Məhkəmə qərarları › İş №1(003)-178/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-178/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-178/2021 17.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1974-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 70 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 45 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs yeni növ koronavirus (“COVİD-19”) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olması və bu barədə xx xxxxxx 2020-ci il tarixdən rəsmi məlumatı olduğu üçün yaşadığı evdə özünü təcrid rejimində qalmalı olduğu halda, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (“COVİD-19”) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiya yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” xx xxxxxx 2020-ci il tarixli qərarın tələblərini pozaraq və bu tələblərə riayət etməyərək, o cümlədən təcrid olunma qaydalarını pozaraq yaşayış yerini tərk etməklə xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində Türkan qəsəbəsinə gələrək karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən oğlu Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə tez-tez öskürdüyü üçün koronavirus xəstəliyinə yoluxub-yoluxmadığını öyrənməkdən ötrü Əhmədli qəsəbəsində yerləşən “Diaqnoz” tibb mərkəzinə gedərək orada yaxma analizi vermişdir. Həmin gün ona “Diaqnoz” tibb mərkəzindən istifadəsində olan ***-***-**-** nömrəsinə SMS vasitəsilə analizinin cavabının pozitiv olduğu barədə məlumat gəlmiş və yaşadığı ünvanı tərk etməməli olduğu ona bildirilmişdir. Bundan başqa, xx xxxxxx 2020-ci ildə səhər saatlarında özünü sahə həkimi Ülviyyə kimi təqdim edən şəxs ona zəng edərək xx xxxxxx 2020-ci il tarixdə verdiyi analizin nəticəsinin pozitiv olduğunu, ona görə də özünü təcrid etməli olduğunu, özünü təcrid müddəti bitənədək yaşayış ünvanını tərk etməməli olduğunu, dərman və ya digər tibbi kömək lazım olduqda onlarla əlaqə saxlamağını bildirmişdir. Yoluxduğu bu infeksiyanın pandemiyaya çevrildiyindən, insanların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaratdığından məlumatlı olmuşdur, belə ki, bununla bağlı müntəzəm olaraq kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, televiziyada qəzetlərdə təbliğat aparılır. Əlavə olaraq, bununla bağlı ona SMS vasitəsilə “Diaqnoz” tibb mərkəzi, “its.gov.az” saytı tərəfindən məlumat verilmiş, həmçinin, sahə həkimi zəng edərək telefon vasitəsilə məlumatlandırmışdır, o da yaşayış ünvanını tərk etməməli olduğunu bildiyi üçün ev şəraitində müalicə almağa başlamışdır. xx xxxxxx 2020-ci il tarixdə Zirə qəsəbəsində dostu ilə görüşüb ondan borc pul almaq məqsədilə yaşadığı Bakı şəhəri Xətai rayonu Sarayevo küçəsi ev 17 mənzil 45 ünvanını tərk edərək öz avtomobili ilə Zirə istiqamətində yola düşmüş, təxminən saat 13 radələrində Türkan qəsəbəsində Türkan-Zirə yolundan olan karantin postunda polis əməkdaşları onun karantin qaydaları ilə bağlı yaşayış yerini tərk etməyi üçün icazəsinin olub-olmadığını portal vasitəsi ilə yoxlayarkən onun “COVİD-19” infeksiyasına yoluxduğunu müəyyən etmişlər. Daha sonra biri xüsusi geyimdə olan iki polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, xüsusi geyimdə olan ona “COVİD-19” infeksiyasına yoluxduğu halda nəyə görə yaşayış ünvanını tərk etməyi ilə bağlı suallar vermişdir. O da ona cavab vermişdir ki, artıq analizi 10 gündür ki, vermişdir, özünü yaxşı hiss etdiyi üçün təcili olan işini həll etməkdən ötrü yaşayış ünvanını tərk edərək buraya gəlmişdir. Polis əməkdaşları ona daha sonra yaşayış ünvanına qayıtmalı olduğunu bildirmiş, o da razılaşaraq öz avtomobili ilə yaşayış ünvanına geri qayıtmışdır. İlk dəfə törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Göstərdiklərinin üzrlü hal kimi nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ NBM-nin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (“COVİD- 19”) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması, həmçinin həmin infeksiyaya yoluxmuş şəxslərin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin qaydalarını pozaraq həmin xəstəliyin yayılmasına və digər şəxslərin həyatı üçün real təhlükə yaratmalarına şərait yaratmasının qarşısının alınması və bu əməllərə yol verən şəxslərin aşkar edilməsi istiqamətində onlar tərəfindən müxtəlif tədbirlər keçirilir. Həmin tədbirlər çərçivəsində Xəzər rayonu Türkan qəsəbəsi Türkan-Zirə yolunda qurulmuş polis postunda “COVİD-19” virusuna yoluxduğu halda yaşayış ünavanını tərk edən şəxsin aşkar edilməsi barədə 6350 nömrəli avtopatrulun verdiyi məlumat əsasında Xəzər RPİ 2-ci PŞnin kiçik inspektoru Şahid3la birlikdə Türkan qəsəbəsinə getmişlər. Orada onlara məlum olmuşdur ki, ünvan 2 mənzil 1-də yaşayan Təqsirləndirilən şəxs “COVİD-19” infeksiyasına yoluxmasına baxmayaraq, yaşadığı ünvanı tərk edərək Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinə gəlmişdir. Şahid3 videoçəkiliş altında xüsusi geyimdə Təqsirləndirilən şəxs yaxınlaşaraq “COVİD-19” virusuna yoluxduğu təqdirdə yaşayış ünvanını tərk etməsinin səbəbi ilə bağlı suallar vermiş, Təqsirləndirilən şəxs cavabında analizi 10 gündür verdiyini, özünü yaxşı hiss etdiyi üçün evi tərk etdiyini bildirmişdir. Daha sonra həmin şəxsin yaşayış ünvanına qayıtması təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ PPXB-nin polis nəfəri X7 və Xəzər RPİ 2-ci PŞ-nin kiçik inspektoru Şahid3 da Şahid2 Zabit oğlunun ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. İş materiallarına əlavə edilmiş “X8” MMC-ninxx xxxxxx 2021-ci il tarixli 03/21 saylı məktubundan görünür ki, xx xxxxxxx 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “X8” MMC-də yaxmada “COVİD-19 (PZR)” Laborator analiz götürülmüş və analizin nəticəsi müsbətdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxx 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs saxlanılması zamanı aparılmış videoçəkilişin 01 ədəd “CD” diski hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3 ümumilikdə 30 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - Təqsirləndirilən şəxs saxlanılması zamanı aparılmış videoçəkilişin 01 ədəd “CD” diski hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB**********1700266117, VÖEN **********1) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar