Məhkəmə qərarları › İş №1(003)-171/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-171/2025

13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-171/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X5 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və onun müdafiəçisi Təqsirləndirilən şəxs Eldəniz oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR, Şahbuz rayonu Badamlısu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olmayan, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, H.Cavid küçəsi, ev 6-da qeydiyyatda olan, ünvan 5-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs4 özünü geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib Zərərçəkmiş şəxs4 həyat yoldaşı Şahid5 60.000 manat pul məbləği qarşılığında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, bu niyyətlə təxminən 2022-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs4 cinayətdən xəbərsiz tanışı X6 vasitəsi ilə 25.000 manat məbləğində pulu Bakı şəhəri Nərimanov rayonunda metrostansiyanın yaxınlığında yerləşən «MC Donalds» restoranı ilə üzbəüz yolun kənarında alıb, verdiyi vədə əməl etməyərək aldığı pulu şəxsi ehtiyacına sərf edərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs4 25000 (iyirmi beş min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X6 vasitəsilə tanış olduğu X17 özünü geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib 40.000 manat pul qarşılığında sonuncunu orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, bu niyyətlə cinayətdən xəbərsiz tanışı Qəşəng Məmmədovaya cinayətdən xəbərsiz tanışı X7 istifadəsində olmuş son 8 rəqəmi 5024-3520 olan “Leo” bank tərəfindən verilmiş bank kartının hesab nömrəsini və cinayətdən xəbərsiz tanışı X8 istifadəsində olmuş 4169- 7385-1668-7294 saylı kart hesabını Qəşəng Məmmədovanın mobil telefonuna göndərməklə istifadə edib Qəşəng Məmmədova vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 13:09-da ünvan 1 ünvanında yerləşən “Araz” marketdə X8 4169-7385- 1668-7294 saylı kart hesabına 4.000 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Araz” marketdə X2 hesabına saat 14:25-də 2.200 manat, saat 15:04-də 2.900 manat və saat 15:06-da 100 manat pul köçütdürmüş və qalan 10.500 manat pulu isə əlbəəl olmaqla təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Şəki” restoranında cinayətdən xəbərsiz tanışı Qəşəng Məmmədova vasitəsilə Zərərçəkmiş şəxs5 alaraq verdiyi vədə əməl etməyib aldığı pulu şəxsi ehtiyacına sərf edərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs X17 ümumilikdə 20000 (iyirmi min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X12 özünü yüksək vəzifəli şəxslərlə geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs2 10.000 (on min) manat pul məbləği qarşılığında əvvəllər işlədiyi X51 Şöbəsində inspektor vəzifəsi işinə bərpa etdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, bu niyyətlə Zaur Cangirovdan 14 fevral 2023-cü il tarixdə günorta saatlarında ünvan 3 ünvanında yerləşən “Mandarin" kafesinin içərisində ilkin olaraq 8700 manat məbləğində pul alaraq daha sonra həmin tarixdə axşam saatlarında həmin kafenin yerləşdiyi Mirzəağa Əliyev küçəsi 46 A ünvanının qarşısında 300 manat məbləğində pul alaraq verdiyi vədə əməl etməyib aldığı cəmi 9.000 manat məbləğində pulu şəxsi ehtiyacına sərf edərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə zərərçəkmiş şəxs X12 ümumilikdə 9.000 (doqquz min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 özünü yüksək vəzifəli şəxslərlə geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə Zərərçəkmiş şəxs1 özünün tanışları vasitəsi ilə "İnstapover” adlı şəbəkə tərəfindən mənimsənilmiş 800 manat pulunun geri qaytarılacağı adı ilə Zərərçəkmiş şəxs1 göndərdiyi 4098-5844-7166-2138 nömrəli kart hesabına xx.xx.2023-cü il tarixdə saat 14:19-da 200 manat pul köçürtdürməklə özünə inam yaratmış, həmçinin guya təyinat alacağı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində özünün sürücüsü kimi işə düzəltdirəcəyinə dair Zərərçəkmiş şəxs1 yalandan vəd verib inandıraraq vahid niyyətlə əhatə olunan qəsdlə özünün göndərdiyi 5243-7544-1015-9386 saylı kart hesabına əvvəlcə xx.xx.2023-cü il tarixdə saat 23:20-də mobil tətbiq vasitəsi ilə 500 manat pul köçürtdürmüş, həmçinin 2024-cü ilin iyun ayınının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində 3.000 manat pulu əlbəəl almış, bundan başqa Zərərçəkmiş şəxs1 göndərdiyi 4169-7388-0456-4874 saylı kart hesabına isə xx.xx.2023-cü il tarixdə saat 21:35-də 500 manat pulu mobil tətbiq vasitəsi ilə göndərtdirməklə verdiyi vədə əməl etməyib aldığı cəmi 4.200 manat məbləğində pulu şəxsi ehtiyacına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 4.200 (dörd min iki yüz) manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz olan tanışı X13 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs3 özünü yüksək vəzifəli şəxslərlə geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs3 faktiki istifadəsində olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən 12 sot torpaq sahəsini 10.000 manat pul məbləği qarşılığında sonuncunun adına qeydiyyata aldırmaqla Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən rəsmi sənəd düzəltdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra, bu niyyətlə Zərərçəkmiş şəxs3 28 aprel 2024-cü il tarixdə təxminən gündüz saatlarında Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində yerləşən “Üçmərtəbə” restoranının içərisində 10.000 manat məbləğində pul alaraq verdiyi vədə əməl etməyib aldığı həmin pulu şəxsi ehtiyaclarına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs3 10000 (on min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 təxminən bir neçə ildir ki, tanıyır. 2022-ci ilin aprel ayında o pul lazım olduğu üçün Samirə müraciət etmiş və sələmə 10.000 manat pul götürmüşdür. Sonra əmin pulu qaytarmışdır. Bu qaydada Samirdən bir neçə dəfə pul almışdır. Sonra Samir ona bildirmişdir ki, götürdüyü pulları qaytaran zaman yubanmaları olmuş və buna görə də dəbbə pulu istəmişdir. O, isə Samirə etiraz etmişdir. Daha sonra Samirlə barışıq əldə etmiş və vurulmuş ziyanı tam ödəmişdir. Bundan başqa X14 uzun müddətdir ki, tanıyır və aralarında dostluq münasibəti olmuşdur. Zaurun əvvəllər Yasamal rayon Polis idarəsinin X51 Şöbəsində inspektor vəzifəsində işlədiyini bilmişdir. Xatırladığı qədərilə Zaur 2023-cü ilin fevral ayının əvvəllərində müəyyən səbəblərdən X25 xaric edilmişdir. Həmin ərəfələrdə Zaurla aralarında olan söhbət əsnasında o, yüksək vəzifəli qohumları vasitəsi ilə Zauru işinə bərpa edə biləcəyini demiş, lakin buna görə ona 9000 manat verməli olduğunu bildirmişdir. Zaur da razılaşaraq 9000 manat pulu ona vermişdir. Lakin Zaurdan aldığı 9.000 manat pulu şəxsi ehtiyaclarına xərcləmiş və Zaurun işinə bərpa olunması üçün heç bir köməklik göstərməmişdir. Sonradan Zaura vurduğu ziyanı ödəmiş və onunla barışmışdır. Bundan başqa Qəşəng adlı qadını İntiqam adlı şəxsin vasitəsilə tanımışdır. Qəşəng ona ev satmışdır. Beləcə onun Qəşənglə münasibəti yaranmışdır. 2023-cü ilin mart ayında tanışı Nərgiz müəllimə yanına gəlib sertifikasiya almaq istədiyini demişdir. Qəşəng də onun yanında olmuşdur. Bu söhbəti eşitdikdən sonra Qəşəng ona demişdir ki, adamı var və sertifikasiya məsələsini həll edə bilər. Nərgizdən işin alınması üçün 7.000 manat pul istəmişdir. Nərgiz də razılaşmışdır. Elə olmuşdur ki, Qəşəng Nərgizlə razılığa gəlib Nərgizin işini həll etmişdir. Nərgiz Qəşəngə 2000 manat və 5000 manat olmaqla iki dəfəyə pul vermişdir. Elə olmuşdur ki, dostu Surxay yanına gələndə Qəşəng də onun yanında olmuşdur. O Qəşəngə Nərgizin qalan 5000 manat pulunu verəndə Surxay bunu görmüş və ona demişdir ki, nə məsələdir. O da Nərgizin məsələsini Surxaya danışmışdır. Surxay ona bildirmişdir ki, onun ailəsində də bu cür problem olmuş və həll etmək lazımdır. Bundan bir gün sonra Qəşəngi Xətaidə yerləşən ofisinə çağırmışdır. X33 söhbət etmişdir. Söhbət əsnasında Surxay Qəşəngə bildirmişdir ki, yoldaşı müəllimədir və onu da direktor vəzifəsinə təyin etmək lazımdır. Qəşəng 40.000 manat pul istəmişdir ki, işi həll etsin. Deyilən məbləğə aralarında razılıq olmuş və həmin gün axşamı X29 küçəsində Surxay Qəşəngə 10.000 manat pul vermişdir. Bundan təxminən 10-15 gün sonra Xətaidə yerləşən “Sevgi” parkının yanında onun iştirakı ilə Qəşəngə Surxay tərəfindən 9.000 manat pul verilmişdir. Qəşəng qalan pulu isə iş bitdikdən sonra alacağını demişdir. Qəşəng işin 2 aya həlik olunacağını demişdir. 2 ay keçsə də iş həll olunmamışdır. 2024-cü ilin iyun ayında Surxayla Qəşəngin üstünə düşüb pulunu geri istəməyə başlamışlar. Lakin Qəşəng müxtəlif bəhanlər gətirərək pulu verməkdən boyun qaçırmış və bir müddət gözdən itmişdir. Daha sonra ortaya çıxıb pulu Sirac adlı bir nəfər şəxsə verdiyini demişdir. O Siracla Nərimanovda Təhsil Nazirliyinin yanında olan "Günaydın” restoranının yaxınlığında yerləşən “Günaydın” restoranında görüşmüşdür. Sirac ona bildirmişdir ki, Qəşənglə ayrıca iş görmüşdür və buna görə də Qəşəngin ona təxminən 40.000 manata yaxın borcu vardır. O bundan sonra yenidən Qəşəngin üstünə gedib pulunu istəmişdir. Həmçinin o Surxayın işinin həll olunmadığını görüb xəcalətli qalmamaq üçün Surxayın 19.000 manatını qaytarmışdır. Bundan sonra o Qəşəngdən pulunu istəmişdir. Güc bəla ilə 4.000 manat pul qaytarmışdır. Həmin 4.000 manatını işçisi Sevinc adlı qadının kart hesabına göndərmişdir. Daha sonra o Qəşəngin Nərimanovdakı evinə gedib pulunu Qəşəngdən tələb etmişdir. Bundan sonra Qəşəngin tanışı onun Xəyyamın kart hesabına 5700 manat pul göndərmişdir. O bundan sonra yenə pulunu almaq üçün Qəşəngin evinə getmişdir. Lakin Qəşəngi evində tapa bilməmişdir. Bir müddətdən sonra isə onu Yasamal polisinə çağırmışlar. Yasamal polisinə gedən zaman isə o Fəxriyyə adlı qadının şikayəti ilə tanış olmuşdur. Bundan başqa X13 vasitəsilə İntiqam adlı şəxslə tanış olmuşdur. İntiqamın Sulutəpədə 12 sot torpaq sahəsi vardır. İntiqam həmin torpaq sahəsini sənədləşdirib özəlləşdirmək istəmişdir. Bu barədə söhbət edən zaman o həmin torpaq sahəsini sənədləşdirməkdə İntiqama kömək edə biləcəyini demişdir. O, bu işin həll olunması üçün İntiqamdan ümumilikdə 10.000 manat pul almışdır. İntiqama söz vermişdir ki, bir ay ərzində işi həll edəcək. Lakin sonradan müəyyən səbəblərdən dolayı işi həll edə bilməmiş və intiqamın pulunu vaxtında qaytarmamışdır. Hal-Hazırda İntiqama dəymiş ziyanı tam ödəmiş və onunla barışmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 oğlu qeyd etdi ki, 2023-cü ilin fevral ayında yaşadığı evin yaxınlığında olan ət dükanında olarkən bir nəfər şəxs ilə tanış olmuşdur. Həmin şəxs özünü Azəm adı ilə təqdim etmişdir. Həmçinin həmin şəxs polis əməkdaşı olduğunu və Bakı şəhər Baş polis idarəsində idarə rəisi olduğunu bildirmişdir. Həmin tanışlıqdan sonra onların münasibətləri yaxşı olmuş və dostluq etmişlər. Həmin dostluq münasibətləri vaxtında onlar bir neçə dəfə görüşmüşlər. Bu görüşlərin birində o Azəmə “İnstapover” adlı şəbəkə tərəfindən 800 manat pulunun mənimsənilməsi barədə məlumat vermişdir. Bir müddət keçəndən sonra Azəm ona zəng edərək işini həll etdiyini və ona dəymiş ziyanın 1500 manat kimi geri qaytarılacağını bildirmişdir. Bundan başqa Azəm həmin 1500 manat pulun geri qaytarılmasına köməklik edən müstəntiqə 200 manat pul verilməli olduğunu bildirib ona 4098-5844-7166-2138 nömrəli kart hesabı göndərmiş və pulu ora atmağını tələb etmişdir. O, da mobil tətbiq vasitəsi ilə həmin karta 200 manat pul göndərmişdir. O, Azəmdən 1500 manat pulu nə vaxt ala biləcəyini soruşduqda Azəm 2023-cü ilin iyul ayında həmin pulu “Kapital Bank”ın filiallarından birindən şəxsiyyət vəsiqəsi ilə birlikdə gedib götürə biləcəyini bildirmişdir. Sonra həmin şəxs ona demişdir ki, onu özünə sürücü kimi işə götürəcəkdir. O, da həmin şəxsin vədinə inanaraq onun kart hesabına mobil tətbiq vasitəsi ilə 500 manat göndərmişdir. Daha sonra həmin şəxs ona yenidən əlavə pul lazım olduğunu bildirib iyun ayının ortalarında Şağan qəsəbəsində 3.000 manat pulu əlbəəl almışdır. Bir müddət keçdikdən sonra isə Azəm kimi özünü təqdim edən həmin şəxs ondan yenidən 500 manat tələb etmiş və o, da həmin şəxsin ona göndərdiyi kart hesabına 500 manat pulu göndərmişdir. Lakin bundan sonra həmin şəxs onun pullarını ələ keçirib müxtəlif bəhanələrlə görüşməkdən yayınmış və həmin şəxsdən işə düzəlməyi barədə soruşduqda isə həmin şəxs yenidən bəhanələr gətirərək pulunu geri qaytarmaqdan da yayınmışdır. Daha sonra o həmin şəxsi bir neçə nəfərdən maraqlanmış və onun Azəm adlı yox Təqsirləndirilən şəxs adlı şəxs olduğunu və ondan başqa bir çox adama qarşı bu cür əməllər törətdiyini, polis əməkdaşı olmadığını öyrənmişdir. Daha sonra Anar ona dəymiş maddi ziyanı ödəmiş və onlar barışmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, X13 vasitəsilə özünü ona Hacı Azay kimi təqdim edən əsl adının isə Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxslə tanış olmuşdur. Nigar ona Anarı tikinti işləri ilə məşğul olan şəxs kimi təqdim etmişdir. Anar da özünü ona bina tikən biznesmen kimi tanıtmışdır. Onun Sulutəpədə 12 sot torpaq sahəsi vardır. O, həmin torpaq sahəsini sənədləşdirib özəlləşdirmək istəmişdir. Bu barədə söhbət edən zaman Anar həmin torpaq sahəsini sənədləşdirməkdə ona kömək edə biləcəyini demişdir. Anar bu işin həll olunması üçün ondan ümumilikdə 10.000 manat pul almışdır. Anar ona söz vermişdir ki, bir ay ərzində işini həll edəcəkdir. Lakin sonradan vədinə əməl etməyərək ona qarşı dələduzluq etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X36 göstərdi ki, 2023-cü ilin fevral ayının 12-də müəyyən səbəblərə görə X25 xaric edilmişdir. 2022-ci ildən tanıdığı Təqsirləndirilən şəxs ilə söhbət zamanı sonuncu bildirmişdir ki, özünün vəzifəli qohumları var və onu işə bərpa edə biləcəyinə kömək edə bilər. O, Anarla razılaşmış, lakin Anar işə bərpa etmək üçün müəyyən məbləğdə pul və müəyyən məbləğdə bahalı hədiyyə edilməsi lazım olduğunu bildirmişdir. Daha sonra ona bildirmişdir ki, guya vəzifəli şəxslərlə görüşüb nəticəni deyəcəkdir. O, Anara inanmış və bir müddət gözləmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs ona zəng edərək bildirmişdir ki, guya qohumu olan vəzifəli şəxslə danışıb razılaşmışlar. Lakin həmin vəzifəli şəxslə görüşməyə getmək üçün hədiyyə almaq lazımdır ki, işini düzəltsin. Ondan 10.000 manat pul istəmişdir ki, qızıl təsbeh alıb həmin vəzifəli qohumuna verəcək və onun işini düzəldəcək, işinə bərpa olunacaqdır. O, da Təqsirləndirilən şəxs inanıb 14 fevral 2023- cü il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Qış Parkı”nın yanında Anarla görüşmüş və 9000 manat Anara pul vermişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, ən geci 40 gün müddətinə işini düzəldəcəkdir. Anara arxayın olub gözləmiş və 2 ay keçdikdən sonra Anara zəng edib soruşduqda sonuncu müxtəlif bəhanələr gətirməyə başlamış və yenə də onu inandırmağa çalışmışdır ki, “səbr et” düzələcək. O, yenə Anara inanıb gözləmiş, lakin sonralar zəng etdikdə zənglərinə cavab verməmiş və o, əmin olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 qeyd etdi ki, X18 təxminən 2006cı ildən tanıyır. Belə ki, X41 rayonu, Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində, həyat yoldaşı Fəxriyyə isə həmin məktəbdə müəllimə işləmişdir. X4 iş otağına gələrək özünü DTX-nin əməkdaşı kimi təqdim edərək bildirmişdir ki, «mənim üç övladım sizin rəhbərlik etdiyiniz məktəbdə təhsil alır və xahiş edirəm müəllimlərə xəbərdarlıq edəsiniz ki, bu uşaqların valideyni DTX-nin əməkdaşıdır, onlarla normal davransınlar». Bundan sonra Elçin bir neçə dəfə Fəxriyyənin iş yerinə getmiş və bildirmişdir ki, «sizin bu məktəbdə direktor vəzifəsini müvəqqəti icra etməyiniz mənə məlumdur. Mən sizi Təhsil nazirliyinə tapşırmaq və sənin əmrini bu məktəbə verdirmək istəyirəm». Elçin Fəxriyyəyə bildirmişdir ki, «sənin məsələni artıq danışmışam, təcili 50.000 manat pul verməlisən. Bundan sonra onlar 25.000 manat pul toplamışlar və Elçinlə görüşmüşlər. Həmin vaxtı Elçinin idarə etdiyi avtomobilin içərisində o, sonuncuya əlbə-əl 25.000 manat pul vermişdir. Elçin bir ay müddətinində Fəxriyyəni Abşeron rayonu Xırdalan şəhər 10 nömrəli tam orta məktəbə direktor vəzifəsinə əmrinin veriləcəyini bildirmişdir. Elçin Fəxriyyənin əmrinin verildikdən sonra əlavə 25.000 manat pul verməli olduqlarını bildirmişdir. Həmin ərəfədə Elçin tez-tez Fəxriyyə ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq məktəb direktorları tanışları varsa həmin şəxslərə də kömək etməyə imkanının olduğununu bildirmişdir. Fəxriyyə də Elçinin dedikləri barədə X17 danışmışdır. Kəmalə razılıq verdikdən sonra Fəxriyyə bu barədə Elçinə demişdir. Təxminən bir həftədən sonra Elçin Fəxriyyəyə zəng edərək Kəmalənin direktor vəzifəsinə təyin edilməsi üçün 20000 manat istəmişdir. Fəxriyyə də bu barədə Kəmaləyə demişdir. Kəmalə 20.000 manat pulu Elçinə çatdırmağı üçün Fəxriyyəyə vermişdir. Kəmalənin vermiş olduğu 20.000 manat pulu Fəxriyyə Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbin həyətində Elçinin həyat yoldaşı Şahid2 vermişdir. Lakin sonra Elçin vədinə əməl etməyərək Fəxriyyəni və Kəmaləni vəd verdiyi işə qəbul etdirməmişdir. Buna görə Fəxriyyə məcbur olub Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin pullar, yəni həyat yoldaşı Fəxriyyənin işi ilə bağlı Elçinə verdiyi 25.000 manat pul ona məxsusdur. O, Elçinin təkidi ilə sonuncunun həyat yoldaşı Püstəxanıma vermiş olduğu 20.000 manat pul sonradan onun tərəfindən Kəmaləyə qaytarıldığı üçün ona ümumilikdə 45.000 manat maddi ziyan dəymişdir. Elçin və Qəşəngdən şikayətçidir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X27 bildirdi ki, Şahid5 onun tanışıdır. Fəxriyyə ilə eyni qəsəbədə qonşuluqda yaşayır. 2022-ci ilin sentyabr ayında Fəxriyyə ona zəng edərək tanışı X31 yüksək vəzifədə işləyən tanışı olduğunu və onu orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirə biləcəyini bildirmişdir. O, da Fəxriyyəyə Elçinlə danışıb ona məlumat verməsini demişdir. Fəxriyyə Elçinlə söhbət etdikdən sonra Elçinin 20.000 manat pulun müqabilində onu qısa müddət ərzində orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirə biləcəyini bildirmişdir. Bu söhbətdən bir gün sonra, yəni 2022-ci ilin sentyabr ayının sonunda o Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 saylı tam orta məktəbə gedib Fəxriyyənin iş otağında Fəxriyyəyə əlbəəl ümumilikdə 20.000 manat təşkil edən 7.600 ABŞ dolları və 7.130 manat pul vermişdir. Bundan sonra o Fəxriyyəyə zəng edərək işin nə yerdə olması barədə maraqlandıqda Fəxriyyə Elçinin onun işini X6 vasitəsilə həll etdiyini bildirmişdir. Lakin iş uzandığı üçün Fəxriyyədən Elçinin mobil nömrələrini soruşmuşdur. O, Elçin ilə əlaqə saxladıqda sonuncu onun işini həll etməkdən ötrü Qəşəng Məmmədovaya pul verdiyini və işin tezliklə düzələcəyini və müxtəlif bəhanələr gətirməklə işi uzatmağa başlamışdır. Həmçinin həmin ərəfədə Qəşəng Məmmədova özü ona zəng edərək onun işinin həll olunmasından ötrü Elçinin özünə pul verdiyini və onun işinin tezliklə həll olunacağını bildirmişdir. Hazırki vaxta kimi həmin şəxslər onun 20.000 manat pulunu qaytarmamışlar. Hazırda ona dəymiş 20.000 manat maddi ziyan Şahid5 tərəfindən ona tam şəkildə qaytarılmışdır. O, Təqsirləndirilən şəxs tanımır. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar ifadə verərək, onun dediklərini bir daha təsdiq etmişdir. Şahid X19 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, X37 2022-ci il tarixdən tanıyır. 2022-ci ilin təxminən aprel ayında Elçin tanışı Şahid5 hazırda Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə müəllimə işlədiyini və Şahid5 orta məktəblərin birinə direktor vəzifəsinə təyin olunmaq istədiyini bildirmişdir. Həmin vaxtı o istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Seyid kimi tanıdığı Təqsirləndirilən şəxs istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsinə zəng edib tanışını direktor vəzifəsinə düzəltmək üçün Təhsil Nazirliyində işləyən tanışının olub-olmadığını soruşmuşdur. Anar da görüşüb söhbət etməyi təklif etmişdir. Həmin gün Anar ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən «Şəki» restoranında görüşmüşdür. Anar bu işi həll edə biləcəyini demiş və bunun üçün 60.000 manat pul istəmişdir. O da Anarın bu işi həll edə biləcəyinə inanmış və təxminən 3-4 gün sonra o Elçinə zəng edərək bildirmişdir ki, Fəxriyyənin direktor vəzifəsinə təyin olunmasına icazə verilir. Bundan sonra Elçin Fəxriyyə və onun ilə üçlükdə telefonla səsli konfrans təşkil etmiş və söhbət əsnasında o Seyid ləqəbli Anar adlı şəxsin olduğunu və Anarın da bu işin alınmasından ötrü 60.000 manat pul istədiyini demiş və Fəxriyyə də onunla razılaşmışdır. 2022-ci ilin aprel ayında Elçin Fəxriyyədən 25.000 manat pulu alıb daha sonra Bakı şəhəri Nərimanov rayonunda metrostansiyanın yaxınlığında yerləşən «MC Donalds» restoranı ilə üzbə-üz yolun kənarında onunla görüşərək həmin pulu, yəni 25.000 manat pulu orada ona vermişdir. O, da həmin gün pulu tam şəkildə Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonunda metrostansiyanın yaxınlığında yerləşən «MC Donalds» restoranı ilə üzbəüz yolun kənarında əlbə-əl vermişdir. Bundan sonra Fəxriyyə direktor vəzifəsinə təyin olunması üçün imtahan vermişdir. Fəxriyyə birinci imtahanı verdikdən sonra Elçin ona bildirmişdir ki, Fəxriyyənin Kəmalə adlı tanışı var və həmin qadın da direktor vəzifəsinə təyin olunmaq istəyir. O, da bu barədə Anara demiş və Anar da işin alınmasınndan ötrü ümumilikdə 40.000 manat pul istəmişdir. Bundan sonra o Elçinə bu barədə məlumat vermiş və Elçin də o və Fəxriyyə ilə birlikdə mobil telefon vasitəsilə konfrans təşkil edərək üçlükdə söhbət etmişlər. O Kəmalənin orta məktəblərin birinə direktor vəzifəsinə təyin olunmasından ötrü Seyid ləqəbli həmin Anar adlı şəxsin 40.000 manat pul istədiyini demiş və Fəxriyyə onunla razılaşmışdır. 12 sentyabr 2022-ci il tarixdə Elçin Fəxriyyədən 20.000 manat pulu götürüb, həmin gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən zooparkın yaxınlığında tam şəkildə ona vermişdir. O da həmin pulu hissə-hissə olmaqla ilk əvvəl xx.xx.2022-ci il tarixdə Anarın göndərdiyi X8 4169-7385- 1668-7294 nömrəli kartına 4.000 manat, xx.xx.2022-ci il tarixdə Anarın göndərdiyi X9 məxsus kart hesabına 5.500 manat pul köçürmüşdür. Qalan 10.500 manat pulu isə təxminən 2022-ci ilin oktyabr ayının sonlarında Şəki restoranında əlbə-əl Anara vermişdir. Bundan təxminən 4-5 ay sonra Fəxriyyə direktor vəzifəsinə təyin olunmaq istəmədiyini Elçinə bildirmiş və pulunu tələb etmişdir. Elçin də ona zəng edib Fəxriyyənin və Kəmalənin işə qəbul olunmaq istəmədiyini və pulunu geri istədiyini demişdir. O da bu barədə Anara məlumat vermişdir. Lakin Anar pulu qaytaracağını desə də bu günə qədər pulu qaytarmamışdır. O Anarın nömrəsini Elçinə vermişdir ki danışıb Anan başa salsın və pulu geri qaytarsın. Elçin də Anar ilə danışmış və görüşüb söhbət etməyi təklif etmişdiur. X53 şəhərdə görüşməyi təklif etsə də sonradan bilmişdir ki, Anar onunla görüşməmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, onun övladları Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə təhsil almışlar. Həmçinin həyat yoldaşı Şahid2 da həmin məktəbdə xadiməçi işləmişdir. Şahid5 həmin vaxtı qeyd olunan məktəbdə direktor vəzifəsini əvəz etmişdir. Bu səbəbdən Fəxriyyəni tanıyır. Fəxriyyə ilə o tanış olduqdan sonrakı müddətlərdə aralarındada çox yaxşı münasibət yaranmışdır. Bundan sonra Fəxriyyə ona bir neçə işdə kömək etməyini xahiş etmişdir. 2022-ci ilin aprel ayında Fəxriyyə məktəblərin birinə direktor vəzifəsinə təyin olunmaq istədiyini bildirmiş və bu işdə kömək olunması üçün adam tapmağını ondan xahiş etmişdir. O, tanışlarından bu barədə soraqlaşdıqdan sonra hazırda xatırlamadığı şəxsin vasitəsilə X19 ilə tanış olmuşdur. X23 qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbə direktor vəzifəsinə keçmək istədiyini demişdir. Qəşəng isə maraqlanıb ona cavab deyəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Qəşəng ona zəng edərək demişdir ki, Fəxriyyə özünün elektron kabinetinin kodunu «Whatsapp» tətbiqi vasitəsilə göndərsin ki, Təhsil Nazirliyində işinə baxsınlar. O da bu barədə Fəxriyyəyə demişdir. Fəxriyyə də Qəşəngin dediyini etmişdir. Təxminən 3-4 gün sonra Qəşəng ona zəng edərək bildirmişdir ki, Fəxriyyənin direktor vəzifəsinə təyin olunmasına icazə verilir. Bundan sonra o, Fəxriyyə və Qəşəng ilə üçlükdə telefonla səsli konfrans təşkil etmişlər və söhbət əsnasında Qəşəng işin alınmasından ötrü Fəxriyyədən 60.000 manat pul istəmiş və Fəxriyyə də Qəşənglə razılaşmışdır. 2022-ci ilin aprel ayında Şahid5 və sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs4 ilə Bakı şəhəri, Nərimanov rayonuda yerləşən «Mado» restoranın qarşısında görüşmüşdür. Orada Sahilin idərə etdiyi «Hyundai» markalı avtomobilin içərisində Fəxriyyə 25.000 manat pulu sayıb yoldaşı Sahilə vermişdir. Sahil də həmin pulu Fəxriyyənin yanında ona vermişdir ki, həmin pulu Qəşəng Məmmədovaya versin. O, pulu Fəxriyyədən götürüb onlardan ayrılmışdır. Bundan sonra qaynı Şahid3 idarə etdiyi «Qaz 3110» markalı avtomobil ilə təxminən beş dəqiqə sonra Bakı şəhəri Nərimanov rayonunda metrostansiyanın yaxınlığında yerləşən «MC Donalds» restoranı ilə üzbə-üz yolun kənarında Qəşəng ilə görüşərək həmin pulu, yəni 25.000 manat pulu orada Qəşəngə vermişdir. Qəşəng ondan pulu götürdükdən sonra işi həll edən Azay ləqəbli Anar adlı şəxsə pulu verəcəyini və imtahanlardan sonra Fəxriyyənin direktor vəzifəsinə əmrinin veriləcəyini bildirmişdir. Bundan sonra Fəxriyyə direktor vəzifəsinə təyin olunması üçün imtahan vermişdir. Fəxriyyə birinci imtahanı verdikdən sonra ona zəng edərək rəfiqəsi X15 başqa məktəbə direktor vəzifəsinə təyin olunmaq istədiyini bildirmişdir. O Qəşəng və Fəxriyyə ilə birlikdə mobil telefon vasitəsilə konfrans təşkil edərək üçlükdə söhbət etmişlər. Qəşəng Kəmalənin orta məktəblərin birinə direktor vəzifəsinə təyin olunmasından ötrü Fəxriyyədən 40.000 manat pul istəmiş və Fəxriyyə Qəşənglə razılaşaraq 20.000 manat pulu Qəşəngə verməyi xahiş etmişdir. 12 sentyabr 2022-ci il tarixdə o Fəxriyyənin işlədiyi Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbə gedərək iş otağında sonuncudan 20.000 manat pulu götürüb, həmin gün Bakı şəhəri, Nərimanov rayonunda yerləşən zooparkın yaxınlığında tam şəkildə Qəşəngə vermişdir. Qəşəng ondan pulu götürdükdən sonra işi həll edən Azay ləqəbli Anar adlı şəxsə pulu verəcəyini bildirmişdir. Fəxriyyə imtahanlardan təxminən bir həftə sonra hazırda tarixini xatırlamadığı vaxtda Fəxriyyə direktor vəzifəsinə təyin olunmaq istəmədiyini bildirmiş və pulunu tələb etmişdir. O da Qəşəngə zəng edib Fəxriyyənin işə qəbul olunmaq istəmədiyini və pulunu geri istəməsini demişdir. Qəşəng də bu barədə həmin Anar adlı şəxsə məlumat verəcəyini bildirmişdir. Lakin sonradan Qəşəngdən öyrənmişdir ki, Anar pulu qaytaracağını desə də qaytarmamışdır. Qəşəng Anarın nömrəsini ona vermişdir ki, danışıb Anarı başa salsın və Anar da pulu geri qaytarsın. O, da Anar ilə danışmış və görüşüb söhbət etməyi təklif etmişdir. Anar onunla Ağ şəhərdə görüşməyi təklif etsə də sonradan görüşə gəlməmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində bildirmişdir ki, Fəxriyyəni 2022-ci ilin aprel ayından tanıyır. Həmin vaxtı o Masazır qəsəbəsi 4 nömrəli tam orta məktəbdə kiçik texniki işçi vəzifəsində işləmişdir. Fəxriyyə isə drektor səlahiyyətlərini icra etmişdir. Fəxriyyə ilə bu məzmunda onun danışığı olmamışdır. Bu barədə danışıqlar Fəxriyyə ilə həyat yoldaşı Elçin arasında aparılmışdır. O Fəxriyyədən Elçinə vermək üçün 20.000 manat pulu almamışdır. Fəxriyyənin onun barəsində göstərdiyi xüsusatlar yalandır. Digər Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində qeyd etmişdir ki, X42 onun yeznəsidir. 2022-ci ilin aprel ayında yeznəsinin xahişi ilə həmin vaxtı idarə etdiyi, «Qaz 3110» markalı avtomobili ilə Bakı şəhəri. Nərimanov rayonuda yerləşən «Mado» restoranının qarşısına getmişlər. Orada Elçin avtomobildən düşüb kiminləsə görüşüb bir neçə dəqiqədən sonra geri qayıtmışdır. Həmin vaxtı Elçin əlində olan paketdən pulu çıxarıb saydıqda içərisində 25.000 manat pul olmasını görmüşdür. Bundan sonra o idarə etdiyi avtomobil ilə Elçinlə birlikdə Bakı şəhəri, Nərimanov rayonunda metrostansiyasının yaxınlığında yerləşən «MC Donalds» restoranı ilə üzbə-üz yolun kənarında saxlamışdır. Həmin vaxtı Elçin sonradan adını bildiyi Qəşəngin idarə etdiyi «Mazda» markalı avtomobilə əyləşmişdir. O isə öz avtomobilindən düşüb Qəşəngin idarə etdiyi avtomobilin yanında siqaret çəkmişdir. Qəşəng sükan arxasında, Elçin isə ön sağ oturacaqda əyləşmişdir. Həmin vaxtı o Elçinin 25.000 manat pulu avtomobilin içərisində Qəşəngə verməsini görmüşdür. Bundan başqa o heç bir pul məsələsində iştirak etməmiş və bu işlərdən məlumatlı olmamışdır. Şahid X20 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayının əvvəlindən tanıyır. Belə ki, 2022-ci ilin oktyabr ayının ortalarında o dostu X16 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu, «3-cü mkr» dairəsinin yaxınlığında adını xatırlamadığı kafelərin birində özünü onlara Azay kimi təqdim edən sonradan tam olaraq soyadı, adı və atasının adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs ilə ev alqı-satqısı ilə bağlı görüşmüşlər. Söhbət əsnasında Anar, Vüsal və ondan hansının üzərində bank kartı olmağını soruşmuşdur. Həmin vaxtı onun üzərində özünə məxsus bir neçə banka aid kart olduğundan özünə məxsus «Leo» banka aid, son rəqəmi 50243520 olan kartı Anara təqdim etmişdir. Anar həmin karta qardaşı tərəfindən pul gələcəyini desə də, lakin pulun məbləğini deməmişdir. O Anara inandığı üçün heç şübhə etmədən özünə məxsus qeyd etdiyi kartı tanışı Vüsalın yanında Anara vermişdir. Bundan sonra onlar sağollaşıb ayrılıb oradan uzaqlaşmışlar. Bundan bir neçə gün keçdikdən sonra kartını Anara verməyi yadına düşmüş və kartını Anardan geri almaq üçün sonuncuya zəng etmişdir. Anar ondan götürdüyü, ona məxsus kartının öz qardaşında olduğunu və qısa müddətdə qaytaracağını demişdir. O təxminən 10 gün gözləmişdir. Lakin Anar onun kartını ona geri qaytarmadığı üçün o banka yaxınlaşaraq kartını bağlatdırmışdır. Həmin vaxtdan sonra onun Anar ilə heç bir görüşü və danışığı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X36 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X27 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - Könüllü təqdimetmə və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid5 cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün telefon əlaqəsi zamanı Şahid1 ilə aralarında keçən danışıqları 01 ədəd CD diskə köçürtdürərək və aralarında keçən yazışmaları 09 ədəd A4 formalı kağızlarda şəkil halında çap etdirərək istintaq orqanına könüllü təqdim etmiş və Şahid5 təqdim etdiyi 01 ədəd CD disk və 09 ədəd A4 formalı şəkilli kağızlar gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir; - Şəkilli sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin şəkilli sənədlərdə Şahid5 ilə Şahid1 arasındakı "Whatsapp sosial şəbəkəsində olan yazışmalar əks olunmuşdur. Həmin yazışmalarda çoxsaylı sms-lər yazılmışdır. Həmin yazışmalarda Şahid5 Kəmalə Yusufovadan pulu aldığını və neçə çatdıracağını, pulu Püstəyə verdiyini, həmçinin Elçindən pulu qaytarmasını tələb edərək qaytarmayacağı təqdirdə Kəmalə ilə birlikdə axşam Elçinin qapısına gələcəklərini, Qəşəngin iş görməyərək onu və Kəmaləni yola verdiyini, Qəşəngi tanımadığını və onu tanıdığı üçün sonda hərşeyi ondan tələb edəcəyini bildirir; - Əşyanın götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X19 cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs ilə aralarında keçən danışıqları və göndərdiyi pulların qəbzlərini 01 ədəd CD diskə köçürtdürüb və 04 vərəqədən ibarət bank və qəbzlərin fotoşəklinin surətini istintaq orqanına könüllü təqdim etmiş və X6 təqdim etdiyi 01 ədəd CD disk və 04 vərəqədən ibarət bank qəbzlərin foto şəklinin surəti gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:09-da ünvan 1 ünvanında yerləşən Araz marketdə C....S....M.... qızının kart hesabına 4.000 manat, xx.xx.2022-ci il tarixdə saat 14:25-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Araz” marketdə X2 hesabına 2.200 manat, xx.xx.2022-ci il tarixdə saat 15:04-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Araz” marketdə X2 hesabına manat və xx.xx.2022-ci il tarixdə saat 14:27-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Araz” marketdə X2 hesabına 300 manat və xx.xx.2022-ci il tarixdə saat 15:06-da Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən Araz marketdə X2 hesabına 100 manat pul köçürülmüşdür. X11 məxsus 4169-7385-1668-7294 nömrəli bank kartının şəkli əks olunmuşdur; - İfadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, X36 ilə Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən “Mandarin" kafesinin içərisində 8700 manat, daha sonra həmin tarixdə axşam saatlarında həmin kafenin yanında, yəni Mirzəağa Əliyev küçəsi 46 A ünvanının qarşısında 300 manat olmaqla, ümumilikdə 9000 (doqquz min) manat pul vermişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X36 ilə Təqsirləndirilən şəxs pulu verdiyi yer ünvan 4 ünvanında yerləşən “Mandarin" kafesinin içərisi və həmin kafenin yanında, yəni Mirzəağa Əliyev küçəsi 46 A ünvanının qarşısındadır; - Könüllü təqdimetmə və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyi üçün “Whatsapp” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə aralarında keçən yazışmaları və göndərdiyi pulların qəbzlərini 03 ədəd A4 formalı kağızlarda şəkil halında çap etdirərək və 01 ədəd CD diskə köçürtdürərək istintaq orqanına könüllü təqdim etmiş və Zərərçəkmiş şəxs1 təqdim etdiyi 03 ədəd A4 formalı şəkilli kağızlar və 01 ədəd CD disk gələcəkdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcəyi üçün götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir; - Şəkilli sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin şəkilli sənədlərdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasındakı “Whatsapp” sosial şəbəkəsində olan yazışmalar əks olunmuşdur. Həmin yazışmalarda çoxsaylı sms-lər yazılmışdır. Belə ki Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs yazdığı sms mətnləri aşağıdakılardır: «Salam Reis necesen? Senden bir xaas edirem o sene dediyim instpoveirle bagli bir yenilik olarsa mene kömeylik et deyen zerelimi alim inshallah vaxdin olanda yaz» «Eybi yox səhər açılsın mən biləcəm neynəmək lazımdı», «Adam kimi deyirəm pul lazımdı mənə », Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yazdığı sms mətnləri aşağıdakılardır: «baş düşmədim Samir aramızda münasibət yarandı deyə sən mənlə hər tərəfli danışa bilmərsən», « ikinci də sənin 4.minivin acı da deyiləm. Möhtacı da deyiləm», «Başım qarışıqdı kenardayam cavan rəhmətə gedənimiz var dayım oğlu göldə boğulub», «Biz bizə olunan dostluğu da münasibəti də qorumağı da bacarırıq saxlamağı da bacarırıq», «Men pula görə heç vaxt heç yerdə sıxılan oğlan da deyiləm », Həmçinin həmin şəkilli sənədə baxış keçirilən zaman müəyyən olundu ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına xx.xx.2023-cü il saat 14:19-da 200 manat, xx.xx.2023-cü il saat 23:20-də 500 manat və xx.xx.2023-cü il saat 21:35-də 500 manat pul göndərmiş və həmin pulun qəbzlərinin şəkli əks olunmuşdur; - Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi diskin içərisində 13 ədəd fayl vardır. Belə ki, həmin fayllardan 11 ədədi şəkil, 2 ədədi isə səs yazısıdır. Şəkillərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin şəkillərdə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs arasında olan yazışmalar əks olunmuşdur. Həmin yazışmalarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 aldığı pulu qaytaracağını və səbrli olmasını bildirir. Həmçinin səs yazılarına baxış keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 atdığı səslərdə ondan aldığı pulu tez bir zamanda qaytaracağını bildirməsi əks olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yazan və səs atan şəxsin özü olduğunu bildirmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X6 təqdim etdiyi diskin içərisində 09 ədəd fayl vardır. Belə ki, həmin fayllardan 05 ədədi şəkil, 4 ədədi isə səs yazısıdır. Şəkillərə baxış keçirilən zaman müəyyən edildi ki, həmin şəkillərdə pul köçürmələrinin qəbzləri əks olunmuşdur. Belə ki, həmin qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:09-da ünvan 1 ünvanında yerləşən “Araz” marketdə C....S....M.... qızının kart hesabına 4.000 manat, xx.xx.2022-ci il tarixdə saat 14:25-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Araz” marketdə X2 hesabına 2.200 manat, xx.xx.2022-ci il tarixdə saat 15:04-də Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Araz” marketdə X2 hesabına 2900 manat və xx.xx.2022-ci il tarixdə saat 15:06da Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Araz” marketdə X2 hesabına 100 manat pul köçürülmüşdür. X11 məxsus 4169-7385-1668-7294 nömrəli bank kartının şəkli əks olunmuşdur. Bundan başqa səs yazılarına baxış keçirilən zaman müəyyən edildi ki, AUD- 20240108-WA0061 adlı, AUD-20240108-WA0062 adlı, AUD-20240108-WA0063 adlı və AUD-20240108-WA0064 adlı fayllar qeyd olunmuşdur. AUD-20240108-WA0061 adlı fayla baxış keçirən zaman bir nəfər qadınla kişinin telefon danışığı əsk olunur. Danışıq zamanı qadın kişidən Fəxriyyə və Kəmalənin hansı məktəblərə təyinatlarının olacağını soruşanda kişi həmin şəxslərin 4 nömrəli məktəbə təyinatlarının olacağını deyir. AUD-20240108-WA0062 adlı fayla baxış keçirən zaman bir nəfər qadınla kişinin telefon danışığı əsk olunur. Danışıq zamanı qadın kişidən Fəxriyyənin müsahibədən keçibkeçmədiyini soruşur. Kişi isə Fəxriyyənin artıq müsahibədən keçdiyini deyir. AUD-20240108-WA0063 adlı fayla baxış keçirən zaman bir nəfər qadınla kişinin telefon danışığı əsk olunur. Danışıq zamanı qadın kişidən Fəxriyyənin işində problem olub-olmadığını soruşur. Kişi isə Fəxriyyənin işində heç bir problemin olmadığını deyir. AUD-20240108-WA0064 adlı fayla baxış keçirən zaman bir nəfər qadınla kişinin telefon danışığı əsk olunur. Danışıq zamanı qadın kişidən Fəxriyyənin əmrinin verilibverilmədiyini soruşur. Kişi isə Fəxriyyənin əmrinin 4 nömrəli məktəbə verildiyini deyir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs telefon danışığı zamanı qadınla danışan kişi cinsinə məxsus səsin özünə aid olduğunu, qadının səsinin isə X10 məxsus olduğunu demişdir. X1 telefon danışığı zamanı kişiylə danışan qadın cinsinə məxsus səsin özünə aid olduğunu, kişi səsinin isə Təqsirləndirilən şəxs məxsus olduğunu demişdir. - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi diskin içərisində 37 ədəd fayl vardır. Belə ki, həmin fayllardan 26 ədədi şəkil, 11 ədədi isə səs yazısıdır. Şəkillərə baxış keçirilən zaman müəyyən edildi ki, həmin şəkillərdə Şahid1 və X19 arasında olan yazışmalar əks olunmuşdur. Həmin yazışmalarda X3 Anar Sabir oğlu barədə Şahid1 məlumat verərək Anarın ləqəbinin “Kürd Azay” olduğunu, Xətai rayonu ərazisində bina tikdiyini, 37 yaşında kök cavan oğlan olduğunu və pulu ona verdiyini deyir. Həmçinin səs yazılarına baxış keçirilərkən Şahid1 Qəşəng Məmmədovaya atdığı səslərdə Qəşəngə “Seyid”i yəni Təqsirləndirilən şəxs tanımadığını, bütün pulu ona verdiyi üçün tez bir zamanda geri qaytarmasını tələb etməsi əks olunur. Baxışda iştirak edən Şahid1 və X19 yazışmaların və atılan səslərin özlərinə məxsus olduğunu bildirmişlər; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid5 Bayra qızımn təqdim etdiyi diskin içərisində 19 ədəd fayl vardır. Belə ki, həmin fayllardan hamısı səs yazısıdır. Səsyazılarına baxış keçirilən zaman müəyyən edildi ki, həmin səsyazıları Şahid5, X27 və Şahid1 arasında olan səsyazılardır. Həmin səsyazılarında Şahid5 Kəmalə Yusufovadan pulu alıb Elçinə verəcəyini, Elçin isə pulu Gözəl adı ilə tanınan Qəşəngə verəcəyini deyir. X26 pulununun yarısını verdiyini, yarısını isə Fəxriyyənin əmri olandan sonra verəcəyini deyir və iş alınmayacağı təqdirdə pulu tələb edəcəyini bildirir. X35 Fəxriyyədən pulunun geri qaytarılmasını tələb edir. Baxışda iştirak edən Şahid5, X27 və Şahid1 səs atan şəxslərin özləri olduğunu bildirmişlər; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getrməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən heablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni xx.xx.2024cü il tarixədək uzadılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır; - Zərərçəkmiş şəxs X36 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır; - Zərərçəkmiş şəxs3 ğlu tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, ona dəymiş ziyan ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmışdır; - Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və X27 tərəfindən təqdim edilmiş notarial təsdiqli xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, zərərçəmiş şəxslərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla, həmçinin təkrarən törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X28 dəymiş ziyanı tam ödəməsini (CM 59.1.13), bütün zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-59.1.12) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət, həmçinin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356-357; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 15 (on beş) gün olmaqla, cəmi 03 (üç) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 06 (altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 02 (iki) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxsnın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnın cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Maddi sübut olan 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Qocayev Orxan ələddin oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 90 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X32 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar