Məhkəmə qərarları › İş №1(003)-159/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-159/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-159/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev C-103-də qeydiyyatda olan və yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-462/2022 saylı 12 oktyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 oktyabr 2022-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gündüz saat 10 radələrində tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Bravo” marketin arxasında yerləşən nömrəsiz bağ evinin həyətinə qanunsuz daxil olub dəyəri 1000 manat təşkil edən həyət darvazasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1000 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə gündüz saat 10 radələrində o, fəhlə bazarında işləyərkən tanış olduğu Şahid ilə birlikdə Mərdəkan qəsəbəsi, “Bravo” marketin arxasında yerləşən məhlələrdə olarkən bağ evlərindən birinin həyət darvazasının bir hissəsinin sınıq və yarıaçıq olduğunu görüb Mayisə həmin həyətdə yaşadığını demiş və birlikdə həmin həyətə daxil olmuşlar. Evin heç bir qapı və pənçərəsi olmamış, həyət zibilliyə oxşamışdır. Orada olan tikilidə Mayis ilə birlikdə araq içmişlər, sonra Mayisə həyət darvazanın özünə məxsus olduğunu və onu satmaq istədiyini, deyib dəmir-metal alan tapmasını xahiş etmişdir. Mayis metal alan şəxsləri tapmaq üçün getdikdən sonra o, darvazanı həyətdən çıxarmış, bir qədər sonra dəmir alan “VAZ-21011” markalı maşının gəldiyini, onun ardınca da Mayisin gəldiyini görmüşdür. Mayis dəmir-metal alan şəxsləri yol keçərkən əl edərək saxladıb gətirdiyini demiş, o, metal alan şəxslərə və Mayisə həyətin hasarından çıxardığı dəmir darvazasının özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Həmin vaxt spirtli içkinin təsiri altında olduğu üçün dəmir alan şəxslərdən darvazanı özlərinin götürüb maşına yükləmələrini xahiş etmişdir. Onlar darvazanı maşına yükləyib ona 50 manat pul vermişlər. Bundan sonra Mayis ilə birlikdə marketə gedib siqaret, su, araq və sair almış, marketdən çıxarkən Mayisi tapa bilmədiyi üçün aldığı arağı Mərdəkan qəsəbəsində yerləşən parkda oturub içib sərxoş olmuş və həmin parkda yatıb qalmışdır. Səhər durub işləmək üçün fəhlə bazarına getmiş, bir qədər pulu qalmış, onu da xərclədikdən sonra təkrar həmin parka gedib yatmışdır. xx.xx.2022-ci il tarixdə axşam yenə də parkda yatmaq üçün getdikdə polis əməkdaşları onu saxlayıb oğurluq etməkdə şübhəli olduğunu bildirib şöbəyə aparmışlar. Orada darvaza oğurladığını etiraf etmiş, bir qədər sonra Mayisin də Polis şöbəsinə gətirildiyini görmüşdür. Həmin dəmir darvazanı 50 manata satdığı şəxsləri tanımır. Darvazanın özünə məxsus olduğunu Mayis və alan şəxslər onun oğurluq olduğunu bilməmişlər, oğurluq edərkən yanında Mayisdən başqa heç kim olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Mərdəkan qəsəbəsi, “Bravo” marketin arxa tərəfində həyət evi vardır. Lakin həmin ev təmirsizdir, orada yaşayış yoxdur. Buna baxmayaraq, mütəmadi şəkildə həmin evə gedib nəzarət edir, baş çəkir. xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yenə də evə baş çəkməsi üçün getdikdə evin həyət darvazasının bir tərəfinin sındırıldığını görmüş, qapını təmir etməsi üçün usta gətirmək məqsədi ilə oradan ayrılmış, həmin gün saat 16 radələrində təkrar qayıtdıqda həyət darvazasının ümumiyyətlə yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Maraqlandıqda isə “Jiquli” markalı maşınla gələn 2-3 nəfər şəxsin darvazanı çıxarıb apardıqlarını öyrənmişdir. Həmin darvazanı 1 il əvvəl 1000 manata almışdır. Sonradan ona məxsus həyət evinin darvazasını əvvəllər tanımadığı İlham Ağamaliyevin oğurladığını öyrənmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, hazırda onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, xx.xx.2022-ci il tarixdə gündüz saat 10 radələrində o, fəhlə bazarında işləyərkən tanış olduğu Təqsirləndirilən şəxs ilə birlikdə Mərdəkan qəsəbəsi, “Bravo” marketin arxasında yerləşən məhlələrdə olarkən İlham bağ evlərindən birini göstərib həmin həyətdə yaşadığını demiş və birlikdə həmin həyətə daxil olmuşlar. Evin heç bir qapı və pənçərəsi olmamış, həyət zibilliyə oxşamışdır. Orada olan tikilidə İlham ilə birlikdə araq içmişlər, sonra İlham ona həyət darvazasını satmaq istədiyini, darvazanın özünə məxsus olduğunu deyib dəmir-metal alan tapmasını xahiş etmişdir. Oradan çıxıb yola doğru gedərkən “VAZ-21011” markalı dəmir alan maşının gəldiyini görüb ona əli ilə işarə edərək saxlatmış, qarşıda tanışının dəmir satmaq istədiyini demiş və yolu göstərib onların ardınca getmişdir. İlham həyətin hasarından çıxardığı dəmir darvazasını metal alan şəxslərə də özünə məxsus olduğunu, satmaq istədiyini demişdir. Həmin şəxslər darvazanı maşına yükləyib İlhama 50 manat pul vermişlər. Bundan sonra İlham ilə birlikdə marketə gedib siqaret, su, araq və sair almışlar. Daha sonra taksi ilə onun Qala qəsəbəsində yerləşən evinə getməyi məsləhətləşmişlər. Marketdən çıxarkən İlhamın hara getdiyini görməmiş, telefonu da olmadığı üçün onu tapa bilməmişdir. Bundan sonra Mərdəkan qəsəbəsinə gedib oradan 152 nömrəli marşrut avtobusla evinə getmişdir. xx.xx.2022-ci il tarixdə Mərdəkan qəsəbəsində olarkən sahə inspektoru ona yaxınlaşıb oğurluq etməkdə şübhəli olduğunu demiş, buna görə də maraqlanmaq üçün özü şöbəyə getmiş, orada İlhamın da şöbədə olduğunu görmüş və həmin vaxt ona məlum olmuşdur ki, İlhamın satdığı darvaza ona məxsus olmamış, İlham həmin darvazanı oğurlamışdır. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsrinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq notarial qaydad təsdiq olunmuş 19 aprel 2023-cü il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Buna görə də təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 24 noyabr 2022-ci il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, onun cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 20 aprel 2023-cü il tarixədək həbsdə olduğu 6 (altı) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev C-103-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Mingəçevir şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 39 (otuz doqquz) iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə baxışı zamanı 14 saat) cəmi 234,00 (iki yüz otuz dörd) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili X2 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 294,00 (iki yüz doxsan dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdən 20 aprel 2023-cü il tarixədək həbsdə olduğu 6 (altı) ay 10 (on) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək yaşadığı Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi ev C-103 saylı fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 234,00 (iki yüz otuz dörd) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 8 saylı Vəkil Bürosunun vəkili X2 60,00 (altmış) manat olmaqla ümumilikdə 294,00 (iki yüz doxsan dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar