Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-178/2022 13.07.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X7, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 15 yanvar 2021-ci il tarixdə gecə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağlar massivində yerləşən Zərərçəkmiş şəxs14 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra evin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqda evin 1-ci mərtəbəsindən hər birinin dəyəri 600 manat olan “Bosh” markalı və “Dera” markalı 02 ədəd elektrik künckəsən alətlər, ümumilikdə 120 manat dəyərində hər birinin dəyəri 60 manat olan 02 ədəd direllər, 01 ədəd 70 manat dəyərində və 01 ədəd 140 manat dəyərində “Panda” firmasına aid bayır və iç divar üçün emusya boyaları, 01 ədəd 80 manat dəyərində taxta kəsən aləti gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 1610 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 13 iyun 2021-ci il tarixdə gecə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Xaşaxuna bağlar massivində yerləşən Zərərçəkmiş şəxs12 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra 800 manat dəyərində kombini, evin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqda oradan 400 manat dəyərində ətçəkən maşını, 300 manat dəyərində kişi kostyumunu, 150 manat dəyərində direli, 300 manat dəyərində laqondanı, 200 manat dəyərində qazan dəstini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ümumilikdə 2150 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 25 iyun 2021-ci il tarixdə gecə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, YYM-də yerləşən Zərərçəkmiş şəxs5 məxsus evin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqla oradan 600 manat dəyərində olan hamam aksesuarları (duşlar,su krantları və sair), 470 manat dəyərində 01 ədəd qutuda işlənməmiş işıq spotları, hər birinin dəyəri 120 manat olan 02 ədəd direllər, hər birinin dəyəri 160 manat olan 03 ədəd laqondalar, 01 ədəd 150 manat dəyərində olan kafel kəsən alət, hər birinin dəyəri 200 manat olan 02 ədəd preparatorlar, 01 ədəd 600 manat dəyərində lazer-ölçü aparatı gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 2940 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 29 iyul 2021-ci il tarixdə gecə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Xaşaxuna bağlar massivində Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs8 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra 3 mərtəbəli bağ evinin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqda oradan 180 manat dəyərində hər metri 6 manat olan 30 metr uzunluqda led işıqlar, 200 manat dəyərində hər metri 5 manat olan 40 metr uzunluqda 3,5 metr diametrlik elektrik naqilləri topa şəkildə evin 1-ci mərtəbəsindəki dəhlizdən, 3-cü mərtəbədəki mansardan 150 manat dəyərində hər birinin dəyəri 5 manat olan 30 ədəd razetka(elektrik açarları), 01 ədəd 200 manat dəyərində “Bosh” markalı laqonda, 01 ədəd 170 manat dəyərində “Bosh” markalı drel, 01 ədəd 15 manat dəyərində çəkic, 01 ədəd 10 manat dəyərində əl mişarı, 01 ədəd 30 manat dəyərində santexnika açarı, 01 ədəd 20 manat dəyərində, 48 manat dəyərində 8 qutu hər qutunun dəyəri 6 manat olan şrublar, 01 ədəd qutusunda 25 manat dəyərində elektrik şiti yuvasını gizli olaraq talayıb zərər çəkmiş şəxsə 1048 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 25 sentyabr 2021-ci il tarixdə gecə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq YYM-də yerləşən Zərərçəkmiş şəxs1 məxsus evinə plastik pəncərəni açıb qanunsuz olaraq daxil olmaqla evin 1-ci mərtəbəsindəki mətbəx otağından 01 ədəd 100 manat dəyərində samovarı, 3 top, hər topunun dəyəri 150 manat olan 2.5 mmlik, 5 top, hər topunun dəyəri 250 manat olan 4 mm-lik və hər topunun dəyəri 400 manat olan 2 top, naqil 6 mm-lik diametrli (hər topda 100 metr uzunluqda) elektrik naqilləri, hər birinin dəyəri 50 manat olan 3 ədəd 30 metrlik uzadıcı naqilləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 2750 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 02 oktyabr 2021-ci il tarixdə gecə saat 05 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus bağ sahəsinə hasardan aşmaqla qanunsuz olaraq daxil olduqdan sonra bağ sahəsində olan dəmir butkanın qıfılını sındırıb açmaqla içəridən 01 ədəd 300 manat dəyərində 10 litrlik qədimi dəmir samovar, 01 ədəd 50 manat dəyərində sac, 01 ədəd 30 manat dəyərində böyük taxta tutacaqlı balta, 01 ədəd 5 manat dəyərində çəkic, 1 ədəd 60 manat dəyərində elektrik sobası, hər birinin dəyəri 40 manat olan 02 ədəd aliminium təhnələr, bayırdakı çənə qoşulmuş hamama su vuran 01 ədəd iki düyməli 300 manat dəyərində olan “Markus” markalı su mühərrikini sökərək gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 825 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir Bundan başqa, o, 10 oktyabr 2021-ci il tarixdə gecə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Xaşaxuna bağlar massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqla evin qonaq otağından hər birinin dəyəri 100 manat olan 3x4 metr və 3x2,5 metr ölçülü 02 ədəd xalçalar, 01 ədəd 60 manat dəyərində “JVC” markalı videomaqnitafon, televizorun altlığında dəftərin arasından 53 manat pul, 30 manat dəyərində televizorun antenası üçün tuner aparatı, yataq otağındakı dolabdan hər dəstinin dəyəri 30 manat olan 3 dəst yorğan-döşək üzlükləri, divanın altından 01 ədəd 200 manat dəyərində “Rosanta” markalı qaynaq aparatı, hər birinin dəyəri 150 manat olan “Bosh” markalı laqondalar, 01 ədəd 180 manat dəyərində naqilli drel və 01 ədəd 150 manat dəyərində akumlyatorlu drel, 01 ədəd 50 manat dəyərində plastik boru ütüsü, 01 ədəd 100 manat dəyərində elektrik mebel mişarı, evin mətbəxindən 01 ədəd 30 manat dəyərində “Tefal” elektrik çaydanını gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 1443 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 15 oktyabr 2021-ci il tarixdə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivindəki Zərərçəkmiş şəxs4 məxsus evin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin zirzəmisinə qanunsuz olaraq daxil olmaqla 01 ədəd 85 manat dəyərində “Bosh” markalı preparatoru, 01 ədəd 20 manat dəyərində “Marcus” markalı hidroforu, 01 ədəd 700 manat dəyərində elektrik mişarı, evin həyətinin qarşısında olan kafesinin qapısını aralayıb açmaqla içəri qanunsuz olaraq daxil olub oradan 01 ədəd 600 manat dəyərində “Lenovo” markalı notebooku gizli olaraq talayıb zərər çəkmiş şəxsə 1405 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 16 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs13 qızına məxsus evə dəmir barmaqlıqlarını söküb açıq pəncərədən qanunsuz olaraq daxil olmaqla evin yataq otağındakı paltar şkafındakı yorğan-döşək üzlüyünün arasından 1230 manat və qonaq otağındakı güzgülü şkafın üstündəki qırmızı rəngli pul kisəsindən 22 manat pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 1252 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 06 noyabr 2021-ci il tarixdə gecə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Xaşaxuna bağlar massivində yerləşən Zərərçəkmiş şəxs15 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin mətbəx otağının plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqla oradan 1 ədəd 800 manat dəyərində kombi aparatını, 2 ədəd hər birinin dəyəri 120 manat olan işıq tənzimləyiciləri, 1 ədəd 100 manat dəyərində olan Wifi modem aparatını, 100 manat dəyərində tikinti alətlərini, 1 ədəd 20 manat dəyərində “Gigaset” markalı ev telefonunu, 200 manat dəyərində usta alətlər dəstini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 1460 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 06 noyabr 2021-ci il tarixdə gecə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Xaşaxuna bağlar massivində yerləşən Zərərçəkmiş şəxs6 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin plastik pəncərəsini açıb hamamdan 01 ədəd 100 manat dəyərində “Bosh” markalı su qızdırıcı, hər birinin dəyəri 90 manat olan 03 ədəd su motorları, evin 2-ci mətrəbəsindəki yataq otağından 01 ədəd 300 manat dəyərində “Lenovo” markalı notebook, 01 ədəd 50 manat dəyərində “TP-link” markalı vifi modem aparatı, 01 ədəd 30 manat dəyərində yaşıl turist çantası, həmin mərtəbədəki kondisionerin 150 manat dəyərində platası, 01 ədəd 35 manat dəyərində drel, 01 ədəd 120 manat dəyərində su qızdırıcı, 01 ədəd 45 manat dəyərində mikser, mətbəxdən ümumilikdə 300 manat dəyərində aliminum ləyən və qazanlar, evin həyətindəki su nasoslarının hər metri 1,5 manat olan 80 metr uzunluqda elektrik naqilləri gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 1520 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 07 noyabr 2021-ci il tarixdə saat 01 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivindəki X4 məxsus evin həyətyanı sahəsinə hasardan aşıb qanunsuz olaraq daxil olmaqla oradan 220 manat dəyərində təzə su nasosunu, su çəninə qoşulu olan 01 ədəd 100 manat dəyərində hidrofor nasosunu və 100 manat dəyərində təxminən 50 metr uzunluqda elektrik naqili ilə birlikdə gizli olaraq talayıb zərər çəkmiş şəxsə 420 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 13 noyabr 2021-ci il tarixdə gecə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 evin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqla 01 ədəd 150 manat dəyərində kondisioner, 01 ədəd 400 manat dəyərində dərinlik quyu nasosu, 01 ədəd 50 manat dəyərində 30 metr uzunluqda uzadıcı naqil, 01 ədəd 70 manat dəyərində radiator, evin həyətindəki hamamdan 02 ədəd hər birinin dəyəri 70 manat olan radiatorlar, 01 ədəd 150 manat dəyərində keramika materialından əl üzyuma təhnəsi dəsti, ümumilikdə 200 manat dəyərində 05 ədəd duş kranları, qarajın qapısını sındırmaqla oradan 01 ədəd 100 manat dəyərində dəmir manqalı gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 1260 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 15 dekabr 2021-ci il tarixdə saat 04 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs10 Əlifətdin qızına məxsus evin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin pəncərəsni açıb içəri qanunsuz olaraq daxil olmaqla ağ rəngli 1 ədəd 130 manat dəyərində su qızdıcısı, evin arxa tərəfindəki su çəninin yanından 01 ədəd 80 manat dəyərində hidrofor, 01 ədəd 70 manat dəyərində su motoru daha sonra evə plastik pəncərədən qanunsuz olaraq daxil olub mətbəxdən 01 ədəd 130 manat dəyərində “Prestige markalı, PR-G2219B modelli 4 göz qaz sobası, 01 ədəd 80 manat dəyərində elektrik samovarı, qonaq otağından və yataq otağından cəmi 60 manat dəyərində 2 ədəd pərdə-tül dəstləri, yataq otağındakı dolabdakı 10 dəst hər dəstinin dəyəri 60 manat olan döşək və yastıq üzlükləri, Türkiyə istehsalı olan cəmi 400 manat dəyərində 16 ədəd dəsmallar, 01 ədəd 150 manat dəyərində qadın şubası, təxminən 500 manat dəyərində qadına aid geyim paltarları (ətək, şalvar, köynək və sair), 01 ədəd 30 manat dəyərində olan qırmızı parça çamodanında olan hər birinin dəyəri təxminən 5 manat olan 3 ədəd mobil telefon adaptorları, 01 ədəd 80 manat dəyərində olan videomaqnitafon aparatını, 01 ədəd 30 manat dəyərində Vifi modem aparatı gizli olaraq talayıb zərər çəkmiş şəxsə 2355 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, 17 dekabr 2021-ci il tarixdə gecə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivində yerləşən Zərərçəkmiş şəxs7 məxsus iki mərtəbəli evin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra, evin pəncərəsindəki dəmir barmaqlıqları sındırıb plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqla oradan hər birinin dəyəri 150 manat dəyərində olan 6 ədəd xalça, 01 ədəd 100 manat dəyərində və 01 ədəd “Bonita” markalı 40 manat dəyərində kiçik xalçalar, 01 ədəd 100 manat dəyərində “Bosh” markalı su qızdırıcı ariston, hamamdan 45 manat 01 ədəd duş dəsti, yataq otağından mebeldən 2000 manat dəyərində qadın şubası, 04 ədəd hər birinin dəyəri 50 manat olan yun ədyallar, 200 manat dəyərində dəsmal, üzlük dəstləri, hər bir dəsti 100 manat olan 3 dəst yorgan döşək yataq dəstləri, 80 manat dəyərində yataq üzlüyü və 2 yastıqları, 30 manat dəyərində 01 ədəd gecə lampası, 80 manat dəyərində divan örtüyü və iki ədəd yastıq dəsti, qonaq otağındakı güzgülü mebelin içindən 500 manat dəyərində xrustal dəsti, həmin mebelin 200 manat dəyərində qab-qacaq, stəkan dəstləri, servant şkafdan 600 manat dəyərində çay və yemək qabları dəsti, 01 ədəd 700 manat dəyərində “LG” markalı plazma televizor, mətbəxdən 80 manat dəyərində 1 ədəd “King” markalı ətçəkən, 01 ədəd 90 manat dəyərində 01 ədəd mikser, 01 ədəd 80 manat dəyərində sokçəkən maşın, 01 ədəd mətbəx mebelinin yuxarı üst hissəsindən təxminən 350 manat dəyərində qazan və tava dəstləri, 01 ədəd 800 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 01 ədəd 45 manat dəyərində tərəvəz doğrayan aparat, mətbəxin içindəki zirzəmidən 80 manat dəyərində ləyən, aşsüzən dəsti, 01 ədəd 50 manat dəyərində çini materialdan əl üz yuyan təhnə, evin dəhlizindən 250 manat dəyərində İran istehsalı olan 1 ədəd qaz peçi, evin həyətyanı sahəsində su çəninin altından 01 ədəd 12 manat dəyərində hidrofor, 480 manat dəyərində su nasosu və 400 manat dəyərində 240 metr uzunluqda elektrik naqilləri, evə çəkilmiş 70 manat dəyərində 35 metr uzunluqda elektrik naqili, evin həyətindəki zirzəmidən 01 ədəd 20 manat dəyərində “Candan” markalı CM-01 modelli qaynaq ütüsü, 01 ədəd 85 manat dəyərində “Bosh” CBH2-26 Dre markalı dreli gizli olaraq talayıb zərər çəkmiş şəxsə 8967 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, 05 epizod oğurluq hadisəsi törətmişdir. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 Əlifətdin qızı, X6, Zərərçəkmiş şəxs6, və Zərərçəkmiş şəxs4 məxsus əşyaları o, oğurlamış, digər oğurluq hadisələrini isə o, törətməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi oğurluq hadisələri üzrə əməlindən səmimi peşman olduğunu, həmin əməlləri səmimi olaraq qismən etiraf etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun ünvan 2 evim vardır və əsasən yay aylarında ailəmlə orada qalır. Bəzən isə təmir işləri ilə bağlı həmin bağ evinə baş çəkir. Oğurluq hadisəsindən əvvəl xx.xx.2021-ci il tarixdə o Xəzər rayonu, Xaşaxuna bağlar massivində 30 saylı iki mərtəbəli bağ evinə getmişdir və işlərini qurtardıqdan sonra axşam 18 radələrində yaşadığı evə qayıtmışdır. Növbəti dəfə xx.xx.2021-ci il tarixdə həmin bağ evinə baş çəkməyə gəldikdə görmüşdür ki, evin qonaq otağının plastik pəncərəsinin bayır tərəfində olan dəmir barmaqlıqları sındırıb, plastik pəncərənin açılması yolu ilə içəri daxil olan naməlum şəxs tərəfindən evdən bir sıra əmlaklar oğurlanmışdır. O bu barədə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə gələn Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən hamamdan 01 ədəd 100 manat dəyərində “Bosh” markalı su qızdırıcı, hər birinin dəyəri 90 manat olan 03 ədəd su motorları, evin 2-ci mətrəbəsindəki yataq otağından 01 ədəd 300 manat dəyərində “Lenovo” markalı notebook, 01 ədəd 50 manat dəyərində “TP-link” markalı vifi modem aparatı, 01 ədəd 30 manat dəyərində yaşıl turist çantası, həmin mərtəbədəki kondisionerin 150 manat dəyərində platası, 01 ədəd 35 manat dəyərində drel, 01 ədəd 120 manat dəyərində su qızdırıcı, 01 ədəd 45 manat dəyərində mikser, mətbəxdən ümumilikdə 300 manat dəyərində aliminum ləyən və qazanlar, evin həyətindəki su nasoslarının hər metri 1,5 manat olan 80 metr uzunluqda elektrik naqilləri oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 1520 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan polis şöbəsindən maraqlandıqda ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini törədən Təqsirləndirilən şəxs adlı şəxs tutulub və ondan evindən oğurladığı “Lenovo” markalı notubuk, 01 ədəd turist çantası, 01 ədəd “Bosh” markalı su qızdırıcı, 01 ədəd TP-link markalı modem aparatı götürülmüşdür. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O 4-5 il olar ki, Türkiyə Respublikasının İstanbul şəhərində xəstə qadın türk vətəndaşına baxaraq dayəlik edir və 4-5 aydan bir Azərbaycana gəlib gedir. O Xəzər rayonu, Xaşaxuna bağlar massivində 2012-ci ildə 2,5 sot torpaq sahəsi alıb, maddi imkan olduqca 2018-ci ildə 1 mərtəbəli fərdi yaşayış evi tikdirib təmirini də başa çatdırmış və Azərbaycana gəldikdə həmin evdə qalırmış. Evin həyətyanı sahəsi də daş hörgü ilə hasara alınmışdır. 2021-ci ildə isə həmin evi satmaq qərarına gəlmişdir. O xx.xx.2021-ci il tarixdə Türkiyədən Bakıya qayıtmış və Xaşaxuna bağlar massivindəki həmin evində qalırmış. xx.xx.2021-ci il tarixdə isə Quba rayonuna oğlu İlkinin yanına getmişdir. Təxminən xx.xx.2021-ci il tarixdə o Xaşaxuna bağlar massivindəki evinə qayıtdıqda görmüşdür ki, evin hamam otağının həyətə açılan dəmir qapısı açıq vəziyyyətdədir. O içəri girib baxdıqda görmüşdür ki, ağ rəngli 1 ədəd 130 manat dəyərində su qızdıcısı divardan sökülərək oğurlanıb, evin arxa tərəfindəki su çəninin yanından 01 ədəd 80 manat dəyərində hidrofor, 01 ədəd 70 manat dəyərində su motoru daha sonra evin otaqlarını gəzdikdə görmüşdür ki, evin mətbəxinin plastik pəncərəsi də açıq vəziyyətdədir. Mətbəxdən 01 ədəd 150 manat dəyərində olan qaz sobası, 01 ədəd 80 manat dəyərində elektrik samovarı, 02 ədəd hər birinin dəyəri 30 manat olan ütülər, qonaq otağından və yataq otağından cəmi 1100 manat dəyərində pərdələr, yataq otağındakı dolabdakı 10 dəst hər dəstinin dəyəri 60 manat olan döşək və yastıq üzlükləri, Türkiyə istehsalı olan cəmi 400 manat dəyərində 16 ədəd dəsmallar, 01 ədəd 150 manat dəyərində qadın şubası, təxminən 500 manat dəyərində özünə aid geyim paltarları (ətək, şalvar, köynək və sair), 01 ədəd 30 manat dəyərində olan qırmızı parça çamodanında olan hər birinin dəyəri təxminən 5 manat olan 3 ədəd mobil telefon adaptoru, 01 ədəd 80 manat dəyərində olan videomaqnitafon aparatı, 01 ədəd 30 manat dəyərində Vifi modem aparatı, 01 ədəd 20 manat dəyərində Wifi modemi oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 3495 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X6 bildirdi ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun yaşadığı Xaşaxuna qəsəbəsi ilə yan-yana olan qonşusudur və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. xx.xx.2021-ci il tarixdə həyətindəki su quyusunun nasosu nasaz olduğu üçün yenisini 220 manata almışdır. Həmin köhnə nasosu isə quyudan çıxardıqdan sonra axşam olduğu üçün yeni nasosu evin qarşısına qoymuşdur ki, səhəri günü əvəz edər və evində yatmışdır və xx.xx.2021-ci il tarixdə saat 07:45 radələrində səhər oyanıb evinin həyətinə çıxdıqda görmüşdür ki, hasardan keçmə yolu ilə evə daxil olan naməlum şəxs evin həyətində evin qarşısına qoyduğu 220 manat dəyərində təzə su nasosunu, su çəninə qoşulu olan 01 ədəd 100 manat dəyərində hidrofor nasosunu və 100 manat dəyərində təxminən 50 metr uzunluqda elektrik naqili ilə birlikdə oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 420 manat dəyərində maddi ziyan dəymişdir. Həmin vaxt o 102 xidmətinə zəng edərək məlumat vermişdir və hadisə yerinə gələn Xəzər RPİ-nin 1-ci PŞnin əməkdaşları tərəfindən baxış keçirilmiş, o da ərizə və izahatını vermişdir. xx.xx.2021-ci il tarixdə bacısı oğlu X12 onunla əlaqə saxlayaraq bir nəfər Nicat adlı qəsəbə sakininin su motorou satdığını bildirmişdir. O da evinin həyətindən oğurlanmış su nasosu olmasını ehtimal etdiyindən Clil və onun tanışı Eminlə birlikdə Nicatın yaşadığı Xaşaxuna qəsəbəsindəki evinə gedib su nasosuna baxdıqda müəyyən etmişdir ki, həmin su nasosu ona məxsusdur. O Nicatdan həmin su nasosunu haradan almasını soruşanda Nicat heç bir səbəb olmadan su nasosunu yerə atıb qaçıb getmişdir. Cəlil də həmin su nasosunu götürüb ona təhvil vermişdir. Sonradan o elektrik naqili və digər hidroforu geri almaq üçün qonşuluqda yaşayan Nicatın yanına getmiş, bu barədə onlara bildirmiş, bir qədər onunla mübahisə etsələr də sonradan Nicatın bacısı kimi təqdim edən xanım onun evinə gələrək qardaşı Nicatdan şikayət etməməyi və onun oğurlanmış əmlaklarını geri qaytaracağına söz vermiş və xx.xx.2021-ci il tarixdə ona Nicatın oğurladığı hidroforu və elektrik naqilini geri qaytarmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti, düşmənçiliyi yoxdur. O Xəzər rayonu, Xaşaxuna bağlar massivində 2018-ci ildə 6 sot torpaq sahəsində maddi imkan olduqca 1 mərtəbəli fərdi yaşayış evi tikdirib təmirini də başa çatdırmışdır və həmin bağ evində ailəsi ilə birlikdə yay aylarında qalırmış. Evdə bəzi xırda təmir işləri qalmışdır. Oğurluq hadissindən əvvəl, sonuncu dəfə həmin bağ evinə xx.xx.2021-ci il tarixdə əri X8 ilə birlikdə gedib, təmir işləri ilə məşğul olduqdan sonra saat 17:00 radələrində yaşadığı evə qayıtmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə yenidən Xaşaxuna bağlar massivindəki bağ evinə gəlmişdir və bu zaman evin arxasındakı yataq otağına açılan plastik pəncərənin açıq olmasını görmüş və evə girib baxdıqda naməlum şəxsin evdən oğurluq etməsini aşkar etmişdir. O bu səbəbdən ərazi üzrə Xəzər RPİ-nin 1-ci PŞ-nə zəng edərək məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilərkən müəyyən etmişdir ki, evin arxa tərəfinə plastik boçkanı ayaqaltına qoyub dırmaşaraq, yataq otağının plastik pəncərəsini açıb içəri daxil olan naməlum şəxs tərəfindən qonaq otağından hər birinin dəyəri 100 manat olan 3x4 metr və 3x2,5 metr ölçülü 02 ədəd xalçalar, 01 ədəd 60 manat dəyərində “JVC” markalı videomaqnitafon, televizorun altlığında dəftərin arasından 53 manat pul, 30 manat dəyərində televizorun antenası üçün tuner aparatı, yataq otağındakı dolabdan hər dəstinin dəyəri 30 manat olan 3 dəst yorğan-döşək üzlükləri, divanın altından 01 ədəd 200 manat dəyərində “Rosanta” markalı qaynaq aparatı, hər birinin dəyəri 150 manat olan “Bosh” markalı laqondalar, 01 ədəd 180 manat dəyərində naqilli drel və 01 ədəd 150 manat dəyərində akumlyatorlu drel, 01 ədəd 50 manat dəyərində plastik boru ütüsü, 01 ədəd 100 manat dəyərində elektrik mebel mişarı, evin mətbəxindən 01 ədəd 30 manat dəyərində “Tefal” elektrik çaydanı oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 1383 manat dəyərində maddi ziyan dəymişdir. İlkin izahat verərkən unutduğu üçün taxta kəsən mebel mişarını yazmamışdır, lakin indiki ifadəsində tam olaraq oğurlanmış əmlakları bildirir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 bildirdi ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna massivində yerləşən bağ evi vardır və həmin bağ evinə mütamadi olaraq baş çəkir. Oğurluq hadisəsindən əvvəl ən son xx.xx.2021-ci il tarixdə saat 22 radələrində gedib həmin bağ evinə baş çəkmiş və hər şey qaydasında olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o həmin ünvana, yəni bağ evinə gəldikdə evin qapısının yanında olan 800 manat dəyərində kombinin yerində olmadığını görmüş və ətrafa baxdıqda evin qonaq otağının plastik pəncərəsinin də açıq olmasını aşkar etmiş, evə girdikdə isə yataq otağından 01 ədəd 400 manat dəyərində “Bosh” markalı ətçəkən maşının, 01 ədəd dəyəri 200 manat olan qazan dəstinin, 01 dəst dəyəri 300 manat olan laqondanın, 1 dəst kişi kostyumunun, 1 ədəd 150 manat dəyərində direlin oğurlandığını aşkar etmiş və bu barədə DİN-in 102 xidmətinə məlumat verdikdən sonra, hadisə yerinə gələn Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən evinə baxış keçirilmiş və o ərizə ilə hadisə barədə 1-ci PŞ-nə müraciət etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona 2150 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun ünvan 4anında 3 sot torpaq sahəsi evi vardır, lakin, köhnə və təmirə ehtiyacı olduğundan daimi olaraq yaşamır, arada baş çəkib, meyvə ağaclarına qulluq edir. Təqsirləndirilən şəxs tanımır və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Oğurluq hadisəsindən əvvəl təxminən 2021-ci ilin oktyabr ayının ortalarında həmin ünvan 4anındakı bağ evimə baş çəkmişdir, həmin vaxt bütün əşyalar yerində olmuşdur. Növbəti dəfə 1 ay sonra xx.xx.2021-ci il tarixdə saat 15 radələrində həmin bağ evinə gəldikdə aşkar etmişdir ki, evin həyətyanı sahəsinin darvaza qapısının kilidi sındırılıb və içəri baxdıqda görmüşdür ki, evdən və qarajdan müxtəlif əmlaklar oğurlanıb. Bu səbəbdən o DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə gələn Xəzər RPİ-nin 1-ci PŞnin əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən müəyyən etmişdir ki, evə kondisioenerin çərçivə hissəsindən daxil olmaqla içəri daxil olan naməlum şəxs tərəfindən 01 ədəd 150 manat dəyərində kondisioner, 01 ədəd 400 manat dəyərində dərinlik quyu nasosu, 01 ədəd 50 manat dəyərində 30 metr uzunluqda uzadıcı naqil, 01 ədəd 70 manat dəyərində radiator, evin həyətindəki hamamdan 02 ədəd hər birinin dəyəri 70 manat olan radiatorlar, 01 ədəd 150 manat dəyərində keramika materialından əl üzyuma təhnəsi dəsti, ümumilikdə 200 manat dəyərində 05 ədəd duş kranları, qarajın qapısını sındırmaqla oradan 01 ədəd 100 manat dəyərində dəmir manqal oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində 1260 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. X10 onun doğma oğludur və hərbiçi zabitdir, mayor xüsusi rütbəsində Şuşa şəhərində xidmətdədir. Xəzər rayonu, Xaşaxuna bağlar massivində yerləşən 2 mərtəbəli bağ evi onun adınadır və həmin evdə həm o, həm də oğlu Türkan da yaşayır. O Naxçıvan şəhərində olan müddətdə oğlu Türkan həmin Xaşaxuna bağlar massivindəki bağ evinə baş çəkmək üçün xx.xx.2021-ci il tarixdə gəlmiş və həmin vaxt evdən oğurluq hadisəsi baş verməsini aşkar etdiyi üçün ərizə ilə ərazi üzrə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət etmişdir. Lakin, oğlu oğurlanan əşyaları tam ilkin ərizəsində bildirməmişdir. O xx.xx.2021-ci il tarixdə yeni il ərəfəsində Bakıya gəlmiş və Xaşaxuna bağlar massivinə bağ evinə gedərək baxmışdır. Belə ki, həmin oğurluq hadisəsi zamanı evdən hər birinin dəyəri 150 manat dəyərində olan 6 ədəd xalça və nisbətən kiçik hər birinin dəyəri 100 manat olan 2 ədəd xalçalar, 01 ədəd 140 manat dəyərində “Bosh” markalı su qızdırıcı, hamamdan 45 manat 01 ədəd duş dəsti, yataq otağından mebeldən 2000 manat dəyərində özünə məxsus qadın şubası, 04 ədəd hər birinin dəyəri 50 manat olan yun ədyallar, 200 manat dəyərində dəsmal, üzlük dəstləri, hər bir dəsti 100 manat olan 3 dəst yorgan döşək yataq dəstləri, 80 manat dəyərində yataq üzlüyü və 2 yastıqları, 30 manat dəyərində 01 ədəd gecə lampası, 80 manat dəyərində divan örtüyü və iki ədəd yastıq dəsti, qonaq otağındakı güzgülü mebelin içindən 500 manat dəyərində xrustal dəsti, həmin mebelin 200 manat dəyərində qab-qacaq, stəkan dəstləri, servant şkafdan 600 manat dəyərində çay və yemək qabları dəsti, 01 ədəd 700 manat dəyərində “LG” markalı plazma televizor, mətbəxdən 120 manat dəyərində 1 ədəd ətçəkən maşın, 01 ədəd 90 manat dəyərində 01 ədəd mikser, 01 ədəd 80 manat dəyərində sokçəkən maşın, 01 ədəd mətbəx mebelinin yuxarı üst hissəsindən təxminən 350 manat dəyərində qazan və tava dəstləri, 01 ədəd 800 manat dəyərində “LG” markalı paltaryuyan maşın, 01 ədəd 45 manat dəyərində tərəvəz doğrayan aparat, mətbəxin içindəki zirzəmidən ona məxsus 80 manat dəyərində ləyən, aşsüzən dəsti, 01 ədəd 50 manat dəyərində çini materialdan əl üz yuyan təhnə, evin dəhlizindən 250 manat dəyərində İran istehsalı olan 1 ədəd qaz peçi, evin həyətyanı sahəsində su çəninin altından 01 ədəd 150 manat dəyərində hidrofor, 480 manat dəyərində su nasosu və 400 manat dəyərində 240 metr uzunluqda elektrik naqilləri, evə çəkilmiş 70 manat dəyərində 35 metr uzunluqda elektrik naqili, evin həyətindəki zirzəmidən 01 ədəd 60 manat dəyərində usta üstüsü, 01 ədəd 90 manat dəyərində preparator oğurlanmışdır. Həmin oğurluq hadisələri nəticəsində ona 9290 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Xəzər rayonu, Zirə qəsəbəsində 25 sot torpaq sahəsində daş hörgü ilə hasarlanmış, darvaza qapısı olan bağ sahəsi vardır və orada əncir, üzüm əkərək becərir. Həmin bağ sahəsinə əsasən özü nəzarət edir və orada 20 ildən çoxdur ki, dəmir butka qoydurmuş və şəxsi əşyalarını həmin butkada saxlayır, butkanın da qapısını bağdan çıxıb gedəndə qıfılla bağlayırmış. O demək olar ki, hər gün səhər saatlarında Xəzər rayonu, Zirə qəsəbəsindəki bağ sahəsin baş çəkirmiş. xx.xx.2021-ci il tarixdə həmin Zirə qəsəbəsindəki bağ sahəsində olmuş və işlərini yekunlaşdırdıqdan sonra bağdakı butkanın qapısının qıfılını bağlayıb axşam saatlarında yaşadığı evə qayıtmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə saat 10 radələrində o yenə həmşəki kimi Zirə qəsəbəsinə həmin bağ sahəsinə gəlmişdir. Bu zaman görmüşdür ki, bağın həyətyanı sahəsindəki butkanın qapısı açıqdır, o əvvəlcə oğurluq baş verməsindən şübhələnməmişdir və oğluna, qardaşına zəng edərək maraqlanmışdır ki, bəlkə onlar gəlib açıblar. Lakin onlar bağa gəlmədiklərini dedikdən sora o dəqiq baxdıqda görmüşdür ki, evin həyətyanı sahəsində olan 1 ədəd iki düyməli 300 manat dəyərində olan “Markus” markalı su mühərriki sökülməklə və butkanın qıfılı sındırılmaqla içəridən 60 manat dəyərində 1 ədəd elektrik sobası, hər birinin dəyəri 40 manat olan 02 ədəd aliminium təhnələr və bəzi usta alətləri oğurlanmışdır. O bununla bağlı DİN-in 102 xidmətinə zəng eədərk hadisə barədə məlumat vermişdir və hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə bağ sahəsinə və butkaya baxış keçirilmişdir. Həmin vaxt o bəzi oğurlanan əmlaklarımı unutduğu üçün ilkin ərizə və izahatında bildirməmişdir. Belə ki, həmin hadisə zamanı naməlum şəxs tərəfindən bağ sahəsində olan dəmir butkanın qıfılını sındırıb açmaqla içəridən 01 ədəd 300 manat dəyərində 10 litrlik qədimi dəmir samovar, 01 ədəd 50 manat dəyərində sac, 01 ədəd 30 manat dəyərində böyük taxta tutacaqlı balta, 01 ədəd 5 manat dəyərində çəkic, 1 ədəd 60 manat dəyərində elektrik sobası, hər birinin dəyəri 40 manat olan 02 ədəd aliminium təhnələr, bayırdakı çənə qoşulmuş hamama su vuran 01 ədəd iki düyməli 300 manat dəyərində olan “Markus” markalı su mühərriki sökülərək oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 825 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, o, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində bağ evi vardır və 2021-ci ilin may ayına kimi orada yaşayırmış, sonradan isə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB massivi ev 16 A mənzil 72-ə köçərək orada yaşamağa başalmışdır. O Xaşaxuna bağlar massivi 33 ünvanındakı evinə arada baş çəkirmiş. Oğurluq hadisəsindən əvvəl təxminən xx.xx.2021-ci il tarixdə həmin bağ evinə gəlmiş və həmin vaxt hər şey qaydasında olmuşdur. Daha sonra 2021-ci ilin oktyabr ayının təxminən 20-də həmin bağ evinə baş çəkməyə gəldikdə, bağ evinin zirzəmisinin açıq qapısından girən naməlum şəxs tərəfindən oradan 01 ədəd 1500 manat dəyərində “Bosh” markalı böyük preparator, 01 ədəd 40 manat dəyərində “Marcus” markalı hidrofor, 01 ədəd 700 manat dəyərində elektrik mişarı, evin həyətinin qarşısında olan kafesinin qapısını aralayıb açmaqla içəri daxil olub oradan 01 ədəd 500 manat dəyərində “Lenovo” markalı notebookunun oğurlanmasını aşkar etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində mənə 2740 manat dəyərində maddi ziyan dəymişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluğu edən qonşusu Təqsirləndirilən şəxsdur və o polislər tərəfindən tutularkən oğurladığı əmlakların bir hissəsini qaytarmışdır. O oğurluq hadisəsini aşkar etdikdən sonra özü karona xəstəliyinə tutulduğu üçün sağaldıqdan sonra xx.xx.2021-ci il tarixdə hadisə barədə ərizə ilə Xəzər RPİ-nin 1-ci PŞ-nə müraciət etmiş və hadisə yerinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəmlə birlikdə yaşayır. Onun 2013-cü ildən etibarən özünə məxsus olan 10 sot torpaq sahəsindəki bağ sahəsində 2 mərtəbəli bağ evi vardır və daş hasarla əhatələnmişdir, həyətyanı sahəyə boz rəngli darvaza qapısından girilir. O əsasən həmin bağ evinə 3-4 gündən bir baş çəkməyə gedirmiş. xx.xx.2021-ci il tarixdə saat təxminən saat 18:00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivindəki həmin bağ evində təmir işlərinii yekunlaşdırdıqdan sonra çıxıb yaşadığı evə qayıtmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə saat 13:00 radələrində isə o yenidən həmin bağ evinə qayıtdıqda aşkar etmişdir ki, evin 1-ci mərtəbəsinin qonaq otağındakı plastik pəncərə açıq vəziyyətdədir və evə daxil olub görmüşdür ki, topa halda olan elektrik naqilləri yerində yoxdur və artıq oğurluq hadisəsi olmasını başa düşmüşdür. Bu səbəbdən DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir və hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən ona məlum olmuşdur ki, evin 1-ci mərtəbəsindəki mətbəx otağından 01 ədəd 100 manat dəyərində samovarı, 3 top, hər topunun dəyəri 150 manat olan 2.5 mmlik, 5 top, hər topunun dəyəri 250 manat olan 4 mm-lik və hər topunun dəyəri 400 manat olan 2 top, naqil 6 mm-lik diametrli (hər topda 100 metr uzunluqda) elektrik naqilləri, hər birinin dəyəri 50 manat olan 3 ədəd 30 metrlik uzadıcı naqillər naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 2750 manat dəyərində maddi ziyan dəymişdir. O ilkin ərizəsində dəqiq baxmadığı üçün samovarın oğurlanmasını bildirməmişdir, lakin həqiqətdə hadisə zamanı evindən samovar da oğurlanmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 qızı bildirdi ki, o anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 16 oktyabr 2021-ci il tarixdə saat 18:30 radələrində yaşadığı evdən çıxıb qonşuya getmişdir. Həmin vaxt evin qapısını bağlasa da, yataq otağının plastik pəncərəsini açıq qoymuşdur ki, evin havası dəyişsin, lakin həmin pəncərəsinin qarşısında dəmir barmaqlıq olmuşdur. Bir müddət sonra təxminən saat 21:30 radələrində evinə qayıdıb qapını açıb içəri daxil olduqda evdəki əşyaların dağınıq vəziyyətdə olmasını görmüş və evdən oğurluq olmasını başa düşmüş və yataq otağına baxdıqda, dəmir barmaqlıqların pəncərənin qarşısından söküldüyünü aşkar etmişdir. Daha sonra həmin otaqdakı paltar dolabına baxdıqda oradakı yorğan-döşək üzlüklərinin arasından 1230 manat pulun, qonaq otağındakı qırmızı qadın pul kisəsinin içindən isə 22 manat pulunun naməlum şəxs tərəfindən oğurlandığını başa düşmüş və bu barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona həmin oğurluq hadisəsi nəticəsində 1252 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 bildirdi ki, o, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində təxminən 2010-cu ildə 12 sot torpaq sahəsi almış və həmin torpaq sahəsində 5 mərtəbəli 5 otaqdan ibarət bağ evi inşa etdirmişdir. 2016-cı ildən həmin bağı təmir etdirmiş, bütün əşyaları mövcuddur, daimi olaraq yaşayır. Evin ətraflı mişarla daşlarla inşa edilmiş, həyətin giriş hissəsində darvaza vardır. Evin sağ və arxa tərəfində qonşular yaşayır, evin sol və qarşı tərəfi isə yola düşür. Evin plastik pəncərələrinin üzərində dəmir barmaqlıqlar vardır. Sonuncu dəfə özünə məxsus bağa xx.xx.2021-ci il tarixdə getmişdir və həmin gün saat 18 radələrinə kimi evdə olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 22 radələrində özünə məxsus həmin bağ evinə gəlmiş, içəri daxil olduqda görmüşdür ki, yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlıqlar sındırılmışdır. Evə girib baxdıqda isə evdə olan bütün əşyaların dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. Həmin oğurluq hadisəsi zamanı evdən 1 ədəd 800 manat dəyərində “Unikal” markalı kombi istilik paratı, 02 ədəd hər birinin dəyəri 120 manat olan işıq tənzimləyicilər, 100 manat dəyərində tikinti alətləri, 01 ədəd Wifi modem aparatı, 01 ədəd 80 manat dəyərində “Gigaset” markalı ev telefonu, 200 manat dəyərində usta alətləri dəsti naməlum şəxs tərəfindən oğurlanmış və həmin oğurluq hadisəsi nəticəsində ona 1520 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmiş, ondan şikayət və tələbi yoxdur. Bu səbəbdən də təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış massivi 702 D ünvanında yerləşən torpaq sahəsində daş hörgü ilə hasarlanmış, darvaza qapısı olan 2 mərtəbəli bağ evi vardır. Hal-hazırda həmin evində daimi olaraq öz ailəsi və valideynlərimlə birlikdə yaşayır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin iyun ayında Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış massivi 702 D ünvanındakı bağ evində yekun təmir işləri aparırmış və daim oraya baş çəkirmiş. xx.xx.2021-ci il tarixdə təmir işlərini yekunlaşdırdıqdan sonra ustalarla birlikdə axşam saat 19 radələrində qapı və pəncərələri bağlayıb həmin bağ evindən çıxaraq yaşadığı evə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 08:15 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış massivi 702 D ünvanındakı həmin bağ evinə yenidən gəlmiş və darvaza qapısını normal açarla açıb həyətə girmişdir. Bu zaman evin bayır tərəfindən baxdıqda görmüşdür ki, mətbəxin plastik pəncərəsi açıq vəziyyətdədir. Evin giriş qapısını açıb içəri baxdıqda evdən oğurluq hadisəsi baş verməsini aşkar etmişdir. O bu barədə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə gələn Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən ona məlum olmuşdur ki, həmin bağ evinə 1-ci mərtəbədəki mətbəxin plastik pəncərəsini açıb içəri daxil olmaq yolu ilə naməlum şəxs tərəfindən 600 manat dəyərində olan hamam aksesuarları (duşlar,su krantları və sair), 470 manat dəyərində 01 ədəd qutuda işlənməmiş işıq spotları, hər birinin dəyəri 120 manat olan 02 ədəd direllər, hər birinin dəyəri 160 manat olan 03 ədəd laqondalar, 01 ədəd 150 manat dəyərində olan kafel kəsən alət, hər birinin dəyəri 200 manat olan 02 ədəd preparatorlar, 01 ədəd 600 manat dəyərində lazer-ölçü aparatı oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 2940 manat dəyərində maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Türkiyə Respublikası vətəndaşı olsa da, azərbaycan dilini sərbəst oxuyub, başa düşə billir və tərcüməçiyə ehtiyacı yoxdur. Onun Xəzər rayonu, Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 9 sot torpaq sahəsində üç mərtəbəli daş hörgü ilə hasarlanmış, darvaza qapısı olan bağ evi vardır. Həmin bağ sahəsində meyvə ağacları da olmuş, lakin sonradan tələf olmuşdur.O əsasən həmin bağ evində yay aylarında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə o Xaşaxuna massivindəki bağ evində tək olarkən, həmin gün saat 12 radələrində qonşuluqda yaşayan Türkiyə vətəndaşı tanışı Sedatgilin evinə qonaq getmişdir. Həmin günün axşamı o da daha bağ evinə qayıtmamış və Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki evinə getmişdir. Növbəti gün, xx.xx.2021-ci il tarixdə saat 13 radələrində Qala qəsəbəsinə, Xaşaxuna massivindəki bağ evinə gəlmiş və darvaza qapısını açıb həyətə girdikdən sonra evin giriş qapısına yaxınlaşıb açarı kilidə salıb açmaq istədikdə qapının arxadan çəftəsinin bağlı olmasını aşkar etmişdir. O evə nəzər saldıqda görmüşdür ki, evin ikinci mərtəbəsinin eyvanının pəncərisnin açıq vəziyyətdədir və başa düşmüşdür ki, evə oğru girib. O da bu barədə Xəzər RPİ-nin 1-ci PŞnə məlumat vermiş və hadisə yerinə gələn polis əməkdaşları ilə birlikdə evə baxış keçirilmişdir. İlk öncə qapını pəncərədən bir nəfər polis girib açmış, daha sonra evə daxil olub baxdıqda aşkar etmişdir ki, evə pəncərədən daxil olan naməlum şəxs tərəfindən hər metri 6 manat olan 30 metr uzunluqda led işıqlar, hər metri 5 manat olan 40 metr uzunluqda 3,5 metr diametrlik elektrik naqilləri topa şəkildə evin 1-ci mərtəbəsindəki dəhlizdən, 3-cü mərtəbədəki mansardan isə hər birinin dəyəri 5 manat olan 30 ədəd razetka(elektrik açarları), 01 ədəd 200 manat dəyərində “Bosh” markalı laqonda, 01 ədəd 170 manat dəyərində “Bosh” markalı drel, 01 ədəd 15 manat dəyərində çəkic, 01 ədəd 10 manat dəyərində əl mişarı, 01 ədəd 30 manat dəyərində santexnika açarı, 01 ədəd 20 manat dəyərində, 8 qutu hər qutunun dəyəri 6 manat olan şrublar, 01 ədəd qutusunda 25 manat dəyərində elektrik şiti yuvası oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 1048 manat dəyərində maddi ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs14 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs14 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O, oğurluq hadisəsindən əvvəl 2021-ci ilin yanvar ayının 1-dən bayramla əlaqədar Lənkəran rayonuna valideynlərinin yanına ailəsi ilə birlikdə getmiş və xx.xx.2021-ci il tarixdə saat təxminən 15 radələrində yenidən Qala qəsəbəsi, Xaşaxuna bağlar massivindəki fərdi yaşayış evinə qayıtmış və evin həyətinə daxil olduqda evin birinci mərtəbəsindəki qonaq otağının nəfəslik pəncərəsinin açıq vəziyyətdə olmasını və giriş qapısından içəri girib baxdıqda isə usta alərlərinin, boyaların olmamasını və ümumi dağınıqlıq olmasını aşkar etmiş və oğurluq hadisəsinin baş verməyini başa düşdükdən sonra DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilərkən məlum olmuşdur ki, evdə olmadığı müddətdə evin qonaq otağının plastik pəncərəsini açıq içəri daxil olan naməlum şəxs tərəfindən evin 1-ci mərtəbəsindən hər birinin dəyəri 600 manat olan “Bosh” markalı və “Dera” markalı 02 ədəd elektrik künckəsən alətlər, 02 ədəd hər birinin dəyəri 120 manat olan “Bosh” markalı və “Dera” markalı direllər, 01 ədəd 70 manat dəyərində və 01 ədəd 140 manat dəyərində “Panda” firmasına aid bayır və iç divar üçün emusya boyaları, 01 ədəd 80 manat dəyərində taxta kəsən alət oğurlanmışdır. Həmin oğurluq hadisəsi nəticəsində ona 1610 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda 1 ildir ki, ailəsi ilə birlikdə yaşayır. O, dolanışıq məqsədi ilə alçıpan ustası işləyir. Təqsirləndirilən şəxs 2021-ci ildən etibarən məhlə adamı kimi tanımış və onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivində yaşamağa başalayandan 2021-ci ilin yay aylarında evin yaxınlığındakı kiçik çayxanaya gəlib arada əyləşib çay içirmiş. Həmin ərəfədə Esi adı ilə tanınan kafeni işlədən xanımın oğlu Nicat da həmin kafeyə gəlib gedirmiş. O da həmin vaxtdan Təqsirləndirilən şəxs üzdən tanıyırmış. Təxminən 2021-ci ilin oktyabr ayının sonlarında saat 16 radələrində o yaşadığı evdə olarkən qapı döyülmüş və o qapını açdıqda görmüşdür ki, gələn Təqsirləndirilən şəxsdir. Nicat onunla salamlaşmış və ona 01 ədəd preparatoru göstərib özünə məxsus olmasını və onun da usta olmağına görə lazımımdırsa ona satmağı təklif etmişdir. O da həmin preparatora baxmış və işində həqiqətən lazım olduğu üçün, Nicatla danışaraq 20 manata almaq üçün razılaşmış və preparatoru götürüb ona 20 manat pulu ödədikdən sonra Nicat çıxıb getmişdir. Həmin vaxt o maraqlandıqda Təqsirləndirilən şəxs həmin preparatoru oğurluq yolu ilə əldə etməsini deməmiş, oğurluq preparatoru almaq barədə də heç bir sövdələşmələri olmamışdır. Əksinə Nicat pula ehtiyacı olduğundan həmin özünə məxsus preparatoru satdığını bildirmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs yaşadığı Xaşaxuna bağlar massivində kafelərdə işləyən vaxtdan 2 ildir ki, tanıyırmış, lakin 2021-ci ilin təxminən sentyabr ayından aralarında yaxın münasibət yaranmış və onunla qeyri rəsmi ər-arvad kimi yaşamışdır. Nicatın anası Esmira da onların münasibətinə razı olmuş və ona elçi də gəlmişdir. Artıq ailələr arası toy etmək də düşünürmüşlər. Onun əvvəlki ailəsindən himayəsində 2012-ci il təvəllüdlü Zəhra Nəzərova adlı qızı və 2013-cü il təvəllüdlü Taleh Nəzərov adlı oğlan olmaqla iki azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən çəkməklə istifadə etməsini bilirmiş, lakin onunla münasibəti yarandıqdan sonra tərgidmişdir. O Təqsirləndirilən şəxs oğurluq cinayətləri törətməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bir dəfə, təxminən xx.xx.2021-ci il tarixdə onun yaşadığı Xaşaxuna bağlar massivindəki evinə 01 ədəd qaz sobası, 01 ədəd notebook, 01 ədəd ütü, yorğan-döşək üzlükləri, pərdələr və sair ev əşyaları gətirmişdir və ona da həmin əşyaların nənəsinə aid olmasını, sabaha zada aparacağını bildirmişdir. Ütünü isə guya ona hədiyyə kimi təzə almasını bildirmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək Təqsirləndirilən şəxs və onun evinə qoyduğu yuxarıda sadaladığı əşyalarla birlikdə polis şöbəsinə aparmışlar. O, maraqlananda polis əməkdaşları bildirmişlər ki, həmin əmlaklar Təqsirləndirilən şəxs müxtəlif bağ evlərindən oğurluq edərkən əldə etmişdir və bu səbəbdən maddi sübut qismində götürülür. O, Təqsirləndirilən şəxs hansı evlərdən oğurluq etməsindən xəbəri olmamış və həmin oğurluqlarda heç bir iştirakı olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X13 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X9 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O, Təqsirləndirilən şəxs yaşadığı Xaşaxuna bağlar massivində kafelərdə işləyən vaxtdan 2 ildir ki, tanıyırmış, lakin 2021-ci ilin təxminən sentyabr ayından aralarında yaxın münasibət yaranmış və onunla qeyri rəsmi ər-arvad kimi yaşamışdır. Nicatın anası Esmira da onların münasibətinə razı olmuş və ona elçi də gəlmişdir. Artıq ailələr arası toy etmək də düşünürmüşlər. Onun əvvəlki ailəsindən himayəsində 2012-ci il təvəllüdlü Zəhra Nəzərova adlı qızı və 2013-cü il təvəllüdlü Taleh Nəzərov adlı oğlan olmaqla iki azyaşlı övladları vardır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən çəkməklə istifadə etməsini bilirmiş, lakin onunla münasibəti yarandıqdan sonra tərgidirmiş. O Təqsirləndirilən şəxs oğurluq cinayətləri törətməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs bir dəfə, təxminən xx.xx.2021-ci il tarixdə onun yaşadığı Xaşaxuna bağlar massivindəki evinə 01 ədəd qaz sobası, 01 ədəd notebook, 01 ədəd ütü, yorğan-döşək üzlükləri, pərdələr və sair ev əşyaları gətirmişdir və ona da həmin əşyaların nənəsinə aid olmasını, sabaha zada aparacağını bildirmişdir. Ütünü isə guya ona hədiyyə kimi təzə almasını bildirmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək Təqsirləndirilən şəxs və onun evinə qoyduğu yuxarıda sadaladığı əşyalarla birlikdə polis şöbəsinə aparmışlar. O, maraqlananda polis əməkdaşları bildirmişlər ki, həmin əmlaklar Təqsirləndirilən şəxs müxtəlif bağ evlərindən oğurluq edərkən əldə etmişdir və bu səbəbdən maddi sübut qismində götürülür. O, Təqsirləndirilən şəxs hansı evlərdən oğurluq etməsindən xəbəri olmamış və həmin oğurluqlarda heç bir iştirakı olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2022-ci il tarixli, 9/292 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertizaya təqdim edilmiş mallar istifadədə olub, (kondisionerin ön hissəsi və su məhərriki zədəli vəziyyətdədir) normal vəziyyətdədir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta baza qiyməti ilə ümumi dəyəri təxminən 1937 manat müəyyən olunur. O cümlədən: S/S Malın adı Miqdarı Vahidinin Ümumi qiyməti dəyəri
1. “Prestige markalı, PR-G2219B 4 göz soba 1 130 130
2. “Markus” markalı hidrofor 1 12 12
3. “Markus” markalı, MKP-60-1 370W sınmış 1 20 20 vəziyyətdə hidrofor
4. Dəmir borulu hamam duşu və krantı 1 dəst 40 40
5. “Bosh” markal, GBH 2-26 DRE markalı drel 1 85 85
6. “Bosh” markalı GBH 2000 markalı preparator 1 85 85
7. “Cokon” markalı laqonda 1 30 30
8. “Candan” markalı, CM-01 model qaynaq ütüsü 1 20 20 və altlığı
9. “King” markalı elektrik ətçəkən 1 80 80
10. “Sinashi” markalı, Sİ-5017C model ütü 1 15 15
11. “Tefal” markalı ütü 1 20 20
12. “Bosch” markalı 20 litr həcmli su qızdırıcı 1 100 100 ariston
13. “Rowenta” markalı AC320 tozsoran 1 60 60
14. “Tp-link” markalı modem aparatları 2 20 40
15. 1 ədəd “Samsung” markalı DVD player aparatı 1 20 20
16. “Lenovo” markalı, B575e çantaları ilə birlikdə 1 200 200 notebook
17. “Lenovo” markalı, İDEA PAD 330 model 1 600 600 çantaları ilə birlikdə notebook
18. “Gigaset” markalı, C620 telefon aparatı 1 20 20
19. “Omega” markalı tünd yaşıl rəngli turist çantası 1 10 10
20. Qapaq hissəsi sınmış kondisioner 1 100 100
21. açıq rəngli pərdə-tül dəsti 1 30 30
22. Gümüşü sarı rəngli pərdə-tül dəsti 1 30 30
23. Döşəkçələr 2 7 14
24. Eyni ölçülü stul örtükləri 3 4 12
25. Taxt-yataq örtüyü 1 40 40
26. Həmin yataq örtüyünün yastığı 1 20 20
27. “Bonita” markalı 1x2 metr ölçülü xalça 1 40 40
28. Divan yastıqları 2 5 10
29. Çəhrayı rəngli yaztıq üzlüyü 1 4 4
30. Tünd qırmızı rəngli yataq dəsti(iki ədəd yastıq 1 dəst 40 40 üzlüyü, 1 ədəd yorğan üzlüyü, 2 ədəd döşək üzlüyü)
31. Döşək üzlükləri 2 5 10 Cəmi 1937,00 Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1937 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 320.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1300 manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 02 dekabr 2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.1.1-ci bəndi tətbiq edilmiş və o, Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs X2 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 12 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin və 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək həbsdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 20 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 22 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Musa Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixə qədər həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdə hesab edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan baxış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Xəzər rayonu, Xaşaxuna bağlar massivində yaşayan Şahid2 yaşadığı nömrəsiz evdən 1 ədəd “Markus” markalı hidrofor, 1 ədəd “Markus” markalı sınmış vəziyyətdə hidrofor, 1 ədəd dəmir borulu hamam duşu və krantı, 1 ədəd “Bosh” markalı markalı drel, 1 ədəd “Cokon” markalı laqonda, 1 ədəd “Candan” markalı qaynaq ütüsü və altlığı, 1 ədəd “King” markalı elektrik ətçəkən, 1 ədəd “Sonashi” markalı ütü, 1 ədəd “Tefal” markalı ütü, 1 ədəd “Bosh” markalı su qızdırıcı(ariston), 1 ədəd “Rowenta” markalı tozsoran, 2 ədəd “Tp-link” markalı modem aparatları, 1 ədəd “Samsung” markalı DVD player aparatı, 2 ədəd “Lonova” markalı çantaları ilə birlikdə notebooklar, 1 ədəd “Omega” markalı tüng yaşıl rəngli turist çantası, 1 ədəd 4 gözlü qaz sobası, 1 ədəd qapaq hissəsi sınmış kondisioner, 1 ədəd açıq yaşıl rəngli pərdə-tül dəsti, 1 ədəd gümüşü sarı rəngli pərdə-tül dəsti, 2 ədəd döşəkçələr, 3 ədəd eyni ölçülü stul örtüyü, 1 ədəd taxt-yataq örtüyü, 1 ədəd həmin yataq örtüyünün yastığı, 1 ədəd “Bonita” markalı 1X2 metr ölçülü xalça, 2 ədəd divan yastıqları, 1 ədəd çəhrayı rəngli yastıq üzlüyü, 1 ədəd tünd qırmızı rəngli yataq dəsti (iki ədəd yastıq üzlüyü, 1 ədəd yorğan üzlüyü, 2 ədəd döşək üzlüyü), 2 ədəd döşək üzlükləri, 01 ədəd sintetik torbada elektrik naqilləri, 03 ədəd ləyənlər maddi sübut əhəmiyyətli olduğundan protokolaşdırılaraq götürülmüşdür. İş materiallarında olan baxış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 1 ədəd “Gigaset” markalı telefon aparatı Şahid3 təqdim etməsinə əsasən maddi sübut əhəmiyyətli olduğundan protokol tərtib edilməklə götürülmüşdür. İş materiallarında olan baxış və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 1 ədəd “Bosh” markalı preparator X9 təqdim etməsinə əsasən maddi sübut əhəmiyyətli olduğundan protokol tərtib edilməklə götürülmüşdür. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd “Gigaset” markalı stasionar ev telefonu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 təqdim edilməklə baxış keçirilərkən həmin ev telefonunu tanıyaraq onun Xaşaxuna bağlar massivindəki bağ evindən oğurlanmış telefon olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd dəmir borulu hamam duşu və krantı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 təqdim edilməklə baxış keçirilərkən həmin duş və krantı tanıyaraq onun Xəzər rayonu, Buzovna qəsəbəsi YYM-dəki evindən oğurlanmış əmlaklar olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd sintetik kisədə olan müxtəlif elektrik naqilləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim edilməklə baxış keçirilərkən tanıyaraq həmin naqillərin onun Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivindəki evindən oğurlanmış elektrik naqilləri olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd “Cokon” markalı laqonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 təqdim edilməklə baxış keçirilərkən həmin laqondanın onun Xəzər rayonu, Xaşaxuna bağlar massivindəki evindən oğurlanmış laqonda olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd “Bosh” markalı preparator və 01 ədəd “Lenovo” markalı notebook zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 təqdim edilməklə baxış keçirilərkən həmin əmlakların onun Xəzər rayonu, Xaşaxuna bağlar massivindəki evindən oğurlanmış əmlaklar olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd dörd göz qaz sobası, 01 ədəd “Marcus” markalı hidrofor, 01 ədəd “Samsung” markalı DVD player aparatı, 02 dəst pərdələr, 01 ədəd “Bonita” markalı 1x2 metr ölçülü xalça, 01 dədə “Tefal” markalı və 01 ədəd “Sinashi” markalı ütülər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 Əlifətdin qızına təqdim edilməklə baxış keçirilərkən tanıyaraq həmin əmlakların onun Xəzər rayonu, Xaşaxuna bağlar massivindəki evindən oğurlanmış əmlaklar olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd kondinsioner zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqdim edilməklə baxış keçirilərkən tanıyaraq həmin kondisionerin onun ünvan 4anındakı evindən oğurlanmış kondisioner olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 01 ədəd “Candan” markalı, CM-01 model qaynaq ütüsü və altlığı, 01 ədəd “Bosh” markalı preparator, 01 ədəd “Bosh” markalı su qızdırıcısı, 03 ədəd divan döşəkçələri, 3 ədəd stul üzlük örtükləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 təqdim edilməklə baxış keçirilərkən tanıyaraq həmin əmlakların onun Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivindəki bağ evindən oğurlanmış əmlaklar olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 02 ədəd döşək üzlükləri zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 təqdim edilməklə baxış keçirilərkən həmin əmlakların onun Xəzər rayonu, Xaşaxuna bağlar massivindəki evindən oğurlanmış əmlaklar olmasını bildirmişdir. İş materiallarında olan maddi sübut qismində götürülmüş əmlaklara baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, maddi sübut qismində götürülmüş 02 ədəd ləyənlər və 01 ədəd aşsüsən ləyənlər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 təqdim edilməklə baxış keçirilərkən həmin əmlakların onun Xəzər rayonu, Zirə qəsəbəsindəki bağındakı dəmir butkadan oğurlanmış əmlaklar olmasını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 13 epizod üzrə yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, X6 və Zərərçəkmiş şəxs15 ilə barışmasını, həmin zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, eyni zamanda sözügedən zərər çəkmiş şəxlərə dəymiş ziyanı ödəməsini, himayəsində yaşlı ana və nənəsinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, X6, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 02 epizod yəni, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs13 qızına məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan 02 epizod yəni, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 məxsus 180 manat dəyərində hər metri 6 manat olan 30 metr uzunluqda led işıqların, 200 manat dəyərində hər metri 5 manat olan 40 metr uzunluqda 3,5 metr diametrlik elektrik naqillərin topa şəkildə evin 1-ci mərtəbəsindəki dəhlizdən, 3-cü mərtəbədəki mansardan 150 manat dəyərində hər birinin dəyəri 5 manat olan 30 ədəd razetkaların (elektrik açarlarının), 01 ədəd 200 manat dəyərində “Bosh” markalı laqondanın, 01 ədəd 170 manat dəyərində “Bosh” markalı drelin, 01 ədəd 15 manat dəyərində çəkicin, 01 ədəd 10 manat dəyərində əl mişarının, 01 ədəd 30 manat dəyərində santexnika açarının, 01 ədəd 20 manat dəyərində, 48 manat dəyərində 8 qutu hər qutunun dəyəri 6 manat olan şrubların, 01 ədəd qutusunda 25 manat dəyərində elektrik şiti yuvasının, Zərərçəkmiş şəxs13 qızına məxsus evin yataq otağındakı paltar şkafındakı yorğan-döşək üzlüyünün arasından 1230 manat pulun və qonaq otağındakı güzgülü şkafın üstündəki qırmızı rəngli pul kisəsindən 22 manat pulun oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Eyni zamanda zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs13 qızına məxsus əmlakların təqsirləndirilən şəxs tərəfindən oğurlanması ilə bağlı elan edilmiş ittiham yalnız yuxarıda adıçəkilən zərər çəkmiş şəxslərin ifadəsi əsasında irəli sürülmüşdür. Təkcə zərər çəkmiş şəxslərin ifadələri şəxsə qarşı ittiham elan edilməsi üçün əsas sayıla bilməz. Belə ki, zərər çəkmiş şəxslər işdə maraqlı olan şəxslərdir və onların ifadələri yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun 29 iyul 2021ci il tarixdə gecə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Xaşaxuna bağlar massivində Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs8 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra 3 mərtəbəli bağ evinin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqda oradan 180 manat dəyərində hər metri 6 manat olan 30 metr uzunluqda led işıqlar, 200 manat dəyərində hər metrəsi 5 manat olan 40 metr uzunluqda 3,5 metr diametrlik elektrik naqilləri topa şəkildə evin 1-ci mərtəbəsindəki dəhlizdən, 3-cü mərtəbədəki mansardan 150 manat dəyərində hər birinin dəyəri 5 manat olan 30 ədəd razetka(elektrik açarları), 01 ədəd 200 manat dəyərində “Bosh” markalı laqonda, 01 ədəd 170 manat dəyərində “Bosh” markalı drel, 01 ədəd 15 manat dəyərində çəkic, 01 ədəd 10 manat dəyərində əl mişarı, 01 ədəd 30 manat dəyərində santexnika açarı, 01 ədəd 20 manat dəyərində, 48 manat dəyərində 8 qutu hər qutunun dəyəri 6 manat olan şrublar, 01 ədəd qutusunda 25 manat dəyərində elektrik şiti yuvasını gizli olaraq talayıb zərərçəkmiş şəxsə 1048 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, Təqsirləndirilən şəxs oğlunun 16 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs13 qızına məxsus evə dəmir barmaqlıqlarını söküb açıq pəncərədən qanunsuz olaraq daxil olmaqla evin yataq otağındakı paltar şkafındakı yorğan-döşək üzlüyünün arasından 1230 manat və qonaq otağındakı güzgülü şkafın üstündəki qırmızı rəngli pul kisəsindən 22 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 1252 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “Markus” markalı hidrofor, 1 ədəd “Markus” markalı sınmış vəziyyətdə hidrofor, 1 ədəd dəmir borulu hamam duşu və krantı, 1 ədəd “Bosh” markalı markalı drel, 1 ədəd “Cokon” markalı laqonda, 1 ədəd “Candan” markalı qaynaq ütüsü və altlığı, 1 ədəd “King” markalı elektrik ətçəkən, 1 ədəd “Sonashi” markalı ütü, 1 ədəd “Tefal” markalı ütü, 1 ədəd “Bosh” markalı su qızdırıcı(ariston), 2 ədəd “Tp-link” markalı modem aparatları, 1 ədəd “Samsung” markalı DVD player aparatı, 2 ədəd “Lonova” markalı çantaları ilə birlikdə notebooklar, 1 ədəd “Omega” markalı tüng yaşıl rəngli turist çantası, 1 ədəd 4 gözlü qaz sobası, 1 ədəd qapaq hissəsi sınmış kondisioner, 1 ədəd açıq yaşıl rəngli pərdə-tül dəsti, 1 ədəd gümüşü sarı rəngli pərdə-tül dəsti, 2 ədəd döşəkçələr, 3 ədəd eyni ölçülü stul örtüyü, 1 ədəd taxt-yataq örtüyü, 1 ədəd həmin yataq örtüyünün yastığı, 1 ədəd “Bonita” markalı 1X2 metr ölçülü xalça, 2 ədəd divan yastıqları, 1 ədəd çəhrayı rəngli yastıq üzlüyü, 1 ədəd tünd qırmızı rəngli yataq dəsti (iki ədəd yastıq üzlüyü, 1 ədəd yorğan üzlüyü, 2 ədəd döşək üzlüyü), 2 ədəd döşək üzlükləri, 1 ədəd “Gigaset” markalı telefon aparatı,1 ədəd “Bosh” markalı preparator, 1 ədəd un kisəsində müxtəlif elektrik naqilləri və 03 ədəd ləyənin zərər çəkmiş şəxslərə (sahiblərinə) qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd “Rowenta” markalı tozsoran hökm qanuni qüvvəyə mindikdən sonra sahibi müəyyən edilənədək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə 70 (yetmiş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ Təqsirləndirilən şəxs oğlunun 29 iyul 2021-ci il tarixdə gecə saat 03 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xəzər rayonu, Xaşaxuna bağlar massivində Türkiyə Respublikası vətəndaşı Zərərçəkmiş şəxs8 məxsus bağ evinin həyətyanı sahəsinə hasardan aşıb daxil olduqdan sonra 3 mərtəbəli bağ evinin plastik pəncərəsini açıb içəri qanunsuz olaraq daxil olmaqda oradan 180 manat dəyərində hər metri 6 manat olan 30 metr uzunluqda led işıqlar, 200 manat dəyərində hər metri 5 manat olan 40 metr uzunluqda 3,5 metr diametrlik elektrik naqilləri topa şəkildə evin 1-ci mərtəbəsindəki dəhlizdən, 3-cü mərtəbədəki mansardan 150 manat dəyərində hər birinin dəyəri 5 manat olan 30 ədəd razetka(elektrik açarları), 01 ədəd 200 manat dəyərində “Bosh” markalı laqonda, 01 ədəd 170 manat dəyərində “Bosh” markalı drel, 01 ədəd 15 manat dəyərində çəkic, 01 ədəd 10 manat dəyərində əl mişarı, 01 ədəd 30 manat dəyərində santexnika açarı, 01 ədəd 20 manat dəyərində, 48 manat dəyərində 8 qutu hər qutunun dəyəri 6 manat olan vintləri, 01 ədəd qutusunda 25 manat dəyərində elektrik şiti yuvasını gizli olaraq talayıb zərər çəkmiş şəxsə 1048 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs oğlunun 16 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlar massivi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs13 qızına məxsus evə dəmir barmaqlıqlarını söküb açıq pəncərədən qanunsuz olaraq daxil olmaqla evin yataq otağındakı paltar şkafındakı yorğan-döşək üzlüyünün arasından 1230 manat və qonaq otağındakı güzgülü şkafın üstündəki qırmızı rəngli pul kisəsindən 22 manat pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 1252 manat dəyərində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd “Markus” markalı hidrofor, 1 ədəd “Markus” markalı sınmış vəziyyətdə hidrofor, 1 ədəd dəmir borulu hamam duşu və krantı, 1 ədəd “Bosh” markalı markalı drel, 1 ədəd “Cokon” markalı laqonda, 1 ədəd “Candan” markalı qaynaq ütüsü və altlığı, 1 ədəd “King” markalı elektrik ətçəkən, 1 ədəd “Sonashi” markalı ütü, 1 ədəd “Tefal” markalı ütü, 1 ədəd “Bosh” markalı su qızdırıcı(ariston), 2 ədəd “Tp-link” markalı modem aparatları, 1 ədəd “Samsung” markalı DVD player aparatı, 2 ədəd “Lonova” markalı çantaları ilə birlikdə notebooklar, 1 ədəd “Omega” markalı tüng yaşıl rəngli turist çantası, 1 ədəd 4 gözlü qaz sobası, 1 ədəd qapaq hissəsi sınmış kondisioner, 1 ədəd açıq yaşıl rəngli pərdə-tül dəsti, 1 ədəd gümüşü sarı rəngli pərdə-tül dəsti, 2 ədəd döşəkçələr, 3 ədəd eyni ölçülü stul örtüyü, 1 ədəd taxt-yataq örtüyü, 1 ədəd həmin yataq örtüyünün yastığı, 1 ədəd “Bonita” markalı 1X2 metr ölçülü xalça, 2 ədəd divan yastıqları, 1 ədəd çəhrayı rəngli yastıq üzlüyü, 1 ədəd tünd qırmızı rəngli yataq dəsti (iki ədəd yastıq üzlüyü, 1 ədəd yorğan üzlüyü, 2 ədəd döşək üzlüyü), 2 ədəd döşək üzlükləri, 1 ədəd “Gigaset” markalı telefon aparatı,1 ədəd “Bosh” markalı preparator, 1 ədəd un kisəsində müxtəlif elektrik naqilləri və 03 ədəd ləyənin zərər çəkmiş şəxslərə (sahiblərinə) qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 1 ədəd “Rowenta” markalı tozsoran hökm qanuni qüvvəyə mindikdən sonra sahibi müəyyən edilənədək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğluna isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Sədrlik edən Hüseyn Hüseynli