Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-170/2025 12.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Masallı rayonu, Qızılağac Ərazi Dairəsi, Qızılağac kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 31 mart 2024-cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən «Binə Univermaq» ticarət mərkəzinin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatın qarşısından keçən küçədə həmin Bankomatdan pul çıxarmaq üçün növbəliliyə əməl edilməsilə bağlı Bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb əvvəlcə insanların çoxluq təşkil etdiyi ictimai yer hesab olunan küçədə digər səxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına üca səslə təhqiramiz ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açınqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimmai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək ətrafdakı şəxslər üçün aşkar surətdə ixtimai qaydaya laqeydlik, etinasızlıq göstərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumi davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, özünün müstəsna şəxsiyyət olmasını, digərlərindən əsaslı fərqlənməsini göstərməklə xuliqanlıq niyyəti birgə davranış qaydalarını qərəzli surətdə pozmasında ifadə olunan zor tətbiq edərək Zərərçəkmiş şəxs1 əli ilə sifət və ağız nahiyyəsindən vuraraq ona sağ gözün bayır bucağının qançırı və qansızması, üst dodağın əzilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən zər tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, bundan sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək həmin vaxt hadisə yerində olan Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirib onu mintizama dəvət edərək ictimai qaydanın pozulmasının qarşısını almaqla ona sakitləşməsi kimi haqlı irad bildirməsinə məhəl qoymayaraq heç bir əsaslı səbəb olmadan onları aralaşdırmasma müqavimət göstərməklə mübahisə və dava-dalaşı davam etdirib digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 da ünvanına uca səslə təhqiramiz ifadələr işlədibbir daha ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açınqea hörmətsizlik ifadə edib, özünün müstəsna şəxsiyyət olmasını, digərlərindən əsaslı fərqlənməsini göstərməklə təhqir edərək Zərərçəkmiş şəxs2 saçlarından tutub dartaraq təpiklə qarnına vurub fiziki ağrı yetirmiş, dırnaqları ilə əllərinin üzərinə vurub ona sol əlinin sıyrığı kimi sağlamlığına zərərvurmayan bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs2 müqavimətinin qırılması ilə nəticələnən zor tətbiq olunması ilə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, hadisə baş verən gün bankomatdan pul çıxartmaq üçün getmişdir. Həmin vaxt bankomatın qarşısında növbə olmuşdur. Daha doğrusu ondan qabaq növbədə iki nəfər yaşlı insan olmuşdur. Bu zaman Turanə gələrək onun növbəsinə keçmişdir. O isə Turanəyə onun növbəsi olduğunu, niyə növbəsinə keçdiyini bildirmişdir. Bu zaman Turanə ona niyə onunla kobud danışdığını deyib ünvanına soyüş söymüş, o isə Turanədən niyə onu təhqir etməsini soruşmuşdur. Bundan sonra isə aralarında münaqişə baş vermişdir. Bu zaman Turanə və anası onun üzərinə hücum etmiş, o da onlara qarşılıq vermişdir. Turanənin anası onlar ayırmamış, əksinə birinci onun saçına əl atmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə Binə qəsəbəsində 160 nömrəli marşurtun sonunda yerləşən bankomatın qarşısında baş vermişdir. Onlardan başqa bankomatın qabağında iki yaşlı adam olmuşdur. O Turanədən və anasından qabaq bankomatın qabağına gəlmişdir. Turanə onu söydüyü üçün onun saçından turaraq dartmışdır. Turanə və anası da onun saçından tutaraq dartmış və qarşılıqlı olaraq dalaşmışdırlar. Hadisə baş verən zaman o da xəsarət almışdır. İlkin olaraq Turanə onun söymüş, o da cavabını vermişdir. Turanə ona qadına yaraşmayan söyüş söydüyü üçün sonuncunun saçından tutub dartmışdır. Turanə və anası da onun saçından tutub dartmışdır. Təqsirləndirilən şəxs son sözündə özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilmədiyini, onun əməlində AR CM-nin 128-ci maddəsinin tərkib hissəsinin olduğunu, həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, hadisı vaş verən günü anası ilə bankomatdan pul çıxartmaq üçün getmişdir. Xanım həmin vaxt orada dayanmış, lakin orada dayanmamışdır. İki nəfər onlardan qabaqda növbədə olmuşdur. Onlar pulu çıxartdıqdan sonra bankomatın qabağında növbənin olmadığını düşünüb pul çıxartmaq üçün yaxınlaşmış, həmin vaxt Gülnar arxadan qaça-qaça gəlib onun növbəsi olmasını demişdir. O isə Gülnara niyə onunla kobud şəkildə danışdığını bildirmiş, Gülnar isə cavabında onu söymüşdür. O isə Gülnarın cavabını vermişdir. Yəni birinci Gülnar onu söymüş, o isə cavabında Gülnarı söymüşdür. Sonra isə çevrilib getmək istəyərkən Gülnar arxadan onun saçından tutub yolmuşdur. Sonra isə anası onlara yaxınlaşaraq aralamaq istəmiş, dodağı əməliyyatlıdır deyib onu buraxmasını istəmiş, Gülnar isə həm onun həm də anasını vurmuş, anasının da saçından tutmuş, qarnına təpik vurmuşdur. Sonra isə iki nəfər gələrək onları aralamışdır. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Gülnara niyə onunla kobud danışdığını deyən zaman Gülnar onu söymüşdür. Ona “heyvan sənin nəslindir” demişdir. Daha doğrusu Gülnar ona heyvansan demiş, o isə cavabında Gülnara heyvan sənin nəslindir demişdir. Bundan sonra aralarında münaqişə başlamışdır. Anasının Gülnarı vurmasını görməmişdir. Anası onları aralamağa çalışmışdır. Gülnar ona normal şəkildə deyil, əsəbi şəkildə növbənin onun olmasını bildirmişdir. O da Gülnarla aqressiv şəkildə danışdığı üçün Gülnar yəqin ki, buna görə ona heynansan demişdir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, kartında olan pulu bankomatdan çıxarmaq zərurəti yaranmışdır. Lakin bankomatdan pul çıxarmağı bacarmadığı üçün qızı Turanəyə onunla bankomata getməsini bildirmişdir. Bu məqəsədlə həmin bankomatın qarşısına getmişdirlər. Bankomatın qarşısında 2 nəfər kişinin kartdan pul çıxartdığını görmüşdürlər. Gülnar da həmin vaxtı orada dayanmışdır. Lakin onun pul çıxartmaq istəməsini başa düşməmişlər. Bundan sonra qızı bankomata yaxılaşmışdır. Bu zaman sağ tərəfdən Gülnar aqresiv şəkildə gələrək onun növbəsi olduğunu bildirmişdir. Qızı isə niyə kobud cavab verdiyini bildirmişdir. Bu zaman Gülnar Turanəyə heyvan sözünü deyən zaman Turanə də cavabında “heyvan sənin nəslindir” ifadəsini işlətmişdir. Bundan sonra Gülnar qızının üzərinə hücum çəkmişdir. Qızının saçını arxadan tutaraq dartmağa başlamışdır. Bu zaman Gülnara qızının dodaqlarının əməliyyatlı olmasını bildirsə də, o buna məhəl qoymamışdır. Qızının saçına və dodaqlarına xəsarət yetirmişdir. Onları ayıran zaman Gülnar qızını buraxaraq onun saçından tutaraq yolmağa başlamışdır. O da Gülnara qarşılıq vermişdir. Hazırda aralarında barışıq əldə olunmuşdur. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 05 aprel 2024-cü il tarixli 273 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ gözün bayır bucağının qançırı və qansızması, üst dodağın əzilmiş yarası küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən sağ gözün bayır bucağının qançırı və qansızması sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər birlikdə, istərsədə ayrıayrılıqda dərəcələri təyin edilmir, üst dodağın əzilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 05 aprel 2024-cü il tarixli 274 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət sol əlin sıyrığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir.Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 05 aprel 2024-cü il tarixli 275 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – ağzın selikli qişasının, sağ çənənin, sağ əlin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə bunlar istər bilikdə, istərsə də, ayrıayrılıqda dərəcələri təyin edilmir Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən “Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.” Əməldə cinayətin əlamətləri yalnız sübutlara əsasən müəyyən edildiyindən və iş üzrə mümkün sübutların həcmi sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermədiyindən məhkəmə hesab edir ki, toplanmış sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət etmir və məhkəmənin müəyyən etdiyi hallara uyğun deyil. Belə ki, Azırbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 221.2.2-ci maddəsinə əsasən isə eyni əməllər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə artıq əməl bu maddə ilə tövsif olunur. Təqsirləndirilən şəxs verilən ittihamdan göründüyü kimi, o, 31 mart 2024-cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində yerləşən «Binə Univermaq» tmcarət mərkəzinin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomatın qarşısından keçən küçədə həmin Bankomatdan pul çıxarmaq üçün növbəliliyə əməl edilməsilə bağlı Bankomatdan pul çıxartmaq istəyən Zərərçəkmiş şəxs1 ilə aralarında heç bir əsaslı səbəb olmadan mübahisə yaradıb əvvəlcə insanların çoxluq təşkil etdiyi ictimai yer hesab olunan küçədə digər səxslərin gözü qarşısında Zərərçəkmiş şəxs1 ünvanına üca səslə təhqiramiz ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açınqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimmai qaydanı və ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək ətrafdakı şəxslər üçün aşkar surətdə ixtimai qaydaya laqeydlik, etinasızlıq göstərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumi davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, özünün müstəsna şəxsiyyət olmasını, digərlərindən əsaslı fərqlənməsini göstərməklə xuliqanlıq niyyəti birgə davranış qaydalarını qərəzli surətdə pozmasında ifadə olunan zor tətbiq edərək Zərərçəkmiş şəxs1 əli ilə sifət və ağız nahiyyəsindən vuraraq ona sağ gözün bayır bucağının qançırı və qansızması, üst dodağın əzilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən zər tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, bundan sonra o, xuliqanlıq hərəkətlərini davam etdirərək həmin vaxt hadisə yerində olan Zərərçəkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirib onu mintizama dəvət edərək ictimai qaydanın pozulmasının qarşısını almaqla ona sakitləşməsi kimi haqlı irad bildirməsinə məhəl qoymayaraq heç bir əsaslı səbəb olmadan onları aralaşdırmasma müqavimət göstərməklə mübahisə və dava-dalaşı davam etdirib digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs2 da ünvanına uca səslə təhqiramiz ifadələr işlədibbir daha ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açınqea hörmətsizlik ifadə edib, özünün müstəsna şəxsiyyət olmasını, digərlərindən əsaslı fərqlənməsini göstərməklə təhqir edərək Zərərçəkmiş şəxs2 saçlarından tutub dartaraq təpiklə qarnına vurub fiziki ağrı yetirmiş, dırnaqları ilə əllərinin üzərinə vurub ona sol əlinin sıyrığı kimi sağlamlığına zərərvurmayan bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs2 müqavimətinin qırılması ilə nəticələnən zor tətbiq olunması ilə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, iş araşdırılmış hallarından da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında baş vermiş münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, onlar arasında baş vermiş mübahisə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etməklə bağlı olmamış, təqsirləndirilən şəxs X3 ilə Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisə zamanı, zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri ilə nəticələnməklə sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bu hal həmin təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxslərin ifadələri ilə öz təsdiqini tapmışdır. Yəni təqsirləndirilən şəxsin əməlinin əsas və yeganə motivi və hərəkətverici qüvvəsi xuliqanlıq deyil, şəxsi münasibətlərin pozulması zəminində qisas almaq niyyəti və motivi olmuşdur. Bu səbəbdən də təqsirləndirilən şəxsin əməlini ağır maddə ilə, yəni xuliqanlıq kimi qiymətləndirmək cinayət mühakimə icraatının vəzifələri və prinsipləri ilə bir araya sığmır və ədalət mühakiməsinin çatmalı olduğu əsas məqsədlərdən biri olan həqiqətin müəyyən edilməsi ilə də ziddiyyət təşkil etmiş olardı. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baş vermiş mübahisə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etməsi ilə bağlı cinayət işinin materiallarında heç bir sübut yoxdur və məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri vardır və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxslə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır Məhkəmə, iş üzrə təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin, tələbinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia yoxdur, xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1, 40.2, 40.3, 43.3, 344-347; 356; 384-385-ci maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə etməsinə görə sərf etdiyi 16 saata görə 96 manat, cəmi 186 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-170/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-170/2025
12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver