Məhkəmə qərarları › İş №1(003)-156/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-156/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-156/2024 15.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs X2 iştirakı ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, H.Ş.Q. Şərq küçəsi, ev 104, mənzil 3-də qeydiyyatda olan və daimi yaşayış yeri olmayan, barəsində Xəzər Rayon Məhkəməsinin 4(003)-305/2023 saylı, xx.xx.2023cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, X6 21 iyun 2023-cü il tarixdə saat 02 radələrində J078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən uçub Bakı şəhərinə X16 Aeroportuna gəldikdən sonra ictimai yer hesab olunan Hava Limanının 1-ci terminalının 2-ci mərtəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qarşısında orta dərəcəli sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan nəzarət-buraxılış məntəqəsinin dəmir arakəsmələrini vurub aşırdıqdan sonra, yüksək səslə qışqıra-qışqıra, nalayiq ifadələr işlədərək Dövlət Sərhəd Xidmətinin X3 iş rejimini tamamilə pozub həmin vaxt orada xidmət göstərən əməkdaşlara məhəl qoymadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri etmiş, bundan sonra xidməti vəzifələrini yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan hakimiyyət nümayəndəsi, Dövlət Sərhəd Xidmətinin X13 sərnişin SNB-nin növbə rəisi Zərərçəkmiş şəxs onu nizam-intizama və qanunsuz davranışlarına son qoymasına dəvət etməsinə baxmayaraq, sonuncunun qanuni tələblərinə tabe olmadan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən hərəkətlər edib, "xxxx" QSC-yə məxsus 16 seksiyalı LCD videodivarın 1ədədinin qiyməti 1200 manat olan, ümumilikdə 6000 manat dəyərində 05 ədəd monitorlarını qəsdən əl və ayaq zərbələri ilə vuraraq sındırmaqla məhv edib yararsız hala salaraq zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Hava Yolları’'QSC-yə 6000 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə qarşı xuliqanlıq hərəkətləri edib özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş X6 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, valideynləri X7 və X10 1999-cu ildən bir-biriləri ilə qeyri-rəsmi münasibətdə olmuşlar. Aralarında yaranmış anlaşılmazlıq səbəbilə onun 2 yaşı olarkən, yəni 2002-ci il tarixdə ayrılmışlar. Valideynləri ayrıldıqdan sonra anası ilə birlikdə 2009-cu ilədək məhrum babası Xankərəmov Aydının evində yaşamışlar. 2009-cu ildə anası Türkiyə Respublikasına işləmək üçün getmiş, təqribən 6 ay sonra yəni, 2009-cu ilin sonlarında Bakı şəhərinə qayıdaraq onu da özü ilə birlikdə Türkiyə Respublikasına aparmışdır. 2010-cu ilin əvvəllərində anası Cəmal Akar adlı Türkiyə Respublikası vətəndaşı ilə ailə həyatı qurmuşdur. Ailəsi ilə birlikdə bir müddət İstanbul şəhərində sonra isə Antalya şəhərində yaşamışdır. Ailəsində yaranmış problemlər səbəbindən 2021-ci ildən etibarən ailəsindən ayrılaraq tək yaşamağa başlamışdır. 2 il ərzində müxtəlif şəhərlərdə restoranlarda mahnı oxuyaraq pul qazanmış və sonuncu dəfə Muğla şəhəri, Marmaris bölgəsində bir restoranda müğənnilik etmiş və yaxınlıqda olan Özcan oteldə yaşamışdır. 2023-cü ilin aprel ayının ortalarında polis əməkdaşları yaşadığı oteldə Türkiyə Respublikasında yaşamağa icazəsi olmayan şəxsləri yoxlamış və yaşamağa icazəsinin vaxtı bitdiyi üçün onu həbs etmişlər. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o, 2 ay həbsdə qalası olmuşdur. xx.xx.2023-cü il tarixdə onu Türkiyə Respublikasından deportasiya etmişlər. xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində İstabul-Bakı aviareysi ilə X16 Hava Limanına uçub gəlmişdir. Türkiyə Respublikasından deportasiya olmağı ona çox pis təsir etmiş, təyyarədə olan zaman içkilər pulsuz olduğu üçün təxminən 10 stəkan qırmızı şərab içmişdir.Tayyarədə xidmət aparan əməkdaşlar ona dəfələrlə az içməyini bildirsələr də, onlara etiraz edərək içməyə davam etmişdir. Təyyarədən endikdən sonra özünü çox pis hiss etmişdir. Həddindən artıq içki içdiyi üçün ağlı özünü idarə etməmişdir. Həmin vaxt başına gələn hadisələr, həmçinin, valideynləri yadına düşmüş və bu səbəbdən ağlamağa başlamışdır. Sərhəd yoxlanış məntəqəsinə çatanda bir anda hərəkətlərinə nəzarət edə bilməyərək yaxınlıqda olan əşyalara yumruq və təpik vuraraq ətrafı dağıtmağa başlamışdır. Bu zaman ətrafda olan şəxslər və orada xidmət aparan polis əməkdaşları yaxınlaşaraq onu sakitləşdirmiş və sonra isə polis əməkdaşları onu özləri ilə birlikdə Hava NPİ-yə gətirmişlər. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2011-ci ildən Dövlət Sərhəd Xidmətində qulluq edir və X16 Aeroportunda Terminal 1-in X13 sərnişin SNB-nin növbə rəisi vəzifəsində işləyir. Təyin olunmuş qrafikə əsasən zabit nəzarətçisi Şahid1 ilə birlikdə xx.xx.2023-cü il saat 09:00-dan, xx.xx.2023-cü il saat 09:00-dək xidmətdə olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən 02:15-dən etibarən J 2-78 saylı İstanbul-Bakı aviareysindən gələn sərnişinlərin sənədlərinin yoxlanışını həyata keçirən zaman təxminən saat 02:30 radələrində adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs yüksək səslə nalayiq ifadələr işlətdiyini görmüş və həmin an sonuncu yaxınlıqda olan dəmir arakəsmələri dağıtmağa başlamışdır. Şahid1la birlikdə dərhal Təqsirləndirilən şəxs hərəkətlərinə son vermək üçün ona yaxınlaşmış və onu qismən sakitləşdirmiş, yoxlamadan keçirmək üçün özləri ilə birlikdə nəzarət buraxlış məntəqəsinə gətirmişdir. Həmin vaxt qadının sərxoş olması açıq-aydın hiss olunmuş və özündə olmamışdır. Qadın məntəqəyə çatmağına az qalmış qeydiyyatdan keçməkdən etiraz etmiş, sənədlərini onlara təqdim etməmiş, yaxınlıqda olan LCD videodivarın qarşısında yerdə əyləşmiş və yüsək səslə qışqıraraq, nalayiq ifadələr işlətmiş və hərəkətlər etmişdir. Qeydiyyatdan keçirmək üçün onu qaldırmaq istəsələr də, mümkün olmamışdır. Təqsirləndirilən şəxs sənədlərini götürmüş və qeydiyyat işlərini aparmaq üçün məntəqəyə keçmişdir. Bu zaman qadın videodivarın monitorlarını əl və ayaq zərbələri ilə sındırmağa başlamışdır. Onun bu hərəkətlərinin qarşısını almış və kənara aparmışdır. Şahid1 hadisə ilə əlaqədar “ATBİ”-nin Təhlükəsizlik xidmətinə və polisə məlumat vermişdir. Daha sonra, Təqsirləndirilən şəxs qeydiyyat işlərini tamalamaq üçün məntəqəyə keçmişdir. Lakin bir-neçə dəqiqə sonra qadın təkrar olaraq monitora yaxınlaşmış və əl-ayaq zərbələri ilə monitorları sındırmağa davam etmiş, həmin vaxt Şahid1 ona yaxınlaşmış və hərəkətlərini sonlandırmaq üçün onu tutub saxlamışdır. Daha sonra “ATBİ”-nin və Hava NPİ-nin əməkdaşları hadisə yerinə gəlmiş və Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışmışlar. Lakin bu bir nəticə verməmiş, Təqsirləndirilən şəxs qışqıraraq nalayiq ifadələr işlətməyə davam etmiş və qaçıb yaxa qurtarmağa çalışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ictimai asayişin pozluması, ətrafdakı əşyaları dağıtması, sındırılması və xidməti fəaliyyətlərinin təşkilinə maneəçilik törətməsi səbəbilə akt tərtib edərək onu polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs onlara xəsarət yetirməmiş və təhqir etməmişdir. Lakin ümumilikdə ətrafdakı insanlara, xidmət aparan əməkdaşlara məhəl qoymuş, yüksək səslə qışqıra-qışqıra nalayiq ifadələr işlətmiş və nəzarət buraxılış məntəqəsində işləyən əməkdaşların iş rejimini pozmuşdur. O, həmçinin S.Xankərəmov təyyarədən endikdən sonra yüksək səslə nalayiq ifadələr işlətdiyi üçün ətrafda xidmət aparan qadın əməkdaşları oradan uzaqlaşdırmışdır. İctimai qaydanı pozduğu üçün Təqsirləndirilən şəxs hərəkətlərinə son verməyə, onu nizam-intizama dəvət etməyə çalışmış, lakin sonuncu onun və digər əməkdaşların qanuni tələblərinə tabe olmamış və onlara etiraz edərək hərəkətləri ilə bu əməlinə davam etmişdir. Təqsirləndirilən şəxs təhlükəli davranışları daha da şiddətləndiyindən akt tərtib edərək onu polis əməkdaşlarına təhvil vermişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X11 bildirdi ki, 2004-cü ildən "xxxx" QSC-də hüquqşünas vəzifəsində işləyir və hazırda həmin şöbənin rəhbəridir. İstintaqı aparılan hazırki cinayət işi ilə əlaqədar zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin müvəkkil edilmiş nümayəndəsidir. X6 21 iyun 2023-cü il tarixdə saat 02:10 radələrində 078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasının İstanbul şəhərindən Bakı şəhərinə gəlmişdir. X12 1-ci terminalının 2-ci mərtəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarətburaxılış məntəqəsinin qarşısında səs-küy salmış, ictimai qaydanı pozmuş və X3 ətrafında yerləşən "xxxx" QSC-yə məxsus dəmir arakəsmələri qəsdən ayağı ilə vurub yerə salmış sonra isə əl və ayağı ilə LCD videodivarın 5 ədəd monitorunu vurub sındırmış, nəticədə zərərçəkmiş hüquqi şəxs "xxxx"QSC-yə maddi ziyan vurmuşdur. Sahib Məmmədov həmçinin bildirdi ki, onlara dəymiş ziyan ödənilməyib, lakin hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Dövət Sərhəd Xidmətində zabit köməkçisi vəzifəsində işləyən Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Hava NPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. Təyin olunmuş qrafikə əsasən xx.xx.2023-cü il 18:00-dan xx.xx.2023-cü il saat 08:00-dək X16 Aeroportunun 1-ci Terminalında xidmətdə olmuşdur. Həmin gün onun vəzifəsi X16 Aeroportunun 1-ci Terminalında ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etməkdən ibarət olmuşdur. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən təxminən saat 02:00 radələrində Hava NPİ-nin məsul növbətçisi məlumat verərək bildirmişdir ki, X16 Aeroportunun 1-ci Terminalının 2-ci mərtəbəsində Dövlət Sərhəd Xidmətinin nəzarət buraxlış məntəqəsinin yaxınlığında bir nəfər qadın sərxoş vəziyyətdə səs-küy salaraq, ətrafdakı əşyaları vurub dağıtmış və sındırmışdır. O, dərhal hadisə yerinə getmiş və orada olan videodivarın birneçə monitorunun sındırılmış vəziyyətdə olduğunu və sonradan adının X6 olduğunu bildiyi bir nəfər 21-22 yaşlarında qadının yerdə oturaraq yüksək səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. Hava NPİ-nin İTŞ-nin BB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 və ATBİ-nin Təhlükəsislik xidmətinin əməkdaşları ilə birlikdə həmin qadını sakitləşdirmək istəsələr də, bu bir nəticə verməmişdir. Qadın qışqıraraq nalayiq ifadələr işlətməyə davam etmiş və onlardan yaxa qurtarıb qaçmağa çalışmışdır. Həmin qadını ictimai qaydanı pozması və ətrafdakı əşyaları vurub sındırması səbəbilə Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında onu təhvil almış və xidməti avtomobilə əyləşdirərək Hava NPİ-yə gətirmiş və tərtib olunmuş raport əsasında Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş, Hava NPİ-nin İTŞ-nin, BB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş, Şahid4 ifadəsində bildirmişdir ki, ATBİ-nin, Əməliyyat xidmətinin növbə rəisi vəzifəsində işləyir. Tərtib olunmuş qrafikə əsasən 20 iyun 2023-cü il tarixdə X16 Aeroportunda gecə növbəsində xidmətdə olmuşdur. Həmin gün vəzifəsi əməliyyat qrupunun rəhbəri kimi, hər iki terminalda xidmət aparan əməliyyat qrupunun əməkdaşlarına rəhbərlik etmək olmuşdur. xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən, təqribən saat 02:30 radələrində əməliyyat növbətçisi Rəşad Cəfərov ona zəng edərək, X16 Aeroportunun Terminal 1-in 2-ci mərtəbəsində DSX-nin nəzarət buraxılış məntəqəsində bir nəfər intizamsız qadın sərnişin olduğunu demişdir. O, dərhal həmin əraziyə yaxın yerdə xidmət aparan böyük inspektor Şahid5 həmin əraziyə yaxınlaşmasını və orada olan vəziyyətlə əlaqədar ona məlumat verməsini bildirmişdir. Təxminən 5 dəqiqə sonra Aytac həmin ərazidə olduğunu, bir nəfər xanım sərnişinin içkili halda yerdə oturaraq ağladığını bildirmişdir. O, dərhal həmin yerə yaxınlaşmış, polis əməkaşlarının sonradan adının X6 olduğunu bildiyi həmin xanım sərnişini sakitləşdirməyə çalışdıqlarını görmüşdür. Bir neçə dəqiqə sonra polis əməkdaşları sərxoş sərnişinin intizamsızlığı səbəbilə Hava NPİ-yə aparılacağını və idarəyə aparılanadək Aytac xanımın da onlarla birlikdə gəlməsini bildirmiş və bu barədə əməliyyat növbətçisinə məlumat vermiş, Aytac xanım həmin əməkdaşlarla birlikdə xanım sərnişini Hava NPİ-yə aparmış və xanım sərnişini Hava NPİ-yə təhvil verdikdən sonra təkararən qayıdaraq Terminalda xidmətini davam etdirmişdir. Sərxoş qadın ona xəsarət yetirməməmiş, lakin yüksək səslə nalayiq ifadələr işlətmiş və bir-neçə dəfə polis əməkdaşlarından yaxa qurtarmağa çalışmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, ATBİ-nin, Əməliyyat xidmətinin böyük inspektoru Əliyeva X9 Fəqani Arif oğlu ilə eyni məzmunlu ifadə verərək, sonuncunun ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 avqust 2023-cü il tarixli, 9/5934 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı və arayışa əsasən ekspertiza tədqiqi haqqında göstərilən Azərbaycan Hava Yolları” QSC-yə məxsus 16 seleksiyalı, LCD video divarın 01 ədəd istifadəsi nəzərə alınmaqla 21 iyun 2023-cü il tarixə qiyməti 1200 manat, 5 ədədi isə 6000 manat təşkil edir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 29 avqust 2023-cü il tarixli, 2427 saylı ekspert rəyindən görünür ki, X6 hazırda heç bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X6 ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. İş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilidi və müəyyən olundu ki, disk iki ədəd videogörüntüdən ibarətdır. Birinici videogörüntü 2 dəqiqə 59 saniyədən ibarətdir. Həmin videogörüntüdə qara uzun gödəkcə və qara rəngli şalvarda olan qadın cinsindən olan şəxs X16 Aeroportun 1-ci terminalının 2-ci mərtəbəsində olan dəmir arakəsmələri əli ilə aşırmağa başlayır. Təqribən 40 saniyə sonra 2 nəfər DSX-nin əməkdaşı yaxınlaşaraq həmin qadının hərəkətlərinə son verir və həmin qadını özləri ilə aparır. İkinci videogörüntü 13 dəqiqə 28 saniyədən ibarədir. Videogörüntüdə müşahidə olunur ki, üzərində qara rəngli uzun gödəkcə, qırmızı rəngli qısa qol köynək, qara rəngli şalvar olan orta boylu qadın cinsindən olan şəxsi “Dövlət Sərhəd Xidməti”nin əməkdaşları X16 Aeroportun 1-ci terminalının 2-ci mərtəbəsində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinə gətirir və həmin qadın reklam monitorunun qarşısında, yerdə əyləşir. Yerdə əyləşdikdən sonra DSX-nin əməkdaşı onu qaldırmaq istəsə də, o, buna məhəl qoymur və əl qol hərəkətləri edərək, səs-küy salması videogörüntüdən müşahidə olunur. Ardınca əl və ayaq zərbələri ilə videodivarın monitorlarını sındırmağa başlayır. DSX-nin əməkdaşı ona yaxınlaşıb bu hərəkətlərinə son qoymaq üçün onu videodivardan uzaqlaşdırır və həmin qadın yerdə uzanmış vəziyyətdə qalır. Qadın yerdən qalxaraq, videodivara yaxınlaşaraq təkrar olaraq əl və ayaq zərbələri ilə monitorları sındırmağa davam edir. Digər DSX-nin əməkdaşı ona yaxınlaşaraq onun bu hərəkətlərini sonlandırmağa çalışır. Bir-neçə dəqiqə sonra “Aviasiya Təhlükəsizlik Baş İdarəsinin” Təhlükəsizlik Xidmətinin və Hava NPİ-nin əməkdaşları hadisə yerinə gəlir. 4-5 dəqiqəlik müddət ərzində qadın cinsindən olan şəxsi sakitləşdirməyə çalışsalar da bu mümkün olmur, əksinə o, əməkdaşlardan yaxa qurtarıb qaçmağa çalışır. Sonda həmin qadını polis əməkdaşları və “ATBİ”-nin əməkdaşları hadisə yerindən uzaqlaşdırır. X6 tədqiq olunmuş videodiskdəki görüntülərə baxaraq videogörüntüdə olan həmin qadın özü olduğunu bildirdi. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 21 iyun 2023-cü il tarixdə, saat 16:40-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 186.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-305/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 186.1 və 221.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 186.1 və 221.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 186.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmin qərarın 6-cı bəndində göstərilmişdir ki, izah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyata keçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanınqorunması halları başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 186.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini və səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 186.1 və 221.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın, Həmin məcəllənin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsini, CM-in 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş islah işləri növündə cəzanı azadlıqdan məhrum etmə cəzası ilə əvəz etməyi ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 186.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən islah işlərinin 04 (dörd) günü bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 21 iyun 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 9 saata görə 54 (əlli dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar