Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-164/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Gədəbəy rayonu Xarxar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Gədəbəy rayonu, Xarxar ərazi dairəsinin Xarxar kəndində qeydiyyatda olan və yaşayan, 1 noyabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs X3 Xidməti tərəfindən müvəqqəti qeydiyyat rejimini pozduğundan ölkə hüdudlarından kənara çıxarıldığı üçün mühafizə olunan dövlət sərhəddini keçmək üçün müəyyən edilmiş sənədi, yəni pasportu olmadığına görə Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyindən, əvvəllər özünə məxsus lakin etibarsız olan "X10" ad və soyadı ilə Azərbaycan Respublikasına məxsus C01791812 nömrəli pasportu, 31 oktyabr 2024-cü il tarixdə 0731 nömrəli Sankt- Peterburq- Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri Xəzər rayonunda yerləşən "Heydər Əliyev" X12 sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 15:59 radələrində həmin pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, onun təqdim etdiyi Azərbaycan Respublikasına məxsus C01791812 nömrəli pasportun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən etibarsız olması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2017-ci ildə Rusiya Federasiyasında müvəqqəti qeydiyyat rejimini pozduğu üçün 5 il müddətinə Rusiya Federasiyasından deportasiya olunaraq Azərbaycan Respublikasına geri qayıtmışdır. Bir müddət Gədəbəy rayonunda yaxın qohumlarının evində qaldıqdan sonra yenidən Rusiya Federasiyasına getmək qərarına gəlmiş, 2019-cu ilin sentyabr ayında ad soyadını (əvvəlki ad və soyadı X10) Təqsirləndirilən şəxs dəyişərək özünə yeni şəxsiyyət vəsiqəsi, həmin ilin oktyabr ayında isə pasport almış, yeni pasport alarkən "Asan Xidmətin Şəmkir rayonu üzrə səyyar qurumunun əməkdaşına əvvəlki pasportunu təhvil verməmiş, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs adına verilmiş C02818240 nömrəli pasportla Heydər Əliyev X13n dövlət sərhədini keçǝrǝk Bakı-Sankt-Peterburq aviareysi ilə Rusiya Federasiyasına getmişdir. Həmin tarixdən də orada yaşayaraq Azərbaycan Respublikasına geri qayıtmamışdır. Sankt-Peterburq şəhərində xırda ticarətlə məşğul olmuş, təxminən 2 il əvvəl Sankt-Peterburq şəhərində olarkən pasportunu itirmiş. Rusiya Federasiyasında sənədsiz yaşamaq çətinləşdiyi üçün Gədəbəy rayonunda yaşayan qohumları ilə əlaqə saxlayıb onlardan evdə qalmış X5 adına verilmiş əvvəlki pasportunu ona göndərmələrini xahiş etmişdir.Uzun müddət Rusiya Federasiyasında qeydiyyatsız yaşadığı üçün müvəqqəti qeydiyyat rejimini pozmuşdur. 01 oktyabr 2024-cü ildə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində polislər tərəfindən saxlanılaraq Rusiya Federasiyasının Miqrasiya Xidmətinə təhvil verilmiş, Miqrasiya Xidməti tərəfindən miqrantların saxlanılma mərkəzinə aparılmışdır. xx.xx.2024-cü ildə Sankt-Peterburq-Bakı aviareysi ilə Bakı şəhərinə göndərilmişdir. “Heydər Əliyev” adına X13 sərhəd nəzarəti şöbəsində üzərində olan X5 adına olan pasportunu dövlət sərhədindən keçmək məqsədi ilə sərhəd naryadına təqdim etmişdir. Bu zaman sərhəd naryadı tərəfindən saxlanılmışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Arif oğlu ifadəsində bildirmişdir ki, 31 oktyabr 2024-cü il tarixdə saat 09:00-dan saat 20:00-dək «X16 Hava Limanı» sərhəd nəzarəti şöbəsinin Terminal 1 uçub gəlmə zalında «növbə rəisi» sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman saat 16 radələrində «sənədlərin yoxlanışı» sərhəd naryadı xidmətində olan baş gizir Şahid2 Məmmədsadiq oğlu ona Sankt Peterburq-Bakı aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn, Azərbaycan Respublikasının vətəndaşı X5 təqdim etdiyi pasportun rəsmiləşdirilməsi giriş-çıxış tarix ştamplarının şübhə doğurması və sərhəd keçmə əlaqələrinin pozuntusu barədə ona məlumat vermişdir. Həmin istiqamətdə gedərək X5 pasportuna təkrar baxış keçirmiş, «X16 Hava Limanı» buraxılış məntəqəsinə məxsus giriş-çıxış tarix ştamplarının saxta olmasını və X5 18 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs məxsus C02818240 nömrəli pasportla Azərbaycan Respublikasından Gürcüstana keçməsini dəqiqləşdirdikdən sonra bu barədə aidiyyəti üzrə rəhbərliyə məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs “X16 Hava Limanı” sərhəd nəzarəti şöbəsində saxlanılmışdır. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxta sənəddən istifadə etməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 29, 318.1 və 320.2-ci maddəllərii ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - 31 oktyabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Hümbətov Bəylər (Bəhram) Bayram oğlu inzibati qaydada tutulmuşdur; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs (X17) oğlu əvvəllər məhkum edilməmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddəllərii ilə ittiham elan olunmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - 05 dekabr 2024-cü il tarixli 5/1277 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş X5 adına olan C seriyalı 01791812 nömrəli pasportunun blanki mətbəə çap üsulu ilə hazırlanmışdır, xüsusi mühafizə vasitələrlə təchiz olunmuşdur və Azərbaycan Respublikasının ümumvətəndaş pasportu ilə eynilik təşkil edir. Təqdim edilmiş pasportun vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, dəyişdirilməmişdir. Pasportun 39-X23 "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 26 03 24 » 8" Və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 20 12 23 « 8" Məzmunlu, 41-X21 "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 08 12 23 » 8" Və "Azərbaycan Respublıkası Dövlət Sərhəd Xidməti Heydər X9 80 05 09 22 « 8" Məzmunlu, 43- X22 "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 25 08 23 » 8" Və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 08 06 23 « 8" Məzmunlu, 45-X21 "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 31 05 23 » 8" Və "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 20 05 23 « 8" Məzmunlu, 47-X21 "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Heydər X9 80 01 03 23 > 3" Və "Azərbaycan Respublıkası Dövlət Sərhəd Xidməti Heydər X9 80 28 01 23 < 3" Məzmunlu, 49-X23 "Azərbaycan Respublıkası Dsx Heydər X9 *** ** ** 23 » 1" məzmunlu ştampların əksləri relyef klişelǝr vafeitəsilə bir başa vurulmuşdur. "Heydər Əliyev" X18 Sərhəd Nəzarəti şöbəsinə məxsus 143 nömrəli əvvəlki ştampın eksperimental ǝks nümunələri təqdim olunmadığı üçün ekspert qarşısında qoyulmuş ikinci sualın 143 nömrəli giriş-çıxış tarix ştampı üzrə tədqiqat aparılmamışdır; - Maddi sübut kimi tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş saxta C01791812 nömrəli pasport cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhəddinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə -min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bilə-bilə saxta sənədlərdən istifadə etmə -min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, rəsmi sənəd barəsində və onun üzərində qanunsuz hərəkətlərin edilməsi nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyətinin dəyişməsi, onun əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə etməsi və ya vəzifədən azad edilməsi, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə etməsi rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma kimi qiymətləndirilməlidir. Qeyd olunan qərarın mənasına görə saxta olmasa belə, rəsmi sənəddəki məlumatların qəsdən təhrif olunaraq istifadə edilməsi bilə-bilə saxta sənədlərdən istifadə etmə kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 29-cu maddəsinə əsasən Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.4.-cü maddəsimnə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxs X8 törətdiyi əməli səmimi etiraf etməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs X8 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, X11 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X14 Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddələrinə əsasən X11 hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınaraq təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli (CM-69.4), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti X6 tutularaq dövlət nəfinə keçirilməli, maddi sübut kimi tanınan C01791812 nömrəli pasport cinayət işinin materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CMnin 29,318.1-ci maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 2300 (iki min üç yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). İş üzrə maddi sübut kimi tanınan C01791812 nömrəli pasport cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X2 etdiyi 11 saat vaxta görə 66 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-164/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-164/2025
06.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver