Məhkəmə qərarları › İş №1(003)-178/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-178/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-178/2025 15.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qazmaçılar küçəsi, ev 54-də qeydiyyatda olan və yaşamış, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Şahid1 ilə birlikdə aralarında əldə etdikləri cinayətkar razılaşmaya əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində müxtəlif vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 5/2 saylı yaşayış sahəsi olan bağ evinə qanunsuz daxil olaraq oradan 1 ədəd 1200 manat qiymətində “Simens” markalı paltaryuyan maşını, 1 ədəd 1200 manat qiymətində “LG” markalı kondisioneri, 1 ədəd 700 manat qiymətində “Samsung” markalı televizoru, 1 ədəd 300 manat qiymətində “Samsung” markalı tozsoranı, 1 ədəd 50 manat qiymətində ütünü, 1 ədəd 300 manat qiymətində mikrodalğalı sobanı, 1 ədəd 40 manat qiymətində 2 gözlü sobanı, 1 ədəd 100 manat qiymətində qızdırıcı radiatoru, 1 ədəd 50 manat qiymətində “Panasonik” markalı telefonu, 1 ədəd 100 manat qiymətində “Maks” markalı su nasosunu, 150 metr uzunluğunda və 100 manat qiymətində elektrik kabelini, 1 ədəd 150 manat qiymətində tosteri, 1 ədəd 200 manat qiymətində hovuz matorunu, 1 ədədi 100 manat olmaqla ümumilikdə 200 manat qiymətində olan və 2x3 ölçülü 2 ədəd xalçaları, 1 ədəd 100 manat qiymətində 2x1 ölçülü xalçanı, 1 ədəd 200 manat qiymətində tikiş maşınını, 1 ədəd 200 manat qiymətində samovarı, 1 ədəd 100 manat qiymətində 40 litrlik qazanı, 1 ədədi 10 manat olmaqla 6 ədəd 60 manat qiymətində mürəbbə ləyənlərini, 1 ədədi 15 manat olmaqla ümumilikdə 150 manat qiymətində 15 ədəd qazanları, 1 ədəd 65 manat qiymətində çaydanı, 1 ədəd 100 manat qiymətində çadırı, 1 cütü 100 manat olmaqla ümumilikdə 200 manat qiymətində olan 2 cüt yay ayaqqabılarını, 1 dəsti 100 manat olmaqla ümumi qiyməti 500 manat olan 5 dəst kişi geyimlərini, 1 ədəd 100 manat qiymətində bağ arabasını, 1 ədəd 50 manat qiymətində dreli, 1 ədəd 60 manat qiymətində elektrik mişarını, 1 ədəd 20 manat qiymətində qaz açarını, 100 manat qiymətində təsərrüfat alətləri dəstini, 100 metr uzunluğunda olmaqla ümumilikdə 100 manat qiymətində elektrik kabellərini, 200 manat qiymətində santexnik ləvazimatları dəstini, 500 manat qiymətində qab-qacaq dəstini, 1 ədəd 200 manat qiymətində yataq dəstini, 1 ədədi 25 manat olmaq ümumi qiyməti 100 manat olan 4 ədəd süfrə örtüklərini, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 100 manat olan 5 ədəd hamam dəsmallarını, 1 ədədi 100 manat olmaqla ümumi qiyməti 500 manat olan 5 ədəd dekorativ pərdələri, 1 ədədi 100 manat olan və ümumi qiyməti 500 manat təşkil edən 5 ədəd döşək üzlərini, 1 ədədi 30 manat olmaqla ümumi qiyməti 150 manat olan 5 ədəd pəncərə karnizlərini, 1 ədəd 300 manat qiymətində dəmir qapını, 1 ədəd 100 manat qiymətində masanı, 1 ədədi 15 manat olmaqla ümumi qiyməti 150 manat olan 10 ədəd turşu bankalarını, 100 manat qiymətində yuyucu maddə dəstini, 1 ədəd 100 manat qiymətində ağır yumru böyük qazanı, 1 ədəd 300 manat qiymətində divar saatını, 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 2 ədəd adyalları, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 100 manat olan 5 ədəd qadın şərtlərini tanışı Şahid1 adlı şəxslə birlikdə götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 10.345 (on min üç yüz qırx beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək verdiyi ifadəsində bildirdi ki, bir neçə ay bundan əvvəl məhlə yoldaşı Tərlanın Şüvəlandakı evinə gəlmişdir. Tərlanın evində Şahid1 və Rövşən adlı şəxslə tanış olmuşdur. Elə oldu ki, o hazırda yaşadığı Mərdəkan qəsəbəsindəki evi kirayə tutmuş və o, Şahid1 və Rövşənlə birlikdə həmin evə köçmüşlər. Təxminən bir neçə ay bundan əvvəl onunla kirayə yaşayan Elçin və Rövşən kirayə pulunu verə bilmədikləri üçün pul müqabilində hardansa televizor gətirmişlər. Elçin həmin televizoru Lökbatanda yaşayan bacısıgildən gətirdiyini və evin pulunun müqabilində həmin televizoru ona vermişlər. O da həmin televizoru evin yiyəsi Elçinə vermiş, lakin öz payına düşən kirayə pulunu verə bilməmişdir. Ev yiyəsi Elçin 140 manata dəyərləndirmiş və qalan pulu da borclu qalmışdır. Bundan sonrakı ay Elçinlə Rövşən kirayə pulunu vermişlər. Lakin növbəti dəfə kirayə pulunun yerinə velosiped gətirmişlər. Onlar da həmin velosipedi ev yiyəsi Elçinə vermişlər. Bundan sonrakı ay isə bir ədəd paltaryuyan maşın gətirmişlər. Digər əşyalardan fərqli olaraq paltaryuyan maşını əl arabasında gətirmişlər. Digər əşyaları isə maşınla gətirmişlər. Paltaryuyan maşını o tanışı digər Rəşad adlı şəxsə 100 manata satmış və əldə etdiyi pulu evin yiyəsi Elçinə vermişdir. Daha sonra o Şüvəlandakı “Halva” restoranının yanında Tərlanın anası Sveta adlı qadına kömək etmişdir. Bunun müqabilində onun həyətində olan xalçanı Svetadan istəmiş, Sveta da ona həmin xalçanı bağışlamışdır. Bir neçə gündən sonra xalçanı kirayə qaldığı evə aparmaq istəyərkən taksiyə pulu olmadığı üçün qohumu Ələkbərə müraciət etmiş və onların evi Svetanın evinə yaxın olduğu üçün Ələkbərlə birlikdə həmin xalçanı onların həyətinə qoymuşdur. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. O heç bir oğurluq hadisəsi törətmədiyini, heç bir oğurluq hadisəsində iştirak etmədyini bildirmişdir. Mülki iddianı da qəbul etmir. Əvvəlki məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən bağ evinə gəldiyi zaman evindən 1 ədəd 1200 manat qiymətində “simens” markalı paltaryuyan maşının, 1 ədəd 1200 manat qiymətində “LG” markalı kondisionerin, 1 ədəd 700 manat qiymətində “Samsung” markalı televizorun, 1 ədəd 300 manat qiymətində “Samsung” markalı tozsoranın, 1 ədəd 50 manat qiymətində ütünün, 1 ədəd 300 manat qiymətində mikrodalğalı sobanın, 1 ədəd 40 manat qiymətində 2 gözlü sobanın, 1 ədəd 100 manat qiymətində qızdırıcı radiatorun, 1 ədəd 50 manat qiymətində “Panasonik” markalı telefonun, 1 ədəd 100 manat qiymətində “Maks” markalı su nasosunun, 150 metr uzunluğunda və 100 manat qiymətində elektrik kabelinin, 1 ədəd 150 manat qiymətində tosterin, 1 ədəd 200 manat qiymətində hovuz matorunun, 1 ədədi 100 manat olmaqla ümumilikdə 200 manat qiymətində olan və 2x3 ölçülü 2 ədəd xalçaların, 1 ədəd 100 manat qiymətində 2x1 ölçülü xalçanın, 1 ədəd 200 manat qiymətində tikiş maşınının, 1 ədəd 200 manat qiymətində samovarın, 1 ədəd 100 manat qiymətində 40 litrlik qazanın, 1 ədədi 10 manat olmaqla 6 ədəd 60 manat qiymətində mürəbbə ləyənlərinin, 1 ədədi 15 manat olmaqla ümumilikdə 150 manat qiymətində 15 ədəd qazanların, 1 ədəd 65 manat qiymətində çaydanın, 1 ədəd 100 manat qiymətində çadırın, 1 cütü 100 manat olmaqla ümumilikdə 200 manat qiymətində olan 2 cüt yay ayaqqabılarının, 1 dəsti 100 manat olmaqla ümumi qiyməti 500 manat olan 5 dəst kişi geyimlərinin, 1 ədəd 100 manat qiymətində bağ arabasının, 1 ədəd 50 manat qiymətində drelin, 1 ədəd 60 manat qiymətində elektrik mişarının, 1 ədəd 20 manat qiymətində qaz açarının, 100 manat qiymətində təsərrüfat alətləri dəstinin, 100 metr uzunluğunda olmaqla ümumilikdə 100 manat qiymətində elektrik kabellərinin, 200 manat qiymətində santexnik ləvazimatları dəstinin, 500 manat qiymətində qab-qacaq dəstinin, 1 ədəd 200 manat qiymətində yataq dəstinin, 1 ədədi 25 manat olmaq ümumi qiyməti 100 manat olan 4 ədəd süfrə örtüklərinin, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 100 manat olan 5 ədəd hamam dəsmallarının, 1 ədədi 100 manat olmaqla ümumi qiyməti 500 manat olan 5 ədəd dekorativ pərdələrin, 1 ədədi 100 manat olan və ümumi qiyməti 500 manat təşkil edən 5 ədəd döşək üzlərinin, 1 ədədi 30 manat olmaqla ümumi qiyməti 150 manat olan 5 ədəd pəncərə karnizlərinin, 1 ədəd 300 manat qiymətində dəmir qapının, 1 ədəd 100 manat qiymətində masanın, 1 ədədi 15 manat olmaqla ümumi qiyməti 150 manat olan 10 ədəd turşu bankalarının, 100 manat qiymətində yuyucu maddə dəstinin, 1 ədəd 100 manat qiymətində ağır yumru böyük qazanın, 1 ədəd 300 manat qiymətində divar saatının, 1 ədədi 150 manat olmaqla ümumi qiyməti 300 manat olan 2 ədəd adyalların, 1 ədədi 20 manat olmaqla ümumi qiyməti 100 manat olan 5 ədəd qadın şərflərinin oğurlandığını aşkar etmişdir. Bundan başqa xx.xx.2024-cü tarixdə saat 12 radələrindən xx.xx.2024-cü il saat 09 radələrindək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həmin bağ evinə girib evə çəkilmiş 150 manat qiymətində və 100 metr uzunluğunda elektrik kabelini oğurlamışlar. O bu barədə AR DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, mülki iddia ilə bağlı məhkəməyə ərizə ünvanladığını, ona dəymiş ümumilikdə 15000 manat məbləği və 135 manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsinə dair iddia ərizəsinin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, hal-hazırda AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında cinayət işi vardır. Həmin maddələr üzrə özünü təqsir bilir. Şamaxı şəhərindən Bakı şəhərinə gəlmişdir. Gələrkən həbsxana yoldaşı Tərlanla əlaqə saxlamış və Tərlanın Şüvəlandakı evinə gəlmişdir. Tərlanın evində Rəşadla tanış olmuşdur. Elə olmuşdur ki, Rəşad hazırda yaşadığı Mərdəkan qəsəbəsindəki evi kirayə tutmuş və o Rəşadla həmin evə köçmüşdür. O həmin evdə Rəşadla yaşayan zaman Rəşadın digər dostu və adaşı Rəşad da yanlarına gəlirmiş və həmin Rəşadla onlara gedib gəldiyi müddətdə tanış olmuşdur. Təxminən 2024cü ilin yanvar ayının əvvəllərində onunla kirayə yaşayan Rəşad demişdir ki, Mərdəkan qəsəbəsində yaşadıqları evdən bir qədər aralıda qohumunun evi vardır və orada bir neçə əşya vardır. Həmin əşyaları daşımaqda kömək etməyini ondan xahiş etmişdir. Bunun müabilində ona istifadə etməyi üçün narkotik vasitə verəcəyini demişdir. O da razılaşmış və 2024-cü ilin yanvar ayının əvvəllərində Rəşadla o Rəşada məxsus “Vita” markalı avtomobillə dediyi qohumunun evinə gəlmişlər. Oraya gələn zaman Rəşad hasardan tullanıb içəri keçmiş və həyətin qapısını içəridən açıb onu evə dəvət etmişdir. Həyətdə adyalın içərisində paltaryuyan maşına bənzər əşya olmuşdur. O Rəşada kömək edib həmin əşyanı birlikdə maşına yükləmişlər. Daha sonra kirayə yaşadıqları evə gəlmişlər. Rəşad vədinə əməl edərək ona istifadəsi üçün narkotik vasitə vermişdir. Daha sonra əşyanı maşında saxlayaraq sürüb harasa aparmışdır. Bu hadisədən bir neçə gün sonra onunla birlikdə kirayə yaşayan dostu Rəşad digər adaşı olan Rəşadla birlikdə bir neçə dəfə həmin avtomobilə nəsə yükləyib gətirirmişlər. Daha sonra ikisi həmin əşyaları harasa aparırmışlar. Bir dəfəsində onu da özləri ilə aparmışlar və götürdükləri əşyanı narkotiklə dəyişəcəklərini bildirmişlər. Onlar birlikdə Şağan qəsəbəsi ərazisinə getmişlər və hər iki Rəşad tanımadığı bir nəfər şəxslə görüşüb həmin şəxsə müxtəlif məişət əşyaları verməklə əvəzində narkotik vasitə alırmışlar. Həmin aldıqları narkotik vasitədən şəxsi istifadəsi üçün ona da vermişlər. Daha sonra 2024-cü ilin yanvar ayının təxminən ortalarında Rəşad ona təklif etmişdir ki, yenə birinci dəfə getdikləri qohumunun evinə gedib əşyaları maşına yükləmək lazımdır. O da razılaşmış və hər iki Rəşad və o Vita markalı avtomobillə həmin ünvana yollanmışlar. Orada olarkən kirayə qalan dostu Rəşad maşında əyləşmişlər. Digər Rəşad isə evin həyətinə keçib qapını açmış və o da həyətə daxil olmuşdur. Həmin Rəşad evin pəncərəsindən içəri girmişdir. O həyətdə siqaret çəkib onu gözləməyə başlamışdır. Siqareti çəkib kötüyünü həyətdə yerə atmışdır. Bir neçə dəqiqədən sonra Rəşad evin pəncərəsindən bir neçə əşyanı bayıra çıxarmışdır. Bir ədəd istilik sistemi və 2 ədəd içərisi əşyalarla dolu çantanı bayıra çıxarmışdır. O istilik sistemini götürüb maşına aparmışdır. Rəşad da çantaları maşına gətirmişdir. Daha sonra evin həyətinin qapısını içəridən bağlayıb hasardan bayıra tullanıb yanma gəlmiş və onlar əşyaları yenidən kirayə qaldıqları evə gətirmişlər. Dostu və kirayə yaşadığı Rəşad kömək müqabilində mənə narkotik vasitə vermiş və o evdə qalmışdır. Onlar isə əşyaları hara isə aparmışlar. Bundan bir neçə gün sonra kirayə qaldığı Rəşad yenə evə əşyalarla birlikdə gəlmiş və qohumu Ələkbərə zəng edib onu evə dəvət etmişdir. Ələkbər də “Oka” markalı avtomobili ilə yaşadıqları evə gəlmişdir. Rəşad Ələkbər ilə birlikdə gətirdiyi əşyaları həmin Oka markalı avtomobilə yükləmişlər və harasa sürüb getmişlər. Sonrakı proseslərdən isə xəbəri olmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman o öyrənmişdir ki, Rəşadın onu apardığı ev Ramiz adlı şəxsə məxsusdur və Rəşadın qohumu deyildir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid2 göstərmişdir ki, 20 ildən artıqdır ki, Şüvəlan qəsəbəsi ərazisində kafe işlədir. Təqsirləndirilən şəxs onun qohumudur. O Şüvəlan qəsəbəsindəki evinin həyətində anbarını tikinti materialları işlədən şirkətə arendaya vermişdir. Təxminən 3 ay bundan əvvəl Rəşad yanına gələrək bir ədəd xalça gətirmiş və özünə məxsus olduğunu bildirib anbarda divanın üstünə qoymuşdur. O da onun özününkü olduğunu zənn edib xalçanı ondan götürmüşdür. Bir neçə müddətdən sonra isə polis əməkdaşları evinə gələrək evində oğurluq xalça olduğunu bildirmişlər. O bundan sonra həmin xalçanı polis əməkdaşlarına təhvil vermişdir. Həmçinin qeyd etmişdir ki, o həmin xalçam Rəşadın özününkü olduğunu bilmişdir. Ona görə xalçanı götürmüşdür. Nə oğurluq əməli törətmiş, nə də oğurluq yolu ilə əldə edilən mal almamışdır. Həmçinin onun əvvəllər Oka markalı avtomobili olmuşdur. Rəşadı qohum kimi həmin avtomobillə bir neçə dəfə yaşadığı evdən yaşadığı evinə aparmışdır. Lakin Rəşadın nə işlə məşğul olmasından xəbərsiz olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 ilə birlikdə Zərərçəkmiş şəxs qarşı oğurluq etmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi ayrılmış, ********* nömrəli cinayət işi nömrəsi altında icraata qəbul edilmişdir; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəlan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; -xx.xx.2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsi 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğundan tutularaq Xəzər Rpi MSY-nə təhvil verilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 106.1 və 38-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.1999-cu il tarixli Amnistiya qərarının 3-cü maddəsinin 3-cü bəndinə əsasən azad edilmişdir. 17 aprel 2008ci il tarixli Moskva şəhərinin Preobrajenski Rayon Məhkəməsinin hökmü ilə o, Rusiya Federasiyasının 30-cu maddəsinin 3-cü hissəsi və 228.1-ci maddəsinin 3-cü hissəsinin Q bəndi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 30 iyul 2022-cı il tarixli Bakı şəhər Xəzər Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək ona 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məktubundan görünür ki, Abasov X7 Federasiyasında məhkum olunmasına dair hökmü Azərbaycan Respublikası ərazisində tanınması barədə məlumat qeydiyyatdan keçmir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(003)-52/2025 nömrəli hökmündən məlum olur ki, X1 Rəşad Əlibala oğlu ilə qabaqcadan əlbir olan bir qrup halında Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etməsi faktına görə məhkum edilmişdir; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs və X3 cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzi kimi 15000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilmədi), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halları (müəyyən edilməmişdir) habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməlidir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 67-ci bəndində qeyd edilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci maddəsində qeyd edilir ki, cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Belə əsaslandırma aparılarkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği (o cümlədən, mülki cavabdeh mülki iddianı qəbul etdiyi hallarda) məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Həmin qərarın 70-ci maddəsinə görə birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri (bir neçəsi) haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa və yaxud bəzi iştirakçılar haqqında cinayət təqibinə bəraətverici sayılmayan əsaslarla xitam verilmişsə, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur və eyni zamanda təqsirkara barəsində cinayət təqibinə xitam verilmiş şəxsə qarşı mülki mühakimə icraatı qaydasında maddi ziyanın müştərək qaydada ödənilməsi haqqında iddia qaldırmaq hüququnu izah edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə görə Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 183.2-ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 316.1-ci maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək üçün bu Məcəllənin 89.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak edə bilər. 316.2-ci maddəsinə görə mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərar qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs hazırki cinayət əməli nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs 10.345 manat ittihamın əsasını təşkil edir və işin halları ilə tam təsdiq olunur. Bu səbəbdən də, mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün olmaqla, cəmi 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 10.345 (on min üç yüz qırx beş) manat maddi ziyan və 121 (yüz iyirmi bir) manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxsl oğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 19 saat vaxta görə 129 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar