Məhkəmə qərarları › İş №1(003)-167/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-167/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-167/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda 3 saylı İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vuran bədən xəsarəti yetirmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, təxminən saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış sahəsində yerləşən «Bənövşə» şadlıq sarayının yaxınlığındakı adı olmayan kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə kafenin şüşələrini və kafedə olan qab-qacağı sındırıb Zərərçəkmiş şəxs 200 manat məbləğində maddi ziyan vurmuş, bundan sonra cinayət əməlini davam etdirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə əlləri ilə qəsdən tanışı Zərərçəkmiş şəxs sol qolunu buraraq ona sol dirsək sümüyünün yerdəyişən sınığı ilə nəticələnməklə yetirildiyi anda sonuncunun sağlamlığının həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa qəsdən az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək bildirdi ki, o, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, ailəsilə birlikdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi nömrəsiz fərdi evdə yaşayır. Əvvəllər bir dəfə oğurluq etdiyinə görə Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş və həmin cəriməni tam olaraq ödəməklə cəzadan azad olunmuşdur. Zərərçəkmiş şəxs ilə təxminən 2022-ci ilin may ayında onun işlətdiyi Binə qəsəbəsində yerləşən kafedə müştəri qismində gəlib-gedərək tanış olmuş və yaxın münasibətləri yaranmışdır. Daha sonra onların münasibəti pozulmuş və ayrılmışlar. 20 iyul 2022-ci il tarixdə, təxminən saat 23 radələrində avtoservisin həyətində Zərərçəkmiş şəxs tanımadığı şəxslərlə qarşılıqlı olaraq içki içdiyini görmüş və bundan əsəbləşərək Zərərçəkmiş şəxs öncə təhqir etmiş, daha sonra vuraraq ona xəsarət yetirmişdir. O, kafenin şüşələrini və kafedə olan qab-qacağı sındırmadığını bildirmişdir. Hazırda zərərçəkmiş şəxs onu bağışlamışdır, ondan heç bir şikayəti və ya tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq Yeni yaşayış sahəsində yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Təhmiraz adlı şəxslə təxminən 2022-ci ilin may ayında Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən “Bənövşə” şadlıq sarayının yaxınlığında işlətdiyi kafedə tanış olmuş və bundan sonra aralarında yaxın münasibət yaranmışdır. Bir müddətdən sonra Təhmirazla aralarında olan münasibət pozulmuşdur. Bu səbəbdən aralarında mütəmadi olaraq münaqişələr baş vermişdir. Sonuncu dəfə 20 iyul 2022-ci il tarixdə təxminən saat 23 radələrində Təhmiraz yenidən onun işlətdiyi kafeyə gəlmişdir. Həmin vaxt o, kafedə digər işçilərlə birlikdə oturmuşdur. Təhmiraz onun həmin şəxslərlə birlikdə oturmağını səbəb göstərərək münaqişə yaratmağa başlamışdır. Bundan sonra Təhmiraz kafenin şüşələrini və kafedə olan qab-qacağı sındırmışdır. O, Təhmirazın hərəkətlərinə irad bildirdikdə, Təhmiraz onu döyməyə başlamış və sol qolumu buraraq sındırmışdır. Bundan sonra Təhmiraz onu xəstəxanaya aparmış və xəstəxanada onun qolunu gipsə qoymuşlar. Hadisə heç bir səbəb olmadan baş vermiş, Təhmiraz kafeyə gəlib onun digər şəxslərlə birlikdə əyləşdiyini görüb münaqişə yaratmış və onu döyərək sol qolunu sındırmışdır. Həmin vaxt orada onlardan başqa kafedə olan digər işçilər olmuşdur. Təhmiraz kafenin şüşələrini və kafedə olan qabqacağı sındırması nəticəsində ona 200 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tamamilə ödəmişdir və o, onunla barışaraq onu bağışlamışdır, ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınmasını xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 961 saylı ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət — sol dirsək sümüyünün yerdəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmətibb müayinəsindən 9-10 gün əvvələ uygun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddir. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetiriliməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 3000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilmiş, onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif edilmiş, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq olunmaqla 800 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təqdimata baxılması məqsədi ilə tutulduğu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə olan müddət nəzərə alınmış, 800 manat cərimə cəzasının ödənilməmiş qalan 300 manat hissədən tamamilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə qərardan görünür ki, X2 14 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etməsi və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır xəsarət yetirməsi faktı onun özünün ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətdən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onun ondan heç bir şikayətinin və ya tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.1-ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplanmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi, nömrəsiz fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 200 manat maddi ziyan Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 03 (üç) ay 07 (yeddi) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 16 (on altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivi, nömrəsiz fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 200 manat maddi ziyan Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 120 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar