Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-166/2025 19.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-cü ildə Masallı rayonu, Eminli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Eminli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “PomerianŞpits” cinsli it tapıb almaq istəyən iki il əvvəldən tanıdığı Zərərçəkmiş şəxs özünü ev itlərinin alqı-satqısı ilə məşğul olan işgüzar şəxs kimi göstərərək ona 800 manat məbləğində pul verdiyi halda onun üçün “PomerianŞpits” cinsli it tapıb verəcəyinə dair yalan vəd verib aldadaraq razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs mobil telefonunda olan “Birbank” tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmaqla pul köçürmək üçün əvvəlcədən Zərərçəkmiş şəxs verdiyi "xxxx"a məxsus **********466817 nömrəli kart hesabına Zərərçəkmiş şəxs ilk dəfə 09 may 2024-cü il tarixdə saat 20:33-də 70 manat köçürtdürməklə, 11 may 2024-cü il tarixdə saat 15:54-də həmin kart hesabına 230 manat, 12 may 2024-cü il tarixdə saat 12:29-dа həmin kart hesabına 100 manat, 14 may 2024-cü il tarixdə saat 02:43-də həmin kart hesabına 105 manat, 15 may 2024-cü il tarixdə saat 16:10-da həmin kart hesabına 200 manat, 26 may 2024-cü il tarixdə saat 17:22-də Təqsirləndirilən şəxs pul köçürmək üçün əvvəlcədən Zərərçəkmiş şəxs verdiyi 5243-7544-4310-3591 nömrəli kart hesabına 25 manat, 28 may 2024-cü il tarixdə saat 16:40-da 40 manat, 03 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olduğu vaxt saat 18:24-də 18 manat köçürtdürməklə Zərərçəkmiş şəxs cəmi 788 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ alıb verdiyi vədə əməl etməyərək aldığı pulları şəxsi ehtiyaclarına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib Zərərçəkmiş şəxs 788 (yeddi yüz səksən səkkiz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, zərərçəkmiş şəxsi onun işlədiyi obyektin yanında salonda işləyən zaman tanımışdır. Ayşənlə söhbət edən zaman sonuncu “şpits” cinsli it almaq istədiyini demişdir. Ayşən ondan “Pomerian Şpits” cinsinə mənsub olan iti ona satmağını xahiş etmiş, bunun qarşılığında Ayşəndən 2024-cü ilin may-iyun ayları ərzində istifadəsində olan “Kapital Bank”-a məxsus kart hesablarına göndərdiyi ümumilikdə 788 manat pulu almışdır. O, Ayşənin istədiyi cins iti tapa bilməmişdir. Belə ki, həmin vaxt Atşən istəyən cins itdən ümumiyyətlə Azərbaycanda satışda olmamışdır. Lakin Ayşənin pulunu vaxtında qaytara bilməmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam olaraq ödəmiş və onunla barışmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, lazer ustası olaraq işləyir və Təqsirləndirilən şəxs əvvəl lazer ustası olaraq işlədiyi Bakı şəhəri, Nərimanov rayonu ərazisində işlədiyi ofisə gəlib gedən zaman tanımışdır. Elvin onun işlədiyi ofisdə olan zaman o, həmin vaxt “Pomerian Şpits” cinsli it axtarmağını bildikdə Elvin ona it almaq barədə köməklik göstərə biləcəyini bildirmişdir. Daha sonra o, Elvin ilə “whatsapp” tətbiqi vasitəsilə əlaqə saxladıqda Elvin ona itin şəklini ataraq sata biləcəyini deyərək qarşılığında pul verməli olduğunu bildirmişdir. Qiymətlə bağlı söhbət etdikdə isə təxminən 700-800 manat arası olacağını qeyd etmiş və iti 1-2 həftə ərzində ona verəcəyini demişdir. O, isə pulu hissə-hissə verəcəyini demişdir. Daha sonra o itin alınması məqsədilə Elvinin ona göndərdiyi “Unibank Leobank”-a məxsus olan 4098-5844-9146-6817 nömrəli, Elvinin adına olan kart hesabına 09 may 2024-cü il tarixdə saat 20:33-də mobil telefonunda olan “Birbank” tətbiqi vasitəsilə 70 manat, 11 may 2024-cü il tarixdə saat 15:54-də həmin kart hesabına 230 manat, 12 may 2024-cü il tarixdə saat 12:29-da həmin kart hesabına 100 manat, 13 may 2024-cü il tarixdə saat 02:43-də 105 manat, 15 may 2024-cü il tarixdə saat 16:10-da 200 manat pul göndərmiş, daha sonra Elvindən iti verməsini tələb etdikdə Elvin müxtəlif bəhanələr gətirərək müddəti uzatmışdır. Ardınca xx.xx.2024-с0 il tarixdə səhər saatlarında Elvindən yenidən iti tələb etdikdə Elvin ona guya ki, iti artıq verəcəyini deyərək peyvənd olunması ilə bağlı pul lazım olmasını deyərək bu minvalla ondan 26 may 2024-cü il tarixdə saat 17:22-də Elvinin ona göndərdiyi 5243-7544-4310-3591 nömrəli kart hesabına 25 manat, ardınca 28 may 2024-cü il tarixdə saat 16:40-da Elvinin istəyi üzrə yenidən itin peyvənd edilməsi üçün 40 manat, daha sonra xx.xx.2024-cü il tarixdə saat 18:24- də yenidən telefonumda olan “Birbank” tətbiqi vasitəsilə həmin kart hesabına 18 manat pul göndərmişdir. Həmin ərəfədə artıq Elvinin onu aldatdığını düşündüyünə görə qardaşı Şahid Elvin ilə əlaqələndirmişdir ki, gedib iti canlı görsün, lakin Elvin qardaşı Tərlanı da müxtəlif bəhanələr gətirərək aldadıb iti göstərməkdən imtina etmişdir. Daha sonra onunla əlaqə saxlaya bilməmişlər və bu barədə polisə müraciət etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, 2024-cü ilin may ayında bacısı Zərərçəkmiş şəxs “Pomerian Şpits” cinsindən olan it almaq istəyirmiş və Elvin adlı şəxsin Ayşənə it satacağını bildirib 788 manat pul göndərməsinə baxmayaraq Elvinin aldatmasını düşündüyünü bildirmiş və ona Elvinlə əlaqə saxlayıb gedib itə baxmağını xahiş etmişdir. О da 2024-cü ilin iyun ayının əvvəllərində Elvinin istifadəsində olan ***-***- **-** və ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlayaraq itə baxmaq istədiyini bildirsə də Elvin müxtəlif bəhanələr gətirərək görüşməkdən yayınmışdır. Sonradan isə zənglərinə cavab verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilərək axtarış elan edilmiş Təqsirləndirilən şəxs tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Abbasov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial təsdiqli xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etiraf edici, zərərçəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 178.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına görə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq dəymiş maddi ziyanı tam olaraq ödəməsinə baxmayaraq o, daha əvvəl CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, o, CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada ikinci dəfə cinayət məsuliyyətindən azad oluna bilməz və onun barəsində ittihamedici hökm çıxarılmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə görə həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini (CM-59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, tutulduğu 01 gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilsin və üzərində 1400 (min dörd yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-166/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-166/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver