Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-17/2022 21.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakı ilə, xx.xx.1977-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi sahibkar, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu, nömrəsiz evdə qeydiyyatda olan və yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1979-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Fikrət Əmirov küçəsində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, ev 178-də yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 05 iyun 2021-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən “085” adlı kafedə qərəzli xuliqanlıq hərəkətləri edib ofisiant kimi işləyən Zərərçəkmiş şəxs işdən qovması ilə əlaqədar sonuncunun bir aylıq əmək haqqını ödəməyi ondan tələb etməsini cüzi səbəb kimi qəbul edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxs ilə mübahisə edərək əvvəlcə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sol göz nahiyəsindən şillə ilə vurub sonuncunun bədənində sol göz almasının ağlı qişasının qansızması ilə müşayiət edilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra isə özü mübahisə əsnasında Zərərçəkmiş şəxs itələyərək yerə yıxıb sonuncunun bədənində sol budun sıyrığı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 05 iyun 2021-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən “085” adlı kafedə Təqsirləndirilən şəxs1 ofisiant kimi işləyən Zərərçəkmiş şəxs işdən qovması ilə əlaqədar sonuncunun bir aylıq əmək haqqını ödəməyi Təqsirləndirilən şəxs1 tələb etməsi nəticəsində yaranmış mübahisə zamanı özü də həmin mübahisəyə daxil olaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxs ilə mübahisə edərək əvvəlcə özü Zərərçəkmiş şəxs sol göz nahiyəsindən şillə ilə vurub sonuncunun bədənində sol göz almasının ağlı qişasının qansızması ilə müşayiət edilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 mübahisə əsnasında Zərərçəkmiş şəxs itələyərək yerə yıxıb sonuncunun bədənində sol budun sıyrığı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, təxminən 6 il olar ki, fərdi sahibkar kimi fəaliyyət göstərir. 2021-ci ilin aprel ayından etibarən Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “085” adlı kafeni aylıq 400 manat müqabilində arendaya götürmüşdür. Kafeni işlətdiyi müddətdə may ayının əvvəllərində Zərərçəkmiş şəxs gündəlik 12 manat müqabilində ofisiant kimi işə götürmüşdür. Lalədən əvvəl kafesində bir qız ofisiant kimi işləmişdir. Lakin Lalə həmin qızla yol getməmiş və qız da işdən ayrılmışdır. Buna görə də o may ayının ortalarında Elnarə adlı qadını gündəlik 12 manat müqabilində ofisinat kimi işə götürmüşdür. Təxminən 1 aya yaxın müddətdə Lalə ilə Elnarə biryerdə işləmişlər. Həmin müddətdə aralarında hər hansı bir ciddi münaqişə olmamışdır. Lakin xx.xx.2021-ci il tarixdə saat 20 radələrində işdə olan zaman Lalə tanışı ilə kənar masada oturmuşdur. Lalənin nəzarət etdiyi masada olan müştərilər masanın təmizlənməsini xahiş etmişlər. Elnarə də bu zaman Laləyə yaxınlaşıb nəzarət etdiyi masadakı müştərilərin istəyini çatdıraraq masanın təmizlənməyə ehtiyac olduğunu Laləyə demişdir. Lakin Elnarənin bu sözü Lalənin xoşuna gəlməmiş və Lalə tanışı ilə oturduğu masadan yüksək tonla danışaraq ayağa qalxıb Elnarəni təhqir etməyə başlamışdır. Elnarə Lalənin bu sözlərinə əsasəbləşib Laləyə onu təhqir etməməsini bildirmişdir. Aralarındakı mübahisəni görüb o, Lalə ilə Elnarəyə yaxınlaşaraq sakitləşmələrini istəmişdir. Elnarə bu zaman sakit qalmış, lakin Lalə qeyri-adekvat hərəkətlərinə davam edərək qışqırıb Elnarəni təhqir etməyə davam etmişdir. Bundan sonra Elnarənin halı pisləşmişdir. O, Laləyə işdən azad olunduğunu bildirmişdir. Lakin, Lalə ona etiraz edib işdən ayrılmayacağını demişdir. Daha sonra Elnarəyə də işdən azad olunduğunu bildirmiş və Elnarə də etiraz etmədən oranı tərk etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilmədiyini, onun əməlində AR CM-nin 128-ci maddəsinin tərkib hissəsinin olduğunu, həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş X3 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “085” adlı kafedə gündəlik 12 manat müqabilində işə düzəlmişdir. Onu işə kafenin sahibi olan və əsl adı Zviadi, ləqəbi isə Ziya olan şəxs götürmüşdür. O işə düzələn zaman orada Lalə adlı qadın da ofisiant kimi çalışmışdır. O Laləni işlədiyi müddətdə tanımış və təxminən 1 aya yaxın müddətdə biryerdə işləmişlər. Aralarında hər hansı bir münaqişə olmamışdır. Lakin xx.xx.2021-ci il tarixdə saat 20 radələrində işdə olan zaman Lalə tanışı ilə kənar masada oturmuşdur. Lalənin nəzarət etdiyi masada olan müştərilər masanın təmizlənməsini xahiş etmişlər. O, da bu zaman Laləyə yaxınlaşıb nəzarət etdiyi masadakı müştərilərin istəyini çatdıraraq masanın təmizlənməyə ehtiyac olduğunu Laləyə demişdir. Lakin, onun bu sözü Lalənin xoşuna gəlməmiş və tanışı ilə oturduğu masadan yüksək tonla danışaraq ayağa qalxıb onu təhqir etməyə başlamışdır. O, Lalənin bu sözlərinə əsəbləşib Laləyə onu təhqir etməməsini bildirmişdir. Aralarındakı mübahisəni görən müdir Ziya onlara yaxınlaşıb sakitləşmələrini istəmişdir. O, bu zaman sakit qalmış, lakin Lalə qeyri-adekvat hərəkətlərinə davam edərək qışqırıb onu təhqir etməyə davam etmişdir. Bundan sonra onun halı pisləşmişdir. Ziya Laləyə işdən azad olunduğunu bildirmişdir. X8 etiraz edib işdən ayrılmayacağını demişdir. Daha sonra Ziya ona da işdən azad olunduğunu bildirmiş və o, etiraz etmədən oranı tərk etmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilmədiyini, onun əməlində AR CM-nin 128-ci maddəsinin tərkib hissəsinin olduğunu, həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, əvvəllər Binə qəsəbəsində yerləşən “Şirin” kafesində ofisiant kimi çalışsa da, sonradan kafe sahibinin ölümü ilə əlaqədar oradan ayrılası olmuşdur. Təxminən 2 aydır ki, Binə qəsəbəsində yerləşən “085” adlı kafedə ofisiant kimi işləyir. Kafeni Elçin və Ziya adlı şəxslər şərikli işlətmişlər. Ziyanın əsl adı Zviadi olmuşdur. Onun onlarla münasibəti əvvəllər yaxşı olmuşdur. Həmin iş yerinə qəbul olan zaman gündəlik 20 manata razılaşmışlar. Daha sonra ramazan ayı müddətində gündəlik 10 manata razılaşmış və daha sonra yenidən Ramazan ayı bitəndən sonra 20 manat alacağını razılaşmışlar. Lakin sonradan Elnarə adlı qadını da ofisiant kimi Ziya işə götürmüşdür. İlk əvvəllər Elnarə adlı qadınla münasibəti yaxşı olmuşdur. Lakin sonradan Elnarə ilə aralarındakı münasibətlər pisləşmişdir. Buna səbəb Elnarənin onun qulluq etdiyi stollara ondan icazəsiz müdaxilə etməsi olmuşdur. Belə ki, Ziyayla Elnarə əlbir olub onu işdən çıxarmağa çalışmışlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 20 radələrində həmin kafenin içərisində müdir Ziya onu yanına çağıraraq işdən ayrılmağını tələb etmişdir. Lakin, o, işdən çıxmaq istəmədiyini demişdir. Ziya isə təkidlə işdən ayrılmağını tələb etmişdir. O, Ziyanın fikrində ciddi olduğunu görüb işdən çıxacağı təqdirdə 1 ay ərzində ödənilməli olan 385 manat pulu Ziyadan tələb etmişdir. Lakin Ziya ona verəsi pulunun olmadığını demişdir. O, buna etiraz etməyə başlamışdır. Lakin Ziya gətirib qabağına 12 manat pul qoyaraq gündəlik pulunu götürüb işdən ayrılmağını tələb etmişdir. Lakin, o, Ziyaya bildirmişdir ki 1 aylıq pulunu versin. Bu əsnada Elnarə onların yanına gəlib söhbətə müdaxilə edərək onu acılamış və Elnarə də işdən ayrılmağı ondan tələb etmişdir. O, isə Elnarənin bu söhbətə qarışmamasını tövsiyyə etmişdir. Lakin Elnarə onun üzərinə gələrək sol göz nahiyəsindən 1 ədəd şillə zərbəsi vurmuşdur. Daha sonra Elnarə onun saçından yapışmışdır. Elçin və Ziya araya girib onları ayırmağa çalışmışlar. Bu zaman Ziya onu itələmişdir. Ziyanın onu itələməsi nəticəsində o yıxılmış və sol bud nahiyəsindən xəsarət almışdır. Elçin isə onu təhqir etmişdir. O həmin şəxslərdən şikayət edəcəyini bildirən zaman Elçin qaçıb getmişdir. Daha sonra o ayağa qalxıb Ziyaya bildirmişdir ki, əgər o gedirsə, Elnarə də getməli və işdən çıxmalıdır. Ziya isə ona bildirmişdir ki, Elnarəni də işdən qovur, kafeni isə bağlayır. Daha sonra Ziya bildirmişdir ki, sabahdan etibarən kafedə ofisiant kimi ancaq oğlan işləyəcək. O, da bundan sonra evinə getmişdir. Lakin səhəri gün o, eşitmişdir ki, Elnarə yenə də Ziyagillə birlikdə həmin kafedə işləyir. Bundan sonra Xəzər RPİ-nin 3-cü PB-nə şikayət ərizəsi ilə müraciət edib bədənində yaranmış xəsarətlə bağlı məhkəmətibbi ekspertizadan keçmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, ona təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 tərəfindən dəymiş ziyan ödənilmiş, bu səbəbdən də təqsirləndirilən şəxslər ilə barışmış və onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, təxminən 2 il olar ki, Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Belə ki, Lalə Binə qəsəbəsində yerləşən “Şirin” kafesində ofisiant kimi çalışmışdır. O da həmin kafenin daimi müştərisi olmuşdur. Tez-tez həmin kafeyə gəldiyi üçün Zərərçəkmiş şəxs ilə arasında tanışlıq yaranmış və daha sonra bu tanışlıq yaxın münasibətə çevrilmişdir. Bir müddət tanışlıqdan sonra karantin vaxtı Lalə ona zəng edərək pulunun olmadığını və kirayə pulunu verə bilmdəiyi üçün evindən bayıra atıldığını söyləyib ondan kömək istəmişdir. O da Laləyə kömək etmək məqsədi ilə Binə qəsəbəsində Laləyə kirayə ev tapmışdır. Kirayə pulunu verib Laləni həmin evdə yerləşdirmişdir. Daha sonra arada bir o da həmin evə gedib Lalə ilə bir yerdə yaşamışdır. Daha sonra Lalə Ziya adlı şəxsin kafesində ofisiant kimi işləməyə başlamışdır. Əvvəllər hər şey yaxşı olsa da, sonradan Ziya Elnarə adlı qadını da ofisiant kimi işə götürmüşdür. Elnarə ilə Lalə əvvəllər mehriban olsalar da, sonradan yola getməməyə başlamışlar. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ona zəng edərək telefonda ağlayıb kafe sahibi Ziya və ofisiant Elnarə tərəfindən döyüldüyünü bildirmişdir. O Lalənin yanına gəlib məsələni öyrənəndə Lalə ona bildirmişdir ki, işlədiyi kafedə Elnarə şillə ilə onu vurmuş, kafenin sahibi Ziya adlı şəxs isə onu itələyərək yerə yıxmışdır. O Lalənin bu sözündən sonra kafeyə gedib Ziya ilə söhbət etməyə başlamışdır. Söhbət zamanı Ziyadan məsələni soruşanda Ziya ona bildirmişdir ki, Laləni həmin kafedə işçi kimi görmək istəmir. Bu səbəbdən də Laləni işdən çıxartdığını bildirmişdir. O da Ziyadan tələb etmişdir ki, Lalənin 1 aylıq haqqını versin. Lakin Ziya heçnə verməyəcəyini demişdir. Ziya ona Elnarəni də işdən çıxardığını demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, ibtidai istintaq zamanı da ifadə vermişdir. Həmin ifadəsi tamamilə doğrudur. Hadisə baş verən gün o, həmin kafedə oturub çay içmişdir. O, orada səs-küy eşitmiş, lakin kimin-kimisə vurmasını görməmişdir. Orada Lalədən başqa bir hündürboylu ofisiant qız olmuşdur. Səsküy olduğundan kafenin sahibi Zviadi həmin hündürboylu xanımı kafedən və işdən çıxararaq göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 bildirdi ki, o, həmin kafedə əncir ağacının dibində oturub çay içmişdir. O, həmin kafedə bir nəfər şəxsi gözləmişdir. O, orada səs-küy eşitməmiş, kimin-kimisə vurmasını görməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli, 588 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin nöqtəşəkilli qansızması, sol budun sıyrığı küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol göz almasının ağlı qişasının qansızması sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir, sol gözaltı nahiyənin nöqtəşəkilli qansızması, sol budun sıyrığı isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1979-cu ildə Ermənistan Respublikasında doğulmuş Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Gürcüstan Respublikasında doğulmuş Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 manat cərimə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cərimə cəzası 240 saat ictimai işlər cəzası ilə əvəz edilmişdir.xx.xx.2019-cu il tarixdə cəza müddətinin sonu ilə qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmişdir, aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilmişdir, aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun təərfindən Zərərçəkmiş şəxs ona dəymiş ziyan ödənilmişdir, aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən onun təərfindən cinayət əməlinin . AR CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun təərfindən zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ona dəymiş ziyan ödənilmişdir, aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən onun təərfindən cinayət əməlinin. AR CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Belə ki, Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibini yaradır. Təqsirləndirilən şəxs1 verilən ittihamdan göründüyü kimi, 05 iyun 2021-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən “085” adlı kafedə Təqsirləndirilən şəxs1 ofisiant kimi işləyən Zərərçəkmiş şəxs işdən qovması ilə əlaqədar sonuncunun bir aylıq əmək haqqını ödəməyi Təqsirləndirilən şəxs1 tələb etməsi nəticəsində yaranmış mübahisə zamanı özü də həmin mübahisəyə daxil olaraq ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxs ilə mübahisə edərək əvvəlcə özü Zərərçəkmiş şəxs sol göz nahiyəsindən şillə ilə vurub sonuncunun bədənində sol göz almasının ağlı qişasının qansızması ilə müşayiət edilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 mübahisə əsnasında Zərərçəkmiş şəxs itələyərək yerə yıxıb sonuncunun bədənində sol budun sıyrığı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Təqsirləndirilən şəxs2 verilən ittihamdan göründüyü kimi, o, 05 iyun 2021-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən “085” adlı kafedə qərəzli xuliqanlıq hərəkətləri edib ofisiant kimi işləyən Zərərçəkmiş şəxs işdən qovması ilə əlaqədar sonuncunun bir aylıq əmək haqqını ödəməyi ondan tələb etməsini cüzi səbəb kimi qəbul edərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib Zərərçəkmiş şəxs ilə mübahisə edərək əvvəlcə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs sol göz nahiyəsindən şillə ilə vurub sonuncunun bədənində sol göz almasının ağlı qişasının qansızması ilə müşayiət edilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirmiş, daha sonra isə özü mübahisə əsnasında Zərərçəkmiş şəxs itələyərək yerə yıxıb sonuncunun bədənində sol budun sıyrığı ilə müşayiət edilən, sağlamlığa zərərvurmayan və dərəcəsi təyin edilməyən xəsarət yetirməklə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Məhkəmə ilk öncə qeyd edir ki, iş üzrə Şahid1 həm ibtidai istintaq dövründə həm də məhkəmə istintaqı dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxslər aralarında baş vermiş mübahisə zamanı biri-birilərini vurmasının şahidi olmamış, həmin vaxt hadisə yerində olmamışdır. Təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs söyüb təhqir etmələrini və döymələrini Lalə özü ona danışmışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid2 və X4 hadisə baş verdiyi gün, yəni xx.xx.2021-ci il tarixdə həmin kafedə olduqlarını, orada səs-küy eşitdiklərini, lakin kimin-kimisə vurmasını görmədilərini bildirmişdir. Məhkəmə bundan başqa qeyd edir ki, ittiham Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsi hissəsində sübuta yetirilmir. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xəsarət yetirmələri təqsirləndirilən şəxslərin ifadəsi, şahidlərin ifadələri və tədqiq olunan digər sübutlardan və cinayət işinin materiallarından müəyyən olunmur. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun "Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında" xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə düzgün tövsif olunmamış, onların əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri vardır və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdə onların zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onların cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin onlara qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdıqları və dəymiş ziyanı tamamilə ödədikləri üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barələrində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-17/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-17/2022
21.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver