Məhkəmə qərarları › İş №1(003)-155/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-155/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-155/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X5 və X2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Xəzər rayonu, Binə qəsəbəsi, R.Əşrəfov küçəsi ev 1 “A”-da qeydiyyatda olan və orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilməmiş, Səbail rayonu, Q.Abbasov küçəsi ev 50/52, mənzil 19- da qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2yla birlikdə 02 noyabr 2024-cü il tarixdə saat 05 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs1 ağ rəngli “Toyota Hilux” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisinə Təqsirləndirilən şəxs2 daxil olub, bu zaman o, hər hansısa şəxs gəldikdə xəbər vermək üçün avtomobilin yanında durub gözləmiş, Təqsirləndirilən şəxs2 avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus “Kenwood” markalı 450 manat dəyərində planşet tipli avtomobil üçün nəzərdə tutulan elektrik monitorununu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs2yla birlikdə 02 noyabr 2024-cü il tarixdə saat 05:45 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 gümüşü metallik rəngli “Opel Astra” markalı **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonuna hər ikisi daxil olub Zərərçəkmiş şəxs2 məxsus 10 manat dəyərində pul kisəsini və pul kisəsinin içərisində olan 420 manat nağd pulu gizli yolla talayıb əldə etdikləri əmlakı istintaqa məlum olmayan şəxslərə sataraq əldə etdikləri pulları öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 430 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1yla birlikdə 02 noyabr 2024-cü il tarixdə saat 05 radələrində ünvan 1 ünvanda Zərərçəkmiş şəxs1 ağ rəngli “Toyota Hilux” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilinin içərisinə daxil olub, bu zaman Təqsirləndirilən şəxs1 hər hansısa şəxs gəldikdə xəbər vermək üçün avtomobilin yanında durub gözləmiş, o, avtomobilin salonundan Zərərçəkmiş şəxs1 məxsus “Kenwood” markalı 450 manat dəyərində planşet tipli avtomobil üçün nəzərdə tutulan elektrik monitorununu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 450 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən, tamah niyyətiylə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Təqsirləndirilən şəxs1yla birlikdə 02 noyabr 2024-cü il tarixdə saat 05:45 radələrində ünvan 2 ünvanında Zərərçəkmiş şəxs2 gümüşü metallik rəngli “Opel Astra” markalı **-VR- *** dövlət qeydiyyat nişanlı avtomobilinin salonuna hər ikisi daxil olub Zərərçəkmiş şəxs2 məxsus 10 manat dəyərində pul kisəsini və pul kisəsinin içərisində olan 420 manat nağd pulu gizli yolla talayıb əldə etdikləri əmlakı istintaqa məlum olmayan şəxslərə sataraq əldə etdikləri pulları öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 430 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, hadisədən 3-4 ay əvvəl Təqsirləndirilən şəxs2la tanış olmuş, dostluq etmişdir. 01 noyabr 2024-cü il tarixdə o, Validin evinə qonaq getmişdir. 02 noyabr 2024 tarixdə saat 04:00 radələrində Validə çıxıb küçələrdə gəzməyi təklif etmişdi . Onlar birlikdə evdən çıxdıqdan sonra pula ehtiyacları olduğundan Validlə oğurluq etmək qərarına gəlmişlər. Binə qəsəbəsində olan zaman yolun kənarında dayanmış vəziyyətdə olan “Toyota Hilux” markalı avtomobil görmüş və həmin avtomobildən oğurluq etmək qərarına gəlmişlər. Onlar həmin maşına yaxınlaşmış onun qapılarının bağlı olmasını görmüş, Valid yerdən tapdığı qırıq vəziyyətdə olan dəmir atverka ilə həmin avtomobilin arxa şüşəsini açmışlar. Valid həmin şüşədən içəri daxil olmuş, o, isə orada dayanıb ətrafa göz gəzdirmişdir. Valid avtomobildə pul tapa bilməmiş, bundan sonra avtomobildə olan “Kenvud” markalı elektrik monitoru oğurlamışlar. Bundan sonra həmin küçədə “Opel Astra” markalı avtomobilə yaxınlaşmışlar. Valid atverka ilə həmin maşının sağ arxa yan balaca şüşəsini sındırmış, sonra dirsəyi ilə qapını itələyərək açmış və ikisi də içəri daxil olmuşlar. Avtomobilin salonunu axtararaq ümümilikdə təxmini 410-420 manat nağd pulu pul kisəsiylə oğurlamışlar. Sonra birinci avtomobildən oğurladıqları monitoru su kanalına atmışlar. Hər iki cinayəti birlikdə etmişlər. Əlavə olaraq Təqsirləndirilən şəxs1 etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, bir neçə ay olar ki, Təqsirləndirilən şəxs1la tanış olmuş, dostluq etmişdir. O da evinin yaxınlığında yaşayır, cinayətə meylli olmasını bilir . 01 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 onun evinə qonaq gəlmişdi. 02 noyabr 2024 tarixdə saat 04:00 radələrində Həsənağa ona çıxıb küçələrdə gəzməyi təklif etmişdi . Onlar birlikdə evdən çıxdıqdan sonra Həsənağa ona oğurluq etməyi təklif etmişdi . Hər ikisi pulu olmadığından qərar vermiş və razılaşmışlar ki, nəsə əmlak əldə edib gizli yolla götürsünlər və həmin əmlakı satıb pul əldə etsinlər. Orada saat təxmini 05-45 radələrində **-VR-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı avtomobilə yaxınlaşmışlar. O, atverka ilə həmin maşının sağ arxa yan balaca şüşəsini sındırmış, o, dirsəyi ilə qapını itələyərək açmış və ikisi də içəri daxil olmuşlar. Avtomobilin salonunu axtarmış, salondan ümümilikdə təxmini 410-420 manat nağd pulu pul kisəsiylə oğurlamış, avtomobildən çölə çıxmışlar. Onlar oradan uzaqlaşdıqdan sonra kanalın yanına getmişlər. Orada pul kisəsinin içində başqa sənədlərin olmasını da görmüş, onlara əsas pul lazım olduğundan, artıq pulu olduğuna görə birinci avbtomobildən oğurladığı monitoru və sənədləri atmaq qərarına gəlmişlər. O, həmin monitoru kanalın yanında dəmirə vuraraq sındırmış, monitoru və sənədləri su kanalına atmışlar. Səhər açılanda onlar həmin oğurladığı plastik kartlardan alış veriş etmək qərarına gəlmiş, lakin edə bilməmişlər. Kartları da tullamışlar. Pulları yarıya bölüb xərcləmiş, etdiyi əməldən peşmandır. Onlarla başqa heç kim əlbir olmayıbdır. Oğurluq edərkən onları heç kim görməyibdir. Həmçinin birlikdə Bazarstore mağazasından da nağd pulla 02 noyabr 2024 tarixdə gündüz radələrində alış-veriş etmişlər. O, dostuyla sənədləri pul kisəsiylə götürsə də niyyəti tamah yəni pul olub, sənədi məhv etmək istəməmişlər.523915 8987 seriyalı və 510307 1449 seriyalı plastik kartları saxlayıb,səhər radələrində 12 manat təxmini dəyərdə olan əmlak almaq istəsə də kartlarda pul olmadığından nağd pula alış-veriş etmiş, kartları tullamış, digər sənədləri gecə radələrində su kanalına atmışlar.Onların məqsədimi oğurluq olubdur. Lakin, “Toyota Hilux” markalı **-CA-*** qeydiyyat nömrəli avtomobildən oğurluq etməmədiyini, polis idarəsində onlara təzyiq edərək həmin cinayət hadisəsinidə etiraf etməsini bildirmişlər. Oda qorxudan Polis idarəsində cinayət əməlini etiraf etməsi barədə ifadə vermişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, **-CA-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı pikap tipli ağ rəngli avtomobili bir neçə aydır ki, əmisi oğlu Abbasqulu Fərzəliyevdən almışdır. 01 noyabr 2024 tarixdə saat 22-30 radələrində evinin qarşısında- Binə qəsəbəsi, Xətai küçəsi 35 saylı ünvanda avtomobili saxlamış və evə getmişdir. Səhəri günü evdən çıxıb avtomobilə yaxınlaşan zaman aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər avtomobilin arxa şüşəsini sıxıb açmaqla avtomobilə daxil olub salonda yerləşən “Kenwood” markalı, 450 manat dəyərində planşet tipli avtomobil üçün nəzərdə tutulan elektrik monitorunu oğurlayıbdır. O, dərhal əmisi oğlu Abbasquluya zəng edib demiş, o, isə polisə zəng etmişdir. Təqsirləndirilən şəxslər ona vurulmuş maddi ziyanı ödəməsə də onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdi ki, 99- VR- 881 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobili ona məxsusdur. 01 noyabr 2024 tarixdə saat 22 radələrində evinin qarşısında avtomobili saxlayaraq evinə getmişdir. 02 noyabr 2024 tarixdə səhər saatlarında evdən çıxıb avtomobilə yaxınlaşan zaman aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər avtomobilin arxa sağ yan kiçik şüşəsini sındırmaqla və qapısını açmaqla avtomobilə daxil olub salonda olan 10 manat dəyərində pul kisəsini və içərisində 420 manat nağd pulu gizli yolla oğurlayıbdır. O, dərhal polisə zəng edib məlumat vermişdir. Əlavə olaraq bldirmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynıdır, bir evdə yaşayırlar. **-CA-*** dövlət qeydiyyat nişanlı “Toyota Hilux” markalı pikap tipli ağ rəngli avtomobil Simara məxsusdur. xx.xx.2024-cü il tarixində saat 15 radələrində Simarla həmin avtomobilə yaxınlaşan zaman avtomobildən monitorun oğurlanmasını aşkar etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində Zərərçəkmiş şəxs2 məxsus “Opel Astra” markalı avtomobildə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində Zərərçəkmiş şəxs1 məxsus “Toyota Hilux” markalı pikap tipli avtomobildə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, əl-barmaq izləri götürülmüş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - İfadənin yerində yoxlanması haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, ərazisində xx.xx.2024cü ilk tarixində, Təqsirləndirilən şəxs1 ilə birlikdə “Toyota Hilux” markalı və “Opel Astra” markalı avtomobillərdən etdikləri oğurluq yerini göstərmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-428/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilmiş, onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli 4(003)-429/2024 saylı qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət rədd edilmişdir; - Qətimkan tədbirinin seçilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik- Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın xx.xx.2024-cü il tarixli, 3267 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs1 xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs1 əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik- Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın xx.xx.2024-cü il tarixli, 3284 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs2 xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs2 əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Abşeron Rayon Məhkəməsinin 20 noyabr 2013-cü il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 177.2.3, 66.3 və 68.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 66.5, 68.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.1,177.2.2, 326.2, 68.3.1, 66.2 və 67.1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 il 23 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Sumqayıt Apelllyasiya Məhkəməsinin qərarı ilə Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş və ona CM-nin 177.2.1,177.2.2, 185.2.1, 326.2, 66.3, 68.3.1, 67.1 və 69.3-cü maddələri ilə 02 il 06 ay 14 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2024-cü ildə cəza müddətinin sonu ilə azad edilmişdir; - Sumqayıt Apelllyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 30 yanvar 2014-cü il tarixli hökmü ilə təyin edilmiş 3500 manat cərimə cəzası həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə aylıq qazancından 10% dövlət nəfinə pul tutulmaqla 11 ay 21 gün müddətə islah işləri cəzası ilə əvəz edilmişdir. Qeyd edilən qərara əsasən Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 185.2.1 və 326.2-ci maddələri ilə CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 68.3.1-ci maddəsinə əsasən ona Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş islah işləri cəzasının 4 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla 02 ay 28 gün müddət CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş 03 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsinə görə tutulduğu və həbsdə saxlanıldığı 11 ay 16 gün ona təyin edilmiş cəzaya hesablanmaqla üzərində 02 il 06 ay 14 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını ödəmişdir; - 23 dekabr 2024-cü il tarixli 3/1881 saylı rəylə müəyyən edilmişdir ki, təqdim edilmiş 1, 2 “a” saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri 2”b”, 3, 4, 5 saylı daktilolentlərin səthlərindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 və 2”a” saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri Təqsirləndirilən şəxs1 əlbarmaqlarından qalmamışdır. 2”b” saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol ovucundan 3,4,5 saylı daktilolentlərin səthlərindəki ovuc izləri isə onun sağ ovucundan qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -qabaqcadan əlbir olan bir qrup halında, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.( Təqsirləndirilən şəxs2na münasibətdə) 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2009cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini (CM-nin 59.1.12), törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini (CM-nin 59.1.12) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə (xx.xx.2024-cü il tarixində cəzasını çəkib qurtarmışdır) və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə (xx.xx.2024-cü ildə cəzasını çəkib qurtarmışdır) yaranmış məhkumluqlarının ödənilməməsi cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin təhlükəli residivi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində ünvan 3 ünvanında çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65,29 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi tanınmış əl-barmaq izlərini özündə əks etdirən lentlər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65,29 (altmış beş manat, iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). İş üzrə maddi sübut kimi tanınmış əl-barmaq izlərini özündə əks etdirən lentlər cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs2 isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar