Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-157/2020 16.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, onun nümayəndəsi X3, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı olan, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonunun Əliabad qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən yeni yaşayış sahəsində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-1/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 28dekabr 2019-cu il tarixdə, saat 23:40 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə zidd olaraq sərxoş halda etibarnamə əsasında idarə etdiyi “xxxxxxxx” MMC-yə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “xxxxxxxxxxxx yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Binə yolu ilə Binə qəsəbəsi istiqamətində saatda 60 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni sürücü diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkət hissəsinin sağ kənarında dayanmış piyadadan hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə saxlayaraq onun yanından keçib getməli olduğu halda bunlara əməl etməmiş, mövcud şəraitdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakı-Binə yolunun 5-ci kilometrliyində yerləşən “Tomas” ticarət mərkəzinin qarşısında yolun hərəkət hissəsinin sağ kənarında yerləşən səkinin üzərində dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtomobilin sağ yan güzgüsü ilə vuraraq ona komatoz vəziyyətlə müşayiət olunan soldan alın-təpə-gicgah sümüklərinin qəlpəli, yerdəyişmiş, qapalı sınıqları, baş-beyin toxumasının sol yarımkürədə alın-gicgah payında geniş sahədə qansızmalı əzilməsi, baş-beynin sərt qişaaltına qansızması, kəllə əsası sümüklərinin xətti sınıqları, sol almacıq, sol əng cibinin ön və arxa divarının yerdəyişmiş sınıqları, sağ said sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınıqları, alt çənə sümüyünün əng şaxəsinin açıq sınığı, üç ədəd ön üst kəsici dişlərin postravmatik düşməsi, sifətin, hər iki topuğun sıyrıqları, alt və üst dodağın əzilmiş yaraları ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarəti yetirmiş, “xxxxxxxx” MMC-nin əmlakı olan “xxxxxxxxxxxx yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 270 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq avtomobili ilə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxx 2019-cu il tarixdən “xxxxxxxx” MMC-də sürücü vəzifəsində işləmiş,MMC-nin etibarnaməsi əsasında MMC-yə məxsus olan “xxxxxxxxxxxx yük” markalı **-JA-*** dövlət nömrə nişanlı avtomaşını idarə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində işlədiyi MMC-nin Suraxanı rayonunda yerləşən filialının yaxınlığında olan kafelərin birində rayondan gəlmiş dostu Məmmədov Rövşən Allahverdi oğlu vəƏliyevSeymurŞirnəlioğlu ilə birlikdə çörək yeyərək 2 ədəd 700 ml-lik və 1 ədəd 500 mllik spirtli içki olan araq içmişlər. Həmin gün təxminən saat 23 radələrində evə getmək üçün işdən sonra təhvil verdiyi avtomaşınını MMC-nin həyətindən götürərək idarə etməyə başlamışdır. Sərxoş olduğundan avtomaşını necə idarə etdiyini bilməmiş və avtomaşını harada saxladığını da bilməmişdir. Səhərisi gün, yəni xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 08 radələrində yuxudan ayıldıqda avtomaşını harada saxladığını xatırlamamışdır. Avtomaşından düşərək ətrafa baxan zaman ona məlum olmuşdur ki, avtomaşının sağ qabaq güzgüsü sınmış, sağ dönmə işıqlarının qapağı düşmüşdür. Elə bilmişdir ki, avtomaşını harasa ağaca vurmuşdur. Yolu soruşduqda isə Binə qəsəbəsində olduğunu demişlər. O, avtomaşını idarə edərək işlədiyi yeri həmin ərazidə soruşa-soruşa yolunu tapıb işə gəlmiş və avtomaşını ağaca vurduğunu demişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində Xəzər RPİ 3-cü PB-nin əməkdaşları gələrək onu Xəzər RPİ-nin İstintaq Şöbəsinə gətirmişlər. Həmin vaxt möhkəm qorxduğundan polisə hadisə barədə məlumat verməmişdir. Törətdiyi bu əməllərdən səmimi peşman olmuşdur. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxx” MMC-nə dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddia tələbini maddi zərər hissəsində tam qəbul edir və təmin olunmasına etiraz etmir, lakin maddi vəziyyəti ağırdır, zərərçəkmiş şəxsə hazırda təxminən 1000,00 (bir min) manat məbləğində maddi köməklik göstərə bilər, həm də ailəsinin yeganə qazanc gətirənidir, himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 18 radələrində Binə qəsəbəsində yerləşən “TT” kafesinə getmişdir. Həmin vaxt dostu Nail və Əhliman da orada olmuşdur. Onlar birlikdə çay içib söhbət etmişlər. Təxminən saat 23 radələrində kafeni tərk edib evə gedən zaman “Tomas” ticarət mərkəzinin yaxınlığında dayanaraq bir az söhbət etmişlər. Həmin vaxt Əhliman səkinin üzərində onlardan bir az aralıda dayanmış, Nail üzü yola tərəf, o isə səkinin üzərində üzü Nailə tərəfə dayanaraq söhbət edən zaman ani andayoldan keçən maşın onadəymiş və o, yerə yıxılmışdır. Bundan sonra onu xəstəxanaya aparmışlar. Müalicəsinə xeyli məbləğdə pul vəsaiti xərclənmişdir, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir. Valideynləri imkansız adamlardır, çox böyük çətinliklə dolanırlar, evlərini girov qoyaraq pul götürmüş və onu müalicə etmişlər. Təqsirləndirilən şəxs isə onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Buna görə də o, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir, ona qarşı 30725,00 (otuz min yeddi yüz iyirmi beş) manat maddi və 50000,00 (əlli min) manat mənəvi zərərin tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxsə cəza təyini zamanı bütün bunların nəzərə alınmasını və mülki iddiasının təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs nümayəndəsi X8 da oxşar, eyni məzmunlu ifadə verdi və əlavə olaraq göstərdi ki, hadisə vaxtı “xxxxxxxxxxxx yük” markalı **-JA-*** dövlət nömrə nişanlı avtomaşını hazırda Təqsirləndirilən şəxs o cür sərxoş vəziyyətdə idarə etməsinə və bu hadisəni törətməsinə inanmır, həm də eşitdiyinə görə həmin vaxt avtomobili başqa bir şəxs idarə etmiş və bu hadisəni törətmişdir. Nədənsə, təqsirləndirilən şəxs hadisəni törətmiş şəxsi müdafiə edərək məsuliyyəti öz boynuna götürür və hadisəni guya özünün törətdiyini bildirir. İstintaq orqanı da həmin şəxsi tapıb məsuliyyətə cəlb etmir və ya cəlb etmək istəmir, hadisə baş verərkən avtomobilin ön tərəfdən qeydə alınmış videogörüntüsünü gizlədir. İş materiallarına əlavə olunmuş videogörüntü hadisə vaxtı avtomobilin arxa tərəfdən görünüşünü özündə əks etdirir və həmin videodan avtomobilin ön hissəsini, sükan arxasında kimin oturduğunu görmək mümkün deyildir. Hesab edir ki, Təhlükəsiz Şəhər Xidmətindən həmin yol-nəqliyyat hadisəsini törətmiş avtomobilin ön tərəfdən qeydə alınmış videogörüntüsünü tələb edib baxış keçirməklə hadisəni törədənin kim olduğunu müəyyən etmək mümkün olacaqdır. Güman edir ki, bunu istintaq orqanı etməmişdirsə də, məhkəmə orqanları edəcək və həqiqəti ortaya çıxaracaqlar. Əks təqdirdə hər şeyə etiraz edir və Təqsirləndirilən şəxs nahaqdan cəza verilməsini istəmir. Buna görə də hadisəni törətmiş şəxsin tapılaraq cəzalandırılmasını və mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs “xxxxxxxx” MMC-nin nümayəndəsi qismində dindirilən Qanuni nümayəndə göstərdi ki, təxminən 8 il olar ki, “xxxxxxxx” MMCdə müxtəlif vəzifələrdə, 2019-cu ilin sentyabr ayından isə direktor olaraq işləyir. “xxxxxxxxxxxx” markalı **-JA-*** dövlət nömrə nişanlı avtomaşın onun rəhbərlik etdiyi MMC-yə məxsusdur və həmin avtomaşın etibarnamə əsasında sürücü vəzifəsində işləyən Təqsirləndirilən şəxs etibar edilmişdir. Anar həmin avtomaşınla hər gün səhər saat 09 radələrində işə başlayaraq istehsal olunmuş malları sifarişçilərə çatdırır, saat 18 radələrində iş vaxtı qurtardıqda avtomaşını MMC-nin həyətində saxlayaraq evinə gedir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 09 radələrində işə gəldikdən sonra ona məlum olmuşdur ki, MMC-nin həyətində dayanmış Anarın idarə etdiyi həmin avtomaşının sağ yan güzgüsü sınmış, qabaq alın şüşəsi isə sağ yuxarı hissədən çatlamışdır. O, bu barədə MMC-nin gecə növbətçisi X1 Elçinbildirmişdir ki, ötən gecə təxminən saat 22:50 radələrində Anar gələrək avtomaşını götürüb getmiş, gecə 04 radələrində özü sürüb MMC-nin həyətinə gətirmiş və həyətdə saxladıqdan sonra özü də avtomaşının içərisində qalmışdır. Səhər saat təxminən saat 8:10 radələrində anbardar işləyən Dərgah Elçinə yaxınlaşaraq bildirmişdir ki, “xxxxxxxxxxxx” markalı **-JA-*** dövlət nömrə nişanlı avtomaşının qabaq sağ güzgüsü sınmış, qabaq alın şüşəsi çatlamışdır. Elçin həmin avtomaşına yaxınlaşan zaman Anar avtomaşının içərisindən düşmüş və bildirmişdir ki, gecə avtomaşını Binə qəsəbəsində ağaca vurmuşdur. Səhərisi gün, yəni xx xxxxxx 2019cu il tarixdə polis əməkdaşları gələrək onlara bildirmişlər ki, xx xxxxxx 2019-cu il tarixdə MMC-yə məxsus “xxxxxxxxxxxx” markalı **-JA-*** dövlət nömrə nişanlı avtomaşınla Binə qəsəbəsində adam vurulmuşdur. Oda Təqsirləndirilən şəxs yanına çağırdıqdan sonra polis əməkdaşlarına bildirmişdir ki, avtomaşını həmin vaxt Anar idarə etmişdir. Hazırda Təqsirləndirilən şəxs “xxxxxxx”MMC-yə dəymiş 270 manat maddi ziyanı tamamilə ödəmişdir, buna görə də onlar onunla barışmışlar, ona qarşı heç bir iddiaları, şikayətləri və ya digər tələbləri yoxdur, gələcəkdə də olmayacaqdır, onun azadlıqdan məhrum edilməsinə razı deyillər. Bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Rəsi-zadə Elçin Hüseynoğlu da şahid Qanuni nümayəndə ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsi ilə müəyyən edildi ki, Zərərçəkmiş şəxs ilə Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə birlikdə oxumuşdur, münasibətləri normaldır. Hərdənbir boş vaxtlarında Binə qəsəbəsində yerləşən “TT” kafesində əyləşib çay içərək söhbət edirlər. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 18 radələrində yenə də həmin kafedə olan zaman Şahin onun yanına gəlmişdir. O, Əhliman adlı dostu və Şahin ilə birlikdə çay içib söhbət etdikdən sonra təxminən saat 23:30 rdələrində kafeni tərk edib evə gedən zaman “Tomas” ticarət mərkəzinin yaxınlığında dayanaraq bir az söhbət etmişlər. Həmin vaxt Əhliman səkinin üzərində onlardan bir az aralıda dayanmış, o, üzü yola tərəf, Şahin isə səkinin üzərində üzü onatərəf dayanaraq söhbət edən zaman anidənmaşın Şahinə dəymişvə Şahinyerə yıxılmışdır. Bundan sonra Şahini avtomaşına mindirib xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, uşaq yaşlarından Zərərçəkmiş şəxs atası Teymurun yanında usta köməkçisi işləmiş və onların ailəsi ilə münasibətləri normaldır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 23 radələrində idarə etdiyi “Mersedes” markalı **-US-*** dövlət nömrə nişanlı avtomaşınla Binə qəsəbəsində yerləşən “Tomas” ticarət mərkəzinin qarşısında Bakı-Binə yolunun 5-ci km-də üzü Binə qəsəbəsi istiqamətində avtomaşının salonunda sükan arxasında oturmuşdur. Həminvaxt yaxında avtomaşının səsi gəlmişdir. O, həmin anda sükan arxasından qapını açaraq yerə düşmədən arxaya baxmış və “Ford” markalı avtomaşının üzərinə gəldiyini görmüşdür. Həmin anda “Ford” markalı avtomaşının sürücüsü onun idarə etdiyi avtomaşının üzərinə çıxacağını görüb sürəti azaltmış və sürət qutusunu dəyişərək sürüb oradan uzaqlaşmışdır. O, həmin avtomaşının qabaq hissəsinə fikir verdikdə onun qabaq alın şüşəsinin sınmasını görmüşdür. Bunu gördükdəona məlum olmuşdurki, bayaq eşitdiyi avtomaşın səsi həmin bu gördüyü avtomaşının səsidir və sürücü avtomaşını harasa vurub. Dərhal avtomaşınından yerə düşmüş və ticarət mərkəzinin digərtərəfində bir neçə nəfərin yığışdığını görmüşdür. Həmin şəxslərin yanına yaxınlaşanda görmüşdür ki, onun ailə dostu olan Teymurun oğlu Şahin yerdə uzanmışdır və baş nahiyəsindən qan axır. Tez Şahinin bibisi oğlu Sahibi çağırmış və Sahib Şahini qucağına götürərək onun idarə etdiyi avtomaşına gətirmişdir. O, avtomaşınla Şahini xəstəxanaya aparan zaman yolda X14 avtomaşınını görmüş və həmin avtomaşını saxladaraq Şahini ora yerləşdirib özü də TTY avtomaşınının arxası ilə 3 saylı X5 getmişdir. Yolda o, mobil telefonla Şahinin qohumlarına bu barədə xəbər vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 Şirnəli oğlu göstərdi ki, 2013cü il tarixdən Suraxanı qəsəbəsində yerləşən “xxxxxxxx” MMC-də istehsalat müdiri vəzifəsində işləyir. Onunişi MMC-nin istehsal etdiyi mebellərin keyfiyyətinə nəzarət etməkdən ibarətdir. MMC-ninsürücüsüAnarRəcəbov istehsal olunan mebelləri MMC-yə məxsus “xxxxxxxxxxxx” markalı **-JA-*** dövlət nömrə nişanlı avtomaşınla müştərilərə çatdırır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 18:30 radələrində iş vaxtı qurtardığı üçün işdən çıxmış, bu zaman Anar ona zəng edərək bildirmişdir ki, “mən iş yerinin yanında olan “Məkan” kafesində dostum Rövşənlə oturub çörək yeyirik, sən də gəl”. Oda iş yerinin yaxınlığında olan həmin kafeyə getmiş, orada Anardostu Rövşəni ona təqdim etmiş və onlar birlikdə çörək yeyərək 2 ədəd 700 ml-lıq araq içmişlər. Təxminən saat 19:30 radələrində o, onlardan ayrılaraq işə getmiş və işlərini yekunlaşdırdıqdan sonra yenə də həmin kafeyə qayıtmışdır. O, orada olan zaman Anar dostu Rövşənlə 1 ədəd 500 ml-lik araq içmiş, o isə Anargilin yanında oturaraq onların söhbətlərinə qulaq asıb oturduğu yerdə yatmışdır. Bir müddətdən sonra onun mobil telefonuna “xxxxxxxx” sosial şəbəkə vasitəsi ilə MMC-nin gecə növbətçisi Rəsizadə Elçindən zəng gəldiyini görmüşdür. Mobil telefonda Elçin ona Anarın avtomaşını MMC-nin həyətindən çıxartmaq istədiyini demişdir. OdaElçinə Anarın idarə etdiyi “xxxxxxxxxxxx” markalı **-JA-*** dövlət nömrə nişanlı avtomaşını buraxmasını demiş və əlavə olaraq bildirmişdir ki, Anar onun yanına gəlir. Bundan sonra Anar həmin avtomaşınla onların yanına kafeyə gəlmiş, o, Rövşənlə birlikdə avtomaşına minmişdir. Avtomaşını Anar idarə etmiş, o, qabaq sağ sərnişin oturacağında qapıya yaxın əyləşmiş, Rövşən isə onunla Anarın arasında əyləşmişdir. Anar avtomaşını idarə edərək kafenin yanından aralanmışdır. Bundan sonra nə baş verdiyini xatırlamır. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 03 radələrində gözünü açdıqda avtomaşında olduğunu, avtomaşının sükanı arxasında Anarın olduğunu görmüşdür. Rövşənin isə hara getdiyini bilməmişdir. Ətrafa nəzər saldıqda harada olduqlarını bilməmiş və Anara demişdirki, avtomaşını bir az irəli sürsün. Anar avtomaşını idarə edib hərəkətə gətirdikdən sonra ona məlum olmuşdur ki, onlar Binə qəsəbəsindədirlər. O, avtomaşına baxdıqda avtomaşının sağ yan güzgüsünün sındığını və qabaq alın şüşəsinin çatladığını görmüşdür. Anardan nə hadisə baş verdiyini soruşduqda Anar bildirmişdir ki, yolda bilmədən ağaca çırpılmışdır. Oda Anara demişdir ki, maşını sürüb şirkətin həyətinə aparsın. Anarla birlikdə Yeni Suraxanı qəsəbəsinin dairəsinə gəlmiş və orada avtomaşından düşərək “8555” taksi şirkətindən taksi sifariş etmiş, 10 dəqiqə sonra taksi gəlmiş və o, taksi ilə yaşadığı Yasamal rayonuna getmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 08 radələrində işə gəlmiş, işdə ona bildirmişlər ki, Anar ötən gecə avtomaşını harasa vurmuşdur. O, Anarla əlaqə saxlamış, Anar ona bildirmişdir ki, avtomaşını axşam Binə qəsəbəsində qəssab mağazasına vurmuş və avtomaşının qabaq alın şüşəsi sınmışdır. Buna görə də həmin şüşəni almaq üçün bazara getmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 95 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – komatoz vəziyyətlə müşayiət olunan soldan alın-təpə-gicgah sümüklərinin qəlpəli, yerdəyişmiş, qapalı sınqları, baş-beyin toxumasının sol yarımkürədə alın-gicgah payında geniş sahədə qansızmalı əzilməsi, baş-beynin sərt qişaaltına qansızması, kəllə əsası sümüklərinin xətti sınıqları, sol almacıq, sol əng cibinin ön və arxa divarının yerdəyişmiş sınıqları, sağ said sümüklərinin qapalı, qəlpəli, yerdəyişən sınıqları, alt çənə sümüyünün əng şaxəsinin açıq sınığı, üç ədəd ön üst kəsici dişlərin postravmatik düşməsi, sifətin, hər iki topuğun sıyrıqları, alt və üst dodağın əzilmiş yaraları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun 3 saylı X6 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxxxxx 2019-cu il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 801 saylı rəyindən görünür ki, - Təqdim edilmiş “xxxxxxxxxxxx yük” markalı, 99 JA-172-dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, sağ dönmə işığında, sağ yan güzgüdə, alın şüşəsində) olan zədələr, izlər öz formasına, marfoloji qurluşuna, xarakterinə və s. əlamətlərinə görə hər hansı bərk olmayan predmetin, o cümlədən insanın (piyadanın) vurulması nəticəsində yaranmağa xarakterikdir. - Təqdim edilmiş plastmass hissələr təqdim edilmiş “xxxxxxxxxxxx yük” markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qırılmış (qopmuş) detalları ilə əvvəllər vahid bütövlük təşkil edirlər və eyni predmetin hissələridir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 130,00 (bir yüz otuz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2624 saylı rəyindən görünür ki, “xxxxxxxxxxxx yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -- sürücü Təqsirləndirilən şəxs avtomobili narkotik vasitədən istifadə edərək idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/124 saylı rəyindən görünür ki, 2005-ci il buraxılışlı “xxxxxxxxxxxx” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci nəzəri hesablama yolu ilə təxminən 270,00 manat müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 190,00 manat; - Təmir-bərpa işlərinin qiyməti - 80,00 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan Xəzər RPİ-nin TŞ-nin xidməti otağında TŞ-7-041 nömrəli kamera ilə çəkilmiş videogörüntüyə baxış protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 23:39 radələrində kameranın qarşısında 3 nəfər şəxs səkidə dayanaraq söhbət edirlər, bu zaman ağ rəngli “xxxxxxxxxxxx” markalı avtomaşın gəldiyi surətlə həmin səkidə dayanmış şəxslərdən birini yolun hərəkət hissəsində dayanmış şəxsi avtomaşının sağ tərəfi ilə vuraraq dayanmadan həmin yerdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs videogörüntüyə baxdıqdan sonra bildirmişdir ki, həmin “xxxxxxxxxxxx” markalı ağ rəngli avtomaşını o, idarə etmişdir və həmin piyadanı o vuraraq dayanmadan həmin ərazini tərk etmişdir. Həmin zaman avtomaşını idarə edərkən sərxoş vəziyyətdə olmuşdur. İş materiallarından görünür ki, əldə olunmuş qeyd olunan yol-nəqliyyat hadisəsi yerindən götürülmüş “xxxxxxxxxxxx yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus güzgü sınıqları və dönmə işığının qapağı maddi sübut kimi tanınaraqməhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təhlükəsiz Şəhər Xidmətindən əldə olunmuş qeyd olunan yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş TŞ-7-041 nömrəli kamera ilə çəkilmiş 01 ədəd diskdə olan video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, xx xxxxxx 2019-cu il tarixdə saat 23:39 radələrində kameranın qarşısında 3 nəfər şəxs səkidə dayanaraq söhbət edir, bu zaman ağ rəngli “xxxxxxxxxxxx” markalı avtomaşın gəldiyi surətlə həmin səkidə dayanmış şəxslərdən birini - yolun hərəkət hissəsində dayanmış şəxsi avtomaşının sağ tərəfi ilə vuraraq dayanmadan həmin yerdən uzaqlaşır. Təqsirləndirilən şəxs videogörüntüyə baxdıqdan sonra göstərdi ki, həmin “xxxxxxxxxxxx” markalı ağ rəngli avtomaşını o, sərxoş vəziyyətdə idarə etmişdir və həmin piyadanı vuraraq dayanmadan həmin ərazini tərk etmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə saat 23:40 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Tomas” Ticarət Mərkəzinin yaxınlığında Bakı-Binə yolunun 5-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı video görüntünün məhkəməyə təqdim olunması barədə məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətindən göndərilmiş xx xxxxxxxx 2020-ci il tarixli 003-11429-122 saylı məktubda göstərilmişdir ki, “Təhlükəsiz Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən (1 ay) sorğuda göstərilən Xəzər rayonu Binə qəsəbəsi Bakı-Binə yolunun 5-ci km-dəki videomüşahidə kameralarının 2019-cu il tarixli görüntülərinin Sizə təqdim edilməsi mümkün deyil”. İş materiallarından görünür ki, xx xxxxxx 1976-cı il tarixdə Zaqatala rayonunda doğulmuş, Zaqatala rayonu Əliabad qəsəbəsində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdə AE 704322 saylı B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 11 mart2020-ci il tarixli, 016-24046-1220 saylı məktubundan görünür ki, DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində xx xxxxxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumatlar mövcud deyil. İş materiallarında olan “xxxxxxxx” MMC-yə məxsus “xxxxxxxxxxxx yük” markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 270 manat məbləğində maddi ziyanın dəyməsi məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 9/124 saylı rəyinə əsasən nəzərə alınmışdır. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 1/7439 nömrəli sərxoşluğun müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sidiyində narkotik vasitə marixuana aşkar olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağı vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 200.2.2 və 200.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsili bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 179.2.2, 178.2.3 və 179.2.4-cü maddələri ilə təqsili bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2013-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qərarı ilə 06 (altı) ay 09 (doqquz) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs sərxoş halda nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi və yol-nəqliyyat hadisəsi yerindən qaçması cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Yəni təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yol-nəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu surətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş hüquqi şəxs “xxxxxxxx” MMC-nə dəymiş maddi ziyanı tamamilə ödəməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı və yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli həbsə alındığı xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxx” MMC-nə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Maddi sübut - 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - “xxxxxxxxxxxx yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus güzgü sınıqları və dönmə işığının qapağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 280,00 (iki yüz səksən) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs CM-nin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı maddi zərər hissəsində tamamilə qəbul etdi və təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs müalicəsi ilə bağlı 30725,00 (otuz min yeddi yüz iyirmi beş) manat xərcləməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edərək iddia tələbini tam məbləğdə sübut edə bildi. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. X11 Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırkı iş üzrə mülki cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini və vurulmuş maddi zərərin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eyni Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”, “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ət-raf-da-kı-lar üçün yük-sək təh-lü-kə ilə bağ-lı fə-a-liy-yə-ti (nəq-liy-yat va-si-tə-lə-rin-dən, me-xa-nizm-lər-dən, yük-sək gər-gin-lik-li elekt-rik ener-ji-sin-dən, atom ener-ji-sin-dən, part-la-yı-cı mad-də-lər-dən, güc-lü tə-sir edən zə-hər-lər-dən və i.a. is-ti-fa-də edil-mə-si; ti-kin-ti fə-a-liy-yə-ti-nin və onun-la bağ-lı di-gər fə-a-liy-yə-tin hə-ya-ta ke-çi-ril-mə-si və s.) nə-ti-cə-sin-də mül-ki hü-quq po-zun-tu-su tö-rət-miş fi-zi-ki və hü-qu-qi şəxs-lər yük-sək təh-lü-kə mən-bə-yi-nin vur-du-ğu zə-rə-rin əvə-zi-ni ödə-mə-yə borc-lu-dur-lar, bu şərt-lə ki, zə-rə-rin qar-şı-sı-a-lın-maz qüv-və-nin tə-si-ri və ya zə-rər-çə-kə-nin qəs-di nə-ti-cə-sin-də əmə-lə gəl-di-yi-ni sü-bu-ta ye-tir-mə-sin-lər. Zə-rə-rin əvə-zi-ni ödə-mək və-zi-fə-si yük-sək təh-lü-kə mən-bə-yi-nə mül-kiy-yət hü-qu-qu ilə və ya di-gər qa-nu-ni əsas-la (ica-rə hü-qu-qu ilə, nəq-liy-yat va-si-tə-si-ni ida-rə et-mək hü-qu-qu-na da-ir eti-bar-na-mə üz-rə və i.a.) sa-hib-lik edən fi-zi-ki və ya hü-qu-qi şəx-sin öh-də-si-nə qo-yu-lur. İşin yuxarıda göstərilən müəyyən edilmiş hallarını və qanunun qeyd edilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi də qismən təmin edilməli, dəymiş mənəvi zərərin əvəzi kimi 3000,00 (üç min) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, mülki iddia maddi zərər hissəsində tam, mənəvi zərər hissəsində qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 30725,00 (otuz min yeddi yüz iyirmi beş) manat, mənəvi zərərin əvəzi olaraq 3000,00 (üç min) manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30,00 (otuz) manat, cəmi 33755,00 (otuz üç min yeddi yüz əlli beş) manat tutularaq Zərərçəkmiş şəxs ödənilməli, qalan hissədə mülki iddia rədd edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanımüdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 60 iş saatına görə (ibtidai istintaq zamanı 50 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrun etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs “xxxxxxxx” MMC-nə dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Maddi sübut - 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut – Xəzər RPİ-də saxlanılan - “xxxxxxxxxxxx yük” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus güzgü sınıqları və dönmə işığının qapağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 280,00 (iki yüz səksən) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Mülki iddia maddi zərər hissəsində tam, mənəvi zərər hissəsində qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 30725,00 (otuz min yeddi yüz iyirmi beş) manat, mənəvi zərərin əvəzi olaraq 3000,00 (üç min) manat, dövlət rüsumunun əvəzi olaraq 30,00 (otuz) manat manat, cəmi 33755,00 (otuz üç min yeddi yüz əlli beş) manat tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Qalan hissədə mülki iddia rədd edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx” ASC Xəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-157/2020
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-157/2020
16.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver