Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-166/2024 15.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvəllər məhkum edilməmiş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun sovxozu, ev 33-də qeydiyyatda olmaqla Xəzər rayonu, Yeni Qala qəsəbəsi, ev 19 A-da yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tamah niyəti ilə 2022-ci ilin dekabr ayının sonlarında, saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə yerləşən yaşayış sahəsi olan bağ evinin həyətinə hasardan keçməklə qanunsuz daxil olub oradan hər birinin dəyəri 15 manat olan ümumi dəyəri 6000 manat təşkil edən 400 ədəd dəmir boruları, hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 800 manat təşkil edən 40 ədəd taxta diktləri və 200 manat dəyərində dəmir qapını gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 7000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə yerləşən yaşayış sahəsi olan evinə pəncərədən qanunsuz daxil olub evdən hər birinin qiyməti 150 manat olan ümumi dəyəri 300 manat təşkil edən 2 top elektrik naqillərini və qiyməti 100 manat təşkil edən uzadıcı naqilləri gizli olaraq talayıb zərəçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 400 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,326 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:30-da Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsində Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtaış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində təmiz çəkisi 0,326 qram qəhvəyi rəngil maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs1 məxsus evdən cəmi 150 ədəd dəmir boru oğurlayaraq araba ilə yaşadığı evə aparmışdır. Belə ki, yaşadığı ev yaxınlıqda yerləşir. Sonra həmin boruların bir hissəsini “Dərnəgül bazarı”nda dəmir boruların ticarəti ilə məşğul olan şəxslərə satmışdır. Həmin həyətin asarı alçaq olduğu üçün kənardan ora baxıb içəri keçmişdir. Ona verilən ittihamda göstərilən dəmir qapı isə həmin vaxt yerdə uzadılmış vəziyyətdə olmuşdur. Yəni dəmir boruları götürdüyü yarımtiklinin qapısı olmamışdır. Həmin vaxt orada taxta diklər də olmamışdır. Zərərçəkmiş şəxs2 məxsus evdən elektrik naqillərini isə o oğurlamışdır. Həmin epizod üzrə özünü tam olaraq təqsirli bilir. Bundan başqa xx.xx.2023-cü il tarixdə üzərindən narkotik vasitə aşkar edilmişdir. Daha doğrusu həmin tarixdə üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitəni Suraxanı rayonunda tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında əhəmiyyəli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi ziddiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında, təxminən gecə saat 02 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Stansiya Qala adlanan ərazidə yerləşən həyətində yarımçıq tikilmiş ev olan həyətə uçulmuş hasar yerindən daxil olub həyətdə olan beton üçün istifadə olunan təxminən 400 ədəd dəmir boruları və təxminən 30-40 ədəd taxtaları oğurlayıb daşıyaraq yaxınlıqda yerləşən yaşadığı evin həyətinə yığmış, sonradan həmin boruların bir qismini sosial şəbəkələrdən tapdığı «Dərnəgül» bazarında həmin boruların icarəsi ilə məşğul olan şəxslərə, bir qismini səyyar metal qəbul edən şəxlərə, bir qismini isə Stansiya Qala adlanan ərazidə metal qəbul ilə məşğul olan Firəddin adlı şəxsə satmışdır. Firəddin adlı şəxsə satdığı boruları Elxan adlı şəxsin idarə etdiyi «Kia» markalı yük avtomobili ilə aparmışdır. Taxtaları da səyyar metal qəbul edən şəxslərə satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş, etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirirdiyini, həmin pullardan onda qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə fərdi yaşayış evi tikdirir. Evin tikintisi davam edən müddətdə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər evin yan tərəfində, zal otağının plastik materialdan olan pəncərəsini sıxıb açmaqla içəri daxil olmuş, istifadə etmək üçün aldığı və evin saxlanc yeri kimi nəzərdə tutulan otağına qoyduğu 1 topunun qiyməti 150 manat olan ümumi dəyəri 300 manat təşkil edən 2 top elektrik naqillərini və 100 manat dəyərində uzadıcı naqilləri oğurlamışdır. Ona görə də zəng vurub bu barədə polisə mədlumat vermişdir. Bir qədər sonra polislər gəlmiş, müvafiq araşdırma aparmışlar, baş vermiş hadisə barədə ərizə yazmışdır. Evin həyətində, içində və ya ətrafda hər hansı müşahidə kamerası olmamış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 400 manat dəyərində maddi ziyan dəymiş, oğurluq etmiş Təqsirləndirilən şəxs əvvəllər tanımamış və görməmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir və qanunamüvafiq qaydada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində bağ evi vardır. Həmin bağ evində tikinti işləri aparıldığı üçün orada yaşayış yoxdur. Buna baxmayaraq həmin bağ evinə mütəmadi olaraq gedib baş çəkmiş və nəzarət etmişdir. Orada sonuncu dəfə 25 dekabr 2022-ci il tarixdə olmuşdur. xx.xx.2023-cü il tarixdə bağ evinə getdiyi zaman naməlum şəxs və ya şəxslərin həyətdə olan tikilinin 200 manat dəyərində dəmir qapısını çıxararaq içəridən ona məxsus tikitidə istifadə olunacaq hər birinin dəyəri 15 manat olan ümumi dəyəri 6000 manat təşkil edən 400 ədəd dəmir boruları, həmçinin hər birinin dəyəri 20 manat olan, ümumi dəyəri 800 manat təşkil edən 40 ədəd taxta diktləri və tikilinin dəmir qapısını oğurlamışlar. Ona görə də zəng vurub bu bərədə polisə məlumat vermiş, bir qədər sonra polislər gəlmiş, müvafiq araşdırma aparmışlar, hadisə barədə ərizə yazıb şikayət etmişdir. Evindən və evin həyətindən qeyd etdiyi əşyalardan başqa heç bir əşya oğurlanmamışdır. Hazırda ona dəymiş zərər ödənilmədiyi üçün şikayətçidir, lakin təqsirləndirilə şəxsin cavan olduğu üçün azadlıqdan məhrum edilməsini də istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Xəzər RPİnin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. Əməliyyat qrupunun rəhbəri qismində olmaqla həmin şöbənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi, əldə etməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Yeni Qala qəsəbəsində, yaşadığı evi yaxınlığında saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik maddələri qanunsuz əldə etmə, saxlama və daşımasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 1ci PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə şöbəyə getmiş, şöbədə təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirəcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində narkotik maddə heroin olan sellofan bükümü masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində narkotik maddəyə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin heroin olduğunu, onu özü istifadə etmək üçün xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Suraxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən Stansiya Qala adlı yerdə metal qəbulu məntəqəsi işlədir. Hazırda dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs işlədiyi əlvan metal qəbulu məntəqəsinə «Kia» markalı nömrəsini xatırlamadığı yük maşını ilə gələrək təxminən 1 metr uzunluğunda, 20-30 ədəd köhnə dəmir boruları, 3-4 ədəd 60-70 sm uzunluğunda armaturları gətirib yaşadığı evin həyətindən götürdüyünü, özlərinə məxsus olduğunu, satmaq istədiyini demişdir. O, həmin metalları çəkib çəkilərinə görə Mübarizə pul vermişdir. Lakin, nə qədər pul verdiyini hazırda xatırlamır. O, həmin metal boruların və armaturların oğurluq yolla əldə olunmasından xəbəri olmamış, çünki Təqsirləndirilən şəxs onları satarkən özünə məxsus olduğunu, yaşadığı evin həyətindən götürdüyünü və satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs bundan qabaq isə hər hansı metal və ya başqa əşya almamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, özünə məxus «Kia Bongo» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşıyıb çörəkpulu qazanır. Təxminən 7-8 ay bundan qabaq Qala qəsəbəsində yaşayan Mübariz adlı şəxsin həyətindən 20-30 ədəd təxminən 1 metr uzunluğunda çürümüş borunu, 3 ədəd təxminən 60-70 sm uzunluğunda armaturu qeyd etdiyi «Kia Bongo» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yükləyib Stansiya Qala deyilən ərazidə yerləşən metal qəbulu məntəqəsinə aparmış, Təqsirləndirilən şəxs həmin metalları metal qəbulu məntəqəsində Firəddin adlı metal qəbul edən şəxsə təhvil vermişdir. Eləcə də Firəddin Təqsirləndirilən şəxs həmin metalların oğurluq olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs həmin metalların özünə məxsus olduğunu demişdir. Həmin metalların oğurluq olması ilə bağlı heç bir məlumatı olmadığını, əgər həmin metalların oğurluq olmasını bilsə idi, aparmayacağını və bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 31 yanvar 2023-cü il tarixli, 6/588 saylı ekspert rəyindən görünür ki, tədqiqata tədim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №157» dairəvi möhür əksi olan, «Təqsirləndirilən şəxs üzərindən...» və s. sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,326 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 may 2023-ci il tarixli, 2774 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilməmişdir. İş materiallarında olan: -şübhəli şəxsin tutulması haqqında 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, 31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis-kapitanı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -31 yanvar 2023-cü il tarixli şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1, polis leytenantı Şahid2 və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli selofana bükülmüş, spesifik iyə məxsus, qəhvəyi rəngli, narkotik vasitəyə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əynindəki qara rəngli şalvarın sağ yan cibində olan 01 ədəd şəffaf rəngli selofana bükülmüş, spesifik iyə məxsus, qəhvəyi rəngli, narkotik vasitə olan “Kakos” olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixində, axşam saatlarında Suraxanı qəsəbəsində üzdən şifahi tanadığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün aldığını, üzərində saxladığımı və gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitəyə oxşar kütlə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin 157 saylı möhürü ilə möhürlənmişdir. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış, baxış və maddi sübutun götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokola uyğun olmuşdur. İş materiallarında olan 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru X5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, xx.xx.2023-cü i tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında haqqında qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -xx.xx.2023-cü il tarixli cinayət işinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi sonuncunun həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın sonuncu nömrə ilə davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə material üzrə Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında haqqında qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. -xx.xx.2023-cü il tarixli cinayət işininn bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi sonuncunun həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaqın sonuncu nömrə ilə davam etdirilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar idarəsindən daxil olmuş məktubdan görünür ki, Xəzər RPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-45/2-93-2023 nömrəli məktubu vasitəsi ilə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahədə yerləşən vət. Zərərçəkmiş şəxs2 məxsus yarım tikilidə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata tqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Xəzər RPİ-dən daxil olan) xx.xx.1996-cı ildə Masallı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (02 dəfə) (pəncərənin çərçivəsindən götürülmüş iz) əksi ilə eynilik müəyyən edilmişdir. -xx.xx.2023-cü il tarixli təqsirəndirilən şəxsə yenidən ittham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavə və dəyişikliklər edilməklə, Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yeni ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-166/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və sonuncu tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təqdim olunması qərara alınmışdır. - Xəzər RPİ-nin 1-ci PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək axtarılan, xx.xx.1996-cı il təvəllüdlü, ailəli, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli zeytun sovxozu, ev 33-də qeydiyyatda olan, barəsində RPİ-nin CAŞ-si xx.xx.2024-cü il tarixdə 12511/24 saylı axtarış işi açılmış vət. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər rayonunda saxlanılaraq AR ƏN PX-in 3 saylı İT-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan Həmin Məcəllənin 177.2.4cü maddəsi ilə verilmiş ittiham xaric edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci ilə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayının sonlarında Zərərçəkmiş şəxs1 məxsus bağ evinin həyətindən hər birinin dəyəri 15 manat olan ümumi dəyəri 3750 manat təşkil edən 250 ədəd dəmir borunu, hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 800 manat təşkil edən 40 ədəd taxta diktləri və 200 manat dəyərində dəmir qapını oğurlaması öz təsdiqini tapmamışdır. Ona görə də həmin hisslər ittihamdan xaric edilməlidir. Təqirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərilən ünvandan cəmi 150 ədəd dəmir borunu oğurladığını bildirmiş, bunun əksini təsdiq edən hər hansı bir subut isə cinayət işinin materiallarına əlavə edilməmiş, məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə bu məzmunda ittiham verilməsinə əsas isə yalnız özünün ibtidai istintaqı zamanı verdiyi ifadəsi olmuşdur. Hər birinin dəyəri 15 manat olan ümumi dəyəri 3750 manat təşkil edən 250 ədəd dəmir boru, hər birinin dəyəri 20 manat olan ümumi dəyəri 800 manat təşkil edən 40 ədəd taxta diktlər və 200 manat dəyərində dəmir qapı ilə bağı hissələr təqsirləndirlən şəxsə verilmiş ittihamdan xaric edildiyindən və hər birinin dəyəri 15 manat təşkil edən 150 ədəd dəmir borunun isə ümumi dəyəri 2250 manat təşkil etdiyindən təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə ittiham verilməsi əsaslı hesab edilə bilməz və həmin maddə də ona verilmiş ittihamdan xaric edilməli, digər maddələrlə verilmiş ittiham isə öz təsdiqini tapdığından həmin maddələr ilə barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndində göstərilmişdir ki, “Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Ali məhkəmə plenumunun yuxarıda göstərilən qərarında göstərilmiş tövsiyyəni də nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu hazırkı məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanılmalı, onun ibtidai istintaq zamanı veridiyi ifadəyə isə əsaslanılması, bunun motivlərinin göstərilməsi və hansı səbəbdən həmin ifadəyə üstünlük verilməsinin göstərilməsi, ibtidai istintaq zamanı verilmiş ifadə iş üzrə digər sübutlarla öz təsdiqini tapmadığından əsaslı hesab edilə bilməz və mümkün deyildir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, “Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 276 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 65 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə verilmiş ittihamdan həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə verilmiş ittiham xaric edilsin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CMnin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 yanvar 2023-cü il tarixdən, 02 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 02 (iki) ay, 28 ( iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,276 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, cəmi 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-166/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-166/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver