Məhkəmə qərarları › İş №1(003)-178/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-178/2024

24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-178/2024 24.01.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamş, Xocalı şəhəri ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Günəşli” sanatoriyası ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdən 30 may 2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsinin məsul növbətçisi vəzifəsində qulluq edərkən, qulluq mövqeyinə görə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, 2022-ci ilin avqust ayının əvvəllərində aralarında tanışlıq münasibəti olan Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xəzər RPİ-nin 3-cü PŞ-də söhbət etdiyi zaman sonuncunun dövlət orqanlarına işə düzəlmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı və Zərərçəkmiş şəxs hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyində geniş əlaqələrə malik olduğunu və guya həmin quruma işə qəbul üçün ona 10000 (on min) manat məbləğində pul vəsaitinin lazım olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs aldadaraq, həmin adla qeyd edilən pul vəsaitinin 7000 (yeddi min) manat məbləğini verə biləcəyinə sonuncunun maddi imkanı olduğunu bilib, onu ələ alaraq, razılığını aldıqdan sonra 24 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə “Koroğlu” metrostansiyası yaxınlığında görüşərək əlbəəl aldığı 2000 (iki min) manat məbləğində və 25 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasında olan kafedə Şahid yanında əlbəəl aldığı 5000 (beş min) manat məbləğində, ümumilikdə 7000 (yeddi min) manat məbləğində pulu alıb öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs məxsus 7000 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs kürəkəni Şahid vasitəsi ilə tanımışdır. X10 birlikdə “Kohven” şirkətində usta köməkçisi işləmişdir. Əmrah ona Şəhriyarın işini dəyişmək istədiyini və sonuncunun dövlət qurumlarında işləmək istədiyini və ondan Şəhriyara işə düzəlmək üçün köməklik eləyə bilib-bilməyəcəyini soruşmuş, o da Əmraha tanışlardan bununla bağlı maraqlanıb sonra köməklik edə biləcəyini demişdir. Daha sonra 2022-ci ilin avqust ayında X10 birlikdə işlədiyi Xəzər RPİ-nin 3-cü PŞ-nə gəlmişdir. O həmin vaxt X11 RPİ-nin 3-cü PŞ-nin birinci mərtəbəsində yerləşən otaqda qəbul etmişdir. Aralarında olan söhbətdən sonra 7000 manat müqabilində X7 Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Şəhriyarla razılıq əldə etdikdən sonra Əmrah və Şəhriyar birlikdə şöbəni tərk edərək getmişlər. Növbəti günlərdə Şəhriyar onunla əlaqə saxlamış, onlar “Koroğlu” metrostansiyasının yaxınlığında görüşmüşlər. Şəhriyar həmin vaxt ona sənədlərin surətlərini, özü haqqında məlumatları təqdim etmiş və 2000 (iki min) manat məbləğində pul vermişdir. Onlar sağollaşıb ayrılmışlar. Sonrakı telefon danışıqları zamanı Şəhriyara işə düzəlməsi ilə bağlı sənədlərini aidiyyəti şəxsə verdiyini və qalan pulun da verilməli olduğunu demişdir. 2022ci ilin sentyabr ayında X10 birlikdə Mərdəkan qəsəbəsində, yaşadığı “Günəşli” sanatoriyasına gəlmişlər. Onlar yaxınlıqda yerləşən kafedə oturmuş, iş barəsində söhbət etmişlər. Kafedən çıxdıqdan sonra yolda Şəhriyar ona zərfin içərisində 5000 (beş min) manat məbləğində pul vermişdir. Həmin vaxt onların yanında kürəkəni Əmrah da olmuşdur. O, Zərərçəkmiş şəxs sənədlərini və 6500 manat pulu X6 Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəlməsi müqabilində adını çəkmək istəmədiyi şəxsə vermiş, 500 manat pulu isə özünə götürmüşdür. Sonrakı günlərdə həmin şəxs işin düzəlmədiyini verdiyi pulu isə qaytara bilməyəcəyini ona demişdir. Şəhriyar sonrakı günlərdə ondan pulu tələb etdikdə o, Şəhriyara öz maaş kartını verməyi təklif etmişdir ki, verdiyi pulun müqabilində hər ay maaşını götürsün. Lakin Şəhriyar onunla razılaşmamış və ondan şikayət edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ona qarşı verilmiş mülki iddianı qismən qəbul edir, zərərçəkmiş şəxsə 7000 manat pulu hissəhissə kartından tutulmaqla qaytarılmasına etiraz etmir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2022-ci ilin iyul ayından 2022-ci ilin oktyabr ayına qədər "xxxx" şirkətində usta köməkçisi işləmiş, həmin dövrdə onunla bir işdə işləyən Şahid tanımışdır. Maddi imkanı zəif olduğundan və ali təhsilli olduğundan Əmraha başqa işə keçmək istədiyini, dövlət qulluğu olsa daha yaxşı olacağını demişdir. Şahid həmin vaxt ona kömək edə biləcəyini demişdir. Əmrah ona qayınatası Təqsirləndirilən şəxs Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsində rəis müavini vəzifəsində işlədiyini və ona işə düzəlməkdə köməklik edə biləcəyini demişdir. O, Şahidla iş yoldaşı olduğundan və Əmrahın bir neçə gün ərzində etdiyi təhriklərdən sonra şirin vədlərinə inanıb, Əmraha etibar edərək sonuncu ilə birlikdə 2022-ci ilin avqustunda “Koroğlu” metrostansiyasının yaxınlığında görüşmüş və birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getmişlər. Şöbədə növbətçi hissədə polis polkovnik-leytenantı rütbəsində və polis formasında olan Əmrahın qayınatası Təqsirləndirilən şəxsla görüşmüşlər. O, Təqsirləndirilən şəxs işə düzəlməsi məsələsi ilə bağlı məlumatlı olduğunu görmüşdür. Üçü söhbət edən zaman Çıraq ona DİN-in və FHN-in yüksək vəzifəli şəxsləri ilə yaxın əlaqələri olduğunu və həmin Nazirliklərdə dostlarının çox olduğunu, onu istərsə daxili işlər orqanlarına, istərsə də Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini demişdir. Çıraq ilk əvvəl onu daxili işlər orqanlarına işə düzəldəcəyini bunun üçün 13000 (on üç min) manat pul lazım olduğunu demiş, o isə maddi imkanının həmin məbləğə çatmayacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsində işə düzəldə biləcəyini və bunun üçün 10000 (on min) manat pul lazım olduğunu, həmin pulu rüşvət qismində FHN-in yüksək vəzifəli şəxslərə verəcəyini demiş, lakin o, yenidən həmin məbləğə də gücünün çatmayacağını Çırağa bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və Şahid onu israrla inandırmağa çalışmışlar ki, Nazirliyin vəzifəli şəxslərinə mütləq qaydada rüşvət verilməsi vacibdir, pulsuz bu məsələni həll etmək olmaz. Hər ikisinin təhrikindən sonra o, düşünüb 7000 manat pul düzəldə biləcəyini demiş, Təqsirləndirilən şəxs həmin işi 7000 (yeddi min) manat rüşvət verərək onu FHN-də yanğınsöndürən vəzifəsinə düzəldə biləcəyini demişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs və kürəkəni Şahid israrlı təhriklərindən sonra sonuncularla razılaşmış, daha sonra 24 avqust 2022-ci il tarixdə, təxminən saat 15 radələrində Təqsirləndirilən şəxsla “Koroğlu” metrostansiyası yaxınlığında görüşmüşdür. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsiinn, diplomunun, hərbi biletinin sürətini, ailə vəziyyəti haqqında məlumat və 2000 (iki min) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ona işi həll edəcəyini demiş, sonrakı günlərdə Təqsirləndirilən şəxsla telefon vasitəsilə əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona pulu tam verməyəcəyi halda işin alınmayacağını demişdir. 25 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində o, Şahidla birlikdə işdən çıxmış, saat 19 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasında olan kafedə Təqsirləndirilən şəxsla görüşmüş, iş barəsində söhbət etmişlər. O, Təqsirləndirilən şəxs və Şahid kafedən durub gedərkən yolda Təqsirləndirilən şəxs Şahid yanında 5000 (beş min) manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs ona 2023-cü ilin yanvar ayından işə düzələcəyini demişdir. Lakin sonradan Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirmişdir. Aradan xeyli vaxt keçdikdən sonra artıq o, Təqsirləndirilən şəxs onu aldatdığını başa düşmüş və Çıraqdan verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs onun pulunu qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirdi ki, ona dəymiş ziyan ödənilmədiyi üçün təqsirləndirilən şəxsdən şikayətçidir, həmçinin verdiyi mülki iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, "xxxx" MMCdə havalandırma üzrə usta köməkçisi işlədiyi dövrdə Zərərçəkmiş şəxs tanımışdır. Şəhriyar onun iş yoldaşı olmuşdur. Şəhriyarla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Şəhriyarla iş yoldaşı olduğu dövrdə Şəhriyar ümumi söhbət əsnasında hər zaman dövlət işinə düzəlmək istədiyini, lakin tanışının olmadığını demişdir. Bir dəfə söhbət əsnasında o, Şəhriyara qayınatasının polis orqanlarında işlədiyini və bir-iki dəfə tanımadığı şəxsləri işə düzəltdiyini demişdir. Həmin vaxt Şəhriyar ondan qayınatasından sonuncu işə düzəltməsi üçün xahiş edib-edə bilməyəciyini soruşmuşdur. Həmin vaxt o, mobil telefon işlətmədiyindən Şəhriyarın mobil telefonu ilə qayınatası Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng etmiş və sonuncuya iş yoldaşı Zərərçəkmiş şəxs ali təhsilli olduğunu və dövlət işinə düzəlmək istədiyini demişdir. Qayınatasından Şəhriyara kömək edib-edə bilməyəcəyini soruşmuşdur. Qayınatası Çıraq telefon danışığı zamanı ona Şəhriyara kömək edə biləcəyini demişdir. Daha sonra Şəhriyarla qayınatasının işlədiyi Xəzər RPİ-nin 3-cü PŞ-nə getmişlər. Qayınatası Çıraq polkovnik-leytenant rütbəsində, polis formasında onları növbətçi hissədə qarşılamışdır. Həmin vaxt birinci mərtəbədə yerləşən otaqların birinə keçmiş və söhbət etmişlər. Söhbəti Şəhriyarla qayınatası Çıraq etmişdir, o isə kənarda dayanıb gedən söhbətə qulaq asmışdır. Söhbət zamanı qayınatası Təqsirləndirilən şəxs Şəhriyardan harada işə düzəlmək istədiyini soruşmuş, Şəhriyar yaxşı iş hara varsa orada işləmək istədiyini demişdir. Qayınatası ilk əvvəl Şəhriyardan daxili işlər orqanlarında işləmək istəyinin olub-olmamasını soruşmuş, Şəhriyar istəyinin olduğunu bildirmişdir. Həmin vaxt qayınatası Şəhriyara mühafizə polisi işləmək üçün vəzifəli şəxslərə 11000 (on bir min) manat pul verilməli olduğunu demişdir. Şəhriyar həmin məbləğə gücü çatmayacağını demiş, daha sonra yekunda qayınatası Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyində yanğınsöndürən vəzifəsinə işə düzəlməsi üçün 7000 (yeddi min) manat məbləğində vəzifəli şəxslərə rüşvət verərək Şəhriyarı işə düzəldə biləcəyini demişdir. Şəhriyar da qayınatası Çıraqla razılaşmışdır. Razılıq əldə edildikdən sonra o və Şəhriyar qayınatası Çıraqla sağollaşıb 3-cü polis şöbəsini tərk etmişlər. Həmçinin qeyd etmişdir ki, qayınatası Çırağın işlədiyi yerə getməmişdən əvvəl Şəhriyarla söhbət edərkən Şəhriyara ola bilsin ki, işi alınmasa onda günah görməməsini, sabahbirgün onu arada qoymamasını demişdir. Şəhriyar da ona narahat olmamasını və heç bir problemin olmayacağını, olsa belə ondan şikayət etməyəcəyini demişdir. Şəhriyar da onunla razılaşmışdır. Razılıq əldə edildikdən sonrakı günlərdə Şəhriyar qayınatası Çıraqla özü birbaşa əlaqə saxlamış və görüşmüşlər. Həmin vaxt Şəhriyar qayınatası Çırağa sənədləri və müəyyən məbləğdə pul vermişdir. Bu məlumatı sonradan Şəhriyar özü ona demişdir. Şəhriyarın birinci dəfə qayınatası Çıraqla görüşərək pul verməsində iştirak etməmişdir. İkinci dəfə isə Şəhriyarla 2022-ci ilin sentyabr ayında işdən çıxıb Mərdəkan qəsəbəsinə qayınatası Çırağın yaşadığı “Günəşli” sanatoriyasına gəlmişlər. Həmin vaxt kafedə oturmuşlar. Orada olan zaman Şəhriyarla qayınatası Çıraq iş barəsində söhbət etmişlər. O, yenə kənardan gedən söhbətlərə qulaq asmışdır. X4 söhbətinə heç vaxt müdaxilə etməmişdir. Kafeni tərk edərkən yolda Şəhriyar zərfin içərisində qayınatası Çırağa işi ilə bağlı qalan pulu vermiş, lakin zərfin içərisində nə qədər pul olmasından məlumatlı olmamışdır. Şəhriyarla qayınatası Çıraq arasında əldə edilmiş razılığa əsasən Şəhriyar 3-4 ay müddətinə işə düzəlməli olmuş, lakin sonradan vaxt uzanmışdır. O, Şəhriyarla birlikdə yenidən qayınatası Çıraqla görüşmüşlər. Həmin vaxt qayınatası bəhanələr gətirərək guya rəisin dəyişdiyini, işin uzanacağını demişdir. Aradan bir müddət də keçdikdən sonra Şəhriyar ona şikayət etməyə başlamış, o isə Şəhriyara əvvəlcə dediyi sözləri xatırlatmış və onu arada qoymamasını demişdir. O, Şəhriyara bildirmişdir ki, “işin düzəlmirsə verdiyin pulu geri tələb et, lazım gələrsə aidiyyəti orqanlara şikayət et, bu işdə şahid qismində sənə köməklik göstərəcəm”. Daha sonra Şəhriyarın qayınatası Təqsirləndirilən şəxs aidiyyəti orqanlara şikayət etməsi barədə məlumat almışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər rayon polis idarəsindən daxil olmuş 12 sentyabr 2023-cü il tarixli 45/2- 20826/23 nömrəli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsinin məsul növbətçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2023-cü il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin birinci bəndəinə əsasən öz arzusu ilə tutduğu vəzifədən azad edilərək daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdur. İş materiallarına əlavə edilmiş 29 avqust 2023-cü il tarixli “CD-yə baxış keçirilməsi haqqında” protokldan görünür ki, Zərərçəkmiş şəxs nümayəndəsi, vəkil Müdafiəçi1 tərəfindən istintaqa təqdim olunan kompakt diskin içərisində 10 ədəd audio fayl vardır. Həmin audio fayllar Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında apardıqları danışıqları əks etdirir. Səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sonuncuya inanaraq onu işə düzəltməsi adı ilə verdiyi 7000 manat pulunu geri tələb edir. Şəhriyarın sözlərinin müqabilində Təqsirləndirilən şəxs etiraf edərək ona verilən 7000 (yeddi min) manat məbləğində pulu geri ödəməyə hazırda imkanının olmadığını deyir və Zərərçəkmiş şəxs tərəfindən ona müəyyən müddətə vaxt verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 178.2.4cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edillmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş qətimkan tədbiri seçmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, həmçinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəərdə utulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci madəsinə əsasən Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin hazırkı cinayətinin törədilmə şəraitini, cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmasa da Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə ekspertiza xərci yoxdur. Zərərçəkmiş şəxs və mülki iddiaçı Hüseynli X3 Çıraq Famil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 ümumilikdə 7 000 manat pul vəsaitinin və 3000 manat isə dəymiş mənəvi zərərin, 130 manat ödənilmiş dövlət rüsumunun, eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3. 449.1 və 449.4-cü maddələrinin tələblərinə əsasən, hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında olmaqla 10% miqdarında hesablanmaqla, hökm icra olunan günə qədər iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdən 30 may 2023-cü il tarixədək Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin məsul növbətçisi vəzifəsində qulluq edərkən, qulluq mövqeyinə görə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə etməklə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə törətmək niyyətində olduğu əməlin cinayət xarakterinin və hüquqazidliyi, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai-təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, 2022-ci ilin avqust ayının əvvəllərində aralarında tanışlıq münasibəti olan Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-də söhbət etdiyi zaman sonuncunun dövlət orqanlarına işə düzəlmək istədiyini bilib, real imkana və səlahiyyətə malik olmadığı və Zərərçəkmiş şəxs hər hansı köməklik göstərmək niyyəti olmadığı halda, tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək Zərərçəkmiş şəxs pulunu aldatma yolu ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyində geniş əlaqələrə malik olduğunu və guya həmin quruma işə qəbul üçün ona 10000 (on min) manat məbləğində pul vəsaitinin lazım olduğunu yalandan bildirib Zərərçəkmiş şəxs aldadaraq, həmin adla qeyd edilən pul vəsaitinin 7000 (yeddi min) manat məbləğini verə biləcəyinə sonuncunun maddi imkanının olduğunu bilib, onu ələ alaraq, razılığını aldıqdan sonra 24 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə "Koroğlu" metrostansiyası yaxınlığında görüşərək əlbə-əl aldığı 2 000 manat məbləğində və 25 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Günəşli" sanatoriyasında olan kafedə Şahid yanında əlbə-əl aldığı 5 000 manat məbləğində, ümumilikdə 7 000 (yeddi min) manat məbləğində pulu alıb öz şəxsi ehtiyaclarına sərf edərək, verdiyi vədin icrası üçün heç bir hərəkət etməyərək qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə - Zərərçəkmiş şəxs məxsus 7 000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirərək xeyli miqdarda zərər vuraraq dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutlan cinayət əməllərini törətməklə Zərərçəkmiş şəxs 7 000 (yeddi min) manat maddi ziyan vurmuşdur. Bununla yanaşı hazırda Zərərçəkmiş şəxs heç bir yerdə işləmədiyini, qazanc yerinin olmadığını və keçən müddət ərzində əsəb və keçirdiyi sarsıntılar nəticəsində fiziki iztirablar keçirməyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsini nəzərə alaraq cavabdeh Təqsirləndirilən şəxs 3 000 (üç min) manat məbləğində vurulmuş mənəvi zərər hesablanaraq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Eyni zamanda, cavabdeh Təqsirləndirilən şəxs qeyd edilən məbləği özündə saxlamaqla, iddiaçı Zərərçəkmiş şəxs pul vəsaitindən öz mənafeləri üçün istifadə edərək faydalanmış, lakin ona vurduğu zərəri qaytarmamışdır. Odur ki, Zərərçəkmiş şəxs vəsaitindən faydalandığına və ona vurmuş olduğu zərəri vaxtında qaytarmadığına, onu maddi cəhətdən çətinliyə salaraq inkişafına zərər vurduğuna görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında tam öz əksini tapmışdır. Həmin qərarın şərhinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulması müəyyən edilmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan mülki qanunvericilik normalarının tələblərini, cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluq –cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 7000 manat məbləğində əmlakını ələ keçirməsi öz təsdiqini tapdığını və həmin məbləğdə pulun zərərçəkmiş şəxsə qaytarılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməklə Təqsirləndirilən şəxs 7000 manat məbləğində Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə, müki iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs 7000 manat məbləğində əmlakını ələ keçirməkdən ibarət olmasını və bu halın iş üzrə təsdiq olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə etməklə cinayət əməlləri nəticəsində aldatılma yolu ilə əmlakın ələ keçirilməsi ilə bağlı zərərçəkmiş şəxsə qarşı törədilən bu qanunsuz hərəkət onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına gətirib çıxaran haldan ibarətdir ki, bu hal nəticəsində zərərçəkmiş şəxsin mənəvi sarsıntıya məruz qalması qəbul olunandır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərər dəymişdir. Bu zaman məhkəmə, zərərçəkmiş şəxsə dəymiş mənəvi zərərin məbləğini 500 manat məbləğində qiymətləndirilməsini ağlabatan hesab edir. Zərərçəkmiş şəxs, mülki iddiasını 3000 manat məbləğində ona mənəvi zərərin dəyməsini əsaslandırsa, həmin məbləğin nədən yaranması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, mülki iddia tələbi üzrə mənəvi zərərə görə Təqsirləndirilən şəxs 500 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə, mülki iddia tələbinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3. 449.1 və 449.4-cü maddələrinin tələblərinə əsasən, hər gecikdirmə günü üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında olmaqla 10% miqdarında hesablanmaqla, hökm icra olunan günə qədər iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə görə Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki iddia tələbinin həmin hissəsinin hüquqi əsası kimi Mülki Məcəllənin 449-cu maddəsinə istinad etməsi ilə bağlı nəzərə alınmalıdır ki, həmin maddə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun mülki iddia ərizəsində istinad olunan 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Məhkəmə qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanmaqla qeyd edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) tərəfindən zərərçəkmiş şəxsə (mülki iddiaçıya) qaytarılmalı olan pulu özündə saxlamaqla faydalanması ilə bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi mülki iddiaçının üzərinə düşür. Mülki iddiaçı isə belə bir sübutu məhkəməyə təqdim etməmiş, cinayət işinin araşdırılmasında da müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməklə Təqsirləndirilən şəxs dəymiş zərərə görə 7000 manat, mənəvi zərərə görə 500 manat, cəmi 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə, mülki iddianın qismən təmin olunmasını, mülki iddiaya görə 130 manat məbləğində pulun ödənilməsini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun görə 95 (doxsan beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməli, ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi Zərərçəkmiş şəxs özünə aid edilməli, artıq ödənilmiş 10 manat hissəsi Zərərçəkmiş şəxs geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum etməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Günəşli” sanatoriyasını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnna təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan, azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş zərərə görə 7000 (yeddi min) manat, mənəvi zərərə görə 500 manat, cəmi 7500 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun görə 95 (doxsan beş) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi Zərərçəkmiş şəxs özünə aid edilsin, artıq ödənilmiş 10 manat hissəsi Zərərçəkmiş şəxs geri qaytarılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi cəmi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar