Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-162/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında olan zaman, onun evinə gəlmiş qonaqların avtomobillərini həmin küçədə saxlanılmasına icazə verməməsi səbəbindən hər iki ailə arasında yaranmış uzunmdüddətli ədavətə görə anası-X6 və qardaşı Şahid2 ilə birlikdə dayısı Şahid7 ilə mübahisə edən zaman, hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs atasının mübahisə etdiyini görüb, Təqsirləndirilən şəxs üzərinə gələn zaman şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrindən yumruq və təpiklə vuraraq Zərərçəkmiş şəxs boyunundan tutaraq yerə yıxması nəticəsində sonuncuya boynun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan boynun yumşaq toxumalarının əzilməsi kimi kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, hadisəni zərər çəkmiş şəxs tərəfi başlatmışdır. Belə ki, heç bir əsaslı səbəb olmadan anasını və qardaşını, dayısı Şahid7 gəlmiş qapıya çıxarmış və təhqiramiz ifadələr işlətmiş, bundan sonra zərər çəkmiş şəxs gəlmiş və hadisələr olmuşdur. O dayısı ilə anasını sakitləşdirməyə gəlmiş, sadəcə sakitçilik alınmadığı üçün problemlər yaranmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, gənc olmasını, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, hadisə ilk olaraq iki evin arasında olmuşdur. Onun tanıdığı insan onların ərazisində yəni evlərinə yaxın olan yerdə maşın saxlamışdır. Həmin maşın heç nəyə maneçilik törətmirdi. Maşınlar da keçib gedə bilirdi. Təqsirləndirilən şəxs də maşının sahibinə maşının həmin ərazidə saxlanılmasına irad bildirmiş, qeyd etmişdir ki, həmin ərazidə yük maşını dayanacaqdır. Maşın sahibi də problem yaranmaması üçün maşını həmin ərazidən çıxarmışdır. Lakin bildirmişdir ki, Fərhadın qeyd etdiyi kimi həmin günü qeyd olunan əraziyə heç bir yük maşını gəlməmişdir. Bu məsələdən atası xəbər tutduqdan sonra öz bacısını, yəni Fərhadın anası çölə çağırıb, irad bildirmişdir. Həmin maşının sahibi onlara gəlmişdir. Əvvəlcədən də bununla əlaqədar onun ailəsi bibisinin ailəsi arasında bununla əlaqədar danışıq olmuşdur ki, gələcəkdə bu kimi problemlər yaranmasın. Bundan sonra bibisinin oğulları Fərhadla Fərid çölə çıxıblar. Həmin vaxtı anası ona bildirib ki, “get atanı çağır, gəlin evə”. O da həmin vaxtı atasını çağırmağa getmişdir. Səs çox yüksəkdən gəlirdi. Ondan əvvəl isə həmin mübahisə baş verən əraziyə qıraqdan adamlar gəlmişdir. Həmin vaxtı Fərhad və Fərid mübahisə baş verən yerdə idilər. O isə anasının sözünə görə atasını çağırmaq üçün mübahisə olan yerə getmişdir.. Fərhad və Fərid atasına heç nə etməyiblər. Lakin onu görən kimi ilk öncə Fərhad üzərinə cummü və Fərid də cummaq istəyən zaman dayanmışdır. Lakin Fərhad üzərinə cumduqdan sonra Fərid də üzərinə gəlmişdir. Yolun ortasında atası həm Fərhadla Fəridi, həm də onu saxlamağa çalışırmış. Lakin onları saxlaya bilməmişdir. İlk öncə onu Fərhad yıxmış, Fərid onu vurmağa başlamışdır. Ona ən ağır zərbəni Fərid vurmuşdur. Onlar boğuşmağa başlamışlar. Atası da onları ayırmaq istəyəndə atasını da qırağa itələmişlər. Sonra isə həmin yerdə aləm bir-birinə qarışmışdır.Onu qeyd etmişdir ki, Fərhadgillə heç bir problemləri olmamışdır. Yol məsələsində də mübahisə Fərhad və onun ailəsi tərəfindən, ilk öncə Təqsirləndirilən şəxs tərəfindən başlanılmışdır. Bunun səbəbi də o idi ki, Fərhadgil onların evinin altında çexol sexi işlədirdilər. Lakin həmin sexdə kleyin iyi və digər səbəblərdən dolayı onları həmin sexdən çıxarmışlar. Atası və bibisigil də bunu normal qarşılamışdır Çünki onlar da bu iydən xəbərdar idilər ki, həmin iy daimi olaraq yaşadıqları evə yayılırmış. Anlayışlı şəkildə həmin yeri tərk etdikdən sonra onlar tərəfindən onun ailəsinə qarşı düşmən münasibət göstərilməyə başlanılmışdır. Sonda qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir və təqsirləndirilən şəxsdən şikayətçidir.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman orda olmamışdır və hadisəni görməmişdir. Lakin qeyd etmişdir ki, Təqsirləndirilən şəxs və onun qardaşları Fəxrəddin və Fəridi tanıyır. Fərhadla dost münasibəti var. Fərhadın yanına tez-tez gəlib gedirmiş. Bir dəfə çexol çəkdirmək üçün Fərhadın yanına getdikdə öz avtomobilini Fərhadgilin evlərinin qarşısında saxlamış və Fərhadgilə keçmişdir. Sonradan Fərhadın atasını işə aparmaq istəyərkən görüb ki, bir nəfər şəxs, Yeganə adlı qadın qışqırır. Maşını burada saxlamaq olmaz. Sonra maşına baxanda görmüşdür ki, maşına yumurta atıblar. Yeganə demişdir ki, maşını çəkməsə daş atacaq. Sonradan qadın onun maşınına daş atıb. O da qadının atdığı daşı onun pəncərəsinə atıb, lakin daş pəncərəyə dəyməyib. Bundan sonra o dükandan yumurta alıb qadının olduğu yerə yumurta atmağa çalışıb, lakin Fərhad onu sakitləşdirib, o da bundan başqa hər hansısa bir hərəkət etməyib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, hadisə maşının çəkilməsi ilə əlaqədar mübahisədən başlanıb. Şahid7 onun qardaşı, Əbdüləli isə qardaşı oğludur. Hadisə baş verən günü qardaşı onu həyətə çağırmış, o da qardaşının çağırışına görə həyətə çıxmışdır. Daha sonra qardaşı onunla maşının həyətin giriş qapısında saxlanılıb-saxlanılması ilə bağlı mübahisə etməyə başlamış və qışqıra-qışqıra danışmağa başlamışdır. Bu zaman oğlu Fərhad da ona sakit olmağını bildirmişdir. Sonradan o geri qayıdıb həyətə daxil olmuşdur. Fərhad və Əbdüləli arasında olan mübahisəni görməmişdir. Yalnız səsə yenidən çölə çıxmış və sonra gəlini Aytac da hadisə ilə əlaqədar küçəyə çıxmışdır. Hadisə zamanı qardaşının yoldaşı Yeganə və onun qızı gəlininin üzərinə hücum çəkmiş və bunu gördükdən sonra o da ona müdaxilə etmiş və onları ayırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, hadisənin necə baş verdiyini görməmişdir. Sadəcə olaraq küçəyə baş verən mübahisəyə görə qaynanası ilə birlikdə çıxmışdır. Bu zaman qaynanasının qardaşı arvadı və qardaşı qızı onun üzərinə hücum çəkmişdir. Qaynanası da onlara müdaxilə edərək onları ayırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən evdə imiş, dayısı telefonla anasına zəng etmiş və telefonda dayısı yüksək tonla danışmış və anasını həyətə çağırmışdır. O da anası ilə birlikdə həyətə düşmüşdür. Qardaşı Fərhad isə işlə əlaqədar maşında oturmuş və rol tikirmiş. Hay-küydən sonra qardaşı Fərhad anasıgilin yanına yaxınlaşmış və onlara sakit olmaqlarını bildirmişdir. Dayısı oğlu Əbdüləli isə elə bilmişdir ki, biz dayımla dava edirik. Ona görə də dayım oğlu Əbdüləli söyüş söyə-söyə gəlmiş, anasına qarşı nalayiq ifadələr işlətmişdir. Əbdüləli qardaşı Fərhada təpik atmış, lakin təpik Fərhada dəyməmiş və onlar dava etmək istəyən zamna Əli dayısı ilə birlikdə Fərhadla Əbdüləlini ayırmışdır.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, hadisə baş verən günü o qardaşı Fərhadla sexdə işləyirmiş. Maşının damın yığırmış. Həmin zaman maqnitofon yüksək səslə oxuyurmuş. Həyətdə nə olubolmamağını bilmirmiş. Maqnitafonun səsini almış görmüşdür ki, səs-küy gəlir. Bundan sonra həmin səs-küyə asanda görüb ki, aləm bir birinə dəymişdir. Sonradan çölə çıxıb qaça-qaça gedib ayırmışdır. O Fərhadla Fəridi içəri salmış və başqa heç nə baş verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 verdiyi ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi ərazidə yol vardır. Həmin yolda onun yaxın tanışı maşın saxlamışdır. O maşını Fərhadil çəkdiriblər. Sonradan mən bacımı çağırıb bununla əlaqədar olara ona öz iradlarımı bildirmişəm. Bacıma irad bildirən zaman Fərhad telefonaı danışa-danışa maşından düşüb onların yanına gəlmişdir. Telefonla danışıb qurtardıqdan sonra Fərhad qışqır-bağır salmağa başlamışdır. Həm o, həm də Fərhad qışqırırmışş Daha sonra oğlu yuxarıdan onları görüb onu hadisə olan yerdən aparmağa gəlmişdir. Oğlu yaxınlaşan bilirmiş ki, Fərhadla Fərid onun oğlunu vuracaqdır. O da öz oğlunu itələmişdir. İlk öncə Fərhad, daha sonra Fərid onun oğlunu vurmuşdur. Ən sonda isə Fərhad onun oğlunu yerə yıxıb boğmağa çalışmışdır. Sonradan camaat hadisə baş verən yerə gəlmiş və daha sonra dava bitdikdən sonra hamı öz evinə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, hadisə maşının çəkilməsi ilə əlaqədar mübahisədən başlanmışdır. Həyat yoldaşı öz bacısına bununla bağlı irad bildirmək üçün onu həyətə çağırmışdır. Ona öz etirazın bildirmişdir. X7 həmin yerə gəlmişdir. Sonra onlar qışqırmağa başlamışlar. Bilirmiş ki, Fəridlə Fərhad onun yoldaşına nəsə edə bilərlər. X8 digər dayılarına da əl qaldırıblar. Bu səbəbdən də oğlunu yoldaşını çağırmaq üçün göndərmişdir. Yoldaşı da oğlu gələndə bilib ki, Əbdüləlini vuracaqlar. Fəridlə Fərhad oğlunu itələyərək onu vurmuşdurlar. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə 01 iyun 2023-cü il tarixli, 568 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - boynun qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan boynun yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 8-9 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqmda məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə, saat 16:00-da cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 12 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 12 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş 10 sentyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən cinayət tərkibi sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurulduğu hallarda yaranır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilən cinayət əməlini törətməsi - zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması və bunu təqsirin qəsd formasında etməsi təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-162/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-162/2024
17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver