Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-179/2025 07.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, onların müdafiəçisi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1989-cu il tarixdə Rusiya Federasiyası Astraxan vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq massivi nömrəsiz fərdi evdə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxx 1956-cı il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq massivi nömrəsiz fərdi evdə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ittiham olunmuşlar. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında Zərərçəkmiş şəxs qarşı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2 27 iyun 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşı hissəsindəki küçədə Zərərçəkmiş şəxs Zaxiddinovanın məişət tullantılarını yandırdığını görüb anası Təqsirləndirilən şəxs1 ilə iradını bildirərək ondan qanunsuz hərərətlərini dayandırmağı kobud formada tələb etməklə Zərərçəkmiş şəxs üzərinə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında hücum edib onların haqlı tələbinə əməl etməməsi səbəbindən o və anası Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında cüzi səbəbdən Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq söyüb təhqir etməklə səs-küy salaraq mübahisə yaratmaqla onun saçından tutub dartaraq şillə, yumruq və təpiklə vurub yerə yıxıb sürüyərək dalaşıb bir-birlərini ictimai yer olan həmin küçədə digər şəxslərin gözü qarşısında döyərək, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özlərinin şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, birgəyaşayış və ictimai qaydanı, eyni zamanda ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək anası Təqsirləndirilən şəxs1 yumruq və əlləri ilə Zərərçəkmiş şəxs bədəninin baş, alın, boyun, sifət, döş və sağ qol nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq etməklə ona ənsə nahiyyəsinin hematoması və nöqtəşəkilli qansızması, alının, sifətin sağ yarısının, boynun, sağ əlin, döş qəfəsinin, sağ dirsəyin, sağ saidin sıyrıqları kimi xəsatətlər yetirməklə, eyni zamanda Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən əlləri ilə qəsdən bir neçə dəfə vuraraq zor tətbiq etməklə ona sol saidin sıyrıqları, dirsək oynağının ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi və əzilmiş yaraları ilə nəticələnən Zərərçəkmiş şəxs Zaxiddinovanın sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin müdafiəçisi Müdafiəçi vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, qeyd olunan cinayət işi xx.xx.2024-cü il tarixində Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis mayoru Azər Məmmədzadə tərədindən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci naddəsinin əlamətləri ilə başlanaraq icraatına qəbul olunaraq istintaq olunmuşdur. xx.xx.2024- cü il tarixində ********* saylı cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından Zərərçəkmiş şəxs barəsində materialın ayrıca icraata ayrılması Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə tövsif olunmasına dair qərar çıxarılmışdır. Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Azər Məmmədzadə tərəfindən cinayət işinin istintaqı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının kobud pozulması ilə nəticələnən qanun pozuntuları ilə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 224.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şexsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 224.3-cü maddəsinin tələblərinə əsasən ittihamı elan etdikdən sonra müstəntiq təqsirləndirilən şəxsə onun bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etməlidir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın surəti, habelə hüquq və vəzifələrə dair yazılı bildiriş təqsirləndirilən şəxsə verilir. Müstəntiq ittihamın elan edilməsi, təqsirləndirilən şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi və qərarın surətinin verilməsi haqqında protokol tərtib edir. Bu protokol müstəntiq, təqsirləndirilən şəxs, müdafiəçi (bu hərəkətin yerinə yetirilməsində iştirak edirsə) tərəfindən imzalanır. Təqsirləndirilən şəxs və ya müdafiəçi qərarı, yaxud protokolu imza etməkdən imtina etdikdə, müstəntiq həmin sənədlərdə imza etməkdən imtina və imtinanın səbəbləri haqqında qeyd aparmaqla 24 saat müddətində bu barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixinə tərtib olunmuş təqsirləndirilən şəxs kimi cəlb etmə haqqında qərarda, ittihamın elan edilməsinə dair protokolda, ekspertizanın təyin edilməsinə dair qərarın və ekspert rəylərinin elan edilməsinə dair protokollarda təqsirləndirilən şəxsin imzaları mövcud deyildir. Müstəntiq tərəfindən təqsirləndirilən şəxsin imza etməkdən imtina etməsinə dair protokol və qərarlarda qeydlər edilmişdir. Təqsirləndirilən şəxs2 qeyd olunan tarixdə Xəzər Rayon Polis İdarəsində olmamasına baxmayaraq müstəntiq Azər Məmmədzadə tərəfindən iş materiallarına formal olaraq 8 saylı Vəkil Bürosunun vəkili X1 vəkil vəsiqəsinin surəti əlavə edilmiş, müdafiəçinin təqdim edilməsinə dair protokolda da Təqsirləndirilən şəxs2 imza etməkdən imtina etməsinin səbəbləri göstərilmədən imtinaya dair qeydlər aparılmış, daha sonra isə Xəzər rayon prokuroruna guya təqsirləndirilən şəxsin imza etməkdən imtina etməsinə dair formal məktub göndərilmişdir. X4 tərəfindən analoji kobud qanun pozuntularına xx.xx.2024-cü il tarixində də yol verilmiş, belə ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 Xəzər rayon Polis İdarəsində olmadığı halda onun barəsində tərtib olunmuş təqsirləndirilən şəxs kimi cəlb etmə haqqında qərarda, ittihamın elan edilməsinə dair protokolda, ekspertizanın təyin edilməsinə dair qərarın və ekspert rəylərinin elan edilməsinə dair protokollarda səbǝi qeyd olunmadan Təqsirləndirilən şəxs1 imza etməkdən imtina etməsi barəsə qeydlər aparılmış, iş materiallarına vəkil X1 vəkil sənədlərinin surətləri əlavə olunmaqla guya qeyd olunan tarixdə Təqsirləndirilən şəxs1 ittihamın elan olunması görüntüsü yaradılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 286.1-ci maddəsinin tələblərinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış etmənin tarixini, vaxtını və yerini, öz soyadını, adını və vəzifəsini, işlə tanış olan şəxslərin soyadlarını və adlarını, müdafiəçinin, habelə zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları göstərməklə cinayət işinin materialları ilə tanış etmə haqqında protokol tərtib edir. Cinayət prosesi iştirakçılarından hər birinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında ayrıca protokol tərtib edilir. Cinayət işinin materialları ilə müdafiəçi və nümayəndə təmsil etdiyi şəxslə birlikdə tanış olduqda onların cinayət işinin materialları ilə tanış edilmələrinə dair bir protokol tərtib olunur. Cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlər və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Protokolda cinayət işinin materialları ilə tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixi, saatı və dəqiqəsi göstərilir. Protokola cinayət işinin materialları ilə tanış etmədən sonra verilmiş şifahi vəsatətlər daxil edilir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2024-cü il tarixində müstəntiq Azər Məmmədzadə tərəfindən guya istintaqın qurtarmasının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 elan olunmasına dair protokol tərtib olunaraq təqsirləndirilən şəxsə istintaqın qurtarmasının elan olunması və guya onların xx.xx.2024-cü il tarixində cinayət işinin materialları ilə tanış olmalarına dair protokol tərtib olunsa da, qeyd olunan şəxslər həmin tarixlərdə Xəzər Rayon Polis İdarəsində olmamışlar və iş materialları ilə tanış olmamışlar. Müstəntiq tərəfindən yenə də kobud qanun pozuntusuna yol verilərək guya təqsirləndirilən şəxslərin imza etməkdən imtina etmələrinə dair protokollarda qeydlər aparmış, reallıqda isə təqsirləndirilən şəxsləri iş materialları ilə tanış etməmişdir. Ümumiyyətlə qeyd olunmalıdır ki,cinayət işinin istintaqı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiə hüquqlarının kobud pozuntusu ilə aparılmış, qeyd olunan şəxslər onlara Xəzər rayon Məhkəməsindən SMS bildiriş gələnədək öz prosessual statusları barədə (yəni təqsirləndirilən şəxs olmaları barədə) məlumatları olmamış, müstəntiq Azər Məmmədzadə tərəfindən onlara statuslarının zərərçəkmiş şəxs olmasına dair məlumat verilmiş, həmin şəxslərin müdafiə hüququ təmin olunmamış, onlara vəkil təqdim olunmamış, heç bir iş materialları ilə tanış edilməmiş və onların hüquqlarının müdafiəsi ilə bağlı istintaqı aparan quruma vəsatət vermələrinə heç bir şərait yaradılmamış, Leyla və Təqsirləndirilən şəxs1lar xx.xx.2024-cü il tarixində Xəzər Rayon Polis İdarəsinə dəvət olunmuşlar. Orada olarkən adları qeyd olunan şəxslər müstəntiq Azər Məmmədzadədən iş materialları ilə tanış olmaq istədiklərini bildirsələr də müstəntiq tərəfindən onlara cinayət işinin artıq prokurorluğa təqdim edilməsi və daha sonra iş materialları ilə tanış olacaqları bildirilmişdir. İttiham aktı təsdiq olunduqdan sonra isə iş Xəzər rayon Məhkəməsinə göndərilmişdir. 27 iyun 2024-cü il tarixində Leyla va Təqsirləndirilən şəxs1larla Zərərçəkmiş şəxs arasında baş vermiş hadisə ilə bağlı Təqsirləndirilən şəxs2 tərəfindən DİN-in 102 Xidmətinə birinci müraciət edilməsinə və qeyd olunan şikayət üzrə araşdırma aparılmasına baxmayaraq bütün proses boyu Leyla və Təqsirləndirilən şəxs1lara Zərərçəkmiş şəxs arasında baş vermiş insidentlə bağlı Leyla va Təqsirləndirilən şəxs1lara onların zərərçəkmiş şəxs olmaları və X.Z.Mazadarovanın məsuliyyətə cəlb olunacağı bildirilsə də xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməllərinə nəyinki düzgün hüquqi qiymət verilməmiş, sonuncu Leyla və Təqsirləndirilən şəxs1lara bədən xəsarətləri yetirdiyi halda onun inzibati məsuliyyətə cəlb olunması məsələsi qərarda öz əksini tapmamış və həmin şəxs barəsində qanunvericiliyin tələblərinə zidd olaraq cinayət işindən material ayrılmışdır. Azərbaycan Respublikası CPMnin 28.4.4 -cü maddəsinin tələblərinə əsasən cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 91.5.7-ci maddəsinin tələblərinə əsasən müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək təqsirləndirilən şəxsin əsas hüququdur. Bundan başqa iş materiallarından görünür ki,20 avqust 2024-cü il tarixində müstəntiq Azər Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi ilə bağlı qərar çıxarılmış və cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə dayandırılmışdır. xx.xx.2024-cü il tarixində qeyd olunan şəxslər tutularaq istintaqa təqdim edilmiş və müstəntiq tərəfindən birincisi həmin şəxslərin tutulduqları andan müdafiəçi ilə təmin olunma hüquqları pozulmuş, ikincisi onlara heç bir ittiham elan edilmədən şübhəli şəxs statuslarına xitam verilərək şahid qismində dindirilmişlər, 11 oktyabr 2024-cü il tarixində yenidən müstəntiq Azər Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində CM-nin 221.2.1-ci maddəsi ilə ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi ilə bağlı qərar çıxarılmış və cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. xx.xx.2024-cü il tarixində isə iş üzrə icraat təzələnmişdir. İş materiallarında şəxslərin könüllü gəlmələrinə və ya tutularaq istintaqa təqdim olunmalarına dair heç bir rəsmi sənəd yoxdur. Azərbaycan Respublikası CPM-nin 153.5-ci maddəsinin tələblərinə əsasən cinayətin törədilməsində şübhəli şəxs kimi tutulmuş və şübhə təsdiq olunmadığına görə azad olunmuş şəxs həmin şübhəyə görə yenidən tutula bilməz. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi müstəntiq tərəfindən cinayət işi kobud qanun pozuntuları ilə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının çoxsaylı pozuntuları ilə həyata keçirilmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəsatətin təmin olunmamasını xahiş etdilər. Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda müdafiəçilərinin vəsatəti ilə razı olduqlarını qeyd etdilər. Məhkəmə iclasında dövlət ittihamçısı Salmanov X2 Leyla Arif qızı və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə müdafiəçinin vəsatəti ilə qismən razı olduğunu bildirdi. Əlavə olaraq dövlət ittihamçısı vəsatət təqdim edərək təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulması, həmçinin ittiham aktının düzgün tərtib edilməməsi ilə bağlı olaraq cinayət işinə baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Vəsatəti onunla əsaslandırmışdır ki, həmin cinayət işi Xəzər RPİ-nin İŞ-də CM-nin 128-ci maddəsi ilə, xx.xx.2024-cü il tarixdə - başlanmış, xx.xx.2024-cü il tarixdə - iş üzrə əməl CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixdə- Təqsirləndirilən şəxs2 CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə - Təqsirləndirilən şəxs1 Cm-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə - iş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xəzər rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Xəzər rayon məhkəməsinə göndərilmişdir. İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs2 27 iyun 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşı hissəsindəki küçədə Zərərçəkmiş şəxs Zaxiddinovanın məişət tullantılarını yandırdığını görüb anası Təqsirləndirilən şəxs1 ilə iradını bildirərək ondan qanunsuz hərərətlərini dayandırmağı kobud formada tələb etməklə Zərərçəkmiş şəxs üzərinə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında hücum edib onların haqlı tələbinə əməl etməməsi səbəbindən o və anası Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında cüzi səbəbdən Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq söyüb təhqir etməklə səs-küy salaraq mübahisə yaratmaqla onun saçından tutub dartaraq şillə, yumruq və təpiklə vurub yerə yıxıb sürüyərək dalaşıb bir-birlərini ictimai yer olan həmin küçədə digər şəxslərin gözü qarşısında döyərək, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özlərinin şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, birgəyaşayış və ictimai qaydanı, eyni zamanda ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək anası Təqsirləndirilən şəxs1 yumruq və əlləri ilə Zərərçəkmiş şəxs bədəninin baş, alın, boyun, sifət, döş və sağ qol nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq etməklə ona ənsə nahiyyəsinin hematoması və nöqtəşəkilli qansızması, alının, sifətin sağ yarısının, boynun, sağ əlin, döş qəfəsinin, sağ dirsəyin, sağ saidin sıyrıqları kimi xəsatətlər yetirməklə, eyni zamanda Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən əlləri ilə qəsdən bir neçə dəfə vuraraq zor tətbiq etməklə ona sol saidin sıyrıqları, dirsək oynağının ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi və əzilmiş yaraları ilə nəticələnən Zərərçəkmiş şəxs Zaxiddinovanın sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xuliqanlıq etmişdir. Məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ittiham aktı və cinayət işi materialları öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş ittiham elan edilməsi üçün şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, cinayət işi üzrə icraat onlar tapılan vaxtadək dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə iş üzrə icraat bəzi istintaq hərəkətlərinin aparılması məqsədi ilə təzələnmiş, sübutlar qiymətləndirilərək, cinayət işinin materiallarından Zərərçəkmiş şəxs Zaxiddinova barəsində ayrıca material ayrılmış, araşdırılması üçün icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında axtarışda olan Təqsirləndirilən şəxs2 tutulması barədə hər hansı bir məlumat olmadan, formal olaraq Təqsirləndirilən şəxs2 adından kompüter vasitəsi ilə Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Azər Məmmədzadənin ünvanına ərizə yazılmış və həmin ərizədə qeyd edilmişdir ki, hüquqlarının müdafiəsini 8 saylı Vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilməsini istəyir. Lakin, ərizədə Təqsirləndirilən şəxs2 imza etməkdən imtina etməsi qeyd edilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı həm Təqsirləndirilən şəxs2, həm də anası Təqsirləndirilən şəxs1 qeyd etmişlər ki, onlar Xəzər RPİ-də olmamış, onlara imza etmək üçün hər hansı bir sənəd təqdim edilməmişdir. Müstəntiq onlara iş üzrə zərərçəkmiş şəxs olduqlarını bildirmiş, təqsirləndirilən şəxs olmalarını məhkəmədən bildiriş alarkən bilmişlər. Göründüyü kimi, cinayət işinin materiallarında axtarışda olan Təqsirləndirilən şəxs2 tutulması və ya könüllü gəlməsi barədə hər hansı bir məlumat olmadan formal olaraq onun adından müdafiəçinin seçilməsi ilə bağlı ərizə cinayət işinin materialına əlavə edilmiş, faktiki olaraq Təqsirləndirilən şəxs2 həmin vaxt Xəzər RPİ-də olmamış, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bundan əlavə, müdafiəçinin təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokolunda, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda, təqsirləndirilən şəxsin hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş və protokolda, təqsirləndirilən şəxsə ittiham elan edilməsi, hüquq və vəzifələrin izah edilməsi barədə bildiriş vermə, təqsirləndirilən şəxs kimi cəlb etm qərarının surətinin təqdim edilməsi barədə protokolda, təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolda və cinayət işinin materialları ilə təqsirləndirilən şəxsin tanış edilməsi barədə protokolda müstəntiq Təqsirləndirilən şəxs2 imza etməkdən imtina etməsini qeyd etmişdir. Bundan əlavə cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələbinə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, CPM-nin 289.3-cü maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. CPM-nin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət işinin materiallarından məlum olur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə yaşadıqları evin qarşısında məişət tullantılarını təmizləyərək yandırması səbəbindən qonşuları iş üzrə Zərərçəkmiş şəxs Zaxiddinova ilə aralarında münaqişə yaranmış və qeyd olunan hadisə baş vermişdir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda isə hadisə tamamilə əksinə göstərilərək qeyd edilmişdir ki, onlar 27 iyun 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşı hissəsindəki küçədə Zərərçəkmiş şəxs Zaxiddinovanın məişət tullantılarını yandırdığını görüb ona iradını bildirərək qanunsuz hərəkətlərini dayandırmasını tələb etmiş və sonradan qeyd olunan hadisə baş vermişdir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham hadisənin mahiyyətini əks etdirməmiş, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində qeyd edilənlərlə nəticə hissəsində qeyd edilənlər bir-birini təkzib etmişdir. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının müvafiq olaraq bu Məcəllənin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu hesab edilməklə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq zamanı kobud pozuntulara yol verilmiş, həmin pozuntular aradan qaldırılmadan işin mahiyyəti üzrə həll edilməsi mümkün olmamışdır. Eləcə də, CPM-nin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, vəsatəti və iş materiallarını araşdırıb hesab edir ki, müstəntiq tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, müstəntiq tərəfindən ittiham aktı kobud qanun pozuntuları ilə tərtib edilmişdir. İttiham aktında qeyd edilmişdir ki, “Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 27 iyun 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi evin qarşı hissəsindəki küçədə Zərərçəkmiş şəxs Zaxiddinovanın məişət tullantılarını yandırdığını görüb anası Təqsirləndirilən şəxs1 ilə iradını bildirərək ondan qanunsuz hərərətlərini dayandırmağı kobud formada tələb etməklə Zərərçəkmiş şəxs üzərinə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında hücum edib onların haqlı tələbinə əməl etməməsi səbəbindən o və anası Təqsirləndirilən şəxs1 bir qrup şəxs halında cüzi səbəbdən Zərərçəkmiş şəxs ilə əlbəyaxa olaraq söyüb təhqir etməklə səs-küy salaraq mübahisə yaratmaqla onun saçından tutub dartaraq şillə, yumruq və təpiklə vurub yerə yıxıb sürüyərək dalaşıb bir-birlərini ictimai yer olan həmin küçədə digər şəxslərin gözü qarşısında döyərək, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özlərinin şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, birgəyaşayış və ictimai qaydanı, eyni zamanda ictimai maraqları pozub, eqoizm nümayiş etdirərək anası Təqsirləndirilən şəxs1 yumruq və əlləri ilə Zərərçəkmiş şəxs bədəninin baş, alın, boyun, sifət, döş və sağ qol nahiyyəsindən bir neçə dəfə qəsdən vuraraq zor tətbiq etməklə ona ənsə nahiyyəsinin hematoması və nöqtəşəkilli qansızması, alının, sifətin sağ yarısının, boynun, sağ əlin, döş qəfəsinin, sağ dirsəyin, sağ saidin sıyrıqları kimi xəsatətlər yetirməklə, eyni zamanda Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs sol qol nahiyyəsindən əlləri ilə qəsdən bir neçə dəfə vuraraq zor tətbiq etməklə ona sol saidin sıyrıqları, dirsək oynağının ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol dirsək oynağının yumşaq toxumalarının əzilməsi və əzilmiş yaraları ilə nəticələnən Zərərçəkmiş şəxs Zaxiddinovanın sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirib zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında xuliqanlıq etmişdir.” Lakin, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixli izahatından, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən, eyni tarixli izahatından, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsi və eyni tarixli izahatından müəyyən edilir ki, hadisənin baş vermə səbəbi olan məişət tullantılarını yandıran şəxs ittiham aktında göstərildiyi kimi Zərərçəkmiş şəxs deyil, Təqsirləndirilən şəxs1 olmuşdur. Həmçinin, xx.xx.2024-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməsi qərara alınmış və həmçinin bu səbəbdən iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə isə müstəntiq tərəfindən cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılması əsası ilə cinayət işinin icraatı təzələnmişdir. Həmçinin həmin tarixdə Təqsirləndirilən şəxs2 tərəfindən müstəntiq Azər Məmmədzadəyə ərizə təqdim edərək ona vəkil təyin edilməsini xahiş etmişdir. Lakin, təqsirləndirilən şəxsin axtarışda olmaqla hansı qaydada polis şöbəsinə gəlib ərizə ilə müraciət etməsi müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarında nə axtarışda olan şəxsi tutma protokolu, nə də ki, könüllü gəlmə protokolu müəyyən edilməmişdir. Bundan başqa fərz edilsə ki, təqsirlləndirilən şəxs özü könüllü gələrək vəkil Orxan Qocayev tərəfindən hüquqlarının müdafiə edilməsi barədə ərizə təqdim etmiş, lakin özünün könüllü verdiyi ərizəni imza etməkdən imtina etməsi kifayət qədər şübhələr yaradır. Bu hal ümumiyyətlə, həmin ərizənin onun tərəfindən verilmədiyinə dəlalət edir və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Bundan başqa xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə ibtidai istintaqın qurtarmasının elan edilməsi haqqında protokollar tərtib edilmiş və təqsirləndirilən şəxslərin hər ikisi həmin protokola imza etməkdən imtina etmələri barədə qeyd aparılmışdır. Halbuki, məhkəmə iclasında hər iki təqsirləndirilən şəxs cinayət işinin yekunlaşması, ittiham aktının tərtib olunmasından ümumiyyətlə xəbərsiz olduqlarını qeyd etdilər. Buradan da məlum olur ki, təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış edilməmiş, ittiham aktının tərtib edilməsindən xəbərsiz olmuşlar. Beləliklə, təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuş, bundan başqa, təqsirləndirilən şəxslərə verilmiş ittihamın toplanmış sübutlarla uyğunluq təşkil etməməsi iş üzrə ittiham aktının Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilməsi ilə nəticələnmiş və bundan əlavə, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair CPM-nin 284—286-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin: 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə görə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Beləliklə, məhkəmə verilmiş vəsatətləri, proses iştirakçılarını dinləyərək və cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, məhkəməyədək icraat zamanı CPM-nin 303.3.1, 303.3.6 və 303.3.8-ci maddələrində nəzərdə tutulan kobud pozuntulara yol verildiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılmalıdır. Həmçinin, məhkəməyədək icraat zamanı CPM-nin yuxarıda qeyd olunan tələblərin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna qaytarılsın. Qərarın surəti 3 (üç) gün müddətində cinayət prosesinin iştirakçılarına göndərilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-179/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-179/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver