Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-165/2023 11.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Xızı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 3siz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakının ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə 11 fevral 2022-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən qəbiristanlıqda Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən qəbiristanlıqda qəbirin ətrafında olan boş sahənin həm tikinti, həm də yaşıllaşdırma aparılması üçün ayrılmasına icazə alınmasını vəd verib aldatmaqla 1800 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-c maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, ünvan 2 ünvanda qeydiyyatda olmaqla ünvan 3siz fərdi evdə ailəsilə birlikdə yaşayır. Yaşadığı evin yaxınlığında Qala qəbiristanlığı deyilən yerdə 18 ildən artıqdır ki, fəhlə işləyir. Təxminən 2014-2015-ci illərdə Şahid Qala qəbiristanlığına nəzarətçi təyin olunmuşdur. O, işə başladığı vaxtdan onlara yalnız ətraf ərazidə yaşayan və qeydiyyatda olan şəxslərin dəfn olunacağını, kənar ərazilərdən olan şəxslərin isə həmin qəbiristanlıqda dəfn olunmasına razılıq verməyəcəyini bildirmişdir. 02 fevral 2022ci il tarixdə Saleh adlı şəxs qəbiristanlığa gələrək qaynanasının ağır xəstə olduğunu bildirərək qəbir yeri ilə maraqlanmışdır. O, Saleh adlı şəxsə qəbiristanlığın nəzarətçisi olan Şahid nömrəsini vermiş, Şahid telefon zənginə cavab vermədiyi üçün o, boş qəbir yerlərini Salehə göstərmişdir. Həmin ərazidə təmizlik və abadlıq işlərinin aparılması, eyni zamanda qəbir qazılması üçün 2000-2200 manat pul lazım olduğunu Salehə demişdir. Həmin gün o, Salehlə razılaşaraq işə başlamışdır. Növbəti gün, yəni 03 fevral 2022-ci il tarixdə təxminən saat 15 radələrində Saleh qəbirstanlığa gəlmiş, dayısı Aslan Məmmədov və bağ qonşusu Turan Əhmədzadənin iştirakı ilə ona 1800 manat pul vermişdir. Bu zaman həmin yerdə qəbirstanlıqda fəhlə kimi işləyən Vüqar və Nemət adlı şəxslər də yanında olmuşlar. 04 fevral 2022-ci il tarixdə Saleh ona zəng vuraraq qaynanasının vəfat etdiyini bildirmişdir. Dəfn prosesində Şahid də iştirak etmişdir. Həmin vaxt Şahid Salehə bildirmişdir ki, qəbrin ətrafında olan boş sahənin ona verilməsi və həmin ərazidə həm tikinti, həm də yaşıllaşdırma aparılması üçün Bakı şəhəri, İçərişəhər dövlət qoruğu MİS-nin müdiri Ələddin adlı şəxsdən razılıq almalıdır. Saleh bütün sənədləşmə işlərini Şahid həvalə edərək çıxıb getmişdir. Təxminən 2 gün sonra, yəni 06 fevral 2022-ci il tarixdə təxminən saat 12 radələrində Saleh qəbrin ətrafına əkmək üçün ağaclar gətirib ona vermiş və əkməyini istəmiş, həmçinin zəhmət haqqı kimi danışdıqları puldan qalan 400 manatı da ona vermişdir. O, həmin ağacları əkəndən sonra Şahid icazə alınmadığı üçün orada abadlıq işlərinin aparılmasına icazə verməyəcəyini bildirərək həmin ağacları çıxarıb kənara atmışdır. O, bu barədə Salehə zəng edib məlumat vermişdir. Saleh də ondan məsələni yoluna qoymağını istəmişdir. O, Ələmdarın pul qarşılığında iş görmədiyini bilirmişdir. Buna baxmayaraq maddi vəziyyəti ilə əlaqədar Salehlə əlaqə saxlayıb yalandan ona Ələmdarın qəbrin ətrafında olan boş sahənin həm tikinti, həm də yaşıllaşdırma aparılmasına icazə alınmasından ötrü 1800 manat pul istədiyini demişdir. O, razılaşmış və 11 fevral 2022-ci il tarixdə təxminən saat 15 radələrində Xəzər rayonu Qala qəsəbəsində yerləşən Qala qəbirstanlığında əlbə-əl olaraq ona vermişdir. O, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra Saleh ona zəng edərək işin nə yerdə olduğunu soruşmuşdur. O, Salehə yalandan Şahid əlavə olaraq 2000 manat da pul istədiyini bildirmişdir. Saleh əlavə olaraq pul verməyəcəyini bildirmiş və məsələ həll olunmayacağı təqdirdə verdiyi pulların da qaytarılmasını istəmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs 2200 manat məbləğində pulu qəbir qazılacaq ərazidə təmizlik və abadlıq işlərinin aparılması, qəbir yerinin qazılması və bununla bağlı alınacaq materiallarla əlaqədar almışdır. 1800 manat məbləğində pulu isə həmin qəbrin ətrafında olan boş sahənin həm tikinti, həm də yaşıllaşdırma aparılması üçün ayrılmasına icazə alınmasından ötrü Şahid verəcəyi adı ilə aldadıb almışdır. İlk dəfə cinayət əməli törətmiş, əməlindən peşmandır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. 30 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, mərhum X2 onun qayınanası olmuş və xx.xx.2022-ci il tarixdə ürək və böyrək çatışmamazlığından vəfat etmişdir. Vəfat edəndə mərhum qaynanası Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evində onlarla birlikdə yaşamışdır. Onun vəfatından əvvəl onu dəfn etmək üçün Qala qəsəbəsində yerləşən qəbiristanlığa gəlib yer axtarmış, lakin həmin vaxt qəbirstanlığa nəzarət edən şəxsi orada tapa bilməmişdir. Qəbiristanlığa nəzarət edən gözətçidən həmin şəxsin nömrəsini almış və həmin vaxt qəbiristanlığa nəzarət edən şəxsin adının Ələmdar, soyadının isə Hacıyev olduğunu öyrənmişdir. Şahid tapıb onunla söhbət edə bilmədiyi üçün orada qəbir qazan şəxslərlə görüşmüşdür. O, həmin şəxslərdən qəbir yeri soruşmuş və həmin şəxslər ona bir neçə boş qəbir yerləri göstərmişlər. Onların göstərdikləri qəbir yerlərindən birinin yanında dayanıb həmin yerdə qəbir qazılması, təmizlik və abadlıq işlərinin aparılmasının lazım olduğunu demişdir. Onlardan biri Elvüsal adlı şəxs ona demişdir ki, həmin işlərin həyata keçirilməsi üçün 2000 manat pul vermək lazımdır. O, həmin şəxslə razılaşmış və səhəri gün yəni xx.xx.2022-ci il tarixdə Qala qəsəbəsində yerləşən qəbiristanlıqda Elvüsal adlı şəxsə dayısı Aslan Məmmədov və bağ qonşusu Turan Əhmədzadənin iştirakı ilə 1800 manat pul vermişdir. Qalan 200 manat məbləği isə iş tam qurtardıqdan sonra Elvüsal adlı şəxsə verəcəyini bildirmiş və Elvüsal onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə o, Qala qəsəbəsində yerləşən qəbiristanlığa gəlmişdir. Həmin zaman Elvüsal adlı şəxsin qəbri qazmasının, orada abadlıq işləri aparmasının və yerə şebel tökdüyünün şahidi olmuşdur. Həmin vaxt velosipedlə bir nəfər ona yaxınlaşmış, qazılmış olan qəbrin kimin sifarişilə qazılması ilə maraqlanmış, o isə həmin qəbiri onun qazdırdığını demişdir. Həmin vaxt həmin şəxs özünü Ələmdar kimi təqdim etmiş və həmin qəbiristanlığın nəzarətçisi olduğunu demişdir. Ələmdara artıq Təqsirləndirilən şəxs görülmüş işlərin qarşılığında 1.800 manat pul verdiyini demişdir. Həmin zaman Şahid ona bildirmişdir ki, qəbrin ətrafında olan boş sahənin ona verilməsi və həmin ərazidə həm tikinti, həm də yaşıllaşdırma aparılması üçün Bakı şəhəri, İçərişəhər dövlət qoruğu MİS-nin müdürü Ələddin adlı şəxsdən razılıq alınmalıdır. Bundan əlavə olaraq həmin razılığın onun və yaxud Şahid tərəfindən alınmasının təmin olunmasını ona demişdir. O, bütün sənədləşmə işlərinin aparılmasını Şahid həvalə edərək çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə qaynanası X2 vəfat etmişdir. O, həmin vaxt Elvüsal adlı şəxsə zəng edərək günorta saatlarında qəbri hazır etməsini bildirmişdir. Həmin gün günorta saatlarında dəfn mərasimi keçirilmiş və mərhum qaynanası Həqiqət Məmmədova dəfn olunmuşdur. Şahid də dəfn mərasimində iştirak etmişdir. Təxminən 2 gün sonra o, qəbrin ətrafında əkmək üçün tanışından aldığı ağacları əkmək üçün qəbirstanlığa gətirib Elvüsala təhvil vermiş və əkilməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Elvüsal ona zəng edərək Şahid həmin yerə gələrək əkdirdiyi ağacları çıxardığını və icazə alınmadığı üçün orada abadlıq işlərinin aparılmasına icazə verməyəcəyini ona demişdir. Bundan əlavə olaraq Elvüsal Şahid rəhbərliklə danışdığını, pul verilməli olduğunu dediyini bildirmişdir. O, Elvüsaldan həmin işə görə nə qədər pul verməli olduğunu soruşanda Elvüsal ona bildirmişdir ki, gördüyü işin müqabilində danışıqlarına əsasən onun 200 manat borcu qalıb, 2000 manat da Ələmdara razılıq alınması ilə əlaqədar verilməlidir. xx.xx.2022-ci il tarixdə qəbirstanlığa gəlmiş və əkilmiş ağacların yerindən çıxarılaraq kənara atıldığını görmüşdür. Elvüsal ona demişdir ki, Şahid istədiyi pulu verməsə həmin yerdə heç bir iş görməyə icazə verməyəcəklər. O, məcburiyyət qarşısında qalıb həmin pulu verəcəyini demişdir. Təxminən 2 gün sonra 2.200 manat pulu yuxarıda adlarını çəkdiyi şəxslərin iştirakı ilə Qala qəsəbəsində yerləşən qəbiristanlıqda Elvüsala vermişdir. Bundan sonra Şahidlə telefonla əlaqə saxlayarkən ona pulu verdiyini və sənəd işini gecikdirməməsini bildirmişdir. Həmin söhbətdən bir neçə gün sonra Elvüsal ona zəng edərək Şahid razı olmadığını və əlavə pul istədiyini bildirmişdir. O, heç bir əlavə pul verməyəcəyimi demişdir. Əlavə olaraq məsələ həllini tapmadığı halda pulunun qaytarılmasını bildirmişdir. Bununla bağlı bir neçə gündən sonra Elvüsalın yaşadığı evə getmiş, onun atası ilə görüşmüşdür. Elvüsalın atası olan Bəhruz adlı şəxs ona demişdir ki, onun oğlu onlara qarşı etibarsızlıq etməmiş, bu məsələdə problem yaradan şəxs Şahid olmuşdur. O, Şahidlə qəbiristanlıqda görüşüb ona verilmiş 4.000 manat pulu geri istəmiş, əks təqdirdə onun qanunsuz əməlləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdir. Həmin vaxt Şahidlə görüşlərinin videogörüntülərini CD disk şəklində istintaqa təqdim etdiyini, bundan əlavə olaraq Şahidlə görüşdükdən sonra Elvüsal ilə də görüşüb pulu Ələmdardan alıb gətirməsini dediyini və Elvüsalla da bu barədə etdiyi söhbətin videogörüntüsü olduğunu, həmin görüntüləri də CD formasında istintaqa təqdim etdiyini bildirmişdir. Qeyd etmişdir ki, sonuncu dəfə qəbir yanına əkdirdiyi ağaclar Şahid tərəfindən qanunsuz olaraq çıxarılıb aparılmışdır. Bu günə kimi Şahid müxtəlif bəhanələr gətirərək ondan aldığı 4.000 manat pulu geri qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs mərhum qaynanası X1 vəfatı ilə əlaqədar Qala qəsəbəsində yerləşən qəbiristanlıqda qəbir yerinin ayrılması və həmin qəbir yerinin dəfn üçün hazırlanması, eyni zamanda qəbirin ətrafında olan boş sahənin ona həm tikinti, həm də yaşıllaşdırma aparılması üçün verilməsi qarşılığında 1.800 manat və 2.200 manat, ümumilikdə 4.000 manat pul vermiş, həmin 4.000 manatı o, Təqsirləndirilən şəxs verdiyi zaman dayısı Aslan Məmmədov və bağ qonşusu Turan Əhmədzadə onun yanında olmuş və bu prosesə şahidlik etmişlər. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2000 manat pulu qəbir yerinin ayrılması və həmin qəbir yerinin dəfn üçün hazırlanması, eyni zamanda qəbrin ətrafında olan boş sahənin ona həm tikinti, həm də yaşıllaşdırma aparılması üçün vermiş, daha sonra Şahid həmin qəbir yerinin ətrafında olan boş sahənin hasarının tikintisi və yaşıllaşdırma aparılmasına razılıq alınması adı ilə 2000 manat pul tələb etmiş, o da bu məqsədlə ona Elvüsalın vasitəsilə 2000 manat pul vermişdir. Bir daha bildirmişdir ki, Şahid rəhbərlikdən razılıq alınması adı ilə onu aldadıb Təqsirləndirilən şəxs vasitəsilə 2000 manat pulunu ələ keçirmişdir. Həmin hadisə ilə əlaqədar ona qarşı dələduzluq hərəkəti olunmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, o, İçəri Şəhər Dövlət X4 İdarəsinin Mənzil Kommunal və Təmir Xidmətində texniki nəzarət şöbəsinin mühəndis şöbə müdirinin müavini vəzifəsində işləyir və 2014-cü ilin iyul ayının 3-dən Xəzər rayonu Qala qəsəbəsinə ezam olunmuşdur. Son 4 ilə kimi qəsəbədə olan qədimi tikililərin təmir-bərpa işlərinə nəzarət etmiş, eyni zamanda qəsəbədəki qəbirstanlığa nəzarət etmişdir. Təxminən 2022-ci ilin əvvəllərində Saleh adlı şəxs Təqsirləndirilən şəxs ilə əlbir olub qeyri-rəsmi iş saatında gizlin olaraq Qala qəbiristanlığında qəbir qazdırmışdır. O, Saleh adlı şəxs mərhum qohumunu həmin qəbir yerində dəfn etməyə gətirməzdən bir neçə saat əvvəl qəbir yerinin üstü açılarkən bunun şahidi olmuş və sahə rəisi Nicata zəng edərək bu barədə məlumat vermişdir. Bildirmişdir ki, həmin qəbirstanlıq Qala və Şüvəlan qəsəbə sakinlərinə məxsus olmaqla həmin qəbirstanlıqda yalnız həmin qəsəbənin sakinlərinin dəfninə icazə verilmiş və torpaq qəti şəkildə satılmamışdır. Buna baxmayaraq Saleh adlı şəxsin mərhum qohumu Xətai rayon sakini olmaqla həmin qəbiristanlığa dəfn üçün gətirilmiş və artıq gec olduğundan o, həm dini qaydalara, həm də etik normalara uyğun olaraq dəfnin həyata keçirilməsinə maneə yaratmamışdır. Dəfn həyata keçirilməzdən əvvəl həmin qəbiristanlığın içərisində təsadüfən Salehlə görüşmüşdür. Məlum olmuşdur ki, həmin qəbir yeri ona Elvüsal tərəfindən satılmışdır. Bu zaman onun nəzərinə qəbiristanlıqda heç kəsə torpağın satılmadığını çatdırmışdır. Bildirmişdir ki, ona dəfn yeri üçün maksimum 6 kvadrat metr torpaq sahəsi ayrılacaq, sabəb kimi də onun yerli sakin olmamasını göstərmişdir. Saleh onunla razılaşmış, buna baxmayaraq dəfndən sonra Saleh çirkin əməllərə əl ataraq qəbiristanlıq ərazisində 120 kavdrat metr torpaq sahəsi əldə etmək məqsədilə onu şərləməyə başlamış, barəsində şikayət edəcəyini bildirmişdir. O da haqlı olduğuna görə hara istəyirsə şikayət edə biləcəyini bildirmişdir. Həmin vaxt onun qanunsuz olaraq qəbirstanlıq ərazisində əkdiyi 12 ədəd ağacı həmin vaxt direktoru vəzifəsində işləyən Ələddin müəllimin göstərişi ilə yerindən çıxardaraq Qala qəsəbəsində işlədiyi idarənin həyətində əkmişdir. Bildirmişdir ki, o heç vaxt heç kəsdən, o cümlədən də Saleh adlı şəxsdən hər hansı miqdarda pul almamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs ilə Şahid arasında keçirilmiş 14 iyun 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid üzünə qarşı deyib təsdiq edərək, Zərərçəkmiş şəxs aldığı puldan Şahid bir manat belə olsun vermədiyini, gördüyü işin müqabilində Zərərçəkmiş şəxs aldığı 2200 manat puldan əlavə maddi vəziyyəti ilə əlaqədar Şahid verəcəyi adı ilə Salehi aldadıb 1800 manat pul alıb şəxsi ehtiyaclarına xərclədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirərək təkrarən dələduzluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin və şahidin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxsnın cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətlərə görə cəza almalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - yaşadığı ünvan 3siz fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3siz fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı (60 manat) zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-165/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-165/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver