Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-180/2022 20.04.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1974-cü il tarixdə ermənistan ssr masis rayonu sarvanlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 3 mənzil 37-də qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Ramanı qəsəbəsi 20-ci keçid yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə saat 19:40-da “B1,B,C1,C” kateqoriyalı sürücülük vəsiqəsi ilə anası X2 məxsus etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Mərdəkan-Bakı yolunun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisindən keçən 3-cü kilometrliyində, “SOCAR” yanacaq doldurma məntəqəsinin paralelində Bakı şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunlara riayət etməmiş, habelə həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırlması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə edərək avtomobilin ön hissəsi ilə yolun sağ tərəfində dayanmış “Şinkar” inşaat şirkətinə məxsus “Liebherr LTM 1160-5” markalı **-JZ-*** dövlət qeydiyyat nişanlı Xüsusi avtokranın arxasına çırpıldıqdan sonra, zərbənin təsirindən avtomobil fırlanaraq arxa hissəsi ilə 1-ci zolaqda hərəkətdə olan X1 məxsus Şahid3 etibarnamə əsasında idarə etdiyi “Toyota Corolla” markalı **-NS-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuş, zərbənin təsirindən deformasiyaya uğrayaraq avtomobildən qopan ön fara kənarda dayanmış piyada Zərərçəkmiş şəxs2 dəymiş və nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs1 daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qaraciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan AĞİR dərəcəli zərər vurmaya aid xəsarət yetirmiş, yolun kənarında dayanmış Zərərçəkmiş şəxs2 isə ağrı sindromu və hərəkət məhdudluğu, sağ ayaq pəncəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vumaya aid xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 uşaqlıqdan tanıyır, onunla dostluq etmiş, yaxşı münasibətdə olmuşlar. 15 noyabr 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs1 ona zəng vuraraq onu “İçəri şəhər” metrosunun yaxınlığına idarə etdiyi avtomobillə aparmasını xahiş etmiş, o da onunla razılaşaraq onu yaşadığı binanın həyətindən götürüb “İçəri şəhər” metrosunun yaxınlığına aparmışdır. Təxminən 30 dəqiqədən sonra Ceyhun ona zəng vuraraq gedib onu düşürtdüyü yerdən götürməsini demiş, həmin vaxt o, Ceyhuna Mərdəkan qəsəbəsinə getməli olduğunu bildirmiş, Ceyhun isə ona bekar olduğunu deyib onu da özü ilə götürməsini xahiş etmişdir. Bundan sonra o, yoldan qayıdıb Ceyhunu olduğu yerdən götürmüş və onlar onun etibanamə əsasında idarə etdiyi “Kia Ceed” markalı **-ZO-*** qeydiyyat nişanlı avtomobillə Mərdəkan qəsəbəsinə getmişlər. O, orada işlərini gördükdən sonra geri qayıdarkən Mərdəkan-Bakı şosesi ilə Bakı şəhəri istiqamətinə doğru yolun sağdan-sola 2-ci zolağı ilə 80 km/saatla hərəkət edib yolun əks istiqamətində yerləşən “SOCAR YDM” ilə paralel yola çatmış, həmin vaxt sol tərəfdən hansısa bir avtomobil idarə etdiyi avtomobili sıxmış və nəticədə o, avtomobilini sağ zolağa yönəltmişdir. Elə həmin vaxt idarə etdiyi avtomobil yolun sağdan-sola birinci zolağında dayanmış vəziyyətdə olan avtokranın arxa sol künc hissəsinə çırpılmış, bundan sonra o, heç bir şey xatırlamamışdır. Hadisə baş verərkən avtomobildə Ceyhun olmuş, yol-nəqliyyat hadisəsi nəticəsində hər ikisi xəsarət almışlar. Ceyhun xəstəxanaya yerləşdirildikdən sonra o, onun müalicə xərclərinin bir hissəsini çəkmişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir və hazırda Vasifin ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Digər zərərçəkmiş şəxs Ceyhunun müalicəsinə ümumilikdə 11000 manata qədər xərc çəkərək onunla barışmağa dəfələrlə cəhd etmiş, lakin Ceyhunun qohumları hər dəfə ondan yüksək məbləğdə pul tələb etmiş, o isə bundan artıq ödəməyə maddi imkanının olmadığını bildirmiş və nəticədə barışıq əldə edə bilməmişdir. O, hazırda heç bir yerdə işləmir, lakin buna baxmayaraq, gələcəkdə maddi imkanı yarandıqca Ceyhunun müalicə xərclərinə kömək edəcəkdir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir ilə yaxındır ki, tanıyır, belə ki, Azəri taksi kimi onu müxtəlif yerlərə aparıb-gətirmişdir. 15 iyul 2021-ci il tarixdə saat 16:30 radələrində mobil telefon vasitəsilə Azərinin mobil telefon nömrəsinə zəng vurub onu “İçəri şəhər” metrostansiyanın yaxınlığında işləyən diş həkiminə aparmasını xahiş etmişdir. Bir neçə dəqiqədən sonra Azəri idarə etdiyi “Kia Ceed” markalı avtomobillə onun yaşadığı binanın həyətinə gəlmiş və onu diş həkiminə aparmış, özü isə harasa getmişdir. Təxminən 1 saat sonra o, diş həkimindən çıxıb Azərinin mobil telefona zəng vuraraq gəlib onu yaşadığı ünvana aparmasını xahiş etmişdir. Azərini gözləyən vaxt gəzə-gəzə “Azneft” dairəsi adlanan yerə düşmüş, Azəri də onu oradan idarə etdiyi avtomobillə götürmüşdür. Həmin vaxt Azəri ona kimsənin verdiyi 9000 manat pulu Mərdəkan qəsəbəsində bir nəfərə çatdırmalı olduğunu deyərək onunla oraya getməsini demiş, o da onunla razılaşmışdır. Azəri idarə etdiyi avtomobili Mərdəkan qəsəbəsinə sürərək orada tanımadığı şəxslə görüşüb pulu ona verdikdən sonra onların geri qayıtmağı yadında qalıb, digər hadisələrin heç bir yadında deyil. Həmin gün ayılanda xəstəxanada olduğunu görmüş və ona bildirmişlər ki, Azərinin idarə etdiyi avtomobildə sərnişin qismində əyləşən zaman yol-nəqliyyat hadisəsi baş verib və nəticədə o, ağır dərəcəli bədən xəsarəti almışdır. Yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində sərbəst hərəkət etmək qabiliyyətini itirmiş, əlil arabasının köməkliyi və kənar şəxslərin yardımı ilə böyük çətinliklə hərəkət edə bilir. Azəri onun müalicəsi ilə bağlı ümumilikdə təxminən 7000 manata qədər xərcləyərək sonrakı müalicə xərclərini də ödəyəcəyini vəd etmiş, bundan sonra isə onunla maraqlanmamış və müalicə xərclərinə köməklik göstərməmişdir. Halbuki, o, indiyə qədər öz müalicəsinə xeyli məbləğdə pul xərcləmişdir, müalicəsi indi də davam edir və hələ bundan sonra da davam edəcəkdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində əlil olduğu üçün hazırda işləyə bilmədiyinə görə çox böyük çətinliklə dolanır, müalicəsi ilə əlaqədar çoxlu borcu vardır, təqsirləndirilən şəxsin indi ona etdiyi təkliflər isə onu qane etmir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 15 noyabr 2021-ci il tarixdə saat 19:40 radələrində o, iş yoldaşı Şahid2 idarə etdiyi yükqaldırıcı kranla Mərdəkan-Bakı şosesi ilə hərəkət edib “Azpetrol” YDM-nə çatmamış yolun kənarında kranı saxlayıb dayanarkən qəflətən kranın arxasına nəyinsə dəyməsini eşidib geriyə baxanda metalik rəngli avtomobilin kranın sol arxa künc hissəsinə dəyməsini görmüş və həmin avtomobildən ehtiyat hissəsi uçaraq onun sol ayağına dəyərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəyərək onunla barışmışdır, buna görə də onun ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 göstərdi ki, Azəri onun oğludur. 14 iyul 2020-ci il tarixdə Azəri “Kia Ceed” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili öz vəsaiti hesabına alaraq bir yerdə yaşadığıqları üçün onun adına sənədləşdirmiş, o da ona sürmək üçün etibarnamə vermişdir. 15 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Azəri evə zəng vuraraq Mərdəkan-Bakı şosesində qəza törətdiyini, nəticədə özünün və avtomobildə sərnişin qismində əyləşmiş onunla qonşuluqda yaşayan Ceyhunun müxtəlif dərəcəli bədən xəsarəti almasını, idarə etdiyi avtomobilin də yararsız hala düşdüyünü bildirmişdir. Hazırda həmin avtomobil cərimə meydançasındadır. Avtomobilin yararsız hala düşməsinə görə oğluna qarşı hər hansı bir şikayət və tələbi yoxdur və hələ istintaq vaxtı zərərçəkmiş kimi tanımaqdan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 15 noyabr 2021ci il tarixdə təxminən saat 19:40 radələrində o, etibarnamə ilə idarə etdiyi “Lıebherr LTM 1160-5” markalı **-JZ-*** qeydiyyat nişanlı Xüsusi avtokranla Mərdəkan-Bakı şosesi ilə Bakı şəhəri istiqamətinə doğru yolun sağdan-sola 1-ci zolağı ilə hərəkət edib yolun əks istiqamətində yerləşən “SOKAR YDM” ilə paralel yolun kənarında saxlamışdır. Krandan düşərək qarşıda dayanmış olan şirkətlərinə məxsus digər yük maşınının yanına gedərkən təxminən 2-3 dəqiqədən sonra qəflətən arxadan gələn səsə çevrilib baxmış və bir avtomobilin dayanmış vəziyyətdə olan idarə etdiyi kranın arxa hissəsinə çırpılıb fırlanaraq üzərlərinə gəlməsini görüb kənara qaçmışlar. Həmin avtomobil fırlanaraq qarşıda yolun kənarında olan dəmir konstruksiyaya dəyərək dayanmışdır. Həmin vaxt digər avtomobil hansısa səbəbdən fırlanaraq 2-ci zolaqda avtomobilin kabinəsi ilə paralel dayanmışdır. Birinci avtomobil onun saxladığı avtokranın arxasına çırpılanda onun farası çıxaraq yanında dayanan iş yoldaşı Zərərçəkmiş şəxs2 ayağına dəyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 15 noyabr 2021 ci il tarixdə təxminən saat 19.40 radələrində o, etibarnamə ilə idarə etdiyi “Toyota Corolla” markalı **-NS-*** qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı şosesi ilə Bakı şəhəri istiqamətinə doğru yolun soldan-sağa 1-ci zolağı ilə saatda təxminən 80 km/sürətlə hərəkət edib yolun əks istiqamətində yerləşən “SOKAR YDM” ilə paralel yola çatanda qəflətən təxminən 10-15 metr məsafədən metallik rəngli “KİA Ceed” markalı avtomobilin yolun soldan-sağa 4-cü zolağında dayanmış vəziyyətdə olan atokranın arxa sol hissəsinə çırpılmasını görmüşdür. Bundan sonra həmin avtomobil fırlanaraq arxası ilə onun idarə etdiyi avtomobilin sağ ön qanadına çırpılmışdır. Zərbədən o, idarəetməni itirmiş və idarə etdiyi avtomobil fırlanaraq yolun soldan-sağa 3-cü zolağında dayanmış həmin kranın ön hissəsində dayanmışdır. Hadisə baş verən zaman avtomobildə tək olmuş və xəsarət almamış, idarə etdiyi avtomoblin ön hissəsi isə zədələnmişdir. İş materiallarında olan hadisə yerinə keçirilmiş baxışla yol-nəqliyyat hadisəsinin Mərdəkan-Bakı yolunun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisindən keçən 3-cü kilometrliyində baş verdiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 noyabr 2021-ci il tarixli 1/4072 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Rzayev Azəri Həşim oğlunda alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 noyabr 2021-ci il tarixli 1/4073 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şahid3 alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 15 noyabr 2021-ci il tarixli 1/4074 №-li aktla müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Şahid2 alkoqol sərxoşluğu aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 02 dekabr 2021-ci il tarixli 1501 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində daxili qanaxma, İİİ dərəcəli travmatik-hemorragik şok, iki tərəfli hematoraksla müşayiət olunan ağciyərin kontuziyası, qara ciyərin öd kisəsinin, nazik bağırsaq müsariqəsinin, böyük piylinin cırılması, baş beynin yüngül dərəcəli əzilməsi, ənsə və sol gicgah və sümüklərinin kəllə əsasına keçən xətti sınığı, burun sümüyünün sınığı, təpə nahiyəsinin, sifətin əzilmiş yaraları, sağ bud və baldır sümüklərinin yerdəyişən sınıqları aşkar edildi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən onun X5 X6 müraciətindən az əvvəl törənmişdir, qərarda göstərilən 15 noyabr 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənmələri istisna olunmur və həyat üçün təhlükəli olan AĞİR dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 17 fevral 2022-ci il tarixli 8/103 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Kia Ceed” markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa fexniki oimkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 80 km/saat sürətlə idarə itdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) teləblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Təqsirləndirilən şəxs 23 fevral 2001-ci il tarixdə verilmiş “B1,B,C1,C” kateqoriyalı BB № 400467 seriyalı sürücülük vəsiqəsi ilə müəyyən edilmişdir ki, onun 15 noyabr 2021-ci il tarixdə minik avtomobilini idarə etmək hüququ olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 14 mart 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxsnın avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, əməlindən peşman olmasını, barışmağa dəfələrlə cəhd edərək zərərçəkmiş şəxsə müəyyən məbləğdə maddi yardım göstərməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsnın hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-180/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-180/2022
20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver