Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-162/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakı ilə, 14 avqust 1996-cı ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Ağdam rayonu, Seyidli ərazi dairəsi, Seyidli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 2 saylı yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 2 nömrəli ailəvi yataqxananın qarşısında qonşuları Zərərçəkmiş şəxs1 və X2 tərəfindən atası X3 döyüldüyünü eşidib həmin vaxt hadisə yerinə gələrək orada bu zəmində qonşuları Nazim və Qəzənfər Paşayevlərlə mübahisə etmiş, Zərərçəkmiş şəxs1 idarə etdiyi «Opel Astra» markalı, ** DC *** dövlət nömrə nişanlı avtomobilə əyləşib hadisə yerini tərk etmək istəyərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 maşından zorla dartıb yerə düşürərkən onun əlini qapının arasında qoymaqla qəsdən əzib sonuncuya ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İİİ barmağının yumşaq toxumalarının əzilməsi, oynaq kapsulasının və bağ aparatının posttravmatik iltihabı (sinoviti) ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 hadisə yerində olan arvadı Zərərçəkmiş şəxs2 da daşla qəsdən vuraraq ona ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin və sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi, oynaq kapsulasının və bağ aparatının posttravmatik iltihabı (sinoviti) ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 2 nömrəli ailəvi yataqxananın qarşısında qonşuları Zərərçəkmiş şəxs1 və X2 tərəfindən atası X3 döyüldüyünü eşidib həmin vaxt hadisə yerinə gələrək orada bu zəmində qonşuları Nazim və Qəzənfər Paşayevlərlə mübahisə etmiş, Zərərçəkmiş şəxs1 idarə etdiyi «Opel Astra» markalı, ** DC *** dövlət nömrə nişanlı avtomobilə əyləşib hadisə yerini tərk etmək istəyərkən o, Nazimin əlini maşının qapısının arasında qoyaraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslər ilə barışdığını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Xəzər rayonu, 112 saylı MKTB-də fəhlə işləyir. Faiq Həsənovu təxminən 15 ildən çoxdur ki, tanıyır. Əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində o, qonşusu Kazımla birlikdə onun idarə etdiyi Opel Astra markalı, ** DC *** dövlət nömrə nişanlı avtomaşınla yaşdığı Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2 nömrəli yataqxananın qarşısına gəlmişdir. O, idarə etdiyi avtomobili Faiq Həsənovun idarə etdiyi QAZ1031 markalı avtomaşının arxa hissəsində dayandırmış, Faiqin avtomobili ilə onun avtomobilinin arasında təxminən 5 metr məsafə qalmışdır. Faiq Həsənov avtomobilini elə saxlamışdı ki, onun avtomobili ilə Faiqin avtomobilinin arxasına avtomobil saxlamaq olmamışdır. O, Kazıma demişdir ki, Faiqdən çıxıb çıxmayacağını soruşsun. Kazım avtomobildən düşərək Faiqin avtomobilinə yaxınlaşmış və çıxıb-çıxmayacağını soruşmuşdur. Həmin vaxt Faiq avtomobilində oturmuş və yanında Müşfiq adlı şəxs olmuşdur. Kazım qaydıb yanına gəlmiş və ona demişdir ki, çıxacaq. Bu zaman Roman adlı qonşusu ondan xahiş etmişdir ki, avtomobili irəli sürsün ki, o öz avtomobilini çıxara bilsin, bundan sonra o, öz avtomobilini Romanın yerində saxlasın. O, avtomobili irəli sürmüş və bu zaman Faiqin avtomobilində olan Müşfiq avtomobildən düşərək getmişdir. O, avtomobili bir neçə metr irəli sürdükdən sonra avtomobildən yerə düşmüş və həmin vaxt orada olan Fəqan ilə söhbət etdməyə başlamışdır. Bu vaxt Faiq avtomobilini arxaya sürüərək onun avtomobilinin qabaq hissəsini vurmuşdur. Bundan sonra Faiq yerə düşərək onu və ailəsini təhqir edərək söyməyə başlamış və iki dəfə ona yumruq zərbəsi atmışdır. Faiqin yumruq zərbəsi onun baş nahiyyəsnə dəymişdir. O, Faiqin içkili olduğunu görüb ondan nə üçün onu vurduğunu soruşmuş, lakin Faiq onu söyməyə davam etmişdir. Bundan sonra yaranmış səs-küyə görə həmin yerə Faiqin qızı və qızının nişanlısı gəlmişlər və onlar ondan xahiş etmişlər ki, Faiq içkili olduğu üçün onunla mübahisə etməsin. Bundan sonra o, avtomobilimi kənara çəkmişdir. Həmin vaxt Faiq onu və digər şəxləri nalayiq ifadələrlə söyərək söyüb təhqir etmişdir. Bu zaman həmin yerə qardaşı Qəzənfər gəlmiş, Faiq Qəzənfəri də, söyüb təhqir etməyə başlamışdır. Daha sonra Faiq Qəzənfəri vurmaq üçün üzərinə getmiş, Qəzənfər Faiqi əli ilə itələmiş, bu zaman Faiq yerə yıxılmışdır. Həmin vaxt Faiqdən tutub onu ayırmaq istəyən anası Şamama da yerə yıxılmışdır. Qəzənfər sonra evinə getmişdir ki, münaqişə uzanmasın. Lakin Faiq yerdən durub Qəzənfərin arxasınca gedərək onarın həyətinə girmişdir. Anası Faiqdən sakitləşməsini tələb etmiş, həmin yerə gələn Faqin qızı və orada olan digər şəxslər Faiqdən sakitləşməsini və evə getməsini tələb etmişlər. Lakin Faiq heç kəsin sözünə məhəl qoymayaraq hərəkətlərinə davam etmişdir. Bu zaman həmin yerə Faiqin oğlu Nicat gəlmiş, Nicat söyüş söyərək Qəzənfərin arxasınca evə getmişdir ki, onu vursun. Bu zaman Qəzənfər evə girmişdir. Faiqin qızı və qızın nişanlısı ondan xahiş etmişlər ki, o, aradan çıxsın ki, ara sakitləşsin. Buna görə də o, həyətdən küçəyə çıxmış və avtomobilinə oturub oradan getmək istəyən zaman arvadı Sevda və azyaşlı qızı Jalə gəlmişlər. Arvadı və qızı ondan nə olduğunu soruşmuşlar. Bu an Faiq üzərinə gələrək onun hara qaçdığını soruşmuşdur. Faiq yüksək səslə oğlu Nicatı səsləyib çağırmışdır. Bundan sonra Nicat həmin yerə gəlmiş, Nicat təpiklə onun avtomobilini vurmağa başlamışdır. Nicat yerdən daş götürüb avtomobilini vurmaq istəyəndə arvadı Sevda özünü Nicatın qabağına vermiş, bu zaman Nicatın atdığı daş onun əlinə dəyərək xəsarət yetirmişdir. O bir təhər avtomaşına minərək oradan uzaqlaşmışdır. Bu zaman həmin yerə polis əməkdaşları gəlmiş, polis əməkdaşları Nicatın avtomobilini yumruqla vurmaqlarını görmüşlər. Daha sonra onlar polis əməkdaşları ilə birlikdə PŞ-nə getmişlər. Əlavə suallara cavab olaraq göstərmişdir ki, hadisə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Xəzər raayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 2 nömrəli ailəvi yataqxananın qarşısında baş vermişdir. Hadisə zamanı Faiq Həsənov iki dəfə yumruqla qəsdən onun baş nahiyyəsindən vurmuşdur. Bundan sonra Faiqin oğlu Nicat hadisə yerində ona və ailə üzvlərinə qarşı nalayiq ifadələr işlədib söyüərək təpiklə avtomobilinin sol qanaq hissəsindən (krılo) vuraraq həmin hissəni əzmişdir. Həmçinin Faiq avtomobili arxaya sürən zaman avtomobilimin qabaq hisəsisini əzmişdir. Eləcə də, Nicat avtomobilni daşla vurub əzmək istəyən zaman arvadı Sevda əlini onun qarşısına vermiş, bu zaman Nicat daşla vuraraq Sevdanın əlinə xəsarət yetirmişdir. Bundan başqa o, avtomobilə minib oradan uzaqlaşan zaman Nicat əli əli maşının qapısını açıb onu güclə maşından çıxarmaq istəyən zaman o barmağımı əzmişdir. Bildirmişdir ki, avtomobilinə dəymiş maddi ziyanla bağlı akt təqdim etmişdir. Bildirmişdir ki, hadisə zamanı Faiq Həsənov qardaşı Qəızənfərin ünvanına nalayiq ifadələr işlədib söyüş söyərək üzərinə gələn zaman Qəzənfər əli ilə Faiqi itələmişdir. Bu zaman Faiq yerə yıxılmış və ekspertiza rəyində göstərilən xəsarətləri almışdır. X4 itələməsindən başqa vuran və ya xəsarət yetirən olmamışdır. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. Hadisə zamanı yaranmış dava dalaşa görə həmin yerə çox sayda kənar şəxslər toplaşmışdır. Həmçinin yataqxanada yaşayan qonşular yaranmış səs-küyə görə eyvana çıxaraq davanı müşahidə etmişlər. Qəzənfər Faiqi hər hansı bir əşya ilə vurmamış, nə də ki, o Faiqi yumruqla vurmamışdır. Faiq yalan deyir, hadisə zamanı bir dəfə Qəzənfər Faiqi əli ilə itələmiş və Faiq yerə yıxılmışdır. Hadisənin şahidləri o, Qəzənfər, anası Şamama, arvadı Sevda, Faiqin oğlu Nicat, qızı və qızının nişanlısı, qonşular Roman və Fəqan olmuşlar. Orada başqa şəxslər də olmuşlar, lakin onların kimliyini xatırlamır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qonşu Faiq Həsənovu tanıyır, onlarla aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. 20 iyun 2022-ci il tarixdə yaşadıqları evin yataqxananın həyətində qonşu Faiqlə həyat yoldaşı Nazimin arasında maşını həyətdə saxlamaqla bağlı anlaşılmazlığa görə mübahisə yaranmışdır. Həmin vaxt o əvvəlcədən hadisə yerində olmamış və o, hadisə yerinə gələnə qədər orada baş verənləri sonradan ona həyat yoldaşı Nazim danışmışdır. Hadisə ilə bağlı yoldaşı Nazim ona danışmışdır ki, həmin gün içkili vəziyyətdə olan Faiq öz maşınından düşərək yoldaşı Nazimi və ümumiyyətlə onların ailəsini nalayiq sözlərlə söyərək təhqir etmiş və iki dəfə Nazimə yumruq zərbəsi ataraq başından vurmuşdur. X6 nəyə görə onu söyməsinin səbəbini soruşmuş, lakin Faiq öz söyüşlərinə davam etmişdir. Bundan sonra yaranmış səs-küyə Faiqin qızı və qızının nişanlısı gələrək yoldaşından xahiş etmişlər ki, Faiq içkili olduğuna görə onunla mübahisə etməsin. Bundan sonra yoldaşı Nazim öz maşınını kənara çəkmiş və Faiq isə həmin vaxt yoldaşını və onların nəslini nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bu vaxt hadisə yerinə qaynı Qəzənfər də gəlmiş, Faiq Qəzənfəri də söyüb təhqir etməyə başlamış, daha sonra Faiq Qəzənfəri vurmaq üçün onun üstünə getmiş, Qəzənfər əli ilə Faiqi itələmiş və bu zaman Faiq yerə yıxılmışdır. Həmin vaxt qaynanası Şamama Faiqi tutmuşdur ki, onu oğlundan ayırsın və buna görə də Faiqlə bərabər yerə yıxılmışdır. Qaynı Qəzənfər sonra evə getmişdir ki, mübahisə davam etməsin, lakin Faiq yerdən durub Qəzənfərin arxasınca gedərək həyətə girmiş, qaynanası Faiqdən tələb etmişdir ki, sakitləşsin. Faiqin qızı və orada olan başqa adamlar da Faiqdən saiktləşməsini və evə getməsini tələb etmişlər. Lakin Faiq heç kimin sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Bu zaman Faiqin oğlu Nicat da oraya gəlmiş və söyüşlər söyərək Qəzənfərin ardınca evə getmişdir ki, onu vursun. Lakin bu zaman qaynı Qəzənfər artıq evə girmişdir. Faiqin qızı və nişanlısı yoldaşı Nazimdən xahiş etmişlər ki, Nazim oradan çıxıb getsin ki, münaqişə davam etməsin. Buna görə də yoldaşı Nazim küçəyə çıxaraq maşına oturub getmək istəmişdir. Həmin vaxt o və qızı Jalə oraya gəlib çıxmış və orada nə baş verməsini soruşmuşdur. Görmüşdür ki, Faiq bu vaxt yoldaşı Nazimin üstünə gələrək ondan soruşur ki, hara qaçırsan və qışqırıb oğlu Nicatı yanına çağırmışdır. Bundan sonra Nicat həmin yerə gələrək təpik zərbələri ilə Nazimin maşınına vurmağa başlamışdır. Nicat yerdən daş götürüb Nazimin maşınına vurmaq istəyəndə o özünü Nicatın qabağına vermiş bu zaman Nicatın atdığı daş onun əlinə dəyərək xəsarət yetirmişdir. Lakin buna baxmayaraq yoldaşı Nazim bir təhər avtomaşına oturaraq oradan uzaqlaşmışdır. Artıq bu zaman hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bildirmişdir ki, bu hadisə 20 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 2 nömrəli ailəvi yataqxananın qarşısında baş vermiş və hadisə təxminən yarım saat davam etmişdir. Həmin hadisə zamanı Faiq Həsənov iki dəfə yumruqla həyat yoldaşı Nazimin baş nahiyyəsindən qəsdən vurmuşdur. Faiqin oğlu Nicat hadisə yerində onların ailəsinin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş və təpiklə yoldaşı Nazimin maşınının sol hissəsindən vuraraq maşının həmin hissəsini əzmişdir. Eləcə də Faiqin oğlu Nicat daş parçası ilə Nazimin maşınını vurub əzmək istəyərkən o, əlini onun qarşısına vermiş və bu zaman Nicat daşla onun əlinə xəsarət yetirmişdir. Bundan başqa, hadisə zamanı yoldaşı Nazim maşınına minib oradan uzaqlaşmaq istəyərkən Faiqin oğlu Nicat əli ilə maşının qapısını açıb Nazimi güclə maşından çıxarmaq istəyən zaman Nazimin barmağını əzmişdir. İfadəsinə əlavə olaraq bir daha göstərmişdir ki, qaynanası Şamama hadisə yerində Faiqlə birlikdə yerə yıxılmışdır. Faiqi isə yoldaşı Nazim vurmamışdır. Hadisə vaxtı Faiq içkili vəziyyətdə qaynı Qəzənfərin üstünə gedərkən Qəzənfər Faiqi əli ilə itələmiş və bunun nəticəsində Faiq yıxılaraq xəsarət almışdır. Faiqi hadisə vaxtı Qəzənfərin itələməsindən başqa vuran və döyən olmamışdır. Həmin hadisənin şahidləri o, Faiqin qızı və onun qızının nişanlısı, qonşuları Roman və Fəqan olmuşlar. Qeyd etdiyi şəxslərdən başqa orada kənar şəxslər də olmuşlar, lakin o, həmin şəxsləri tanımır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olsa da 7-8 ildir ki, Azərbaycanda yaşayır. Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Qonşuluqda yaşayan Faiq adlı şəxslə münasibətləri soyuqdur. Belə ki, bir neçə il bundan əvvəl onunla aralarında münaqişələri olmuşdur. Baş vermiş hadisə ilə bağlı göstərmişdir ki, 20 iyun 2022-ci il tarixdə, saat 19 radələrində evdə yatdığı zaman çöldən səs-küy səsləri eşitmişdir. Yuxudan oyanıb eyvana çıxmış və görmüşdür ki, Faiq adlı şəxs qardaşı Nazim və digər qohumları ilə mübahisə edir və onları təhqir edir. Buna görə də dərhal həyətə düşmüş və görmüşdür ki, qardaşı Nazim Faiqdən canını qurtarmaq üçün çıxıb getmişdir. Faiq isə sərxoş vəziyyətdə səs-küy salıb onu və nəslini nalaiyq sözlərlə söyüb təhqir etmişdir. Faiq söyüşlər söyə-söyə onun üstünə gələndə o, özünü müdafiə etmək üçün əli ilə Faiqi itələmiş, nəticədə o yerə yıxılmışdır. Faiq yerdən durub yenə də onun üstünə gəlmiş və o, yenə də əli ilə Faiqi itələyəndə o yerə yıxılaraq xəsarət almışdır. Bildirmişdir ki, o, Faiqi yumruqla və yaxud da təpiklə vurmamış və döyməmişdir. Faiq onun üstünə gələndə o, Faiqi əli ilə itələmiş və buna görə də o yerə yıxılıraq xəsarət almışdır. Qeyd etmişdir ki, aralarındakı münaqişə təxminən 10-15 dəqiqə ərzində davam etmişdir. O, hadisə vaxtı xəsarət almamış, baş vermiş hadisəni ətrafda yaşayan qonşular görmüşlər. Bildirmişdir ki, o, Faiqi qazanla vurmamış, ifadəsinin əvvəlində göstərdiyi kimi Faiq sərxoş halda onun üstünə gələndə o, özünü müdafiə etmək üçün əli ilə onu itələmiş və o yerə yıxılmışdır. Hadisə vaxtı onun əlində qazan və yaxud da başqa hər hansı bir alət olmamışdır. O, Faiqi vurmamış, onu yalnız əli ilə itələmişdir. Qardaşı Nazim də Faiqi yumruqla vurmamış və ona xəsarət yetirməmişdir. Faiq xəsarət yerə yıxılması nəticəsində almışdır. Bildirirəm ki, bu hadisə təxminən 10-15 dəqiqə davam etmiş, hadisə yaşadıqları həyətdə baş verdiyindən qonşular hadisənin şahidi olmuşlar. Bildirmişdir ki, Faiqin maşınının təkərlərinin deşilməsinin ona və qardaşı Nazimə heç bir aidiyyəti yoxdur. Bunu onlar etməmişlər, bu Faiqin özünün fikridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Nazim və Qəzənfər onunla qonşuluqda yaşayırlar, bir neçə il əvvəl aralarında münaqişələri olduğuna görə onlarla münasibətləri soyuqdur. 20 iyun 2022-ci il tarixdə, saat 19 radələrində qonşusu Müşfiqlə ona məxsus olan Qaz 31 markalı, ** KZ *** dövlət nömrə nişanlı avtomaşınla həyətə gəlmişlər. Həyətə gələndə görmüşdür ki, həyətdə onun həmişə maşını saxladığı yerdə tanımadığı şəxsin maşını dayanmışdır. Ona görə də o, məcbur olub maşınını bir qədər kənarda, digər qonşusu Nazimin maşınını saxladığı yerdə saxlamışdır. Maşınını saxlayandan sonra maşında bir ədəd pivə içmiş, lakin həmin pivə ona özünü başqa cür aparmağa təsir etməmişdir. Bu zaman Kazım adlı qonşusu pəncərə tərəfdən ona yaxınlaşaraq xahiş etmişdir ki, maşını kənara çəksin ki, Nazim maşını ora sala bilsin və çıxıb getmişdir. Bu zaman Müşfiq də maşından düşərək çıxıb getmişdir. O da maşınını işə salıb arxaya vermək istəyəndə görmüşdür ki, Nazim öz maşınını arxada çox yaxın məsafədə saxlayıb və buna görə də o maşınını oradan çıxara bilməmiş və bu səbəbdən də maşından Nazimdən maşını çıxarmaq üçün yol verməyini istəmişdir. Nazim isə ona məzəli cavablar verməyə başlamış, o da səsini qaldırıb ona demişdir ki, maşını kənara çəksin. Bu zaman Nazimlə aralarında sözlə mübahisə yaranmış və aralarındakı mübahisə zamanı qəflətən arxadan naməlum əşya ilə başından zərbə dəymiş və bu zərbədən bir anlıq gözü qaralmışdır. Bu vaxt başa düşmüşdür ki, arxadan onu vuran Nazimin qardaşı Qəzənfərdir. O, özünə gəlib Qəzənfərə yaxınlaşmaq isətəyəndə yaşlı qadın olan anası onu arxadan qucaqlamış və Qəzənfər bundan istifadə edərək əlindəki dəmir qazanla başına bir zərbə endirmişdir. Başından zərbə endirilərkən o, həmin yaşlı qadınla yerə yıxılmış və bu zaman Qəzənfər əlindəki qazanla başından bir dəfə də vurmuşdur. Bunun ardınca yenə də Qəzənfər onu vurmaq istəyərkən o, özünü müdafiə etmək üçün sağ əlini qabağa vermiş və qazan sağ əlinin üstünə dəymişdir. Bundan sonra o, ayağa qalxıb maşınına yaxınlaşmaq istəyəndə görmüşdür ki, Nazim qaçmaq istəyir. O buna görə Nazimə öz iradımı bildirmək isyəndə Nazim yumruqla çənəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. Sonra Nazim maşına oturub qaçmaq istəyəndə onun oğlu Nicat da hadisə yerinə gəlib çıxmış, o, Nazimin maşınının arxasında dayanmışdır ki, o qaça bilməsin, çünki artıq polisə məlumat verilmişdi. Nazim isə maşını arxaya verib maşınla sağ ayağına dəyərək zədələmişdir. Bu zaman polislər hadisə yerinə gəlmişlər, lakin onların qohumları təhqir etməyə davam etmişlər. Bundan sonra çağırılmış təcili tibbi yardım onu 3 saylı xəstəxanaya aparmışdır. Bundan başqa, 23 iyun 2022-ci il tarixdə, səhər saatlarında o, həyətdə saxladığı maşına yaxınlaşarkən görmüşdür ki, ona məxsus olan Qaz 31 markalı, ** KZ *** dövlət nömrə nişanlı avtomaşının qabaq sağ və arxa sağ təkərləri qəsdən iti alətlə deşilmişdir. Bu hadisəni aşkar edən kimi başa düşmüşdür ki, bunu Nazim və Qəzənfər qardaşları törədərək 3 gün əvvəl aralarında olmuş hadisənin acığını ondan çıxmaq üçün belə etmişlər. O bu barədə qızı Məhbubəyə məlumat vermiş, qızı isə bununla bağlı 102 xidmətinə məlumat vermişdir. Bildirmişdir ki, deşilmiş iki təkərin ümumilikdə qiyməti 150 manat təşkil edir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Nazimlə onun arasında mübahisə yarananda Qəzənfər arxadan əlində olan hansısa bir alətlə onu baş nahiyyəsindən vurmuşdur. Sonradan o bilmişdir ki, onun əlində olan əşya qazandır. Sonra Qəzənfərin anası onu qucaqlayanda Qəzənfər də bundan istifadə edərək əlindəki qazanla onun başından vurmuşdur. Bunun nəticəsində də o və Qəzənfərin yaşlı anası yerə yıxılmışlar. Bundan sonra Qəzənfər əlindəki qazanla bir dəfə də başından vurmuş, bunun ardınca bir dəfə də zərbə endirmək istəyəndə o, özünü müdafiə etmək üçün sağ əlini qabağa vermiş və həmin qazan sağ əlinin üstünə dəymişdir. Bundan sonra isə o, ayağa qalxıb maşınına yaxınlaşmaq istəyəndə görmüşdür ki, Nazim qaçmaq istəyir. O buna görə Nazimə öz iradını bildirmək istəyəndə Nazim yumruqla çənəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. Bildirmişdir ki, hadisə vaxtı onu Qəzənfər əlindəki qazanla başından və sağ əlindən vurmuş, daha sonra isə onun qardaşı Nazim yumruqla çənəsindən vurmuş və o, yerə yıxılaraq xəsarət almışdır. Bildirmişdir ki, bu hadisə zamanı onun oğlu Nicat hadisə yerinə yaranmış səs-küyə gəlmiş və yalnız ona kömək etmişdir. X8 Paşayevanı və ya digər şəxsi itələməmiş və təhqir etməmişdir. Sevda onun oğluna şər atır. Bildirmişdir ki, onu konkret olaraq vuran Qəzənfər və onun qardaşı Nazim olmuşdur. Belə ki, Qəzərfər əlində olan qazanla əvvəlcə onun baş nahiyyəsdən vurmuş, daha sonra isə Qəzənfər yenə onu qazanla vurmaq istəyəndə o, özünü müdafiə etmək üçün sağ əlini qarşıya verəndə qazan onun sağ əlinin üstünə dəyərək ona xəsarət yetirmişdir. Qəzənfərin qardaşı Nazim yumruqla onun sifət nahiyyəsindən vurmuş və bunun nəticəsində o, yerə yıxılaraq xəsarət almışdır. Onun oğlu Nicat hadisə yerinə gəldikdən sonra orada heç kimi vurmamış və söyüb təhqir etməmişdir. Nazim və onun qardaşı, eləcə də Nazimin arvadı Sevda onun oğlu Nicata şər atırlar. Bildirmişdir ki, bu hadisə təxminən yarım saat davam etmiş, hadisə yaşadıqları həyətdə baş verdiyindən qonşular hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qonşu Faiq Həsənovu təxminən 15 ildir ki, tanıyır, onlarla aralarında əvvəllər ədavət və düşmənçiliyi olmamışdır. 20 iyun 2022-ci il tarixdə yaşadıqları evin yataqxananın həyətində qonşu Faiqlə oğlu Nazimin arasında maşını həyətdə saxlamaqla bağlı anlaşılmazlığa görə mübahisə yaranmışdır. İçkili vəziyyətdə olan Faiq öz maşınından düşərək oğlu Nazimi və ümumiyyətlə onların ailəsini nalayiq sözlərlə söyərək təhqir etməyə başlayaraq iki dəfə Nazimə yumruq zərbəsi atmış və onun yumruq zərbəsi oğlunun başından dəymişdir. Oğlu Faiqdən nəyə görə onu söyməsinin səbəbini soruşmuş, lakin Faiq öz söyüşlərinə davam etmişdir. Bundan sonra yaranmış səs-küyə Faiqin qızı və qızının nişanlısı gəlmişlər və və oğlundan xahiş etmişlər ki, Faiq içkili olduğuna görə onunla mübahisə etməsin. Bundan sonra oğlu Nazim öz maşınını kənara çəkmiş, Faiq isə həmin vaxt oğlunu və onların nəslini nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bu vaxt hadisə yerinə digər oğlu Qəzənfər də gəlmiş, Faiq Qəzənfəri də söyüb təhqir etməyə başlamış, daha sonra Faiq Qəzənfəri vurmaq üçün onun üstünə getmiş, oğlu Qəzənfər əli ilə Faiqi itələmiş və bu zaman Faiq yerə yıxılmışdır. Həmin vaxt o, Faiqi tutmuşdur ki, onu oğlundan ayırsın və buna görə də Faiqlə bərabər yerə yıxılmışdır. Oğlu Qəzənfər sonra evə getmişdir ki, mübahisə davam etməsin. Lakin Faiq yerdən durub Qəzənfərin arxasınca gedərək onların həyətinə girmiş, o, Faiqdən tələb etmişdir ki, sakitləşsin. Faiqin qızı və orada olan başqa adamlar da Faiqdən saiktləşməsini və evə getməsini tələb etmişlər. Lakin Faiq heç kimin sözlərinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmiş, bu zaman Faiqin oğlu Nicat da oraya gələrək söyüşlər söyüb Qəzənfərin ardınca evə getmişdir ki, onu vursun. Bu zaman oğlu Qəzənfər artıq evə girmiş, Faiqin qızı və nişanlısı oğlu Nazimdən xahiş etmişlər ki, Nazim oradan çıxıb getsin ki, münaqişə davam etməsin. Buna görə də oğlu Nazim küçəyə çıxaraq maşına oturub getmək istəyəndə Nazimin arvadı Sevda və qızı Jalə oraya gələrək nə baş verdiyini soruşmuşlar. Faiq isə bu vaxt oğlu Nazimin üstünə gələrək ondan soruşmuşdur ki, “hara qaçırsan” və qışqırıb oğlu Nicatı yanına çağırmışdır. Bundan sonra Nicat həmin yerə gələrək təpik zərbələri ilə Nazimin maşınına vurmağa başlamışdır. Nicat yerdən daş götürüb Nazimin maşınına vurmaq istəyəndə Nazimin arvadı Sevda özünü Nicatın qabağına vermiş və bu zaman Nicatın atdığı daş Sevdanın əlinə dəyərək xəsarət yetirmişdir. Lakin buna baxmayaraq oğlu Nazim bir təhər avtomaşına oturaraq oradan uzaqlaşmış, artıq bu zaman hadisə yerinə polis əməkdaşları gəlmişlər. Bildirmişdir ki, bu hadisə 20 iyun 2022-ci il tarixdə, saat 19 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 2 nömrəli ailəvi yataqxananın qarşısında baş vermiş və təxminən yarım saat davam etmişdir. Həmin hadisə zamanı Faiq Həsənov iki dəfə yumruqla oğlu Nazimin baş nahiyyəsindən qəsdən vurmuşdur. Faiqin oğlu Nicat hadisə yerində onların ailəsinin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etmiş və təpiklə oğlu Nazimin maşınının sol hissəsindən vuraraq maşının həmin hissəsini əzmişdir. Eləcə də Faiqin oğlu Nicat daş parçası ilə oğlu Nazimin maşınını vurub əzmək istəyərkən Nazimin arvadı Sevda əlini onun qarşısına vermiş və bu zaman Nicat daşla vuraraq Sevdanın əlinə xəsarət yetirmişdir. Bundan başqa, oğlu Nazim maşınına minib oradan uzaqlaşmaq istəyərkən Faiqin oğlu Nicat əli ilə maşının qapısını açıb Nazimi güclə maşından çıxarmaq istəyən zaman Nazimin barmağını əzmişdir. O, hadisə yerində Faiqlə birlikdə yerə yıxılmış, Faiqi isə oğlu Nazim vurmamışdır. Hadisə vaxtı Faiq içkili vəziyyətdə oğlu Qəzənfərin üstünə gedərkən Qəzənfər Faiqi əli ilə itələmiş və bunun nəticəsində Faiq yıxılaraq xəsarət almışdır. Faiqi hadisə vaxtı Qəzənfərin itələməsindən başqa vuran və döyən olmamışdır. Əlavə suallara cavab olaraq göstərmişdir ki, oğlu Qəzənfər Faiqi qazanla vurmamış, Qəzənfər Faiqi əli ilə itələmişdir və Faiq bunun nəticəsində yıxılmış və xəsarət almışdır. Həmçinin bildirmişdir ki, oğlu Nazim də Faiqi vurmamış, Faiq onun oğlu Nazimə və Qəzənfərə şər atır. Həmin hadisənin şahidləri o, oğlanları Nazim və Qəzənfər, gəlinləri Sevda, Faiqin oğlu Nicat, Faiqin qızı və onun qızının nişanlısı, qonşuları Roman və Fəqan olmuşlar. Qeyd etdiyi şəxslərdən başqa orada kənar şəxslər də olmuşar, lakin o həmin şəxsləri tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 2 nömrəli yataqxanada yaşayan Faiqi və Nazimi, eləcə də onların ailə üzvlərini tanıyır və onlarla normal qonşuluq münasibətləri vardır. Faiqin və Nazimin arasında 20 iyun 2022-ci il tarixdə baş vemiş münaqişə ilə bağlı göstərmişdir ki, həmin gün, təxminən saat 19 radələrində o, özünə məxsus olan Opel-Zafira markalı, ** LT *** dövlət qeydiyyat nişanlı avtomobilini yataqxananın qarşısında, hamının maşınını saxladığı yerdə saxlamışdır. Bu zaman nəvəsi zəng etmişdir ki, qapının açarı yoxdur. O da məcbur olmuşdur ki, maşınla təkrar çıxsın və nəvəsinin yaşadığı ünvana getsin. Maşını geriyə verib çıxmaq istəyəndə görmüşdür ki, yataqxanada yaşayan digər qonşusu Nazim özünün idarə etdiyi Opel Astra markalı maşını ilə gəlib onun maşınının arxasında elə bir yerdə dayanmışdır ki, o, artıq maşını ilə çıxa bilməmiş və buna görə də Nazimə demişdir ki, maşınını elə saxlasın ki, o çıxa bilsin. Nazim də həmin vaxt əli ilə ona işarə edib qonşuluqda yaşayan Faiqi göstərib demişdir ki, “görürsən də maşınını necə saxlayıb”. Görmüşdür ki, qonşu Faiq həqiqətən də özünə məxsus olan QAZ-31 markalı maşınını adətən Nazimin maşınını saxladğı yerdə saxlamışdır. O da bunu görüb Nazimə demişdir ki, “onda heç olmasa maşını elə saxla ki, mən çıxa bilim”. Nazim də maşınını Faiqin maşınının arxasında saxlamış və o, maşınını arxaya verib çıxmışdır. O, maşını arxaya verib çıxanda görmüşdür ki, qonşu Faiqlə Nazimin arasında mübahisə yaranmış və ucadan səs-küy səsləri gəlməyə başlamışdır. O maşının pəncərəsini aşağı salıb həmin səs-küyü eşitmiş və görmüşdür ki, Nazimlə Faiq maşınlar olan yerdən artıq həyətə, yəni yataqxananın qarşısına doğru getmişlər. O, daha orada dayanmayıb çıxıb getmiş, təxminən bir saatdan sonra yaşadığı həyətə qayıdanda görmüşdür ki, həyətdə təcili yardım maşını vardır. Həyətdə yalnız qonşu Faiqi görmüşdür ki, Faiq oturmuş, Nazimin anası Şamama da onun yanında olmuşdur. Həmin vaxt həm də görmüşdür ki, Faiqin başında xəsarət vardır, başa düşmüşdür ki, nə isə münaqişə baş vermiş və ona həkim tərəfindən tibbi yardım göstərilmişdir. Həmin vaxt həyətdə başqa heç bir dalaşma və münaqişənin şahidi olmamışdır. Həmin günün səhərisi isə eşitmişdir ki, həyətdə qonşular Faiqlə Nazimin arasında maşını kimin harada saxlaması üstündə münaqişə baş vermişdir. Əlavə olaraq bildirmişdir ki, o, hadisədə kimlərin iştirak etməsini bilmir, kimin-kimə və nə ilə xəsarət yetirməsini görməmiş, yalnız onu bilir ki, münaqişə qonşular Faiqlə Nazimin ailəsi arasında yataqxananın qarşısında baş vermiş, onlar qarşılıqlı olaraq bir-birinə xəsarət yetirmişlər və bunun nəticəsində də ictimai qayda pozulmuşdur. Yataqxanada yaşayan, həmin vaxt həyətdə olan eyvanda olan qonşular bu hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 2 nömrəli ailəvi yataqxanada yaşayır. Faiq və Nazim adlı şəxslər qonşularıdırlar, eləcə də onların ailə üzvlərini tanıyır və onlarla normal qonşuluq münasibətləri vardır. Faiqin və Nazimin arasında 20 iyun 2022-ci il tarixdə baş vemiş münaqişə ilə bağlı göstərmişdir ki, həmin gün, təxminən saat 19 radələrində o, həyətə gəlib evinə qalxmış, rahatlanıb yemək yeyəndə qızı ona demişdir ki, “ata qonşu İradə xala deyir ki, həyətdə qonşular arasında mübahisə yaranıb və səsk-küy gəlir”. O da qonşu kimi narahat olub tez həyətə düşmüş və görmüşdür ki, həyətdə ondan başqa da qonşular yığılmışlar. Həyətdə ona məlum olmuşdur ki, qonşuları Faiqlə Nazimin arasında maşını saxlamaq üstündə mübahisə yaranmış və həmin mübahisə sonradan münaqişəyə çevrilmiş və aralarında dalaşma baş vermişdir. O, həyətə düşəndə artıq onlar arasında dalaşma başa çatmış və o, orada kiminsə-kimi vurduğunu görməmişdir. Həyətdə demək olar ki, bütün qonşular yığılmışlar və eləcə də o, orada olmuşdur. Mübahisə edən tərəflər qonşuları Faiqin və Nazimin ailəsi olmuş, orada Faiqin və Nazimin ailə üzvləri olmuşlar. Bildirmişdir ki, o, həyətə düşəndə artıq dalaşma qurtarmış, orada kiminsə-kimi vurmasının şahid olmamışdır. Eşitmişdir ki, qonşu Faiq içkilidir, həm də görmüşdür ki, onun sifətində, yəni alnının sağ tərəfində və sağ qolunda xəsarət vardır, lakin həmin xəsarətin ona kim tərəfindən yetirilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Hümbət oğlu ifadəsində göstərmişdir ki, hadisə baş verən günü o, Nicatla təsadüfən görüşmüş və birlikdə dənizkənarında yemək yeyirdilər. Həmin zaman Nicata bacısı zəng etmiş, atalarının döyüldüyünü demişdir. Onlar oradan maşına əyləşərək hadisə baş verən yerə gəlmişlər. Nicat maşından düşüb getmiş, o, isə maşını saxlamağa yer tapıb saxlamış və Nicatın arxasınca getmişdir. Həyətə daxil olan zaman Faiq dayının maşında oturduğunu, başının qanadığını, telefonunun isə yerdə olduğunu, yanında bir yaşlı qadının olduğunu görmüşdür. Həyətə daxil olmuş, həyətdə Nicatın qışqıraraq söyüşlər söyərək Qəzənfəri çağırdığı görmüşdür. Nazim həmin zaman həyətdə olmuşdur. Nicat uca səslə söyüş söyən zaman 2 qadın Nicatın üstünə hücum etmişdir. O, da həmin zaman Nicatla qadınları aralamışdır. Nicat çox əsəbi idi söyüş söyərək Qəzənfəri həyətə düşməsini deyirdi. Ara qızışmışdı o, arxaya getmişdir ki, birdən yenə Faiq dayını vurarlar, bu zaman Nazim çıxıb getmək istəmiş, Faiq dayı Nazimin arxasınca getmiş, Nazim Faiq dayının vuraraq yerə yıxmış, sonra maşınına oturaraq getmək istəmiş, həmin zaman Faiq dayı maşının arxasına keçərək maşının çıxmasına mane olmaq istəmişdir. Maşın arxaya gedərək Faiq dayıya dəymiş Faiq dayı yerə yıxılmışdır. Kazım ilə köməkləşərək Faiq dayını yerdən qaldırmışlar. Digər tərəfdə isə qadınlar Nicatı yenə döyürdülər. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 958 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin və sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi, oynaq kapsulasının və bağ aparatının posttravmatik iltihabı (sinoviti) küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun göstərdiyi xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 959 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin İİİ barmağının yumşaq toxumalarının əzilməsi, oynaq kapsulasının və bağ aparatının posttravmatik iltihabı (sinoviti) küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun göstərdiyi xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxslər ilə barışdığı, zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyi, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Ağdam rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Xəzər RPİ 2-ci Polis Şöbəsinin 21 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2022-ci il tarixdə tutularaq saxlanılması üçün Xəzər RPİ MYS-yə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş 22 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ MYS-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslər ilə barışmasını, zərər çəkmiş şəxslərin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 27 saata görə 162 (bir yüz altmış iki) manat, ümumilikdə 282 (iki yüz səksən iki) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-162/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-162/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver