Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-171/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Hüseynli Fərahim İsmayıl oğlunun, zərərçəkmiş şəxslər Məmmədhəsənova Aygün Fəxrəddinovnanın, Məmmədov Natiq Mehman oğlunun və Həsənov Elman Camal oğlunun, müdafiəçilər Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Mustafayev Namiq Cuma oğlunun, Ələkbərov Aydın Hüseyn oğlunun və Qocayev Orxan Ələddin oğlunun iştirakları ilə Cəbiyev Mahir Naib oğlunun 15 aprel 1977-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Anbu kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu yeni yaşayış sahəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə Əliyev Xanıbəy İsrafil oğlunun 26 fevral 1962-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonu, Küsəkəran kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4 -cü maddələri ilə Seyidov Asif Daxil oğlunun 30 yanvar 1973-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbacan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu yeni yaşayış sahəsində yaşayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai araşdırma orqanı tərəfindən Cəbiyev Mahir Naib oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri, Əliyev Xanibəy İsrafil oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Seyidov Asif Daxil oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilirlər. İttiham aktına əsasən Cəbiyev Mahir Naib oğlu təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərər çəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüququnu ələ keçirmə, məhkəmə qərarını icra etməməm və rəsmi sənədi qanunsuz hazırla cinayətlərini törətmişdir. Əliyev Xanıbəy İsrafil oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında, zərər çəkmişə xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüququnu ələ keçirmə cinayətini törətmişdir. Seyidov Asif Daxil oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüququnu ələ keçirmə cinayətini törətmişdir. Belə ki, Cəbiyev Mahir Naib oğlu tamah niyyəti, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Ramazanov Emin Cahangir oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin iyul ayının əvvəllərində Məmmədhəsənova Aygün Fəxrəddinovonaya Bakı şəhəri Binə qəsəbəsi ərazisində 0,020 ha ölüdə torpaq sahəsi verib orada yaşayış sahəsi inşa edəcəyinə yalan vəd edib, eyni zamanda istintqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq, Aygün Məmmədhəsənovaya eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd-«Abşeron rayonu donuzkökəltmə sovxozunun ərazisindən Məmmədhəsənova Aygün Fəxrəddinovnaya fərdi ev tikməsi üçün 0,02 ha torpaq sahəsi verilməsi» barədə xx.xx.1989-cu il tarixli 135№-li əmrdən çıxarış hazırlayıb təqdim etməklə həmin vədlərinə inandıraraq onu aldadıb 7200 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqarda ziyan vurmqala dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Seyidov Asif Daxil oğlu ilə qabaqcdan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin fevral ayının əvvəllərində Əmənova Leyla Məzahim qızına Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun ərazisində 0,020 ha torpaq sahəsi verəcəyini və orada muvıafiq tikinti işləri aparacağını vəd edib eyni zamanda istintqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq, Leyla Əmənovaya eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd-«Abşeron rayonu südçülük sovxozunun ərazisindən Əmənova Leyla Məzahim qızına fərdi ev tikməsi üçün 0,02 ha torpaq sahəsi verilməsi» barədə xx.xx.2000-ci il tarixli 16№-li, əmrdən çıxarış hazırlayıb təqdim etməklə həmin vədlərinə inandıraraq onu aldadıb 3000 manat məbləğində pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlaka dair hüquqlarını ələ keçirmək məqsədi ilə Əliyev Xanıbəy İsrafil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin sentyabr-oktyabr ərəfəsində Həsənov Elman Camal oğluna məxsus olan 25000 manat dəyərində, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu adlanan ərazidə yerləşən 0,10 ölçüdə torpaq sahəsinin sahibi Haşumova Fatma Tofiq qızı olduğunu bildirərək eyni zamanda istintaqa məlum olmaan tarixəd və yerdə Ftma Haşumovaya eyni yerdə ,12 ha torpaqs ahəsindən istifadə hüquq verən «Abşeron rayon südçülük sovxozunun ərazisindən Haşumova Fatma Tofiq qızı fərdi ev tikməsi üçün 0,12 ha torpaq sahəsi ayrılması barədə xx.xx.1998-ci il tarixli 28№-li əmrdən çıxarış»dan ibarət qanunsuz sənəd hazırlayıb, həmin sənəd əsasında göstrilən tarpaq sahəsinin bir hissəsini 8500 manata Əliyev Yasin Hüseyn oğluna bir hissəsini isə 14500 manata Aşurov Mahir Qara oğluna sataraq Həsənov Elman camal oğlunun 25.000 manat dəyərində əmlaka olan huquqlarını ələ keçirib zərərəkmiş şəxsə xeyli miqdarda ziyan vumaqla dələduzluq etmişdir. Bundan başqa o, cavabdeh kimi ondan 10000,00 manat məbləğində borc pulun və 30,00 manat ödənilmiş dövlət rüsumunun alınaraq Məmmədov Natiq Mehman oğluna ödənilməsinə dair Lerik Rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(048)-670/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 3(003)-502/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 26 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Əliyev Xanıbəy İsrafil oğlu tamah niyyəti ilə özgənin əmlaka dair hüquqlarını ələ keçirmək məqsədi ilə Cəbiyev Mahir Naib oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin sentyabr-oktyabr ərəfəsində Həsənov Elman Camal oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu adlanan ərazidə yerləşən 1000 m2 ölçüdə torpaq sahəsinin bir hissəsini 8500 manata Əliyev Yasin Hüseyn oğluna bir hissəsini isə 14500 manata Aşurov Mahir Qara oğluna özünə məxsus olması barədə yalan məlumat verib aldadaraq Həsənov Elman Camal oğlundan xəbərsiz satmış, həmin ilin dekabr ayının 5-də sonuncu bu barədə xəbər tutub ondan torpaq sahəsini geri qaytarmasını tələb etdikdə 25000 manat ödəyəcəyi barədə yalan vəd verməklə zərəçəkmiş şəxs Elman Həsənovun xeyli miqdarda, yəni 25000 manat dəyərində olan əmlak hüququnu ələ keçirmişdir. Seyidov Asif Daxil oğlu 2021-ci ilin mart ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində tanışı Cəbiyev Mahir Nai oğlu ilə qabaqcadan əlir olan bir qrup şəxs halında Əmənova Leyla Məzahim qızına Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük Sovxoxzu kimi tanınan ərazidə 0,02 ha toropq sahəsini Mahid Cəbiyevə məxsus olması barədə yalan məlumat verib və 3000 manata satacaqları barədə yalan vəd verməklə aldadaraq Leyla Əmənovanın həmin məbləğdə pulunu ələ keçirmişlər. Məhkəmə iclasında dövlət ittihamçısı Hüseynli Fərahim İsmayıl oğlu vəsatət təqdim edərək Cəbiyev Mahir Naib oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri, Əliyev Xanibəy İsrafil oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Seyidov Asif Daxil oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini və məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarılmasını, iş üzrə ibtidai istintaqı aparmış Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı İsmayılov Rüstəm Rza oğlunun barəsində xüsusi qərar çıxarılaraq müvafiq olaraq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etdi. Vəsatəti onunla əsaslandırdı ki, həmin cinayət işi Bakı şəhəri Xəzər rayon Polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə xx.xx.2021-ci il tarixdə başlanmışdır. xx.xx.2021-ci il tarixdə Cəbiyev Mahir Naib oğlu şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə Cəbiyev Mahir Naib oğlunun əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixdə Əliyev Xanibəy İsrafil oğlu iş üzrə CMnin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməklə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2021-ci il tarixdə Əliyev Xanibəy İsrafil oğlu CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Seyidov Asif Daxil oğlu iş üzrə CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Seyidov Asif Daxil oğlu CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022ci il tarixdə Azərbayan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsində 27 dekabr 2021-ci il tarixdə fakta görə CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi üzrə Cəbiyev Mahir Naib oğlu CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbayan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsində CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işinin Xəzər rayon Polis idarəsinin istintaq şöbəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə - Azərbayan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsində CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi Xəzər rayon polis idarəsinin istintaq şöbəsində ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə - Cəbiyev Mahir Naib oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. xx.xx.2022-ci il tarixdə - Cəbiyev Mahir Naib oğluna CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixdə- ittiham aktı Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən təsdiq edilərək iş baxılması üçün Xəzər rayon məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Cəbiyev Mahir Naib oğlu tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Ramazanov Emin Cahangir oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2018-ci ilin iyun ayının əvvəllərində Məmmədhəsənova Aygün Fəxrəddinovnaya Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 0,020 ha ölçüdə torpaq sahəsi verib orada yaşayış sahəsi inşa etdirəcəyinə dair yalandan vəd edərək, 2018-ci il iyun ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisində, metronun 20 Yanvar stansiyasının qarşısında 4200 manat, təxminən 1 həftə sonra Bakı şəhəri, Nərmanov rayonu ərazisində, metronun Gənclik stansiyasının qarşısında 3000 manat pulunu alıb verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 7200 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqarda ziyan vurmaqla dələduzluq etmiş, habelə istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq, Aygün Məmmədhəsənovaya eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd-«Abşeron rayonu donuz kökəltmə sovxozunun ərazisindən Məmmədhəsənova Aygün Fəxrəddinovnaya fərdi ev tikməsi üçün 0,02 ha torpaq sahəsi verilməsi» barədə xx.xx.1989-cu il tarixli, 135№-li əmrdən çıxarış hazırlayıb xx.xx.2019-cu il tarixdə Binə qəsəbəsinin mərkəzində təqdim etməklə saxta sənədi hazırlayaraq sonuncuya vermişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Seyidov Asif Daxil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2020-ci ilin fevral ayının əvvəllərində Əmənova Leyla Məzahim qızına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun ərazisində 0,020 ha torpaq sahəsi verib və orada hasar inşa etdirəcəyinə dair yalandan vəd edərək xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin mərkəzində istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq, Leyla Əmənovaya eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd-«Abşeron rayonu donuz kökəltmə sovxozunun ərazisindən Əmənova Leyla Məzahim qızına fərdi ev tikməsi üçün torpaq sahəsi verilməsi» barədə xx.xx.2000-ci il tarixli, 16№-li əmrdən çıxarış hazırlayıb təqdim etməklə 200 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 2105 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 200 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 200 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 200 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-qum yaşayış sahəsində 300 manat pulunu verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3205 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbəğdə ziyan vurmaqla dələduzluq mişdir. Bundan əlavə o, təkrarən tamah niyyəti ilə özgənin əmlaka dair olan hüquqlarını ələ keçirmək məqsədi ilə tanışı Əliyev Xanibəy İsrafil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2020-ci ilin sentyabr-oktyabr ayları ərəfəsində Həsənov Elman Camal oğluna məxsus 25000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 0,10 ha ölçüdə torpaq sahəsini daha öncədən ona həmin qəsəbədə başqa ərazidə etibarnamə ilə torpaq sahəsi vermiş Haşumova Fatma Tofiq qızına məxsus olmasını bildirib, həmin torpaq sahəsinin bir hissəsini xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda 8500 manata Əliyev Yasin Hüseyn oğluna, bir hissəsini isə qeyd olunan tarixdə və ünvanda 14500 manata Aşurov Mahir Qara oğluna sataraq zərərçəkmiş Həsənov Elman Camal oğlunun 25.000 manat dəyərində əmlaka dair olan hüquqlarını ələ keçirib zərərəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, cavabdeh kimi ondan 10000 manat məbləğində borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Məmmədov Natiq Mehman oğluna ödənilməsinə dair Lerik rayon Məhkəməsinin 14 avqust 2018-ci il tarixli, 2(048)-670/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 3(003)-502/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 26 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Cəbiyev Mahir Naib oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Əliyev Xanibəy İsrafil oğlu tamah niyyəti ilə özgənin əmlaka dair olan hüquqlarını ələ keçirmək məqsədi ilə tanışı Cəbiyev Mahir Naib oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2020-ci ilin sentyabr-oktyabr ayları ərəfəsində Həsənov Elman Camal oğluna məxsus 25000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən 0,10 ha ölçüdə torpaq sahəsini daha öncədən ona həmin qəsəbədə başqa ərazidə etibarnamə ilə torpaq sahəsi vermiş Haşumova Fatma Tofiq qızına məxsus olmasını bildirib, həmin torpaq sahəsinin bir hissəsini xx.xx.2020-ci il tarixdə, Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozunda 8500 manata Əliyev Yasin Hüseyn oğluna, bir hissəsini isə qeyd olunan tarixdə və ünvanda 14500 manata Aşurov Mahir Qara oğluna sataraq zərərçəkmiş Həsənov Elman Camal oğlunun 25.000 manat dəyərində əmlaka dair olan hüquqlarını ələ keçirib zərərəkmiş şəxsə xeyli miqdarda ziyan vumaqla dələduzluq etmişdir. Bununla da, Əliyev Xanibəy İsrafil oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Seyidov Asif Daxil oğlu tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Cəbiyev Mahir Naib oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 2020-ci ilin fevral ayının əvvəllərində Əmənova Leyla Məzahim qızına Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hovsan südçülük sovxozunun ərazisində 0,020 ha torpaq sahəsi verib və orada hasar inşa etdirəcəyinə dair yalandan vəd edərək xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin mərkəzində istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq, Leyla Əmənovaya eyni ərazidə və eyni ölçüdə torpaq sahəsində fərdi ev tikmək hüququ verən saxta sənəd- «Abşeron rayonu südçülük sovxozunun ərazisindən Əmənova Leyla Məzahim qızına fərdi ev tikməsi üçün 0,02 ha torpaq sahəsi verilməsi» barədə xx.xx.2000-ci il tarixli, 16.N°-li əmrdən çıxarış hazırlayıb təqdim etməklə 200 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 2105 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 200 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 200 manat, xx.xx.2020-ci il tarixdə eyni ünvanda 200 manat, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qızıl-qum yaşayış sahəsində 300 manat pulunu alıb verdiyi vədə əməl etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə cəmi 3205 manat pulunu ələ keçirərək zərərçəkmiş şəxsə həmin məbəğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Seyidov Asif Daxil oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə hazırlıq iclası keçirilənədək cinayət işi öyrənilərkən iş üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini mümkünsüz edir. Belə ki, cinayət işi üzrə 01 mart 2022-ci il tarixdə Cəbiyev Mahir Naib oğluna CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və iş üzrə 07 mart 2022-ci ildə tərtib edilmiş iittiham aktının təsviri-əsaslandırıcı hissəsində Cəbiyev Mahir Naib oğluna CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri göstərilmiş, lakin ittiham aktının nəticəvi hissəsində kobud pozuntuya yol verilərək Mahir Cəbiyevə verilmiş ittihamda CM-nin 306.1-ci maddəsi rəqəm ifadəsində göstərilməsinə baxmayaraq həmin maddə üzrə ittihamın təsviri əks etdirilməmiş, bununla da ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlər daxil edilməmişdir. Bununla da, CPM-nin 289-cu maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, Azərbayan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsində 27 dekabr 2021-ci il tarixdə fakta görə CM-nin 306.1-ci maddəsi ilə başlanılmış və Cəbiyev Mahir Naib oğlunun həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməklə həmin işin Xəzər rayon Polis idarəsinin istintaq şöbəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilmiş və Xəzər rayon Polis idarəsinin istintaq şöbəsində xx.xx.2022-ci il tarixdə CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Bundan sonra həmin iş uzrə istintaq aparılaraq Cəbiyev Mahir Naib oğluna CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 215.6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bir neçə müvafiq icra hakimiyyəti orqanına aid olan cinayət işi üzrə cinayətin ağırlıq dərəcəsindən asılı olaraq həmin orqanların müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılır və onun rəhbəri müəyyən edilir. Lakin Xəzər rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən prosessual qanunvericiliyinin bu tələbinə əhəmiyyət verilməmiş, iş üzrə istintaq qrupu yaradılmadan və onun rəhbəri müəyyən edilmədən CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə istintaq aparmış və təqsirləndirilən şəxsə həmin maddələrlə yeni məzmunda ittiham elan etməklə ittiham aktı tərtib etmişdir. Göründüyü kimi zəruri olmasına baxmayaraq müstəntiq tərəfindən iş üzrə istintaq qrupu yaradılmasından ötrü təşəbbüs göstərilməmişdir. Bununla da CPM-nin 215.6.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında müdafiəçilər Mustafayev Namiq Cuma oğlu və Ələkbərov Aydın Hüseyn oğlu cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında müdafiəçi Qocayev Orxan Ələddin oğlu cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Məmmədhəsənova Aygün Fəxrəddinovna və Məmmədov Natiq Mehman oğlu cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında zərərçəkmiş şəxs Həsənov Elman Camal oğlu cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs Cəbiyev Mahir Naib oğlu cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına etiraz etdiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti və iş materiallarını araşdırıb hesab edir ki, müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-prosessual Məcəlləsinin 303-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi üzrə 01 mart 2022-ci il tarixdə Cəbiyev Mahir Naib oğluna CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş və iş üzrə 07 mart 2022-ci ildə tərtib edilmiş iittiham aktının təsviri-əsaslandırıcı hissəsində Cəbiyev Mahir Naib oğluna CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri göstərilmiş, lakin ittiham aktının nəticəvi hissəsində kobud pozuntuya yol verilərək Mahir Cəbiyevə verilmiş ittihamda CM-nin 306.1-ci maddəsi rəqəm ifadəsində göstərilməsinə baxmayaraq həmin maddə üzrə ittihamın təsviri əks etdirilməmiş, bununla da ittihamın məzmununa təqsirləndirilən şəxs tərəfindən törədilən bütün cinayətlər daxil edilməmişdir. Bununla da CPM-nin 289-cu maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa, Azərbayan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsində 27 dekabr 2021-ci il tarixdə fakta görə CM-nin 306.1-ci maddəsi ilə başlanılmış və Cəbiyev Mahir Naib oğlunun həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilməklə həmin işin Xəzər rayon polis idarəsinin istintaq şöbəsində CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinə birləşdirilməsi üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərar qəbul edilmiş və Xəzər rayon polis idarəsinin istintaq şöbəsində xx.xx.2022-ci il tarixdə CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Bundan sonra həmin iş uzrə istintaq aparılaraq Cəbiyev Mahir Naib oğluna CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikası CPM-nin 215.6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bir neçə müvafiq icra hakimiyyəti orqanına aid olan cinayət işi üzrə cinayətin ağırlıq dərəcəsindən asılı olaraq həmin orqanların müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılır və onun rəhbəri müəyyən edilir. Lakin Xəzər rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi tərəfindən prosessual qanunvericiliyinin bu tələbinə əhəmiyyət verilməmiş, iş üzrə istintaq qrupu yaradılmadan və onun rəhbəri müəyyən edilmədən CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri ilə istintaq aparmış və təqsirləndirilən şəxsə həmin maddələrlə yeni məzmunda ittiham elan etməklə ittiham aktı tərtib etmişdir. Göründüyü kimi zəruri olmasına baxmayaraq müstəntiq tərəfindən iş üzrə istintaq qrupu yaradılmasından ötrü təşəbbüs göstərilməmişdir. Bununla da CPM-nin 215.6.2-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəlləsinin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması, kobud qanun pozuntularıdır və bu pozuntulara yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Həmin Məcəllənin 301.1 və 301.1.3-cü maddələrinin mənasına görə məhkəmə baxışı yalnız məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntularına yol verilmədən aparıldıqda, keçirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5, 300.4.1, 303.1 və 303.3.6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cəbiyev Mahir Naib oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 306.1 və 320.1-ci maddələri, Əliyev Xanibəy İsrafil oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri, Seyidov Asif Daxil oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi üzrə məhkəməyədək icraat zamanı qərarın təsviri hissəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-171/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-171/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver