Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-18/2024 27.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Bakı şəhəri Sabunçu rayonu rayonu, Bilgəh qəsəbəsi, Bilgəh Zəfəran küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2005-ci ildə Kürdəmir rayonu, Mollakənd kəndində anadan olmuş, natamam orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, fərdi evdə yaşamış, barəsində «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 14 mart 2022-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər metri 1 manat olmaqla ümumilikdə 2200 manat dəyərində 2200 metr uzunluqda elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 2200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 04 may 2022-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər metri 1 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 1200 metr uzunluqda elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 21 may 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsində yerləşən X1 usta işlədiyi evin saxlanc yeri hesab olunan qarajına qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan ona məxsus ümumi dəyəri 1200 manat təşkil edən 03 ədəd laqondanı, 01 ədəd prefaratoru, 01 ədəd dreli və 02 ədəd generatoru gizli olaraq talayıb zərərçəkmiş X2 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 23 may 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs7 icarəyə götürdüyü avtomobil təmiri sexinə qanunsuz daxil olaraq oradan 600 manat dəyərində 1 ədəd qaynaq avadanlığını, 100 manat dəyərində borusu ilə birlikdə 1 ədəd təzyiqölçən avadanlığı, 300 manat dəyərində 1 dəst təmir alətlərini və 100 manat dəyərində 1 ədəd “Vaz” markalı avtomobil radiatorunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 1100 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 11 iyun 2022-ci il tarixdə, təxminən saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində Zərərçəkmiş şəxs8 küçədə saxladığı Vaz 2106 markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 3 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd lobzik, 1 ədəd təmir-tikinti alətləri çantası, həmin avtomobilin salonundan isə 1 ədəd künckəsən alətini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 1650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 23 iyun 2022-ci il tarixdə saat təxminən 23 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs10 məxsus evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs10 məxsus dəyəri 60 manat olan 100 metr uzunluğunda 01 ədəd rulon 2,5 mm-lik elektrik naqilini, dəyəri 50 manat olan 25 metr uzunluğunda 6 mm-lik elektrik naqilini, həmçinin həmin evdə usta işləyən Zərərçəkmiş şəxs9 məxsus dəyəri 250 manat olan 01 ədəd “uqlarez”(taxtakəsən) aparatı, dəyəri 75 manat olan 01 ədəd lobziki, dəyəri 135 manat olan 01 ədəd betondeşəni, dəyəri 200 manat olan 01 ədəd lazer ölçü cihazını, dəyəri 75 manat olan 01 ədəd dreli, dəyəri 120 manat olan 01 ədəd drelin akkumlyatorunu, hər birinin dəyəri 20 manat olan 02 ədəd elektrik uzadıcısını, dəyəri 90 manat olan 01 ədəd laqondanı, ümumi dəyəri 100 manat olan xırda tikinti alətlərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 cəmi cəmi 110 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs9 isə 1085 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 26 iyul 2022-ci il tarixdə təxminən səhər saat 05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 2000 manat təşkil edən hər biri 583 əyarlı bir dəst üzük və sırğanı, üç ədəd qadın üzüyü və 250 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 cəmi 2250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 16 avqust 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən X3 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq oradan qiyməti 230 manat olan bir ədəd təzə betondeşəni, ümumilikdə qiyməti 150 manat olan 230 metr uzunluğunda montaj olunmuş 0,4 mm-lik elektrik naqilini, ümumilikdə qiyməti 150 manat olan 150 metr uzunluğunda ağ rəngli 3 xətli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş X3 cəmi 530 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 18 avqust 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən X6 məxsus yaşayış sahəsi hesab olunan evə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq oradan qiyməti 100 manat olan bir ədəd Samsung markalı mobil telefonu, 250 manat pulu, həmin evin həyətindən isə qiyməti 100 manat olan bir ədəd su sayğacını və qiyməti 100 manat olan bir ədəd “Total” markalı dreli gizli olaraq talayıb zərərçəkmiş X6 cəmi 550 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 23 avqust 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Çiləgər yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərənin metal barmaqlığını sındırıb pəncərəni itələyib açma yolu ilə qanunsuz daxil olaraq evin içərisindən bir ədəd qiyməti 150 manat olan su qızıdırıcısını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan 6 cüt ayaqqabını, bir ədəd qiyməti 30 manat olan maqnitofon səsgücləndiricisini, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 90 manat olan hamamda divara çəkilmiş 30 metr uzunluğunda elektrik naqillərini, bundan başqa evin həyətindən 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan 20 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 630 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 25 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq yataq otağında olan sandığın içərisindən 230 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 230 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 14 mart 2022-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər metri 1 manat olmaqla ümumilikdə 2200 manat dəyərində 2200 metr uzunluqda elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 2200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 04 may 2022-ci il tarixdə təxminən saat 23 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mədən küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər metri 1 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 1200 metr uzunluqda 2,5 mm diametrli elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 21 may 2022-ci il tarixdə, təxminən saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsində yerləşən X1 usta işlədiyi evin saxlanc yeri hesab olunan qarajına qapını açma yolu ilə qanunsuz daxil olaraq oradan ona məxsus ümumi dəyəri 1200 manat təşkil edən 03 ədəd laqondanı, 01 ədəd prefaratoru, 01 ədəd dreli və 02 ədəd generatoru gizli olaraq talayıb zərərçəkmiş X2 cəmi 1200 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 23 may 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs7 icarəyə götürdüyü avtomobil təmiri sexinə qanunsuz daxil olaraq oradan 600 manat dəyərində 1 ədəd qaynaq avadanlığını, 100 manat dəyərində borusu ilə birlikdə 1 ədəd təzyiqölçən avadanlığı, 300 manat dəyərində 1 dəst təmir alətlərini və 100 manat dəyərində 1 ədəd “Vaz” markalı avtomobil radiatorunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs7 cəmi 1100 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 11 iyun 2022-ci il tarixdə, təxminən saat 03 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində Zərərçəkmiş şəxs8 küçədə saxladığı Vaz 2106 markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 3 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd lobzik, 1 ədəd təmir-tikinti alətləri çantası, həmin avtomobilin salonundan isə 1 ədəd künckəsən alətini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 cəmi 1650 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 23 iyun 2022-ci il tarixdə saat təxminən 23 radələrində ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs10 məxsus evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs10 məxsus dəyəri 60 manat olan 100 metr uzunluğunda 01 ədəd rulon 2,5 mm-lik elektrik naqilini, dəyəri 50 manat olan 25 metr uzunluğunda 6 mm-lik elektrik naqilini, həmçinin həmin evdə usta işləyən Zərərçəkmiş şəxs9 məxsus dəyəri 250 manat olan 01 ədəd “uqlarez”(taxtakəsən) aparatı, dəyəri 75 manat olan 01 ədəd lobziki, dəyəri 135 manat olan 01 ədəd betondeşəni, dəyəri 200 manat olan 01 ədəd lazer ölçü cihazını, dəyəri 75 manat olan 01 ədəd dreli, dəyəri 120 manat olan 01 ədəd drelin akkumlyatorunu, hər birinin dəyəri 20 manat olan 02 ədəd elektrik uzadıcısını, dəyəri 90 manat olan 01 ədəd laqondanı, ümumi dəyəri 100 manat olan xırda tikinti alətlərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 cəmi cəmi 110 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs9 isə 1085 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 26 iyul 2022-ci il tarixdə təxminən səhər saat 05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan ümumilikdə dəyəri 2000 manat təşkil edən hər biri 583 əyarlı bir dəst üzük və sırğanı, üç ədəd qadın üzüyü və 250 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 cəmi 2250 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 16 avqust 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən X3 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni sındırma yolu ilə qanunsuz daxil olaraq oradan qiyməti 230 manat olan bir ədəd təzə betondeşəni, ümumilikdə qiyməti 150 manat olan 230 metr uzunluğunda montaj olunmuş 0,4 mm-lik elektrik naqilini, ümumilikdə qiyməti 150 manat olan 150 metr uzunluğunda ağ rəngli 3 xətli elektrik naqilini gizli olaraq talayıb zərərçəkmiş X3 cəmi 530 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 18 avqust 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən X6 məxsus yaşayış sahəsi hesab olunan evə açıq vəziyyətdə olan qapıdan qanunsuz daxil olaraq oradan qiyməti 100 manat olan bir ədəd Samsung markalı mobil telefonu, 250 manat pulu, həmin evin həyətindən isə qiyməti 100 manat olan bir ədəd su sayğacını və qiyməti 100 manat olan bir ədəd “Total” markalı dreli gizli olaraq talayıb zərərçəkmiş X6 cəmi 550 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 23 avqust 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Çiləgər yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs4 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərənin metal barmaqlığını sındırıb pəncərəni itələyib açma yolu ilə qanunsuz daxil olaraq evin içərisindən bir ədəd qiyməti 150 manat olan su qızıdırıcısını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan 6 cüt ayaqqabını, bir ədəd qiyməti 30 manat olan maqnitofon səsgücləndiricisini, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 90 manat olan hamamda divara çəkilmiş 30 metr uzunluğunda elektrik naqillərini, bundan başqa evin həyətindən 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan 20 metr uzunluğunda elektrik naqillərini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 630 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 25 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsi hesab olunan evə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq yataq otağında olan sandığın içərisindən 230 manat nəğd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 230 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, CM-nin 177-ci maddəsi ilə əvvəllər məhkum olunmuş, 2021-ci ilin dekabr ayının 11 azad olunmuşdur. Hazırki ittiham üzrə heç bir cinayətdə iştirak etməmişdir. İbtida istintaqda təzyiq altında etiraf etmişdir. Al marketin yanında olan evə girmiş, orada hərbçinin paltarların görmüş və qazi oladuğuna görə həmin evdən heç nə götürmədən çıxmışdır. Həmin evə getmək məqsədi oğurluq olmuş, lakin sadalanan digər evə girməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, onların işində oğurluq olmuş, lakin qızıl oğurluğu olmamışdır. İbtida istintaqda təzyiq altında etiraf etmişdir. O, Elnurla birlikdə marketin yanında olan evə girmiş, oradan heç nə götürmədən çıxmışdır. Həmin market Binə-Sovxozda yerləşir. O, pəncərəni açmış və hər ikisi içəriyə daxil olmuşlar. Daha sonra, Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq etiraf etmişdir ki, Elnurla birlikdə Binə Atçılıqda yerləşən evə daxil olmuş və oğurluq etmişlər. həmin əşyalırı maşınla-taksi ilə aparmışlar. Bundan başqa heç bir evdə olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, Lerik rayonu, Anbu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə ailə üzvlərilə birlikdə yaşayır. 16 avqust 2022-ci il tarixdə təxminən saat 19 radələrindən 17 avqust 2022-ci il tarixdə təxminən saat 20 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşayış olmayan və təmiri başa çatmamış 2 mərtəbəli evə plastik pəncərəni açma yolu ilə daxil olaraq oradan dəyəri 230 manat olan 1 ədəd perforatoru, dəyəri 150 manat olan 200 metr uzunluğunda 0,4 mm-lik elektrik naqilini, dəyəri 130 manat olan 130 metr uzunluğunda elektrik naqilini və elektrik sayğacından evə çəkilmiş, dəyəri 20 manat olan 20 metr uzunluğunda elektrik naqilini oğurlayıb aparmışlar. Bundan başqa, həmin evin plastik pəncərəsinin yararsız hala düşməsi ilə əlaqədar ona 70 manat maddi ziyan dəymişdir. Əlavə olaraq bildirmişdir ki, evindən oğurlanmış əmlakın ümumi dəyəri 530 manat təşkil etmişdir. Evin plastik pəncərəsinin yararsız hala düşməsi ilə əlaqədar 70 manat olmaqla oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 600 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda o, təqsirlədirilən şəxslərə barışmış, onları bağışlamış, ona dəymiş ziyan ödənilmiş, onun təqsirlədirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır. 18 avqust 2022-ci il tarixdə təxminən saat 11:00 radələrindən həmin gün saat 20:40 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşadığı evə açıq vəziyyətdə olan qapıdan daxil olaraq evin içərisində stolun üstündən üzərindəki GSM kartı ilə birlikdə qiyməti 100 manat olan bir ədəd Samsung markalı mobil telefonu, yataq otağında üst-üstə yığılmış yorğanların arasından 250 manat nəğd pulu, dəhlizdən qiyməti 100 manat olan bir ədəd “Total” markalı dreli və həyətin hasara quraşdırılmış qiyməti 100 manat olan bir ədəd su sayğacını oğurlayıb aparmışlar. Bununla bağlı dərhal 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona cəmi 550 manat ziyan dəymişdir. Həmin şəxslər evinin həyətinə daxil olaraq darvazanın üzərində olan qıfılı sındırmış və bununla bağlı ona əlavə olaraq 2 manat ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayır. 25 avqust 2022-ci il tarixdə təxminən saat 18:00 radələrindən həmin gün saat 22:00 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən yaşadığı evin plastik pəncərəsini sıxıb açma yolu ilə daxil olaraq, yataq otağında olan açıq mücrünün içərisindən 230 manat nəğd pulu oğurlayıb aparmışlar. Bununla bağlı dərhal 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində ona cəmi 230 manat ziyan dəymişdir. Bundan başqa, həmin şəxslər evinin həyətinə hasardan keçib daxil olaraq evin plastik pəncərəsinin çərçivəsini sındırmışlar və bununla bağlı ona əlavə olaraq 50 manat ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmiş, şikayətçidir. İbtidai istintaq Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Çiləgər yaşayış massivində şəxsi evi var, lakin həmin evdə daimi olaraq yaşamır. 14 avqust 2022-ci il tarixdə təxminən saat 10 radələrindən 23 avqust 2022-ci il tarixdə təxminən saat 15 radələrinədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus evə pəncərənin metal barmaqlığını sındırmaqla pəncərəni itələyib açıb daxil olaraq evin içərisindən bir ədəd qiyməti 150 manat olan su qızıdırıcısını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə qiyməti 300 manat olan 6 cüt ayaqqabını, bir ədəd qiyməti 30 manat olan maqnitofon səsgücləndiricisini, 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 90 manat olan hamamda divara çəkilmiş 30 metr uzunluğunda elektrik naqillərini, bundan başqa evin həyətindən 1 metrinin qiyməti 3 manat olmaqla ümumilikdə qiyməti 60 manat olan 20 metr uzunluğunda elektrik naqillərini oğurlayıb aparmışlar. Hadisə nəticəsində cəmi 630 manat dəyərində əmlakı oğurlanmışdır. Bundan başqa pəncərənin metal barmaqlığının sındırılması nəticəsində ona əlavə olaraq 10 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 2 ünvanda yaşayır, azərbaycanlıdır və latın qrafikalı Azərbaycan əlifbası ilə sərbəst oxuya, eyni zamanda Azərbaycan dilində sərbəst danışa və başa düşə bilir. Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Mədən küçəsində şəxsi fərdi yaşayış evi var, evin elektrik sistemi olmadığına görə hazırda həmin evdə yaşayış yoxdur. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, həmin yaşayış olmayan evdən 2 dəfə ayrı-ayrı vaxtlarda elektrik naqilləri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Belə ki, birinci dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrindən, xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrinədək olan müddət ərzində evdə heç kəs olmayan vaxt naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsini itələyib açma yolu ilə evə daxil olub evin içərisindən divara çəkilmiş vəziyyətdə olan 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 2200 manat olan 2200 metr uzunluğunda elektrik naqilini divardan söküb çıxartmaqla oğurlayıb aparmışdır. Həmin hadisə vaxtı ona ümumilikdə 2200 manat maddi ziyan dəymişdir. İkinci dəfə isə xx.xx.2022-ci il tarixdə saat təxminən 17:30 radələrindən, xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrinədək olan müddət ərzində evdə heç kəs olmayan vaxt naməlum şəxs və ya şəxslər evin pəncərəsinin metal barmaqlığını kəsərək pəncərəni itələyib açma yolu ilə evə daxil olub evin içərisindən 1 metrinin qiyməti 1 manat olmaqla ümumilikdə qiyməti 1200 manat olan 1200 metr uzunluğunda elektrik naqilini eyni üsulla oğurlayıb aparmışdır. Həmin hadisə zamanı oğurluqla bağlı ona 1200 manat, pəncərənin metal barmaqlığının kəsilməsi ilə bağlı isə 45 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmiş, lakin şikayəti və tələbi yoxdur. İbtidai istintaq zərərçəkmiş şəxs X5 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Naxçıvan küçəsində yerləşən fərdi yaşayış evində usta işləmişdir. Axşamlar özünə məxsus işlətdiyi əşyaları həmin ünvanda yerləşən qaraja qoyub qapısını bağlamışdır. 20 may 2022-ci il tarixdə, saat 20:00 radələrində özünə məxsus 03 ədəd laqondanı, 01 ədəd perforatoru, 01 ədəd dreli və 02 ədəd generatoru həmin qaraja qoyub qapısını bağlayıb getmişdir. Səhəri gün, yəni 21 may 2022-ci il tarixdə, səhər saat 08:00 radələrində həmin həyətə daxil olarkən həyətdə yerləşən qeyd olunan qarajın qapısının açıq vəziyyətdə olduğunu görüb oğurluq olduğundan şübhələnmişdir. Daha sonra qaraja baxarkən ona məlum olmuşdur ki, həmin yerə daxil olan naməlum şəxs və ya şəxslər oradan ümumi dəyəri 1200 manat təşkil edən 03 ədəd laqondanı, 01 ədəd perforatoru, 01 ədəd dreli və 02 ədəd generatoru oğurlamışlar. Əlavə olaraq bildirmişdir ki, oğurluq nəticəsində ona 1200 manat məbləğində maddi ziyan dəymişdir və qeyd etdiyindən başqa evindən və həyətindən heç bir əşya oğurlanmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən avtomobil təmiri sexini icarəyə götürüb işlədir. xx.xx.2022-ci il tarixdə saat 18:30-da sexin qapısını bağlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 10:00-da sexə gəldikdə oradan 1 ədəd 600 manat qiymətində qaynaq avadanlığının, 1 ədəd borusu ilə birlikdə 100 manat qiymətində olan təzyiqölçən avadanlığın, 1 dəst 300 manat qiymətində təmir alətlərinin və 1 ədəd 100 manat qiymətində “Vaz” markalı avtomobil radiatorunun oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə polisə məlumat vermişdir. Ona ümumilikdə 1100 manat dəyərində maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslərlə razılığa gəlmiş, hazırda onlara qarşı şikayəti və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 vermiş olduğu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən fərdi evdə ailə üzvlərilə birlikdə yaşayır. Naməlum şəxs və ya şəxslər 11 iyun 2022-ci il tarixdə, saat təxminən 01:15 radələrindən, 09 radələrinədək olan müddət ərzində yaşadığı evin qarşısında, küçədə saxladığı “Vaz 2106” markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən dəyəri 150 manat, 48 manat və 54 manat olan 03 ədəd dreli, dəyəri 380 manat olan 01 ədəd taxta kəsən aləti, dəyəri 345 manat olan 01 ədəd laqondanı, dəyəri 200 manat olan 01 ədəd alətlər çantasını və avtomobilin salonunda, arxa oturacağın üzərində olan dəyəri 870 manat olan 01 ədəd “Urçelik” markalı künckəsən aləti və avtomobilin yanacaq çənindən 12 manat dəyərində 12 litr benzini oğurlayıb aparmışlar. Bununla bağlı dərhal 102 zəng mərkəzinə zəng edib hadisə barədə məlumat vermişdir. O, həmin gün avtomobilin qapılarını açarla bağlamamışdır. Hadisə nəticəsində ona cəmi 2059 manat maddi ziyan dəymişdir. 11 iyun 2022-ci il tarixdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində izahat yazarkən əsəbi olduğu üçün oğurlanmış əşyaların dəyərini dəqiq deyə bilməmiş, sonradan ona məlum olmuşdur ki, qeyd olunan əşyaların oğurlanması nəticəsində ona ümumilikdə 2059 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ödənilməmiş, şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır və taxta ustası kimi işləyib ailəsini dolandırır. Təxminən 5 il bundan əvvəl qohumu Zərərçəkmiş şəxs10 özünə ünvan 5 ünvanında özünə bir mərtəbəli yaşayış evi tikmişdir. Həmin evin tikintisi başa çatsa da, lakin təmir işləri yarımçıq qalmışdır. xx.xx.2022-ci il tarixdə Valeh ona bildirmişdir ki, tikinti materialları alıb və vaxtı varsa onun evində işləsin. xx.xx.2022-ci il tarixdə o, həmin evdə döşəmə və tavanı tikməli imiş. Buna görə də işləmək üçün ona lazım olan tikinti alətlərini Valehin evinə aparmışdır. Həmin gün orada işləməyə başlamış və Valeh də onunla birlikdə ona kömək etmişdir. Saat 21:30 radələrində onlar ikisi də evdən çıxıb getmiş, Valeh evin və həyətin qapılarını açarla bağlamışdır. Səhəri gün saat təxminən 08:00 radələrində birlikdə görüşüb həmin evə işləməyə getmişlər. Həyətə daxil olan kimi Valeh görmüşdür ki, evin sağ yan plastik pəncərəsi açıq vəziyyətdədir və hiss etmişdir ki, evə oğru girmişdir. Onlar evə daxil olub görmüşlər ki, bir gün əvvəl onun ora apardığı tikinti alətləri, Valehin aldığı elektrik naqilləri və santexnik malları oğurlanmışdır. Onlar birlikdə oğurlanmış malların siyahısını və dəyərini hesablamışlar. Belə ki, hesablamadan sonra məlum olmuşdur ki, mənə məxsus dəyəri 250 manat olan 01 ədəd “uqlarez”(taxtakəsən) aparatı, dəyəri 75 manat olan 01 ədəd lobzik, dəyəri 135 manat olan 01 ədəd perforator, dəyəri 200 manat olan 01 ədəd lazerli uroven, dəyəri 75 manat olan 01 ədəd drel, dəyəri 120 manat olan drelin akkumlyatoru, hər birinin dəyəri 20 manat olan 02 ədəd elektrik uzadıcısı (udlinitel), dəyəri 90 manat olan 01 ədəd laqonda, ümumi dəyəri 100 manat olan xırda tikinti alətləri, bundan başqa Valehə məxsus dəyəri 60 manat olan 100 metr uzunluğunda 01 ədəd rulon 2,5 mm-lik elektrik naqili, dəyəri 50 manat olan 25 metr uzunluğunda 6 mm-lik elektrik naqilləri oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində mənə dəymiş maddi ziyan 1085 (min səksən beş) manat, Valehə dəymiş maddi ziyan isə 110 (iki yüz on) manat təşkil etmişdir. Valeh bundan sonra DİN-nin 102 Zəng Xidməti Mərkəzinə zəng edərək məlumat vermiş və polis əməkdaşları gələrək evə baxış keçirtmiş, Valeh də hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi zamanı ona 1085 manat maddi ziyan dəymişdir. Ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Əsədullayev küçəsi, nömrəsiz fərdi evdə ailəsi ilə kirayədə birlikdə yaşayır və fəhlə kimi işləyib ailəsini dolandırır. Təxminən 5 il bundan əvvəl ünvan 5 ünvanında özünə bir mərtəbəli yaşayış evi tikmişdir. Beş ildir ki, o, həmin evi təmir edib bitirə bilməmişdir. Arada əlində pulu olanda orada bəzi təmir işləri görmüşdür. Belə ki, xx.xx.2022-ci il tarixdə tikinti materialları alıb həmin evə aparmışdır. xx.xx.2022-ci il tarixdə də qohumu Zərərçəkmiş şəxs9 orada usta kimi işləməyə başlamışdır. Həmin gün o da Sücəddinlə birlikdə orada işləmişdir. Axşam təxminən saat 21:30 radələrində o, usta ilə birlikdə evin qapılarını bağlayıb evdən çıxmışdır. Səhəri gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 08:00 radələrində usta ilə görüşüb birlikdə həmin evə getmişdir. O, həyətə daxil olanda görmüşdür ki, evin sağ yan tərəfindəki, yəni yola tərəf olan plastik pəncərəsi açıq vəziyyətdədir. Sonra evə daxil olmuş və görmüşdür ki, bir gün əvvəl evində işləyən ustaya məxsus tikinti alətləri və iki gün əvvəl aldığı elektrik naqili və santexnik materialları oğurlanmışdır. O, usta ilə birlikdə oğurlanmış malların siyahısını və dəyərini hesablamışdır. Belə ki, hesablamadan sonra məlum olmuşdur ki, ustaya məxsus dəyəri 250 manat olan 01 ədəd “uqlarez”(taxtakəsən) aparatı, dəyəri 75 manat olan 01 ədəd lobzik, dəyəri 135 manat olan 01 ədəd perforator, dəyəri 200 manat olan 01 ədəd lazerli uroven, dəyəri 75 manat olan 01 ədəd drel, dəyəri 120 manat olan drelin akkumlyatoru, hər birinin dəyəri 20 manat olan 02 ədəd elektrik uzadıcısı (udlinitel), dəyəri 90 manat olan 01 ədəd laqonda, ümumi dəyəri 100 manat olan xırda tikinti alətləri, bundan başqa ona məxsus dəyəri 60 manat olan 100 metr uzunluğunda 01 ədəd rulon 2,5 mm-lik elektrik naqili, dəyəri 50 manat olan 25 metr uzunluğunda 6 mm-lik elektrik naqilləri oğurlanmışdır. Oğurluq hadisəsi nəticəsində ustaya dəymiş maddi ziyan 1085 (min səksən beş) manat, ona dəymiş maddi ziyan isə 110 (iki yüz on) manat təşkil etmişdir. O, bundan sonra DİN-nin 102 Zəng Xidməti Mərkəzinə zəng edərək məlumat vermiş və polis əməkdaşları gələrək evə baxış keçirtmiş, o da hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Həyətin qapısı bağlı, yəni kilidli vəziyyətdə olmuş, onun həyətinə hasardan aşma yolu ilə və evin sağ yan pəncərəsini açma yolu ilə evinə daxil olunmuş və pəncərəyə hər hansı ziyan vurulmamışdır. Ziyan ödənilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsi, nömrəsiz fərdi evdə tək yaşayır və Xəzər rayonu, Zirə qəsəbəsində istixanada işləyir. Hər gün o, gecə saat 04 radələrində evdən çıxıb işə gedir və günorta saat 03 radələrində evə gəlir. 26 iyul 2022-ci il tarixdə ona usta zəng etmiş və demişdir ki, evin pəncərəsi açıqdır və dağınıq vəziyyətdədir. Bundan sonra o, evinə gəlmiş və görmüşdür ki, evin həqiqətən də pəncərəsi açılmaqla içəri dağınıq vəziyyətdədir. Sonra isə o, evin otaqlarına nəzər yetirmiş və görmüşdür ki, paltar dolabının içərisində olan qızıl əşyaları və 250 manat nəğd pulu oğurlanmışdır. O, evindən oğurluq olması barədə həmin gün Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat verməklə yanaşı Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Ona məxsus oğurlanmış qızıl əşyaları 1 dəst (üzük, sırğa) qızıl, 03 ədəd qadın üzüyü olmuş və həmin qızıllar Rusiya istehsalı olmaqla dəyəri 2000 manat olmuşdur. Belə ki, oğurluq nəticəsində ona qızıl əşyaları ilə birlikdə 2250 manat maddi ziyan vurulmuşdur. Ziyan ödənilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsindən CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 MSY-dən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə birləşdirilmiş və sonuncu nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq və icraata qəbul etmək barədə qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Bilgəh qəsəbəsi, ərazisində yaşadığı evin yaxınlığında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-560/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslərlə razılığa gəlmiş, hazırda onlara qarşı şikayəti və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, hazırda o, təqsirlədirilən şəxslərə barışmış, onları bağışlamış, ona dəymiş ziyan ödənilmiş, onun təqsirlədirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Cəza təyin edərkən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, təqsirlədirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmiş, onun onlara qarşı şikayəti və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Tahirov X11 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə təqsirli bilinmiş və 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cəzası 1 ilə endirilmiş və xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinmiş və qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzası təyin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 177.3.1, 29,177.3.2, 177.3.2, 186.1-ci maddələri ilə təqsirli bilinmiş və CM 66.3-cü maddəsi tətbiq olunmaqla 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 08 il 06 ay cəza təyin edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə çəkilməmiş 10 ay 16 gün azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, Təqsirləndirilən şəxs2 isə qismən təqsirli bilmiş, lakin onların həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və zərərçəkmişlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü təqsirli bilməməsi və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı özlərini ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi və qismən etiraf etdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödəməsini, 3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin olmamasını və yaşını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlandığı 02 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq fərdi evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 05 sentyabr 2022-ci il tarixdən 07 sentyab 2022ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməl nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş 600 manat maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı (120 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X10 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 144 (bir yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində 05 sentyabr 2022-ci il tarixdən 07 sentyab 2022-ci il tarixədək saxlanıldığı 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02(iki) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 05 sentyabr 2022-ci il tarixdən 07 sentyabr 2022-ci il tarixə qədər həbsdə saxlanıldığı 02 (iki) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 2 il 11 ay ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq fərdi evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməl nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş 600 manat maddi ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmə baxışı zamanı ( 120 manat) müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X10 60 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 144 (bir yüz qırx dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-18/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-18/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver