Məhkəmə qərarları › İş №1(003)-162/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-162/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-162/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs Vidadi qızının, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs X3 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurma cinayəti törətmişdir. Belə ki, X5 xx xxxxxxx 2020-ci il tarixdə saat 11 radələrində yaşadığı ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlləri ilə onun saçından tutaraq yerə yıxmaqla Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan ənsə nahiyəsinin hematoması, sol göz almasının ağlı qışasının qansızması ilə nəticələnən Yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən X5 ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, Məlahəti iki ildən artıqdır ki, tanıyır. Məlahətin anası onun oğlunun müəlliməsi olmuşdur. Bundan başqa, Məlahət əvvəllər onunla alış-veriş etmişdir. Son zamanlar Məlahət onun yaşadığı ünvana gəlib-gedəndən sonra evindən əşyalar itirmiş, o isə Məlahətə sübut edə bilmirmiş ki, əşyalarını o götürür, bu səbəbdən də Məlahətdən onun evinə gəlməməsini xahiş etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saat 11:30 radələrində o, tanışı Gülşənlə telefonda vatsap vastəsilə əlaqə saxlayıb danışan zaman Gülşən bildirmişdir ki, onun evindən nəvəsinə məxsus olan sırğa itmişdir. Məlahət hardansa bunu eşitmişdir. O, Gülşənlə danışan zaman bildirmişdir ki, Məlahəti evinə buraxmasın, çünki, onun əli əyridir. Bundan bir qədər sonra Məlahət onun yaşadığı evə gəlmiş və anası Gülnara ilə mübahisə etməyə başlamışıdr. O, anasıgilin yanına düşərək Məlahətlə salamlaşmış və ondan “sən idin mənim qapımı döyən?” – deyə, soruşmuşdur. Bu zaman Məlahət ona əl atıb üzünü cırmış, bundan sonra o da onunla tutaşıb dalaşmağa başlamışlar. Həmin vaxt o, Məlahətin saçından tutmuş və onlar süpürləşib yerə yıxılmışlar, bunu görən anası Gülnara araya girib onları ayırmış və “102” xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Mübahisə təqribən 10-15 dəqiqə davam etmişdir. Onlar ayrılmış, həyətə gələn polislər onu Polis bölməsinə aparmışlar. Hazırkı açıq məhkəmə iclasında isə bildirir ki, bu işdə özünü qətiyyən təqsirli bilmir, ona görə də Məlahətdən üzr istəmək və ya onunla barışmaq fikri yoxdur. Bunun nəzərə alınaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Vidadi qızı göstərdi ki, Fərqanəni 3-4 ildir ki, tanıyır, onunla əvvəllər dostluq münasibətləri olmuşdur. Belə ki, o, pərakəndə qaydada ev əşyalarının alış-verişi ilə məşğul olurmuş. Fərqanə ilə də tanışlığı həmin alış-veriş zamanı olmuşdur. Son zamanlar Fərqanənin normal biri olmadığını hiss etdiyi üçün onunla münasibətləri kəsməyə çalışırmış. Elə bundan sonra da Fərqanə onun ardınca nalayiq ifadələr işlətməyə başlamışdır. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə yenə də səhər radələrində o, ümumi tanışı Gülşənin yaşadığı ünvanda olduğu zaman Fərqanə onun mobil nömrəsi ilə telefon əlaqəsi saxlamış, həmin vaxt Gülşən Fərqanəyə bildirmişdir ki, o da Gülşənlədir, bunu eşidən Fərqanə heç bir səbəb olmadan onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Fərqanənin səsini eşitdiyi üçün əsəbiləşmiş və oradan çıxıb Fərqanənin yaşadığı ünvana getmişdir. Saat 11:30-da onlara çataraq qapılarını döymək istəyəndə Fərqanə ilə bir evdə yaşayan anası Gülnarə onu görüb yanına çağırmışdır. O, Gülnarəyə yaxınlaşan zaman Fərqanə də onun arxasınca gəlmişdir. Fərqanə ilə salamlaşmış və ondan nəyə görə onun ünvanına nalayiq sözlər işlətdiyini soruşmuşdur. Fərqanə isə heç bir səbəb olmadan onun üzərinə cumaraq saçından tutmuş və onu yerə yıxmışdır. Bundan sonra Fərqanə onun üzünə, başına, anası isə ayaqlarına zərbələr vurmağa başlamışdır. Həmin vaxt o, onlara polisə müraciət edəcəyini bildirmiş və onlar bunu eşitdikdən sonra ondan əl çəkmişlər. Mübahisə təqribən 10-15 dəqiqə davam etmişdir. Bundan sonra o, Fərqanənin yaşadığı evdən çıxıb 2-ci PŞ-nə getmişdir. Fərqanə ilə barışmamışdır, ondan şikayətçidir. Bunların nəzərə alınaraq Fərqanəyə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 göstərdi ki, Fərqanə Qurbanova onun qızıdır. Zərərçəkmiş şəxs onlar ilə yaxın qonşuluqda yaşayır, Məlahətin anasını da tanıyır. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında Məlahət onların yaşadığı evə gəlib onunla mübahisə etməyə başlamışdır. Bu zaman Fərqanə də yuxarıdan düşüb nə baş verməsini soruşmuş, Məlahət isə Fərqanəyə əl-qol atıb tutaşaraq dalaşmağa başlamışdır. O, araya girib onları sakitləşdirib aralamışdır. Bundan sonra polis əməkdaşları gəlib X9 aparmışlar. İş materiallarında olan X5 ilə Zərərçəkmiş şəxs Vidadi qızı arasında xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, tərəflər ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzünə qarşı söyləmişlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq məhkəmə-tibbi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 1130 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vidadi qızının bədəni üzərində ənsə nahiyəsinin hematoması, sol göz almasının ağlı qişasının qansızması, sol alt göz qapağının, sol süd vəzisinin, sol budun, sağ dizin qançırları, sol üst göz qapağının, sol qulaq seyvanının, boynun sıyrıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun məhkəmə-tibb müayinəsindən bir neçə saat əvvəl törənmişlər, qərarda göstərilən xx xxxxxxx 2020-ci il tarixdə törənmələri istisna olunmur. Dərəcələrinə görə qeyd olunan xəsarətlərdən ənsə nahiyəsinin hematoması, sol göz almasının ağlı qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya; sol alt göz qapağının, sol süd vəzisinin, sol budun, sağ dizin qançırları, sol üst göz qapağının, sol qulaq seyvanının, boynun sıyrıqları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli Tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdır. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X3 qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurması cinayətini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə X3 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onun ifadəsi zərərçəkmiş şəxsin və şahidin ifadələri və cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, X3 bu cür ifadə verməsi özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq X3 əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə X3 ilk dəfə böyük ictimai təhlükə törətməyən əməli törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X3 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, həmçinin onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, X4 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. X3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X3 CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X3 dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs X3 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 20 iş saatına görə (ibtidai istintaqda 10 saat və məhkəmə baxışı zamanı 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X5 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarda cərimə cəzası təyin edilsin. X3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs X3 hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar