Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-168/2022 21.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yeni yaşayış sahəsində yerləşən fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini 15 manat müqabilində alaraq bir qismini istifadə etdikdən sonra qalan hissəsini üzərində saxlayaraq daşımışdır. 11 yanvar 2022-ci il tarixdə, saat 14:00 dəqiqədə Xəzər RPİ-nin 3cü PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Bakavtomat YYS-də saxlanılaraq 3-cü PŞ-nə gətirilmişdir. Polis şöbəsinin inzibati binasında üzəriinə şəxsi axtarış keçirilən zaman əyində olan qara rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artiq miqdarda 1 ədəd siqaret gümüşü kağızına bükülü təmiz çəkisi 0,271 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, himayəsində bir azyaşlı övladı vardır. O, 6 il olar ki, narkotik vasitə heroindən istifadə edir. 10 yanvar 2022ci il tarixdə Əhmədli qəsəbəsində tanımadığı şəxsdən 15 manat pula öz istifadəsi üçün 1 büküm heroin almışdır. Heroinin bir qismini istifadə etdikdən sonra qalan hissəsini cibində saxlamışdır. 11 yanvar 2022-ci il tarixdə, saat 14:00 dəqiqədə Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yeni yaşayış sahəsində yaşadığı evin yaxınlığında olarkən iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində video çəkilişlə üzərinə axtarış keçirilməmişdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsini təklif etmişlər. O, üzərində olan 1 büküm heroini çıxardıb təqdim etmişdir.Bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Saxlanılarkən və yüzərinə axtarış keçirilərkən ona qarşı fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və bir azyaşlı uşağının olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 3-cü PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2la birlikdə onu 11 yanvar 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yeni yaşayış sahəsində şübhəli şəxs qismində saxlayaraq 3-cü Polis şöbəsinə dəvət etmişlər. Videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və gəzdirilməsi, saxlanılması qanunla qadağan olunan əşya varsa könüllü təqdim etməsi, əks halda üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret gümüşü kağızına bükülmüş bükülünü təqdim edərək içində narkotik vasitə heroin olduğunu və Əhmədli qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin cinayət axtarış üzrə kiçik inspektoru Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə verdi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 yanvar 2022-ci il tarixli, 6/165 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş, üzərində “...Saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri, olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 205-ci il 28 iyun tarixli Azərbaycab Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edsilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 0,221 qram qalıq qalmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin ambulator məhkəmə-narkoloji ekspertizasının 03 mart 2022-ci il tarixli, 1054 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu və psxotimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 24 yanvar 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs - 1) ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 28 dekabr 2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 27 avqust 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsi ilə təqsirli bilinərək 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 28 noyabr 2012-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 3) Bakı şəhəri Xətai rayon Məhkəməsinin 12 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qərarı ilə cəzası 2 ilə endirilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 sentyabr 2015-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. 4) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 5) Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 17 oktyabr 2017-ci il tarixdən hesab edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli qərardan görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmündə yol verilmiş yalnışlıq aradan qaldırılaraq cəzasının əvvəlinin 17 oktyabr 2017-ci il tarixdən hesablanması sözləri 29 may 2019-cu il tarixdən hesablansın sözləri kimi oxunmuşdur. İş materiallarına əlavə olunmuş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham aktı 17 yanvar 2022-ci il tarixdə Nərimanov rayon prokuroru tərəfindən təsdiq edilmişdir. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli hökmü və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli üzrə məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayətin təhlükəli residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən, ağırlaşdıran və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarına əlavə edilmiş şübhəli şəxs qismində tutma barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 11 yanvar 2022-ci il tarixdən hesab olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli 11 yanvar 2022-ci il tarixdən hesab olunmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan 20 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,221 qram maddi sübut kimi tanınmış və Xəzər RPİ-də saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ruhan Adilbəylinin 04 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk isə maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,221 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 1 (bir) saat 30 (otuz) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil X2, 9 (doqquz) manat məbləğində vəsait vəkil Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cəzasının əvvəli 11 yanvar 2022-ci il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə Bakı şəhəri Xəzər rayon Polis idarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekpertizadan sonrakı qalığı 0,221 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait, Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 9 (doqquz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 və Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-168/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-168/2022
21.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver