Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-159/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, X12 və onun nümayəndəsi və vəkili X21 iştrakları ilə X13 X9 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X22 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və ona dəymiş mənəvi zərərə görə X5 50000 (əlli min) manat məbləğində təzminatın tutulması və həmin təzminatın “YAŞAT” fonduna verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X22 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə X41 İndo “Facebook” sosial səhifəsində” “X23 əhali arasında bildirmişdir ki, mən İqbala 40000 manat pul vermişəm. X7 40 000 manat pulu Neqativli Korrupsiyalı cinayət əməlləri ilə məşğul olan X2 yanında və harada almışam? Mənə belə bir məlumat çatdırıldıqda çox məyus oldum. Öz-özlüyümdə fikirləşdim ki, yatıb yuxumda belə 40000 manat ala bilsəydim, hardasa yadımda qalardı. Mən 40000 manat pulu almaya-almaya X14 belə bir şantaj formasında atdığı addıma, hansı adı vermək olar və necə baxmaq olar? Belə bir şantaj addımının atılmağının səbəbi odur ki, X23 tərəfindən yalançı şahidlər tutularaq mənim üzümə qaldırdıqdan sonra X28 tərəfindən mənim həbsim asanlaşsın. X19 görünür, şantaj addımlarını bu vaxta qədər kimlərinsə üzərində təcrübədən məharətlə keçirə bilib. Belə şantaj addımlarının biri də X6 üzərində təcrübədən keçirildi, Rəhimov İntiqam ilk öncə Polis Bölməsinə, daha sonralardan Psixiatriya xəstəxanasına salınaraq, dəlilik diaqnozu ilə xəstəxanadan azad olundu və avtomatik qrupa çıxdı. Lakinm mənim üzərimdə şantaj addımlarının və rüşvət vermə formasını keçirtmək fikri ilə 40000 manat mənə pul vermə şantajı ilə məni həbs etdirmək fikrinə düşübdür. Sizlərin hər birinizə sual ilə müraciət edirəm: 40000 AZN pulu mən X10 almış olsaydım heç sizlərin hər birinizə şikayət edərdimmi? Sizlərin hər birinizə bildirmək istəyirəm ki, bu şantaj onu açıqlıqla biruzə verir ki, deyəsən məni də dəlilik diaqnozu ilə İntiqam Rəhimovun aqibəti gözləyir. Binə-Sovxoz əhalisi açıqlıqla bildirirlər ki, Əlisoy Ərəstun, Şahid1, Şahid2 birləşərək saxta sənədləri aradan çıxarırlar, hətta Binə-Sovxoz əhalisi açıqlıqla bildirirlər ki, Əlisoy Ərəstunun arxasında Firdovsi Əliyev, Şahid1 arxasında Fəxri Ələsgərov, Şahid2 arxasında Elşən Salahov dayandıqlarına görə şikayət edən şəxslərin şikayətlərinə baxılmayacaq, şikayət edən şəxslər haqqında tədbirlər görüləcək. Görəsən Binə-Sovxoz əhalisinin bildirdiklərində nə dərəcədə doğruluq, düzgünlük, dürüstlük var? Hansı səbəblər baxımından, Əlisoy Ərəstuna X28 tərəfindən suallar verilə bilinməyir ki, Əlisoy Ərəstun hansı almış olduğu əmək haqqı ilə bahalı avtomaşınlara, obyektlərə və evlərə sahib ola bilib? Bahalı avtomaşınlar, obyektlər və evlər, Binə-Sovxoz əhalisinin bildirdiklərinə görə Əlisoy Ərəstunun adında deyil, müxtəlif vətəndaşların adlarındadır, Əlisoy Ərəstun bu qədər var-dövləti haradan əldə edib? Hətta A.J.B-nin üzvü X8 Məmməd oğlunun yanında belə mənə bildirmişdir ki, Ərəstun ilə zarafat eləmə. Ərəstun çox təhlükəlidir. X28, ən əfsus D.T.X. çox gözək halda bilirlər ki, Əlisoy Ərəstuna pulun mənbəyi haradan olub? Sizlərdən xahiş edirəm ki, mənim və ailəmin təhlükəsizliyini nəzarətlə təmin edərək, Əlisoy Ərəstun, Şahid1, Şahid2 haqqında Qanuna müvafiq qaydada tədbirlər görəsiniz. Bundan əlavə, xx xxxxxx 2020-ci il tarixdə İqbal Muğumova məxsus Düha İndo “Facebook” sosial səhifəsində“ Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyinin Müavini Ərəstun Əlisoya kim ixtiyar veribdir ki, öz oğlunu öz yerinə həvalə edir? Həvalə edilmiş oğlu fəhlələrin üstünə hücum çəkərək fəhlələrin birini lapatkanın sapıyla xəsarət yetirir. Bir vaxtlar mənimdə üzərimə Ələstun Əlisoyun özü təhdid edərək Mahir Məmməd oğlunun yanında ölümlə hədələdi, mən bu haqda yuxarı orqanlara şikayət etdikdən sonra məni xidməti otağına dəvət etdi, mənə bildirdi ki, mən tərəfdən Prokurora çatası haqq-hesabı vermişəm sənin şikayətin bağlanıb, sən get izahatını ver, sənin bütün əmək günlərin yazılıb və bu gündən sonrada yazılacaq. Mən inanmadım, prokurorluğa daxil olarkən Ərəstun Əlisoyun mənə dedikləri tamamilə doğru çıxdı. Məkanların birində oturarkən axşam saatlarında qarşı masada bir qrup şəxsin söhbətinə qulaq asarkən eşitdim ki, xx.xx.2020-cı il tarixində saat 16-17 radələrində ARAZ-Leonun həyətində fəhlələr işləyərkən Qüdrət adlı şəxsi Ərəstun Əlisoyun oğlu təhqiredici sözlərlə təhqir etmiş sonra isə sağ qarın boşluğundan lapatkanın dəmir parçası ilə möhkəm zərbə endirmişdir. Qüdrət aldığı zərbədən maşının qabağına yıxılmışdır. Ərəstunun oğlu fəhlələrə üzünü tutub demişdir ki, atamın çörəyini yeyib qudurubsunuz, ən ağır söyüşlərlə söyərək fəhlələrin hamısını təhqir etmişdir. Hətta Polis onu axtarır, bir nəfəri də bundan ağır halda vurub qaçıb. Tez bir an ərzində ata Ərəstun Əlisoy özünü Polis İdarəsinə çatdırmış, oğlu tərəfindən törədilən cinayət işini ört-basdır etməyə çalışmışdır. Ərəstun Əlisoyun belə bir qəhrəman, cəngavər oğlu varsa hansı səbəblər baxımından Qarabağda qəhrəmanlıq və cəngavərlik göstərə bilməmişdir? Hərbi Səfəbərlik İdarəsinin rəisi cənablar cənabı Ərəstun kimi şəxslərin övladları Qarabağ Müharibəsində iştirak edə bilməmələrinə nəzarət edə biləcəkmi? Qüdrətin döyülməsi qalsın bir tərəfə, polisin axtardığı döyülən şəxsi üzə çıxarıla bilinəcəkmi? Azərbaycanın Şanlı Polisi nəyə görə döyülən xəsarət alan Qüdrət adlı şəxs Tibbi müayinədən keçirlməsi üçün tədbirlər görə bilibdirmi? X37 öz övladını cinayət məsuliyyətindən qurtarmaq üçün Azərbaycanın Şanlı Polisinə hansı hesabi ödəyə biləcək? X30 yenə də belə bir cinayət olayına xitam verəcəkmi? ARDİ VAR.” məqalələri dərc etmişdir. X15 aid Düha İndo “Facebook” sosial səhifəsində barəsində yazılmış məqalə şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar Azərbaycan Respublikası Prezidentin Adminstrasıyasına daxil olmuş və araşdırlması üçün CPM-nin tələblərinə əsasən Xəzər Rayon Polis İdarəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Xəzər Rayon Polis İdarəsində Xəzər RPİ-nin Təhqiqat X1 tərəfindən Düha İndo “Facebook” sosial səhifəsində qeyd olunan xüsusatlar araşdırılmış, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində Xəzər rayon Binə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən X23 izahatında, Xəzər RPİ 3-cü PB-də verdiyi izahatı təsdiq etdiyini, əlavə olaraq 5 il olaraq ki, tutduğu vəzifədə işlədiyini göstərərək, 2016-ci ilə qədər müddətdə lqbal Muğumov Xəzər rayon Binə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndliyində fəhlə işlədiyini, İqbal ilə münasibəti normal olsa da, keçmiş işçisi İqbal özünü jurnalist kimi qələmə verən Mahir adlı şəxs ilə ona məlum olmayan qəzet və ya jurnalda işləməyə başladıqdan sonra, İqbal və Mahir onun barəsində yalan məlumatlarla Xəzər rayon prokurorluğuna müraciət etdiklərini, hər iki şəxsin müraciəti üzrə prokurorluqda araşdırma aparılıb, İqbal və Mahır adlı şəxslərin göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, prokurorluqda toplanmış material rədd edildiyini bildirərək, İqbal tərəfindən oğlu Elyar barədə sosial şəbəkədə yalan və böhtan xarakterli məlumatlar yaydıqdan, eyni zamanda İqbal adlı şəxs onun özü və ailəsi barədə yalan və böhtan xarakterli məlumatlarla sosial şəbəkədə məlumatlar yaydıqdan sonra o, İqbal barədə məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirmişdir. X26, İqbal Muğumov tərəfindən sosil şəbəkədə edilmiş müraciətin yalan, şər və böhtan olduğunu, belə ki, onun oğlu Elyar onun işlədiyi Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyinə heç-bir zaman işləmədiyini, o, Elyara işi ilə əlaqədar hec bir iş tapşırmadığını bildirərək, oğlu Elyar Binə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndliyində fəhlə işləyən Qüdrəti ümumiyyətlə tanımadığını, Qüdrət ilə oğlu Elyar arasında hər-hansı bir münaqişə və ya mübahisə baş vermədiyini bildirmişdir. Bundan əlavə araşdırma zamanı izahatı alınmış Şahid4 Ərəstun oğlu izahatında atası X14 izahatı ilə oxşar izahat vermiş və əlavə olaraq Muğumov İqbalın yazdıqlarının yalan, şər və böhtan olduğunu, İqbal Muğumov və Qüdrət adlı şəxsləri ümumiyyətlə tanımadığını bildirərək, Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyinin müavini vəzifəsində işləyən atası Ərəstun Əlisoyun işi ilə əlaqədar atasından heç bir tapşırıq almadığını, Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyində fəhlə işləyən Qüdrəti, xx.xx.2021-ci il tarixdə Polis idarəsində tanıdığlnı, Qüdrət ilə onun arasında əvvəllər hər-hansı bir münaqişə və ya mübahisə baş vermədiyini bildirmişdir. Bundan əlavə, araşdırma zamanı Xəzər rayon Binə qəsəbəsi İcra nümayəndəliyində fəhlə işləyən Şahid3 izahatında 2015-ci ildən Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyində fəhlə işlədiyini, İqbal Muğumovu qonşu olaraq və sonuncunu İcra Nümayəndəliyində işləyən vaxtdan tanıdığını göstərərək, İqbalın sosial şəbəkədə etdiyi müraciət ilə tanış olduğunu, İqbalı yazdığı yalan, şər və böhtan olduğunu bildirərək, Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyinin müavini Ərəstun Əlisoyu tanısa da, sonuncunun oğlu Şahid4 ümumiyyətlə xx.xx.2021-ci il tarixə qədər müddətdə tanımadığını, Elyarı ilə Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyində heç zaman görmədiyini, Elyarın Xəzər rayon Binə qəsəbəsi İcra Nümayəndəliyinin işlərinə müdaxilə etmədiyini bildirmişdir. İzahatını davam etdirən Şahid3, Elyar tərəfindən döyülməsi barədə yazılanlar yalan və şər olduğunu, belə ki, o, İqbal ilə qonşu olaraq mütəmadi olaraq görüşsə də, İqbal ilə onun arasında işi barədə, işdə döyülməsi barədə heç bir söhbət olmadığını, o, işdə nəinki Elyar tərəfindən heç bir zaman döyülmədiyini, ümumiyyətlə işdə o, hər hansı bir şiddətə məruz qalmadığını bildirmişdir. Göründüyü kimi, X4 İndo “Facebook” sosial səhifəsində Xəzər rayon Binə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən Əlisoy Ərəstun öz oğluna vəzifəsinin icraasını həvalə etdiyini, Ə.Əlisoyun oğu fəhlələrin üzərinə hücum çəkdiyini, xx.xx.2020-ci il tarixdə Qüdrət adlı fəhləyə Ərəstunun oğlu tərəfindən lapatka ilə zərbə vurulduğunu iki fəhlənin biri-biriləri ilə etdiyi söhbətdən eşitdiyini göstəməsi əsassızdır həqiqətə uyğun deyildir. Belə ki, X18 tərəfindən Düha İndo “Facebook” sosial səhifəsində yaydığı məlumatları yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində, kütləvi nümayış etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla, ona böhtan atmışdır. Belə ki, o, xx xxxxxx 2020-cı il tarixdən başlayaraq, mütəmadi və davamlı olaraq X18 məxsus Dua İndo adı mövcud olan facebook səhifəsində dərc etdiyi məlumatlarda onu “Ərəstun Əlisoyun özü təhdid edərək Mahir Məmməd oğlunun yanında ölümlə hədələdi, mən bu haqda yuxan orqanlara şikayət etdikdən sonra məni xidməti otağına dəvət etdi, mənə bildirdi ki, mən tərəfdən Prokurora çatası haqq-hesabı vermişəm, sənin şikayətin bağlanıb, sən get izahatını ver, sənin bütün əmək günlərin yazılıb və bu gündən sonra da yazılacaq. Mən inanmadım. Prokurorluğa daxil olarkən Ərəstun Əlisoyun mənə dedikləri tamamilə doğru çıxdı. Azərbaycanın Şanlı Polisi döyülən, xəsarət alan Qüdrət adlı şəxs Tibbi müayinədən keçirilməsi üçün tədbirlər görə bilibdirmi? Görəsən, Ərəstun Əlisoy öz övladını cinayət məsuliyyətindən qurtarmaq üçün Azərbaycanın Şanlı Polisinə hansı hesabı ödəyə biləcək? Görəsən, İlham Zülfüqarlı yenə də belə bir cinayət olayına xitam verəcəkmi?“ məqaləsini sosial şəbəkədə belə qeyd etmişdir. Həmin məqalələrdə onun hüqüq mühafizə orqanlarına rüşvət verməsi və bunun müqabilində işlərini ört-basdır etməsi, əxlaq normalarına zidd hərəkətlər etməsi, guya tərəfindən X18 və onun ailəsi təhlükədə olması qabardılmışdır. Hesab edir ki, X18 hüquqi dövlətdə yaşadığını dərk etmədən istənilən şəxsə böhtan və təhqir yağdırmağın belə asan olduğunu düşünür, onu əsassız olaraq ağır cinayət əməli törətməkdə ittiham edir. X18 məxsus “Dua İndo” adı movcud olan “Facebook” səhifəsində dərc etdiyi məlumatlar həqiqətə uyğun deyil. Belə ki, o, 30 ilə yaxındır ki, dövlət qulluğuna qəbul olmuş və bu illər ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Dövlət qulluğunun ən kiçik təsnifatlarından başlamış və bu günkü vəzifə illərin əməyi nəticəsində çatmışdır. Bu müddət ərzində dövlət qulluqçusunun məsuliyyətini, vicdanlı davranışla, loyallıqla, qərəzsiz, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmətlə yanaşaraq dövlətinə xidmət etmişdir. “Dövlət qulluqçusu” adı onun üçün şərəf və böyük məsuliyyətdir. X18 müxtəlif zamanlarda, müxtəlif dövlət orqanlara onun haqqında həqiqəti əks etdirməyən müraciət etmişdir. Nəzərə alsaq ki, hər dəfə o, sosial şəbəklərdə şər və böhtanı görəndə sarsıntı keçirir. Sağlamlığımda ciddi problemlər yaranmış və gələcək həyatı sual altındadır. Onsuz da ona çətin olan bu müddətdə İqbal Muğumovun şər və böhtanları onu daha da iztirablara məruz qoyur. Belə ki, onun sosial şəbəkələrdə yazdığı və ittiham etdiyi məlumatlar övladlarına da çox mənfi təsir edir. Ailə olaraq çox çətin bir dönəmdə, övladlarının faciədən özlərinə gələ bilmədiyi halda ona və ailəsinə mənəvi basqını davam edir. O, Xəzər rayon Binə qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir, dövlət qulluqçusudur və bəlli ictimai etimadı var. Bu cür əsassız, həqiqətə uyğun olmayan məlumatlar onun ictimai etimadını zədələmək niyyəti güdür, gələcək karyerası və ailəsi təhlükə altına qoyur. Beləliklə, yuxarıda adları qeyd olunan “Facebook” sosial şəbəkədə dərc edilmiş yazılarda onu hüqüq mühafizə orqanlarına rüşvət verməsini, bunun müqabilində işlərini ört-basdır etməsini, əxlaq normalarına zidd hərəkətlər etməsini, guya onu və ailəsini təhlükəyə məruz qoyan şəxs adlandırmaqla təhqir etmiş və təhrif edilmiş məlumatlarla böhtan atmış, mənəvi sarsıntı yaşatmış, şərəf və ləyaqətini nalayiq formada alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Bundan başqa, o, kütləvi informasiya informasiya vasitəsində, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla ona qarşı təhqir cinayətini törətmişdir. Göründüyü kimi, X9 əməlində ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin əlamətləri mövcuddur. Göründüyü kimi, hər iki maddədə nəzərdə tutulmuş kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. X9 facebook səhifəsində yüzlərlə insanlar cəlb edilmiş və yüzlərlə insanlarla facebook sosial şəbəkəsində dostluq edir. Bütün bu məlumatları onun tərəfindən olan insanlar oxumuş, paylaşmış və müzakirə edilmişdir. Bu səbəbdən də əməlin məhz X18 tərəfindən törədilməsi özünün “Facebook” səhifəsi ilə təsdiq edilir. Buna görə də, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirli bilib cinayət məsuliyyətinə cəlb olunmasını və ona dəymiş olan 50000 manat təzminatının tutulması və həmin təzminatın “YAŞAT” fonduna verilməsini xahiş edir. Məhkəmə iclasında X22 şikayət ərizəsini müdafiə edərək şikayətdə göstərilən hallara əsaslanmaqla şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 təkrar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə X13 izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalniz zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132-134, 142.1, 149.1, 150.1, 151, 156-158, 163, 175-177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayiş yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayiş yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarinin hansi şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansi sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Göründüyü kimi, Xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Bundan əlavə, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinin tələblərinə də cavab vermir. Həmin maddəyə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Göründüyü kimi, X3 İqbal Fəxrəddin oğlunu ittiham etdiyi əməlin onun tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyini göstərməmişdir. X22 barəsində Xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə X9 şikayətçisi hansı ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atması göstərilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayətdə şikayətin verildiyi yer də göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasıinda məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, xüsusi ittihamçı X22 tərəfindən X9 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Xüsusi ittihamçı X13 X11 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhər Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-159/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-159/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver