənədlərini tələb etmiş, həmin vaxtı orada olan Mübariz adlı şəxs torpağa aid olan sənədləri ona göstərərək demişdir ki, torpaq sahəsi qohumunun adınadır lakin torpaq ona məxsusdur. O torpağın sənədlərinə baxdıqdan sonra torpağın qiyməti ilə maraqlanmış, Mübariz ona demişdir ki, torpağın qiyməti 15000 manat təşkil edəcək. O Mübarizə demişdir ki, onun 15000 manat pulu yoxdur. Bundan sonra Mübariz ona demişdir ki, ona 13000 manata verə bilər.O Mübariz ilə razılaşmış və Mübarizə həmin vaxtı 200 manat beh vermiş, səhəri günü o Mübariz və Vüsal ilə Sabunçu rayonu Bakıxanov qəsəbəsində görüşmüş, həmin vaxtı Mübarizgilin yanında bir nəfərdə şəxs var imiş. Mübariz ona demişdir ki, qohumudur adı İlqardır, torpaq sahəsi İlqarın adınadır. Onlar birlikdə Bakı kinoteatrının yaxınlığında fəaliyyət göstərən notariat ofisinə getmişlər və orada İlqar adlı şəxs torpaq sahəsinin onun adına keçirilməsi ilə bağlı ona etibarnamə vermişdir. Sonra o, Mübariz, İlqar və Vüsal onunla birikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Təqsirləndirilən şəxs2 küçəsində yerləşən torpaq sahəsinə gəlmişlər və o, həmin torpaq sahəsində 13000 manat pulu Mübarizə vermişdir. Səhəri günü o, Mübariz və Vüsal ilə birlikdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində görüşmüşlər və Mübariz ilə birlikdə Suraxanı Rayon İcra Hakimiyyətinin yaxınlığına gəlmişlər. Mübariz ona demişdir ki, 2000 manat pul ver icra hakimiyyətindən evin tikilməsi üçün ona icazə alsın. O, 2000 manat pulu Mübarizə vermiş, Mübariz pulu ondan aldıqdan sonra ona demişdir ki, onu gözləməsin, məsələni həll etdikdən sonra ona məlumat verəcəkdir. Bir neçə gündən sonra o, Mübarizin istifadəsində olan mobil nömrəyə zəng etmiş, Mübariz ona demişdir ki, narahat olmasın qısa müddət ərzində məsələsi həll olunacaqdır. Bir neçə gündən sonra onun mobil telefonuna notariatdan mesaj gəlmiş və həmin mesajda oxumuşdur ki, onun adına İlqar tərəfindən verilmiş etibarnamə ləğv olunmuşdur. O, bunu görəndən sonra yenidən Mübarizə zəng etmiş və ondan 15200 manat pulunu tələb etmişdir. Mübariz ona demişdir ki, narahat olma yəqin anlaşılmazlıq olmuşdur. Bir neçə gündən sonra o Mübarizə zəng edərək mübahisə etmiş və Mübarizdən təkrar olaraq pulunu tələb etmişdir və Mübarizə demişdir ki, onun pulunu verməsə hüquq mühafizə orqanlarına müraciət edəcəkdir. Sonra ev alqı satqısı ilə məşğul olan Vüsal ona zəng edərək onunla görüşmək istəməsini bildirmiş, o Vüsal ilə görüşmüş və Vüsal ona 2000 manat pulu verərək demişdir ki, tikintiyə icaza ala bilmədiyi üçün pulu qaytarır. Bundan sonra Vüsala demişdir ki, ona verdikləri torpaq sahəsinin sənədləri saxtadır, Vüsal ona demişdir ki, onlara bir neçə gün vaxt versin onlar həmin torpaq sahəsini başqa adama satıb onun pulunu tam olaraq qaytaracaqlar. Həmin gündən bir neçə vaxt keçməsinə baxmayaraq o, pulun qaytarılmadığını görüb Vüsal, Mübariz və İlqarın ona qarşı etmiş olduqları dələduzluqlar barəsində Suraxanı RPİ-nin 31-ci PB-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Qardaşı Elman torpaq almaq üçün 2023-cü ilin noyabr ortalarında “Tap.az” sosial şəbəkəsində Xəzər rayonu, Binə qəsəbəsində yeni yaşayış massivində 3 sot torpaq sahəsinin satıldığını görmüş və ona bu barədə məlumat vermişdir. Elanda olan mobil nömrəsi ilə əlaqə saxlamışlar. Həmin mobil nömrəni istifadə edən, özünü Marif kimi təqdim edən şəxs torpaq barədə məlumat verdikdən sonra Mübariz adlı şəxsə məxsus olmasını deyərək Mübarizlə görüşüb razılaşmaq lazım olmasını bildirmişdir. Sonradan adını bildikləri Təqsirləndirilən şəxs1 ilə torpaq sahəsinin yaxınlığında görüşmüşlər. Qardaşı Mübarizlə 3 sot torpağı 6000 manata razılaşmışlar. Elman bankdan 5000 manat pul götürmüşdür. Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 15 saylı notariat kontorunun qarşısında Mübariz adlı şəxslə görüşmüşlər, ardınca 1 nəfər şəxs gəlmiş, Mübariz həmin şəxsi təqdim edərək qardaşı oğlu Səməndər olmasını və torpağın onun adına olmasını bildirmişdir. Daha sonra Elman 5.000 manat pulu Mübarizə vermişdir. Ardınca Səməndərin adından etibarnamə tərtib edilmişdir. Daha sonra o, Mübarizə torpağın layihələndirilməsi üçüb 200 manat pul vermişdir. Sonradan Mübarizin onları aldatdığını bilmişlər. Təqsirləndirilən şəxslər tərəfindən 4000 manat məbləğində pul qaytarılmışdır. Səməndər tərəfindən qardaşına 200 manat pul ödənilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid2ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində CMnin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 0.04 ha torpaq sahəsinə dair etibarnamə verilmişdir; - xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 Buzovna tərəvəzçilik südçülük sovxozunda yerləşən 0.04 ha torpaq sahəsinin 3000 manata satılması ilə bağlı gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq əldə edilmişdir; - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində CMnin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işindən ayrıca cinayət işinin ayırlması haqqında qərardan görünür ki, X12 təqsirləndirilməsinə dair cinayət işindən Mübariz adlı şəxs barəsində AR CM-nin 178.2.1, 320.1 və 320.2-ci maddələri ilə ayrıca cinayət işi ayrılaraq ayrılmış cinayət işi ********* nömrə altında istintaqı aparılması qərara alınmışdır; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs3 Buzovna qəsəbəsi tərəvəzçilik südçülük sovxozunda yerləşən 0.10 ha torpaq sahəsinin 300 kv.metr hissəsində tikinti işlərinin aparılmasına dair etibarnamə verilmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, X20 tərəfindən Zərərçəkmiş şəxs7 ünvan 9 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin 300 kv.m hissəsinə dair etibarnamə verilmişdir; - xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs2 tərəfindən Şahid2 Buzovna qəsəbəsi tərəvəzçilik südçülük sovxozunda yerləşən 0.10 ha torpaq sahəsinin 200kv.metr hissəsində tikinti işlərinin aparılmasına və sairə dair etibarnamə verilmişdir; - xx.xx.2024-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, X20 tərəfindən Zərərçəkmiş şəxs8 Qala qəsəbəsində yerləşən 1200 kv.metr torpaq sahəsi ilə bağlı etibarnamə verilmişdir; - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 şikayəti əsasında hadisənin olduğu yerə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir; - xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şikayəti əsasında hadisənin olduğu yerə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 şikayəti əsasında hadisənin olduğu yerə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid2 şikayəti əsasında hadisənin olduğu yerə baxış keçirilmiş və fotoşəkillər çəkilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd CD diskdə olan videogörüntülərə baxış zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 50 ədəd yüzlük əskinaslardan ibarət ümumilikdə 5000 manat pulu sayaraq verir, Təqsirləndirilən şəxs1 da həmin məbləği sayıb götürdükdən sonra həmin 5000 manat pulu Binə Atçılıq adlanan ərazidə 3 sot torpaq sahəsinin satılması üçün alındığını bildirir və ardınca aparılan çəkiliş sonlandırılır; - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, X20 tərəfindən Zərərçəkmiş şəxs1 Suraxanı rayonu, Bül-bülə qəsəbəsi Təqsirləndirilən şəxs2 küçəsində yerləşən 1000 kv.metr torpaq sahəsinə dair etibarnamə verilmişdir; - xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən məlum olur ki, X9 tərəfindən Zərərçəkmiş şəxs4 Suraxanı rayonu, Bül-bülə qəsəbəsi Təqsirləndirilən şəxs2 küçəsində yerləşən 1000 kv.metr torpaq sahəsinin 500 kv.m sahəsinə dair etibarnamə verilmişdir; - xx.xx.2024-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki. Zərərçəkmiş şəxs8 götürülmüş Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu X16 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli etibarnaməyə və Əzizbəyov (indi Xəzər) rayonu Qala Bələdiyyəsinin sədri İ.Əkbərov tərəfindən verilmiş 17 iyul 2005-ci il tarixli, 47 nömrəli sərəncamına baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X4 Qala Bələdiyyəsinin sədri X10 imzası ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 592 nömrəli sərəncamı, Qala Bələdiyyəsinin sədri X10 imzası ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 592 nömrəli sərəncamı, 233945 nömrəli kassa mədaxil orderi və 233946 nömrəli kassa mədaxil orderi götürülmüşdür; - xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Cəmaləddin oğluna Goranboy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qazancının 10 %-i dövlət nəfinə tutulmaqla, 10 (on) ay müddətinə islah işləri cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən o, CM-nin 318.1 və 177.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində qəti olaraq qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə islah işləri cəzasına məhkum olunmuş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarxli qərarına əsasən həmin cəza 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir; - Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs2 təyin edilmiş 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası xx.xx.2020-ci ildə başa çatmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nərimanov Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmünə əsasən AR CM-nin 147-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla barəsində 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.1992-ci ildə Milli Məclisinin xx.xx.1992-ci il tarixli amnistiya qərarının 1-ci maddəsinin e bəndinə əsasən cəza çəkməkdən azad edimişdir. Bundan başqa o, Sabunçu Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən AR CM-nin 143-ci maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinərək əmlakı müsadirə olunmaqla barəsində 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, xx.xx.2000-ci ildə CM-nin 50-2 maddəsinə əsasən 02 il 07 ay 23 gün müddətinə əməyə mütləq cəlb olunmaqla şərti azad edilmiş, xx.xx.2000-ci ildə cəzasının çəkilməmiş qalan hissəsi cərimə cəzası ilə əvəz olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən CM-nin 178.3.2-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində 08 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2017-ci il qanunu tətbiq olunmaqla Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmündə nəzərdə tutulmuş cinayət əməli CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci il btarixində cəzanı çəkib qurtardığına görə dərhal azad olunmuşdur. Barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində CM-nin 178.2.2-ci maddəsi ilə başlanılmış cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-329/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli hökmə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 10 ay 24 gün müddət nəzərə alınmaqla üzərində 01 il 10 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır; - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə, saat 15:00-da tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2024-cü il, saat 15:00-dan hesablanmışdır; - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir; - xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixlərdə Təqsirləndirilən şəxs1 göndərdiyi kart hesabına ümumilikdə 800 manat pul göndərmiş və həmin ödəniş qəbzləri sübut kimi iş materiallarına əlavə edilmişdir; - 27 noyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan gaydın olur ki, iş üzrə əməl CM-nin 178.2.2 və 178.2.4cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrinə tövsif edilmişdir; - 28 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir; - xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnaməninsurətindən müəyyən olunur ki, xx.xx.2012-ci il təvəllüdlü Fuad Təqsirləndirilən şəxs2 ovladıdır; - 28 noyabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - 29 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəmaləddin oğluna elan edilmiş ittihamda olan AR CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlu və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 vurulmuş maddi ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 barəsində olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-329/2024 nömrəli hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, ona cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun himayəsində bir azyaşlı uşağının olmasını, vurulmuş maddi ziyanı qismən ödəməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Cəmaləddin oğlunun cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən “Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslər və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddlərin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs1 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-329/2024 nömrəli hökmü ilə təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 oğlu Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM- 58.3.) nəzərə alınmaqla məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat və 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-329/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 1(008)-329/2024 saylı iş üzrə həbsdə olduğu 10 (on) ay 24 (iyirmi dörd) gün müddətin 01 (bir) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla onun cəzasına hesablansın və üzərində 04 (dörd) il 01 (bir) ay 06 (altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 320.2-ci maddəsi ilə 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X17 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 37 saat vaxta görə 282 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 31 saat vaxta görə 246 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-154/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-154/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver