Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-175/2023 04.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi – fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 87-də qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi “Bolluq” YYM nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) N3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə saat 07:30-da texniki cəhətdən saz vəziyyətdə olan idarə etdiyi özünə məxsus “Hyundai Elantra” markalı **-TK- *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala- Türkan-Pirallahı dairəsində dairədən çıxıb Türkan qəsəbəsi istiqamətində 30 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hərəkəti istiqamətində yolayrıcı istiqamətində quraşdırılmış 2.4 “Yol verin” üstünlük nişanının tələblərinə riayət edərək yolayrıcına daxil olmalı və üstünlük yol nişanı sürücüsünün kəsişən yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməli və bundan sonra hərəkət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyatsızlıqdan idarə etdiyi “Hyundai Elantra” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısı ilə Mərdəkan şosesi ilə Pirallahı istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Toyota Prius” markalı avtomobil yol kənarında olan hasara dəymiş və nəticədə Zərərçəkmiş şəxs baş beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, alın nahiyəsinin, sağ üst göz qapağının, üst dodağın sağ yarısının, sol dirsəyin, hər iki əlin, sol saidin əzilmiş yaraları, üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığı, sağ gözətrafı nahiyənin, burunun sıyrıqları, ikitərəfli reaktiv plevrit, sol İİİ, İV, V, Vİ qabırğaların qapalı, yerdəyişən sınıqları ilə nəticələnən və sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, həmçinin Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10950 manat maddi ziyan vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin N3.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, 25 iyun 2022-ci il tarixdə səhər saat 7-də o, özünə məxsus idarə etdiyi texniki vəziyyətdən tam saz vəziyyətdə olan "Hyundai Elantra" markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla həyat yoldaşı Şahid ilə birlikdə saatda 30 km/saat sürətlə Pirallahı rayonu istiqamətindən üzü Qala 4 yoluna hərəkət edib dairəyə daxil olmuş və dairədən çıxaraq Türkan qəsəbəsi istiqamətinə hərəkət etmək istəyən zaman artıq yola daxil olmuş, dairədən çıxıb baş yola daxil olmuş və üzü Türkan qəsəbəsi istiqamətinə hərəkət etmək istəyən vaxt ikinci zolağa daxil olub yolu keçən zaman Mərdəkan şosesi istiqamətindən yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomaşın onun avtomaşınının sağ qabaq qapısına çırpılmışdır. Həmin vaxt artıq onun idarə etdiyi avtomaşının sürəti saatda 60 km/saat olmuşdur. Zərbənin gücündən onun avtomaşını bir neçə metr üzü Pirallahı rayonu istiqamətinə hərəkət edərək dayanmış, “Toyota Prius” markalı avtomaşın isə qarşıda olan hasara dəyib dayanmışdır. Hadisə nəticəsində o, həyat yoldaşı Elşən və qarşı avtomaşının sürücüsü xəsarət almışdır. Həmin vaxt ona kənardan köməklik göstərilmişdir və o, özündə olmadığı üçün kiməsə köməklik göstərmək iqtidarında olmamışdır. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməldən bərk sarsılaraq səmimi peşman olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar dəymiş zərərin aradan qaldırılması və barışıq əldə edilməsi məqsədi ilə dəfələrlə real addımlar atmış, müəyyən məbləğdə pul təklif etmiş, lakin zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmadığı üçün aralarında barışıq əldə edilməmişdir. Mülki iddianı qismən etiraf edir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 25 iyun 2022-ci il tarixdə saat 07:30-da o, ona məxsus “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xəzər rayonu Mərdəkan şosesindən üzü Pirallahı rayonu istiqamətində hərəkətdə olan zaman ondan qabaqda sol tərəfdə mikroavtobus dairədən dönmə əməliyyatı edirmiş. O, Qala qəsəbəsi ərazisində 4 yol deyilən dairəyə çatanda sürəti azaldaraq 70-80 km/saat sürətlə yoluna davam etmiş, bu zaman qəflətən dairədən “Hyundai Elantra” markalı avtomobil onun yoluna çıxmış və ona yol vermədən Türkan qəsəbəsi istiqamətinə getdiyindən onun avtomobilinin qabaq hissəsi ilə hamin avtomobilin sağ hissəsi toqquşmuşdur. Zərbənin təsirindən o, idarəetməni itirmiş və bir qədər qarşıya gedərək hasara çırpılmışdır. Həmin hadisə vaxtı o, ağır xəsarət almış və arxasınca gələn iş yoldaşları ona dərhal yardım edərək xidmət etdiyi hərbi hissəyə məlumat vermişlər. Hərbi hissənin həkimləri gəlmiş, hərbi hissənin maşını ilə əvvəlcə N saylı xəstəxanaya, daha sonra isə hərbi qospitala aparılmışdır. Sağlamlığını itirmişdir, əmək qabiliyyəti hələ də tam bərpa olunmamışdır. Həmçinin onun avtomobilinə hadisə nəticəsində 10950 manat maddi ziyan dəymişdir və avtomobili təmir olunmamışdır. İlkin olaraq “Hyundai Elantra” markalı avtomobilin sürücüsü, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyəcəyini bildirdiyindən, o, onun barəsində şikayətinin olmadığı barəsində ərizə vermişdir. Lakin, hadisədən sonra Təqsirləndirilən şəxs adından Elxan adlı şəxs onun yanına gələrək ona 1000 manat təklif etmiş, əks təqdirdə məsələni başqa cür həll edəcəklərini bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona heç bir maddi və mənəvi köməklik göstərmədiyi üçün aralarında barışıq əldə olunmamışdır, bu səbəbdən təkrar olaraq ondan şikayətçi olub ərizə ilə müraciət etmişdir. Onu da qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmamışdır, 18 fevral 2023-cü il tarixdə hadisə ilə bağlı onun DİN-dəki elektron kabinetinə SMS vasitəsilə inzibati tənbeh qərarı göndərilmiş, lakin cəriməni ödəməmişdir. Ona dəymiş maddi və mənəvi ziyan ödənilmədiyi üçün o, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət edərək cavabdehdən yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu 10950 manat maddi ziyanın, üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığının bərpasına görə 3850 manat maddi ziyanın, xəstəlikdən sonrakı dövrdə taksi xidmətlərdən istifadə nəticəsində 500 manat maddi ziyanın və 5000 manat mənəvi ziyanın, cəmi 20300 manat pulun tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir və hazırda mülki iddiasını müdafiə edir. Bunların nəzərə alınaraq mülki iddianın təmin edilməsini, dəymiş maddi və mənəvi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid oğlu göstərdi ki, "Hyundai Elentra" markalı 10-TK- 624 dövlət qeydiyyat nişanlı avtomaşın həyat yoldaşı Təqsirləndirilən şəxs məxsusdur. 25 iyun 2022-ci il tarixdə saat 07:30-da o, Dənizin idarə etdiyi avtomaşınla Pirallahı rayonu istiqamətindən üzü Qala istiqamətində hərəkətdə olmuşdur. Onlar Qala qəsəbəsində yerləşən 4 yol deyilən dairəyə daxil olmuş və Türkan qəsəbəsi istiqamətinə hərəkət etmək istəyən zaman Dəniz dairədən çıxıb baş yolun ikinci zolağa daxil olub yolu keçən zaman Mərdəkan şosesi istiqamətindən yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomaşın onların avtomaşının sağ qabaq qapısına çırpılmışdır. Zərbənin gücündən onların avtomaşını bir neçə metr üzü Pirallahı rayonu istiqamətinə hərəkət edərək dayanmışdır. “Toyota Prius” markalı avtomaşın isə qarşıda olan hasara dəyib dayanmışdır. Hadisə nəticəsində o, həyat yoldaşı və qarşı avtomaşının sürücüsü – sonradan adını bildiyi Zərərçəkmiş şəxs xəsarət almışlar. Hadisədən sonra avtomobildən düşərək digər yaralı şəxsə yaxınlaşmışlar. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 21 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ tərəfindən 21 aprel 2031-ci il tarixə kimi etibarlı hesab edilən “B” kateqoriyalı AA 405499 nömrəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 25 iyun 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 4 yolda baş vermişdir. İş materiallarında olan 25 iyun 2022-ci il tarixli 2507 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan 03 oktyabr 2022-ci il tarixli videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, videonun 17-ci saniyəsində “Hyundai Elantra” markalı avtomobilin 4 yol dairəsindən Türkan qəsəbəsi istiqamətinə hərəkət edərkən “Toyota Prius” markalı avtomobil ilə toqquşması və zərbənin təsirindən “Toyota Prius” markalı vtomobilin hasara dəyərək dayandığı müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Xəzər rayon şöbəsinin 16 avqust 2022-ci il tarixli 858 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alın nahiyəsinin, sağ üst göz qapağının, üst dodağın sağ yarısının, sol dirsəyin, hər iki əlin, sol saidin əzilmiş yaraları, üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığı, sağ gözətrafı nahiyənin, burunun sıyrıqları, ikitərəfli reaktiv plevrit, sol 3-cü, 4-cü, 5-ci, 6-cı, sağ 4-cü, 6-cı, qabırğaların qapalı, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 25 iyun 2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 avqust 2022-ci il tarixli 8/1874 saylı rəyindən görünür ki, 1.2. “Hyundai Elentra” markalı, 10TK 624 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanın) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,00 (yüz iyirmi səkkiz) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan Kompleks video görüntü və təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 noyabr 2022-ci il tarixli 8/2704-41437 saylı rəyindən görünür ki, 1. 2. Tədqiqata təqdim edilmiş videoyazı təkraryazma olduğundan (ilkin videoyazıda qeydə alınmış videotəsvirin ekrandan təkrar yazılması yolu ilə əldə olunduğundan) və kadrlardan ilkin videoyazıya məxsus taym kod zaman göstəricisi qeydə alınmadığından ekpert qarşısında qoyulmuş 1-ci və 2-ci suallar üzrə tədqiqat aparmaq və rəy vermək mümkün olmadı. 3. 4. 5. 6. Videogörüntü ekspertizası yolu ilə “Toyota Prius” markalı və “Hyundai Elantra” markalı avtomobillərin hərəkət sürətlərini müəyyən etmək mümkün olmadığından mövcud vəziyyətdə məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası yolu ilə əlavə tədqiqat aparılaraq “Hyundai Elantra” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını alınması ilə əlaqədar olan hərəkətlərini tədqiq etmək mümkün deyildir. 7. xx.xx.2022-ci il tarixli 8/1874 №-li rəy təhqiqat tərəfindən təqdim olunmuş məlumatlar əsasında mövcud metodikaya uyğun verilərək aşağıdakı nəticəyə gəlmişdir. “Hyundai Elantra” markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avyomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 "Yol verin" üstünlük yol nişanın) tələblərinə uyğunsuzlq olmuş və onun həmin madənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150,00 (yüz əlli) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 iyun 2023-cü il tarixli 9/3554 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 19 saylı Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10350,00 (on min üç yüz əlli) manat müəyyən edilir (dəyişdirilməli hissələrin qiyməti – 6850,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3500,00 manat) manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılan əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 sentyabr 2023-cü il tarixli 9/6552 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 19 saylı Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, **- SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci (amortizasiya xərcləri nəzərə alınmaqla) hadisə baş verən tarixə təxminən 10350,00 (on min üç yüz əlli) manat müəyyən edilir (dəyişdirilməli hissələrin qiyməti – 6850,00 manat, təmir-bərpa işlərinin qiyməti – 3500,00 manat) manat müəyyən edilməklə həmin iş üzrə verilmiş 12 iyun 2023cü il tarixli 9/3554 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi təsdiq edilir. nəzəri hesablama yolu ilə, iş materiallarında olan 19 saylı Avtoservis tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Toyota Prius” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7972,00 (yeddi min doqquz yüz yetmiş iki) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 29 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi cinayətini törətməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin N3.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıq üzündən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin N3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 378,00 (üç yüz yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia ilə müraciət edərək cavabdehdən yolnəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu 10950,00 (on min doqquz yüz əlli) manat maddi ziyanın, üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığının bərpasına görə 3850,00 (üç min səkkiz yüz əlli) manat maddi ziyanın, xəstəlikdən sonrakı dövrdə taksi xidmətlərdən istifadə nəticəsində 500,00 (beş yüz) manat maddi ziyanın və 5000,00 (beş min) manat mənəvi ziyanın, cəmi 20300,00 (iyirmi min üç yüz) manat pulun tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı qismən etiraf etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs iddia tələbini tam əsaslandıra bilmədi. Belə ki, iş üzrə keçirilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə “Toyota Prius” markalı **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləği 7972,00 (yeddi min doqquz yüz yetmiş iki) manat müəyyən edilmişdir. Bundan başqa, zərərçəkmiş şəxs və mülki iddiaçı xəstəlikdən sonrakı dövrdə taksi xidmətlərdən istifadə nəticəsində 500,00 (beş yüz) manat maddi ziyan çəkməsini müvafiq sənədlərlə sübut edə bildi. İş materiallarına üst çənənin ön kəsici dişlərin hissəvi postravmatik sınığının bərpasına görə 3850,00 (üç min səkkiz yüz əlli) manat maddi ziyan tələbi ilə bağlı əlavə edilmiş qaimə-fakturanın kserosurətində möhür və ya ştamp yoxdur, imza yoxdur, ödəniş qəbzi yoxdur, zərərçəkmiş şəxs və mülki iddiaçı isə məhkəmə iclasında həqiqətən həmin məbləğdə ziyan çəkməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş üzrə verilmiş mülki iddianın dəlillərini müzakirə edərək, tərəflərin məhkəmə iclasında vermiş olduğu izahatları və sənədləri araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi ziyan hissəsində qismən təmin edilməlidir. İddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları... onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Hazırkı iş üzrə mülki cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulmasının sübut edildiyini və vurulmuş maddi zərərin həcmini, həmçinin mülki iddiaçının az ağır xəsarət aldığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı mənəvi sarsıntı və iztirab keçirmiş və buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Bu Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, “mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)”, “delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır”. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin yuxarıda göstərilən müəyyən edilmiş hallarını və qanunun qeyd edilən normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi ilə bağlı iddia tələbi də qismən təmin edilməli, dəymiş mənəvi zərərin əvəzi kimi 1000,00 (bir min) manat ağlabatan məbləğ kimi müəyyənləşdirilərək təqsirləndiriilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 7972,00 (yeddi min doqquz yüz yetmiş iki) manat, taksi xidmətlərdən istifadəyə görə 500,00 (beş yüz) manat və mənəvi ziyana görə 1000,00 (bir min) manat, cəmi 9472,00 (doqquz min dörd yüz yetmiş iki) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, mülki iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin N3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili X1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 10 iş saatına görə 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin N3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 378,00 (üç yüz yetmiş səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs maddi ziyana görə 7972,00 (yeddi min doqquz yüz yetmiş iki) manat, taksi xidmətlərdən istifadəyə görə 500,00 (beş yüz) manat və mənəvi ziyana görə 1000,00 (bir min) manat, cəmi 9472,00 (doqquz min dörd yüz yetmiş iki) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X1 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-175/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-175/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver