Məhkəmə qərarları › İş №1(003)-160/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-160/2025

14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-160/2025 14.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə İmişli rayonu Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan, məhkumluğu ödənilməmiş, işsiz, İmişli rayonu Qaradonlu kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 05:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi döngə 25-dəki nömrəsiz fərdi evə yaşayış sahəsi olan mətbəxin pəncərəsindən qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus olan 170 manat dəyərində 01 ədəd, 250 manat dəyərində 01 ədəd, 450 manat dəyərində 01 ədəd elektron kişi qol saatlarını mətbəx mebelinin üzərindən, oradan evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz daxil olmaqla oradan Azərbaycan Respublikası manatına məzənnəsi ilə 1800 manat təşkil edən 100000 rus rublunu saxlanc yeri olan əl çantasından, 350 manat məbləğində pulu masanın üzərində olan saxlanc yeri sayılan pul kisəsinin içərisindən qanunsuz daxil olmaqla götürüb istintaqa məlum olmayan şəxslərə sataraq əldə etdiyi pulları şəxsi ehtiyacına sərf edərək özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3020 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs3 Əlmusa oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi evə yaşayış sahəsi olan dəhlizə evin açıq qapısından qanunsuz daxil olmaqla oradakı saxlanc yeri olan güzgülü şkafdakı çantanın içərisinə qanunsuz daxil olmaqla oradan Zərərçəkmiş şəxs3 məxsus olan 400 manat dəyərində 01 ədəd qırmızı qaşlı qızıl üzüyü və 150 manat məbləğində pulu götürüb istintaqa məlum olmayan şəxslərə sataraq əldə etdiyi pulları şəxsi ehtiyacına sərf edərək özgənin əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 Əlmusa oğluna ümumilikdə 550 manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən avtomobil yuma məntəqəsində işdə olduğu vaxt ona yuyulmaq üçün verilmiş Zərərçəkmiş şəxs1 məxsus “Kia Sorento” markalı, **-YB- *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yeri olan “bardaçok”unu açıb içəri qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus cəmi 20.875 manat məbləğində pulu 02 ədəd sellofan bağlamada götürüb şəxsi ehtiyacına sərf edərək özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 20875 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, bir müddət avtoyuma yerində yuyucu işləmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində tanımadığı bir nəfər şəxs **-BY-*** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” markalı avtomobili yumaq üçün gətirmişdir. Həmin şəxs ona avtomobilin açarlarını vermişdir. O, avtomobili çöldən yumuş, içərisini təmizləyən zaman saxlanc yerində 2 ədəd ağ rəngli sellofana bükülmüş pul görmüşdür. O, həmin sellofanların birinin içərisində 3 paçka, digərinin içərisində isə 2 paçka pul olmasını görmüşdür. Oradan 2 paçka pul olan bükümü götürərək əynində olan gödəkçənin cibinə qoymuşdur. O, avtomobildən 20875 manat məbləğində pul götürmüş, orada olan şəxslərə mağazaya gedib gələcəyini demiş və oradan uzaqlaşaraq yaşadığım evə getmişdir. O, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərinə getmiş, xx.xx.2024-cü il tarixdə geri qayıtmış, əldə etdiyi pulu isə klublarda xərcləmişdir. O, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində olan zaman Mingəçevir şəhər polis şöbəsinə gedərək təslim olmuşdur. İttiham olunduğu digər iki epizodu isə o, etməmişdir. Həmin evləri ilk dəfə ifadənin yerində yoxlanması zamanı görmüşdür. Həmin epizodların törədildiyi xx.xx.2024-cü il tarixində o, Göy-göl rayonunda yerləşən “Green Park” restoranında olmuşdur. Mülki iddiaya münasibətdə isə vurduğu 20875 manat məbləğində maddi ziyana dair mülki iddianı qəbul edir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 06 radələrində mətbəxin pəncərəsinin açıq olmasını, naməlum şəxsin qonaq otağından 350 manat, 100000 (yüz min) rus rublu, yəni 1800 manat nağd pulun, mətbəxdən 1 ədəd 170 manat dəyərində qol saatının, 1 ədəd 250 manat dəyərində qol saatının, 1 ədəd 450 manat dəyərində elektron kişi qol saatlarının oğurlanmasını aşkar etmişdir. Ona ümumilikdə 3020 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 Əlmusa oğlu ifadəsində qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə qapısı açıq olan evinin dəhlizində olan güzgülü şkafdan 150 manat nağd pul, 1 ədəd 400 manat dəyərində qırmızı qaşlı qızıl üzük oğurlanmasını aşkar etmişdir. Ona cəmi 550 manat məbləğində maddi ziyan dəymmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ibtidai istintaqda ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdən çıxmış və “Kia Sorento” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerinə 2 ədəd sellofana bükülmüş ümumilikdə 51775 (əlli bir min yeddiyez yetmiş beş) manat məbləğində pulu avtomobil almaq üçün qoymuşdur. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində “Kia Sorento” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən avtoyuyucuya vermişdir. Təxminən saat 12:30 radələrində Zərərçəkmiş şəxs1 “Kia Sorento” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobildən 20875 (iyirmi min səkkiz yüz yetmiş beş) manat məbləğində pulun oğurlanmasını aşkar etmiş, bu barədə polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 əlavə olaraq ona 20875 (iyirmi min səkkiz yüz yetmiş beş) manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs oğurluq etdiyi Binə qəsəbəsi Atçılıq massivində yerləşən avtoyuma məntəqəsinə baxış keçirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli CD kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş disk DVD-R formatlıdır. Diskin yaddaşında "X2" proqramı vasitəsilə yazılmış 02 dəqiqə 47 saniyə müddətində olmaq şərti ilə 20,005 KB ölçüsündə, 19 saniyə müddətində olmaq şərti ilə 3562 KB ölçüsündə, 01 dəqiqə 49 saniyə müddətində olmaq şərti ilə 18213 KB ölçüsündə 03 ədəd fayl olması müşahidə olunur. Həmin fayllara nəzər yetirdikdə, Təqsirləndirilən şəxs avtoyuyucuda qara rəngli avtomobil yuması, ikinci videogörüntüdə avtomobilin salonundakı saxlanc yeri olan "bardaçok"dan seloffanın içərisindən pul götürməsi müşahidə olunur. Diskə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin özü olduğunu təsdiq etmişdir; - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində tanımadığı bir nəfər şəxs **-BY-*** dövlət qeydiyyat nişanlı, "Kia Sorento' markalı avtomobili yumaq üçün gətirmiş, həmin şəxs ona avtomobilin açarlarını vermişdir. Təqsirləndirilən şəxs avtomobili çöldən yumuş, içərisini təmizləyən zaman saxlanc yerində 2 ədəd ağ rəngli sellofana bükülmüş pul görmüşdür. Həmin sellofanların birinin içərində 3 paçka, digərinin içərisində isə 2 paçka pul olmuşdur. Təqsirləndirilən şəxs oradan 2 paçka pul götürərək əynimdə olan gödəkcənin cibinə qoymuş və saxlanc yerini bağlamışdır. Təqsirləndirilən şəxs avtomobildən 20875 manat məbləğində pul götürmüş, orada olan şəxslərə mağazaya gedib gələcəyimi demiş və oradan uzaqlaşaraq yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs təklif olundu ki, hadisə yerini göstərsin. Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkət edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən avtoyuyucunu göstərmiş və hadisə orada baş vermişdir. Təqsirləndirilən şəxs ifadəsi gündüz vaxtı təbii işıqda günəşli havada keçirildi. İfadə yerində yoxlanılarkən onun göstərib təqdim etdiyi yerin fotoşəkli çəkildi; - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-cü tarixdə təxminən saat 05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ilə hərəkətdə olan zaman pulum olmadığı üçün orada olan evə pəncərǝdən daxil olmuş və evin yataq otağından 350 manat nağd pul, 10000 (on min) rus rublu, 3 ədǝd saat oğurlamışdır. Təqsirləndirilən şəxs təklif olundu ki, hadisə yerini göstərsin. Təqsirləndirilən şəxs göstərdiyi yolla hərəkət edib ünvan 2 ünvanını göstərmiş və hadisə orada baş vermişdir. İfadə yerində yoxlanılarkən onun göstərib təqdim etdiyi yerin fotoşəkli çəkilmişdir; - xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2024-cü tarixdə təxminən saat 05:30 radələrində evə daxil olaraq oradan 150 manat məbləğində nağd pul, 1 ədəd qızıl üzük oğurlamışdır. Təqsirləndirilən şəxs təklif olundu ki, hadisə yerini göstərsin. O, göstərdiyi yolla hərəkət edib Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi ünvan 3 ünvanını göstərmiş və hadisə orada baş vermişdir. İfadə yerində yoxlanılarkən onun göstərib təqdim etdiyi yerin fotoşəkli çəkilmişdir; - xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilməklə bir icraatda ********* nömrə altında istintaqı davam etdirilmişdir; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Buzovna qəsəbəsi ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 evində baş verib; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Buzovna qəsəbəsi ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 evində baş verib; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs3 Əlmusa oğlu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi Ə.İsgəndərov tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-379/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixindən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-184/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; - Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(057)-432/2024 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-184/2023 saylı hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 06 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; - Mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddiadan aydın olur ki, o, mülki cavabdeh Təqsirləndirilən şəxs 20875 manat vurulmuş maddi ziyanın, 1000 manat mənəvi ziyanın və 156 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir; - “X4”-dan məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 12-15 iyun 2024-cü il tarixlərində “Green Park” istirahət mərkəzində qonaq qismində olmadığına görə onun giriş-çıxış və ya qeydiyyatı haqqında məlumat mövcud deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixlərdə baş vermiş oğurluq epizodlarını etiraf etməməsinə tənqidi yanaşaraq onun cəzadan boyun qaçırması cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin həmin əməlləri törətməsi iş materiallarındakı ifadənin yerində yoxlanması haqqında protokollarla da təsdiq edilir. Həmçinin, təqsirləndirilən şəxs oğurluqların törədildiyi vaxtda Göy-göl rayonunda yerləşən “Green Park” istirahət mərkəzində olduğunu bildirmiş, lakin həmin yerdən məhkəmənin sorğusuna cavab verilmiş və bu hal təkzib edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə (xx.xx.2024-cü il tarixində cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur) yaranmış məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(007)-184/2023 saylı hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), maddi sübut olan disk cinayət işinin materiallarında saxlanmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 vurduğu zərərin əvəzi kimi 20875 manat ittihamın əsasını təşkil edir və işin halları ilə tam təsdiq olunur. Lakin, mülki iddianın mənəvi zərərlə bağlı hissəsi əsassız olduğundan mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs 20875 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 156 manat pul tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddia tələbi mənəvi zərər hissəsində əsassızdır. Belə ki, mənəvi zərər əmlak və ya qeyri-əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməni ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə iclasında mülki iddiaçının əmlakına vurduğu zərər nəticəsində sağlamlığının pozularaq iztirab keçirməsi və ya mənəvi sarsıntılar keçirməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 06 (altı) ay 07 (yeddi) gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) müddətə azadlıqdan məhrumetmə cəzasının xx.xx.2024-cü il tarixədək çəkilməmiş qalan 06 (altı) ay 07 (yeddi) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 20.875 (iyirmi min səkkiz yüz yetmiş beş) manat məbləğində vurulmuş maddi ziyan və 156 (bir yüz əlli altı) manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 17 saat vaxta görə 107 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar