Məhkəmə qərarları › İş №1(003)-175/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-175/2020

04.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-175/2020 04.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət X1 Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2020-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxxxx 1969-cu ildə Lerik rayonu Şingədulan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lerik rayonu Şingədulan kəndində qeydiyyatda olan və Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhər Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda qonşusu Zərərçəkmiş şəxs sifət nahiyəsinə başı ilə zərbə vuraraq döymüş, nəticədə Zərərçəkmiş şəxs hər iki gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasının qansızması, burun sümüyünün xətti sınığı xəsarətləri yetirməklə, ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayır və evlərinin arasında təqribən 200 metr məsafə vardır. Zərərçəkmiş şəxs əvvəllər tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. Mədət adlı qonşusunun oğlundan 50 manata 1 ədəd su çəni alaraq xx.xx.2020-ci il tarixdə həmin çəni öz yaşadığı evin həyətinə aparmışdır. xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində isə həmin çəni yaşadığı evin qarşısında qaynaq aparatı ilə kəsən zaman İdrak gələrək ona yaxınlaşmış və çənin ona məxsus olmasını iddia etmişdir. Həmin şəxsə cavab olaraq su çənini 50 manata almasını desə də, İdrak onunla mübahsiə etməyə başlamış, yaxasından tutaraq iki dəfə onu əli ilə vurmuş, nalayiq ifadə işlətmişdir. Bu səbəbdən də İdrakın onu buraxmayacağını düşünmüş və başı ilə onun sifət nahiyəsindən bir dəfə zərbə vurmuşdur. Bundan sonra İdrak onun yaxasından buraxaraq çıxıb getmişdir. Həmin vaxt heç bir xəsarət almamışdır. Aralarında yaranmış münaqişə zamanı hər hansı bir kənar şəxs olmamış, hadisəni kimsə görməmiş və baş vermiş münaqişə 1-2 dəqiqə davam etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşuluqda yaşayır, evlərinin arasında təxminən 200 metr məsafə vardır. Yaşadığı evin yaxınlığında boş həyətyanı sahə var, həmin sahə Mədət adlı şəxsə məxsusdur, lakin orada yaşayış yoxdur və həmin şəxs oraya gəlib-getmir. Qeyd olunan həyətyanı sahədə Mədət adlı şəxsə məxsus su çəni vardır və sonuncu ona bildirmişdir ki, su çənini ona verir, istəsə istifadə edə bilər və ya sata bilər. Lakin sonradan Mədət adlı şəxs həmin su çənini Təqsirləndirilən şəxs 50 manata satmış, ancaq bundan onun xəbəri olmamışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 11:00 radələrində görmüşdür ki, Təqsirləndirilən şəxs sözügedən su çənini öz yaşadığı evin həyətinə aparmışdır. Buna görə də Təqsirləndirilən şəxs yaxınlaşmış, su çəninin Mədət tərəfindən ona həvalə olunmasını demişdir, Təqsirləndirilən şəxs ona cavab olaraq bildirmişdir ki, su çənini Mədət ona 50 manata satmışdır. Bu söhbət əsnasında aralarında mübahisə yaranmış, mübahisə vaxtı Təqsirləndirilən şəxs onunla əlbəyaxa olmuş və başı ilə 1 dəfə onun sifət nahiyəsindən zərbə vurmuşdur. Həmin vaxt özü də Təqsirləndirilən şəxs vurmaq istəmiş, lakin əli ona dəyməmişdir. Bundan sonra xəstəxanaya müraciət etmiş və polis əməkdaşı onu dəvət etdikdən sonra polis şöbəsinə gedərək ərizə yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında başı ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, həmin vaxt orada özlərindən başqa hər hansı bir kənar şəxs olmamışdır. Aralarında yaranmış münaqişə isə vaxtla təxminən 1-2 dəqiqə davam etmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 273 saylı rəyinə əsasən vətəndaş Təqsirləndirilən şəxs bədəni üzərində hər iki gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasının qansızması, burun sümüyünün xətti sınığı aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun 29 saylı Birləşmiş şəhər xəstəxanasına müraciətindən əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə və şəraitdə törənmələri istisna olunmur və sağlamılığın qısa müddətə polzulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa “YÜNGÜL” dərəcəli zərərvurmaya aiddir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Tofiq tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxxxxxxxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar