Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-167/2022 26.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 26 iyul 2022-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş, subay, orta təhsilli, fərdi əmək faliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 36A, mənzil 35-də qeydiyyatda olmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı X2 ilə cinayət əlaqəsinə girərək özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs adına ipoteka krediti düzəldib bankdan 71000 manat pul çıxarılmasında köməklik göstərəcəyini vəd edib Zərərçəkmiş şəxs buna inandıraraq, 19 may 2020-ci il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 3 «a»-da 2000 manat vahid niyyət ilə həmin ünvanda 21 may 2020-ci il tarixdə 5700 manat, 24 may 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən «Yapı Kredi» Bankının qarşısında 18600 manat, 28 may 2020-ci il tarixdə Bakı şəhəri, Buzovna qəsəbəsi, Ə.Ağayev küçəsi, ev 3 «a»-da 17400 manat və 10 iyun 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Rahat» marketdəki "xxxx" MMC-ə məxsus Milliön elektron ödəmə sistemi vasitəsi ilə 3930 manat pulu ödəmiş, vədinə əməl etmədən etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 47630 (qırx yeddi min altı yüz otuz) manat pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərər çəkmiş şəxsdən 26000 manat pul almışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə ödədiyini göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu Şahid2 üçün ipoteka yolu ilə ev almaq istəyirmiş, bununla əlaqədar dost-tanışdan bunun yollarını soraqlaşırmış. Oğluna Buzovna qəsəbəsində 71.500 manata ev tapmışdır, həmin evi ipotekaya qoymaq istəyirmiş, xx.xx.2020-ci il tarixdə dostu Cəbrayıl Məmmədov onu evinə dəvət edib, Camal və Mirzə adlı şəxslərlə tanış edib onların ipoteka almaq üçün kömək edə biləcəyini demişdir, o, Camalgillə söhbət etmiş, həmin vaxt Camal ona iyun ayının ilk günlərində ipoteka düzəldəcəyini demişdir, bunun müqabilində 6-7 min manat üstəlik verəcəyini, bankdan ümumilikdə 71.000 manat çıxardacağını, həmin pulun 36.000 manatını onun tərəfindən əvvəlcədən ödəniləcəyini demiş, sonra isə ümumlikdə 71.000 manat götürəcəyini, işin düzəlməsi üçün özü banka 36.000 manat ödəyəcəyini demiş, o, Camal ilə razılaşmışdır. Həmin günü Cəbrayılın yanında Camalın işitirakı ilə sonuncunun sözünə əsasən Mirzəyə 2.000 manat vermişdir. xx.xx.2020-ci il tarixdə Camal ona zəng edib Mirzəni gönədərəcyini və Mirzəyə 5.700 manat verməyini tapşırmışdır. Həmin günü saat 17.30 radələrində Cəbrayılın evində oğlu Nihadla birlikdə Mirzəyə 5.700 manat vermişdir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Camal zəng edib təcili Nəsimi rayonu ərazisində "Memar Əcəmi" Metrostansiyasının yaxınlığında yerləşən "Yapı Kredit" Bankının qarşısında Mirzənin onu gözlədiyini deyib Mirzəyə 18.600 manat pul verməyi bildirmişdir. O, taksi vasitəəsi ilə həmin yerə getmişdir, lakin bank artıq bağlı olmuşdur, Camala zəng edib Bankın bağlı olduğunu demiş, problemin olmadığını pulu Mirzəyə verməyini demişdir. Mirzənin yanında Samir adlı şəxsdə olmuşdur, o, 18600 manatı Mirzəyə vermişdir. xx.xx.2020-ci il tarixdə Cəbrayıl ona zəng edib Camalın onlarda olduğunu pulun qalan hisəsini aparmağını bildirmiş, o, 17400 manat pulu götürərək Cəbrayılgilə getmiş və pulu Camala vermişdir, həmin vaxt Cəbrayıl orada olmuşdur. Camal ona guya onun yerinə 35000 manat ödədiyini demiş və məsələnin artıq həll olunduğunu, iyun ayının ilk günləri pulu götürəcəyini demişdir. Lakin iyun ayının əvvələri xəbər çıxmamış, xx.xx.2020-ci il tarixdə Camal ona zəng edib Bankda səf olduğunu onun adına Bankda 71.000 manat deyil, 78.000 manat yazıldığını demiş və təcili olaraq "Milli ön" vasitəsi ilə Camalın verdiyi hesab nömrəsinə 3.930 manat ödəmiş, lakin sonradan Mirzə və Camal adlı şəxslər tərəfindən aldadıldığını bilmişdir. Bundan sonra məcbur olub Cəbrayılla birlikdə Xəzər RPİ 2-ci PŞ-nə müraciət etmişlər. O, pulları verərəkən bir çoxunda Cəbrayıl yanında olub, Cəbrayılda sözlərini təsdiq edə bilərmiş. Bəzi yerlərdə ödəniş etdikdə isə oğlu Nihad yanında olubmuş. O, ümumilikdə işimin həlli üçün 47.630 manat pulu Camala və Mirzəyə vermişdir. Hətda ilkin araşdırma zamanı sonuncu dəfə Buzovna qəsəbəsində yerləşən Favorit marketin içərisində "Milli ön" terminalından etdiyi ödənişin çekinidə təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Mirzənin onda səs yazısıda olmuş, həmin səsyazında Mirzə könüllü etiraf etmişdir ki, 26.000 manat onun vasitəsi ilə Camala çatmışdır. Həmin Sürayə və Mehparə adlı qadınları tanımırmış, həmin qadınları heç görməmiş sadəcə adlarını eşitmişdir. Yalnız onu bilmişdir ki, Cəbrayılı Mirzə və Camal adlı şəxslərlə həmin qadınlar tanış etmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq (26000 manat) ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 2020ci ilin aprel ayının əvəllərində rəfiqəsi Mehbarə Cəfərzadənin vastəsilə Cəbrayıl adlı şəxsi tanımışdır. Belə ki, o, özünə Buzovna qəsəbəsində ev almaq istəyirmiş. 2020-ci ilin təxminən aprel ayının əvvələrində rəfiqəsi Mehparə Cəfərzadə ilə birlikdə Cəbrayıl Məmmədov yaşadığı evə getmiş və baxmışlar. Sonra o, qərara gəlmişdir ki, həmin evi ipoteka vasitəsi ilə alsın. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışdır ki, bank ilə danışsın. Səhəri gün onlar yenidən Mehparə ilə birlikdə Cəbrayılın yaşadığı evə gəlmişdir. O, Cəbrayıl ilə söhbət edən zaman Mehparəyə Camal adlı tanışı zəng etmiş, bir neçə dəqiqə sonra Camal onların yanına gəlmişdir. Camalın yanında Mirzə adlı şəxsdə olmuşdur. Camal Cəbrayılla söhbət etmiş və birlikdə evə baxmışlar, öz aralarında söhbət etmiş, həmin zaman onlar çıxıb getmiş və o, Cəbrayılla razılaşmamışdır. Sonradan ona məlum olmuşdur ki, Camal Cəbrayılı və adını bilmədiyi Cəbrayılın qonşusunu aldadaraq pullarını almışdır. Bundan əlavə qeyd etmişdir ki, Camalın Cəbrayılı və qonşusunu aldatmasını, onlardan pul almasından məlumatı olmamışdır. Cəbrayılın evinin sənədləri onda olmuşdur, həmin sənədləri götürməkdə məqsədi banka təqdim etmək olmuş, lakin evi alası olmadığı üçün sənədləri Cəbrayıla qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 2020-ci ilin aprel ayında atası İsgəndər Abzərovun dostu Cəbrayıl Məmmədov onu yaşadığı evə dəvət etmiş, evə gəldikdə orada atası, Cəbrayıl, Camal və Mirzə adlı şəxslərdə olmuş, atası İskəndərlə Camal və Mirzə adlı şəxslər arasında olan söhbət əsnasında həmin şəxslər atasına bildirmişlər ki, ipoteka yolu ilə ev almaqda atasına köməklik göstərəcəklərmiş. Həmin gün atası ona bildirmişdir ki, o, gedib evdən 2000 manat behi gətirib Mirzə və Camal adlı şəxslərə versin. Həmin pulu beh olaraq Camal və Mirzə adlı şəxslər özləri atasından istəmişlər. O, evə gedib 2000 manat pul götürüb gətirib atası İskəndərin və Cəbrayılın yanında həmin Mirzə ilə Camal adlı şəxslərə vermişdir. Həmin şəxslər yaxın günlərdə məsələni həll edib yoluna qoyacaqlarına söz vermişlər. Bundan bir neçə gün sonra atası onunla telefon əlaqəsi saxlayıb ona bildirmişdir ki, evdən 5700 manat pul aparsın, həmin şəxslər Cəbrayılın evində onu gözləyirlərmiş. O, evdən həmin pulu götürüb Cəbrayılın yaşadığı ünvana getmiş, Cəbrayıl özü evdə olmuş, o, Cəbrayılgilə çatandan sonra Mirzədə Cəbrayılın yaşadığı ünvana gəlmiş, atası verdiyi pulu sayıb Cəbrayılın yanında Mirzəyə vermişdir. Bu hadisədən sonra təqribən 20-30 gün keçmiş atası İskəndər onun yanında M.Əcəmi metrosunun yaxınlığında kafedə Mirzə adlı şəxsə 17600 manat pul vermiş, həmin vaxt Mirzənin yanında Samir adlı şəxsdə olmuş, Samir özünü mənzillərin qiymətləndirməsi agentliyinin işçisi kimi təqdim etmişdir. Həmin vaxt atası mobil telefonla Camal adlı şəxsə zəng vuraraq Mirzəyə pulu verdiyini bildirmişdir. Camal yəni, sonradan adının Cəmaləddin olduğunu bildiyi şəxs atası İskəndərə bildirmişdir ki, problem yoxdur pulu versin. Hətta Mirzə ona özünə yeni mobil nömrə almağınıda məsləhət görmüşdür ki, ipoteka almaq üçün asan imza almalıdır. Bundan sonra o, özünə 055 ***-**-** mobil nömrəsidə almışdır. Həmin mobil nömrəni o, işlətməmiş nömrəni aldıqdan sonra Samirə vermişdir. Həmin nömrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər aktiv olmuşdur. Sonra o, həmin nömrəni bağlatdırmış. Bundan başqa atası həmin Camal və Mirzə adlı şəxsə başqa başqa vaxtlarda pul vermişdir. Sonuncu dəfə isə atası İskəndər tərəfindən 3940 manat pulu təxminən bildiyi bank vastəsilə Camalın dediyi karta atılmışdır. Onun yanında ancaq ifadəsində göstərdiyi pul məbləğləri verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə Zərərçəkmiş şəxs 47000 manat almışlar. Həmin puldan 26000 manatını Mirzə almış, qalan 21000 manatını isə o, almışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2020-ci ilin yanvar ayında qonşusu Cəbrayıl Məmmədov ona bildirmişdir ki, evini satır müştəri olarsa Cəbrayıla deməsini hətda onun müqabilində ona hörmət edəcəyinidə söz vermişdir. Həmin ərəfələrdə o, Xırdalan şəhərəndə yerləşən AAAF yaşayış kompleksində yerləşən SPA mərkəzini işlədirmiş. O, həmin dövürdə oraya müştəri kimi gəlib gedən Sürayyə adlı qadını tanımış və tanışlıqları zaman həmin qadın özünü makler kimi təqdim etmişdir. O, Sürayyə adlı qadına qonşusu Cəbrayılın özünə məxsus evinin satması barədə demiş və xahiş etmişdir ki, müştəri olarsa ona desin. Sürayyə də evin alınması üçün əlində müştərisi olduğunu dediyindən o, qonşusu Cəbrayıl ilə Surayyənai tanış etmişdir. Sürayyənin ofisinin təxmin edərək Memar Əcəmi metrostansiyasının yaxınlığında olduğunu bilmişdir. Başqa heç bir şeydən məlumatı olmamışdır, sonradan ona məlum olumuşudur ki, Surayyə onun qonşusu Cəbrayıl Məmmədovu iki nəfər şəxs ilə tanış etmiş, həmin iki nəfər şəxs öz növbələrində Cəbrayılı aldadaraq pulunu mənimsəmişlər. O, Cəbrayılı aldadan şəxsləri tanımamış, onun işi sadəcə Cəbrayıl ilə Sürayyəni tanış etmək olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə məbləği dövlət büdcəsinə ödənildiyini qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Mirzə tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 128, 178.3.2, 310 və 66.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 09 il müdətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 01 il 09 ay müdətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2022-ci il tarixdə AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qisminə cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ 2-ci Polis Şöbəsinin 13 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə Xətai rayonu ərazisində saxlanılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 6500 (altı min beş yüz) manat pul ödənilmişdir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, “Bu Məcəllənin 72–73-2-ci maddələrində nəzərdə tutulan cinayət əməli iştirakçılıqla törədildiyi hallarda, zərərçəkmiş şəxsə dəymiş ziyan və bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulan dövlət büdcəsinə ödəniş cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə ödənilir.” Məhkəmə təqsirləndirilən və zərər çəkmiş şəxs, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın 26000 manat məbləğində olan hissəsi Təqsirləndirilən şəxs tərəfindən yetirilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxs, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.5, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-167/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-167/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver