Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-164/2021 05.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X4, tərcüməçi X7, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsi ev 62 mənzil 14-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi qanunsuz olaraq saxtalaşdırıb biləbilə həmin saxta sənəddən istifadə etmiş, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib gəlir əldə etmək niyyəti ilə tanışı X4 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evə və həyətdə yerləşən şirniyyat sexinə qaz xəttinin çəkilməsi üçün köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu Yasamal parkında yerləşən “Şərq” kafesinin qarşısında Cehun Məmmədovdan 1.400 (bir min dörd yüz) manat məbləğində pulu aldadıb ələ keçirərək zərərçəkmiş şəxs Cehun Məmmədova göstərilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təkrarən, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib gəlir əldə etmək niyyəti ilə tanışı X4 yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivi Nəriman Əliyev küçəsi ev 5 ünvanında yerləşən fərdi evin qeydiyyat çıxarışının alınmasında köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq 2019-cu ilin iyun ayının ortalarında Bakı şəhəri Yasamal rayonu Yasamal parkında yerləşən “Şərq” kafesinin qarşısında Cehun Məmmədovdan 1.600 (bir min altı yüz) manat məbləğində pulu aldadıb ələ keçirərək zərərçəkmiş şəxs Cehun Məmmədova göstərilən məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təkrarən, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib gəlir əldə etmək niyyəti ilə tanışı X8 Azərbaycan Respublikasının 8 müxtəlif rayonunda yerləşən parklarda 11 iyul 2019-cu il tarixdən 31 dekabr 2020-ci il tarixədək Yaşıllaşdırma xidmətlərinin aparılacağına dair işləri təşkil edəcəyini və bu işlərin onun tərəfindən aparılacağına dair yalandan vəd verib onu inandırmış və bundan sonra tanışı X10 direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə özünün direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, “Yaşıllaşdırma xidmətlərinin aparılması haqqında” Y1/1 №-li İlkin (əməkdaşlıq) Müqaviləsinin mətninə həmin tarixdə saxta məlumatlar daxil etməklə qanunsuz olaraq həmin müqaviləni saxtalaşdırıb ondan bilə-bilə istifadə etməklə 2019-cu ilin sentyabr ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən “Şuşa” restoranının qarşısında zərərçəkmiş şəxs X8 təqdim edib aldadaraq ondan həmin işi həll etmək üçün 2019-cu ilin iyul ayının ortalarında Şirvan şəhəri “Hacıqabul dayanacağı” adlanan yerdə sonuncunun qohumu Şahid4 vasitəsilə 5.000 (beş) min manat məbləğində pulu, 2019-cu ilin iyul ayının sonlarında Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Meduza” restoranının qarşısında eyni məqsədlə 6.100 (altı min bir yüz) manat məbləğində pulu və 20 sentyabr 2019-cu il tarixdə, saat 20:26-da Şirvan şəhəri Heydər Əliyev prospekti 48 ünvanında yerləşən “Novator” marketdə yerləşən “Milliön” elektron ödəmə aparatı vasitəsilə Təqsirləndirilən şəxs arvadı X2 adına olan bank kartına cəmi 200 (iki yüz) manat məbləğində pulu köçürməklə, ümumilikdə 11.300 (on bir min üç yüz) manat məbləğində pulu aldadıb ələ keçirərək zərərçəkmiş şəxs Cehun Məmmədova xeyli miqdarda maddi ziyan vurmaqla, vahid niyyətlə əhatə olunan təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onu X18 adlı şəxs tanış etmişdir. Həmin vaxt Cehunun Xəzər rayonu Albalılıq massivində yerləşən şirniyyat sexinə qaz çəkmək lazım olmuşdur. Cehun ona bildirmişdir ki, qaz çəkməyə imtina verildiyi üçün Qaz İdarəsinin əməkdaşlarını Səbail Rayon Məhkəməsinə vermişdir. O, həmin vaxt Cehundan etibarnamə alaraq bu işləri görmək üçün, yəni ki, “Azəriqaz”ı məhkəməyə vermək və sənədlərin toplanması üçün ondan 1.000 manat almışdır. Səbail Rayon Məhkəməsinə gedib iş materialları ilə tanış olmuş və müraciətin düzgün ünvanlanmadığını və sənədlərin düzgün toplanılmadığını görmüşdür. Sonra Cehuna izah etmişdir ki, məhkəməyə düzgün sənədlər təqdim olunmayıb, müraciəti geri götürsün, Qaz idarəsindən rəsmi imtina alsınlar və aidiyyəti üzrə məhkəməyə müraciət etsinlər. Cehun onunla razılaşmışdır. O, müvafiq sənədələri toplayıb, X26 adlı vəkillə tanış etmiş, onlar özləri görüşmüş və “Azərqaz”a qarşı Xətai Rayon Məhkəməsində iddia qaldırmışlar. Şirniyyat sexi olan torpaq sahəsi “SOCAR”ın ərazisidə olduğu üçün iddia təmin edilməmişdir. Həmin ərəfədə Cehunun şirniyyat sexi olan torpaq sahəsinə və həmin ərazidə olan yaşadığı evə çıxarış almaq istəmişdir. Cehun evin və şirniyyat sexinin olduğu ərazinin sənədlərini ona təqdim edərək torpaq sahələrinə görə arxiv arayışının və eskiz layihələrinin çıxarılması üçün ondan kömək istəmiş, hər ev üçün ona 800 manat, ümumlikdə 1.600 manat pul vermişdir. O, 1 saylı “ASAN” xidmətdə yerləşən Arxiv idarəsinə getmiş, lakin orada sənədlərin kökü olmamışdır, belə ki, ona bildirmişlər ki, hansısa ildən sonra İcra hakimiyyətindən sənədlər arxivə verilməmişdir. Bundan sonra o, Xəzər rayon İcra hakimiyyətinə müraciət etmiş, oradan nümayəndə gəlib torpaq sahələrinə baxmışdır. Həmin vaxt torpaq sahəsinin biri yüksək gərginlikli xətlərin üzərinə, digər torpaq sahəsi isə NQÇİ-nin ərazisinə düşmüşdür. Bu səbəbdən də torpaq sahələrinə görə eskiz layihəsi verilməmişdir. Həmin vaxt Cehun özü orada iştirak etmiş və eskizləri almaq üçün məhkəməyə müraciət etməyin başqa vaxta qalmasını ona demişdir. Qeyd edilən ərəfədə o, Cehunla iş görəcəkdi, adını yaşıllaşdırma işləri qoymuşlar, lakin “piknik” zonalara düzəldəcəkdilər. Həmin vaxt onun görəcəyi başqa işlər olduğu üçün, o, Cehundan 15.000 manat borc istəmiş və bildirmişdir ki, onlar işləri görəndən sonra, yəni ki, “piknik” layihəni həll edəndən sonra qazanclarından Cehunun 15.000 manatını qaytaracaqdır. Bundan sonra Cehun ona demişdir ki, 5.000 manatı Şirvan şəhərindən adını xatırlamadığı qohumundan gedib götürsün və həmin şəxsin mobil nömrəsini ona vermişdir. O, xatırlamadığı tarixdə Şirvan şəhərinə gedərək həmin şəxslə görüşüb 5.000 manatı ondan götürmüşdür. Daha sonra xatırlamadığı tarixdə Yasamal rayonu ərazisində Yasamal parkında Cehundan 2.000 manat almışdır. Bundan başqa o, Cehundan 200-300 manat nəyəsə görə almışdır. Cehundan qaza görə aldığı 1.000 manatı, çıxarışlara görə aldığı 1.600 manatı və xırda aldığı 200-300 manatı, ümumilikdə 3.000 manatı qaytarmaq istəmiş, lakin Cehun demişdir ki, onsuz da ona 15.000 manat verməlidir, həmin puldan 7.000 manatını verib, onun qaytarmaq istədiyi 3.000 manatı da həmin pulun üstünə gəlmiş və demişdir ki, helə hesab edək ki, ona 10.000 manat vermişdir. Bundan sonra dəqiq xatırlamır 2.000, 1000 manat ümumilkdə Cehundan 14.300 manat pul almışdır. Onlar 2020-ci ilin fevral ayında yaşıllaşdırma işlərinə başlaycaqdılar. Bu barədə razılaşmışlar. Sonradan Respublika ərazisində pandemiya ilə əlaqədar işlər dayanmış, bu səbəbdən də onların görəcəkləri yaşıllaşdırma işləri dayandırılmışdır. Bundan sonra Cehun ondan pulunu istəməyə başlamış, lakin onun pulu olmadığı üçün həmin pulu qaytara bilməmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında günü xatırlamadığı vaxt Cehunla Yasamal rayonunda görüşüb ona 2.000 manat qaytarmış, 2020-ci ilin mart ayının sonlarında günün ikinci yarısı Yasamal rayonunda Yasamal parkının yaxınlığında Cehunla görüşüb ona daha 1.800 manat qaytarmışdır. 2020-ci ilin may ayında Cehun onun atasının yanına gəlmiş və pulunu tələb etməyə başlamışdır. Həmin vaxt o, Cehunla Xəzər rayonu ərazisində onun ağac və güllər satdığı satış yerində görüşüb söhbət etmiş və Cehuna yazılı şəkildə yazaraq ondan götürdüyü 14.300 manatı avqust ayında qaytaracağını bildirmişdir. Lakin dediyi vaxtda pulu qaytara bilməmişdir. Sentyabr ayında Cehun özü ona zəng edərək onunla görüşüb notariusa getməklərini demiş və onlar görüşmüşlər, həmin vaxt Kamal adlı şəxs onunla bilrikdə olmuşdur. Onlar notariusa gedib borc müqaviləsi bağlamaq istəmişlər, lakin ortalıqda pul olmadığı üçün notarius müqavilə bağlamamışdır. Onların notariusa getməkləri Cehunun təşəbbüsü ilə olmuşdur. Həmin vaxt o, Cehuna söz vermişdir ki, bir aya pulu qaytaracaqdır, lakin, pul gəlmədiyi üçün Cehunun pulunu qaytara bilməmişdir. Əlavə olaraq bildirir ki, onlar Respublikanın 8 rayonunda deyil, daha çox rayonda yaşıllaşdırma işləri görməyi planlaşdırmışlar. Qiyməti Cehun özü çıxartmışdır ki, təxminən bir rayona görə təxminən nə qədər ağac və qazona görə 140.000 manat edəcək, onlar isə 162.000 manat deyərlər. O, Cehundan 11.300 manat məbləğində pulu başlıq kimi deyil, borc olaraq almışdır. Torpaq sahəsini alacaq şəxsin olduğunu Cehuna bildirmiş, onlar təxminən bilmişlər ki, torpaq sahəsini alacaq şəxs hansı ölçüdə torpaq alacaq, bu məqsədlə də Cehun təxmini hesablamış və qiyməti demişdir. Həmin şəxs təxminən 8-9 rayonda və hər rayonda 1 ha torpaq sahəsi almaq istəmişdir. Torpaq sahəsi almaq istəyən həmin şəxs Azərbaycan əsilli, Polşa Respublikasında yaşayan dostu Yevgeni olmuşdur. Həmin şəxsin başqa anket məlumatlarını və nömrəsini bilmir, onunla şifahi söhbəti olmuşdur. O, “xxxx” MMC-nin direktoru Şahid1 Sergeyeviçlə müqavilə bağlayarkən həmin müqavilənin yazılı formasını özü tərtib etmiş, lakin imzalanan vaxt Şahid1 və Cehun Məmmədov iştirak etməmişlər. Sonradan o, müqaviləni Cehuna imzalatmış, Pyotrun yerinə isə qardaşı Yevgeni imzalamışdır. Bir daha bildirir ki, Cehundan aldığı pulu borc olaraq almışdır, istintaqın ilkin mərhələsində izahat verərkən isə həyəcanlı olduğundan 11.300 manat pulu başlıq kimi aldığını göstərmişdir. Ümumilikdə 3.000 manatı Cehundan qaz və çıxarış üçün almışdır, həmin işlər alınmadığı üçün pulu qaytaran zaman ona verəcəyi 15.000 manatın üstünə gəlmişdir. Pyotrla aralarında bağlanmış 48.000 manatlıq borc müqaviləsinin Cehunla heç bir əlaqəsi olmamışdır, həmin borc onların şirkətləri arasında olmuşdur və öz aralarında bu məsələni həll etmişlər. O, icraçı direktoru olduğu “xxxx” MMC-nin təmir, tikinti, abadlaşdırma və əmlak alqı-satqısı ilə məşğul olmuşdur. Ona qarşı irəli sürülmüş ittihamla razı deyildir, özünü təqsirli bilmir, çünki, tərəfindən hər hansısa saxta sənəd hazırlanmamış və istifadə edilməmişdir, lakin hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir, buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağı vardır. Eyni zamanda cinayət nəticəsində vurulmuş 14300 (on dörd min üç yüz) manat ziyanın 25 (iyirmi beş) faizi miqdarında (3579 (üç min beş yüz yetmiş doqquz) manat – komissiya məbləği ilə birlikdə) Dövlət büdcəsinə ödəniş etmişdir. Bunların nəzərə alınaraq onun Azərbaycan Respublikası CM-nin 178.2.4-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini, CM-nin 320.1 və 320.2-ci isə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Aydin oğlu göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Bakı şəhəri Xəzər rayonunda yerləşən obyektdə müxtəlif ağaclar satır. Bundan başqa, onun Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq massivində şirniyyat sexi vardır. Ortağı Şahid3 2015-ci ildə məhkəməlik işi olmuş, onun məhkəmədə işində nümayəndəsi kimi Təqsirləndirilən şəxs iştirak etmişdir. O, hazırda yaşadığı evə çıxarış və qaz çəkdirmək üçün müxtəlif dövlət orqanlarına müraciət etmişdir. Ancaq həmin ərazinin “SOCAR”a məxsus olduğunu ona bildirərək bunun mümkün olmamasını demişlər. 2019-cu ilin may ayında, xatırlamadığı gün, Mirsübhan onların sexinə gəlmiş, o, həmin vaxt orada Kamalla evin sənədləri barədə söhbət etmişlər. Onların söhbətini Mirsübhan eşitmiş və ondan nə məsələ olmasını soruşmuş, o da ona bildirmişdir ki, yaşadığı Xəzər rayonu Albalılıq massivi Nəriman Əliyev küçəsində yerləşən fərdi evinə qaz çəkmək və evə çıxarış almaq istəmişdir. Bu barədə şifahi müraciət etdiyini, ancaq ərazi “SOCAR”a məxsus olduğundan mümkün olmadığını demişdir. Mirsübhan bu işi həll edəcəyini deyərək ondan evə aid sənədləri istəmiş və maraqlanıb deyəcəyini bildirmiş, o da evin sənədlərini ona vermişdir. Təxminən 5 gün sonra may ayının ortalarında Mirsübhan onların sexinə gəlmiş və onunla görüşmüşdür. Mirsübhan evin çıxarışını almaq üçün 1.600 manat, qazın çəkilməsi üçün isə 1.400 manat istəmişdir. Mirsübhan həmin pulu məhkəməyə verib qısa zamanda işi həll edəcəyini demişdir. O isə fikirləşib əlaqə saxlayacağını demişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Kamalla birliklə Mirsübhanın yaşadığı Yasamal rayonunda yerləşən evin qarşısında olan parkda 1.400 manat qaz çəkilişi üçün ona vermişdir. Bundan sonra X19 adlı vəkilin şəxsiyyət vəsiqəsini ona vermiş və həmin vəkilə etibarnamə verilməsinin lazım olduğunu demişdir. O da 2-3 gün sonra “ASAN” xidmətdə vəkil Anar Vəliyevin və Mirsübhanın adına etibarnamə yazdırmış və həmin etibarnamələri, həmçinin 300 manat da order üçün əlbəəl Mirsübhana vermişdir. 2019-cu ilin iyun ayının ortalarında Kamal ilə birlikdə Mirsübhanın yaşadığı evin qarşısında 1600 manat pulu ev və şirniyyat sexinə çıxarış almaq üçün ona vermişdir. Mirsübhan ona demişdir ki, aldığı pulları məhkəməyə verərək və işi həll edəcəkdir, çünki o, Mirsübhana ərazinin “SOCAR”a məxsus olduğunu bildirmişdir. Mirsübhan da ona tezliklə işin həll olunacağını və ona narahat olmamağı demişdir. Bundan sonra, 2019-cu ilin iyul ayının əvvəllərində o, Mirsübhanla görüşmüş və ondan işlərin nə yerdə olduğunu soruşmuşdur. Mirsübhan isə işin məhkəmədə olduğunu və tezliklə həll olunacağını bildirmişdir. Həmin vaxt Mirsübhan ona Respublikanın 8 rayonunda yerləşən parklarda yaşıllaşdırma işlərinin aparılacağını, hər rayona görə 162.000 manatlıq iş görüləcəyini demiş və həmin işləri ona verə biləcəyini deyərək bu işlər üçün başlıq pulu kimi ondan 15.000 manat məbləğində pul istəmişdir. O, müxtəlif yaşıllaşdırma ağacları satdığına görə Mirsübhan ona bu barədə demişdir. Mirsübhan həmin pulu şirkətə verərək tenderdə onun qalib olmağını təmin edəcəkmiş və həmin şirkətdən də pul alacağını və qazancının da həmin pul olacağını demişdir. Daha sonra Mirsübhan ona guya həmin tenderi udmuş firmanın sənədlərini təqdim etmiş və o da həmin müqavilədə möhürlər olduğunu görüb ona inanmış və sonra onlar bu barədə söhbət edib başlıq pulu kimi 15.000 manata deyil, 12.000 manata razılaşmışlar. Bu məqsədlə 2019-cu ilin iyul ayının ortalarında Mirsübhana bacanağı Xudaşdan Şirvan şəhərində 5.000 manat götürməsini demiş və Mirsübhan Şirvan şəhərinə gedərək həmin pulu götürmüşdür. Həmin ilin iyul ayının sonlarında 6.100 manat pulu Kamilin iştirakı ilə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən “Meduza” adlı restoranın qarşısında Mirsübhana vermişdir. O, 2019cu ilin avqust ayının əvvəllərində Mirsübhanla görüşmüş, həmin vaxt Mirsübhan ona ilkin əməkdaşlıq müqaviləsi göstərib onu imzalamağını bildirmişdir. Həmin müqavilədə o, podratçı olaraq Mirsübhanın direktoru olduğu “xxxx” MMC vasitəsilə sifarişçi “xxxx” MMC arasında bağlanmışdır. Müqaviləni gördükdən sonra onun Mirsübhana inamı daha artmağa başlamışdır. Bundan sonra, 20 sentyabr 2020-ci il tarixdə o, Şirvan şəhərində olduğu zaman Mirsübhanın sözü ilə həyat yoldaşı Cəmilənin adına olan kart nömrəsinə Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən indiki “Neptun” adlı mağazadan E-manat terminalı vasitəsilə 200 manat pul göndərmişdir. Həmin vaxt Mirsübhan Polşada olmuşdur. Beləliklə də o, Mirsübhana qaz çəkdirmək və çıxarış almaq üçün 3000 manat, yaşıllaşdırma işlərinə görə 11.300 manat pul vermişdir. O, vəkil Anara order üçün verdiyi pulu ondan tələb etməmişdir. Ümumilikdə Mirsübhan onu aldadaraq 14.300 manat məbləğində pulunu ələ keçirmişdir. 2019-cu ilin oktyabr ayında o, vəkil Anarla görüşmüş, Anar məhkəmənin onun əleyhinə qərar çıxardığını ona demişdir. Anara Mirsübhanın məhkəmə ilə danışmalı olduğunu demiş, Anar isə heç kimin məhkəmə ilə danışmadığını ona demişdir. Bundan sonra o, şübhələnmişdir ki, Mirsübhan onu aldadır. 2019-cu ilin dekabr ayından o, Mirsübhandan pulunu tələb etməyə başlamışdır. Çünki, artıq Mirsübhan onun telefonlarına cavab verməmiş və müxtəlif bəhanələr gətirmişdir. O, Mirsübhandan pulunu istəmək üçün hətta bir dəfə onun yaşadığı evə də getmiş və bu barədə atasına da məlumat vermişdir. Bundan sonra Mirsübhan ona pulu qaytaracağını demişdir. O da Mirsübhana inanmadığını bildirmiş və Mirsübhan özü ona 14.300 manat borcu olması barədə kağız yazaraq vermişdir. Ancaq Mirsübhan həmin kağıza borc olaraq yazmışdır. Mirsübhan onu inandırmaq üçün vatsap sosial şəbəkəsi vasitəsilə ağacların əkiləcək yerlərini ona göndərmiş, bundan başqa nə qədər ağac əkiləcəyini ona demiş və o da Mirsübhana bunun məbləğini bildirmişdir. Həmin danışıqları o, istintaqa təqdim etmişdir. Bundan başqa o, Mirsübhanla danışıqlarının əks olunduğu diski də istintaqa təqdim etmişdir. 08 oktyabr 2020-ci il tarixdə isə Mirsübhanın etdiklərindən bezib Xəzər rayon Polis İdarəsinə müraciət etmişdir. Mirsübhan ondan dələduzluq yolu ilə aldığı pulu borca çevirmək istəmişdir. Ancaq Mirsübhan 3.000 manat məbləğində pulu çıxarış və qaz çəkdirmək adı ilə ondan almış, 11.300 manat pulu isə müxtəlif rayonda abadlıq işləri görülən zaman həmin işləri ona verəcəyi adı ilə ondan almış, özünü ona vəkil kimi təqdim etmişdir. Onu da bildirir ki, o, X10 direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Təqsirləndirilən şəxs direktoru olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, № Y1/1 (İlkin əməkdaşlıq) Müqaviləni Mirsübhan ona 2019-cu ilin sentyabr ayının sonlarında Buzovna qəsəbəsi Albalılıq massivində yerləşən “Şuşa” restoranının qarşısında təqdim etmişdir. Sonradan o, müqaviləyə baxanda görmüş və ona tam olaraq bir daha məlum olmuşdur ki, həmin müqavilənin mətninə Mirsübhan yalan məlumatları daxil etmiş və onu inandırmışdır ki, guya o, həqiqətən də Yaşıllaşdırma Xidmətləri işini ona verəcəkdir. Lakin əsl həqiqətdə heç bir Yaşıllaşdırma Xidməti işi olmamış və belə işlər aparılmamışdır. Mirsübhan onu inandırıb ona qarşı olan etibarından sui-istifadə edib aldatmaqla pulunu ələ keçirmişdir. Cinayət işində olan, üzərində “Onur Plast” Suvarma Sistemləri, topdansatış sözləri olan vərəqdə olan yazını onun yanında Təqsirləndirilən şəxs özü, öz xətti ilə yazmışdır. Həmin vərəqin yazılmasının səbəbi odur ki, o, Mirsübhandan pulunu qaytarmasını tələb etdikdə, o, bunu yazıb ona vermişdir ki, ondan aldığı 14.300 manat məbləğində pulu 2020-ci ilin avqust ayına qədər qaytaracaqdır. Zümrüd Əskərova torpaq sahəsinin sahibidir. Onun işlətdiyi sex və yaşayış evi həmin həyətdə yerləşir. Zümrüd Əskərova həmin etibarnaməni Mirsübhana ona görə vermişdir ki, Mirsübhan evin çıxarışını alsın və qaz problemini həll etsin. Həmin məsələyə görə pulları da Mirsübhana o vermişdir və hamısı ona məxsusdur. Zümrüd Əskərova ona heç bir məbləğdə pul verməmişdir. O, Şahid1 Sergeyeviçlə aralarında bağlanmış 07 avqust 2019-cu il tarixli, Y1/1 №-li İlkin (əməkdaşlıq) Müqavilədə olan imza həqiqətən də onun imzasıdır. Mirsübhan yalan danışır, belə ki, Mirsübhanın ona 2019-cu ilin oktyabr ayının ortalarında, günü xatırlamadığı vaxtda Yasamal rayonunda 2.000 manat, 2020-ci ilin mart ayının sonlarında, günün ikinci yarısında Yasamal rayonunda Yasamal parkının yaxınlığında 1.800 manat məbləğində pulu qaytarmasını yalandan uydurmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışmışdır. O, Mirsübhanın barəsində hüquq-mühafizə orqanına rəsmi şikayət etdikdən sonra qardaşı tərəfindən ona vurulmuş maddi ziyandan cəmi 3.000 manat ödənilmişdir. Ona dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Sergeyeviç göstərdi ki, o, fəhləliklə məşğul olur. Ögey qardaşı X5 2019-cu ilin xatırlamadığı ayında təklif etmişdir ki, onun adına şirkət açsın, o da qardaşı ilə razılaşmışdır. Qardaşı ona demişdir ki, yaxşı qazanc əldə edəcəklər. Bu məqsədlə o, qardaşı ilə bilrikdə 2019-cu ilin xatırlmadığı ayında Nərimanov rayonunda metronun “Nəriman Nərimanov” stansiyasının yanında yerləşən Vergilər nazirliyinin idarəsinə getmişlər, orada onun adına VÖEN açılmışdır. Sonra onlar bilrikdə Dərnəgül tərəfdə xatırlmadığı yerdə möhür düzəltdirmişlər və o, həmin MMC-nin direktoru olmuşdur. Yevgeni onun qardaşı olduğu üçün onunla razılaşmışdır. Həmin sənədlər hazırlanandan sonra o, dəfələrlə Yevgeniyə zəng edib iş olub-olmadığını soruşmuş, lakin qardaşı hər dəfə ona açdığı şirkətə görə hər hansı işin olmadığını demişdir. Hazırda qardaşı hər rübdə bir dəfə vergi ödəyir. O, fəhlə işlədiyi üçün şirkət açıb müqavilə bağlamaq və sair işlərdən anlayışı olmadığı üçün bu barədə dəqiq məlumatı yoxdur. Həmçinin onun adına olan “xxxx” MMC-nin “xxxx” MMC arasında hər hansı müqavilə bağlanılmasından məlumatı yoxdur. O, X12 adlı şəxsi tanımır. Onun hər-hansı yaşıllaşdırma işlərinin aparılmasından məlumatı olmamışdır. Təqsirləndirilən şəxs iki-üç dəfə qardaşı ilə bilrikdə görmüşdür, qardaşı Yevgeni Mirsübhanla dostdur və onun vəkil olduğunu ona demişdir. O, “xxxx” MMC-nin direktoru kimi göstərilmiş Sifarişçi onun, “xxxx” MMC-nin direktoru kimi göstərilmiş İcraçı Təqsirləndirilən şəxs arasında bağlanılmış 07 avqust 2019cu il tarixli, Y1/1 nömrəli “Yaşıllaşdırma Xidmətlərinin göstərilməsi haqqında” müqavilədə X1 kimi göstərilməsindən və həmin müqavilədən məlumatı olmamış, hər hansı yaşıllaşdırma işləri barədə sifarişçi olmamışdır. Qeyd olunan müqavilədəki imza və möhür ona aid deyildir. Möhür hazır olan vaxtdan qardaşı Yevgenidə qalmışdır. Onun “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 23 oktyabr 2019-cu il tarixli borc müqaviləsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 göstərdi ki, “xxxx” MMC ögey qardaşı, hazırda tikintidə fəhlə və prorab kimi işləyən Pyotrun adına açılmışdır. Pyotr həmin firmanın təsisçisi və direktoru, o isə firmanın meneceridir. Həmin firmanı açanda fikri tikinti işləri ilə müxtəlif işləri görmək, tenderlərdə iştirak etmək olmuşdur. Qardaşı həmin firmaya görə ona etibarnamə vermişdir ki, onun adından çıxış etsin və müxtəlif müqavilələr bağlasın. Təqsirləndirilən şəxs 4 ildən artqıdır ki, tanıyır, onunla birlikdə “Formula 1” yarışlarında işləmiş, orada palatkalarını icarəyə vermişlər. 07 avqust 2019-cu il tarixli, Y1/1 nömrəli “Yaşıllaşdırma Xidmətlərinin göstərilməsi haqqında” müqavilədə X1 kimi göstərilmiş, həmin müqavilə ilkin əməkdaşlıq müqaviləsi kimi bağlanılmışdır. Onlar yaşıllaşdırma işləri görməyi planlaşdırmışlar, podratçı isə Cehun Məmmədov olacaqdı. Cehunu tanımır, həmin müqaviləni onlar Mirsübhanla birlikdə qarşılıqlı hazırlamışlar, həmin vaxt Cehun orada iştirak etməmişdir, müaviləni Pyotrun yerinə o imzalamışdır. O, həmin MMC-nin təsisçisi və direktoru olmadığı üçün müqavilədə onun anket məlumatları qeyd olunmamış, lakin etibarnaməsi olduğuna görə Pyotrun yerinə imzalamışdır. “xxxx” MMC və “xxxx” MMC arasında bağlanılmış 07 avqust 2019-cu il tarixli əməkdaşlıq müqaviləsi o səbəbdən bağlanmışdır ki, o, Mirsübhan və Polşada yaşayan Yevgeni adlı biznesmenlə birlikdə Respublikanın müxtəlif rayonlarında yaşıllaşdırma işləri aparacaqdı, turistik obyektlər seçiləcəkdi və onlar orada yaşıllaşdırma işləri aparacaqdılar. Polşada yaşayan Yevgeni onlara sponsorluq edəcəkdi və onlar turizim olan ərazilərdə yaşıllaşdırma işləri aparacaqdılar. Yevgeninin anket məlumatlarını, eləcə də telefon nömrəsini bilmir, hazırda telefonu yandığı üçün onun nömrəsini təqdim edə bilmir. Bağladıqları müqavilə əsasında hər rayonda görüləcək işin məbləği barədə pulun hesablanmasını xatırlamır. Belə ki, müqavilə bağlansa da reallıqda hər hansı iş olmamış, Yevgeni konkret bir söz deməmişdir. Bu səbəbdən də arada aparılan danışıqlar və hesablamalar real deyildir. Yevgeni ilə ilk olaraq o tanış olmuş, sonradan Mirsübhan onların müqaviləsinə görə və diğər başqa işlərdə sponsor axtarmaq məqsədi ilə Polşaya gedib onunla tanış olmuşdur. Mirsübhanın Polşaya getməsi xərclərini onun özü ödəmişdir. Mirsübhanın Cehun adlı şəxsdən hər hansı məbləğdə pul almasından onun məlumatı olmamışdır. Onların bağladıqları müqavilə üzrə Mirsübhanın hər hansı xərcləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, onun Cehun Məmmədovla ortaqlı şirniyat sexləri vardır. Təqsirləndirilən şəxs təxminən 2-3 il olar ki, tanıyır. Mirsübhanı tanıyanda o, Nərimanov Rayon Məhkəməsinin yaxınlığında yerləşən Vəkil bürosunda işləmişdir. Hüquqi savadı olmadığı üçün, evi bankda girovda olan zaman Mirsübhan bəzi işləri onun üçün görmüş və bundan sonra onunla münasibətləri yaranmışdır. Təxminən 2019-cu ilin mart ayında Cehunla söhbət edən zaman o, yaşadığı evə çıxarış və qaz çəkmək istədiyini, eləcə də şirniyat sexi olan yerə çıxarış almaq istədiyini demişdir. Lakin onlar bilmişlər ki, ev və sex olan ərazi yüksək gərginlikli elektrik cərəyanının yaxınlığı və NQÇİ-nin ərazisi olduğundan çıxarış çıxartmaq mümkün olmamışdır. 2019-cu ilin may ayının əvvələrində Mirsübhana müraciət etmişlər, Cehun əlində olan sənədləri ona təqdim etmiş, ərazinin NQÇİ-nin olduğunu və məhkəmənin qaz çəkmək üçün ona imtina etdiyini də demiş, Mirsübhan sənədlərə baxdıqdan sonra problemin olmadığını deyərək qaz çəkmək üçün 1.400 manat və hər iki torpaq sahəsindəki tikililər üçün isə ümumilkdə 1.600 manat istəmişdir. Bundan sonra Cehun ona etibarnamə vermiş və Mirsübhan guya bu işlərlə məşğul olmağa başlamışdır. Bundan sonra Mirsübhanla Cehunun da münasibəti yaranmış, onlar bir neçə dəfə Buzovna qəsəbəsində yerləşən kafelərdə oturub birlikdə çörək yemişlər və Mirsübhan onların yanına sexə gəlib-getməyə başlamışdır. Həmin vaxt Mirsübhan Cehunun yaşıllaşdırma işləri, gül, ağac və qazon satışı ilə məşğul olduğunu bilmişdir. Bundan sonra may ayının sonlarında Cehun ona demişdir ki, Mirsübhan 8 rayonda 3 ha torpaq sahəsində yaşıllaşdırma işləri görməyini təklif etmişdir. Sonra Cehun ona demişdir ki, Mirsüban demişdir ki, həmin işləri götürmək üçün 30.000 manat pul vermək lazımdır. Cehun onunla razılaşmamış, bundan iki gün sonra Mirsübhan Cehundan 15.000 manat istəmiş, lakin o, yenə razılaşmamışdır. Bundan bir neçə gün sonra o, Cehunla birlikdə olan zaman Mirsübhan durmadan Cehunu yığmış və pul istəmişdir. Həmin vaxt Cehun ona demişdir ki, gedib Şirvan şəhərində qohumundan götürsün. 2019-cu ilin iyul avqust ayında o, Cehun və Mirsübhanla birlikdə Buzovna qəsəbəsində yerləşən adını xatırlmadığı kafedə görüşərək orada çörək yemişlər, orada Cehun Mirsübhana 6.100 manat vermişdir. Həmin pulu da, Şirvan şəhərindən götürdüyü 5.000 manatı da Mirsübhan “şapka” kimi götürmüşdür ki, həmin yaşıllaşdırma işlərini Cehuna versin. 20 sentyabr 2019-cu il tarixdə Cehun ona demişdir ki, Mirsübhan bir nəfər qadının bank kartını ona atmış və həmin karta Albalılıq massivində yerləşən bankomatdan 200 manat vurmuşdur. Bununla da Cehun Mirsübhana ümumilkdə 14.300 manat vermişdir. Lakin Mirsübhan verdiyi vədlərin heç birinə əməl etməyərək nə qaz çəkdirməmiş, nə çıxarış almamış, nə də ki, yaşıllaşdırma işlərini Cehuna verməmiş, eləcə də aldığı pulları geri qaytarmamışdır. Mirsübhan Cehundan aldığı 14.300 manat pulu borc olaraq almasını yalan deyir. Cehunla olan söhbətlərin çoxunda o, iştirak etmiş, Mirsübhan 3.000 manatı evin və sexin qaz çəkilməsi və çıxarış alması adı ilə, 11.300 manatı isə yaşıllaşdırma işlərini Cehuna vermək üçün başlıq pulu kimi Cehundan almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Cehun Məmmədov onun bacanağıdır. 2019-cu ilin iyul ayının sonlarında Cehun ona zəng edib Respublikanın müxtəlif rayonlarında yaşıllaşadırma işlərinin aparacağını demiş və bu məqsədlə bir nəfər şəxsə 5.000 manat pul vermək lazım olduğunu bildirmişdir. O, problemin olmadığını demiş və həmin məbləğdə pulunun olduğunu demişdir. Cehun onun nömrəsini həmin şəxsə vermişdir. Səhəri gün onun mobil telefonuna Mirsübhan adlı bir şəxs Cehunun adından zəng etmiş və Şirvan şəhərində olduğunu demişdir. O, həmin şəxslə Şirvan şəhərində “Hacıqabul dayanacağı” deyilən yerdə görüşmüşdür. Həmin vaxt Mirsübhan Şirvan şəhərinə orta yaşlı bir nəfər kişinin idarə etdiyi metalik rəngli “Opel” markalı nömrəsini xatırlamadığı avtomaşınla gəlmişdir. O, avtomaşında 5.000 manatı sayıb Mirsübhana vermiş və avtomaşından düşüb getmişdir. Təxminən bir ay sonra Cehun onun pulunu qaytarmışdır. Bundan sonra o, həmin şəxsin Cehunu aldadaraq ümumilkdə ondan 3.000 manatın aldığını, hər hansı iş görmədiyini və aldığı pulları geri qaytarmadığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 göstərdi ki, Buzovna qəsəbəsi Albalılıq massivi Nəriman Əliyev küçəsində yerləşən nömrəsiz fərdi ev onun adına olmuşdur. Həmin ünvanda həm də həyətdə şirniyyat sexi vardır. Həmin sexi X12 işlədir. Buna görə də o, həmin evə qaz çəkdirmək və evə dair qanuni çıxarış sənədi almaq istəmişdir. Lakin həmin ərazilər “SOCAR”a aid olduğuna görə sənəd almaq mümkün olmamışdır. 2019-cu ilin may ayının əvvəllərində Cehun ona demişdir ki, bir nəfər Mirsübhan adlı tanıdığı insan var, ona inanır, çünki o, tanışı Kamalın da məhkəməlik işini həll edib və buna görə də həmin işi də, yəni onun torpaq sahəsində olan sex və evə qaz xətti çəkdirmək və evin çıxarış sənədini də həll etməyi ona tapşırmaq istəyir. O da Cehuna demişdir ki, əgər tanıyırsa və ona həqiqətən də etibar edirsə və həmin Mirsübhan adlı şəxs bu işi məhkəmədə həll edə biləcəkcə onda ona həvalə edərlər. Cehun da ona demişdir ki, həmin adama inanır və buna görə də lazımi sənədlər toplanmış və altı may 2019-cu il tarixdə o, öz adından Təqsirləndirilən şəxs bu işləri həll etmək üçün Bakı şəhəri 5 saylı “ASAN” xidmət mərkəzində bir illik etibarnamə vermişdir. Cehun ona demişdir ki, Mirsübhanla evin çıxarış sənədini almaq üçün 1.600 manata, qaz xəttinin çəkilməsi üçün isə 1.400 manata razılaşıblar. Mirsübhan da Cehuna söz vermişdir ki, həmin pulu məhkəməyə verib mülki işi onların xeyrinə həll edəcəkdir, demişdir ki, yerin “SOCAR”a aid olduğundan narahat olmasın, işi məhkəmədə udacaqdır. O, arabir Cehundan işlərin nə yerdə olduğunu soruşub maraqlanmış, Cehun da ona demişdir ki, Mirsübhanla tez-tez əlaqə saxlayır və işlər gedir. Sonradan Cehun ona demişdir ki, Mirsübhan demişdir ki, məhkəmədə çıxış etmək üçün Anar adlı vəkil ilə müqavilə bağlamaq lazımdır və buna görə də 09 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X9 ilə onun arasında müqavilə bağlanmış, həmin müqaviləyə görə vəkilə Cehun 300 manat pul vermişdir. Bundan sonra, 19 noyabr 2019-cu ildə vəkil onun adından Xətai Rayon Məhkəməsinə iddia ərizəsi hazırlamış və o, həmin iddia ərizəsini imzalamışdır. Lakin Xətai Rayon Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli qərardadı ilə məhkəmədə ərizəyə baxılmasından imtina edilmişdir. Bununla bağlı Cehunla əlaqə saxlayanda Cehun ona demişdir ki, bu barədə Mirsübhanla əlaqə saxlayıb danışırlar. O da arxayın olub gözləmişdir ki, Mirsübhan bu işləri müsbət həll edəcəkdir. Hər dəfə də Cehunla əlaqə saxlayıb maraqlanmış, sonradan isə ona məlum olmuşdur ki, Mirsübhan Cehunu da aldadaraq onun üçün də müəyyən işləri görəcəyini yalandan vəd verib aldatmaqla ümumilikdə 14.300 manat pulunu aldadıb ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. O, Mirsübhana vermək üçün Cehuna hər hansı bir məbləğdə pul verməmişdir. Çünki həmin həyətdə olan sexi Cehun özü işlədir və yaşayış evində onlar yaşayırlar. Ona görə də Mirsübhana onun bu işləri görəcəyi ilə bağlı istədiyi pulları Cehun özü vermişdir. İş materiallarında olan üzləşmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X12 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı zərərçəkmiş şəxs aldadılması və xeyli miqdarda pulunun dələduzluq yolu ilə ələ keçirilməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan üzləşmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı Şahid3 zərərçəkmiş şəxs X4 aldadılması və xeyli miqdarda pulunun dələduzluq yolu ilə ələ keçirilməsini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X4 istintaqa təqdim etdiyi 01 ədəd “CD” disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş və həmin diskə baxış keçirilmişdir. Baxışla müəyyən olunmuşdur ki, diskdə cəmi 2 ədəd fraqmentdən ibarət olan AMR Audio File (.amr) formatlı səs yazıları vardır. İş materiallarından görünür ki, həmin səs yazıları ibtidai istintaq zamanı dinlənildiyi vaxt müəyyən edilmişdir ki, səs yazılarında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X12 ilə danışıqları vardır və həmin danışıqların mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncuya vəd etdiyi işləri müsbət həll edilməsi üçün ona köməklik etməsini, bu iş üçün çalışmasını, əlaqələrindən istifadə etməsini, narahat olmamasını bildirən çoxsaylı vədlər vardır. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X4 istintaqa təqdim etdiyi, Təqsirləndirilən şəxs ilə onların aralarında olmuş cəmi 18 (on səkkiz) vərəqdən ibarət mobil telefon sms yazışmaları sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs X4 istintaqa təqdim etdiyi 01 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, “Yaşıllaşdırma xidmətlərinin aparılması haqqında” Y1/1 №-li İlkin (əməkdaşlıq) Müqaviləsi mətninə həqiqəti özündə əks etdirməyən saxta məlumatlar daxil edilməklə saxtalaşdırıldığına görə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, üzərində “Onur Plast suvarma sistemləri topdan satış” yazısı olan vərəqdə “Biz aşağıda imza edənlər imzamızla təsdiq edirik ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında olan 14300 AZN borcu Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayına qədər tam şəkildə ödəyəcək” mətni olan vərəq sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Aydin oğlu tərəfindən məhkəməyə təqdim olunmuş 31 mart 2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı vardır. İş materiallarında olan 21 aprel 2021-ci il tarixli 19284 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş 14300 14300 (on dörd min üç yüz) manat ziyanın 25 (iyirmi beş) faizi miqdarında (3579 (üç min beş yüz yetmiş doqquz) manat – komissiya məbləği ilə birlikdə) Dövlət büdcəsinə ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 26 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs hüquq verən rəsmi sənədi qanunsuz olaraq saxtalaşdırıb bilə-bilə həmin saxta sənəddən istifadə etməsi, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq cinayətini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin Təqsirləndirilən şəxs həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 320.1. və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Aydin oğlu Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, buna görə də onun ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını, gələcəkdə də olmayacağını göstərdi. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Aydin oğluna vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1. və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.1. və 320.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.1. və 320.2-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CMnin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - zərərçəkmiş şəxs X4 istintaqa təqdim etdiyi 01 ədəd “CD” disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6 CM-nin 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X21 oğluna vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 07 (yeddi) ay müddətə islah işləri cəzası, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 05 (beş) ay müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - zərərçəkmiş şəxs X4 istintaqa təqdim etdiyi 01 ədəd “CD” disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-164/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-164/2021
05.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver