Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-156/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi 1055 məhəlləsində nömrəsiz evdə qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 251/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radəsində X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,011 qram narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,483 qram psixotrop maddə metamfetamini 120 manat müqabilində Xəzər rayonu Qala qəsəbəsində yerləşən “Qədim Bakı” adı ilə fəaliyyət göstərən kafenin yaxınlığında özünün istifadəsi üçün alaraq əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radəsində ərazidə xidmət aparan Xəzər RPİ CAŞ-nin əməkdaşları son zamanlar həmin ərazidə oğurluq hadisələrinin çoxluğu ilə bağlı həmin şəxslərin kimliyini müəyyən etmək məqsədi ilə Təqsirləndirilən şəxs hərəkətləri onlarda şübhə yaratdığı üçün polis əməkdaşları tərəfindən Xəzər RPİ-nin inzibati binasına gətirilmiş, Polis idarəsində saat 16:45-də videoçəkilişlə üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd “Rothmans” markalı siqaret qutusunun içindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,838 qram, 0,147 qram və 0,026 qram olmaqla ümumi təmiz çəkisi 1,011 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,483 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən üç ildir ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. Narkotik vasitələri həmişə onunla qonşuluqda yaşayan “Nizam” adlı şəxsdən alaraq tələbatını ödəmişdir. “Nizam” narkotik vasitələrin satışı ilə əksər halda evində məşğul olmuşdur. Çox zaman o, “Nizam”la telefon əlaqəsi saxlayıb görüşüb narkotik vasitə almışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində istifadə etdiyi ***-***-**-** saylı nömrəsindən “Nizam”ın ***-***-**-** saylı nömrəsinə zəng edib narkotik vasitə almaq istədiyini bildirmişdir. “Nizam” Qala qəsəbəsindəki “Qədim Bakı” kafesinin qarşısına gəlməyini və orada onu gözləməsini demişdir. Təxminən 10 dəqiqədən sonra “Nizam” ilə “Qədim Bakı” kafesinin qarşısında görüşmüş və 120 manat verərək ondan iki ədəd sellofan və bir ədəd kiçik gümüşü siqaret kağızında narkotik vasitə olan heroin və bir ədəd böyük gümüşü siqaret kağızı bükümündə isə psixotrop maddə olan metamfetamin almışdır. “Nizam” narkotik vasitə və psixotrop maddəni ona satdıqdan sonra idarə etdiyi “Mersedes-Benz” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşınla oradan getmişdir. O, aldığı heroini və metamfetamini gələcəkdə istifadə etmək üçün üzərində olan “Rothmans” markalı siqaret qutusunun içinə yığmış və əynindəki boz rəngli idman şalvarının sol yan cibində saxlamışdır. Həmin gün saat 16:15 radələrində orada digər bir tanışı - narkotik vasitə istifadə edən Şahid3 ilə görüşmüşdür. Akif ora “UAZ-3909” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmiş, görüşüb hal-əhval tutduqdan sonra bədənində ağrıların olmasını və metamfetamin psixotrop maddəsi istifadə etmək istədiyini ona bildirmiş, o da Akifə demişdir ki, “Nizam” adlı şəxsdən narkotik vasitə almışdır və birlikdə çəkə bilərik”. Akifin avtomobilinə əyləşmək istəyəndə iki nəfər mülki geyimdə olan şəxs ona tərəf yaxınlaşmışdır. Bunu görən Akif avtomobili oradan yüksək sürətlə idarə edib aralaşmış, o isə qaça bilməmişdir. Ona yaxınlaşan şəxslər xidməti vəsiqələrini çıxardaraq təqdim etmiş və polis əməkdaşları olduqlarını deyib ondan özünü təqdim etməsini və eyni zamanda şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Onun üzərində “Nizam”dan aldığı narkotik vasitə olduğundan özünü şübhəli aparmış, polis əməkdaşlarına özünü təqdim etməyərək, şəxsiyyətini təsdiq edən sənədin olmadığını demiş və oradan qaçmağa cəhd göstərəndə onlar onu tutub saxlayaraq Xəzər RPİ-nə gətirmişlər. Orada olan zaman o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün 08 saylı Vəkil bürsounun vəkili X4 ona müdafiəçi təyin edilmişdir. Daha sonra polis əməkdaşları videoçəkilişlə üzərinə baxış və axtarış keçirəcəklərini ona bildirmişlər. Baxış və axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Baxış və axtarış zamanı polis əməkdaşları əynindəki boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusunun içindən iki ədəd sellofan bükümünü və iki ədəd biri kiçik, biri isə böyük olmaqla gümüşü siqaret kağızı bükümünü, habelə bir ədəd bükülmüş halda 1 manatlıq pul əskinasını aşkar etmişlər. Həmçinin əynindəki boz rəngli şalvarın sağ yan cibindən ona məxsus 01 ədəd “HUAWEİ” markalı üzərində mobil nömrəsi olmayan və 01 ədəd qara rəngli “Samsung DUOS” markalı üzərində ***-***-**-** nömrə kartı olan mobil telefonları, habelə şalvarının sağ yan cibindən bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 6 manat pul aşkar edilmişdir. Həmin bükümlərin içinə baxarkən iki ədəd sellofan bükümün və bir ədəd kiçik gümüşü siqaret kağızı bükümünün hər birinin içində toz halında qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Bir ədəd böyük gümüşü siqaret kağızı bükümünün içindən isə metamfetamin psixotrop maddəsinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu-sual aparılarkən o, həmin iki ədəd sellofan və bir ədəd kiçik gümüşü siqaret kağızı bükümünün içərisindəki maddələrin heroin narkotik vasitəsi, digər böyük gümüşü siqaret kağızı bükümünün içində isə metamfetamin psixotrop maddəsinin olduğunu bildirmişdir. Həmin vaxt həyəcanlı olduğu üçün narkotik vasitəni və psixotrop maddəni bir gün əvvəl, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində aldığını demişdir. Lakin əsil həqiqətdə həmin narkotik vasitəni və psixotrop maddəni xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində “Nizam” adlı şəxsdən 120 manata şəxsi istifadəsi üçün almışdır. Axtarış zamanı üzərindən əlavə heç bir şey aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə və bir ədəd kiçik gümüşü siqaret kağızı bükümündə olan içində narkotik vasitə heroinə oxşar kütlələr, habelə bir ədəd böyük gümüşü siqaret kağızı bükümündə içində metamfetamin psixotrop maddəsinə oxşar kütlələr, eləcə də, “HUAWEİ” markalı, üzərində mobil nömrəsi olmayan və 01 ədəd qara rəngli “Samsung DUOS” markalı üzərində ***-***-**-** nömrə kartı olan mobil telefonları polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş iki ədəd 1 manatlıq və bir ədəd 5 manatlıq olmaqla ümumilikdə 6 manat pul özünə qaytarılmışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ Cinayət Axtarış Şöbəsinin rəis müavini, polis polkovniki Şahid1 Şuğan oğlu göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə Xəzər RPİ CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Xəzər RPİ-nin inzibati ərazisində baş vermiş oğurluq cinayətlərinin açılması istiqamətində Qala qəsəbəsində xidmətdə olan zaman təxminən saat 16:15 radəsində Qala qəsəbəsində “Qədim Bakı” adlı kafenin qarşısında bir nəfər şəxsin yol kənarında dayanmış vəziyyətdə olan “UAZ 3909” markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşdığını görmüşlər. Həmin şəxsin zahiri görünüşündən narkotik vasitə aludəçisi olduğu onlarda şübhə yaratdığından onun olduğu yerə yaxınlaşmışlar. Bu zaman “UAZ 3909” markalı, **- JM-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomobili idarə edərək yüksək sürətlə oradan aralaşmış, lakin avtomobilin yanında olan şəxs tərəflərindən saxlanılmışdır. Onlar həmin şəxsə xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirib və özünü, eləcə də şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyini ona demişlər. Həmin şəxs özərində şəxsiyyətini təsdiq edən sənədin olmadığını bildirib qaçmağa cəhd göstərmişdir. Bundan sonra həmin şəxs tərəflərindən Xəzər RPİ-nə gətirilmiş və onun xx xxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi 1055 məhəlləsində qeydiyyatda olan Təqsirləndirilən şəxs olduğu aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilməsi zərurəti yarandığını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün 8 saylı Vəkil bürosundan vəkil dəvət edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bildirilmişdir ki, üzərində qanunazidd əşya və ya predmet varsa, könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu çıxararaq həmin siqaret qutusunun içindən iki ədəd sellofan bükümünü və iki ədəd biri kiçik, biri isə böyük olmaqla gümüşü siqaret kağızı bükümünü, habelə bir ədəd bükülmüş halda 1 manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Həmçinin əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “HUAWEİ” markalı üzərində mobil nömrəsi olmayan və 01 ədəd qara rəngli “Samsung DUOS” markalı üzərində ***-***-**-** nömrə kartı olan mobil telefonları, habelə şalvarının sağ yan cibindən bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 6 manat pulu təqdim etmişdir. Həmin bükümlərin içinə baxarkən iki ədəd sellofan bükümün və bir ədəd kiçik gümüşü siqaret kağızı bükümünün hər birinin içində toz halında qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilmişdir. Bir ədəd böyük gümüşü siqaret kağızı bükümünün içindən isə metamfetamin psixotrop maddəsinə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu-sual aparılarkən, o, həmin iki ədəd sellofan və bir ədəd kiçik gümüşü siqaret kağızı bükümünün içərisindəki maddələrin heroin narkotik vasitəsi, digər böyük gümüşü siqaret kağızı bükümünün içində isə metafetamin psixotrop maddəsinin olduğunu bildirmişdir. Axtaraış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə metamfetamin qablaşdırılmış və müvafiq sənədləşdirmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 elan edilmiş ifadəsi ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 Şuğan oğlunun göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, “SOCAR” Nəqliyyat idarəsində sürücü işləməklə “UAZ” markalı, **-JM-*** nömrə nişanlı avtomobili idarə edir, təxminən olar ki, psixotrop maddə olan şüşə kimi bildiyi metamfetamindən istifadə edir. Həmin maddəni tanımadığı müxtəlif şəxslərdən əldə edib istifadə edir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır və o da narkotik vasitələrdən istifadə edir. xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi avtomobillə Qala qəsəbəsindəki “Qədim Bakı” adlıı kafenin yanından keçən zaman görmüşdür ki, Sahib yolun kənarında dayanmışdır. Bu zaman o, avtomobili Sahibin yanında saxlamış və haləhvalını soruşduqdan sonra ona demişdir ki, narkotik vasitə istifadə etmədiyinə görə bədənində ağrılar var, lakin pulu yoxdur ki, narkotik vasitə alıb istifadə etsin. Sahib ona demişdir ki, bir az qabaq həmin yerdən “Nizam” adlı şəxsdən narkotik vasitə almışdır ki, özü istifadə etsin və bədənində ağrılar olduğundan, onunla birlikdə istifadə edə bilər. Bundan sonra Sahib onun avtomobilinə əyləşmək istəyəndə Sahibə iki nəfər şəxs yaxınlaşmış və o, həmin şəxslərin polis əməkdaşları olmasını düşündüyü üçün oradan avtomobili idarə edərək çıxıb getmişdir. Sonra isə ona məlum olmuşdur ki, Sahibi polis əməkdaşları tutmuş və onun üzərindən narkotik vasitə aşkar edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Rothmans” markalı siqaret qutusu çıxararaq həmin siqaret qutusunun içindən iki ədəd sellofan bükümünü və iki ədəd biri kiçik, biri isə böyük olmaqla gümüşü siqaret kağızı bükümünü, habelə bir ədəd bükülmüş halda 1 manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Həmçinin əynindəki boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd “HUAWEİ” markalı üzərində mobil nömrəsi olmayan və 01 ədəd qara rəngli “Samsung DUOS” markalı üzərində ***-***-**-** nömrə kartı olan mobil telefonları, habelə şalvarının sağ yan cibindən bir ədəd 5 manatlıq və bir ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 6 manat pulu təqdim etmiş və həmin görüntülər “CD” diskdə öz əksini tapmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/293 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdə ki, 3 ədəd bükümdə (2 ədəd sellofan, 1 ədəd kağız büküm)” ayrı-ayrılıqda təmiz çəkiləri 0,838, 0,147 və 0,026 qram, ümumi təmiz çəkisi 1,011 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəksi 0,483 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş xx xxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Metamfetamin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş xx xxxx 2005ci il tarixli “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. Heroin xaş-xaş alkoloid qrupuna, metamfetamin isə amfetaminlər qrupuna aid olub, bir biriləri ilə eynilik təşkil etmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 81,82 (şəksən bir, səksən iki) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizanın xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Hal-hazırda onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 3 ədəd bükümdə (2 ədəd sellofan, 1 ədəd kağız büküm) ayrı-ayrılıqda təmiz çəkiləri 0,838, 0,147 və 0,026 qram, ümumi təmiz çəkisi 1,011 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin, 01 ədəd bükümdə təmiz çəksi 0,483 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və baxış zamanı çəkilmiş videogörüntü olan 01 ədəd CD disk iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi subut kimi tanınmış və 1-ci tədqiqata 0,090 qram və 2-ci tədqiqata 0,06 qram sərf edlməklə yekin qalıq 0,681 qram narkotik vasitə heroin və 1-ci tədqiqata 0,050 qram və 2ci tədqiqata 0,03 qram sərf edilməklə yekun qalıq 0,403 qram psixotrop maddə metamfetamin Xəzər RPİ-nin saxlanma otağına təhvil verilmiş və CD diski cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətməsi faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,681 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq – 0,403 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 81,82 (səksən bir, səksən iki) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 20 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,681 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ekspertiza tədqiqatından sonra qalıq – 0,403 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ-də keçirilmiş baxış zamanı çəkilmiş video görüntülər olan “disk” hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81,82 (səksən bir, səksən iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-156/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-156/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver