Məhkəmə qərarları › İş №1(003)-165/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-165/2020

22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-165/2020 22.07.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Noda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-34/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədilə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu yeni yaşayış sahəsində yerləşən fərdi yaşayış evinin içərisində 14 yaşına çatmayan xx xxxxxx 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədən sonuncunu yataq otağına aparıb çarpayının üzərinə uzadaraq qucaqlayıb əli ilə sinə və arxa nahiyəsinə toxunaraq zərərçəkmiş şəxsin əynində olan şalvarını və köynəyini yarımçıq çıxarıb dodağından və sinəsindən öpərək əxlaqsız hərəkətlər etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı özünü təqsirli bilərək göstərmişdir ki, Lerik rayonunun Noda kəndində pasport qeydiyyatında olsa da 2006-cı ildən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur. Həmin tarixdən Rasimgilin ailəsi ilə qonşu olmuş, münasəbətləri çox yaxşı olduğundan, hətta bir-birlərinin evinə ailəvi gediş-gəlişləri olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat təqribən 10:00 radələrində həyat yoldaşı x2 ona zəng edərək Rasimin həyat yoldaşı Rahidənin zəng edib evdə olmadıqlarını, övladları Günay və Ayanın evdə tək olduqlarını, evə çörək alan zaman onların da evinə 2 ədəd çörək almağını ondan xahiş etməsini demişdir. Həmin vaxt o, Binə qəsəbəsində olmuşdur və iki ədəd təndir çörəyi alıb Rasimin evinə getmişdir. Qapını döymüş və qapını Ayan açmışdır. O, içəri daxil olub çörəkləri otaqda olan stolun üstünə qoymuş və Ayana demişdir ki, “evi təmiz saxla, orada yemək var, onu qızdır”. Bundan sonra o, Günaya yaxınlaşıb onu qucağına almış və onunla birlikdə digər otağa keçmişdir. Ayan da içəri keçmiş, lakin o, Ayana demişdir ki, otaqları təmizləsin, anası gəlib deyinəcək. Ayan otaqdan çıxmışdır. O, Günayı yataq otağında olan çarpayının üstündə uzadaraq yanaqlarından və boynundan öpməyə başlamışdır. Təqribən 4-5 dəqiqə orada olduqdan sonra onlara yemək yemələrini demiş və oradan çıxıb getmişdir. Həmin günün axşamı Rasim onu öz evlərinə çağırmış və ona demişdir ki, belə bir məsələ var. Belə ki, Günay evdə demişdir ki, guya o, Günayı yataq otağında uzadaraq öpmüş və özünü ona sürtmüş, uşağın şalvarını və köynəyini çıxartmışdır. O, Rasimə “Günayı yataq otağında uzadıb öpmüşəm, lakin şalvarını və köynəyini çıxartmamışam, nə də ki, ona özümü sürtməmişəm” deyə bildirmişdir. Bundan sonra Rasim tələb etmişdir ki, “evini sat, bu ərazidən çıx get”. Rasimin evindən çıxmış və öz evinə gələrək olanları danışmışdır. Həyat yoldaşı Dəstəgül Rasimgilin evinə getmiş və onlara bildirmişdir ki, belə bir hadisə ola bilməz. Hazırkı açıq məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsindən imtina edərək əsil həqiqəti söyləyir və bildirir ki, Polis İdarəsində ona təzyiqlər edilmiş, həmin cinayət əməlini etiraf etməsi ondan tələb edilmiş və ibtidai istintaq zamanı törətmədiyi cinayəti etiraf etməyə məcbur edilmişdir. Orada ona edilmiş təzyiqlər barəsində o, heç kimə şikayət etməmişdir. Bir daha bildirir ki, onun Günayla aralarında heç bir cinsi əlaqə və yaxud digər bir intim münasibət olmamışdır. Onun özünün bir azyaşlı oğlu vardır, qızı isə yoxdur, sadəcə olaraq qız ovladlarının, o cümlədən Günayın xətrini çox istədiyindən onu öz balası kimi əzizləmək mənasında öpmüşdür. Onun ailəsinin Günaygilin ailəsi ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Günay azyaşlı uşaqdır, nə danışdığını qavramaya da bilər. Günay ona həmin gün ad gününün olacağını, anasının bu münasibətlə tort hazırlayıb yataq otağındakı kamodun üstündə qoyduğunu bildirdiyi və ona həmin torta baxmağı dediyi üçün, o da maraqlanıb torta baxmaqdan ötrü Günayı qucağına götürüb yataq otağına aparmış, torta baxdıqdan sonra onu çarpayının üzərinə uzadaraq qucaqlayıb təbrik mənasında öz balası kimi xoş niyyətlə yanaqlarından öpmüş, başqa heç bir əxlaqsız hərəkət etməmişdir. Həmin vaxt otağın qapısı da açıq olmuşdur və əgər onun başqa niyyəti olsaydı, qapını örtərdi və uşağın müqavimətini asanlıqla qırardı. Hesab edir ki, onun xoş niyyətli əməli yanlış anlaşılmışdır. Həmin əməlinin bu cür nəticəyə səbəb olacağını təsəvvür etməmiş və bunu arzulamamışdır. Vəziyyətin bu yerə gəlib çıxmasına görə mənəvi əzab çəkir, sarsıntı keçirir, çünki, pis niyyəti olmamışdır, həmin uşaqların xətrini doğrudan da çox istəmiş, ümumiyyətlə isə Rasimin qızlarına həmişə öz doğma balaları kimi valideyn gözü ilə baxmışdır. Bu işdə onun heç bir təqsiri yoxdur və hazırda tamamilə nahaqdan, törətmədiyi cinayətə görə ittiham edilərək tutulmuşdur. Ailəsinin yeganə qazanc gətirənidir, himayəsində bir azyaşlı uşağı vardır. Belə bir ləkə ilə yaşamaq istəmir və bildirir ki, törətmədiyi cinayətə görə barəsində ittiham hökmü çıxarılarsa, intihar etməli olacaqdır. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi Şahid1 qızının iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Binə qəsəbəsi Südçülük sovxozunda yaşayır, heç bir məktəbdə və bağçada oxumur. Onların ailəsi atası, anası, bacısı, qardaşı və özündən ibarətdir. Anası və atası işə gedəndə o, bacısı Ayan ilə evdə tək qalırmış, aradabir qonşular onlara baş çəkirmiş. Fuad onların qonşusudur, onlar ailəvi dost olmuşlar. Fuadgil tez-tez onlara gəlirlərmiş, onlar da eyni zamanda Fuadgilə qonaq gedirlərmiş. xx xxxxxx 2020-ci il tarixdə atası Rasim və anası Raidə səhər 08 radələrində işə getmişlər. Evdə çörək az olduğu üçün anası qonşuları Fuadın arvadı Dəstəgül xalaya zəng edərək demişdir ki, “Fuad öz evinə çörək almağa gedəndə bizə də çörək alıb verər”. Həmin gün günorta saatlarında Fuad onların evinin qapısını döymüş, bacısı Ayan qapını açmışdır. Fuad əlində iki ədəd çörək ilə evin içərisinə daxil olaraq çörəkləri otaqda stolun üstünə qoymuş, bundan sonra onu qucağına alaraq valideynlərinin yataq otağına aparmışdır. Onlar otağa daxil olduqdan sonra Ayan da həmin otağa gəlmişdir. Fuad Ayana demişdir ki, get, o biri otaqları təmizlə, bacısı da da oradan çıxıb getmişdir. Bacısı getmiş, otağın qapısı açıq qalmışdır. Daha sonra Fuad onu valideynlərinin yataq otağında yerləşən çarpayının üstünə uzandırmışdır. Fuad onun dodaqlarından bir dəfə öpmüş, sonra əynində olan köynəyi sinəsinə qədər qaldırmış və onun göbək nahiyəsi çöldə qalmışdır. Fuad onun qarnından bir dəfə öpmüş, bunun ardınca isə əynində olan şalvarı azca aşağı çəkmişdir. O, şalvarını yuxarı çəkərək bildirmişdir ki, “mən acam, yemək yemək istəyirəm”. Fuad onu qucağına götürərək yemək yedikləri otağa aparmış və Ayana demişdir ki, uşağa yemək versin. Ayan ona yemək gətirmişdir və Fuad onun üzündən öpüb oradan çıxıb getmişdir. Həmin gün anası axşam evə gələndən sonra anasına Fuadın onu necə öpdüyünü bildirmişdir. Lakin anası ilkin olaraq ona inanmamış və bildirmişdir ki, “Fuad sənin əmindir”. O, anasına “sən işə getsən Fuad bir də bizə gəlməsin, mən ondan qorxuram” demişdir. Fuad ona qarşı heç bir zor tətbiq etməmiş, onu qucağında otağa apararaq dodaq və qarın nahiyəsindən öpmüş, əllərini onun sinə nahiyəsində gəzdirərək əlləşdirməyə başlamış, ardınca isə əlləri ilə onun dalını əlləşdirmişdir. Lakin Fuad öz bədənini onun bədəninə sürtməmiş, heç öz şalvarını da çıxartmamışdır. Fuad birinci dəfə ona qarşı belə hərəkətlər etmişdir. Fuaddan qorxur, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 qızı göstərdi ki, adətən hər gün həyat yoldaşı Rasim ilə birlikdə işə gedir və uşaqlar evdə tək qalırmış. Onlarla qonşuluqda Fuad öz ailəsi ilə yaşayır və mehriban qonşu olmuşlar. xx xxxxxx 2020-ci il tarixdə o və Rasim səhər 08 radələrində evdən çıxıb işə getmişlər. O, avtobusla işə gedərkən Fuadın həyat yoldaşı Dəstəgülə "whats app"-la mesaj səs ataraq bildirmişdir ki, “öz evinizə çörək alarkən bizim də evə çörək alıb verərsiz. Uşaqlar evdə təkdir, pulunu gəlib, özüm verərəm”. Dəstəgül ona təxminən saat 10-11 arası cavab verərək bildirmişdir ki, “Fuad mağazaya gedib, gəlsin, sizə çörək aldırıram”. Fuad onlara çörək alıb aparmışdır. Axşam saat 19 radələrində o, evə qayıtmışdır. Həmin gün eyni zamanda Günayın ad günü olmuşdur. Evə çatan kimi Günay ondan soruşmuşdur ki, “səhər də işə gedəcəksən?”. O, cavab vermişdir ki, bilmir. Günay demişdir ki, “əgər sən işə getsən, onda Fuad çörək alıb bizə gəlməsin”, “Fuad əmi pis hərəkətlər edir, məni öpür”. O, ilkin olaraq Günaya fıkir verməmiş, demişdir ki, “Fuad sənə dayı kimidir”. Günay bir neçə dəfə bunu təkrar etdikdə o biri qızı Ayandan soruşmuşdur ki, Günay niyə belə danışır. Ayan demişdir ki, Günay düz deyir, Fuad gəlib Günayı o biri otağa, yəni onun yataq otağına aparmışdır. O, Ayandan soruşmuşdur ki, “bəs sən niyə o otağa keçməmisən?”. Ayan cavabında bildirmişdir ki, “mən də o otağa keçdim, lakin Fuad mənə dedi ki, otaqdan çıx və get evin zibillərini təmizlə”. Ayan bildirmişdir ki, otaqdan çıxmış, daha sonra Fuad da Günay ilə qonaq otağına gəlmiş, Günayı stulda otuzdurmuş, üzündən öpüb getmişdir. Fuad gedəndən sonra isə Günay otaqda baş verənləri Ayana danşmışdır. Ayan da ona bunları danışmışdır. O, bu barədə Günaydan da soruşmuş, Günay da eynilə bunları danışmışdır. Daha sonra Rasim də gəlmiş, əmin olmaq üçün uşaqları bir daha sorğu-sual etmişlər. Günay da dayanmadan danışırmış ki, Fuad onu yataq otağına apararaq paltarlarını yarımçıq çıxarıb, üzündən, boynundan və sinə nahiyəsindən öpmüş, eyni zamanda da əlləri ilə bədəninin müxtəlif nahiyələrinə toxunmuşdur. Onlar Fuadı evə dəvət etmiş, ondan bu barədə soruşmuş, Fuad da olanları danışmış, lakin etdiyi əməli tam etiraf etməyərək bildirmişdir ki, Günayı qucağına götürüb yalnız üzündən öpmüşdür. O, Fuaddan niyə Günayı yataq otağına apardığını soruşmuş, Fuad apardığını Ayanın qonaq otağını təmizləməsini səbəb bildirmişdir. O, Fuada bildirmişdir ki, onun evində heç zibil olmamışdır. Uşağı yataq otağından çıxarmaq üçün bunu nə üçün dediyini ondan soruşmuş, Fuad yenə də bildirmişdir ki, “mən başqa bir mənada onu öpməmişəm, Günaya pis heç nə etməmişəm”. Fuada bildirmişdir ki, “əgər şeytana aldanıb etmisənsə, boynuva al, evini sat, köç burdan, söhbət də bağlansın”. Lakin Fuad öz əməlini etiraf etməmiş və çıxıb getmişdir. Onların əvvəlcə polisə şikayət etmək niyyəti olmamış, lakin Fuadın həyat yoldaşı Dəstəgül bir neçə dəqiqədən sonra onlara gəlmiş və bildirmişdir ki, Fuadı şərləyirlər. Fuad isə ona bildirmişdir ki, “siz evdə iki əxlaqsız uşaq böyüdürsüz”. Onun bu sözündən sonra o, özündən çıxmış və daha sonra polisə ərizə yazmışdır. Bir valideyn kimi bu hadisədən böyük mənəvi sarsıntı keçirir, Fuadı heç vaxt bağışlamayacaqdır, ondan şikayətçidir və ona ən ağır cəza verilməsini tələb edir. Məhkəmə iclasında valideyninin iştirakı ilə şahid qismində dindirilən yetkinlik yaşına çatmayan Şahid2 göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Binə qəsəbəsi Südçülük sovxozunda yaşayır və Binə qəsəbəsində yerləşən 37 saylı tam orta məktəbin 3-cü sinfində oxuyur. Anası və atası işə gedəndə bacısı Günay ilə evdə tək qaldıqlarından, arabir qonşular onlara baş çəkirmiş. Fuad onların qonşusdur, onlar ailəvi dost olmuşlar. Fuadgil tez-tez onlara gəlirlərmiş, onlar da eyni zamanda Fuadgilə qonaq gedirlərmiş. xx xxxxxx 2020-ci il tarixdə atası Rasim və anası Raidə səhər 08 radələrində işə getmişlər. Evdə çörək az olduğu üçün anası Fuadın arvadı Dəstəgül xalaya zəng edib demişdir ki, “Fuad öz evinə çörək almağa gedəndə bizə çörək alıb verər”. Həmin gün günorta saatlarında Fuad onların evinin qapısını döymüş, onlar qapını açmışlar. Fuad əlində iki ədəd çörək ilə evin içərisinə daxil olaraq çörəkləri otaqda stolun üstünə qoymuş, sonra Günayı qucağına alaraq valideynlərinin yataq otağına aparmışdır. Onlar otağa daxil olduqdan sonra o da həmin otağa gəlmişdir. O, otağa daxil olarkən Fuad ayaq üstündə, Günay isə onun qucağında olmuşdur. Fuad onu yataq otağından çıxartmış və ona demişdir ki, “sən evin zibillərini yığ, mən burada Günayla yatıram”. O da heç nə demədən həmin otaqdan çıxmış, lakin otaqdan çıxarkən qapını bağlamamış və qonaq otağına gedib orada divanda oturmuşdur. Bir qədər keçdikdən sonra Fuad Günayı qucağında gətirmiş, Günay ona demişdir ki, acdır. O, artıq həmin vaxt evdə olan yeməyi qızdırmışdır. Günaya boşqabda yemək çəkib stolun üstünə qoymuşdur. O, yeməyi stolun üstünə qoyduqdan sonra Fuad Günayı stulda otuzdurub üzündən öpüb getmişdir. Fuad getdikdən sonra Günay ona demişdir ki, Fuad onun boynundan, üzündən, dodağından və sinəsindən öpmüşdür. Anaları da həmin gün axşam evə gələndə onlar ona hər şeyi danışmışlar. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birlərinin üzlərinə demişlər. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsyetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsi qanuni nümayəndəsinin iştirakı ilə yerində yoxlanılmış, ifadəsində qeyd etdiyi xüsusatları əl işarələri ilə göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 79 saylı rəyi ilə müəyyən edilmişdir ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsasən, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir.

2. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.

3. Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 388 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və halhazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, həmçinin bu iş üzrə təqsirləndirilən şəxsin davranışı zamanı Şahid2 hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri olmamışdır. Əqli və yaş xüsusiyyətlərini nəzərə alaraq qeyd etmək olar ki, Şahid2 təqsirləndirilən şəxsin etdiyi hərəkətləri düzgün təsvir edərək bu barədə düzgün ifadə vermək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə: Aparılan eksperimental-psixoloji müayinəni yekunlaşdırıb ümumiləşdirərək belə nəticəyə gəlinir ki, Şahid2 əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri müəyyən edilmir. Yadda saxlama və yadasalma funksiyalarında, təfəkkür, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik aşkar olunmadı. Şahid2 baş vermiş hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, çeviklik, sərbəstlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Şahid2 azyaşlı olduğundan onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. Şahid2 hadisə zamanı psixi-emosional vəziyyətində həyəcan əmələ gələ bilərdi. Hal-hazırda psixi-emosional durumunda hadisə ilə əlaqədar hər hansı bir dəyişiklik müəyyən edilmir. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 389 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs həmçinin təqsirləndirilən şəxs tərəfindən ona qarşı törətdiyi əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Əqli və yaş xüsusiyyətlərini nəzərə alaraq qeyd etmək olar ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona qarşı etdiyi hərəkətləri düzgün təsvir edərək bu barədə düzgün ifadə vermək iqtidarındadır. Məhkəmə-psixoloji ekspertizası üzrə: Aparılan eksperimental-psixoloji müayinəni yekunlaşdırıb ümumiləşdirərək belə nəticəyə gəlinir ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı norma daxilində olmaqla yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri müəyyən edilmir. Yadda saxlama və yadasalma funksiyalarında, təfəkkür, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik aşkar olunmadı. Zərərçəkmiş şəxs baş vermiş hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətinin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçillik, həssaslıq kimi xarakterik xüsusiyyətlərə malikdir. Azyaşlı olduğundan onunla edilən hərəkətlərin mahiyyətini, xarakter və mənasını anlamaq qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs hadisə zamanı psixi-emosional vəziyyətində həyəcan əmələ gələ bilərdi. Hal-hazırda psixi-emosional durumunda hadisə ilə əlaqədar hər hansı bir dəyişiklik müəyyən edilmir. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 412 saylı rəyi ilə müəyyən edilmişdir ki, Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqiı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21 -ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli, 131 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir:

1. Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. 2.3.4. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. İş materiallarında olan AZ-İİ № 210740 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs ilə xx xxxxxx 1995-ci il təvəllüdlü x1 xx xxxx 2017-ci il tarixdə 5 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Mərkəzində rəsmi nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2231 № ilə qeyd edilmişdir və nikah bağlandıqdan sonra ər-arvada Hüseynov (Hüseynova) soyadı verilmişdir. İş materiallarında olan AZ-İV № 397075 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx xxxxxx 2018-ci il təvəllüdlü x6 adlı bir azyaşlı uşağı vardır. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyəti başçısının Noda kənd inzibati dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazinin Günəşli kəndində yaşadığı müddətdən indiyə qədər onun barəsində ərazi icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətməsi yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də cinayət işinin materiallarında olan digər sənədlərlə tam təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs öz uşağı kimi çox istədiyindən yalnız öpdüyünü, uşağa qarşı hər hansı bir əxlaqsız hərəkət etmədiyini bildirmiş, uşağı qucağına götürərək yataq otağına aparmasını isə onun ona həmin gün olacaq ad günü münasibətilə anasının tort hazırlayaraq yataq otağındakı kamodun üzərinə qoymasını bildirdikdən və ona torta baxmasını dedikdən sonra onda ad günü tortuna baxmaq istəyinin yaranması ilə, ibtidai istintaq zamanı özünə qarşı etirafedici ifadə verməsini isə Polis İdarəsində ona qarşı təzyiqlər göstərilməsi ilə izah etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini zərərçəkmiş şəxs azyaşlı Zərərçəkmiş şəxs öz uşağı kimi çox istədiyindən yalnız öpməsi, uşağa qarşı hər hansı bir əxlaqsız hərəkət etməməsi, uşağı qucağına götürərək yataq otağına aparmasını isə onun ona həmin gün ad günü olacağını, bu münasibətlə anasının tort hazırlayaraq yataq otağındakı kamodun üzərinə qoymasını bildirmdikdən və ona torta baxmağı dedikdən sonra onda ad günü tortuna baxmaq istəyinin yaranması, ibtidai istintaq zamanı özünə qarşı etirafedici ifadə verməsini isə Polis İdarəsində ona qarşı təzyiqlər göstərilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu, eləcə də təqsirləndirilən şəxsin ilkin izahatı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin uşağı qucağına götürərək yataq otağına aparmasını onun ona həmin gün olacaq ad günü münasibətilə anasının tort hazırlayaraq yataq otağındakı kamodun üzərinə qoymasını bildirdikdən və ona torta baxmağı dedikdən sonra onda ad günü tortuna baxmaq istəyinin yaranmasını bildirməsi əsassız olmaqla inandırıcı görünmür. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında Polis İdarəsinə gətirildikdən sonra ona təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, bununla bağlı heç bir yerə şikayət etməmiş, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə də heç nə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, ailəsinin yeganə qazanc gətirəni olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa,“Məhkəmələr tərəfindən cəza təyin etmənin ümumi prinsiplərinin tətbiq olunmasi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1997-ci il tarixli 3 №-li Qərarına əsasən məhkəmələr edilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan qanunun maddəsi ilə müəyyən olunmuş həddə cəza təyin edərkən nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, qanunlara dürüst əməl etmə, ümumi davranış qaydalarına hörmət etmə ruhunda tərbiyələndirmə, habelə həm məhkumlar tərəfindən, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmənövündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 153.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili x5 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili x5 ümumilikdə 15 iş saatına görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdu, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 153.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili x7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə cəmi 90,00 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxxxxxxxxx”ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ35AİİB**********1700266117, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar