Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-161/2025 17.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış,Ağsu şəhə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin dekabr ayında tanışı Bəhnam adlı şəxsin vasitəsi ilə Bakı şəhəri,Yasamal rayonu,20 Yanvar metrostansiyasının yaxınlığında görüşüb tanış olduğu Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar özünə müavinət düzəltdirmək istədiyini bilib özünü ona işgüzar şəxs kimi tanıtdırıb 3500 manat məbləğində pul müqabilində ona xəstəliyi ilə əlaqədar müavinət verilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandırdıqdan sonra 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxsla Bakı şəhəri,Xəzər rayonu,Türkan qəsəbəsində yerləşən poliklinikanın qarşısında görüşüb Zərərçəkmiş şəxs məxsus sənədləri ondan götürməklə 15-20 gün ərzində ona müavinətə dair sənəd veriləcəyinə əmin edib etibar və inamını qazandıqdan sonra həmin ünvanda Zərərçəkmiş şəxs avtomobilin salonunda vahid niyyətlə əhatə olunmuş qəsdlə əvvəlcə 3500 manat məbləğində pul alaraq, xx.xx.2023-cü il tarixdə müavinətin düzəldilməsində yaranmış çətinlikləri aradan qaldırmaq üçün əlavə 500 manat məbləğində pul lazım olduğunu yalandan deyib bir daha aldatmaqla Zərərçəkmiş şəxs əvvəlcədən ona məxsus olduğunu deyib mobil telefonuna göndərdiyi Kapital Bank kartının 416974******9617 saylı hesab nömrəsinə Xəzər rayon,Türkan qəsəbəsi,Xanlar küçəsində yerləşən Mərkəz marketdəki ödəmə terminalı vasitəsi ilə 500 manat məbləğində pul göndərtdirməklə Zərərçəkmiş şəxs alıb onun ümumilikdə 4000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2022-ci ilin dekabr ayında Bəhnam adlı tanışı ona zəng edərək Seyidəli adlı tanışının olduğunu və həmin şəxsə təqaüd düzəldilməsi üçün köməklik göstərilməli olduğunu bildirdi. O da bu barədə köməklik edə biləcəyini bildirib. Sonra Seyidəli ilə əlaqə saxlanılıb və 20 Yanvar metrosu yaxınlığında görüşüblər. Görüş zamanı Seyidəliyə təqaüd düzəldə biləcəyini bildirib, bunun üçün 15-20 gün müddət və müəyyən qədər pul lazım olduğunu qeyd edib. Razılaşmaya əsasən, Seyidəli xəstəlikləri ilə bağlı sənədləri qeydiyyatda olduğu poliklinikadan götürüb ona xəbər verəcəkdi. Bir neçə gün sonra Seyidəli zəng edib sənədlərin hazır olduğunu bildirdikdən sonra o, Türkan qəsəbəsinə gedərək Seyidəli ilə görüşüb. Görüş zamanı Seyidəli sənədləri və 3500 manat pulu ona təqdim edib. O da təqaüd düzəldilməsi üçün işləri həmin gündən başlayacağını bildirib. Lakin hər hansı bir təqaüd düzəltmək niyyəti olmamışdı və bu səbəbdən də pulu şəxsi ehtiyaclar üçün xərcləmişdir. Bu müddət ərzində Seyidəli dəfələrlə zəng edib işin hansı mərhələdə olduğunu soruşduqda, o, müxtəlif bəhanələr gətirib. xx.xx.2023-cü il tarixdə Seyidəli zəng edib işin hansı mərhələdə olduğunu yenidən soruşduqda o, müəyyən çətinliklər səbəbindən əlavə 500 manat pul lazım olduğunu bildirib, Seyidəliyə göndərəcəyi kart hesabına həmin məbləği göndərməsini istəyib və Seyidəli də onunla razılaşmışdır.Cəmil də Orxan adlı tanışına zəng edib 500 manat borcunu ödəmək istədiyini və ondan kart hesabının nömrəsini istəmişdir. Bundan sonra Orxan adlı tanışının ona göndərdiyi nömrəsini xatırlamadığı kart hesabını Seyidəliyə göndərib. Bir müddət sonra Seyidəli həmin kart hesabına 500 manat pulu göndərib. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, , o, uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş.Həmin bu xəstəliklərə görə müraciət edib özünə müavinat düzəltdirmək istəyirmiş. 2022-ci ilin sonlarında bu barədə tanışı olan Bəhnam adlı şəxs ilə söhbət edərkən xəstəliklərdən əziyyət çəkdiyini bu səbəbdən də işləyə bilmədiyini və buna görə də maddi durumunun çətin olmasını ona izah etmişdir.Bundan sonra özünə xəstəlikləri ilə bağlı müavinat düzəltdirmək istədiyini bildirdikdə Bəhnam bir nəfər Cəmil adlı tanışı olmasını və onun bu işləri görə biləcək tanışlarının ola biləcəyini bildirmişdir. O Bəhnamdan Cəmil ilə onu tanış etməsini xahiş etmişdir.İlk dəfə o, Təqsirləndirilən şəxs ilə 20 Yanvar metrosu yaxınlığında Cəmilin idarə etdiyi Toyota Prius markalı nömrəsini xatırlamadığı maşında görüşmüşdürlər. Cəmil söhbət zamanı onu inandırıb 15-20 gün müddətində ona təqaüd düzəldə biləcəyini və həmin təqaüdün düzəldilməsi üçün ümumilikdə 3500 manat pul lazım olduğunu bildirmişdir.Həmçinin Cəmil ondan xəstəliyinə aid sənədləri qeydiyyatda olduğu poliklinikadan götürüb Cəmilə verməyini tələb etmişdir.O da inanaraq razılaşmışdır.Bu görüşdən 3-4 gün sonra o, Türkan qəsəbəsində qeydiyyatda olduğu poliklinikadan özünə məxsus sənədləri götürüb Cəmili Türkan qəsəbəsinə çağırmış və orada Cəmilin avtomobilində həmin sənədləri ondan işin həlli üçün tələb etdiyi 3500 manat pul ilə birlikdə təqdim etmişdir. Cəmil onu bir daha əmin edərək 15-20 günə təqaüdün hazır olacağını demişdir. Bundan sonra o Cəmil ilə əlaqə saxladıqda Cəmil bayram günlərini və qeyri iş günlərini bəhanə gətirərək vaxt qazanmışdır.Seyidəli Cəmilin bəhanələrinə inansa da bir müddət sonra yenidən onunla əlaqə saxlamışdır.xx.xx.2023-cü il tarixdə əlaqə saxladıqda Cəmil sənədləşmə işlərində çətinliklər olduğunu bu səbəbdən də əlavə 500 manat pul lazım olduğunu bildirib Seyidəliyə kart hesabı göndərmişdir.O da yenidən inanıb Türkan qəsəbəsində yerləşən Mərkəz marketdə olan ödəmə terminalı vasitəsi ilə 416974******9617 saylı kart hesabına 500 manatı göndərmişdir.Bundan sonra o Cəmil ilə dəfələrlə əlaqə saxlasa da sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib onu aldatmışdır.Cəmilin onu aldatdığını anlayıb bu barədə polisə müraciət etmişdir. Sonradan Mətləb ona dəymiş ziyanı tam ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin İŞ-nin müstəntiqi B.Bəşirli tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; xx.xx.2024-cü il tarixli qərardan görünür ki, axtarış olda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən buraxılaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. xx.xx.2017-ci il tarixli qanunla xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı Zərərçəkmiş şəxs tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 43, 321, 347, 356, 384- 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-161/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-161/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver