Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-157/2024 25.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - “Aslan İsmayılov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 23 aprel 2023-cü il tarixdə səhər saatlarında xadimə işlədiyi Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında olarkən həmin evin dəhlizində yerləşən şkafın içərisində olan ayaqqabı qutusunun içərisindən dəyəri 18000 min manat təşkil edən üzərində 1 ədəd böyük, 4 ədəd kiçik (ümumilikdə 03 karat 70 sot) brilyant daşlar olan 01 ədəd 10 qram çəkidə, 750 əyarlı qızıl üzüyü gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs xeyli məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləməsə də müxtəlif yerlərdə fərdi işlə məşğul olub çörəkpulu qazanır. Əvvəllər məhkumluğu olmamışdır. Uzun müddət olar ki, Zərərçəkmiş şəxs məxsus Buzovna qəsəbəsində yerləşən evdə təmizlik işlərində ona köməklik etmişdir. Qızıl zinyət əşyası yerləşən şkafın içərisini neçə vaxtlar imişki özü təmizləyirmiş. Həmin qızıl üzüyün yerləşdiyi qabın içərisində müxtəlif növlü qızıl olmayan ancaq qızıla bənzər çoxlu əşyalar var imiş. Sonuncu dəfə evin sahibi yemək süfrəsinin başında qeyd edilən şkafın içərisində bəxt üzüyü olduğunu qiymətinin yüksək olduğunu və onu satıb evinin təmir işlərini qurtarmaq istədiyini bildirmişdir. Bir neçə gün sonra yəni xx.xx.2023-cü il tarixdə qızıl üzüyü ordan götürərək cibinə qoymuş və bu barədə heç kimə məlumat verməmişdir. İş vaxtının saat 16:00 da qurtarmasını gözləyib oradan çıxaraq ictimai nəqliyyat vasitəsinə minərək «Koroğlu» metrostansiyasının yaxınlığına gəlmiş və buna baxmayaraq maddi imkanı olmadığından və tamah ona güc gəldiyi üçün 62 nömrəli ictimai nəqliyyat vasitəsi ilə Nizami rayonu ərazisində yerləşən «Laçın Ticarət mərkəzinin» yaxınlığında yerləşən “Gold Center” qızıl mağazasına gedərək əvvəllər tanımadığı orada tanış olduğu Şahid 600 manata satdığını bildirmişdir. Həmin əldə olunmuş 600 manat məbləği isə şəxsi tələbatlarını ödəmək üçün sərf etmiş və yaşadığı ünvana qayıtmışdır. Sonradan zərərçəkmiş Zərərçəkmiş şəxs ondan şikayət etdiyinə görə polis əməkdaşları onu dəvət edərək barəsində araşdırma aparmışdırlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, zərər çəkmiş şəxslə barışmaq istədiyini, zərər çəkmiş şəxsə dəymiş 6000 manat məbləğində ziyanı ödəmək istədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs uzun illərdir ki tanıyır. Ona məxsus evdə təmizlik işlərində köməklik göstərmişdir. Təxminən 2023-cü ilin aprel ayında ona məxsus Buzovna qəsəbəsinədə yerləşən evdə çörək yeyərkən bir ədəd bahalı üzüyün olduğunu onu satıb evinin təmir işlərini qurtarmaq məqsədini olduğunu bildirmişdi. Bir neçə gün sonra Təqsirləndirilən şəxs ona müxtəlif qızıl ziynət əşyalarının şəkillərini whatsapp mobil tətbiqi vasitəsi ilə göndərərək onlardan almaq istədiyini bildirmişdir. Bundan şübhələnərək qızıl ziynət əşyasının saxlandığı yerə baxaraq üzüyün orda olmadığını aşkar etmişdir. O Təqsirləndirilən şəxs dəfələrlə zəng etsə də, Səkinə onun telefonlarına cavab verməmişdir. 3 gündən sonra telefona cavab verən Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək qızıl ziynət əşyasından xəbərsiz olduğunu bildirmişdir və ona atdığı şəkillərin “Tik-Tok” sosial şəbəkəsindən götürdüyü və bacısının yoldaşının ona ad günündə hədiyyə alacağını bildirmişdir. Qızıl ziynət əşyasının oğurlandığını barədə DİN-nin 102 xidmətinə məlumat verərək Xəzər RPİ-nin 2-ci PŞ-də müvafiq ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 18000 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bilirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid qeyd etmişdir ki, mağazada olanda əvvəldən tanımadığı bir xanım ona yaxınlaşaraq, satılıq üzüyünün olduğunu alıb-almadığımı soruşmuşdur. O, qızıl aldığını bildirmiş və üzüyü alıb baxmışdır. Üzüyün üzərində qaşlar da varmış, lakin onun qaşlardan başı çıxmır. Belə ki, qaşlara baxıb qiymətli və ya sadə qaş olduğunu bilmirmiş. Sonra qızıl üzüyü hesablamış və 600 manata ala biləcəyini bildirmişdir. Xanım onunla razılaşmış və o 600 manat verərək üzüyü həmin xanımdan almışdır. Alandan bir həftə sonra həmin qızılı satmışdır. Qızılın oğurluq olması isə ona 1-2 ay sonra məlum olmuşdur. Satdığı qızılı həmin xanım olmasını müstəntiq həmin xanımla birlikdə gələn zaman və xanımı görən zaman xatırlamışdır. Üzüyü 600 manata alıb 800 manata satmışdır. Məhkəmə istintaqı zamanı ekspert qismində dindirilmiş X1 qızı qeyd etmişdir ki, rəydə verilən suallara əsasən ekspertiza rəyi verilmişdir. İlkin verilən rəy zamanı sualda qızıl və daşlar qeyd edilmişdir. Lakin orada daşı adi daş kimi qiymətləndirilmişdir. Qızıl isə qiymətinə uyğun olaraq qiymətləndirilmişdir. Yəni verilən rəydə yalnız qızıl qiymətləndirilmişdir. Çünki verilən sualda brilyant daş kimi deyil, daş kimi sual qoyulmuşdur. İkinci ekspertiza zamanı isə həmin brilyant daşların ayrı-ayrılıqda ölçüsü, keyfiyyəti və s barədə müfəssəl məlumat verilmədiyi üçün məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Yəni qeyd olunan daşlar barədə ətraflı məlumat verilməmişdir. Belə ki, ilkin ekspertiza zamanı üzüyün qızılı qiymətləndirilmiş və qızılın qiyməti 1100 manat olmuşdur. Lakin məhkəmə istintaqı zamanı yenidən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında eyni suallar qoyulmuşdur. İbtidai istintaq zamanı ekspert qarşısında qoyulan suallarda həmin üzükdə brilyant daşı kimi, daş kimi qeyd edilmişdir. Daş fərqlidir, brilyant daş isə fərqlidir. Əgər brilyant daş yazılırsa, o zaman onun ölçüsü, keyfiyyəti və s barədə məlumat verilməldir. Həmin məlumatlar verilmədiyi təqdirdə ekspert rəyi vermək mümkün deyil. Əgər brilyant daş yazılırsa, həmin daşların ayrı-ayrılıqda sayı, ölçüləri verilməli idi. Ümumilikdə 3 karat qeyd edilib. Ola bilər ki, böyük daşın biri 0.5 karat, kiçik daşın biri 1 karatdan çox ola bilər. Bu səbəbdən də hər birinin ayrı-ayrılıqda karatı lazımdır. Eyni zamanda qeyd etmişdir ki, daşlar fərqlidir. Onların dəqiq ölülərini və keyfiyyətini bildikdən sonra rəy vermək mümkündür. Ən əsası isə daşın keyfiyyətidir və daşları keyfiyyət cədvəlləri ilə qiymətləndirirlər. Bununla əlaqədar xüsusi keyfiyyət cədvəlləri var, həmin daşların keyfiyyətini bildikdən sonra ona əsasən qiymətləndirə bilərlər. Həmin cədvəllə dünya qızıl bazarından götürdükləri qiymətləndirmə cədvəlləridir. Ekspert daşın ümumilikdə deyil, təktək daşın keyfiyyəti və ölçüsünü bildikdən sonra dəqiq qiymətləndirməni apara bilər. Digər hallarda, yəni keyfiyyət və ölçüsünü bilmədən isə qiymətləndirə apara bilmir. Brilyant karatın ən ucuzu 100 dollardan başlayır. Əgər həmin üzük varsa, təqdim olunacağı təqdirdə biz daha dəqiq qiymətləndirmə apara bilərik. Onların fiziki-kimyəvi şöbəsi var, onlarla birlikdə qiymətləndirməni tam müfəssəl şəkildə apara bilirlər. Foto üzərindən həmin daşın ölçüsünü və keyfiyyətini müəyyən etmək mümkün deyil. Bu halda ya həmin üzüyün sənədi, pasportu, ya da dəqiq ölçüləri və keyfiyyəti olmalıdır. Ya da ki üzüyün özü olmalıdır ki, onlar həmin üzüyü dəqiq qiymətləndirə bilsinlər. İlkin ekspertiza zamanı 10 qram üzüyün üzərində hansı daş olması həm bilinmir, həm də qeyd edilmir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 avqust 2023-cü il tarixli, 9/6294 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza təyini haqqında qərarda 01 ədəd 750 əyyar, üzərində 1 ədəd böyük 4 ədəd nisbətən kiçik ümumilikdə 3 karat 70 sot brilliyantı olan qızıl üzüyə 2023-cü ilin may ayının orta bazar qiyməti ilə 1100,00 manat müəyən edilir. Həmin rəyin qeyd hissəsində bildilir ki, təqdiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Həmin qızıl zinət əşyalarının üzərində olan daşın mənşəyi çəkisi, keyfiyyəti və s. barədə məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 02 iyun 2023-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxsin ifadəsi yerində yoxlanılmışdır. İş materiallarına əlavə edilmiş 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 04 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında itizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi yerə baxış keçirilmişdir. İş materiallarına əlavə edilmiş 23 iyul 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 23 avqust 2023-cü il tarixli vəsatətin təmin edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatət təmin edilmiş və üzüyün qiyməti 18000 manat olaraq qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 27 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə əməl həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 25 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-9/2580/2024 saylı məktubundan görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Həmin məktuba əlavə edilmiş məlumatda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixli qərar ilə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: “Ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün qərarda göstərilən qızıl-zinət əşyalarının üzərində olan brilyant qaşların sayı, ölçüsü (ölçüləri müxtəlif olduğu halda hər birinin ayrı-ayrılıqda ölçüləri), keyfiyyəti və s. haqqında ətraflı məlumat verilməsi barədə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Mərkəzə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda “qızıl üzüyün 01 ədəd 750 əyarlı, üzərində 03 ədəd böyük və 4 ədəd nisbətən kiçik ümumilikdə 03 karat brilyant qaşlardan ibarət olması” qeyd edilsə də, qızıl-zinət əşyasının üzərindəki daşların ayrı-ayrılıqda ölçüsü, keyfiyyəti və s barədə ətraflı məlumat qeyd edilməmiş və bu səbəbdən də vəsatət təmin edilməmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Lakin məhkəmə dəymiş ziyan ilə bağlı hissədə ittihamın gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, ittihamın həcmi azaldılmalıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs oğurluq hadisəsi ilə bağlı ilk dəfə 12 may 2023-cü il tarixdə 2-ci Polis Şöbəsinə izahat verərkən üzüyün dəyərinin 6000-7000 manat olduğunu qeyd etmişdir. O, 03 iyun 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində ifadə verərkən üzüyün dəyərinin 5000 manat olduğunu bildirmişdir. 12 iyun 2023-cü il tarixdə cinayət işi üzrə ekspertiza təyin edilmiş və ekspert rəyinə əsasən (1 ədəd 750 əyarlı, çəkisi 10 qram olan, üzərində 1 ədəd böyük olmaqla 4 ədəd kiçik daşlar olan) həmin qızıl üzüyün dəyəri 1100 manat olaraq qiymətləndirilmişdir. Lakin zərərçəkmiş şəxs həmin rəy ilə razılaşmamış və yenidən ekspertiza keçiriıməsini müstəntiqdən xahiş etmişdir. Müstəntiq ekspertiza təyin etmədən, öz mülahizəsi əsasında üzüyün qiymətinin 18000 manat olması qənaətinə gəlmiş və onun tərəfindən 23 avqust 2023-cü il tarixli vəsatətin təmin edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin müstəntiq bu nəticəyə gələrkən öz qərarında bunu əsaslandırmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekpertizası təyin edilmiş və ekspert qarşısında 01 ədəd 750 əyarlı, üzərində 3 ədəd böyük və 4 ədəd nisbətən kiçik ümumilikdə 3 karat briliyant daşları olan qızıl üzüyün həmin vaxta olan orta bazar qiymətinin nə qədər təşkil etdiyi sualı qoyulmuşdur. 15 may 2024-cü il tarixdə ekspert məhəkəmə ekspertizası aparılmasından imtina etmiş və imtinanın səbəbləri kimi briliyant daşların ayrı-ayrılıqda ölçüsünün, keyfiyyətinin və s. barəsində məlumatın olmadığını göstərmişdir. Bu səbəbədən ekspert məhkəmə iclasında dindirilmiş və o, öz ifadəsində briliyant daşların dəqiq ölçüsü və keyfiyyəti barədə məlumatlar olduğu təqdirdə qiymətləndirmə aparılmaısının mümkünlüyünü qeyd etmişdir. Həmin məlumatlar zərərçəkmiş şəxs tərəfindən təqdim edilmədiyindən yenidən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edilənlərə əsaən istintaq zamanı verilmiş ekspert rəyini mötəbər sübut kimi qəbul etmir, çünki həmin rəydə üzüyün yalnız qızıl hissəsi qiymətləndirilmiş, briliyant daşlara qiymət qoyulması isə yuxarıda göstərilən səbəblərdən mümkün olmamışdır. Məhkəmə qızılın qiyməti ilə bağlı müstəntiqin gəldiyi nəticəyə münasibətdə isə qeyd edir ki, müstəntiqin hansı əsaslar ilə üzüyün qiymətinin 18000 manat təşkil etməsi qənaətinə gəlməsi qeyri-müəyyəndir və o, öz qərarında bu nəticəyə gəlməsini ümumiyyətlə əsaslandırmamışdır. Bu səbəbədən məhkəmə üzüyün qiyməti ilə bağlı zərərçəkmiş şəxsin ilkin ifadəsini daha ağlabatan hesab edir və onu əsas götürərək üzüyün qiymətinin 7000 manat olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə AR CM-nin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, dəymiş ziyandan 6000 manat ödəmək istəməsini, himayəsində üç azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-157/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-157/2024
25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver