Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-174/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, məhəllə 581, ev 13, mənzil 40-da qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsbəsi, Qızıl Qum bağlar massivi, fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi deşici, digər tərəfi kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağı əldə edib üzərində saxlayıb Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisinə daşımış və xx xxxxxx 2021-ci il tarixdə, saat 04:00 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X7 11-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən “Azərbaycan Respublikası ərazisində elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar olaraq” Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qala-Şüvəlan yolunda sərnişin qismində əyləşdiyi “VAZ 2106” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq avtomobillə birlikdə Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş, xx xxxxxx 2021-ci il tarixdə, saat 08:25-də Xəzər RPİnin 1-ci PŞ-nin həyətində videoçəkiliş vasitəsi ilə “VAZ 2106” markalı, ** TC *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman həmin avtomobildən Təqsirləndirilən şəxs məxsus qeyd olunan soyuq silah hesab edilən 01 ədəd kastet-bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə, səhər saatlarında iş axtarmaq məqsədilə evdən çıxıb Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi istiqamətinə piyada gəlmiş və Şüvəlandan Qala istiqamətində hərəkət edən “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilə əyləşmişdir. Həmin vaxtı qabaq oturacaqda tanımadığı, sonradan adını bildiyi Ağanur adlı şəxs əyləşmişdir. Avtomobili isə sonradan adını bildiyi Əhməd idarə edirmiş. Onlar bir qədər getmişlər ki, onları Əlahiddə X7 əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlamışlar. Həmin vaxtı o cibində olan özünə məxsus, beş barmaq tipli bıçağı oturacağın üzərinə qoyub özü isə yerə düşmüşdür ki, soruşsalar desin onluq deyil. Lakin həmin vaxtı beş barmağı oturacağın üstünə qoymağını orada olan polis əməkdaşı görmüş və bundan sonra onları Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Onlarda etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmişlər. 1-ci Polis Şöbəsində xidməti otaqlardan birində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində qanunsuz olaraq silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, eləcə də narkotik tərkibli maddələrin olması barədə soruşulmuş və olduğu halda həmin əşyaları könüllü təqdim etməyini bildirmişlər. O üzərində qanunsuz hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən qeyri-qanuni heç bir əşya aşkar olunmamışdır. Sorğu-sual zamanı bildirmişdir ki, ona məxsus olan 01 ədəd beşbarmağı Şüvəlan qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən sərnişin qismində əyləşdiyi avtomobildə saxlanılarkən həmin avtomobilin arxa oturacağının üzərinə atmışdır. Bu barədə protokol tərtib edilərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun, vəkili Müdafiəçi, Əhmədin, Ağanurun və polis əməkdaşlarınin iştirakı ilə təhqiqatçı “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirtmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının üzərinə qoyduğu ona məxsus 01 ədəd «beşbarmaq» aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 04 radələrində digər polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qala- Şüvəlan yolunda avtopatrulla xidmətdə olarkən “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, xüsusi karantin rejimi ilə əlaqədar avtomobildə olan şəxslərin icazələrinin olub-olmamasını yoxlamaq üçün, eləcə də avtomobildə olanlar özlərini şübhəli apardıqları üçün sürücüyə saxla işarəsi vermişlər və sürücü avtomobili saxlamışdır. Avtomobildə daha iki sərnişinin də olduğu müəyyən olunmuşdur. Eləcə də adını sonradan bildikləri, avtomobilin arxa oturacağından düşən Zulal adlı şəxsin cibindən nə isə çıxarıb arxa oturacağın üstünə qoyduğu müəyyən olunmuşdur. Həmin şəxslərdən avtomobili idarə edən şəxsin Şahid3, yanında əyləşən sərnişinin Şahid4, avtomobilin arxa oturcağında əyləşmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin şəxsləri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparıb raportla növbətçi hissəyə təhvil vermişlər. Daha sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayev tərəfindən həmin şəxslərin hər biri şübhəli şəxs qismində tutulmuş və həmin şəxslərin üzərinə onların, eləcə də dəvət olunmuş vəkillərin iştirakı ilə şəxsi axtarış keçirilən zaman onların heç birinin üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “VAZ 2106” markalı, **-TC- *** dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərindən saxlanılarkən üzərində olan 01 ədəd «beşbarmağı» avtomobilin arxa oturacağının üzərinə qoyduğunu bildirmişdir. X4 tərəfindən “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən 01 ədəd “beşbarmaq” aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Qeyd olunanlarla bağlı müvafiq protokollar tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 04 radələrində digər polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qala- Şüvəlan yolunda avtopatrulla xidmətdə olarkən “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobili görüb, xüsusi karantin rejimi ilə əlaqədar avtomobildə olan şəxslərin icazələrinin olub-olmamasını yoxlamaq üçün, eləcə də avtomobildə olanlar özlərini şübhəli apardıqları üçün sürücüyə saxla işarəsi vermişlər və sürücü avtomobili saxlamışdır. Avtomobildə daha iki sərnişinin də olduğu müəyyən olunmuşdur. Eləcə də adını sonradan bildikləri, avtomobilin arxa oturacağından düşən Zulal adlı şəxsin cibindən nə isə çıxarıb arxa oturacağın üstünə qoyduğu müəyyən olunmuşdur. Həmin şəxslərdən avtomobili idarə edən şəxsin Şahid3, yanında əyləşən sərnişinin Şahid4, avtomobilin arxa oturcağında əyləşmiş şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin şəxsləri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparıb raportla növbətçi hissəyə təhvil vermişlər. Daha sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı Şahin Mustafayev tərəfindən həmin şəxslərin hər biri şübhəli şəxs qismində tutulmuş və həmin şəxslərin üzərinə onların, eləcə də dəvət olunmuş vəkillərin iştirakı ilə şəxsi axtarış keçirilən zaman onların heç birinin üzərindən qanunsuz heç bir əşya aşkar olunmamışdır. Sorğu sual zamanı Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “VAZ 2106” markalı, **-TC- *** dövlət qeydiyyat nişanlı avtomobildə tərəflərindən saxlanılarkən üzərində olan 01 ədəd «beşbarmağı» avtomobilin arxa oturacağının üzərinə qoyduğunu bildirmişdir. X4 tərəfindən “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən 01 ədəd “beşbarmaq” aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Qeyd olunanlarla bağlı müvafiq protokollar tərtib edilərək iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qala-Şüvəlan yolunda idarə etdiyi “VAZ 2106” markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomaşınla hərəkət edirmiş. Avtomobildə iki nəfər şəxs olmuşdur. Onlardan biri sonradan adını bildiyi Ağanur qabaq, digəri sonradan adını bildiyi Zulal isə arxa oturacaqda oturmuşdur. Bir qədər getmişdir ki, Əlahiddə X7 əməkdaşları onları xüsusi karantin rejimi ilə əlaqədar icazələrinin olubolmamasını yoxlamaq məqsədilə saxlamışlar. Orada ona məlum olmuşdur ki, arxa oturacaqda oturan Zulal adlı şəxsdə 5 barmaq olub və Zulal maşından düşərkən həmin 5 barmağı oturacağın üstünə qoyub ki, polis əməkdaşları görməsin. Lakin polislər onu gördükləri üçün onları Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmişlər. 1-ci Polis Şöbəsində xidməti otaqlardan birində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində qanunsuz olaraq silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, eləcədə narkotik maddələrin olması barədə soruşmuşlar. Üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmişdir. Lakin o üzərində heç bir qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Onu da qeyd etmişdir ki, onun, Zulalın, Ağanurun və polis əməkdaşlarınin iştirakı ilə təhqiqatçı “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirtmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının üzərinə Zulalın qoyduğu özünə məxsus 01 ədəd “beşbarmaq” aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək protokol və zərf tərəflərindən imzalanmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qala- Şüvəlan yolunda “VAZ 2106” markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomaşınla Qala istiqamətində gedirmiş. O sürücü Əhmədin yanında, arxada isə tanımadığı sonradan adını bildiyi Zulal adlı şəxs oturmuşdur. Bir qədər getmişdir ki, Əlahiddə X7 əməkdaşları onları xüsusi karantin rejimi ilə əlaqədar icazələrinin olub-olmamasını yoxlamaq məqsədilə saxlamışlar. Orada ona məlum olmuşdur ki, arxa oturacaqda oturan Zulal adlı şəxsdə 5 barmaq olub və Zulal maşından düşərkən həmin 5 barmağı oturacağın üstünə qoyub ki, polis əməkdaşları görməsin. Lakin polislər onu gördükləri üçün onları Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmişlər. 1-ci Polis Şöbəsində xidməti otaqlardan birində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilib, üzərində qanunsuz olaraq silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, eləcədə narkotik maddələrin olması barədə soruşmuşlar. Üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmişdir. Lakin o üzərində heç bir qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Onu da qeyd etmişdir ki, onun, Zulalın, Ağanurun və polis əməkdaşlarınin iştirakı ilə təhqiqatçı “VAZ 2106” markalı, **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirtmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının üzərinə Zulalın qoyduğu özünə məxsus 01 ədəd “beşbarmaq” aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilərək protokol və zərf tərəflərindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ballistik ekspertizasının xx xxxxxx 2021-ci il tarixli, 3/58 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet, kustar üsulu ilə hazırlanmış, bir tərəfi deşici, digər tərəfi kəsici və vurucu-əzici xassəyə malik kombinə edilmiş kastet-bıçağdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli bilinərək ona 01 il 05 ay 24 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkilməmiş cəzasından 06 ay 09 gün müddət vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdrmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istina edilməklə xəncər, beybut, ov bıçağı, qılınc,süngü bıçaqları və s.) sair kəsicideşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enercisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyintına malik olan nizə, döyüş baltası, və s. eləcə də zərbə-dağıdıcı təsirli əşyalar-beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir.” Azərbaycan Respublikası Xidməti və mülki silah haqqında Qanunun 2.6-cı maddəsinə əsasən “Soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Lakin, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməmişdən əvvəl 4 dəfə məhkumluğu olmuş, sonuncu məhkumluğu isə Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə olmuşdur. Həmin hökmə əsasən o. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsirli bilinərək ona 01 il 05 ay 24 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə çəkilməmiş cəzasından 06 ay 09 gün müddət vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir. Lakin Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinin tələblərinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Hazırki iş üzrə təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir və bu səbədən onun əməlində cəzasını ağırlaşdıran hal olan cinayətin residivi yaranmır. Göründüyü kimi təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə vaxtından əvvəl şərti azad edilmişdir yəni cəzasını çəkib qurtarmışdır. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində qeyd edildiyi kimi az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Bu səbəbdən məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran hal olan cinayətin residivi yaranmamasına baxmayaraq onun ödənilməmiş məhkumluğu vardır. Beləliklə təqsirləndirilən şəxsin dəfələrlə məhkum olmasını, habelə ödənilməmiş məhkumluğunun olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında ictimai iş, islah işi, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olmaq üçün təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd kastet-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 01 ədəd kastet-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-174/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-174/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver