Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-175/2021 07.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Gəncə şəhəri Z.Məmmədov küçəsi ev 95-də qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Maqomayev küçəsi nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-3/2021 saylı xx xxxxxx 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlamışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22 radələrində saxlanc yeri olan “Binə-Məktəb və Bağça” layihəsi ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Binə Atçılıq massivi 3-740 ünvanında yeni inşa edilmiş məktəbin həyətindəki muhafizə köşkünə qapını açma yolu ilə qanunsuz daxil olaraq otaqdan “xxxx” MMC-yə məxsus 01 ədədi 93 manat ümumi dəyəri 744 manat olan 08 ədəd DS-2CE16 DOT-İT32,8/3,6MM markalı müşahidə kamerasını, 01 ədədi 9,40 manat ümumi dəyəri 75,20 manat olan 08 ədəd kamera üçün germetik BOX, 01 ədədi 1 manat ümumi dəyəri 16 manat olan BNC birləşdirici, 01 ədədi 14.10 manat ümumi dəyəri 112,80 manat olan 08 ədəd 12V 2A adaptoru və 01 ədəd 210 manat dəyərində Aser k2 K222HQL 22-ich monitoru gizli olaraq talayıb “xxxx” MMC-yə ümumilikdə 1428,00 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, ittiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,262 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini Sabunçu rayonu Maştağa qəsəbəsindən əldə edib Buzovna qəsəbəsinə daşıyaraq üstündə saxlamış, xx xxxxxx 2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi M.Maqomayev küçəsində olan zaman Xəzər RPİ 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə dəvət olunmuş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş yuxarıda qeyd olunan çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 4-5 ay olar ki, narkotik vasitə istifadə edirmiş. Maddi vəziyyəti ilə əlaqədar, eləcə də narkotik vasitə almaq üçün pul əldə etmək niyyəti ilə oğurluq etmək qərarına gəlmiş və xx xxxxxx 2020-ci il tarixdə Binə qəsəbəsi Atçılıq massivi ərazisinə gedib sahibsiz, əlverişli ev axtarmağa başlamışdır. Təxminən saat 22 radələrində həmin ərazidə yerləşən yeni tikilmiş məktəbin həyətində olan mühafizə otağı onun diqqətini çəkmişdir. Bir qədər oraya diqqət edib kimsələrin olmamasından və onu kimsənin görməməsindən tam əmin olaraq həmin otağa yaxınlaşmışdır. Orada yan-yana iki qapı olmuşdur. O, soldakı qapını açıb içəri girmişdir. Qapı tam açıq vəziyyətdə olmuş, yəni qıfıl olmamışdır. Orada stulun üstündə olan 8 ədəd müşahidə kamerasını, adaptorları, adını bilmədiyi kameraya aid elektirik əşyalarını və 01 ədəd monitoru özü ilə götürüb oradan uzaqlaşmışdır. Həmin əşyaları aparıb yarımtkilidə gizlətmişdir. Səhər açıldıqdan sonra həmin gizlətdiyi 08 ədəd müşahidə kamerasını, 8 ədəd adoptoru, kameraya aid digər əşyaları və 01 ədəd monitoru sellofan paketə qoyaraq aparıb Sabunçu ruz bazarında ümumilikdə 200 manata satmış, əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx xxxxxx 2021-ci il tarixdə saat 14 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsi bazarın yaxınlığında adını və hər hansı anket məlumatlarını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən özü istifadə etmək üçün 10 manata bir büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroin almışdır. Həmin bükülünü əynində olan göy rəngli cins şalvarının cibində gizlədib saxlamış və yaşadığı qəsəbəyə gəlmişdir. Həmin gün, yəni xx xxxxxx 2021-ci il tarixdə təxminən saat 16:00 radələrində yaşadığı Buzovna qəsəbəsi Maqomayev küçəsində piyada hərəkətdə olarkən 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Xəzər RPİ 2-ci Polis Şöbəsinin polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onu 2-ci PŞ-nə dəvət etmiş, o da onlarla birlikdə 2-ci PŞ-nin inzibati binasına gəlmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün PŞ-nə gətirilmişdir. PŞ-də təhqiqatçı Arzuman İsmayılov tərəfindən hüquqlarımın müdafiə olunması üçün ona dövlət hesabına 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi təqdim edilmişdir. Bundan sonra o, təhqiqatçı Arzuman İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 2-ci PŞ-nin inzibati binasında xidməti otaqda polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə təhqiqatçı Arzuman İsmayılov üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğu siqaretin gümüşü rəngli kağızına bükülmüş 01 ədəd bükümü cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı o, hər şeyi olduğu kimi danışmışdır. Təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Törətdiyi əməllərdən səmimi peşman olmuş, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir, hazırda zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilən Nümayəndə göstərdi ki, o, “xxxx” MMC-də Mühafizə rəisi vəzifəsində işləyir. Onun işlədiyi tikinti şirkəti “xxxx” Binə Atçılıq yaşayış massivində sahə 3-740 ünvanında “Binə Məktəb və Bağça” tikintisi ilə məşğul olur. O, bazar günündən başqa hər gün işdə olur və mühafizəçilərə nəzarət edir. xx xxxxxx 2020-ci il tarixdə şirkət tərəfindən ərazinin mühafizəsinin güncləndirilməsi məqsədi ilə 8 ədəd müşahidə kamerasi, 08 ədəd adaptor, bəzi elektirk əşyaları və bir ədəd monitor gətirilmişdir. Həmin kameraları, adaptorları, digər əşyaları və monitoru mühafizəçi otağına qoymuşlar ki, mütəxəssis gəlib quraşdırsın. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində o, həmin obyektdən çıxıb evə getmişdir. Axşam saat 22 radələrində mühafizəçi Şahid3 onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, mühafizə olunan ərazidəki mühafizəçi otağında həmin kameralar və monitor yerində yoxdur, oğurlanıb. O, dərhal bu barədə şirkət rəhbərliyinə məlumat verdikdən sonra DİN “102” xidmətinə məlumat vermişdir. Oğurlanmış 8 ədəd müşahidə kamerası, 08 ədəd adaptor, bəzi elektirk əşyaları və bir ədəd monitor şirkət tərəfindən alınmışdır və oğurluq nəticəsində “xxxx” MMC-yə ümumilikdə 1428,00 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda həmin maddi ziyan tamamilə ödənilmişdir, buna görə də təqsirləndirilən şəxsə qarşı şikayətləri və ya tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olub ünvan 3z evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx xxxxxx 2021-ci il tarixdə saat 15:20 radələrində PŞ-də əməliyyat qrupu yaradılaraq Buzovna qəsəbəsi Maqomayev küçəsinə yollanmış, müşahidələr apardıqdan sonra Təqsirləndirilən şəxs yeri müəyyən olunmuş və məlum olmuşdur ki, o, yaşadığı ünvanın yaxınlığında küçə ilə piyada hərəkətdədir. Onlar Təqsirləndirilən şəxs olduğu yerə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə 2-ci PŞ-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən onlarla birlikdə PŞ-nə gəlmişdir. PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla 2-ci PŞ-nin rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Xəzər RPİ 2-ci PŞ-nin təhqiqatçısı Arzuman İsmayılova həvalə edilmiş və Təqsirləndirilən şəxs təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuşdur. Daha sonra təhqiqatçı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və onların iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa, könüllü təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 büküm təqdim etmişdir. Gümüşü kağıza bükülmüş bükülünü açıb içərisinə baxan zaman içərisində spesefik iyə malik olan narkotik maddə hesab edilən heroinə bənzər maddə olduğunu gördükdə Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etdiyini soruşmuşlar. Təqsirləndirilən şəxs həmin bükülünün narkotik vasitə heroin olduğunu və onu öz istifadəsi üçün həmin gün saat 14 radələrində Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni almaq üçün pulu haradan əldə etməsi barədə sual verildikdə, o, xx xxxxxx 2020-ci il tarixdə Binə qəsəbəsi Atçılıq yaşayış massivində yeni tikilmiş məktəbin həyətyani sahəsindəki muhafizə otağından kameralar, adaptorlar, bəzi əşyalar və monitor oğurladığını, eləcə də həmin əşyaları Sabunçu rus bazarında 200 manata satdığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ 2-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 2020-ci ilin oktyabr 17-dən 2020-ci ilin noyabr ayının 26 qədər "xxxx" MMC-də mühafizəçi işləmişdir. Həmin şirkət Binə Atçılıq yaşayış massivində sahə 3-740 ünvanında "Binə Məktəb və Bağça" tikintisi ilə məşğul olmuşdur. Onun iş rejimi bir gün, yəni 24 saat iş, 48 saat istirahət olmuşdur. Heseyn Paşayev isə bizim mühafizənin rəisi olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə şirkət tərəfindən ərazinin mühafizəsinin gücləndirilməsi məqsədi ilə 8 ədəd müşahidə kamerasi, 8 ədəd adaptor, bəzi elektirk əşyaları və bir ədəd monitor gətirilmişdir. Həmin kameraları, adatorları, əşyaları və monitoru mühafizəçi otağına qoymuşlar ki, mütəxəsis gəlib quraşdırsın. xx xxxxxx 2020-ci il tarixdə o, növbədə olduğu zaman, saat 18 radələrində Hüseyn müəllimin göstərişi ilə digər posta getmişdir ki, işçilər işdən çıxanda çantalarını yoxlasın. Bundan sonra o, ərazini gəzib ətrafa nəzər salmış, geri postuna qayıtdıqda mühafizə köşkündə olan 8 ədəd müşahidə kamerasinın, 8 ədəd onun adoptorun, bəzi elektirk əşyalarının və bir ədəd monitorun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Bundan sonra hadisə barədə rəisi Hüseynə məlumat vermiş, Hüseyn də öz növbəsində rəhbərliyə, polisə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. İş materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2021ci il tarixli 6/51 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №193” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,262 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,262 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,212 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 109,90 (bir yüz doqquz, doxsan) manatdır. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2021ci il tarixli, 98 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən süi-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkaloji dsipanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 0,262 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan 0,212 qram narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk maddi sübüt kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş xx xxxxx 2021-ci il tarixli ərizədən görünür ki, onlara dəymiş maddi ziyan tamamilə ödənilmişdir, buna görə də təqsirləndirilən şəxsə qarşı şikayətləri və ya tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Bütün bunların nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli 1(003)-27/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı xx xxxx 2018-ci il tarixdən xx xxxx 2018-ci il tarixədək həbsdə olduğu 02 (iki) ona təyin olunmuş cəzadan çıxılaraq o, qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddətdə ona narkomaniyadan məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 1(003)-552/2020 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 17 (on yeddi) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Xalq Məhkəməsinin xx xxxxx 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 1995-ci il tarixdə Gəncə şəhəri Nizami Rayon Xalq Məhkəməsinin qərarı ilə CM-nin 50-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 01 (bir) il 02 (iki) ay 10 (on) gün şərti azad edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 93.1.4-cü maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2005-ci il tarixdə Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə çəkilməmiş cəza müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx xxxx 2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktları məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, hadisə yerinə baxış keçirilməsi barədə protokollarla, ifadənin yerində yoxlanılması haqqında protokollarla, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf edərək peşman olmasını, dəymiş ziyanı tamamilə ödəyərək zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini və zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin hər biri ilə ayrı-ayrılıqda həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,212 qram narkotik vasitə - kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 109,90 (bir yüz doqquz, doxsan) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 35 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə - 0,212 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə xərcləri – 109,90 (bir yüz doqquz, doxsan) manat məbləğində ekspertiza xərci alınaraq Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-175/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-175/2021
07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver