Məhkəmə qərarları › İş №1(003)-173/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-173/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-173/2022 25.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1988-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində üç azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 dekabr 2020-ci il tarixdə kirayə yaşadığı Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış sahəsi olan evdən dəyəri 25 manat olan 01 ədəd yorğanı, dəyəri 20 manat olan 01 ədəd yun adyalı, dəyəri 15 manat olan 01 ədəd yastığı, dəyəri 15 manat olan 01 ədəd nazik adyalı, dəyəri 20 manat olan 01 ədəd divan üstlüyünü, hər birinin dəyəri 20 manat olan 60 manat dəyərində 03 ədəd stulu, dəyəri 20 manat olan 01 dəst stəkanı, dəyəri 20 manat olan 01 ədəd çay dəstini (01 ədəd çaynik və 06 ədəd fincan), dəyəri 40 manat olan 02 dəst stəkanı (12 ədəd stəkan), dəyəri 200 manat olan 01 ədəd qazan dəstini (6 ədəd qazan), dəyəri 50 manat olan 01 ədəd tavanı, dəyəri 30 manat olan 01 ədəd qaşıq dəstini, dəyəri 30 manat olan 01 ədəd qaşıq-çəngəl dəstini, dəyəri 15 manat olan 06 ədəd salat qabını, dəyəri 40 manat olan şüşə meyvə qabı dəstini, dəyəri 40 manat olan 24 ədəd boşqab dəstini, dəyəri 20 manat olan 01 ədəd suvenir gecə işığını, dəyəri 30 manat olan 01 ədəd «Tülkü» formalı suveniri, ümumi dəyəri 450 manat olan evdə istifadə olunan müxtəlif usta alətlərini (01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd mişar, 01 ədəd araba), dəyəri 500 manat olan 01 ədəd rezin lodkanı, dəyəri 70 manat olan 01 ədəd su çənini, dəyəri 100 manat olan 01 ədəd su matoru ilə birlikdə hidroforu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1810 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 5 azyaşlı övladı və əri Sahil ilə birlikdə yaşayır. Sahil müxtəlif yerlərdə tikintidə fəhlə, o isə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən istixanalarda fəhlə işləyir. 2020-ci ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs məxsus evi 100 manata kirayə götürmüş və övladları ilə birlikdə 2021-ci ilin yanvar ayına kimi orada yaşamışlar. Həmin vaxtı Ruhiyyə özünə məxsus ev əşyalarını və qızına aldığı cehizlik əşyaları digər otağa yığmış və otağın arada havasını dəyişmək üçün açarı ona vermişidr. 2020-ci ilin dekabr ayında Sahil ilə aralarında söz-söhbət olduğundan Sahil evdən çıxıb getmişdir. 30 dekabr 2020-ci il tarixdə uşaqlara bazarlıq edə bilmədiyindən, yəni maddi vəziyyəti ağır olduğundan məcbur olub Ruhiyyənin otağa yığdığı təzə yorğanı, yastığı, divan üzünü, adyalı, 3 ədəd stulu, stəkan, çaynik, qazan və qaşıq dəstlərini, həyətdə olan arabanı, su matorunu, çəni və bir neçə məişət əşyasını götürüb küçə ilə keçən tanımadığı «Qazel» markalı avtomobillə metal yığan şəxslərə ümumilikdə 600 manata satmış və həmin pulun bir qismini yeni ildə, digər qismini isə digər vaxtlarda uşaqları üçün xərcləmişdir. 12 yanvar 2021-ci il tarixdə həmin evdən çıxıb başqa bir evdə kirayə qalmağa getmişdir. Bir neçə gün sonra Ruhiyyə ona məxsus əşyaların oğurladığını bildirmişdir. O, həmin əşyaları ehtiyacı olduğundan götürdüyünü, lakin dəyərini ödəyəcəyini demişdir. Ruhiyyə həmin əşyaların ümumi qiymətinin 2000 manat olduğunu demiş və həmin pulu ona hissə-hissə qaytaracağına razılaşmışdır. O, həmin puldan 700 manatı hissə-hissə Ruhiyyənin kartına köçürtmüş, lakin sonradan pulun qalan hissəsini qaytara bilməmişdir. Ona görə də, Ruhiyyədə polisə şikayət etmişdir. Həmin əşyaları evdən o, götürmüş və həmin vaxtı Sahil evdə olmadığından hadisədən məlumatı olmamışdır. Hal-hazırda işi polisdə olmasına baxmayaraq pulun qalan 1300 manatını da, Ruhiyyəyə ödəmişdir. Törətdiyi əməldən səmimi peşmançılığını və himayəsində 5 uşağının olduğunu bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin mart ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən evini «Günay» adlı şəxsə aylıq 100 manata kirayə vermişdir. Lakin «Günay» övladları ilə birlikdə evdə qaldığı müddət ərzində ona hissə-hissə olmaqla cəmi 150 manat pul ödəmişdir. Evi «Günaya verərkən evin bir otağına özünə məxsus əşyaları yığmış və həmin otağın açarını «Günay»a vermişdir ki, arabir həmin otağı havalandırar. 2021-ci ilin yanvar ayının 12-də «Günay» heç bir xəbərdarlıq etmədən çıxıb getmişdir. Sonradan evə gedərkən ona məlum olmuşdur ki, «Günayona məxsus evdən dəyəri 25 manat olan 01 ədəd yorğanı, dəyəri 20 manat olan 01 ədəd yun adyalı, dəyəri 15 manat olan 01 ədəd yastığı, dəyəri 15 manat olan 01 ədəd nazik adyalı, dəyəri 20 manat olan 01 ədəd divan üstlüyünü, hər birinin dəyəri 20 manat olan 60 manat dəyərində 03 ədəd stulu, dəyəri 20 manat olan 01 dəst stəkanı, dəyəri 20 manat olan 01 ədəd çay dəstini (01 ədəd çaynik və 06 ədəd fincan), dəyəri 40 manat olan 02 dəst stəkanı (12 ədəd stəkan), dəyəri 200 manat olan 01 ədəd qazan dəstini (6 ədəd qazan), dəyəri 50 manat olan 01 ədəd tavanı, dəyəri 30 manat olan 01 ədəd qaşıq dəstini, dəyəri 30 manat olan 01 ədəd qaşıq-çəngəl dəstini, dəyəri 15 manat olan 06 ədəd salat qabını, dəyəri 40 manat olan şüşə meyvə qabı dəstini, dəyəri 40 manat olan 24 ədəd boşqab dəstini, dəyəri 20 manat olan 01 ədəd suvenir gecə işığını, dəyəri 30 manat olan 01 ədəd «Tülkü» formalı suveniri, ümumi dəyəri 450 manat olan evdə istifadə olunan müxtəlif usta alətlərini (01 ədəd drel, 01 ədəd laqonda, 01 ədəd mişar, 01 ədəd araba), dəyəri 500 manat olan 01 ədəd rezin lodkanı, dəyəri 70 manat olan 01 ədəd su çənini, dəyəri 100 manat olan 01 ədəd su matoru ilə birlikdə hidroforu oğurlamışdır. Bundan başqa evin bəzi əşyaları sındırması nəticəsində əşyaların təmir olunması üçün ustaya 530 manat pul vermişdir (qaz sobasının, pəncərənin sınıqları, qapı, hamam, mebel, küçə qapısında olan sınıqları təmir etmək üçün). Bundan başqa kirayə haqqı olaraq «Günay» ona 40 manat pul ödəməli idi. «Günay»ın oğurladığı əşyaların dəyəri 1810 manat, sındırdıqları əşyaların təmir olunmasına çəkilən xərcin və kirayə haqqının dəyəri 570 manat təşkil edir. «Günay»ın bu hərəkətləri nəticəsində ona ümumilikdə 2380 manat maddi ziyan dəymişdir. O, polisə şikayət etdikdən sonra «Günay» ona 700 manat ödəniş etmişdir. Hal-hazırda ona məxsus apardığı əşyalara görə «Günay» ona 1680 manat ödəniş etməlidir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirdi və ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 21 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1988-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, üç azyaşlı və iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə də, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bundan başqa iş materiallarından müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda zərərçəkmiş şəxslər məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt, məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə 5 (beş) saat vaxt olmaqla ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (yüz iyirmi) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaqda və məhkəməyə göstərdiyi hüquqi xidmətə görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar