Məhkəmə qərarları › İş №1(003)-18/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-18/2022

25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-18/2022 25.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X5, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 vəkili və nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, 16 avqust 1969-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, evli, orta təhsilli, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid8 məxsus ünvan 1 ünvanda olan 0,15 ha torpaq sahəsinin üzərində yerləşən evi Zərərçəkmiş şəxs4 inam və etibarından sui-istifadə edərək 27 iyul 2020-ci il tarixdə ünvan 2 ünvanında 23000 manata sataraq pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 23.000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsində 2 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evini Zərərçəkmiş şəxs2 inam və etibarından sui-istifadə edərək evin qiymətini 40000 manata, ilkin ödəniş verdikdən sonra isə hər ay 500 manat olmaqla satacağını razılaşaraq ilk dəfə 20 may 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.ünvan 3 ünvanda əvvəlcədən razılaşdıqları kimi aylıq ödəməli olduğu 500 manat pulunu vahid niyyətlə ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda, yəni 17.500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, 25 may 2021-ci il tarixdə saat 14 radələrində qonşuluqda yerləşən yaşayış evi olan Şahid1 məxsus ünvan 4 ünvanın ev sahibinin ona verdiyi açarla açıb evdən Zərərçəkmiş şəxs1 əmlakı olan 01 ədədi 150 manat olmaqla ümumi dəyəri 300 manat olan 02 ədəd «Adamex Young» markalı, çəhrayıgöy rəngli 4 təkərli uşaq arabası, 01 ədəd 150 manat dəyərində «İndesit» markalı 5 kq tutumlu A class ağ rəngli paltaryuyan, 01 ədəd 80 manat dəyərində İran istehsalı olan qaz sobası, 01 ədəd 200 manat olan «İndesit» markalı, ağ rəngli, iki qapılı soyuducu, 01 ədəd 60 manat dəyərində Türkiyə istehsalı olan, iki nəfərlik ortapedik döşək, 01 ədəd 80 manat dəyərində çəhrayı-ağ rəngli uşaq çarpayısı(beşik), 01 ədəd 500 manat dəyərində 6x5 ölçülü qırmızı rəngli xalça, 01 ədəd 320 manat dəyərində 4x4 ölçülü qırmızı rəngli xalça, 01 ədəd 40 manat dəyərində «Satun» markalı, «ST-VC7273» model, 1500 Vt-luq göy rəngli tozsoran, 01 ədəd 25 manat dəyərində Belarusiya istehsalı olan, «Belvar» markalı, 1000 Vt-luq ətçəkən, 01 ədəd 15 manat dəyərində «Kenwood» markalı blender, 01 ədəd 120 manat dəyərində «Philips» markalı şirəçəkən, 01 dəst 130 manat dəyərində 72-lik servis dəsti, 01 dəst 250 manat dəyərində servis dəsti, 550 manat dəyərində 01 ədəd stoldan və 04 ədəd stuldan ibarət dəsti, 01 ədəd 50 manat dəyərində paltar dolabını, 01 dəst 250 manat dəyərində qazan dəstini, 01 dəst 300 manat dəyərində xurustal dəsti, 01 ədədi 50 manat ümumi dəyəri 150 manat olan 03 ədəd yorğanı, 01 ədədi 40 manat ümumi dəyəri 120 manat olan 03 ədəd döşəyi, 01 dəsti 70 manat ümumi dəyəri 140 manat olan 02 ədəd çarpayı dəstini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 3680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən torpaq sahəsini öz adına sənədləşdirmək adı ilə Zərərçəkmiş şəxs6 inam və etibarından sui-istifadə edərək 29 mart 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 31 saylı Notariat Kontorunun qarşısında 1000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs7 məxsus ünvan 6 ünvanında yerləşən mənzilini qeyri yaşayış sahəsi kimi yazdırmaq niyyəti ilə Zərərçəkmiş şəxs7 inam və etibarından suiistifadə edərək 29 mart 2021-ci il tarixdə ünvan 5 ünvanında yerləşən 31 saylı Notariat Kontorunun qarşısında 1200 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 1200 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozunda yerləşən Abşeron rayon İcra hakimiyyətinin 22 avqust 2000-ci il tarixli 171 saylı sərəncamının, Hövsan Südçülük savxozu həmkarlar komitəsinin 08 dekabr 2000-ci il tarixli 21 saylı protokoluna əsasən Zərərçəkmiş şəxs3 ayrılmış 0,04 ha torpaq sahəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına hasarlayıb tikinti işləri aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 inam və etibarından sui-istifadə edərək 2021-ci ilin iyun ayının ortalarında Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus 0,04 ha torpaq sahəsini sataraq ünvan 7 ünvanında yerləşən Binə qəsəbəsi Bələdiyyəsinin qarşısında Zərərçəkmiş şəxs5 4000 manat pulunu ələ keçirib vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, 2010-cu ildən 2016-cı ilə qədər Binə qəsəbə Bələdiyyəsində vergi işəri üzrə mütəxəsis vəzifəsində işləmişdir. Onun 4 fərqli Banklara borcu olduğundan işdən azad edilmişdir. Daha sonra makler kimi fəaliyyət göstərməyə başlamışdır. Bu günə qədər Binə qəsəbəsinin bir çox yerində ona məxsus olmayan torpaq sahələrini qeyri qanuni yollarla satmışdır. O, torpaq sahəsinin satışını həyata keçirərkən ödəniş aldığı şəxslərə natorial qaydada etibarnamə verməklə kifayətlənmişdir. Bundan başqa boş torpaq sahələrinidə ev tikərək həmin evlərin eyni qayda da satışı ilə məşğul olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, 2020-ci ildə qohumu İkram ona Binə qəsəbəsi, İ.Nəsimi küçəsi ünvanda yerləşən fərdi yaşayış evinin özünə məxsus olduğunu və satmaq fikrində olduğunu bildirmişdir. O, gəlir əldə etmək məqsədi ilə İkramla razılaşmışdır. Bir neçə gün sonra o, Şəhriyarla birlikdə həmin ünvana baxış keçirtməyə getmişdir. O, evə baxış keçirtdiyi zaman onunla ümumi 23.000 manata satış olmasını və həmin satışdan 500 manat gəlir əldə edəcəyi barədə razılaşmışdır. O, 3-4 ay müddətində həmin evi qeyd olunan qiymətə Zərərçəkmiş şəxs4 27 iyul 2020-ci il tarixdə Hacıağanın özünün yaşadığı evdə 23000 manat pulu almaqla satmışdır. Onuda qeyd etmişdir ki, həmin evi Hacıağaya tanışı Musa İsmayılovun adından etibarnamə verib inandıraraq satmışdır. Musanın isə onun etdiyi bu əməldən heç bir məlumatı olmamışdır. O, yalnız Musadan xahiş etmişdir ki, ona köməklik etsin guya yaxın qohumunun evini satırmış. Adını Şəhriyar kimi bildiyi şəxsə 23000 manat pulu təqdim etdikdən sonra Şəhriyar ona 500 manat pul vermişdir. X9 Federasyasında yaşayır, İkram ona zəng vurub xahiş etmişdir ki, İkrama məxsus olan evi satsın, o, evin harada yerləşdiyini bilmirmiş Şəhriyarda İkramin orta məkdəb sinif yoldaşı olmuş, Şəhriyar İkramla onları əlaqələndirmiş evin açarlarıda Şəhriyarda olmuş, o, müştərini Şəhriyarın iştirakı ilə gətirib evi göstərirmiş. İkram bildiyinə görə orada hansısa cinayət törətdiyi üçün həbsdə saxlanılırmış. Şəhriyarın heç adının həqiqətəndə Şəhriyar olduğnu bilmirmiş, Şəhriyarın mobil nömrəsi onda olduğunu, təqdim edə biləcəyini demişdir. Hacı adlı şəxs 23.000 manatı ona vermişdir, o, həmin puldan 500 manat xeyrini götürmüşdür. 3000 manatı Şəhriyara vermiş. Belə ki, İkram özü ona belə demişdir. Sonradan İkram özü onun yanına adam göndərmiş o, həmin puldan 10.000 manatını İkramın dediyi şəxsə vermiş, həmin şəxsidə ümumiyyətlə tanımırmış. Qalan 9.500 manatı isə İkramın istədiyi kimi torpaq sahəsi almış, Binə qəsəbəsində torpaq sahəsidə yerində durur. Həmin torpaq sahəsinidə Aydın adlı şəxsdən Donuzkökəltmə sovxozunun sənədi ilə almışdır. 2016-cı ildə noyabr-dekabr ayında qonşuluqda yerləşən Şahid1 ondan xahiş etmişdir ki, Mikayıla məxsus olan onunla bir hasarda yerləşən, yəni Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsində yerləşən 99F saylı evi satmaqda ona müştəri tapsın. O, bu barədə qonşuluqda yaşayan Fərhada demişdir. Fərhad həmin evi qardaşına almaq istədiyini bildirmişdir. İlkin olaraq Fərhad ilə Mikayıl həmin evin satılması üçün 35000 ABŞ dolları ilə danışılsada sonradan 35000 manata öz aralarında razılaşmışlar. Bundan sonra Fərhad qardaşının Ukrayna Respublikasına gedəcəyini bildirib, 19000 manatını “Ford” markalı avtomaşınla barter edəcəyi ilə razılaşaraq ilkin olaraq 1000 manat pul ödəmiş. Yəni ilkin olaraq 20000 manat pul ödəmiş olmuşdur. Qalan 15000 manatını isə hər ay 500 manat olmaqla razılaşmışlar. Həmin müddətdən etibarən Fərhad 2000 manat, 7000 manat və 1000 manat ödəməklə Fərhadın Mikayıla 5000 manat borcu qalmışdır. Onların arasında olan razılıq elə olmuşdur ki, evin pulunu Fərhad tam şəkildə Mikayıla ödədikdən sonra evin sənədlərini Fərhadın adına rəsmiləşdircəkmiş. Həmin müddətdən bir qədər sonra Fərhad evi tanımadığı şəxsə kirayə vermişdir. Bundan sonra Fərhad həmin kirayəkeşləri çıxardası olmuş və onunla telefon əlaqəsi saxlayaraq bildirmişdir ki, evin açarını götürüb özüdə saxlasın, belə ki, Fərhad özü gələ bilmirmiş. Oda Fərhadın qarşısında qazanmış inam və etibarından istifadə edərək borcları olduğundan düşünmüşdür ki, onun yaşadığı ev ilə hasar qonşuluğunda yerləşən Şahid1 məxsus 2 sot torpaq sahəsində yerləşən təmirli evi satsın. Məhz müştəri axtardıqdan sonra həmin evi Zərərçəkmiş şəxs2 satmaqla razılaşmışlar. Belə ki, Zərərçəkmiş şəxs2 ilə aralarında olan danışıq ilə evin tam qiymətini 40000 manata razılaşmışlar. Lakin Ramalın həmin pulu bütöv ödəməyə imkanı çatmadığından razılaşmışlar ki, ilkin olaraq 17000 manat verdikdən sonra hər ayıda 500 manat olmaqla pul ödəyər daha sonra isə sənədləri Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirərmiş. Bundan sonra ilkin olaraq 20 may 2021-ci il tarixdə onun yaşadığı evdə 17000 manat, daha sonra isə qabaqcadan razılaşdıqları kimi aylıq olaraq 500 manat pulu isə 20 iyun 2021-ci il tarixdə evi Ramala satmaq adı ilə aldadaraq inandırıb almışdır. Lakin həmin evi Fərhadın və eləcə də Mikayılın heç bir məlumatı, heç bir xəbərləri olmadan heç bir sənəd olmadan satmışdır. Həmin 17500 manat puludu öz borclarını və şəxsi ehtiyaclarını ödəməklə xərcləmişdir. Hətta Ramalı evin pulunu tam ödədikdən sonra sənədləri onun adına keçirəcəyinə inandırmışdır. Daha sonra isə düşünmüşdür ki, Mikayıla məxsus Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsində yerləşən 99F saylı evi onsuzda satırmış, içərisindəki Zərərçəkmiş şəxs1 məxsus əşyalarıda oğurlayıb satıb pul əldə edərmiş. Bildirdiyi kimi Zərərçəkmiş şəxs1 həmin evi Mikayıldan aldığı müddətdən öz əşyalarını evin içərisinə yığmışdır, lakin müəyyən müddət orada yaşadıqdan sonra orada qalmamışlar, kirayə vermişdir. Mikayıl ilə Fərhadın arasında olan razılaşmaya əsasən pulu tam ödədikdən sonra evin sənədlərini Zərərçəkmiş şəxs1 adına keçirəçəkmiş. 25 may 2021-ci il tarixdə həmin evin içərisində olan 02 ədəd uşaq kalyaskası, 01 ədəd «İndesit» markalı paltaryuyanı, 01 ədəd «İndesit» markalı soyuducunu, 01 ədəd iran sobasını, 01 ədəd döşəyi, 01 ədəd uşaq çarpayısını, 03 ədəd müxtəlif ölçülü xalçaları, 01 ədəd tozsoranı, 01 ədəd ətçəkən maşını, 01 ədəd blendiri, 02 dəst servis dəstlərini, 01 ədəd stoldan və 04 ədəd stuldan ibarət dəsti, 01 ədəd paltar şkafını, 01 dəst qazan dəsti, 01 dəst xurustal dəsti, 03 ədəd yorğanı, 03 ədəd döşək, 02 ədəd çarpayı dəstələrini oğurlayıb tək daşıyaraq özü yaşadığı evə yığmışdır. Həmin əşyalarıda oğurlamaqda niyyəti əşyalarıda satıb pul əldə edəcəkmiş. Belə ki, həmin əşyalardan bir qismini yəni, 02 dəst müxtəlif ölçülü servis dəstlərini, 01 ədəd stolu, 01 ədəd paltar şkafını, 03 ədəd yorğanı, 03 ədəd döşəyi, 02 ədəd çarpayı dəstələrini taksi ilə aparıb Sabunçu rus bazarında ümumilikdə 220 manata satmışdır. Həmin müddətlərdə ailəsi Bakı şəhərində olmuşlar. Onuda qeyd etmişdir ki, oğurladığı əşyalardan qalan hissəsi isə onun yaşadığı evdə olmuşdur. 2021-ci ilin mart ayının 27-də Binə qəsəbəsində olarkən sonradan tanıdığı Elxan adlı şəxs ona yaxınlaşaraq ona köməklik etməyini bildirmişdir. Belə ki, hardansa öyrənmişdirsə onun torpaqla bağlı sənədləşdirmə ilə işləri gördüyünü bildirmiş. Elxan adlı şəxs Binə qəsəbəsində N.Abbasov küçəsində yerləşən özünə məxsus evi 1-ci mərtəbədə olduğundan obyekt kimi sənədləşdirməkdə Elxana köməklik edib edə bilməyəcəyini bildirmişdir. Oda bunun mümkün olduğunu və ümumilikdən Elxanın evini qeyri yaşayış sahəsi kimi yazmaq üçün 2000 manat verməli olduğunu bildirmişdir. Bunun səhəri günü Elxan onun yanına əvvəlcədən tanıdığı Hacırza ilə birlikdə gəlmiş, onlar görüşmüşlər. Onlar Hacırza ilə salamlaşmışlar. Bundan sonra Hacırza da ona bildirmişdir ki, onun bu işləri görməyindən məlumatlıdır və Hacırzaya köməklik edərək yaşayış sahəsində yerləşən özünə məxsus torpaq sahəsini adına keçirsin. Bir qədər söhbət etdikdən sonra o, bu məsələni həll edəcəyini və bunun müqabilində əvvəlcədən Hacırzadan 1000 manat daha sonra isə işi tam qurtardıqdan sonra 2000 manat pul alacağını bildirmişdir. Onlar razılaşmış, eyni zaman Elxanla da yaşayış sahəsini qeyri yaşayış sahəsi etmək üçün əvvəlcədən 1200 manat verməli olduğunu, daha sonra isə sənədləşdirmə qurtardıqdan sonra qalan pulu verəcəyini danışmışlar. Aralarında olan söhbət əsasında səhəri günü Binə qəsəbəsi 31 saylı Notariat Kontorunun qarşısında görüşmüşlər. İlk öncə Hacırza gəlmişdir və o, danışdıqları kimi Hacırzaya 1000 manat pulu alıb 31 saylı Notariat Kontorunda öz adından dahada real söhbət olması üçün etibarnamə vermiş. Onlar Kontordan çölə çıxmış və Elxanın gəlməsini gözləmişdir. Bir qədər keçmiş Elxanda gəlmişdir. Bir gün öncədən danışdıqları kimi Elxandan da 1200 manat pulu alıb 31 saylı Notariat Kontorunda Hacırzaya verdiyi kimi Elxanada etibarnamə vermişdir, pulu cibinə qoyduqdan sonra bu məsələnin hər ikisinədə 1-2 ay müddətə düzələcəyinə söz verərək vəd etmişdir. Həmin müddətdən o, pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Müddət keçdikdən sonra Elxan və Hacırza öz pullarını və ya sənədlərini geri istədikdə o, sənədlərin alınmadığını deyib pullarını qaytaracağına yenədə vəd verib müddət uzatmağa çalışmışdır. 2021-ci ilin iyun ayında bir nəfər qadın adını sonradan bildiyi Zərərçəkmiş şəxs5 kimsənin bildirdiyi kimi ona yaxınlaşaraq özü üçün torpaq sahəsi almaq isətdiyini bildirmişdir. Belə ki, onun hansısa tanışlarından biri Sevilə bu barədə demişdir ki, onun əlində satmış torpaq sahələri olur. Həmin qadınla görüşdükdən sonra bir neçə torpaq sahəsinə baxdıqdan sonra Binə qəsəbəsi Südçülük savxozunda yerləşən 0,04 ha torpaq sahəsini xanım görüb bəyənmişdir. Hətta o, bildirmişdir ki, həmin torpaq sahəsinin yarı hissəsi qohumuna yarı hissəsidə ona məxsusdur. Onlar Zərərçəkmiş şəxs5 ilə həmin torpaq sahəsini ümumilikdə 4000 manata razılaşmışlar. O, başa düşmüşdür ki, Sevilin əlində pulu var və bu söhbət real olacaqmış. Birazda Sevilə etibar və inamını qazanmışdır. Bundan sonra Binə qəsəbəsi Bələdiyəsinin yaxınlığında 4000 manat pulu tanışı Raufun avtomaşınında Zərərçəkmiş şəxs5 almışdır. Lakin həmin torpaq sahəsinin kimə məxsus olmasından heç bir məlumatı olmamışdır. Hətta həmin torpaq sahəsində tikinti aparılması üçün Sevildən 4200 manat pul almışdır və həmin torpaq sahəsini zəbt edərək oraya daş tökdürüb tikinti işləri aparmağa başlamışdır. Lakin sonradan həmin torpaq sahəsinin sahibi olan Famil adlı şəxs gəlib çıxmış və hər bir şeydən xəbəri olmuşdur. Bu barədə də Zərərçəkmiş şəxs5 məlumatlanmışdır ki, ona məxsus torpaq sahəsini zəbt eədərək dələduzluq yolu ilə Sevilin 4000 manat pulunu alıb həmin Familə məxsus torpaq sahəsini Sevilə satmışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməlini törətdiyini, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödədiyini, Zərərçəkmiş şəxs1 ilə barışdığını, Zərərçəkmiş şəxs1 ondan şikayət və tələbinin olmadığını və mülki iddianı qismən qəbul etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, təxminən 2016-cı ilin axırlarında bir qonşu kimi tanıdığı Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onunla hasar qonşusu olan Şahid1 özünə məxsus 2 sot torpaq sahəsində yerləşən 1 mərtəbəli tam təmirli evi satırmış. Həmin ərəfələrdə o, qardaşı üçün ev almaq fikrində olmuşdur. Məhz bu səbəbdən də Vüqarın onunla tanış etdiyi Şahid1 ilə görüşüb evə baxmışlar. Bundan sonra ilkin olaraq evin qiymətini 35000 ABŞ dollarına satacağını bildirsədə sonradan 35000 manata razılaşmışlar. Həmin puldan 19000 manatını özünə məxsus olan Ford markalı maşınla barter etmiş və 1000 manat pul vermişdir. Yəni ümumilikdə ilkin olaraq Mikayıla 20000 manat pul ödəmişdir. Bundan sonra o, ev əşyalarını alıb ailə üzvləri ilə birlikdə Mikayıldan aldığı evə köçsədə ev hələdə Mikayılın əmlakı sayılırmış. Təxminən 7-8 ay həmin evdə qaldıqdan sonra qardaşının səhəti ilə əlaqədar başqa yerə gedəsi olmuşlar. Həmin Mikayıldan aldığı evdə boş qalmasın deyə kirayə vermişdir. Sonradan kirayəşinlər çıxdığından eləcə də o, həmin evə baş çəkmək üçün gedə bilmədiyindən evə nazərət olunması üçün evin açarını Vüqara vermişdir. Mikayıla 20000 manatdan əlavə olaraq 2000 manat bir, 7000 manat bir və 1000 manat pul ödəmişdir. Onun Mikayıla ümumilikdə 5000 manat borcu qalmışdır. Mikayıl ilə aralarında olan razılaşmaya görə o, pulu tam ödədikdən sonra Mikayıl evin sənədlərini, yəni evi onun adına keçirəcəkmiş. Lakin hazırda isə ev Mikayılın mülkidir amma onun içərisində olan əmlaklar onun əmlakı olmuşdur. Uzun müddət həmin evə gedib baş çəkə bilməsədə 12 iyul 2021-ci il tarixdə həmin evə baş çəkmək üçün gələn zaman görmüşdür ki, evdə olan bütün əşyalar oğurlanıb. Bundan sonra bu barədə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra isə ona məlum oldu ki, evinin əşyalarını açarını verdiyi qonşuluqda yaşayan Təqsirləndirilən şəxs oğurlayaraq öz evinə aparıb yığıb və həmin ona məxsus Mikayıldan aldığı evidə başqa bir şəxsə 40000 manata satıbmış. Ona məxsus evdən ümumilikdə bu əşyalar oğurlanmışdır- 01 ədədi 200 manat ümumi dəyəri 400 manat olan 02 ədəd eyni formada olan “Young” markalı uşaq kalyaskası, 01 ədəd 900 manat dəyərində “İndesit” markalı paltaryuyan, 01 ədəd 1200 manat dəyərində “İndesit” markalı soyuducu, 01 ədəd 300 manat dəyərində iran sobası, 01 ədəd 250 manat dəyərində türk döşəyi, 01 ədəd 550 manat dəyərində uşaq çarpayısı, 01 ədəd 600 manat dəyərində 6x5 ölçülü xalça, 01 ədəd 300 manat dəyərində 4x4 ölçülü xalça, 01 ədəd 300 manat dəyərində 3x3 ölçülü xalça, 01 ədəd 150 manat dəyərində «Saturn» markalı tozsoran, 01 ədəd 150 manat dəyərində «Belbar» markalı ətçəkən, 01 ədəd 130 manat dəyərində «Kenwood» markalı blendir, 01 ədəd 120 manat dəyərində “Phılıps” markalı şirəçəkən, 01 dəst 130 manat dəyərində 72-lik servis dəsti, 01 dəst 250 manat dəyərində servis dəsti, 01 ədəd stoldan və 04 ədəd stuldan ibarət 550 manat dəyərində dəst, 01 ədəd 50 manat dəyərində paltar şkafı, 01 ədədi 50 manat ümumi dəyəri 150 manat olan 03 ədəd yorğan, 01 ədədi 40 manat ümumi dəyəri 120 manat olan 03 ədəd döşək, 01 dəsti 70 manat ümumi dəyəri 140 manat olan 02 ədəd çarpayı dəstələri oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, kirayədə yaşadığı üçün özünə ev almaq niyyətində olmuşdur. Məhz bu fikirlə də tanışlarına bu barədə bildirmişdir. Bundan sonra Vüqar adlı maklerin vasitəsi ilə Binə qəsəbəsində satılıqda olan ev tapmışdır. Belə ki, Vüqarın ona bildirdiyi kimi məlum olmuşdur ki, Vüqarla bir hasar qonşuluğunda yerləşən, yəni Binə qəsəbəsi, İ.Nəsimi küçəsi, 99F ünvanında yerləşən evi satırmış. Hətta Vüqar onu inandırmışdır ki, həmin ev ona məxsusdur, lakin borcları olduğundan satırmış. Onlar evə baxdıqdan sonra həmin 2 sotun içərisində yerləşən evi ümumilikdə 40000 manata almaqla razılaşmışlar. Daha sonra isə ona məlum olmuşdur ki, evdə bir çox təmir işləri aparılmalı olmuşdur. Onların Vüqar ilə aralarında olan razılaşmaya əsasən ilkin olaraq 17000 manat pul verdikdən sonra hər ayı 500 manat ödəməklə evi alacaq, evin pulunu tam ödədikdən sonra isə ev onun adına keçiriləcəkmiş. Bu razılıq əsasında ilkin olaraq 20 may 2021-ci il tarixdə Vüqarın yaşadığı evdə 17000 manat pul vermişdir. Bundan təxminən 10-15 gün sonra Vüqar evin açarlarını ona vermişdir. O, da həmin evdə ümumi təmir işləri görməyə başlamışdır. Daha sonra isə ilkin razılaşmaları əsasında aylıq olaraq 500 manat pulu 20 iyun 2021-ci il tarixində vermişdir. Həmin evdə ümumi təmir olaraq 13000 manat pul xərcləmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, Vüqar dələduzluq edərək Mikayıl adlı şəxsin evini ona satıb və oda ona ilkin olaraq 17500 manat plu vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, dəymiş maddi ziyanın ödənilməsini və mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, təqribən 2012-ci il tarixdə o, tanışı Şahin Mehtizadədən 4 sot Binə qəsəbəsi ərazisində 5200 ABŞ dollarına (4.000 manata) torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi Binə Südçülük sovxozunun çıxarışı ilə 2006-cı ildə Şahinə Südçülük sovxozunun kamendantı İsa adlı şəxs tərəfindən satılmışdır. O, torpaq sahəsini alandan sonra Şahinlə birlikdə İsa adlı şəxsin yanına getmişlər. X12 dəyişərək 09 dekabr 2000-ci il tarixli əmirdən çıxarışı onun adına vermişdir. 13.06.2021-ci il tarixdə o, torpaq sahəsinə baxış keçirtməyə gedən zaman torpaq sahəsinin üzərində tikinti işləri getdiyini aşkar etmişdir. Belə ki, o, Naxçıvan MR-da olan zaman dostu Zəfər ona zəng vuraraq torpaq sahəsinin üzərində tikinti işləri getdiyini bildirmişdir. O da Zəfərə bildirmişdir ki, narahat olma özü gəlib baxarmış. O, gələndən sonra torpağa baxanda həqiqətəndə tikintinin aparıldığını görüb ilkin olaraq tikinti olan daşları uçurtmuşdur. Bundan sonra maraqlanmağa başlamış və ona məlum olmuşdur ki, Vüqar adlı şəxs ona məxsus olan torpaq sahəsini zəbt edərək Sevil adlı qadına satmışdır. Bundan sonra Sevil adlı qadınla bir neçə dəfə əlaqə saxlayıb ona xəbərdarlıq etmişdir ki, torpaq sahəsində tikinti işlərini saxlasın torpaq sahəsinin ona məxsus olduğunu ona bildirmişdir. Hətta Vüqarla torpaq sahəsinin üzərində rastlaşanda onada xəbərdarlıq etmişdir. Lakin Vüqar heç bir sənəd göstərmədən torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Ona verilmiş sənədin kserosurətini ilkin araşdırma zamanı təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, 2020-ci ilin yay aylarında o, özü üçün ev almaq qərarırna gəlib ev axtarmağa başlamışdır. Münasib qiymətə Binə qəsəbəsində ev axtararkən Vüqar adlı şəxslə tanış olmuşdur. Vüqar onun ev aldığını bildikdən sonra ona Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsi, dalan 1, ev 11 ünvanında 1,5 sotun içərisində yerləşən evi göstərərək bildirmişdir ki, qohumu İkram adlı şəxsə məxsusdur və satır. Hətta bildirmişdir ki, İkram özü Rusiya Federasiyasındadır. Onlar birlikdə evə baxmışlar, ev tam təmir olunmamışdır, yəni yaşayış üçün yararlı deyilmiş. Bundan sonra bir evin qiymətini 23000 manata razılaşmışlar. Bundan sonra 27 iyul 2020-ci il tarixdə onun qohumlarının iştirakı ilə yaşadığı evdə 23000 manat pulu Vüqara vermiş və həmin günü Vüqar tanışı X2 adından ona tam inandırıcı olaraq Binə qəsəbəsi 35 saylı Notariat kontorunda etibarnamə vermişdir. Bundan sonra Vüqar və Musa çıxıb getmişlər. Əlavə olaraq onuda qeyd etmişdir ki, Vüqar həmin evi ona satarkən evin Musanın qohumuna məxsus olduğunu bildirmişdir. Həmin şəxsin kim olduğunu o, bilmirmiş sadəcə ona həmin şəxsin Rusiya Federasyasında yaşadığını və orada həbsdə olduğunu bildirmişlər. Həmin müddətdən etibarən o, həmin 23000 manata Vüqardan aldığı evdə təmir işləri görmüş, həmin təmirə ümumilikdə 8000 manat pul xərcləmişdir. Bundan təqribən 25 gün əvvəl onun mobil nömrəsinə Rusiya Federasyası mobil nömrəsindən İkram adlı şəxs ona yazmağa başlamışdır, həmin şəxslə danışan zaman İkram ona bildirmişdir ki, Vüqar onun evini satıb və onun pulunu göndərməyib. O, bu barədə Vüqarla danışan zaman Vüqar ona bildirmişdir ki, həmin puldan 13 000 manatını İkrəmə göndərib. Bir müddət sonra adını sonradan bildiyi Şahid4 o, Vüqardan aldığı həmin evin ünvanına müxtəlif şəxslər ilə gələrək həmin evin ona məxsus olduğunu və yanında gətirdikləri şəxsə satmaq istədiyini bildirmişdir. Şahid4 ona təklif etmişdir ki, Vüqara verdiyi 23000 manat pulu geri alsın və rəsmi olaraq Emin həmin evi ona satsın. Bundan sonra artıq Vüqarın ona satdığı evlə bağlı şübhələr oyanmağa başlamışdır. Bir müddət sonra Elxan adlı şəxs ona zəng vuraraq ev sahibi olduğunu hətta həmin evin sənədlərinin Elxanın adında olduğun bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, Vüqar adlı şəxs onu aldadaraq 23000 manat pulunu ələ keçirmişdir. Bir daha qeyd tmişdir ki, hətdə evin təmiri üçün 8000 manat pul xərcləmişdir. Lakin o, həmin evi təmir edib orada yaşayırmış və gözləyirmiş ki, bu məsələnin sonu nə olacaqmış. Onun hazırda da Vüqar adlı şəxsdən ev tələbi olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, 2021-ci ilin iyun ayının əvvəllərində o, Binə qəsəbəsində torpaq sahəsi almaq qərarına gəlmişdir. Bu səbəbdən Binə qəsəbəsində yerləşən ev alqı satqı məntəqəsinə yaxınlaşmışdır. Orada makler işləyən Rafiq adlı şəxslə görüşüb torpaq sahəsi almaq istədiyini bildirmişdir. Bundan sonra Rafiq adlı makler onu Binə qəsəbəsində bir neçə torpaq sahəsinin üzərinə aparmış və torpaq sahələrinin satıldığını ona bildirmimşdir. Lakin Rafiqin göstərdiyi torpaq sahələri onun xoşuna gəlmədiyi üçün o, imtina etmişdir. Həmin vaxt o, Rafiq adlı maklerin avtomaşınında əyləşmiş, bu zaman qarşılarına sonradan adını Asif kimi bildiyi bir nəfər şəxs çıxmış, Rafiq həmin şəxsdən satdıq torpaq sahəsinin olub olmadığını soruşmuşdur. Bu zaman Asif özünə məxsus olan torpaq sahəsini satdığını bildirmişdir. Onlar, yəni Rafiq Asif və o, birlikdə torpaq sahəsinə baxmağa getmişlər. Həmin torpaq sahəsi Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində parniklər adlanan ərazidə yerləşirmiş. Torpaq sahəsinin ərazisi 2 sotdan ibarət olmuşdur. O, torpaq sahəsini bəyənmişdir. Həmin günün səhəri onlar Asiflə Binə bələdiyyəsinin qarşısında görüşmüş həmin vaxt Asifin yanında Rauf adlı şəxsdə olmuşdur, həmin Rauf adlı şəxs onun Naxçıvan MR-sından olduğunu bildiyi üçün ona yaxınlaşmış və ona bildirmişdir ki, «sizi aldadarlar gəl torpaq sahəsinə burada Bələdiyyə sənədi al». Onuda qeyd etmişdir ki, o, Asiflə görüşməyə gedən zaman artıq torpaq sahəsinin alqı satqısı olunmalı idi. Rauf bu sözləri ona dedikdən sonra onlardan uzaqlaşmşlar. Onlar yəni o, Asif sonradan adını Təqsirləndirilən şəxs kimi bildiyi şəxs birlikdə Hövsan qəsəbəsinə Notariat kontora getmişlər. Notariat kontorun qarşısında həmin Vüqar adlı şəxs onun kimliyini götürmüş və Asiflə birlikdə Notariat kontora daxil olmuşlar. Vüqar ilə Asif çıxanda o, yaxınlaşmış, bildirmişdir ki, «bu alqı satqı deyil bəs mən hara imza atacam». Bu zaman Notariat kontorun əməkdaşı bildirmişdir ki, bura alqı satqı deyil bura Notariat kontorudur, burda etibarnamə verirlər. O, vəziyyətin bu yerdə olduğunu görüb həmin sənədləri Asif və Vüqar adlı şəxslərə geri qaytarmışdır. Bundan sonra onlar birlikdə Binə qəsəbəsinə qayıtmış, orda Vüqar özünə məxsus ofisinin olduğunu bildirmişdir. Onlar ofisdə əyləşmiş bu zaman Asif ona bildirmişdir ki, Vüqar onun xalası oğludur həmin torpaq sahəsinin 2 sotu ona məxsusdur 2 sotu Vüqara, əgər istəmirsə torpaq sahəsini Vüqardan al. Onuda qeyd etmişdir ki, həmin vaxt Asif ondan sənəd üçün 80 manat pulda almışdır. Bundan sonra o, Asifgildən torpaq sahəsi almaqdan imtina etmişdir Həmin gün o, evə getmiş, həmin gün axşamı ona mesaj gəlmiş, mesajın mətnində yazılmışdı ki, «sən yaxşı ki, onlardan torpaq sahəsi almamısan onlar səni aldatmaq istəyirdilər». Bundan sonra o, həmin şəxsdən kim olduğunu soruşmuş lakin kimliyini bildirməmiş, həmin nömrəni blok etmişdir. Hal hazırda həmin nömrəni xatırlamırmış. Onuda əlavə etmişdir ki, onun mobil nömrəsi yalnız Asifdə olmuşdur. Bu mesaj məsələsindən təqribən 30 dəqiqə sonra Rauf ona zəng vurmuş və ona bildirmişdir ki, «sizi gördüm alqı satqıya getmişdiniz nəyə görə imtina etdiniz». Oda Raufa bildirmişdir ki, sənəd olmadığına görə imtina etmişdir. Bundan sonra Rauf ona bildirmişdir ki, başqa torpaqlar var əyər istəsə təşkil edər. Həmin günün səhəri o, Binə qəsəbəsinə gəlib Raufun göstərdiyi torpaq sahələrinə baxmış lakin xoşuna gələni olmamışdır. Bu minvalla 10 gün torpaqlara Raufla baxmağı davam etmişdir. Sonuncu gün o, yenə Binə qəsəbəsinə gedib Raufla görüşmüş, maşına oturanda Vüqar adlı şəxsində maşında olduğunu görmüşdür. Rauf və Vüqar onu Binə qəsəbəsində gəzdirib torpaq sahələri göstərməyə başlamışlar. O, həmin torpaq sahələrinidə bəyənməmişdir. Bu zaman o, maşında Raufa bildirmişdir ki, əgər siz Vüqar adlı şəxsə güvənirsinizsə sizin sözünüzlə o, Vüqarın Asiflə birlikdə ona göstərdikləri torpaq sahəsini alsın. Bu zaman Rauf bildirmişdir ki, Vüqara başınnan cavabdehdir. Onlar yenədə Asifin ona göstərdiyi torpaq sahəsinin üzərinə getmiş, Vüqar ilə Asifin ona göstərdiyi torpaq sahəsinin yanında olan digər iki sot torpaq sahəsini göstərib həmin torpaq sahəsinin Vüqara məxsus olduğunu bildirib ölçməyə başlamışdır. Bundan sonra onlar Binə Bələdiyyəsinin qarşısına gəlmişlər. Həmin vaxt onun üzərində 4000 manat pul olmuşdur. O, razılaşdığı 4000 manat pulu sayıb Raufun avtomaşınında Raufa uzatmış Rauf ondan aldığı pulu sayandan olduğu kimi Vüqara vermişdir. Vüqar ilə Raufa bildirmişdir ki, torpaq sahəsinin üzərində tikinti işəri aparmaq üçün ona usta lazımdır. Bu zaman Vüqar təklif etmişdir ki, «sabah gəl sənə ustada təşkil edərik». Onuda əlavə etmişdir ki, o, pulu vermədən öncə ona Təqsirləndirilən şəxs adından Mülki Etibarnamə vermişlər. Onuda qeyd etmişdir ki, o, torpaq sahəsinə 03.06.2021-ci il tarixdə baxmış və onlar kimliyini alıb etibarnamə vermişlər. Pulu isə həmin günün səhəri yəni 04.06.2021-ci il tarixdə vermişdir. Bundan sonra onların öz gətirdikləri ustanın vastəsilə 4200 manat xərcləyib həmin torpaq sahəsinin üzərində təmir tikinti işləri aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxslərə məxsus olmuşdur. Vüqar adlı şəxs Raufla əlbir olub onun 4000 manatını ondan alaraq ona maddi ziyan vurmuşlar. 4200 manat isə ona xərclədərək maddi ziyan vurmuşlar. O, pulu verən zaman onların yanında əlavə olaraq heç kim olmamışdır. O, pulu Raufa sayıb vermişdir Raufda öz növbəsində həmin pulu saymadan Vüqar adlı şəxsə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, 2021-ci ilin mart ayının 27-də qohumu Elxan ona yaxınlaşaraq bildirmişdir ki, Binə qəsəbəsində Vüqar adlı şəxs var, Vüqarla görüşüb danışıb ki, Vüqar özünə məxsus olan birinci mərtəbədə yerləşən bina evinin sənədlərini, yəni yaşayış sahəsini qeyri yaşayış sahəsi kimi düzəltdirsin və evi iyaşə obyekti kimi istifadə etsin. Vüqarı tanıyıb tanımadığını ondan soruşmuşdur. Belə ki, o, özü uzun illərdir ki, Binə qəsəbəsində yaşayır və demək olar ki, hamını tanıyırmış. O, Elxanla birlikdə həmin Vüqar adlı şəxslə görüşməyə getmişlər. Vüqarı görəndə tanımış, belə ki, həmin Vüqarı 2008-ci ildən tanıyırmış X6 işləyirmiş, torpaq pulu yığırmış. Onlar görüşmüş və söhbət əsnasında Vüqar bildirmişdir ki, Elxanın məsələsini həll edəcək, bunun müqabilində 2.000 manat pul istəmişdir. İlkin olaraq Elxan Vüqara 1200 manat pul verməli olmuş. Bu zaman o, Vüqara özümə məxsus olan torpaq sahəsini özəlləşdirmək istədiyini bildirmişdir, Vüqar bu işdə ona köməklik göstərəcəyini demişdir. O,V üqardan bunun müqabilində nə alacağını soruşmuş, Vüqar ona bildirmişdir ki, əvvəlcədən 1000 manat verəcək, iş düzəlib qurtardıqdan sonra isə əlavə 2000 manat pul verəcəkmiş. O və Elxan Vüqarın təklifi ilə razılaşmışlar. Həmin günün səhəri o, Vüqarla Binə qəsəbəsi ərazisində 31 saylı Notariat kontorun qarşısında görüşmüş Vüqara 1000 manat pul vermiş və Notariat kontorda onun adından İcra Hakimiyyətində, BTİ-də iştirak etməsi üçün 3 aylıq etibarnamə vermişdir. Bu zaman Vüqar Elxanla əlaqə saxlayıb Elxanı gözlədiyini bildirmişdir. Bundan bir qədər sonra Elxanda Notariat kontorun qarşısına gəlmiş və Elxanda onun iştirakı ilə Vüqara 1200 manat pul vermiş, Elxanın adından İcra Hakimiyyətində çıxış etməsi üçün 3 aylıq etibarnamə vermişdir. Vüqar onlara söz vermişdir ki, 1-2 ay ərzində məsələlər yoluna qoyulacaqmış. Lakin onun söz verdiyi müddət keçmiş, lakin Vüqar vədinə əməl etməmişdir. Bundan sonra o, Vüqarla görüşüb danışmış və Vüqarın onları aldatdığını anlamışdır. Vüqardan pulunu tələb etmiş, Vüqar yaxın müddətdə onun və Elxanın pulunu geri qaytaracağına söz versədə yenədə vədinə əməl etməmişdir. O, Vüqara pulu verən zaman onların yanında heç kim olmamışdır. Elxan isə Vüqara pulu onun yanında vermişdir. Vüqara verdiyi etibarnamənin bir nüsxəsi təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, özünə məxsus olan fərdi yaşayış evinin sənədlərində qeyri yaşayış sahəsi yazdırmaq istəyirmiş. Bu səbəbdəndə Binə qəsəbəsində bu işlərlə məşğul olan Vüqar adlı şəxsi tapmış və onunla bu barədə danışmış, Vüqarda həmin işi bacardığını bildirmişdir. 2021-ci ilin mart ayının 27-də o, qohumu olan Hacırzanın yaşadığı ünvana getmişdir ki, Hacırzadan məsləhət alsın. Belə ki, Hacırza uzun illərdir ki, Binə qəsəbəsində yaşayır və hər kəsi tanıyırmış. O, Hacırzadan yeni tanıdığı Vüqar adlı şəxsi tanıyıb tanımadığını soruşmuşdur. Həmin Vüqar adlı şəxs ona söz vermişdir ki, ona məxsus olan Binə qəsəbəsi N.Abbasov küçəsi döngə 3, ev 6 A ünvanda olan vərdi yaşayış evinin sənədlərində qeyri yaşayış sahəsi yazdırmaqda köməklik göstərəcəkmiş. Belə ki, həmin ev 1-ci mərtəbədə olduğundan o, həmin evi qeyri yaşayış sahəsi yazdırıb obyekt etmək istəyirmiş. Hacırza ilə məsləhətləşəndən sonra onlar birlikdə Binə qəsəbəsinin mərkəzində Vüqar adlı şəxslə görüşmüşlər. Hacırza Vüqarı görən kimi tanımışdır və Vüqarla söhbət etməyə başlamışdır. Vüqar Hacırzanın da yanında bildirmişdir ki, fərdi yaşayış evinin sənədlərini qeyri yaşayış sahəsi yazdıracaq və bunun müqabilində ondan 2000 manat pul alacaqmış. Bu zaman Vüqar Hacırzanında torpaq sahəsini sənədləşdirəcəyinə söz vermiş və bunun müqabilində Hıcırzadanda 3.000 manat pul istəmişdir. O, ilkin ödəniş kimi Vüqara 1200 manat Hacırza isə ilkin ödəniş kimi 1000 manat pul verməli olmuşdur. Onlar Vüqarla razılaşmışlar və 29 mart 2021-ci il tarixdə Vüqarla görüşüb pulları verməli olmuşlar. Həmin gün günorta radələrində Vüqar ona zəng vurub Binə qəsəbəsində yerləşən 31 saylı Notariat kontorun qarşısına getməyini istəmişdir. O, 31 saylı Notariat kontorun qarşısına çatanda artıq Hacırza orada olmuşdur. Hacırza Vüqara 1.000 manat pulu və adında BTİ-də iştirak etməsi üçün 3 aylıq Etibarnamə vermişdir. Oda Notariat kontorun qarşısında 1.200 manat pulu Vüqara vermiş və onun adından İcra Hakimiyyətində iştirak etməsi üçün Vüqara etibarnamə vermişdir. Vüqar onlara söz vermişdir ki, 1-2 ay ərzində məsələlər yoluna qoyulacaq. Lakin Vüqarın söz verdiyi müddət keçmiş, lakin Vüqar vədinə əməl etməmişdir. Bundan sonra onlar Vüqarla görüşüb danışmış və Vüqarın onları aldatdığını anlamışlar. Vüqardan pullarını tələb etsələrdə Vüqar yaxın müddətdə onun və Hacıağanın pulunu geri qaytaracağına söz vermiş, yenədə vədinə əməl etməmişdir. O, Vüqara pulu verən zaman yanlarında Hacıağa olmuşdur. Hacıağa isə ona pulu verən zaman kimin yanında verdiyini bilməmişdir. Vüqara verdiyi etibarnamənin bir nüsxəsi təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 bildirdi ki, 2014-cü ildə Emin adlı şəxsdən Xəzər rayonu, Binə qəsəbəsində yerləşən tam hazır vəziyyətdə olan fərdi yaşayış evini 31.000 manata almışdır. Həmin ərəfədə anası Şərqiyyə sağ olmuş, qohumu Orucəlidə onlarla birlikdə olmuşdur. Həmin vaxtan sonra evdə bir qədər təmir işləri görmüşdür. Həmin evin qazını çəkdirmiş və qaz sayğacını rəhmətlik anası Şərqiyyə Əhmədovanın adına saldırmışdır. Son iki il müddətində səhəti ilə əlaqədar evə baş çəkə bilməmişdir. 01.06.2021-ci il tarixdə həmin evə baş çəkməyə getmişdir. Belə ki, oğlunu evləndirib həmin ünvana köçürtmək niyətində idi. O, evə baş çəkən zaman evdə bir nəfər şəxsin məskunlaşıb yaşadığını bilmişdir. Belə ki, evin qapısının kilidinin dəyişdirildiyini və başqa kilidlə əvəz edildiyini aşkar etmişdir. Adını xatırlamadığı qonşu ilə danışmış və həmin qonşu özü ondan evi satdığını soruşmuşdur. O, qonşuya evi satmadığını bildirdikdə, qonşu ona bildirmişdir ki, sənin evinin üstündə artıq uzun müddətdir ki, mübahisə davam edir. Bundan sonra o, evi aldığı Emin adlı şəxsi tapmış Eminə evinin kiməsə satıldığını bildirmişdir. Emin bu zaman ona evin kimin tərəfindən satıldığını bildiyini demişdir. Həmin vaxt evdə təmir işləri gedən zaman Hətta Emin özü evə gedərək təmir işləri aparan şəxslərə evin sahibinin olduğu barədə xəbərdarlıq etmişdir. Bundan sonra Emin ona bildirmişdir ki, onu tapa bilmədiyi üçün ona bu barədə məlumat verə bilməmişdir. Onlar Eminlə birlikdə Eminin tanıdığı Vüqar adlı şəxsin yaşadığı ünvana getmiş evdə heç kim olmamışdır. Həmin vaxt Emin ona bildirmişdir ki, bir neçə gün səbr et birlikdə Polis orqanlarına müraciət etsinlər. Bundan bir neçə gün sonra onlar birlikdə gedib polis orqanlarına müraciət etmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Vüqar adlı şəxs evinin qapısının kilidini qıraraq evini Hacı adlı şəxsə satmışdır. Bundan sonra bir neçə dəfə o, qohumu olan Orucla birlikdə Eminlə Vüqarla və evi alan Hacı adlı şəxslə söhbətlər etsələrdə heç bir nəticəsi olmamışdır. Həmin evi Emin ona Xəzər rayon İcra Hakimiyyətinin Sərəncamı ilə Mülki Etibarnamə əsasında satmışdır. Anasının ölüm kağızının ksero surətini qaz sayğacının onun adına olması barədə qaz kartını və sərəncamın surətini ilkin araşdırma dövründə təqdim etmişdir. Əlavə olaraq Vüqar adlı şəxsə nəyə görə ona məxsus olan evi satdığını bildirəndə ona demişdir ki, əcəb eləmişəm ehtiyacım olub satmışam. O, Vüqar adlı şəxsi ümumiyyətlə tanımamışdır. Vüqar adlı şəxs evini Hacı adlı şəxsə 23.000 manata satdığını öyrənmişdir. Hal hazırda da evini tələb edir və Hacı adlı şəxsdə evi Vüqar adlı şəxsdən aldığını bildirərək evdən çıxmaqdan imtina edirmiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Famil onun həm dostu həmdə yerlisidir. 2012-ci ildə Famil öz iş yoldaşı Şahindən 4000 manata həmin ilin məzənnəsi ilə ABŞ dollarına 4 sot torpaq sahəsi Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində almışdır. 2021-ci ilin təqribən iyun ayı olarmış, o, Zərərçəkmiş şəxs3 torpaq sahəsinə baxış keçirdən zaman torpaq sahəsinin üzərinə mişar daşlarının töküldüyünü görmüş, o, Familə zəng vurub bu barədə məlumat vermişdir. Belədə ki, həmin ərazi ilə qonşuluqda yaşayırmış. Həmin vaxt ərazidə heç kim olmamışdır. Axşamı o, özü tikinti aparılan yerə getmiş və ustaların işlədiyini görüb tikintini saxlamağı bildirmişdir. Bundan bir neçə gün sonra yəni iyun ayının 13-də Famil Bakı şəhərinə gəlmişdir. Torpaq sahəsinə baxmağa getdikdə tikinti işlərinin getdiyini görüb tikintinin bir hissəsini uçurtmuş və bildirmişdir ki, tikinti aparan şəxslər üzə çıxsın. Bundan sonra bir neçə dəfə həmin şəxslərlə Famil özü danışmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 2014-cü ildə Elxan Binə qəsəbəsi ərazisində ev almaq istədiyini bildirmişdir. Bu səbəbdən Elxan o və Elxanın anası Şərqiyyə ilə birlikdə Binə qəsəbəsində ev sahəsi axtarmağa başlamışlar. Binə qəsəbəsində Emin adlı maklerlə tanış olmuşlar. Onlara göstərdiyi Binə qəsəbəsində yerləşən bir mərtəbəli fərdi yaşayış evini bəyənmiş və Eminlə 31.000 manata razılaşmışlar. Emin Elxana Mülki etibarnamə və Xəzər rayon İcra Hakimiyyətinin sərəncamının notarial qaydada təsdiq edilmiş surətini təqdim etmişdir. Bundan sonra Elxan həmin evdə təmir tikinti işləri aparmışdır. 2020-ci ilin əvvəlləri olarmış Elxanın səhhətində problemləri yaranmış bundan sonra Elxanın anası rəhmətə getmiş və Elxan gedib evə nəzarət edə bilməmişdir. Hətta evə qaz xətti çəkilmiş və sayğac quraşdırılmışdır. 2021-ci ilin iyun ayında Elxan öz evinə baş çəkməyə getdikdə evin Vüqar adlı şəxs tərəfindən Hacı adlı şəxsə satıldığını aşkar etmişdir. Bu səbəbdən o və Elxanın bu işi araşdırmağa başlamış, Vüqarın etdiyi əməlin cinayət olduğunu bildikdən sonra polis orqanlarına müraciət etmək qərarına gəlmişlər. Evi Elxana satan Emin adlı şəxslədə görüşüb danışmışlar. Onlar məsələnin həlli üçün Vüqarla dəfələrlə görüşüb söhbət etsələrdə Vüqar etdiyi əməli etiraf edərək əcəb elədiyini və ehtiyacı olduğu üçün satdığını onlara bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 2014-cü ilin əvəllərində, Binə qəsəbəsi, İ.Nəsimi küçəsi, ünvanında 1,5 sot torpaq sahəsini 3000 ABŞ dollarına Yaşar adlı şəxsdən almışdır. Həmin torpaq sahəsinin üzərində 3 otaqdan ibarət ev tikmişdir. Həmin torpaq sahəsini sərəncam və etibarnamə ilə almışdır. O, həmin evi ailəsində olan çətinliklərin məcburiyyətindən satmaq qərarına gəlmişdir. Tikinti gedə gedə satılır sözü hasara yazıb vurmuşdur. Həmin ərəfədə Elxan adlı şəxs ona yaxınlaşıb evi almaq istədiyini bildirmişdir. Həmin torpaq sahəsini üzərində tikilmiş evlə birlikdə Elxanla 31.000 manata razılaşmış və evi torpaq sahəsinə verilmiş sərəncamla birlikdə Notariat qaydada etibarnamə ilə Elxanın anasının adına rəsmiləşdirib satmışdır. Bundan sonra həmin evə çəkilmiş qaz sayğacını və komunallarıda Elxanın anasının adına rəsmiləşdirmişdir. Bu hadisədən 7 ay əvvəl o, yol kənarında olan zaman həmin evin yəni satdığı evin içərisində usta işlədiyini görmüşdür. O, ustalara yaxınlaşıb Elxanı soruşmuşdur. Həmin danışıq zamanı o, evin Hacı adlı şəxsə məxsus olduğunu və Vüqar adlı şəxs tərəfindən tikinti aparıldığını öyrənmişdir. Bundan sonra o, Vüqar və Hacı adlı şəxsləri çağıraraq evin ona məxsus olduğunu bildirmiş və bu barədə özü polisə müraciət etmişdir. Onlar bu məsələ ilə bağlı həmin şəxslərlə heç bir nəticəyə gələ bilməmişlər. Bundan sonra o, Elxana evinin başqa şəxslərə satıldığını bildirmişdir. O, Hətta başqa yollarla evi Vüqar və Həci adlı şəxslərdən almaq məqsədi ilə həmin evə başqa şəxslərdə apararaq evin onlara məxsus olduğunu bildirmişdir, lakin bununda bir nəticəsi olmamışdır. Qeyd etmişdir ki, həmin evi öz vəsaiti hesabına tikmiş Vüqar və Hacı adlı şəxslərə həmin evin heç bir aidiyyəti olmamış və evi Elxana o, satmışdır. Vüqar hətta ona bildirmişdir ki, həmin ev guya İkrama məxsusdur ancaq bu yalan olmuşdur. İkram adlı şəxsi Binədə yaşayan şəxs kimi tanımış lakin onun bu məsələyə heç bir aidiyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, o, 2009-cu ildə Kamandar adlı şəxsdən 2 sot torpaq sahəsi almışdır. Kamandar hal hazırda vəfat etmişdir. Həmin vaxtlarda X6 işləyirmiş və Kamandar ona bildirmişdir ki, torpaq sahəsinin sənədini ona Vüqar lazım gələndə verəcəkmiş. Maddi vəziyyəti ilə əlaqədar olaraq həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bu səbəbdən də Binə qəsəbəsində makler işləyən Rafiq adlı şəxsə torpaq sahəsini yazdırmışdır. Təqribən 2021-ci ilin iyun ayının əvvəlləri olarmış, o, yol ilə gedən zaman Rafiq adlı şəxsin öz avtomaşını ilə Binə qəsəbəsində hərəkət etdiyini görmüşdür. Rafiq avtomaşını saxlayıb ondan torpaq sahəsini satıb satmadığını soruşmuşdur. Həmin vaxt Rafiqin yanında bir qadında olmuşdur. O, Rafiqə torpaq sahəsini hələdə satdığını bildirmişdir. Bu zaman Rafiq yanında əyləşən sonradan adını Sevil kimi bildiyi qadının torpaq sahəsi almaq istədiyini ona bildirmişdir. Onlar Rafiqin avtomaşını ilə birlikdə gedib torpaq sahəsinə baxış keçirtmişlər. Torpaq sahəsinə baxandan sonra Sevil torpaq sahəsindən xoşu gəldiyini bildirmişdir. Onlar razılaşmışlar. Həmin günün səhəri Binə qəsəbəsində yerləşən Bələdiyyənin qarşısında görüşmüş, Sevil ora gələn zaman orada makler işləyən Rauf adlı şəxs Sevilə yaxınlaşmış, öz aralarında nəsə danışmışlar. Oda Vüqarla görüşmüş və danışırmışlar ki, torpaq sahəsini satmış, sənəd vermək lazımdır. Bundan sonra Vüqar, o və Sevil taksiyə əyləşib Hövsan qəsəbəsində yerləşən Notariat kontora getmişlər. Vüqar bildirmişdir ki, orada onun adından Sevilə etibarnamə verəcəkmiş. Onuda qeyd etmişdir ki, onun sənəd işindən ümumiyyətlə anlayışı olmamışdır. Vüqar onun adından Sevilin adına Mülki etibarnamə yazdırmışdır. Onlar Notariat kontordan çıxdıqdan sonra Sevil onlara yaxınlaşmış və sənədə baxmışdır. Notariat kontorun işçisi Sevilə həmin sənədin alqı-satqı olmadığını mülki etbarnamə olduğunu bildirmişdir. Bu zaman Sevil aralarında olan razılaşmadan imtina etmişdir. O, etibarnaməni ləğv etdirmişdir. Onlar taksiyə əyləşib Binə qəsəbəsinə qayıtmışlar və Vüqarın ofisinə girib oturmuş, orda Vüqar ona bildirmişdir ki, «sən səsini çıxartma özünü mənim qohumum kimi bildir mən həmin qadına torpaq sahəsi satacam». O, elə də etmiş və Sevilə Vüqarın qohumu olduğunu ona məxsus olan torpaq sahəsinin yanında olan 2 sot digər torpaq sahəsinin Vüqara məxsus olduğunu deyib çıxıb getmişdir. Bundan sonra o, Sevili görməmişdir. Bir gün sonra Rauf ona yaxınlaşıb bildirmişdir ki, həmin Sevil onun yerlisidir və Sevilin nömrəsini ona verməyini istəmiş, o, nömrəni telefonundan tapıb Raufa vermişdir. Bundan xeyli müddət sonra ona məlum oldu ki, Vüqar Sevili aldadaraq ona digər şəxslərə məxsus olan torpaq sahəsini 4000 manata satmışdır. Əlavə olaraq qeyd etmişdir ki, Notariat kontorda Sevil sənəd işinə 80 manat pul vermişdir, hansı ki, həmin puluda o, Sevilə qaytarmışdır. Onun həmin işlə heçdə yaxından uzaqdan heç bir əlaqəsi olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid6 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, özünə məxsus olan Binə qəsəbəsi ərazisində 4 sot torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsini 2006-cı ildə Binə Südçülük sovxozunun komendantı işləyən İsa adlı şəxsdən almışdır. Həmin torpaq sahəsinə dair İsa ona Südçülük sovxozunun çıxarışını sənəd olaraq vermişdir. 2011-ci ildə maddi durumu pis olduğundan o, torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bu səbəbdən də tanışlarının arasında torpaq sahəsini satdığını bildirmişdir. Həmin vaxt onunla birlikdə işləyən Famil adlı iş yoldaşı torpaq sahəsi almaq istədiyini bildirmişdir. O, Familə torpaq sahəsinin yerləşdiyi yeri göstərmiş, onlar aralarında razılaşmış və o, hər sotu 1000 manat olmaqla 4000 manata satmışdır. Həmin torpaq sahəsinin dörd bir tərəfini o, 5 daş hündürlüyündə daş hasara aldırmışdır. Həmin ərazidə yaşayan qonşularıda bunun şahidi olublarmış. O, torpaq sahəsini satandan sonra İsanı tapıb (2011-ci ildə) ona torpaq sahəsini iş yoldaşı Familə satdığını bildirmişdir. Bundan sonra İsa onda olan Sovxoz sərəncamını alıb bir başa Familin adına sərəncam vermişdir. Həmin torpaq sahəsi 2006-cı ildən onun istifadədə olub 2011-ci ildə Familə satmışdır. O, Vüqar, Rauf və Asif adlı şəxsləri tanımırmış. Torpaq sahəsi ona məxsus olmuşdur. Həmin torpaq sahəsini ifadəsinin əvvəlində də göstərdiyi kimi İsa adlı şəxsdən almışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid7əli oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid7əli oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, O, həmin qadını 2021-ci ilin iyun ayının əvvəllərində tanımışdır. Belə ki, həmin vaxt o, Binə Bələdiyyəsinin qarşısında olan zaman bir qadının torpaq alqı satqısı ilə məşğul olan şəxslə yəni əvvəldən də tanıdığı Vüqarla söhbət etdiklərini eşitmişdir. Həmin qızın ləhcəsi ona xoş gəlmiş, oda yaxınlaşıb qızdan haralı olduğunu soruşmuşdur. Həmin vaxt onların yanında Asif adlı şəxsdə olmuş, Asifidə əvvəldən tanıyırmış. Xanım Naxçıvan MR-dan olduğunu bildirmiş, bundan sonra xanım Asifə bildirmişdir ki, onun Notariusa 70 manat xərci çıxıb qaytararmış. Bundan sonra qız çıxıb getmişdir. Bundan bir gün sonra qız onunla əlaqə saxlamış və ondan torpaq sahəsi tapmağı xahiş etmişdir. O, Sevili Binə qəsəbəsinə dəvət etmişdir. Onlar Sevil ilə görüşmüş, Sevilə Binə qəsəbəsində tanışlarının ona satılıq kimi bildirdiyi torpaq sahələrini göstərmişdir. Lakin Sevil həmin torpaq sahələrini bəyənməmişdir. Bundan sonra onlar Binə qəsəbəsinə Bələdiyyənin qarşısına getmişlər. X11 satdığı torpaqda gözü qaldığını bildirmişdir. Bu zaman Vüqarda orada olmuş, onlar danışıb razılaşmışlar. Həmin gün Vüqar Sevilin şəxsiyyət vəsiqəsini götürmüşdür ki, Sevilə etibarnamə versin. Bununda səhəri bildiyinə görə Vüqarla Sevil görüşüb aralarında razılaşmışlar. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 Aydın oğlu məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 Aydın oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Yasamal rayonunda yaşasada Xəzər rayonu, Binə qəsəbəsi, ərazisində 2008-cı ildən etibarən 3 otaqdan ibarət təqribən iki sot torpaq sahəsinin içərisində fərdi yaşayış evi tikdirmişdir. Həmin ev ünvan 8 ünvanda yerləşirmiş. Sözü gedən torpaq sahəsi vaxtı ilə 12 sot olmuşdur və sərəncam 12 sot torpaq sahəsinə aid olmuşdur. 2016-cı il tarixdə o, BTİ-nə müraciət edib torpaq sahəsini bir neçə paya böldürmüşdür. 2016-cı il tarixdə dəqiq tarixi xatırlamadığı vaxt evi satmaq qərarına gəlmişdir. Əlavə olaraq onuda qeyd etmişdir ki, o, 2008-ci ildə tikinti işləri aparan dövr ərzində Bələdiyyədə işləyən Vüqar adlı şəxslə tanış olmuşdur. Vüqarla bir insan kimi normal münasibətləri olmuşdur. O, evi satmaq qərarına gələn vaxt bu barədə Vüqarada demişdir. Həmin ərəfələrdə Vüqar Fərhad adlı şəxsi onunla tanış edərək Fərhadın ev almaq istədiyini ona bildirmişdir. Fərhad adlı şəxslə aralarında Vüqarın yanında anlaşma olmuşdur. Belə ki, onlar evi 35.000 manata razılaşmış, ilkin olaraq Fərhad ona özünə məxsus olan “Volkswagen” markalı Yük maşının 18000 manat olaraq hesablayıb vermiş və 2000 manat nəğd pul beləliklə Fərhad ona 20000 manat pul ödəmiş, qalan pulu isə hissə hissə ödəməyə razılaşmışlar. Bundan sonra Fərhad ona 7000 manat daha sonra 1000 manat və daha sonra 2000 manat pul ödəmiş, Fərhadla onların arasında 5000 manat qalıq qalmışdır. Həmin ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında daşınmaz Əmlakın Dövlət Reyster Xidmətinin çıxarışı ilə ona məxsus olmuşdur. İlkin təhqiqat araşdırması dövründə o, evin sənədlərinin kserosurətlərini təhqiqata təqdim etmişdir. Sənədlərin onun adına olmasına baxmayaraq evi Fərhada satmış və Fərhad pulun əsas hissəsini ödəyib bu səbəbdən də evin sahibi Fərhaddır. Yerdə qalan pulu ödəyib bitirdikdən sonra evin sənədləşməsinidə Fərhadın adına keçirəcəkmiş. Həmin evlə əlaqədar onun heç bir iddiası tələbi Vüqara qarşı olmamışdır. 13.07.2021-ci il tarixdə ona məlum olmuşdur ki, Vüqar nə onun nədə Fərhadın xəbəri olmadan həmin evi başqa bir şəxsə satmışdır. Fərhadla aralarında evlə bağlı heç bir anlaşılmamazlıq olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 sentyabr 2021-ci il tarixli 9/6035 saylı rəyindən görünür ki, 1. «Adamex Young» markalı, çəhrayı-göy rəngli, 4 təkərli uşaq arabası- 150 manat; 2. «İndesit» markalı, 5 kq tutumlu, A class ağ rəngli paltaryuyan- 150 manat; 3. İran istehsalı olan qaz sobası- 80 manat; 4. «İndesit» markalı, ağ rəngli, iki qapılı soyuducu- 200 manat; 5. Türkiyə istehsalı olan, iki nəfərlik ortapedik döşək- 60 manat; 6. Çəhrayı-ağ rəngli uşaq çarpayısı(beşik)-80 manat; 7. 6x5 ölçülü qırmızı rəngli xalça- 500 manat; 8. 4x4 ölçülü qırmızı rəngli xalça- 320 manat; 9. «Satun» markalı, «ST-VC7273» model, 1500 Vt-luq göy rəngli tozsoran- 40 manat; 10.Belarusiya istehsalı olan, «Belvar» markalı, 1000 Vt-luq ətçəkən- 25 manat; 11. «Kenwood» markalı blender- 15 manat; 12. «Philips» markalı şirəçəkən- 120 manat təşkil edir. Ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin may ayına olan orta bazar qiyməti il ümumi dəyəri 1740,0 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 26.07.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1969-cu ildə Biləsuvar rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 15 iyul 2021-ci il tarixli protokoldan görünür ki, 15 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin müstəntiqi polis kapitanı Anar Bəxtiyarov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayət işi üzrə əməlin tövsif olunması barədə 17.07.2021-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Anar Bəxtiyarov tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis-kapitanı Anar Bəxtiyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-290/2021 saylı, 17.07.2021-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15.07.2021-ci il tarixdən hesab edilmişdir. İş materiallarında olan cinayət işinin materiallarının, əməlin tövsif olunması və sübutların qiymətləndirilməsi barədə 14.09.2021-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-kapitanı Anar Bəxtiyarov tərəfindən Təqsirləndirilən şəxs əməli və ********* saylı cinayət işinin sənədləri Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1-ci maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis-kapitanı Anar Bəxtiyarov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” 30.03.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 188-ci maddəsinin normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində- bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Bununla yanaşı, Torpaq Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət yaradan hərəkətlər dəqiq müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 110-cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməllərini etiraf etməsini, səmimi peşman olmasını, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən “Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma - səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona qarşı törətmiş olduğu cinayət əməli nəticəsində dəymiş, ümumilikdə 30500 (otuz min beş yüz) manat məbləğində (17500 manat qəbz yazaraq alınmış, 13000 manat isə evin təmirinə xərclənmiş) maddi ziyanın və 183 manat dövlət rüsumunun təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31.05.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 Ağacan oğluna 17500 (on yeddi min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bu hal cinayət işinin materiallarının araşdırılması və cinayət prosesi iştirakçılarının ifadələrində öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə mülki iddia tələbinin evin təmir edilməsinə çəkilmiş xərc kimi 13000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” Subyektiv hüquq - şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir. Məhkəmə müdafiə hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03.07.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olanməlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair”25 oktyabr 2010-cu il tarixli və Müşfiq Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarları).” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 02.11.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır.” Məhkəmə qeyd edir ki, konstitusiya məhkəməsinin plenum qərarlarından, eyni zamanda qüvvədə olan qanunvericiliyin tələblərindən də görünüdüyü kimi, mülki iddiaçı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsində, 2 sot torpaq sahəsində yerləşən 3 yaşayış otağından ibarət fərdi yaşayış evinə hər-hansı bir bağlılığı olmadığından mülki iddiaçının həmin fərdi yaşayış evinin təmirinə çəkilmiş xərcin tutulması ilə bağlı subyektiv hüququ yaranmır. Belə olan halda mülki iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, İ.Nəsimi küçəsində, 2 sot torpaq sahəsində yerləşən 3 yaşayış otağından ibarət fərdi yaşayış evinin təmirinə çəkmiş olduğu 13.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia bu hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməsi, bunun nəticəsində Zərərçəkmiş şəxs2 17500 manat ziyan vurması təsdiq edildiyindən, mülki iddia qismən əsaslı olduğundan, təqsirləndirilən şəxs və mülki cavabdeh mülki iddianı qismən etiraf edərək qismən təmin edilməsinə etiraz etmədiyindən Zərərçəkmiş şəxs2 iddiası qismən təmin edilməli, Təqsirləndirilən şəxs 17.500 manat (on yeddi min beş yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 183 (bir yüz səksən üç) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 178.2.2, 178.2.4 və 188.1-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, 178.2.2, 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 188.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 15 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 17.500 (on yeddi min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 183 (bir yüz səksən üç) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə150 (bir yüz əlli) manat, ümumilikdə 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar