Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-173/2025 20.08.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Arzu düşərgəsində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 xx.xx.1986-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Bünyadlı kəndində qeydiyyatda olmaqla ünvan 1ində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs1 tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını bir neçə il əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmək məqsədi ilə 09 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində ona məxsus tikinti materialları satışı mağazasına Təqsirləndirilən şəxs2la birlikdə gəlib özlərini müxtəlif ərazilərdə tikinti işləri ilə məşğul olan işgüzar şəxs kimi göstərib Zərərçəkmiş şəxs ilkin ödəniş olaraq müəyyən məbləğ pul verəcəyini deyib dəmir dirək və dəmir materialdan olan ayaqaltılarını (lesaları) müəyyən müddətə icarəyə verdiyi halda sonradan qaytacağına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində işlətdiyi tikinti materialları satışı mağazasında ilkin olaraq 09 may 2023-cü il tarixdə hər birinin dəyəri 36 manat olan 150 ədəd dəmir dirəkləri və hər birinin kvadratı 8 manat olan 140 kvadrat 28 ədəd dəmir materialdan olan ayaqaltılarını (lesaları) əvvəlcədən razılaşdıqları kimi onun yaşadığı Xəzər rayonu Şüvəlan qəsəbəsi "Arzu” düşərgəsindəki evinin həyətinə daşıtdırıb gətizdirməklə sifarişin qarşılığında ilkin aylıq ödənişi olaraq Təqsirləndirilən şəxs2 390 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəyib inam və etibarını qazanaraq icarə adı ilə, sonradan 10 may 2023-cü il tarixdə hər birinin dəyəri 36 manat olan 155 ədəd dəmir dirəkləri əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri Binəqədi rayonu Sulu-Təpə qəsəbəsində yerləşən «Bravo» marketin yaxınlığına daşıtdırıb gətizdirməklə boşaltdıraraq sifarişin qarşılığında aylıq ödənişi olaraq Təqsirləndirilən şəxs2 186 manat məbləğində pulu Zərərçəkmiş şəxs əvvəlcədən ona verdiyi kart hesabına köçürdüb inam və etibarını qazanaraq icarə adı ilə, sonuncu dəfə isə 13 may 2023-cü il tarixdə hər birinin dəyəri 36 manat olan 90 ədəd dəmir dirəkləri və hər bir kvadratı 8 manat olan 130 kvadrat 26 ədəd dəmir materialdan olan ayaqaltılarını (lesaları) əvvəlcədən razılaşdıqları kimi onun yaşadığı Xəzər rayonu Şüvəlan qəsəbəsi “Arzu” düşərgəsindəki evinin həyətinə daşıtdırıb gətizdirməklə boşaltdıraraq sifarişin qarşılığında aylıq ödənişi olaraq Təqsirləndirilən şəxs2 264 manat məbləğində pulu Zərərçəkmiş şəxs əvvəlcədən ona verdiyi kart hesabına köçürdüb inam və etibarını qazanaraq icarə adı ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs götürməklə əldə etdikləri həmin əmlakların hamısını onlara məxsus olduğunu bildirib Təqsirləndirilən şəxs1 tərəfindən tanışları cinayətdən xəbərsiz X2 bu barədə yalan məlumat yazmaqla əl yazısı sənəd və şəxsiyyət vəsiqəsinin surətini verib inandırmaqla hissə-hissə olaraq onun idarə etdiyi «Qazel» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklətdirib onun vasitəsilə istintaqla müəyyən edilməmiş müxtəlif ünvanlarda dəmir qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satdıraraq əldə etdikləri pulu qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edib verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 36 manat olmaqla cəmi 14.220 manat dəyərində 395 ədəd dəmir dirəkləri və bir kvadratının dəyəri 8 manat olmaqla cəmi 2.160 manat dəyərində 270 kvadrat 54 ədəd dəmir materialdan olan ayaqaltıları (lesaları) etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 16.380 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını bir neçə il əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirmək məqsədi ilə 09 may 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində ona məxsus tikinti materialları satışı mağazasına Təqsirləndirilən şəxs1lə birlikdə gəlib özlərini müxtəlif ərazilərdə tikinti işləri ilə məşğul olan işgüzar şəxs kimi göstərib Zərərçəkmiş şəxs ilkin ödəniş olaraq müəyyən məbləğ pul verəcəyini deyib dəmir dirək və dəmir materialdan olan ayaqaltılarını (lesaları) müəyyən müddətə icarəyə verdiyi halda sonradan qaytacağına dair yalan vəd verib inandırmaqla aldadaraq razılaşdıqdan sonra Zərərçəkmiş şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində işlətdiyi tikinti materialları satışı mağazasında ilkin olaraq 09 may 2023-cü il tarixdə hər birinin dəyəri 36 manat olan 150 ədəd dəmir dirəkləri və hər birinin kvadratı 8 manat olan 140 kvadrat 28 ədəd dəmir materialdan olan ayaqaltılarını (lesaları) əvvəlcədən razılaşdıqları kimi qrup üzvü Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu Şüvəlan qəsəbəsi "Arzu» düşərgəsindəki evinin həyətinə daşıtdırıb gətizdirməklə sifarişin qarşılığında ilkin aylıq ödənişi olaraq 390 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəyib inam və etibarını qazanaraq icarə adı ilə, sonradan 10 may 2023-cü il tarixdə hər birinin dəyəri 36 manat olan 155 ədəd dəmir dirəkləri əvvəlcədən razılaşdıqları kimi Bakı şəhəri Binəqədi rayonu Sulu-Təpə qəsəbəsində yerləşən «Bravo» marketin yaxınlığına daşıtdırıb gətizdirməklə boşaltdıraraq sifarişin qarşılığında aylıq ödənişi olaraq Təqsirləndirilən şəxs2 186 manat məbləğində pulu Zərərçəkmiş şəxs əvvəlcədən ona verdiyi kart hesabına köçürdüb inam və etibarını qazanaraq icarə adı ilə, sonuncu dəfə isə 13 may 2023-cü il tarixdə hər birinin dəyəri 36 manat olan 90 ədəd dəmir dirəkləri və hər bir kvadratı 8 manat olan 130 kvadrat 26 ədəd dəmir materialdan olan ayaqaltılarını (lesaları) əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 yaşadığı Xəzər rayonu Şüvəlan qəsəbəsi "Arzu» düşərgəsindəki evinin həyətinə daşıtdırıb gətizdirməklə boşaltdıraraq sifarişin qarşılığında aylıq ödənişi olaraq Təqsirləndirilən şəxs2 264 manat məbləğində pulu Zərərçəkmiş şəxs əvvəlcədən ona verdiyi kart hesabına köçürdüb inam və etibarını qazanaraq icarə adı ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs götürməklə əldə etdikləri həmin əmlakların hamısını onlara məxsus olduğunu bildirib Təqsirləndirilən şəxs1 tərəfindən tanışları cinayətdən xəbərsiz X2 bu barədə yalan məlumat yazmaqla əl yazısı sənəd və şəxsiyyət vəsiqəsinin surətini verib inandırmaqla hissə-hissə olaraq onun idarə etdiyi «Qazel» markalı **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklətdirib onun vasitəsilə istintaqla müəyyən edilməmiş müxtəlif ünvanlarda dəmir qəbulu məntəqələrinə dəyərindən ucuz qiymətə satdıraraq əldə etdikləri pulu qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə öz aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edib verdikləri vədə əməl etməyərək Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 36 manat olmaqla cəmi 14220 manat dəyərində 395 ədəd dəmir dirəkləri və bir kvadratının dəyəri 8 manat olmaqla cəmi 2160 manat dəyərində 270 kvadrat 54 ədəd dəmir materialdan olan ayaqaltıları (lesaları) etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 16.380 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs2 ilə keçmiş iş yoldaşı Ramil vasitəsilə 2019-cu ildə tanış olub. Elçin tikinti işi ilə məşğul olduğunu bildirmişdir. Bu səbəbdən tikintidə istifadə etmək üçün Zərərçəkmiş şəxs dəmir dirəkləri və lesaları icrəyə götürmüşlər. Sonradan iş olmadığından və maddi zəziyyətləri pis olduğundan həmin dirəkləri və lesaları satmaq qərarına gəlmişlər. Həmin dəmirləri Ramil adlı şəxsə məxsus dəmir qəbulu yerinə 2240 manata satmışlar. Sonra Şəbiyardan yenə dəmir dirək və lesa alaraq tanımadıqları bir nəfər səyyar metal alan şəxsə 2290 manata satmışlar. Aldıqları pulu bərabər şəkildə aralarında bölüblər. Təqsirləndirilən şəxs1 əlavə olaraq etdiyi cinayət əməlindən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanın bir qismini zərərçəkmiş şəxsə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, ziyanın qalan hisəsinin ödənilməsi ilə əlaqədar zərərçəkmiş şəxslə razılıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 təxminən 4 ildir ki, tanıyır. Onların münasibətləri yaxşı olmuş və arasında heç bir ədavət olmamışdır. Sonradan, münasibətlər dostluq münasibətlərinə çevrilmişdir. Bir müddət usta kimi tikintidə işləmişdir. Bu səbəbdən tikintidə istifadə etmək üçün Zərərçəkmiş şəxs dəmir dirəkləri və lesaları icrəyə götürmüşlər. Sonradan iş olmadığından və maddi zəziyyətləri pis olduğundan həmin dirəkləri və lesaları satmaq qərarına gəlmişlər. Həmin dəmirləri Ramil adlı şəxsə məxsus dəmir qəbulu yerinə 2240 manata satmışlar. Sonra Şəbiyardan yenə dəmir dirək və lesa alaraq tanımadıqları bir nəfər səyyar metal alan şəxsə 2290 manata satmışlar. Aldıqları pulu bərabər şəkildə aralarında bölüblər. Təqsirləndirilən şəxs2 əlavə olaraq cinayət əməlindən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanın bir qismini zərərçəkmiş şəxsə ödədiyini, zərərçəkmiş şəxslə barışdığını, ziyanın qalan hisəsinin ödənilməsi ilə əlaqədar zərərçəkmiş şəxslə razılıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Mərdəkan qəsəbəsində tikinti materiallarının həm satışı, həm də icarəsi ilə məşğul olduğu mağaza işlədir. 09 may 2023-cü il tarixdə əvvəllər tanımadığı, özünü Elçin kimi təqdim edən şəxs mağazaya yaxınlaşmış və icarəyə dəmir dirəklər və dəmir ayaqaltı götürmək istədiyini bildirmişdir. Elçin 150 ədəd dəmir dirək və 28 ədəd dəmir ayaqaltı sifariş vermişdir. Həmçinin, həmin malları şəriki kimi təqdim etdiyi Əli adlı şəxsin Şüvəlan qəsəbəsindəki evinin həyətyanı sahəsinə boşaldılacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs2, həmin sifarişin qarşılığında aylıq 390 manat ödəməli olduğunu bildirmiş və Elçin heç bir etiraz etmədən həmin məbləği kart hesabına göndərmişdir. Bundan sonra sifarişi maşına yüklədib Elçinin qeyd etdiyi ünvana göndərmişdir. Daha sora Elçin əlavə olaraq 155 ədəd dəmir dirək götürmüşdür. Sonradan icarə müddəti başa çatsa da Elçin götürdüyü əşyaları qaytarmamışdır. Elçinin istifadəsində olan telefon isə söndürülmüşdür. Daha sonra, Elçin tərəfindən şərik kimi təqdim olunan Əli adlı şəxsin istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamışdır. Əli, malların bir neçə gün ərzində geri qaytarılacağını bildirmiş, lakin sonradan verdikləri sözə əməl etməmişlər. Bir müddət sonra, məlum olmuşdur ki, Elçin və Əli icarəyə götürdükləri malları Ramil adlı şəxsə satmışlar. Nəticədə 16,380 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyanın bir qismi, yəni ümumilikdə 3800 manat məbləğində olan hissəsi ödənilmiş, qalan məbləği isə hər ay 500 manat olmaqla ödənilməsinə dair razılaşmışlar. Təqsirləndirilən şəxslərlə barışdığını və şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Beyləqan rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 barəsində AR CM-nin 306.1-ci maddəsi ilə başlamılmış cinayət işinin icraatına Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü ildə Goranboy rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 barəsində AR CM-nin 263.1-ci maddəsi ilə başlamılmış cinayət işinin icraatına Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxslə barışdığı üçün xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir; - xx.xx.2023-cü il tarixli şübhəli şəxs barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir; - xx.xx.2023-cü il tarixli şübhəli şəxs barəsində axtarış elan olunması haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir; - xx.xx.2024-cü il tarixli axtarışda olunanın tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saxlanılaraq Xəzər RPİ-nin İŞ-nə təhvil verilmişdir; - xx.xx.2024-cü il tarixli zərərəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - xx.xx.2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 AR CM-nin 178.2.1 və 178.2.4-cü madələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - xx.xx.2024-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 X2 təqdim etdiyi üzərində həmin dəmir dirəklərin və lesaların özünə məxsus olmasını təsdiq edən yazıların əks olunduğu vərəqlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-45-1/2-12434/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 saxlanılaraq aidiyyəti üzrə Xəzər RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 AR CM-nin 178.2.1 və 178.2.4-cü madələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-45-1/2-4438/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonu ərazisində saxlanılaraq ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; - AR ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 3-16- 17/42/2-2823/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2025-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir; - Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyanın bir qismi, yəni ümumilikdə 3800 manat məbləğində olan hissəsi ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmış, ziyanın qalan məbləğinin bir il müddətinə ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxslərlə razılıq əldə etmiş və göstərilən halların məhkəmədə nəzərə alınmasını xahiş etmişdir; - E-məhkəmə informasiya sistemindən çıxarışdan aydın olur ki, xx.xx.2008-ci il təvəllüdlü Aysu, xx.xx.2009-cu il təvəllüdlü Ayan, xx.xx.2011-ci il təvəllüdlü Ayla, xx.xx.2016-cı il təvəllüdlü Aydan və xx.xx.2017-ci il təvəllüdlü Afət Təqsirləndirilən şəxs2 övladlarıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onların etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini (CM-nin 59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını (CM- 59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM-nin 59.1.12), zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini (CM-nin 59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasınınəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu və həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat və 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün və xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün olmaqla, cəmi 02 (iki) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 02 (iki) il 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Xaçmaz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Arzu düşərgəsi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 35 saat vaxta görə 210 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saat vaxta görə 154 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 121 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-173/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-173/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver