Məhkəmə qərarları › İş №1(003)-162/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-162/2020

20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-162/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X3 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Naxçıvan MR-nin ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayının qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan silah qismində istifadə etdiyi üzərində olan bıçaqla qəsdən X9 bir dəfə qarın nahiyyəsindən vuraraq ona qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası, Zərərçəkmiş şəxs2 bir dəfə qasıq nahiyəsindən vuraraq ona sol qasıq nahiyyəsinin daxilə (qarın boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası və Zərərçəkmiş şəxs3 bir dəfə qarın nahiyyəsindən vuraraq ona qarnın sol yan divarının-sol qalça tini proyeksiyasında daxilə (qarın boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Şahid2 onun bacanağıdır və Şahid2lə münasibətləri normal olmuşdur. O, Bakı şəhərinə gəldikdən sonra özünə iş tapa bilmədiyindən kirayə yaşadığı evin pulunu və ailəsinin dolanışığını Şahid2 təmin etmişdir. xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 22:00 radələrində Koroğlu metrostansiyasının yaxınlığında Binə qəsəbəsi istiqamətində marşrut üzrə işləyən taksi vasitəsi ilə Binə qəsəbəsinə gələn zaman Şahid2 ona mobil telefon vasitəsi ilə zəng edərək toyda olmasını və qardaşı Nailin vəziyyətinin bir balaca içkili olmasını deyib xahiş etmişdir ki, həmin yerə gəlib köməkləşib qardaşını evə aparsınlar. O, bundan sonra Binə qəsəbəsində yerləşən Araz marketin qarşısında taksidən düşüb digər taksiyə minərək Şahid2 dediyi Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayının qarşısına gəlmiş və sonra Şahid2 zəng edib gəldiyini demişdir. Həmin vaxt Şahid2 ona tərəf gəldikdə Rəşada demişdir ki, Nailidə çağırsın. Bu zaman restoranın qarşısında Naillə bir neçə nəfər tanımadığı şəxsin mübahisə etdiyini görmüş və Nailin yanına getmiş, orada Nailin qolundan tutub kənara çəkmək istəmiş və həmin vaxt Naillə söhbət edən şəxslər onu və Naili oradan çıxmağına maneə törətmiş, o, Nailin qolundan yapışdıqda orada olan şəxslər onların ətrafına toplaşmışdır. O, həmin şəxslərin çox olduğunu görüb üzərində olan Rusiya Federasiyasından gəldikdən sonra 10 manata Bakı şəhərində köşklərin birindən evdə istifadə etmək üçün aldığı açılıb qatlanan bıçağı əynində olan gödəkçənin sağ cibindən çıxardaraq üzərində olan düyməni basmış və bıçaq açıldıqdan sonra sağa sola fırlatmışdır ki, ona heç kim yaxınlaşmasın. O, həmin zaman bıçağın kiməsə dəydiyini hiss etməmişdir. Onu orada olan şəxslərdən biri vurduqda o, restoranın qarşısında olan avtomaşının üzərinə yıxılmış və oradan duraraq qaçıb uzaqlaşmaq istəmiş, lakin yolda yıxılmışdır. Həmin zaman Şahid2 ona tərəf gəldiyini görmüş və Rəşad ona yaxınlaşan şəxsi onun yanından uzaqlaşdıraraq restorana tərəf aparmışdır. O, yerdən duraraq digər istiqamətdə qaçmış və əlində olan bıçağı yarıtikili evin tikili hissəsində gizlətdikdən sonra evə getmişdir. O, həmçinin bildirmişdir ki, ona sonradan məlum olmuşdur ki, əlində olan bıçaqla X13, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olmasını, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X13 bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə əmisi oğlu Zərərçəkmiş şəxs2 oğluna kiçik toy məclisi təşkil etdiyindən o da həmin toya dəvət edilmiş və həmin günü saat 18:00 radələrində həmin toyun olduğu Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayına digər əmisi oğlu Yavərlə birlikdə getmişdir. Təxminən saat 21:30 radələrində restoranın zalının foyesində bibisi oğlu Elmarla söhbət edərkən zalda itələşmə olduğunu görmüş və o, Elmarla birlikdə zala daxil olmuş, orada əmisi oğlanları Tayfur və Muradı qohumları kənara çəkmişlər. O, orada hər iki tərəfi sakitliyə çağırmış və onlar sakitləşən zaman araya Elmar girmiş, bu zaman Zərərçəkmiş şəxs2 həyat yoldaşı Günayın qardaşı Elçin onlara tərəf yumruq atanda Elmar Elçinin boynunu qucaqlayaraq sakitləşdirmiş, bu zaman yenə ara qarışmış və bir nəfər qadının Elmarın kürək nahiyyəsindən vurduğunu görmüşdür. Bundan sonra ara sakitləşmiş və musiqiçilərə yaxınlaşaraq mahnı sifariş etmişdir ki, ortalıq sakitləşsin və hamı birlikdə rəqs etsin. Musuqiçilər mahnı ifa etmiş və o, bir neçə qohumu ilə rəqs etmişdir. Toy normal şəraitdə davam etdiyi zaman Samiqin atası X1 “Vatsapp” sosial şəbəkəsi vasitəsi ilə zəng edərək toyun gedişatını göstərməsini ondan xahiş etmişdir. O, mobil telefonla görüntülü vəziyyətdə toyu Heydərə göstəməyə başlamış və o, mobil telefonla zalı Heydərə göstərən zaman oğlu 14 yaşlı Şahları zalda rəqs edənlərin arasında görməmiş, o, mobil telefonunu Tayfura vermiş və Şahları tapmaq üçün restoranın qarşısına çıxmışdır. O, restoranın qarşısında Şahları çöldə tapa bilmədiyindən zala qayıdarkən restoranın qarşısında giriş qapısının qarşısında Samiqi Günayın qohumları ilə ucadan danışdığını görmüş, o, həmin şəxslərə yaxınlaşaraq hamısını oynamaq üçün zala dəvət etmişdir ki, bir daha toyda dava düşməsin. O, orada iki nəfər Günayın qohumlarının sərxoş vəziyyətdə olduğundan onları evlərinə göndərməyi Günayın qardaşı Rəhmana və dayısı Elşənə bildirmişdir. Həmin şəxslər ona heç bir əhəmiyət verməyərək mübahisəni davam etdirmişlər. Bu zaman tanımadığı üzü tüklü balaca boylu, arıq bədən quruluşlu saçları gözlərinin üzərinə tökülmüş bir nəfər şəxsin aşağıda Rəşadla dayanıb söhbət etdiyini görmüşdür. Həmin zaman tanımadığı adını sonradan bildiyi Ceyhun adlı şəxs onlara yaxınlaşıb mübahisəyə müdaxilə etmək istədikdə o, Ceyhunu kənara çəkmiş və həmin zaman onların yanında Müşfiq olmuş, o, Ceyhuna onların söhbətinə qarışmamağı demişdir. Bu zaman həmin şəxs bildirmişdir ki, burada onun qardaşını vurublar. O, isə qarşımamağı və qardaşını vursalar da böyüklərin orada söhbət etdiyini demişdir. Bu zaman Nail onların yanına gəlmiş və ona bildirmişdir ki, bu adam onun qardaşıdır. Oda Nailə irad tutaraq bildirmişdir ki, davanı davam etdirmək fikriniz var? Bu sözdən sonra orada olan Günayın qohumları Nail, Rəşad, Elşən, Müşfiq, Elnur, qardaşı Rəhman və adlarını bilmədiyi qohumları onları ətrafına yığışmış, onlar söhbət edərkən həmin şəxs onun qarın nahiyyəsindən vurmuşdur. Bu zaman içəridən əmisi oğlu Yavər gəlmiş və Ceyhunla birlikdə olan Naili kənara itələmişdir. Ceyhun orada dayanacaqda dayanmış avtomaşının üzərinə düşmüşdür. O, həmin şəxsin əlində bıçaq görmüş və həmin anda qarın nahiyyəsindən qan gəldiyini görmüşdür. Həmin şəxs avtomaşının üzərindən yerə yıxılmış və durub qaçmaq istəyən zaman o, Yavərə həmin şəxsin, yəni Ceyhunun onu bıçaqla vurmasını demişdir. Yavər həmin şəxsin arxası ilə qaçmaq istəyərkən Yavərində qarın nahiyyəsindən qan gəldiyini görmüşdür. Həmin vaxt restorandan çıxan əmisi oğlu Tahir həmin şəxsin arxası ilə qaçmış, onu Günayın qardaşı Rəhmanı qucaqlayaraq restorana tərəf gətirmiş və o, orada Samiqin də xəsarət alaraq bədənindən qan axdığını görmüşdür. Bundan sonra onlara köməklik edilərək avtomaşına əyləşdirmişlər və xəstəxanaya aparmışlar. O, həmçinin bildirmişdir ki, Şahid1 hansı vəziyyətdə xəsarət almasından onun məlumatı olmamış və Şahid1 heç bir xəsarət yetirməmişdir. Belə ki, ona bıçaq dəydikdən sonra və əvvəl orada o, Samiq və Yavərdən əlavə onlar tərəfdən heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 2010-cu ilin noyabr ayında X8 ilə rəsmi olaraq ailə həyatı qurmuş və həmin nikahdan onların Heydər adında 5 yaşlı oğlan övladı və Nuray adında 7 yaşında qız övladı vardır. Onun Günayın ailəsi və qohumları ilə normal münasibətləri olmuşdur. O, oğluna kiçik toy ziyafəti təşkil etməkdən ötrü Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayı ilə danışmış və xx xxxxxx 2019-cu il tarixdə oğlunun həmin şadlıq sarayında kiçik toy ziyafəti olmalı idi. Buna görə də, onun bütün qohumları və Günayın bütün Bakı şəhərində yaşayan qohumlarını həmin toya dəvət etmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 18:00 radələrində toy ziyafəti başlamış və dəvətli şəxslər toya gəlməyə başlamışlar. Təxminən saat 21:30 radələrində onun qohumları, qardaşı Murad, Tayfur, əmisi İntiqam, xalasının yoldaşı Seymur, o, əmisi oğlu Yavər və kirvəsi Tağı musiqiçilər tərəfdə, Günayın qohumları isə bəy masası tərəfdə rəqs edirdilər. Bu zaman Günayın qohumlarından Müşfiq musiqini kəsmiş və digər mahnı sifariş vermiş, yenə onlar hamısı rəqs etməyə başlamışlar. Bundan təxminən 2-3 dəqiqə onlar rəqs etdikdən sonra musiqi dəyişilmiş, bu zaman onlar yenə də rəqs etmək istəmişlər. Lakin müğənni Tayfura yaxınlaşmış və həmin zaman orada Muradda onlara yaxın olmuşdur. Günayın qohumu Müşfiq onlara yaxınlaşdıqdan sonra söhbət edən zaman Günayın digər qohumu Müşfiqin qardaşı Nail və qaynı Elçin onlara tərəf gəlmişdir. Onlar mahnı üstundə mübahisə etməyə başlayan zaman Nail ağzından söyüş çıxartmış, Tayfur isə onu əli ilə sifət nahiyyəsindən itələmiş, həmin zaman onlar həmin şəxsləri tutaraq sakitləşdirmək istədikdə Nailin balaca qardaşı Rəşad hücumla həmin yerə yaxınlaşmış və əli ilə Tayfuru vurmaq istəyən zaman xalasının əri Seymur Tayfurun əlindən tutmuş, lakin Rəşad təpiklə Tayfurun qarın nahiyyəsindən vurmuşdur. Orada olan əmisi İntiqam və qohumu Ruhən Rəşadı sakitləşdirmək məqsədi ilə kənara çəkmişlər. Həmin zaman Rəşad söyüş söydüyünə görə əmisi İntiqam onun ağzını yummaq üçün əli ilə ağzını tutmaq istəmişdir. Ruhən isə onu kənara çəkmişdir ki, heç kimə xəsarət yetirməsin. Bu zaman Nail hamının əlindən çıxmağa çalışırmış, sonra Nail öz qohumlarının əyləşdikləri masaya və oynadıqları yerə tərəf aparmışlar. Qaynı Elçini isə bibisi oğlu Elmar sakitləşdirərək əyləşdiyi masaya tərəf aparan zaman orada qaynanası Məhsəti Elmarı arxadan əli ilə vurmağa başlamışdır. Elmar həmin yerdən çəkilərək onlar tərəfə gəlmiş, bu zaman müğənnidən mikrofonu alaraq hamını sakitliyə dəvət etmişdir. Əmisi oğlu Elçin mahnı sifariş vermiş və qardaşları Muradla Tayfurda onlara qoşularaq rəqs etməyə başlamışlar. Bundan sonra ara sakitləşmiş, o, çölə çıxanda çöldə Nail, Rəşad, qaynı Rəhman, onların dayısı Elşən, adını bilmədiyi Günayın qohumunu, kirvəsi Tağının olduğunu görmüşdür. Rəhman ona bildirmişdir ki, bu hərəkətlərə görə onlardan o, üzr istəməlidir, o, isə Rəhmana demişdir ki, həmin şəxslərin heç birinin toyunda bu formada iştirak etməmiş və nəyə görə də, üzr istəməlidir. Bundan sonra onun əmisi oğlu Elçin, Yavər onlara yaxınlaşmış və hamını sakitliyə dəvət etmişlər ki, toyda bir daha dava olmasın. Həmin vaxt Rəhman yenə də ona üzr istəməyini demiş, Elçin onu sakitləşdirmək məqsədi ilə söhbət etmişdir. Bu zaman restoranın qarşısına taksi gəlmiş və taksidən bir nəfər düşərək sonradan adını bildiyi Ceyhun onlar tərəf gələrək söhbətə müdaxilə etməyə başlamışdır. Əmisi oğlu Elçin onu kənara çəkmiş, bu zaman Nail onlara yaxınlaşmış və Nailin arxası ilə Müşfiq, Günayın bibisi oğlu Elnur, Rəhman, Elşən, Rəşad və o, həmin şəxslərə yaxınlaşmışdır. Bu zaman Günayın qohumları Elçini sıxışdırmağa başlamış, həmin vaxt çölə çıxan Yavər Günayın qohumlarının Elçinin üzərinə töküldüyünü görərək tələsik ora yaxınlaşmış və Elçini onların yanından çıxarmaq istəmişdir. Bu zaman həmin orada olan sonradan adını bildiyi Ceyhun adlı şəxs Yavərin üzərinə gedərək Yavəri vurmağa başlamış, Yavər və Elçin özlərini müdafiə etməyə başlayanda o, araya girmişdir. Bu zaman o, qasıx nahiyyəsindən qan axdığını hiss etmişdir. O, kənara çəkilmiş və əli ilə həmin hissəni tutmuşdur. Onu orada olan kirvəsi Tağı və qaynanası Məshəti taksi vasitəsi ilə həkimə aparmaq istəyəndə Elçin onların maşınına əyləşmişdir. Taksidə məlum olmuşdur ki, Elçin də bıçaqla Ceyhun tərəfindən bıçaqlanmışdır. Onlar birlikdə xəstəxanaya gəldikdə məlum olmuşdur ki, əmisi oğlu Yavəri də həmin zaman Ceyhun bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 xx.xx.2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq dövründə vermiş olduğu ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı ödədiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx xxxxxx 2019-cu il tarixdə qohumu Zərərçəkmiş şəxs2 oğlunun Xəzər rayonu, Bİnə qəsəbəsində yerləşən Bənövşə şadlıq sarayında keçirilən kiçik toyuna qardaşları Nail və Müşfiqlə ailəliklə birlikdə həmin toya dəvətli olmuşlar. Həmin günü saat 18:00 radələrində həmin toya gəlmişlər və o, ailəsi ilə birlikdə qardaşı Naillə Müşfiqin qızı, eləcədə digər qohumu Elşən ilə bir masada əyləşmişlər. Toyun gedişatında təxminən saat 21:30 radələrində onlar mahnı sifariş edərək oynayan zaman mahnı kəsilmiş və bu zaman qardaşı Nail musiqiçilər olan tərəfə getmişdir. Bu zaman isə həmin yerdə Samiqin qardaşı Tayfur ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Tayfur əli ilə Nailin onları sakitləşdirmək istəyən şəxsləri əli ilə kənara itələyərək Tayfura tərəf sifət nahiyyəsindən kənara itələmişdir. Bu zaman o, oynadığı yerdən onlara yaxınlaşmış və təpik atmış, bu zaman onu oradan kənara çəkmişlər, o, aralanıb getmək istəyərkən tanımadığı bir nəfər şəxs onun ağzının üzərindən yumruqla vurmuş, bundan sonra ara qarışmış və toyda olan şəxslər onları ayırmağa çalışmışlar. Restoranın zalında həmin mübahisə təxminən 25-30 dəqiqə davam etmiş, daha sonra zalda Samiqin həyat yoldaşı Günayın qardaşı Elçin ilə Samiqin qardaşları arasında mübahisə düşmüşdür. Bu zaman o, bacanağı Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə zəng edərək “Bənövşə” restoranına qardaşı Naili aparmaq üçün çağırmışdır. Bundan sonra ara sakitləşmiş və Nail qohumu Rəhman, o və Elşən Samiqin qohumları ilə söhbət edən zaman Ceyhun taksi ilə gəlmiş, ona zəng edərək restoranın qabağında olduğunu demişdir. O, Ceyhunu qarşılamaq üçün gəldiyi taksi tərəfə gedərək Ceyhunu qarşılamışdır ki, birlikdə Naili götürüb apasınlar. Onlar Nailə çatan zaman mübahisə daha da qızışmış, Ceyhun Nailin qolundan tutaraq özünə tərəf çəkərək oradan uzaqlaşdırmaq istəyən zaman tanımadığı şəxslərdən biri Ceyhunu vurmuş, bundan sonra isə yenə ara qarışmışdır. O, yenə Ceyhunla Nailin yanına qayıtmış və bu zaman Ceyhunu kənara çəkmək istəmiş, lakin Ceyhunu kimsə itələyərək orada olan avtomaşının üzərinə tullamışdır. Ceyhun avtomaşının üzərindən düşərək yenidən dava olan yerə qayıtmış və o, yenidən Ceyhunu orada aralaşdırdıqdan sonra Ceyhun qaçmışdır. O, Ceyhunun arxası ilə gedən zaman bir nəfər qara köynəkli şəxsin Ceyhuna yaxınlaşdığını görmüş və o, özünü ora çatdırmış, həmin qara köynəkli tanımadığı şəxsi Ceyhunun yanından çəkərək restorana tərəf aparmışdır. O, həmin zaman orada Nailin tanımadığı şəxslər tərəfindən yerdə döyüldüyünü gördükdə onlara yaxınlaşmış və Naili oradan götürmək istəyərkən onuda həmin şəxslər vurmağa başlamışlar. O, əynində olan pencəyini orada çıxardaraq qaçmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, X8 onun qohumudur və onun həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə münasibətləri normal olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs2 oğlu Heydərin Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayında keçirilən kiçik toy məclisinə ailəsi ilə birlikdə saat 19:30 radələrində getmişdir. O, həmin toyda sonuncu masanın yanında olan masada bacısı Ağalarova Yeganə, Ağalarov Elşən, Ağalarov Emin, Ağalarova Aygül, Ağalarova Aynur, qardaşı Rəşad və Rəşadın həyat yoldaşı Nazilə ilə birlikdə əyləşmişlər. O, toyun gedişi zamanı bir qədər spirtli içki qəbul etmiş, təxminən saat 21:30 radələrində onlar zalda qohumları ilə rəqs edən zaman mahnı kəsilmiş, həmin musiqiçilər olan tərəfə yaxınlaşanda Samiqin qardaşı Tayfur ilə rastlaşmış və həmin vaxt onun digər qardaşı Müşfiqlə Tayfurun mübahisə etdiyini görmüşdür. O, həmin yerə yaxınlaşıb Tayfura Müşfiqin onun qardaşı olmasını bildirmişdir. Tayfur həmin zaman onun sinəsindən vurmuşdur. O, geri çəkilmiş və həmin zaman orada olan digər qohumları onları sakitləşdirmək istəyən zaman qardaşı Rəşad onlara yaxınlaşmış və təpiklə Tayfuru vurmuşdur. Rəşadı oradan uzaqlaşdıran zaman bir nəfər tanımadığı şəxs Rəşadın ağzının üzərindən yumruqla vurmuş və onlar öz oturduqları masaya tərəf çəkilib orada Rəşadı vuran şəxsin kim olmasını soruşmuş, lakin ona həmin adamın adını demədiyindən onu saxlayan xalası oğlu olan Günayın qardaşı Elçinin əlindən çıxmaq üçün dartınmışdır. O, Elçinin əlindən çıxdıqdan sonra qardaşı Rəşaddan yenə də kimin onu vurduğunu soruşmuş və ara sakitləşdikdən sonra çölə çıxmışlar, orada X6, qardaşı Rəşad, Rəhmanın qardaşı Elçin, Samiq, Samiqin əmisi oğlu Yavər, digər əmisi oğlu Elçin öz aralarında söhbət edən zaman Rəşadın bacanağı Ceyhun gəlmiş və Ceyhunu Samiqin əmisi oğlu Elçin kənara çəkmişdir. O, bu zaman həmin şəxslərə yaxınlaşmış, həmin vaxt ara qarışmış və orada olan şəxslər arasında dava başlamış, Ceyhunu isə avtomaşının üzərinə tullamışlar, sonra Ceyhun və o, oradan durub qaçıb getmişdir. O, evinə gəldikdən sonra özündən getmiş və gözünü açdıqda xəstəxanada olduğunu bilmişdir. Onu restoranın çölündə olan zaman Ceyhun qaçdıqdan sonra Samiqin əmisi oğlu Elçin başından vurmuşdur. Elçindən sonra onu bir neçə nəfər vurmuşdur. Bundan əlavə onu birinci dəfə Tayfur sinəsindən yumruqla vurmuşdur. Aparılmış təhqiqat zamanı şahid qismində izahatı alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun izahatı məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi izahatında qeyd edilmişdir ki, X8 onun bacısıdır və Günay Əliyevanın həyat yoldaşı Zərərçəkmiş şəxs2 və onun qohumları ilə münasibətləri normal olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə Günayın oğlu Heydərin Binə qəsəbəsində yerləşən “Bənövşə” şadlıq sarayında keçirilən kiçik toy ziyafətinə ailəsi ilə birlikdə saat təxminən 19 radələrində getmişdir. Təxminən saat 21:30 radələrində o, restoranın qarşısında olan zaman mahnı kəsilmiş, o, zala daxil olmuş və orada ortalıq qarışıq olanda qardaşı Elçini sərxoş olduğundan kənara çəkərək zaldan çölə çıxartmış və Elçinin öz avtomaşını ilə Elçini evlərinə aparıb düşürtmüş, geri qayıtdıqda davanın sakitləşdiyini görmüşdür. Bundan sonra o, orada olan zaman Samiqin qardaşı Tayfur bildirmişdir ki, Nail və Rəşaddan üzr istəmək istəyir və o, bu zaman Samiqi çağırıb bu barədə dedikdə Samiqlə onun arasında mübahisə yaranmış və həmin vaxt orada olan Nail, Rəşad, dayısı Elşən, Müşfiq, digər tanımadığı şəxs onların ətrafına yığışmışdır. Bu zaman Samiqlə söhbət edərkən bir nəfər Samiqin qohumu araya girərək onları sakitləşdirmək istəmiş və dava salmamağı məsləhət görmüşdür. Həmin vaxt əvvəllər uşaq vaxtı rayondan tanıdığı Ceyhun onlara yaxınlaşmış və onların söhbətinə müdaxilə etmiş, Samiqin həmin qohumu isə onu kənara çəkmişdir ki, Ceyhun müdaxilə edib aranı qızışdırmasın. Bu zaman Nail və Müşfiq onlara yaxınlaşmış və onlar kənarda söhbət edən zaman Ceyhun əlində olan bıçaqla Elçini vurmuş və orada yenidən ara qarışmışdır. O, həmin zaman ortada mübahisəni sakiləşdirmək üçün olduğundan Ceyhunun əlində olan bıçaq təsadüf nəticəsində ona dəyməsini his etmiş, oradan aralanaraq yaxınlıqda saxladığı avtomaşına tərəf getmiş və avtomaşını kənara çəkib geri qayıdan zaman sol qolunun alt hissəsindən ağrı hiss etmiş, əlini həmin yerə vurduqda qan axdığını görmüşdür. O, həyat yoldaşını da götürüb toydan çıxaraq avtomaşını Binə qəsəbəsinin mərkəzində saxlamış və bibisi oğlu Elnura zəng edərək onu xəstəxanaya aparmasını demişdir. Elnur gəldikdən sonra 3 saylı şəhər xəstəxanasına getmiş, orada qəbul şöbəsinə daxil olsada orada tibbi yardım almadan anası Məshətinin işlədiyi Respublika Kliniki Xəstəxanasına getmiş, orada qeydiyyat şöbəsində bibisi oğlu X10 öz ad soyadını bildirərək qeydiyyata onu saldırmışdır. O, xəstəxanada həkim nə hadisə baş verdiyini soruşduqda həkimə məhəllədə yıxıldığını bildirmişdir. Bundan sonra ona ilk tibbi yardım göstərdikdən sonra evə buraxılmışdır. O, həmçinin bildirmişdir ki, ona hadisə zamanı Ceyhunun əlində olan bıçaq təsadüf nəticəsində dəymiş və həmin vaxt xəsarət almış, Ceyhun onu qəsdən vurmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 1338 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarət-qarnın ön divarının daxilə (qarın boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 1344 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarət-sol qasıq nahiyyəsinin daxilə (qarın boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin xx.xx.2019-cu il tarixli 1354 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində aşkar edilmiş xəsarət-qarnın sol yan divarının-sol qalça tini proyeksiyasında daxilə (qarın boşluğuna) nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun 3 saylı X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Pixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməpsixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 288 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2019-cu il tarixli 30269 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq-kustar üsulla hazırlanmış, bir tərəfli kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişiklik edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Ordubad şəhərində doğulmuş Təqsirləndirilən şəxs X15 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən, RF CM-nin 158-ci maddəsinin 3-cü hissəsinin A və V bəndləri ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 17/610298 saylı məktubdan görünür ki, penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda Ceyhun Kazım oğlu X2 məhkum olunması və Azərbaycan Respublikasında hökmünün tanınıb-tanınmaması barədə məlumat qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını və törətmiş olduğu əməli səmimi etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur, məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən “Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət bir günə bir gün hesabı ilə hesablanmaqla onlara təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 01 ədəd bıçaq məhv edilməlidir. İş üzrə 40 (qırx) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 1 ədəd kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 40 (qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Dövlət Xəzinadarlığı Agentliyi, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saata görə 210 (iki yüz on) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar