Məhkəmə qərarları › İş №1(003)-168/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-168/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-168/2023 15.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4 -cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxxxx 1980-ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Üfüq» düşərgəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə tamah məqsədi ilə 05 aprel 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinə darvazadan qanunsuz daxil olaraq, saxlanc yeri hesab edilən evin həyətindən dəyəri 350 manat təşkil edən 01 ədəd "Espa” markalı su nasosunu, dəyəri 120 manat təşkil edən 50 metr uzunluğunda alüminium naqilləri, dəyəri 250 manat təşkil edən “Ariston” markalı su qızdırıcısını, hər birinin dəyəri 40 manat təşkil edən 240 manat dəyərində olan 06 ədəd mis su krantlarını, dəyəri 100 manat təşkil edən 20-30 metr uzunluğunda mis naqili, dəyəri 120 manat təşkil edən 40 metr uzunluğunda alüminium künclükləri (plintusları), 06 aprel 2022-ci il tarixdə saat 21 radələrində isə həmin ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsi olan evə plastik pəncərənin önündə olan dəmir barmaqlığı sındırıb plastik pəncərəni açmaqla qanunsuz daxil olaraq oradan dəyəri 20 manat təşkil edən 01 ədəd süfrəni, dəyəri 50 manat təşkil edən 01 ədəd kofeçəkən aparatı, dəyəri 40 manat təşkil edən 01 ədəd buxar ütüsünı, dəyəri 30 manat təşkil edən 01 ədəd işıq procektorunu, dəyəri 3 manat təşkil edən 01 ədəd mətbəxt bıçağını, dəyəri 5 manat təşkil edən 01 ədəd elektrik uzadıcını (udilnitel), dəyəri 150 manat təşkil edən 01 ədəd qadın uzunboğaz çəkməsini, dəyəri 200 manat təşkil edən 01 ədəd “Kodak” markalı fotoaparatı, dəyəri 600 manat təşkil edən 01 ədəd notebooku, dəyəri 50 manat təşkil edən 01 ədəd suvenir təyyarəni, dəyəri 50 manat təşkil edən 01 ədəd taxtadan hazırlanmış nərdi, dəyəri 30 manat təşkil edən 01 komplekt divan örtüyünü, dəyəri 250 manat təşkil edən 01 ədəd dəri kişi gödəkçəsini (dublyonkanı), dəyəri 150 manat təşkil edən 01 ədəd qara rəngli dəri gödəkçəni (kurtkanı), dəyəri 25 manat təşkil edən 01 ədəd idman paltarı dəstini, dəyəri 100 manat təşkil edən 01 ədəd “Panasonic” markalı fotokameranı, dəyəri 50 manat təşkil edən 01 ədəd “Sony” markalı DVD aparatını, dəyəri 50 manat təşkil edən 1 ədəd “Kanon” markalı fotoaparatı, dəyəri 50 manat təşkil edən 01 ədəd fotoaparatı, dəyəri 40 manat təşkil edən 01 ədəd “Tefal” markalı ütünü, dəyəri 25 manat təşkil edən 01 ədəd gecə lampasını, dəyəri 50 manat təşkil edən 01 ədəd çay serviz dəstini, hər birinin dəyəri 20 manat təşkil edən 40 manat dəyərində 02 ədəd kişi kəmərini, dəyəri 600 manat təşkil edən 01 ədəd qadın plaşını, dəyəri 400 manat təşkil edən 01 ədəd “Philips” markalı televizoru, dəyəri 200 manat təşkil edən 01 ədəd şahmatı, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 ədəd vazanı, dəyəri 150 manat təşkil edən 01 ədəd “Canon” markalı printer, dəyəri 350 manat təşkil edən 01 ədəd qadın dəri gödəkçəsini (dublyonka), dəyəri 30 manat təşkil edən 01 ədəd ev telefonunu, dəyəri 30 manat təşkil edən 01 ədəd qadın ayaqqabısını, hər birinin dəyəri 20 manat təşkil edən 80 manat dəyərində 04 ədəd “Dagistan” markalı konyakları, hər birinin dəyəri 200 manat təşkil edən 400 manat dəyərində 02 ədəd viskini, dəyəri 150 manat təşkil edən 01 ədəd “Canon” markalı maqnitafonu, hər birinin dəyəri 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd qara rəngli kişi plaşını, dəyəri 150 manat təşkil edən 01 cüt dəri qadın uzunboğaz çəkməsini, dəyəri 50 manat təşkil edən 01 ədəd modemi və dəyəri 650 manat təşkil edən 01 ədəd qırmızı rəngli xalçanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 7043 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə 21 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi bağlar sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 120 manat təşkil edən 240 manat dəyərində 02 ədəd 2x0,80 metr ölçülü plastik qapını, dəyəri 115 manat təşkil edən 01 ədəd 2x0,70 metr ölçülü plastik qapını, dəyəri 110 manat təşkil edən 01 ədəd 2x0,60 metr ölçülü plastik qapı, hər birinin dəyəri 400 manat təşkil edən 800 manat dəyərində 02 ədəd plastik qapını, hər birinin dəyəri 200 manat təşkil edən 400 manat dəyərində 02 ədəd plastik pəncərəni, dəyəri 1230 manat təşkil edən 100 kv.m «Mitsubishi» markalı kondisioneri, hər birinin dəyəri 30 manat təşkil edən 360 manat dəyərində 12 ədəd su kranını, hər bir metrinin dəyəri 5 manat təşkil edən 750 manat dəyərində 150 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 30 manat təşkil edən 240 manat dəyərində 08 ədəd işıq plafonunu, dəyəri 500 manat təşkil edən mətbəxt əşyalarını (qab-qacaq, çaynik, tavalar), dəyəri 30 manat təşkil edən 01 ədəd əl-üz yuyulanı, hər birinin dəyəri 15 manat təşkil edən 300 manat dəyərində 20 ədəd elektrik yuvasını, dəyəri 100 manat təşkil edən təmir alətlərini, ümumi dəyəri 100 manat təşkil edən 04 ədəd 4 metr uzunluğunda dəmir borunu, hər birinin dəyəri 50 manat təşkil edən 100 manat dəyərində 02 ədəd 2 metr uzunluğunda dəmir borunu, hər birinin dəyəri 10 manat təşkil edən 100 manat dəyərində 10 ədəd 2 metr uzunluğunda armaturu, hər birinin dəyəri 60 manat təşkil edən 240 manat dəyərində 04 ədəd hamam güzgüsünü, dəyəri 100 manat təşkil edən qədimi saatı, dəyəri 250 manat təşkil edən yataq dəstinin dəmir hissələrini, dəyəri 150 manat təşkil edən qapı pəncərə dəstəklərini, dəyəri 50 manat təşkil edən 01 ədəd su kranını, dəyəri 160 manat təşkil edən 01 ədəd «ESPA» markalı su matorunu gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 6325 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə 21 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES qəsəbəsi bağlar sahəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış sahəsi olan fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan hər birinin dəyəri 120 manat təşkil edən 240 manat dəyərində 02 ədəd 2x0,80 metr ölçülü plastik qapını, dəyəri 115 manat təşkil edən 01 ədəd 2x0,70 metr ölçülü plastik qapını, dəyəri 110 manat təşkil edən 01 ədəd 2x0,60 metr ölçülü plastik qapı, hər birinin dəyəri 400 manat təşkil edən 800 manat dəyərində 02 ədəd plastik qapını, hər birinin dəyəri 200 manat təşkil edən 400 manat dəyərində 02 ədəd plastik pəncərəni, dəyəri 1230 manat təşkil edən 100 kv.m «Mitsubishi» markalı kondisioneri, hər birinin dəyəri 30 manat təşkil edən 360 manat dəyərində 12 ədəd su kranını, hər bir metrinin dəyəri 5 manat təşkil edən 750 manat dəyərində 150 metr uzunluğunda elektrik naqilini, hər birinin dəyəri 30 manat təşkil edən 240 manat dəyərində 08 ədəd işıq plafonunu, dəyəri 500 manat təşkil edən mətbəxt əşyalarını (qab-qacaq, çaynik, tavalar), dəyəri 30 manat təşkil edən 01 ədəd əl-üz yuyulanı, hər birinin dəyəri 15 manat təşkil edən 300 manat dəyərində 20 ədəd elektrik yuvasını, dəyəri 100 manat təşkil edən təmir alətlərini, ümumi dəyəri 100 manat təşkil edən 04 ədəd 4 metr uzunluğunda dəmir borunu, hər birinin dəyəri 50 manat təşkil edən 100 manat dəyərində 02 ədəd 2 metr uzunluğunda dəmir borunu, hər birinin dəyəri 10 manat təşkil edən 100 manat dəyərində 10 ədəd 2 metr uzunluğunda armaturu, hər birinin dəyəri 60 manat təşkil edən 240 manat dəyərində 04 ədəd hamam güzgüsünü, dəyəri 100 manat təşkil edən qədimi saatı, dəyəri 250 manat təşkil edən yataq dəstinin dəmir hissələrini, dəyəri 150 manat təşkil edən qapı pəncərə dəstəklərini, dəyəri 50 manat təşkil edən 01 ədəd su kranını, dəyəri 160 manat təşkil edən 01 ədəd «ESPA» markalı su matorunu gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 6325 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləməsə də, fərdi işlə məşğul olub ailəsini dolandırırmış. xx.xx.2020-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və elektron qolbaq daşıyır. 2 ildir ki, narkotik vasitə qəbul edirmiş. Təxminən 1 il olarmış ki, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublikası Narkoloji Disponserində qeydiyyata düşərək metodon suyu qəbul edirmiş. Bunun üçün hər gün Narkoloji Disponserə metodon suyu içmək üçün gedib gəlirmiş və təxminən 1 il əvvəl isə orada qeydiyyatda olan Yavər adlı şəxslə tanış olmuşdur. O, adətən Yavərlə birlikdə həmin dispanserə gedib-gəlirmiş. Bildirmişdir ki, 05 aprel 2022-ci il tarixdə günorta saatlarında Yavərlə zəngləşərək onunla Bilgəh qəsəbəsində yerləşən Kardoloci sanotoriyanın qarşısında görüşərək, Maştağa qəsəbəsinə yerləşən 1 saylı Respublika Narkoloji disponserə getmişlər. O və Yavər orada, yəni Narkoloji Disponserdə müalicələrinə uyğun olaraq metodon suyu qəbul etdikdən sonra avtobusla Bilgəh qəsəbəsinə gəlmişlər ki, oradan da yenidən marşurta minərək şəhərə qayıtsınlar. O və Yavər orada olan dayanacağa tərəf gedərkən Kardeoloji Sanotoriya ilə üzbəüzdə yolun qarşısında yerləşən küçədəki 1-ci evin darvazasına "Satılır" sözləri yazılmış evin qarşısından keçəndə Yavər ona bildirmişdir ki, həmin evdə yaşayış yoxdur, oradan oğurluq etsinlər. Qeyd etmişdir ki, onun da borcu olduğundan Yavərlə razılaşmışdır. Bundan sonra evin arxa tərəfində yerləşən darvazanın qarşısına gəlmişlər və darvazanın tayları bir birinə məftil ilə bağlı olduğundan Yavər əlilə məftili açmış və bundan sonra da darvazanı açaraq içəri daxil olmuşlar. Bundan sonra həyətə daxil olmuşlar və həyətdə olan hovuzun ətrafına çəkilmiş alüminium naqilləri və su çəninin altında yerləşən su nasosunu söküb oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt evin içərisinə pəncərədən baxanda orada, televizor, nərd, paltar və digər əşyaları görmüşlər, lakin gündüz olduğundan başqa vaxt gəlib oğurluq etmək qərarına gəlmişlər. Təxminən 20 metr uzunluğunda mis naqil, su qızdırıcının içərisindən su krantlarını həmin evdən tapdıqları vintaçan ilə sökmüşlər. Eləcə də evin həyətində olan alüminium plintusları da sökmüşlər. Bundan sonra oğurladıqları əşyaları evin həyətindən tapdıqları kisəyə yığaraq oradan çıxmışlar və taksi ilə onun yaşadığı evin həyətinə gəlmişlər.Yolda gələrkən alüminiumu Şüvələn qəsəbəsinin ərazisində yol kənarında yerləşən metal qəbulu məntəqəsinə 6 manata satmışlar. Bundan sonra taksi onları evə gətirmiş və orada da mis naqilləri əritmişlər. Onlar oğurladıqları əşyaları səyyar qaydada metal qəbul edən şəxsə 28 manata satmışlar və pulu xərcləmişlər. Sonra Yavər öz yaşadığı evə getmişdir. Səhəri gün isə Yavər mobil telefonla zəng edərək yenidən həmin ünvana gedib oğurluq etmələrini təklif etmişdir. Bundan sonra Yavər onun yaşadığı evə gəlmiş və orada görüşərək tanımadığı taksi fəaliyyəti ilə məşğul olan şəxsin avtomobili ilə yenidən Sabunçu rayonu, Bilgəh qəsəbəsinə həmin evin qarşısına gəlmişlər və darvazadan içəri daxil olmuşlar. Həmin 2 mərtəbəli evin 1-ci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığını oradan tapdıqları dəmir mantrovka ilə sökmüşlər və pəncərəni əlləri ilə açaraq içəri daxil olmuşlar. O və Yavər evin 1-ci mərtəbəsində olan çarpayıları, yükləri və şkafları axtararaq pul tapmağa çalışmışlar, lakin tapa bilməmişlər. Eyni zmanda da evin ikinci mərtəbəsinin otaqlarını da axtarmışlar, lakin pul və qızıl-zinyət əşyaları tapmamışlar. Həmin vaxt Yavər evin birinci və ikinci mərtəbələrindən 1 ədəd taxta nərd, 1 ədəd şahmat və 1 ədəd notebook kompyuteri, 2 ədəd gödəkçə, 1 ədəd plaş, 3-4 dəst kostyumu götürmüşdür. O isə evin birinci və ikinci mərtəbələrindən 1 ədəd televizor, 1 ədəd təyyarə formasında suvenir, 1-ci mərtəbədən kurtka, bir neçə ədəd paltarları, böyük ekran televizoru, 1 ədəd internet ötürücü aparatı, 2 ədəd güldanı, ayaqqabıları və digər əşyaları götürərək oradan tapdığı torbaya yığmışdır. Bundan sonra onlar evin çöl tərəfinə çıxmışlar və orada taksi gözləməyə başlamışlar. Lakin xeyli vaxt gözləsələr də taksi yanlarından keçməmişdir. Bundan sonra Yavər gedəcəyini demişdir. Lakin o Yavərə demişdir ki, qalsınlar səhər taksi ilə gedərlər. Həmin vaxt onlar yoldan keçən taksiləri saxlamaq istəyirmişlər, çünki orada dayanmışlar. Taksi sürücülərinin ev sahibini tanıyacaqlarını düşünürmüşlər. Lakin Yavər ona qulaq asmamış və götürdüyü əşyaları da özü ilə apararaq yol kənarı ilə çıxıb getmişdir. O da bir neçə saat orada gözləmişdir ki, əşyaları daşıyanda kimsə onu görməsin. Çünki onun apardığı əşyalar çox və ağır imiş. O ətrafda kiminsə olmadığını düşünmüş və oğurladığı əşyaları götürmüş və evdən çölə çıxaraq yolun kənarına, Kardoloji sanotoriya ilə üzbəüzdə yerləşən yerə gəlmişdir ki, yol kənarında avtomobil saxladaraq əşyaları evinə aparsın. O yol kənarında bir müddət dayandıqdan sonra polis əməkdaşları ona yaxınlaşmışlar və onu 14-cü polis bölməsinə aparmışlar. O orada törətdiyi əməli etiraf etmiş və oğurladığı əşyaları təqdim etmişdir. Qeyd etmişdir ki, o və Yavər həmin evə 2 dəfə daxil olmuşlar və oradan əvvəlcə alüminium və mis naqilləri oğurlamışlar, daha sonra isə oradan digər əşyaları oğurlamışlar. Birinci gün oğurladığı əşyaları metal qəbulu məntəqəsinə və səyyar qaydada metal qəbul edən şəxslərə sataraq 30 manat pul əldə etmişlər, həmin pulları xərcləmişlər lakin digər əşyaları sata bilməmişlər, araşdırmaya təqdim etmişdir. Bundan başqa bildirmişdir ki, onlardan metal alan şəxlər, eləcə də taksi sürücüləri onların həmin əmlakı oğurladıqlarını bilməmişlər, onlara həmin əşyaların özlərinə məxsus olmasını demişlər. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs2 təxminən 1 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibətdədir. Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Xəzər rayonu ərazisindən müxtəlif yerlərdən dəmir yığaraq metal qəbulu məntəqələrinə verirmişlər. Əldə etdikləri pulları yarı bölürmüşlər. Hər ikisi bir yerdə bir neçə dəfə narkotik alıb istifadə etmişlər. Narkotik vasitələri tanımadıqları şəxslərdən alıb istifadə etmişlər. Tutlmamışdan bir neçə gün öncə, 21 sentyabr 2022-ci il tarixdə Səmədəliylə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsində Dəniz qırağı küçəsində dəmir yığarkən yolun kənarında ətrafı hasarlanmış, giriş hissəsində dəmir barmaqlıqdan ibarət darvazalı olan həyətin içərisində yerə yığılmış vəziyyətdə plastik qapıların olduğunu görmüşlər. Həmin vaxt Səmədəli ilə hər ikisi qərara gəlmişlər ki, həmin darvazadan içəriyə daxil olub 3 ədəd plastik qapıları və 01 plastik pəncərəni götürsünlər, onları götürdükdən sonra plastik qapıları və plastik pəncərəni Səmədin idarə etdiyi «Opel» markalı, Astra avtomobilə qoyub onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Dəniz kənarı küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə aparmışlar ki, sonra satarlar. Zərərçəkmiş şəxs1 məxsus evdən oğurladıqları 03 ədəd plastik qapı və 01 ədəd plastik pəncərəni tutularkən polis əməkdaşlarına təqdim etmişdir. Etdiyi əməldən səmimi olaraq peşmançılıq hissi keçirdiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ifadəsində qeyd etdiklərindən başqa heç bir cinayət törətməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 yalan danışdığını, beləki ona məxsus evdən 03 ədəd plastik qapı və 01 ədəd plastik pəncərə oğurladıqlarını, başqa heç bir əşya oğurlamadıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, himayəsində 4 azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 təxminən 1 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibətdədir. Təxminən 20 günə yaxındır ki, Təqsirləndirilən şəxs1lə birlikdə Bakı şəhəri, Xəzər rayonu ərazisindən müxtəlif yerlərdən dəmir yığaraq metal qəbulu məntəqələrinə verirmişlər. Əldə etdikləri pulları yarı bölürmüşlər, hər ikisi bir yerdə bir neçə dəfə narkotik alıb istifadə etmişlər. Narkotik vasitələri tanımadığı şəxslərdən alıb istifadə etmişlər. 21 sentyabr 2022-ci il tarixdə, səhər saatlarında Rəşidlə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsində Dəniz qırağı küçəsində dəmir yığarkən yolun kənarında ətrafı hasarlanmış, giriş hissəsində dəmir barmaqlıqdan ibarət darvazalı olan həyətin içərisində yerə yığılmış vəziyyətdə plastik qapıların olduğunu görmüşlər. Həmin vaxt Rəşidlə hər ikisi qərara gəliblər ki, həmin darvazadan içəriyə daxil olub 3 ədəd plastik qapıları və 01 plastik pəncərəni götürsünlər. Onları götürdükdən sonra plastik qapıları və plastik pəncərəni etibarnamə əsasında idarə etdiyi «Opel» markalı «Astra» modelli avtomobilə qoyub Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şimal Dres qəsəbəsi, Dəniz kənarı küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə aparmışlar ki, sonra satarlar. Teyyub Quliyevin qeyd etdiyi digər əşyalarını oğurlamamışlar. Oradan yalnız 03 ədəd plastik qapı və 01 ədəd plastik pəncərə oğurlanmışlar. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışıq əldə etdiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres bağlar massivində 12 sot torpaq sahəsi var, həmin torpaq sahəsinin içərisində iki mərtəbəli fərdi yaşayış evi var. Həmin ev təmirlidir, bütün əşyaları var. Evə mütamadi olaraq gedib baxırmış. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə özünə məxsus bağ evinə gedərkən görmüşdür ki, evindən 6 ədəd hər biri 400 manat olan plastik qapı, 02 ədəd hər biri 200 manat olan plastik pəncərə, 01 ədəd 1230 manat dəyərində 100 kv.m Mitsubishi markalı kondisioner, 12 ədəd hər biri 30 manat olan su kranı, 150 metr uzunluğunda metrəsi 5 manat olan elektrik naqilinin, 08 ədəd işıq plafonun hər birinin dəyəri 30 manat olan, 500 manat dəyərində mətbəxt əşyaları, yəni qab-qacaq, caynik, tavaların, 01 ədəd 30 manat dəyərində əl-üz yuyulan, 20 ədəd elektrik dəliyi hər biri 15 manat, 100 manat dəyərində təmir alətləri, 4 ədəd 4 metrəlik dəmir boru 100 manat dəyərində, 5 ədəd 2 metrəlik dəmir boru 50 manat dəyərində, 10 ədəd 2 metrəlik armatur 100 manat dəyərində, 04 ədəd hama güzgüsü hər biri 60 manat dəyərində, 100 manat dəyərində qədimi saat, 250 manat dəyərində yataq dəstinin dəmir əşyaları, 150 manat dəyərində qapı pəncərə dəstəkləri, 01 ədəd 50 manat dəyərində su kranı və 01 ədəd 160 manat dəyərində «ESPA» markalı su matorunun oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 7500 manat maddi ziyan dəmişdir. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxslərlə barışıq əldə etidyini, təqsirləndirilən şəxslərdən şikayət və tələbinin olmadığını bilirərək təqsirləndirilən şəxslər barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsində yerləşən bağ evi var və mövsümi olaraq həmin bağda qalırlar. 01 aprel 2022-ci il tarixdən 07 aprel 2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həmin bağ evinin həyətinə arxa tərəfində yerləşən darvazasını açmaqla daxil olub oradan oğurluq etmişlər. Belə ki, naməlum şəxs və ya şəxslər evə plastik pəncərənin önündəki dəmir barmaqlığı sındırıb plastik pəncərəni açmaqla daxil olmuşlar. Belə ki, evin həyətindən dəyəri 350 manat təşkil edən 01 ədəd "Espa” markalı su nasosunu, dəyəri 120 manat təşkil edən 50 metr uzunluğunda alüminium naqilləri, dəyəri 250 manat təşkil edən “Ariston” markalı su qızdırıcısını, hər birinin dəyəri 40 manat təşkil edən 240 manat dəyərində olan 06 ədəd mis su krantlarını, dəyəri 100 manat təşkil edən 20-30 metr uzunluğunda mis naqili, dəyəri 120 manat təşkil edən 40 metr uzunluğunda alüminium künclükləri (plintusları), evdən isə dəyəri 20 manat təşkil edən 01 ədəd süfrəni, dəyəri 50 manat təşkil edən 01 ədəd kofeçəkən aparatı, dəyəri 40 manat təşkil edən 01 ədəd buxar ütüsünı, dəyəri 30 manat təşkil edən 01 ədəd işıq projektorunu, dəyəri 3 manat təşkil edən 01 ədəd mətbəxt bıçağını, dəyəri 5 manat təşkil edən 01 ədəd elektrik uzadıcını (udilnitel), dəyəri 150 manat təşkil edən 01 ədəd qadın uzunboğaz çəkməsini, dəyəri 200 manat təşkil edən 01 ədəd “Kodak” markalı fotoaparatı, dəyəri 600 manat təşkil edən 01 ədəd notebooku, dəyəri 50 manat təşkil edən 01 ədəd suvenir təyyarəni, dəyəri 50 manat təşkil edən 01 ədəd taxtadan hazırlanmış nərdi, dəyəri 30 manat təşkil edən 01 komplekt divan örtüyünü, dəyəri 250 manat təşkil edən 01 ədəd dəri kişi gödəkçəsini (dublyonkanı), dəyəri 150 manat təşkil edən 01 ədəd qara rəngli dəri gödəkçəni (kurtkanı), dəyəri 25 manat təşkil edən 01 ədəd idman paltarı dəstini, dəyəri 100 manat təşkil edən 01 ədəd “Panasonic” markalı fotokameranı, dəyəri 50 manat təşkil edən 01 ədəd “Sony” markalı DVD aparatını, dəyəri 50 manat təşkil edən 1 ədəd “Kanon” markalı fotoaparatı, dəyəri 50 manat təşkil edən 01 ədəd fotoaparatı, dəyəri 40 manat təşkil edən 01 ədəd “Tefal” markalı ütünü, dəyəri 25 manat təşkil edən 01 ədəd gecə lampasını, dəyəri 50 manat təşkil edən 01 ədəd çay serviz dəstini, hər birinin dəyəri 20 manat təşkil edən 40 manat dəyərində 02 ədəd kişi kəmərini, dəyəri 600 manat təşkil edən 01 ədəd qadın plaşını, dəyəri 400 manat təşkil edən 01 ədəd “Philips” markalı televizoru, dəyəri 200 manat təşkil edən 01 ədəd şahmatı, hər birinin dəyəri 100 manat təşkil edən 200 manat dəyərində 02 ədəd vazanı, dəyəri 150 manat təşkil edən 01 ədəd “Canon” markalı printer, dəyəri 350 manat təşkil edən 01 ədəd qadın dəri gödəkçəsini (dublyonka), dəyəri 30 manat təşkil edən 01 ədəd ev telefonunu, dəyəri 30 manat təşkil edən 01 ədəd qadın ayaqqabısını, hər birinin dəyəri 20 manat təşkil edən 80 manat dəyərində 04 ədəd “Dagistan” markalı konyakları, hər birinin dəyəri 200 manat təşkil edən 400 manat dəyərində 02 ədəd viskini, dəyəri 150 manat təşkil edən 01 ədəd “Canon” markalı maqnitafonu, hər birinin dəyəri 150 manat təşkil edən 300 manat dəyərində 02 ədəd qara rəngli kişi plaşını, dəyəri 150 manat təşkil edən 01 cüt dəri qadın uzunboğaz çəkməsini, dəyəri 50 manat təşkil edən 01 ədəd modemi və dəyəri 650 manat təşkil edən 01 ədəd qırmızı rəngli xalçanı oğurlamışlar. Qeyd olunan oğurluq hadisəsi nəticəsində ona 7043 manat məbləğində maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də Təqsirləndirilən şəxs1 ilə barışdığını, Təqsirləndirilən şəxs1 şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2022-ci il tarixli, 9/8526 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş ağ rəngli plastik qapıların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 465,00 manat müəyyən olunur. O cümlədən: - 02 ədəd 2x0,80 metr ölçülü plastik qapı - 240,00 (2x120) manat, - 01 ədəd 2x0,70 metr ölçülü plastik qapı – 115,00 manat, - 01 ədəd 2x0,60 metr ölçülü plastik qapı – 110,00 manat. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci ildə Füzuli şəhərində doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elçin Süleymanov tərəfindən Təqsirləndirilən şəxs2 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elçin Süleymanov tərəfindən Təqsirləndirilən şəxs1 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Elçin Süleymanov tərəfindən 24 sentyabr 2022-ci il tarixdə AR CM-nin 177.2.3-cü maddəsi ilə ayrılmış ********* saylı cinayət işi üzrə əməl həmin Məcəllnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 24 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 24 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 24 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 24 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən saat 22:00-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-424/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən saat 21:00-dan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-445/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Hilal Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs1 09 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 09 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis-mayoru Hilal Rüstəmov tərəfindən Təqsirləndirilən şəxs1 09 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-536/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 23 dekabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.3, 177.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarının tövsif edilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-polkovnik leytenantı Neman Şirinov tərəfindən 13 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 əməli AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 15 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-polkovnik leytenantı Neman Şirinov tərəfindən Təqsirləndirilən şəxs2 yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 15 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi barədə qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-polkovnik leytenantı Neman Şirinov tərəfindən Təqsirləndirilən şəxs1 yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-594/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 20 gün müddətinə, yəni 12 yanvar 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 21-1-3-575-11 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 barəsində Xəzər Rayon Məhkəməsinin 4(003)-423/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən və tutulmanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablandığından cəzanın çəkilmmiş hissəsi 8 ay 11 gün təşkil edir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs2 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs2 şikayət və tələbi yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, bu səbəbdən də Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmiş, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs1 şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini, səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin Təqsirləndirilən şəxs1 şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxslərin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 ona təyin edimiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yenidən eyni xarakterli cinayət əməlləri törətmişdir. Bu hal onun islah olunmadığını təsdiq edir və məhkəmə hesab edir ki, şəxsə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədilərini təmin etməyəcəkdir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşıdırlması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir.Yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 02 ədəd 2x0,80 metr ölçülü plastik qapı, 01 ədəd 2x0,70 metr ölçülü plastik qapı və 01 ədəd 2x0,60 metr ölçülü plastik qapının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 (səkkiz) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 68.1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 04 (dörd) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd 2x0,80 metr ölçülü plastik qapı, 01 ədəd 2x0,70 metr ölçülü plastik qapı və 01 ədəd 2x0,60 metr ölçülü plastik qapının Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat, ümumilikdə 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat, ümumilikdə 174 (bir yüz yetmiş dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar